Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-401/2024 01.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Məmmədov Leyla Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı “cavabdeh Bakı Baş Gömrük İdarəsinin üzərinə iddiaçı tərəfindən əsassız ödənilməsi tələb edilən 1272902,66 manat məbləğində X5nin qaytarılmasına dair qərar və rəyin verilməsi vəzifəsinin qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5254/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və Bakı Baş Gömrük İdarəsinin üzərinə idxal etdikləri 5500 ton soya paxlasına görə İddiaçındən (VÖEN: **********) əsassız tutulmuş 1.381.000 (bir milyon üç yüz səksən bir min) manat məbləğində X5nin qaytarılmasına dair qərar qəbul edilməsi və həmin vəsaitin İddiaçı Məhdud Məsuliyyətinin (VÖEN: **********) ƏDV subhesabına qaytarılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, İddiaçı (VÖEN: **********) (bundan sonra "xxxx") əsas fəaliyyəti soya məhsullarının istehsalı, idxalı və satışından ibarətdir. Müəssisə tərəfindən 17-24 iyun 2022-ci il tarixlərində ölkəyə 5500 ton soya paxlası idxal edilmiş və müvəqqəti saxlanca götürülmüşdür. İdxal edilmiş məhsulun gömrük rəsmiləşdirilməsinə xx.xx.2022-ci il tarixdən sonra başlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin “İdxalı X5ndən azad edilən xammal və materialların siyahısf’nın təsdiqi və “İdxalı X5ndən azad edilən xammal və materialların siyahısf’nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə 1 iyul 2022-ci il 1732 nömrəli Fərmanı ilə təsdiq edilmiş siyahısı ilə 1201 90 000 0 kodu ilə “xırdalanmış və ya xırdalanmamış soya paxlaları (toxumluq olmayan)” idxalı X5ndən azad edilən xammal və materiallara aid edilmişdir. Soya paxlasının idxalının rəsmiləşdirilməsi prosesində Müəssisə və Bakı Baş Gömrük İdarəsi (bundan sonra “BBGİ”) arasında ƏDV-nin ödənilməsi məsələsində fikir ayrılığı yaranmışdır. Belə ki, tərəfimizdən cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müraciət edilərək, yuxarıda qeyd olunan fərmana əsasən idxal edilmiş məhsulun ƏDV-dən azad edilməsi səbəbi ilə ƏDV məbləğinin ödənilməməsi istənilsə də, cavabdeh gömrük rüsumlarının və vergilərin hesablanmasının idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən başladığını və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələrinin əsas götürüldüyünü bildirərək, soya paxlasının gömrük rəsmiləşdirilməsi üçün 1.381.000 AZN məbləğində ƏDV-nin ödənilməsini tələb etmiş, əks təqdirdə məhsulun buraxılmayacağını bildirmişdir. Bundan sonra, 1.272.902,66 AZN məbləğində vəsait iddiaçıya məxsus bank hesabından silinmişdir. Əsassız silinmiş ƏDV məbləğinin qaytarılması istiqamətində cavabdehlər və o cümlədən, Azərbaycan Respublikası Prezidentinin məlum fərmanının qanunvericiliyə əsasən hansı qaydada tətbiq edilməsi ilə bağlı aidiyyatı qurumlarla yazışmalar aparılsa da, müsbət nəticə əldə edilmədiyindən, hər iki cavabdeh quruma bizdən tutulmuş 1.272.902,66 AZN dəyərində ƏDV məbləğinin “GP Soy Processing’' MMC-nin (VÖEN: **********) ƏDV subhesabına qaytarılmasının təmin edilməsi ilə bağlı müraciət ünvanlanmış, müraciətimiz cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2022-ci il tarixdə, digər cavabdeh Bakı Baş Gömrük İdarəsi tərəfindən isə xx.xx.2022-ci il tarixdə alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 28.11,2022-ci il tarixli 1000-120/1xx-xx/022097 nömrəli məktubla tələbimiz təmin edilməmiş, digər cavabdeh Bakı Baş Gömrük İdarəsi tərəfindən isə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavab verilməmişdir. İdxalı X5ndən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı X5ndən azad edilən xammal və materialların siyahısımın təsdiq edilməsi haqqında“ Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə 1 iyul 2022-ci il 1732 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanın 4cü maddəsinə əsasən Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş siyahının 1-26 və 44-53-cü hissələri 2022-ci il dekabrın 31-dək qüvvədədir. “İdxalı X5ndən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı X5ndən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə 1 iyul 2022-ci il 1732 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş siyahının 1-ci sırasında 1201 90 000 0 kodu ilə “xırdalanmış və ya xırdalanmamış soya paxlaları (toxumluq olmayan)” idxalı X5ndən azad edilən xammal və materiallara aid edilmişdir. Həmin fərmanın 4-cü bəndinə görə, fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş siyahının 1-26 və 44-53-cü hissələri 2022-ci il dekabrın 31- dək qüvvədədir. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda və həm də hüquqi dövlətdə qanunin aliliyi və qanunçuluq prinsipindən irəli gəlir. Nəzərə almaq lazımdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqanı tərəfindən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, həmin tələblərə və prosedurlara uyğun aparılmış icraat üzrə materiallar və həmin materiallar üzrə inzibati orqanın qəbul etdiyi əsaslandırılmış qərar, maraqlı şəxsin narazı qaldığı təqdirdə həmin qərarın mübahisələndirilməsi imkanlarının qiymətləndirilməsi və onun səmərəli hüquqi müdafiə imkanları ilə təchiz edilməsi məqsədlərinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cü maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Həmçinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinə müvafiq olaraq fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşlaşdıran, hüquqi məsuliyyətinin aradan qaldıran və yüngüllşdirən normativ hüquqi aktın qüvvəsi həmin hormativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. 1 iyul 2022-ci il 1732 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş siyahı nəticəsində idxal etdiyimiz məhsulun ƏDVdən azad edilməsi müəssisə olaraq bizim hüquqi vəziyyətimizi yaxşılaşdırmışdır. Göstərilən siyahıya əsasən idxal etdiyimiz məhsulun ƏDV-dən azad edilməsi onun maya dəyərinin 18% ucuzlaşmasına, son nəticədə isə istehsal etdiyimiz məhsulun maya dəyərinin ucuzlaşması səbəbindən bazara daha münasib qiymətlə məhsul çıxarmaqla rəqabətə davamlı olmağımıza şərait yaradır. Ona görə də, cavabdehin qəbul edilmiş Fərmanın xx.xx.2022-ci il tarixdən əvvəl yaranan münasibətlərə şamil olunmasım mümkünsüz hesab etməsi əsassızdır. Hüquq normasının zamana görə qüvvəsi məsələsi geniş təcrübi əhəmiyyətə malikdir. Bu qaydanın aydınlaşdırılması üçün Konstitusiyanın İ49-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulmuş iki halı dəqiq şəkildə ayırmaq və onları ikincidən başlamaqla bir-birinin ardınca tədqiq etmək lazımdır. Normativ hüquqi aktın geriyə qüvvəsi yoxdur. Bu qaydanın mahiyyəti ondan ibarətdir ki, məhkəmə, normativ hüquqi aktı, onun qüvvəyə minməsindən əvvəl baş vermiş faktlara (münasibətlərə), bu faktların yaratdığı hüquqi nəticələri dəyişmək və ya ləğv etmək məqsədilə tətbiq edə bilməz. Normativ hüquqi akt, onu qəbul edənin diktəsidir, bu isə yalnız gələcək zamana təsir edə bilər. Vətəndaşdan bilmədiyi qaydaya riayət edilməsini tələb etmək olmaz. Bu prinsip hüquq münasibətlərinin subyektləri arasındakı münasibətlərin sabitliyini və hüquq qaydasının möhkəmliyini qoruyur. Prinsipin əksini qəbul etmək, həmin normativ hüquqi akta tabe olanların hafizəsində onun nüfuzunu sarsıtmaq demək olardı. Yeni normativ hüquqi akt qüvvəyə mindiyi andan yalnız onun dərcindən sonra baş vermiş faktları və hadisələri əhatə edir. Normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsinin əsasları daha ətraflı təhlil edilərkən, ilk növbədə, hüquq normasının zamana görə ictimai münasibətlərə təsirinin təbiətinə aydınlıq gətirilməlidir. Hüquq nəzəriyyəsində zamanın keçmiş, indiki və gələcək kəsiyinə müvafiq olaraq hüquq normalarının üç əsas tipi fərqləndirilir: geriyə təsir edən norma (olmuş, olan və gələcəkdə yaranacaq münasibətləri tənzimləyən); təxirəsalınmaz təsir edən norma (olan və gələcəkdə yaranacaq münasibətləri tənzimləyən); perspektiv təsirli norma (gələcəkdə yaranacaq münasibətləri tənzimləyən). Hüquq normalarının zamana görə qüvvəsinin təsnifatı, ilk növbədə, hüquq normasının ictimai münasibətlərə təsirinin hüquqi qüvvəsinin əhəmiyyətini görməyə, digər tərəfdən isə əvvəlki və yeni normalar arasında zamana görə yarana biləcək ziddiyyətləri aşkar etməyə imkan yaradır. Əksər normativ hüquqi aktların “lex retro non agif’ prinsipinə əsasən geriyə qüvvəsi olmur. Həmin aktlar yalnız hüquqi qüvvəyə mindikdən sonra yaranan münasibətlərə tətbiq edilir. Normativ-hüquqi aktın hüquqi qüvvəsinin geriyə şamil olunmaması hüquq sistemində qayda və hüquqi təhlükəsizlik zəmanətini yaradır. Belə məhdudiyyət, ilk növbədə, qanunvericiliyin və təcrübədə normaları tətbiq edən orqanların fərdin subyektiv hüquqlarına haqqsız müdaxiləsindən qoruyur. Qanunvericilikdə hüquqi müəyyənlik, yəni yeni hüquq normasının gözlənilməsi (əvvəlcədən gözlənilən, hüquq sisteminin dəyərləri və məntiqinə zidd olmayan) prinsipi hüquqi dövlətin əsas əlamətlərindən biridir. Hüquq normasının qüvvəsinin geriyə şamil olunmaması isə hüquqi müəyyənlik prinsipinin bir komponentidir. Hüquq normasının hüquqi qüvvəsinin geriyə şamil edilməsinə məhdudiyyətin qoyulması hüquqi məsuliyyət institutu ilə bağlıdır. Hüquqi məsuliyyət hüquq münasibətlərinin subyektləri üçün neqativ təsirlə nəticələnir. Ona görə hüquq münasibətlərinin iştirakçıları qanunvericilik səviyyəsində neqativ nəticələnən münasibətlərin formal hüquqi tərkibini aydın təsəvvür etməlidirlər. Qeyd edilənlərlə yanaşı, konstitusiya hüququ baxımından hüquq sistemində hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi istisna olunmur. Hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi əvvəl mövcud olan münasibətlərə aid edilir və bir qədər təftişedici xarakter daşıyır. Bu təsir nəticəsində yeni normativ-hüquqi aktla artıq tənzimlənmiş münasibətlər və ya faktlar yenidən nəzərdən keçirilir. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində iki növ normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi nəzərdə tutulmuşdur: fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran; hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində ‘'fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran” ifadəsinin nəyi nəzərdə tutması və bu ifadənin fiziki və hüquqi şəxslərin maddi vəziyyətinin yaxşılaşdırılmasını özündə ehtiva edibetməməsinə dair suala cavab olaraq ilk növbədə, “hüquqi vəziyyət” anlayışına aydınlıq gətirilməsini zəruridir. Şəxsiyyətin “hüquqi vəziyyəti” və “hüquqi statusu” məfhumları eyni məna daşıyır. “Status” sözü latın dilindən tərcümədə kiminsə və ya nəyinsə vəziyyəti deməkdir. Bu halda şəxsiyyətin, insanın, vətəndaşın statusu nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün xx.xx.2014-cü il tarixli qərarında qeyd etmişdir ki, hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. Qərarda dövlətin vətəndaşlara eyni münasibət bəslədiynin mühüm rolundan bəhs edilmişdir. Belə ki. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinin İ və İİİ hissələrində təsbit olunmuşdur ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir... Həmçinin, həmin maddənin İV hissəsində qeyd olunur ki, heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında söylənilən mövqe əsas götürülərsə, hazırki işdə Azərbaycan Respublikası Prezidentinin məlum fərmanına əsasən ƏDV- dən azad edilən idxal olunan məhsulların siyahısındakı dəyişikliklərdən əvvəl bizim idal etdiyimiz məhsula görə əvvəllər ƏDV ödəməyimiz, bizə fərmanla edilmiş dəyişiklikdən sonra ƏDV məbləğinin ödənilməsindən imtina üçün müstəqil əsas ola bilməz. Əks təqdirdə, eyni statusa malik olan idxalçılar arasında sadəcə tarixə əsaslanmaqla ağlabatan olmayan rəqabətin aparılmasına səbəb olar. Bu isə eyni kateqoriyaya aid olan idxalçıların hüquqlarının fərqləndirilməsinə gətirib çıxararaq, insan və vətəndaş hüquq və azadlıqlarının mümkün məhdudlaşdırılmasına dair konstitusiya məqsədlərilə uyğunlaşmır və konstitusiya prinsipi olan bərabərlik hüququnun tələblərini pozur. Azərbaycan Respublikası İPM-nin 14.3-ci maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Ölkədə sahibkarlığın inkişafı, onun rəqabət qabiliyyətliliyinin artırılması istiqamətində dövlət tənzimlənməsinin təkmilləşdirilməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun cəlbedici biznes və investisiya mühitinin formalaşdırılması və əlverişliliyinin daha da artırılması, bu sahədə mütərəqqi tənzimləmə və hüquqi bazanın olması ən vacib məsələlərdir. Göstərilən hədəflərə nail olmaq üçün dövlət tərəfindən ardıcıl olaraq dövlətsahibkar münasibətlərinin inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, rəqabətqabiliyyətliliyinin və ixrac imkanlarının genişləndirilməsi, sahibkarlara dövlət dəstəyi və təşviq mexanizmlərinin formalaşdırılması, beynəlxalq standartlara uyğun elektron dövlət xidmətlərinin göstərilməsi sahəsində kompleks tədbirlər həyata keçirilir. Həmçinin, dövlət vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması və optimal vergi yükü siyasəti vasitəsilə biznes mühitinin səmərəliliyinin yüksəldilməsi istiqamətində də fəaliyyətini davam etdirəcəkdir. Yalnız tam rəqabət şəraitində iqtisadiyyata stimul verməklə yerli məhsul və xidmətlərin rəqabətqabiliyyətliliyini artırmaq olar. Rəqabət mühitinin təkmilləşdirilməsi sağlam və tam təkmil rəqabət qanunvericiliyinin olmasını, bu qanunvericiliyin effektiv və müstəqil fəaliyyət göstərən rəqabət qurumu tərəfindən tətbiqini və ümumilikdə rəqabət prinsiplərinə əməl edən, rəqabətin inkişafındakı əngəlləri aradan qaldıran və inhisarçılığa yol verməyən iqtisadi siyasətin gerçəkləşdirilməsini tələb edir. Rəqabət bazarda tələb və təklifə müvafiq olaraq qiymətlərin öz-özünü tənzimləməsinin və tələb həcmi ilə qiymət arasında tarazlıq əldə edilməsinin ən mühüm şərtlərindən biri kimi çıxış edir. Belə ki, bazarda sağlam rəqabət mühiti təmin edildiyi zaman hər hansı bazar subyekti tərəfindən məhsulun qiymətinin artırılması istehlakçıların alternativ variantlara üz tutmasına səbəb olur. Eyni məhsulu digər rəqib bazar subyektlərinin daha aşağı qiymətə təklif etməsi həmin bazar subyektini qiymətləri bazarın tələbinə uyğunlaşdıraraq aşağı salmağa məcbur edir ki, bu zaman rəqabət nəticəsində eynicinsli əmtəələrə ümumi qiymət formalaşır və qiymət əmələgəlməsinin bazar mexanizminin fəaliyyəti təmin edilir. Rəqabət qabiliyyətinin artırılması yalnız səmərəli rəqabət mühitinin bazarda formalaşdırdığı rəqabət təzyiqi vasitəsilə mümkündür. Belə ki, bazar subyektləri arasında rəqabət təzyiqi məhsuldarlığın və iqtisadi səmərənin artmasına, texnologiya və innovasiyaların geniş tətbiqinə şərait yaradır. Yalnız tam rəqabət şəraitində iqtisadiyyata likvidlik dəstəyi verməklə, idxalın yerli istehsalla əvəzlənməsinə və ixracın təşviqinə nail olmaq mümkündür, çünki yalnız bu halda yerli məhsul və xidmətlərin rəqabətqabiliyyətliliyi təmin edilə bilər. 1.272.902,66 AZN məbləğində ƏDV ödəməkdən azad edilmə Müəssisənin hüquqi vəziyyətinin əhəmiyyətli şəkildə yaxşılaşdırır, üzərinə ƏDV ödənilməsi ilə bağlı qoyulmuş vəzifədən azad edir və hüquq məsuliyyətini aradan qaldırır. Əks təqdirdə, Müəssisə soya paxlasını 1.450.000 AZN zərərlə satmalı olacaq və nəticədə ciddi maddi itkilərə məruz qalacaqdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin cavabdeh qismində iştirakına xitam verilmiş və iş üzrə iddia tələbi “cavabdeh Bakı Baş Gömrük İdarəsinin üzərinə iddiaçı tərəfindən əsassız ödənilməsi tələb edilən 1272902,66 manat məbləğində X5nin qaytarılmasına dair qərar və rəyin verilməsi vəzifəsinin qoyulması” kimi dəyişdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5254/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5254/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən İddiaçınə ünvanlanmış 1000-20/0xx-xx/014214 saylı xx.xx.2022-ci il tarixli məktub ilə bildirilmişdir ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 242.3-cü maddəsinə əsasən, gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür. Müraciətdə qeyd olunan malın idxalı zamanı X5 üzrə azadolmalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.35-ci maddəsinə əsasən tənzimlənir. Belə ki, “İdxalı X5ndən azad edilən xammal və materialların siyahısı” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 iyul tarixli 1732 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 113-cü maddəsinin İİ hissəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında başqa qayda nəzərdə tutulmayıbsa, onlar dərc edildiyi gündən qüvvəyə minir. "İdxalı X5ndən azad edilən xammal və materialların siyahısının təsdiqi barədə Azərbaycan Respublikası Prəzidentinin 2022-ci i! 1 iyul tarixli 1732 nömrəli Fərmanı xx.xx.2022-ci il tarixdə Xalq qəzetində dərc edilmiş və xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən İddiaçınə ünvanlanmış 1000-120/1xx-xx/022097 saylı xx.xx.2022-ci il tarixli məktub ilə bildirilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixli 11/2022M saylı eyniməzmunlu müraciətinə Dövlət Gömrük Komitəsinin 18 08.2022-ci il tarixli 1000-120/0xx-xx/014214 saylı məktubu ilə münasibət bildirilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 242.3-cü maddəsinə əsasən gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür. Müraciətdə qeyd olunan malın idxalı zamanı X5 üzrə azadolmalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.35-ci maddəsinə əsasən tənzimlənir. Belə ki, "İdxalı X5ndən azad edilən xammal və materialların siyahısı” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 iyul tarixli 1732 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 113-cü maddəsinin İİ hissəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında başqa qayda nəzərdə tutulmayıbsa, onlar dərc edildiyi gündən qüvvəyə minir, “idxalı X5ndən azad edilən xammal ve materialların siyahısfmn təsdiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 iyul tarixli 1732 nömrəli Fərmanı xx.xx.2022-ci il tarixdə Xalq qəzetində dərc edilmiş və xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 3-33/2-005857/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Azərbaycan Respublikası prezidentinin 2022-ci il 01 iyul tarixli 1732 nömrəli Fərmanı ilə təsdiq edilmiş idxalı X5ndən azad edilən xammal və materialların siyahısında İddiaçı idxal etdiyi 1201 90 000 0 təsnifat kodu ilə göstərilmiş, xırdalanmış və ya xırdalanmamış soya paxlalarının (toxumluq olmayan) idxalı X5ndən azad edilən xammal və materiallar aid edilsə də, iddiaçı tərəfindən idxal edilmiş həmin mallar gömrük ərazisinə sözügedən Fərmanın imzalandığı xx.xx.2022-ci il tarixdən əvvəl gətirilmiş, başqa sözlə gömrük sərhədini xx.xx.2022-ci il tarixdən əvvəl keçdiyi üçün idxalı X5ndən azad edilməmişdir. Qeyd edilən malların gömrük rəsmiləşdirilməsi xx.xx.2022- ci il tarixdə aparılaraq, mallar həmin tarixdə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş, X5 Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 242.3-cü maddəsi tətbiq olunmaqla hesablanmış və iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. İddia ərizəsində istinad olunan Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddesirın Vİİ hissəsinə və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinə münasibətdə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi müddəası fiziki və hüquqi şəxslərin maddi vəziyyətinin yaxşılaşdırılmasına aid olan hal deyildir. Qeyd edilən fikir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28.01.20 14-cü il tarixli qərarı ilə də təsbit edilmişdir. Belə ki, həmin qərarda Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran” ifadəsinin nəyi nəzərdə tutması və bu ifadənin fiziki və hüquqi şəxslərin maddi vəziyyətinin yaxşılaşdırılmasını özündə ehtiva edib-etməməsinə dair sorğuda qaldırılan suala cavab olaraq Konstitusiya Məhkəməsinin Plenumu, ilk növbədə, "hüquqi vəziyyət” anlayışına aydınlıq gətirmək, Qərarın nəticə hissəsində “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılmasının hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmədiyi, həmin hüquq və azadlıqların olduğu kimi qaldığı, bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılmasının hərbi qulluqçuların Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməyəcəyini müəyyənləşdirmişdir. Beləliklə, İddiaçı idxal etdiyi və 0122100C 346420 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların gömrük rəsmiləşd rilməsi Azərbaycan Respublikası gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirildiyindən və buna uyğun olaraq gömrük ödənişləri iddiaçı tərəfindən düzgün hesablanaraq dövlət büdcəsinə ödənildiyindən hər hansı bir artıq ödənilmiş məbləğin mövcud olmadığı müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 3-33/2-005699/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.16-cı maddəsinə əsasən gömrük orqanı dedikdə - gömrük xidmətinin gömrük rəsmiləşdirilməsini və gömrük nəzarətini həyata keçirmək səlahiyyəti verilmiş inzibati bölməsi nəzərdə tutulur. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2012-ci il tarixli 646 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə” (bundan sonra - Əsasnamə) və “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu” təsdiq edilmişdir. Əsasnamənin 1.1-ci bəndinə əsasən Komitə Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, gömrük işi sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır. Əsasnamənin 2.1.1-ci yarımbəndinə əsasən gömrük işi sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək, 2.1.2-ci yarımbəndinə əsasən gömrük işini təşkil etmək və onun inkişafını təmin etmək, 2.1.3-cü yarımbəndinə əsasən gömrük işi sahəsində normayaratma fəaliyyətini həyata keçirmək, 2.1.4-cü yarımbəndinə əsasən hüquq mühafizə fəaliyyətini həyata keçirmək və 2.1.5-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasında qabaqcıl gömrük tənzimlənməsi vasitələrinin tətbiqini təşkil Komitənin fəaliyyət istiqamətlərinə daxildir. Əsasnamənin 3.1.5-ci yarımbəndinə əsasən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsini təşkil etmək, onun təkmilləşdirilməsi və sadələşdirilməsi üçün tədbirlər görmək, 3.1.6-cı yarımbəndinə əsasən mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını təmin etmək, 3.1.7-ci yarımbəndinə əsasən gömrük ödənişlərinin alınmasını təmin etmək, 3.1.8-ci yarımbəndinə əsasən gömrük rüsumlarının, müvafiq vergilərin və dövlət rüsumunun vaxtında və tam həcmdə dövlət büdcəsinə köçürülməsini təmin etmək Komitənin əsas vəzifələrindəndir. Əsasnamənin 5.1-ci bəndinə əsasən Komitənin aparatı, onun strukturuna daxil olan gömrük orqanları və tabeliyində olan digər qurumlar Komitənin vahid sistemini təşkil edir. Komitə öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir. İddiaçı direktoru X2 dəfələrlə Dövlət Gömrük Komitəsinə eyni məzmunlu müraciətlər etmiş, həmin müraciətlərdə qeyd olunan məsələyə mövcud qanunvericiliyin tələblərinə uyğun baxılaraq müraciətləri cavablandırılmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük idarəsində aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, iddiaçı “GP SOY Processing" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Türkiyə Respublikasının “Bunge Gida Sanayi ve Ticaret A.Ş.” şirkətindən idxal edilən mənşə ölkəsi Braziliya Federativ Respublikası, “Glycine Max.L” markalı, miqdarı 5494870,00 kq olan “xırdalanmış və ya xırdalanmamış soya paxlaları” adlı malların gömrük rəsmiləşdirilməsi üçün xx.xx.2022-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə elektron formada **********4997 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş **********4997 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında yükün xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu 120190 0000, 42-ci qrafasında invoys dəyəri 4014497,07 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 7058177,00 manat, 46-cı qrafasında statistik dəyəri 4151868,82 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 0 1 - sövdələşmə qiyməti üsulu seçilərək İddiaçı tərəfindən bəyan olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımı 2000,00 manat, X5 1270831,86 manat, elektron gömrük xidmətinin göstərilməsinə görə 60,00 manat və elektron gömrük xidmətinin göstərilməsinə görə X5 10,80 manat, cəmi 1272902,66 manat hesablanmışdır. - **********4997 sorğu nömrəli gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, İddiaçı 1270831,86 manat məbləğində olan X5ni ödəmək istəməmişdir. İddiaçı X5ni ödəməməyinin səbəbi olaraq idxal etdiyi mallara görə X5nin tutulmamalı olduğunu bildirmişdir. **********4997 sorğu nömrəli gömrük bəyannaməsi üzrə elektron çıxarışda İddiaçı nəzərinə çatdırılmışdır ki, “Gömrük Məcəlləsinin 242.3-cü maddəsinə əsasən idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən qüvvədə olan vergilərin dərəcələri əsas götürülür.’’ Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 40.2. Gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. 104.1. Gömrük rəsmiləşdirilməsi bəyannaməsinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. 104.2. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. 146.1. Gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. 162.1. Bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163-cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. 164.1. Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilir. 164.2. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini, ticarət siyasəti tədbirlərinin tətbiqini, malların idxalı ilə bağlı müəyyən edilmiş digər prosedurların tamamlanmasını əhatə edir. 242.1. X5 üzrə gömrük borcunun məbləği hesablanarkən, malların bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada müəyyən edilən gömrük dəyəri əsas götürülür. 242.3. Gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibətdə isə, mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür. Hazırkı işin hallarından müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli, **********6420 nömrəli gömrük bəyannaməsi ilə idxal olunan mallar XİF MN-ə görə 1201 90 000 0 təsnifat kodu ilə göstərilmiş, 549870,00kq səpələnib tökülən, xırdalanmış və ya xırdalanmamış soya paxlaları, invoys dəyəri 4014497,07 ABŞ dolları, gömrük dəyəri 7058177,00 manat, statistik dəyəri 4151868,82 ABŞ dolları, gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 0 1 - sövdələşmə qiyməti üsulu seçilərək İddiaçı tərəfindən bəyan olunmuşdur. Mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımı 2000,00 manat, X5 1270831,86 manat, elektron gömrük xidmətinin göstərilməsinə görə 60,00 manat və elektron gömrük xidmətinin göstərilməsinə görə X5 10,80 manat, cəmi 1272902,66 manat hesablanmış və iddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş nəqliyyat qaimələri və daşıma cədvəllərinin siyahısı ilə müəyyən edilir ki, yuxarıda qeyd edilən mallar gömrük sərhədindən 16- xx.xx.2022-ci il tarixlərdə keçirilmişdir. İddiaçı bu halı mübahisələndirməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “İdxalı X5ndən azad edilən xammal və materialların siyahısfnm təsdiqi və “İdxalı X5ndən azad edilən xammal və materialların siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 iyul tarixli 1732 nömrəli Fərmanı ilə təsdiq edilmiş idxalı X5ndən azad edilən xammal və materialların siyahısında iddiaçının idxal etdiyi 1201 90 000 0 təsnifat kodu ilə göstərilmiş, xırdalanmış və ya xırdalanmamış soya paxlaları (toxumluq olmayan) idxalı X5ndən azad edilən xammal və materiallar aid edilsə də iddiaçı tərəfindən idxal edilmiş həmin mallar gömrük ərazisinə sözügedən Fərmanın imzalandığı xx.xx.2022-ci il tarixdən əvvəl gətirilməsi işin mübahisəsiz halıdır. Belə olan halda gömrük sərhədini xx.xx.2022-ci il tarixdən əvvəl keçdiyi üçün idxalı X5ndən azad edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinə münasibətdə qeyd edir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi müddəası fiziki və hüquqi şəxslərin maddi vəziyyətinin yaxşılaşdırılmasına aid olan hal deyildir. Qeyd edilən mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarı ilə də təsbit edilmişdir. Belə ki, həmin qərarda Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran” ifadəsinin nəyi nəzərdə tutması və bu ifadənin fiziki və hüquqi şəxslərin maddi vəziyyətinin yaxşılaşdırılmasını özündə ehtiva edib- etməməsinə dair sorğuda qaldırılan suala cavab olaraq Konstitusiya Məhkəməsinin Plenumu, ilk növbədə, “hüquqi vəziyyət” anlayışına aydınlıq gətirməklə, Qərarın nəticə hissəsində “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılmasının hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmədiyi, həmin hüquq və azadlıqların olduğu kimi qaldığı, bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılmasının hərbi qulluqçuların Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran’ hal kimi qəbul oluna bilməyəcəyini müəyyənləşdirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5254/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5254/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-401/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-401/2024
01.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver