Məhkəmə qərarları › İş №2-1(103)-4017/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4017/2025

15.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4017/2025 15.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Abbasov Mirzəli Əbdüləli oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X28 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanda yerləşən 0,25 ha torpaq sahəsinin 0,13 ha hissəsinə dair hüququn ölmüş şəxs Kübra Qüdrət qızına məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddianın mümkün sayılmaması barədə Bakı İnzibati Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 2- 1(112)-1808/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X28 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanda yerləşən 0,25 ha torpaq sahəsinin 0,13 ha hissəsinə dair hüququn ölmüş şəxs Kübra Qüdrət qızına məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 0,25 ha torpaq sahəsi 11 noyabr 1965-ci il tarixli, 11619 saylı müqaviləyə əsasən vətəndaş Kübra Qüdrət qızının icarəsinə verilmiş və 11 noyabr 1965-ci il tarixli 11619 nömrəli müqavilə arxiv qovluğunda mövcuddur. Hazırda vətəndaş Kübra Qüdrət qızının vəfat etməsi ilə əlaqədar onun nəvəsi İddiaçı ərizəsi əsasında xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 36 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X28 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, 11 noyabr 1965ci il tarixli, 11619 nömrəli müqaviləyə əsasən Kübra Qüdrət qızının icarəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsi faktiki olaraq zəbt edilmiş, daha sonra bir sıra inzibati orqanların əməkdaşlarının səhlənkarlığı və qanunsuz hərəkətləri nəticəsində torpaq sahəsini zəbt etmiş X18 adlı şəxsin adına rəsmiləşdirilmişdir. Kübra Qüdrət qızı iddiaçının nənəsidir, iddiaçı onun varisidir. Lakin iddiaçı tərəfindən ərizə ilə cavabdehə torpaq sahəsi ilə bağlı müraciət etsə də imtina cavabı almışdır. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz məhkəməyə təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, idarənin arxivində Kübra Qüdrət qızı ilə bağlanmış xx.xx.1965-ci il tarixli, 11619 saylı müqavilənin bağ sahəsindən istifadə etmədiyi səbəbindən ləğv edilərək həmin bağın X9 adına keçirilməsinin məqsədəuyğun hesab edilməsinə dair xx.xx.2003-cü il tarixli məlumat və xx.xx.2003-cü il tarixli akt mövcuddur. Belə ki, qeyd olunan “275” saylı torpaq sahəsi müvafiq sənədlər əsasında X9 istifadəsinə verilərək sonradan özgəninkiləşdirilmişdir. Bundan başqa, texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin digər şəxs tərəfindən hasara alındığı və istifadə olunduğu aşkar olunmuşdur (torpaq sahəsi iddiaçının istifadəsində deyildir). Elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən şərti göstərilən torpaq sahəsi digər fiziki şəxslər X2 və X1 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı İnzibati Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 2-1(112)-11110/2024 saylı qərardadı ilə X6 və X5 üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdirlər. Bakı İnzibati Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 2-1(112)-1808/2025 saylı qərardadı ilə (hakim M.T.Hacıbəyova) iddia mümkün sayılmamışdır. Birinci instansiyası məhkəməsinin qərardadı iddiaçı tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının nənəsi Kübra Qüdrət qızına Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində xx.xx.1965-ci il tarixdə 11619 saylı müqaviləyə əsasən 0,25 ha 275 saylı torpaq sahəsi icarəyə verilmişdir. Həmin torpaq sahəsində nənəsi Kübra ev tikdirərək, müxtəlif ağaclar əkdirmişdir. 1994-cü ilin fevral ayında nənəsi Kübra vəfat etdikdən sonra həmin bağa nənəsi Kübranın tək övladı olan iddiaçının anası X22 gedib-gəlmişdir. İddiaçının anası Tamilla Əliyeva 2000-ci ildə vəfat etdikdən sonra atalığı Zakir həmin bağa gələrək baş çəkmiş və həmin bağ sahəsinə baxmışdır. İddiaçı nənəsi Kübranın 275 saylı bağ sahəsinin müqaviləsini tapa bilmədiyi üçün həmin müqavilənin dublikatının əldə edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh orqanınnı məktubunda göstərilmişdir ki, Goradil ərazisində yerləşən 0,25 ha torpaq sahəsi olan bağ sahəsinin icarəyə verilməsi haqqında Kübra Qüdrət qızı ilə bağlanmış 11 noyabr 1965-ci il tarixli, 11619 saylı müqavilə arxiv qovluğunda mövcuddur. Həmçinin bildirilmişdir ki, həmin sənədlər toplusunda saxlanılan keçmiş Bağlar Təsərrüfat idarəsinin mühəndisi tərəfindən xx.xx.2003-cü il tаriхdə yazılmış “Məlumatda” və xx.xx.2003-cü il tarixdə tərtib edilmiş aktda Kübra Qüdrət qızının 11619 saylı müqavilə ilə icarəsinə verilmiş Goradil ərazisində yerləşən 275 saylı bağ sahəsindən uzun müddət istifadə edilmədiyi üçün, guya xx.xx.1972-ci il və xx.xx.1986-cı il tarixlərdə idarə tərəfindən nənəsinə xəbərdarlıq edilməsinə baxmayaraq bir dəfə də olsun ki, bağ sahəsinə gəlmədikləri səbəbindən onunla bağlanmış müqavilənin ləğv edildiyi, bağ sahəsi uzun müddətdir ki, ailəsi ilə birlikdə qulluq edən fiziki şəxsin adına keçirdiyi qeyd edilmişdir. Bununla bağlı o da qeyd olunmalıdır ki, istər nənəsi Kübra, istərsə də anası Tamilla tərəfindən rəhmətə gedənədək Goradil qəsəbəsində yerləşən 275 saylı bağ evinə gedibgəlmiş, eləcə də onlara hər hansı bir idarə tərəfindən xəbərdarlıq edilməmış, çünki atalığı Zakirin belə bir fakt gözündən qaçmazdı. Müəyyən olunmuşdur ki, Nina Bratçikova adlı şəxs xx.xx.2003-cü il tarixdə Bağlar idarəsinə müraciət edərək Goradil qəsəbəsində yerləşən 275 saylı bağ evində 10 ildən artıq istifadə edildiyi üçün adına keçirmək barədə ərizə ilə müraciət etmişdir. X24 idarəsinin mühəndisi Ş.İsmayılov xx.xx.2003-cü il tarixdə Nina Bratçikovanın müraciətindən əvvəl rəhbərliyinə müraciət edərək Nina Bratçikovanın iddiaçının nənəsinə məxsus olan bağdan guya 17-18 il müddətdə istifadə edildiyindən, Kübra Qüdrət qızının adında olan 275 saylı bağın 11619 saylı müqavilə ilə Kübra Qüdrət qızına verilmiş bağ evini N.Bratçikovanın adına sənədləşdirilməsi məqsədi ilə müqavilənin ləğv edilməsini göstərmiş və bununla da həmin müqavilə ləğv olunmuşdur. Bundan başqa, müəyyən olunmuşdur ki, Şahin İsmayılov xx.xx.2003-cü il tarixdə bir sıra şəxslərin iştirakı ilə nənəsi Kübraya məxsus Goradil qəsəbəsində yerləşən 275 saylı bağda Nina Bratçikova тərəfindən guyа aqrotexniki qаydаlаrа uyğun becərməklə və bağa qulluq etməklə məşğul olması barədə müvafiq sənədlər tərtib etmişdir. Bağlar idarəsinin əməkdaşları, o cümlədən Şahin İsmayılov iddiaçının nənəsi Kübra Qüdrət qızının izini tamamilə itirmək məqsədi ilə Goradil qəsəbəsində yerləşən 275 saylı bağ evinin tarixi bəlli olmayan akt tərtib edərək, guya Goradil qəsəbəsində yerləşən bağların nömrəsini yoxlayarkən müəyyən olunmuşdur ki, Kübra Qüdrət qızı 275 saylı bağın əvəzinə 204 saylı bağdan istifadə edir. Buna görə də komissiyanın üzvləri belə qərarа gəlmişlər ki, Kübra Qüdrət qızının 11619 saylı müqaviləsində bağın nömrəsinin dəyişdirilməsində düzəliş edilsin. Bunun nəticəsində Bağlar idarəsində nənəsi Kübra Qüdrət qızına məxsus 11619 saylı xx.xx.1965-ci ilin müqaviləsində açıq-aşkar 275 saylı bağın nömrəsini pozaraq, qanunsuz olaraq, 204 nömrəyə dəyişdirərək saxtaкаrlıq etmişlər. Lakin həmin dəyişdirmə rəqəmin axırı pozulmuş yerdən 5 rəqəminin olmasının adi gözlə göründüyü halda, Ş.İsmayılov 275 saylı bağın 204-də dəyişdirməsi qarşısında məcbur qalıb həmin bağ evinin nömrəsinin 205 yox, “275 nömrəsi barədə heç bir fikir söyləmədən”, bağın 204 nömrəsinə saxta akt tərtib etməsi ilə nənəsi Kübra Qüdrət qızına müqaviləyə əsasən aid olan həmin 275 saylı bağın izinin itirməsi halı mövcuddur. Bundan sonra həmin bağ iddiaçının nənəsi Kübra Qüdrət qızına 11619 nömrəli müqaviləyə əsasən məxsus olan 275 saylı bağı Nina Bratçikovanın adından Sahilə adlı qadının adına 0,12 ha rəsmiləşdirilmiş, qalan 0,13 ha iddiaçının nənəsinə məxsus torpağın aqibəti barədə bu günə kimi cavabdeh tərəfindən məlumat verilməmişdir. Goradil qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsinin bağ evinin 0,12 ha torpağı Sahilə Hadıyeva adına rəsmiləşdirilməsi nəticəsində, 0,13 ha torpaq sahəsinin qalmış olduğu mövcud olduğundan inzibati məhkəməsinin qərarına əsasən iddiaçı qohumu Rasimlə 1 saylı Ərazi idarəsinin əməkdaşının dəvəti ilə Goradil qəsəbəsinə gələrək orada yerləşən sözügedən bağa baxış keçirilmişdir. Müəyyən olunmuşdur ki, sözügedən 0,13 ha bağ sahəsi hündür hasara alınaraq qapı qoyulmuş və üstündə satılması barədə nömrələr yazılmışdır. Bundan başqa, 1 saylı Bağlar Ərazi idarəsindən 2023-cü ilin avqust ayında vəkilə göndərdiyi məktubda 275 saylı bağ uzun müddət istifadə edilmədiyindən akt və Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 488 saylı sərəncamı ilə 0,12 ha torpaq sahəsi xx.xx.2003-cü il tarixli, 11619 saylı icarə müqaviləsi əsasında X11 istifadəsinə verilmişdir. xx.xx.2005-ci il tarixdə 11619 saylı bağ sahəsi, yəni yuxarıda qeyd edilmiş nənəsinə məxsus bağ sahəsi Sahilə Hadıyevanın adına rəsmiləşdirilmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən müəyyən olunmuşdur ki, qeyd etdiyi 0,25 ha bağ sahəsindən 0,12 ha hal-hazırda Sahilə Hadıyevanın adına rəsmiləşdirilmiş, 0,13 ha torpaq sahəsi bu günə kimi iddiaçının nənəsi Kübranın 11619 saylı müqaviləyə əsasən adında qalmışdır. Lakin buna baxmayaraq 1 saylı Bağlar Ərazi idarəsinin əməkdaşları bunu bilərəkdən həmin bağ sahəsini digər şəxslərin adına keçirilməsinə çalışırlar. Belə ki, iddiaçı tərəfindən ərizə ilə dəfələrlə cavabdeh təşkilata və Bакı şəhər İcrа Hаkimiyyətinə müхtəlif vахtlаrdа müraciət оlunаrаq Bакı şəhəri, Binəqədi rаyоnu, Gorаdil qəsəbəsində yеrləşən nənəsi Кübrа Qüdrət qızının icаrəsinə vеrilmiş 0,25 hа tоrpаq sаhəsinin əvvəlki icаrəçisinin hüquqlаrının qеydiyyаtı ləğv еdilməmiş və yа etibаrsız hеsаb оlunmаmış еyni hüquqlаrın yеni qеydiyyаtının hаnsı əsаslа və kimin аdınа аpаrılmаsı bаrədə məlumаtın vеrilməsi хаhiş оlunmuş, cаvаbdеh təşkilаtın xx.xx.2003-cü il tаriхli və xx.xx.2024-cü il tаriхli cаvаb məкtublаrındа qеyd оlunаn 0,25 hа tоrpаq sаhəsinin 0,12 hа hissəsinin əvvəlcə Brаtçikоvа Ninа Аlеksаndrоvnа аdlı şəхsin аdınа sənədləşdirilməsi, dаhа sоnrа isə sоnuncunun və оnun аilə üzvlərinin rаzılıq ərizələri əsаsındа Hаdıyеvа Sаhilə Əbülfəz qızının аdınа kеçirilmişdir. Еyni zаmаndа, Bакı şəhər İcrа Hаkimiyyətinə ünvаnlаnmış xx.xx.2023-cü il tаriхli, 444 sаylı məktubа xx.xx.2023-cü il tаriхli cаvаb məktubundаn görünür кi, Bакı şəhər İcrа Hаkimiyyəti bаşçısının xx.xx.2003cü il tаriхli, 488 saylı sərəncаmı ilə vətəndаş Brаtçiкоvа Ninа Аlекsаndrоvnаyа Gorаdildə 275 saylı bаğ sаhəsi аyrılmışdır (sərəncаmdа аyrılаn bаğ sаhəsinin ölçüsü göstərilməmişdir). Qеyd оlunаn məktublаrdаn, hаbеlə cаvаbdеh tərəfindən məhкəməyə təqdim оlunmuş bir sırа sənədlərdən görünür кi, Gorаdil qəsəbəsində yеrləşən nənəsi Кübrа Qüdrət qızının icаrəsinə vеrilmiş 0,25 hа tоrpаq sаhəsinin yаlnız 0,12 hа hissəsi həmin tоrpаq sаhəsini fаktiki zəbt еtmiş Brаtçiкоvа Ninа Аlекsаndrоvnа аdlı şəхsin аdınа sənədləşdirilmiş, dаhа sоnrа isə sоnuncunun və оnun аilə üzvlərinin rаzılıq ərizələri əsаsındа Hаdıyеvа Sаhilə Əbülfəz qızının аdınа kеçirilmiş və xx.xx.2023-cü il tаriхdə sоnuncunun mülкiyyət hüquqlаrı qеydiyyаtа аlınmışdır. Lакin Gorаdil qəsəbəsində yеrləşən nənəsi Кübrа Qüdrət qızının icаrəsinə vеrilmiş 0,25 hа tоrpаq sаhəsinin digər 0,13 hа hissəsinin аqibəti bаrədə bizə hər hаnsı bir məlumаt vеrilməmişdir. Cаvаbdеh təşkilаt tərəfindən məhkəməyə təqdim еdilmiş sənədlərin bir hissəsində sахtа üsullа dəyişiкlər еdilmişdir ki, bu sənədlərin də yаlnız аğ-qаrа rəngsiz ksеrо surətləri təqdim еdilmişdir. Bеlə ki, həmin sənədlərin rəngli vаriаntda təqdim оlunsа, хüsusi biliyə bеlə mаlik оlmаyаn şəхs оrаdа sахtа düzəlişlərin еdildiyini dərhаl аşkаr еdəcəkdir. Кübrа Qüdrət qızının icаrəsinə vеrilmiş 0,25 hа tоrpаq sаhəsinin digər 0,13 hа hissəsinin аqibəti bаrədə bəlli оlmаdığı və hər hаnsı məlumаt vеrilmədiyi hаldа, həmin sаhənin digər аdlаrını bilmədikləri 2 nəfərə аid оlduğu bаrədə məhkəməyə həqiqətə uyğun оlmаyаn məlumаt vеrilib, lаkin hаnsı sənədlər əsаsındа bunun həyаtа кеçirildiyi bаrədə məlumаt vеrilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, ünvan 1 ünvanda yerləşən 0,25 ha torpaq sahəsinin 0,13 ha hissəsi hazırkı dövrə qədər istifadə olunmayan və becərilməmiş sahədir. Sahənin fotoşəkilləri məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən Kübra Qüdrət qızı tərəfindən torpaq sahəsinin baxımsız halda saxlanılması səbəbilə icarə müqaviləsinin ləğv olunmalı olduğu bildirilir. Lakin müqavilənin ləğvinin hansı qaydada həyata keçirilməsi ilə bağlı hər hansı məlumat verilməmişdir. Cavabdeh tərəfindən təqdim eilən sənədlər sonradan tərtib olunmuşdur. Vizual şəkildə sənədə nəzərə salındıqda dərkənarın kimin tərəfindən qoyulması məlum olmur. Sənədlərin hər biri saxtadır. Torpaq sahəsinin 0,13 ha hissəsinin faktiki olaraq hal-hazırda mülkiyyətçisi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Bakı İnzibati Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 2-1(112)-1808/2025 saylı qərardadı aşağıdakılarla əsaslandırılmışdır: “ ... İnzibati işdə olan sənədlərdən məhkəmə müəyyən etmişdir ki, xx.xx.1965- ci ildə Görədil qəsəbəsində 0,25 ha sahəsi olan bağ sahəsi xx.xx.1971-ci ilədək olan müddətə Kübra Qüdrət qızının icarəsinə verilmişdir, həmin şəxs xx.xx.1994-cü ildə vəfat etmişdir,onun qızı X22 xx.xx.2000-ci ildə vəfat etmişdir, iddiaçı X20 X23 ilə nikahından doğulmuşdur, 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının vəkilinə ünvanlanmış xx.xx.2024- cü il tarixli məktubuna əsasən isə Kübra Qüdrət qızı ilə bağlanmış xx.xx.1965-ci il tarixli, 11619 nömrəli müqavilə bağ sahəsindən istifadə edilmədiyindən ləğv edilərək 275 nömrəli torpaq sahəsi X12 istifadəsinə verilərək özgəninkiləşdirilmişdir, bu səbəbdən iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 275 saylı torpaq sahəsi üzərində hüquqların mərhum Kübra Qüdrət qızına məxsus olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş Bağlar Təsərrüfatı İdarəsinin mühəndisi tərəfindən həmin İdarənin direktoruna ünvanlanmış xx.xx.2003-cü il tarixli məlumatına əsasən xx.xx.1965-ci ildə 11629 nömrəli müqavilə ilə Kübra Qüdrət qızına verilmiş 275 nömrəli bağ sahəsindən Kübra Qüdrət qızı xx.xx.1971-ci ildə, xx.xx.1986-cı ildə xəbərdarlıq edilməsinə baxmayaraq istifadə etməmişdir, bağ sahəsindən 17-18 ildən artıq bir müddətdə X18 istifadə etmişdir, xx.xx.2003-cü ildə qeyd edilən bağ sahəsinin 0,12 ha hissəsi (275 nömrəli bağ) Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və X8 Departamenti Bağlar Təsərrüfatı İnkişafl və X13 Nina Aleksandrovna ilə bağladığı 11629 nömrəli müqaviləyə əsasən sonuncunun icarəsinə verilmişdir. Habelə cavabdehin iddiaçının vəkilinə və nümayəndəsinə ünvanlanmış xx.xx.2023cü il tarixli məktubdan görünür ki, bağ sahəsi X9 və ailə üzvlərinin notariat qaydasında təsdiq edilmiş razılıq ərizələri əsasında X15 adına keçirilmiş və xx.xx.2005-ci il tarixli, 11619 nömrəli müqavilə ilə rəsmiləşdirilmişdir, X15 istifadəsinə verilmiş bağ sahəsi xx.xx.2005-ci il tarixli, 11620 saylı müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü sənədi” əsasında xx.xx.2023-cü il tarixdə X15 adına qeydə alınmışdır. Cavabdehin məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən, iddia edilən sahə iki ayrı-ayrı hasar daxilində olan sahədir, sahə digər vətəndaşlar tərəfindən hasarlanmış və faktiki istifadələrindədir, bağların bölgüsünə dair sxematik xəritəyə əsasən istinad koordinatları göstərilən torpaq sahələri 275 və 276 saylı bağların əraziləridir (qeydiyyatdan keçmiş sahələrdir). Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 642704 nömrəli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 276 q saylı bağ sahəsi xx.xx.2021-ci ildə X1 mülkiyyəti kimi qeydə alınmışdır, Bakı şəhəri 19 saylı DNK-da təsdiq edilmiş xx.xx.2008-ci il tarixli, 642704 nömrəli torpaq sahəsinin bağışlama müqaviləsinə əsasən X7 qeydiyyat №si **********, qeydiyyat tarixi xx.xx.2008-ci il olan çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 276 saylı bağ sahəsində yerləşən 0,24 ha torpaq sahəsindən 0,04 ha hissəsini X3 bağışlamışdır, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 276 saylı bağ sahəsinin bölgü sxeminə əsasən bağ torpaq sahəsinin 0,037 ha hissəsi X1, 0,047 ha hissəsi X2, 0,037 ha hissəsi X4 istifadəsinə verilmişdir. ... xx.xx.2025-ci il tarixli iddiaçının iddia etdiyi torpaq sahəsinə dair “Daşınmaz əmakın texniki vəziyyətini əks etdirən müayinə aktı”na əsasən iddia edilən sahə 2 ayrı-ayrı hasar daxilində olan sahədir, digər vətəndaşlar tərəfindən hasarlanmış və faktiki istifadəsindədirlər.Sahələrə daxil olmaq mümkün olmadığından ölçmə işlərinin aparılması mümkün olmamışdır, vizual olaraq hasarın çölündən görünənlərə əsasən 1 hissədə digər vətəndaşa məxsus 1 mərtəbli ev və həyət tikililəri vardır. Təqdim edilən icarə müqaviləsinin surətində bağın nömrəsi 204 kimi göstərilmişdir. Arxiv qeydinə əsasən 275 saylı bağ sahəsi 0,12 ha kimi digər şəxsin adına qeydiyyatdan keçib, təkrar araşdırma zamanı məlum oldu ki, qeydiyyatdan keçmiş 275 saylı bağın ilkin (1972) arxiv cizgisində sahənin nömrəsi 204/275 kimi göstərilmişdir. Həmin cizgidə göstərilən ümumi sahənin bir hissəsi 275 saylı bağ sahəsi kimi digər vətəndaşın adına qeydiyyata alınıb, digər hissəsi isə 275b saylı bağ evi kimi digər vətəndaşın adına qeydiyyata alınıb, 275 saylı bağın sonrakı (25.09.03-cü il) arxiv cizgisində qonşu bağın nömrəsi 275b kimi göstərilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərdən müəyyən etmişdir ki, hal-hazırda iddiaçının hüquqi marağının obyekti olan ünvan 1, onun vərəsəsi olduğu şəxsin müddətli icarədə olmuşdur, müddət bitdikdən sonra torpaqdan istifadə edilmədiyindən, baxımsız qaldığından, icra hakimiyyəti orqanı tərəfindən digər şəxslərin istifadələrinə verilmiş, halhazırda torpaq sahəsi üçüncü şəxslərin adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və faktiki istifadəsindədirlər. Hal-hazırda üçüncü şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat qüvvədədir. ... Belə olan halda iddiaçının iddia ərizəsində göstərilən ünvan 1 ünvanda yerləşən 0,25 ha torpaq sahəsinin 0,13 ha hissəsi iddiaçının nənəsi Kübra Qüdrət qızı vəfat edən zaman sonuncunun sənəd üzrə və faktiki istifadəsində olmadığı, Kübra Qüdrət qızının bilavasitə vərəsəsi olmuş iddiaçının anası və sonuncu vəfat etdikdən sonra iddiaçının özü tərəfindən miras əmlak kimi faktiki qəbul edilmədiyi və istifadə edilmədiyi üçün və hal-hazırda da üçüncü şəxslərin adına mülkiyyət hüququ ilə qeydə alındığı üçün ünvan 1 ünvanda yerləşən 0,25 ha torpaq sahəsinin 0,13 ha hissəsinə dair hüququn ölmüş şəxs Kübra Qüdrət qızına məxsus olması haqqında arayışın verilməsini tələb etmək kimi iddiaçının hal-hazırda subyektiv hüququ mövcud deyildir”. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi qənaətlə işin hazırkı vəziyyətində razı deyil. Belə ki, məhz 275 saylı bağ sahəsinin 0,12 ha torpaq sahəsinə dair X14 müqavilə bağlandıqdan sonra qalan 0,13 ha hissəsinə münasibətdə hal-hazırda hər hansı şəxsin hüquqlarının dövlət qeydiyyatından keçməsi iş materialları ilə öz təsdiqini tapmır. İş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh iddiaçıya xx.xx.2024-cü il tarixdə aşağıdakı məzmunda cavab ünvanlamışdır: “ ... “275” saylı torpaq sahəsi müvafiq sənədlər əsasında X9 istifadəsinə verilərək sonradan özgəninkiləşdirilmişdir. Bu səbəbdən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır”. Halbuki, Kübra Qüdrət qızı ilə müqavilənin 0,25 ha torpaq sahəsinə dair bağlanması, X9 istifadəsinə isə məhz 0,12 ha torpaq sahəsinin ayrılması işin mübahisələndirilməyən hallarındandır. Eyni zamanda cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, “ ... Göradil ərazisində yerləşən bağ sahəsindən (275 saylı bağ sahəsi) uzun müddət istifadə etmədiyi, xx.xx.1971-xx.xx.1986-cı il tarixlərdə İdarə tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq bir dəfə də olsun bağ sahəsinə gəlmədikləri səbəbindən onunla bağlanmış müqavilənin ləğv edildiyi, bağ sahəsinin isə həmin sahəyə uzun müddətdir ki, ailəsi ilə birlikdə qulluq edən Bratçikova N.A. adına keçirildiyi qeyd edilmişdir”. Kübra Qüdrət qızı ilə bağlanmış müqavilənin birtərəfli qaydada ləğv edilməsinə gəldikdə, müqavilənin özünün 12-ci bəndində qeyd olunduğu kimi, “ ... Bu müqavilə üzrə bütün mübahisələrə ... Trestin yerləşdiyi rayonun xalq məhkəməsində baxılır”. Trest tərəfindən Kübra Qüdrət qızına ünvanlanması iddia edilən xəbərdarlıqlarda belə müqavilənin birtərəfli qaydada ləğvindən söhbət getmir, məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilir. Eyni zamanda müqavilənin müddəalarından göründüyü kimi, müqavilənin bütün şərtlərini yerinə yetirdikdə icarədara müqavilənin müddətini uzatmaq hüququ kimi üstünlük verilir. Hazırkı vəziyyətdə Kübra Qüdrət qızına qarşı müqavilənin şərtlərini yerinə yetirmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi iş materialları ilə öz təsdiqini tapmır (*inzibati orqan və məhkəmə tərəfindən sadəcə mücərrəd bir məlumat və akta istinad olunur), buna baxmayaraq ona münasibətdə müqavilədə nəzərdə tutulmuş “müqavilənin müddətini uzatmaq hüququ kimi üstünlük hüququ” nəzərə alınmamışdır. Göstərilən hal nəzərə alınmasa belə, Nina Bratçikova ilə müqavilə məhz 0,12 ha torpaq sahəsinə münasibətdə bağlanmış, qalan 0,13 ha torpaq sahəsinin aqibəti iş materiallarından birmənalı olaraq aydın deyil. Həmin hissəyə münasibətdə cavabdehin mövqeyinin əsaslandırılması məqsədilə yenə də mücərrəd şəkildə fərqli nömrəli bağ sahələrinin mülkiyyətçilərinə istinad edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan xüsusatlar birinci instansiyası məhkəməsi tərəfindən araşdırılmalı və yalnız bundan sonra iddiaçının subyektiv hüququna münasibətdə hər hansı qənaətə gəlinməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati Prosessual Məcəllənin 87.7.2-ci bəndinə əsasən, inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. İnzibati Prosessual Məcəllənin 87.9-cu maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Məhkəmə kolegiyasının mövqeyinə görə işə təkrar baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən dəlillər üzrə müvafiq araşdırma aparmalı, bununla bağlı təqdim olunmuş sənədləri tədqiq etməli, zərurət yaranarsa sorğular verməli və sübutlar tələb etməli və bundan sonra gəldiyi nəticəni əsaslandırmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna xidmət edən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz Yuxarıda sadalananları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddianın subyektiv hüququn olmaması əsası ilə mümkün sayılmaması barədə qərardad ləğv edilməli, işə təkrar baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin yuxarıda qeyd olunan xüsusatları araşdırılmaqla əldə olunan sübutlar əsasında iddianın digər əsaslarla da mümkünlük şərtləri yoxlanılmalı, iddia mümkün sayıdığı təqdirdə mahiyyəti üzrə baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 2-1(112)-1808/2025 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Kamran Əkbərov Mirzəli Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar