Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-402/2025 27.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “torpaq sahəsinin bazar dəyəri nəzərə alınmaqla qanunvericiliyin tələblərinə uyğun olaraq satılması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Mədətli Fərid İlham oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “torpaq sahəsinin bazar dəyəri nəzərə alınmaqla qanunvericiliyin tələblərinə uyğun olaraq satılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1907/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.1998-ci il tarixdə, D-2520 nömrə ilə dövlət qeydiyyatına alınmış İddiaçı ATSC-nin özəlləşdirilmiş bazasında yaradılıb və onun hüquqi varisidir.
2. “İcarəyə verən” ƏMDX (bundan sonra – cavabdeh) ilə “İcarəçi” İddiaçı ASC arasında ƏMDX-nin xx.xx.2021-ci il tarixli 103 nömrəli sərəcamı əsasında bağlanmış “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” 30 iyun 2021- ci il tarixli 542 №li müqavilənin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Qaradağ rayonu, Qaradağ stansiyası ünvanındakı əmlak kompleksinin yerləşdiyi 27477,1 kv. metr torpaq sahəsi İddiaçı ASC-yə icarəyə verilmişdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın (elektron) surətindən müəyyən olunur ki, Bakı şəhəri, Qardağ rayonu, ünvan 3 ünvanında icarədə olan 2,747710 ha torpaq sahəsində (sənaye, nəqliyyat, müdafiə və digər torpaqlar) yerləşən 3665 kv metrdən ibarət əmlak kompleksi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı ASC adına Daşınmaz əmlakın Dövlət reyestrində **********22- 12301 nömrəli reyestr, ********** qeydiyyat nömrəsilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
4. İddiaçının hazırki tələblə bağlı müraciətinə ƏMDX tərəfindən verilmiş 24 iyun 2023cü il tarixli 3-21-3/2-8796/2023 №li cavab məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli, 93 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə uyğun olaraq özəlləşdirilən torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
5. “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC tərəfindən məhkəməyə təqdim olunmuş Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 29-cu km, 2K ünvanında yerləşən ümumi sahəsi 3665 kv. metr olan əmlak kompleksinin yerləşdiyi 2,747710 ha torpaq sahəsinin hazırki real bazar dəyərini müəyyən edilməsi barədə “Hesabat”dan müəyyən olunur ki, qeyd olunan torpaq sahəsinin hazırki real bazar dəyəri 305000 (üç yüz beş min) manat təşkil edir.
6. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş “Morion” Qiymətləndirmə Mərkəzinin Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 29-cu km, 2K ünvanında yerləşən 27477,1 kv. metr torpaq sahəsinin bazar dəyəri haqqında “Rəy”dən müəyyən olunur ki, torpaq sahəsinin mövcud vəziyyəti, təyinatı, kateqoriyası, yerləşdiyi ərazi, kommunikasiyalarla təchizatı, abadlaşması, analoq obyektlərə müqayisəli satışı və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən qeyd olunan torpaq sahəsinin dəyəri 19 iyun 2023-cü il tarixə 2198168,0 (iki milyon bir yüz doxsan səkkiz min bir yüz altmış səkkiz) manat təşkil edir.
7. Bakı İnzibati Məhkəməsinin müvafiq sorğusuna cavab olaraq ƏMDX tərəfindən verilmiş 03 iyun 2024-cü il tarixli 3-21-3/2-9019/2014 №li məktubda göstərilmişdir ki, sözügedən (Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 29-cu km, 2K) ünvanda 2023cü ildə özəlləşdirmə olmamışdır. 2024-cü ilin mart ayında həmin ünvandan (Ələt istiqamətində) 2,5 kilometr məsafədə yolun sağ tərəfində və eyni qiymət zonasında yerləşən torpaq sahəsi 1,0 (bir) kvadrat metri üçün qiyməti 80 (səksən) manat olmaqla özəlləşdirilmişdir (məktuba ərazinin ortofoto görüntüsü əlavə olunmuşdur).
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra mətndə ƏMDX) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında yerləşən 27477,1 kv. metr torpaq sahəsinin bazar dəyəri nəzərə alınmaqla qanunvericiliyin tələblərinə uyğun olaraq satılması öhdəliyinin cavabdeh ƏMDXnin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında yerləşən 3665 kvadratmetrlik əmlak kompleksi iddiaçının mülkiyyətindədir. Qeyd edilən Çıxarışa əsasən həmin əmlak kompleksinin yerləşdiyi 27477.1 kv. metrlik torpaq sahəsi dövlət mülkiyyətində olmaqla xx.xx.2021-ci il tarixli 542 saylı “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən iddiaçının icarəsindədir. Həmin torpaq sahəsini iddiaçı özəlləşdirmək niyyətindədir. Bu məqsədlə iddiaçı məktubla cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir. Müraciətin hüquqi əsasını Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamə təşkil etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3/2-8796/2023 nömrəli cavab məktubu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə uyğun olaraq özəlləşdirilən torpaq sahələrinin qiymətləndirilməsinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq həyata keçirilməsini bildirmişdir. Həmçinin cavab məktubunda qeyd edilən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərinin 2 198 168 manat təşkil etməsi bildirilmişdir.
10. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Etiraz onunla əsaslandırılmışdır ki, ƏMDX-nin xx.xx.2024-cü il tarixli, 3-21-3/2- 1176/2024 saylı iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddianın predmeti olan torpaq sahəsinin özəlləşdirilməsi ilə əlaqədar iddiaçının hər hansı hüquqları Xidmət tərəfindən pozulmamış, daşınmaz əmlakın bazar münasibətlərinə uyğun real dəyəri haqqında məlumat iddiaçıya təqdim edilmişdir. İddiaçı ərizəsində həmin ərazidə sənədsiz torpaq sahəsinin qiymətinin 1000-1200 manat ətrafında dəyişdiyini qeyd etməklə, təklif olunan məbləğlə razılaşmadığını qeyd etmişdir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.3-cü maddəsinə əsasən özəlləşdirmənin obyektiözəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan əmlak, müştərək müəssisələrin nizamnamə fondundakı dövlətin payı, dövlətə məxsus səhmlər, özəlləşdirilən müəssisələrin altında yerləşən torpaq sahələridir. İddianın predmeti olan torpaq sahəsi dövlət mülkiyyətində olmaqla mövcud qanunvericiliyə uyğun olaraq özəlləşdirmə obyektidir. İddiaçı tərəfindən hər hansı sübuta əsaslanmadan formal olaraq mövcud qanunvericiliyə əsasən alqı-satqı obyekti olmayan sənədsiz torpaq sahəsinin qiymətinə əsaslanmaqla əsassız iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş edilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1907/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir.
13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiymətini müəyyən edən yuxarıda qeyd olunan Əsasnamənin tələblərindən göründüyü kimi, Torpaq sahələrinin bu Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
14. Məhkəmə araşdırması zamanı “Morion” Qiymətləndirmə Mərkəzinin Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 29-cu km, 2K ünvanında yerləşən 27477,1 kv. metr torpaq sahəsinin bazar dəyərinə dair verdiyi “Rəy”dən müəyyən olunmuşdur ki, qeyd olunan torpaq sahəsinin dəyəri 19 iyun 2023-cü il tarixə 2198168,0 (iki milyon bir yüz doxsan səkkiz min bir yüz altmış səkkiz) manat təşkil edir.
15. ƏMDX tərəfindən verilmiş 03 iyun 2024-cü il tarixli cavab məktubundan müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidən 2,5 kilometr məsafədə yolun sağ tərəfində və eyni qiymət zonasında yerləşən torpaq sahəsi 1,0 (bir) kvadrat metri üçün qiyməti 80 (səksən) manat olmaqla özəlləşdirilmişdir.
16. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun olaraq səlahiyyətlərinin həyata keçirilməsi zamanı iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına yönəlmiş hər hansı hərəkətə yol verməmişdir.
17. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 1907/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
18. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, Məhkəmə prosesi gedişində Bakı İnzibatı Məhkəməsi tərəfindənməhkəmənin öz təşəbbüsünə əsasən mübahisə predmeti olan torpaq sahəsinin qiymətləndirilməsinə dair xx.xx.2024-cü il tarixli № e-2-1(112)-1907/2024 saylı qərardad qəbul edilmişdir. Qərardadda qeyd edilmişdir ki, “Məhkəmə hesab edir ki, iş üzrə tam və obyektiv araşdırmanın aparılaraq yekun nəticəyə gəlinməsi üçün Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 29-cu km., 2K ünvanında yerləşən 27477,1 kv.metr torpaq sahəsinin hazırki real bazar qiyməti istiqamətində araşdırılmanın aparılmasına zərurət yaranmışdır ki, həmin hallın araşdırılması xüsusi bilik tələb edir. Göründüyü kimi mütəxəssis rəyi alınmadan araşdırılması mümkün olmayan müvafiq ixtisasa malik şəxslər tərəfindən müəyyən edilməsi mümkün olan iş üzrə əhəmiyyət daşıyan halların aydınlaşdırılması üçün mütəxəssis rəyinin alınması zərurəti yaranmışdır”. Qərardada əsasən “İş üzrə mütəxəssis rəyinin alınması ilə əlaqədar “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” məhdud məsuliyyətli cəmiyyətinin (Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 156 (20A), 1933-cü məhəllə, VÖEN: **********1) mütəxəssisi qarşısında aşağıdakı suallar qoyulmuşdur: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” № **********22-12301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə icarə hüquqlarının qeydiyyata alındığı ümumi sahəsi 3665 kv. metr olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 29-cu km, 2K ünvanında yerləşən əmlak kompleksinin yerləşdiyi 2,747710 ha torpaq sahəsinin hazırki real bazar qiyməti nə qədər təşkil edir? “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 10-1 saylı qiymətləndirmə hesabatına əsasən torpaq sahəsinin real bazar dəyəri 305 000 manat müəyyən olunmuş, eyni zamanda qiymətləndirmə hesabatına torpaq sahəsinin fotoşəkilləri, yerləşdiyi əraziyə dair məlumatlar və torpaq sahəsinin təsviri aydın şəkildə ifadə olunmuşdur. Hesabatda həmçinin bildirilmişdir ki, torpaq sahəsi Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 29-cu km, 2K ünvanına paralel yerləşir, magistral yola çıxışı yoxdur. Torpaq sahəsi Salyan şossesindən 2 km sağ istiqamətdə dəmir yol xətlərini keçdikdən sonra daş karxanalarına gedən yolun üzərində yerləşir, torpaq sahəsinə gedən yolda asfalt örtüyü, həmçinin əraziyə yaxın kommersiya təyinatlı su, qaz, və digər kommunikasiya xətləri mövcud deyildir, torpaq sahəsinə gedən yol minik avtomobilləri üçün yararsızdır. Göründüyü kimi qeyd olunan qiymətləndirmə hesabatı tərəflərin heç birinin vəsatəti və təşəbbüsü olmadan məhkəmə tərəfindən müstəqil şəkildə müəyyən olunmuş və torpaq sahəsinin real bazar dəyərinə uyğun hesabat tərtib edilmişdir. Lakin məhkəmə prosesi gedişində xx.xx.2024-cü il tarixində cavabdeh tərəfindən “X2” MMC tərəfindən tərtib edilmiş 06-432-1872/2023 saylı daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəy təqdim edilmişdir. İlk öncə bildiririk ki, “X2” MMC tərəfindən tərtib olunmuş rəy iş üzrə sübut kimi qəbul edilə bilməz. Belə ki, rəyin özündən də göründüyü kimi, rəyin hazırlanılmasında təşəbbüskar iş üzrə maraqlı şəxs olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti olmuşdur. İnternet resurları üzrə tərəfimizdən aparılmış araşdırma nəticəsinə bəlli olmuşdur ki, həmin müəssisə ƏMDX tərəfindən elan olunmuş çoxsaylı tenderlərin qalibi olmuşdur. İnternet resurslarında olan bəzi məlumatları nəzərinizə çatdırıram: - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Azərbaycan Respublikasının müxtəlif şəhər və rayonlarında yerləşən dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılacaq səhmdar cəmiyyətlərinin nizamnamə kapitalının müəyyən edilməsi, kiçik dövlət müəssisə və obyektlərinin, o cümlədən daşınar dövlət əmlaklarının qiymətləndirilməsi, özəlləşdirilməsi və ya icarə verilməsi nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahələrinin, habelə nəqliyyat vasitələrinin (2023cü il üzrə) qiymətləndirilməsi xidmətləri" tenderinin nəticələrini açıqlayıb. FED.az xəbər verir ki, tenderin qalibi “X2” MMC olub. Şirkətlə 173 min 725 manat məbləğində müqavilə imzalanıb(Bax: https://fed.az/az/tenderler/bu-qurumun-emlaklarini-morion-qiymetlendirmemerkezi-qiymetlendirecek-149438, https://etender.gov.az/main/competition/detail/277567) - https://etender.gov.az saytı üzrə tərəfimizdən araşdırma aparılarkən müəyyən olunmuşdur ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınar və daşınmaz əmlakların qiymətləndirilməsi üzrə tenderlərin qalibləri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "X2 " Məhdud Məsuliyyətli Cəmiyyəti, “X7" Məhdud Məsuliyyətli Cəmiyyəti, və “X3" Məhdud Məsuliyyətli Cəmiyyətləri olmuşdurlar. İnternet resurlarında mövcud olan digər məlumatlara əsasən İş adamı Ramil Qasımzadənin"xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC"xxxx" MMC, "xxxx" MMC və “X7” MMCadlı şirkətlər yaratması, dövlət satınalmaları zamanı süni rəqabət təşkil etməsi və saxta yollarla dövlət tenderlərində qalib olması barədə əsaslı şübhələr yaranıb. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin son toplantısında Ramil Qasımzadənin fəaliyyətindən hüquq-mühafizə orqanlarına müraciət edilməsi məqsədilə müvafiq komissiyanın yaradılması, cəmiyyət tərəfindən ona verilən sertifikatların geri alınması və dövlət satınalmalarını həyata keçirən aiddiyatı dövlət qurumlarına müraciət edilməsi qərara alınmışdır (bax: https://banker.az/is-adami-ramil-qasimzad%C9%99-v%C9%99-ona-m%C9%99xsussirk%C9%99tl% C9%99r-tenderm%C9%99s%C9%99l%C9%99sin%C9%99-gor%C9%99qara-siyahiya-dusdu/ - https://hokm.az/saxta-senedler-hazirlayan-sexse-mexsus-sirketlerdaha-iki-tenderin qalibi-olub-aqc-xeberdarliq-edir/) İş materiallarından və internet resurslarında yayılmış rəsmi məlumatlarlardan göründüyü kimi qeyd olunan qiymətləndirici şirkətlər faktiki olaraq bir şəxsə məxsusdur və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin son toplantısında həmin şəxsin də qiymətləndirici kimi fəaliyyətinə əsaslı şübhələr müəyyən olunaraq, hüquq mühafizə orqanlarına müraciət edilmişdir. Hesab edirik ki, belə bir qiymətləndirici şirkət tərəfindən verilmiş rəy sübut qismində qəbul edilə edilə bilməz. Həmçinin göründüyü kimi, "X2” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh ilə müqavilə münasibətindədir, başqa sözlə müəyyən iş və xidmətlərin göstərilməsinə görə cavabdehdən asılı durumdadır. Belə olan halda həmin rəyin mötəbərliliyi və qərəzsizliyi şübhə altına alınır. Hesab edirik ki, qeyd olunan qiymətləndirmə rəyi faktiki olaraq yazıldığı xx.xx.2023-cü il tarixində deyil, “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC tərəfindən xx.xx.2024-cü il tarixli 10-1 saylı qiymətləndirmə hesabatı məhkəməyə təqdim edildikdən sonra köhnə tarix ilə tərtib edilmişdir. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti tərəfindən İddiaçı ASC-nə özəlləşmə ilə bağlı məktuba cavab olaraq göndərdiyi xx.xx.2023-cü il tarixli 3-21-3/2-8796/2023 nömrəli məktubda, iş üzrə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddia ərizəsinə etirazda, iddia üzrə keçirilmiş xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli 4 məhkəmə iclasının heç birində belə bir qiymətləndirmə rəyinin olması barədə bir kəlmə də deyilməmişdir. Əgər belə bir rəy əvvəlcədən mövcud olmuş olsa idi, biz bütün əsaslandırmalarımızda qiymətləndirmə rəyinin olmamasına iddia etdiyimiz halda, məntiqlə cavabdeh rəyin olmasını ciddi şəkildə bildirməli idi. Torpaq sahəsinin qiymətləndirilməsi ilə bağlı: ilk öncə qeyd etməliyik ki, "X2 " Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş rəydə əks olunmuş cəmi 1 ədəd fotoşəkil mübahisə predmeti olan torpaq sahəsinə aid deyildir. Fotoşəkildəki yazıdan da bu aydın şəkildə görünür. Digər tərəfdən rəydə torpaq sahəsinin təsviri düzgün şəkildə verilməmişdir. Belə ki, rəydə qeyd edilmişdir ki, “yaxınlıqda ictimai və sosial təyinatlı, həmçinin ticarət obyektləri mövcuddur, çox əlverişli coğrafi mövqedə yerləşir, gediş-gəliş yolları və şəhər nəqliyyatı ilə təminatı əlverişlidir”. Bildiririk ki, belə bir iddia tamamilə əsassızdır. Belə ki, məhkəmə araşdırmasına təqdim edilmiş fotoşəkillərdən və torpaq sahəsinin https://gomap.az/maps/az çıxarışında əks olunmuş koordinatlarından görünür ki, yaxınlıqda dəmir yolu xətti, “Kürdəmirlilər məhəlləsi” və 10-15 həyət evindən başqa heçnə yoxdur. yol asfalt deyildir, heç bir bir marşurut xətti işləmir. Məhkəmə müvafiq sorğusuna cavab olaraq ƏMDX tərəfindən verilmiş 03 iyun 2024-cü il tarixli 3-21-3/2-9019/2014 №li məktubda göstərilmişdir ki, sözügedən (Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 29cu km, 2K) ünvanda 2023-cü ildə özəlləşdirmə olmamışdır. 2024- cü ilin mart ayında həmin ünvandan (Ələt istiqamətində) 2,5 kilometr məsafədə yolun sağ tərəfində və eyni qiymət zonasında yerləşən torpaq sahəsi 1,0 (bir) kvadrat metri üçün qiyməti 80 (səksən) manat olmaqla özəlləşdirilmişdir (məktuba ərazinin ortofoto görüntüsü əlavə olunmuşdur). Qeyd olunan məktuba əsasən həmin qiymət ilə özəlləşdirilən torpaq sahəsinin “Ortofoto” su təqdim edilmişdir. Fotoşəkildən də görünür ki, 1,0 (bir) kvadrat metri üçün qiyməti 80 (səksən) manat olmaqla özəlləşdirilməsi bildirilən torpaq sahəsi BakıSalyan şossesinin tam üstündə, dəmir yol xətti və əsas magistral yolun ortasında yerləşir, əsas yola çıxışı mövcuddur. İddia predmeti olan torpaq sahəsinin isə əsas yola çıxışı mövcud deyildir, torpaq sahəsi və magistral yolun arasından dəmir yolu xətti keçir, torpaq sahəsi 29-cu km ünvannında əsas magistral yoldan sağ istiqamətində daş karxanalarına gedən yolun üzərində olmaqla, təxminən 3-4 km məsafədə yerləşir. Həmin torpaq sahəsinin asfalt yolu, qaz və su xətti mövcud deyildir, işıq xətti isə sənaye təyinatlı deyildir. Qeyd olunan ilə bağlı olaraq hesab edirik ki, cavabdeh tərəfindən torpaq sahəsinin qiyməti müəyyənləşdirilərkən analoji sahə olaraq düzgün seçim edilməmiş, cavabedəhə qarşı bazar dəyərindən həddindən artıq yuxarı məbləğ təklif etmişdir. 1-ci instansiya məhkəməsi isə iş üzrə qərar qəbul edərkən işin faktiki hallarını düzgün araşdırmamış, öz təşəbbüsü ilə təyin etdiyi ekspert rəyinə deyil, cavabdehin köhnə tarix ilə, sonradan aldığı, özündən asılı vəziyyətdə olan və mətbuatda yazılan məlumatlara əsasən dövlət satınalmaları zamanı süni rəqabət yaradan və saxta yollarla dövlət tenderlərində qalib olması barədə əsaslı şübhələr olan müəssisənin verdiyi rəyi qiymətləndirmə üçün əsas kimi götürmüşdür. Bununla da 1-ci instansiya məhkəməsi, öz qəbul etdiyi qərardadı, özünün təşəbbüsü ilə alınmış qiymətləndirmə rəyini şübhə altına alaraq İnzibati İcraat haqqında qanunun 24 və 61-ci maddələrinin tələblərini pozmuş, inzibati orqan qarşısında məhkəmənin müstəqilliyi prinsipindən çıxış etməmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
d) Prosses iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
22. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu.
- Dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir (maddə 1.0.1). - Dövlət əmlakının özəlləşdirilməsinin əsas məqsədi iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin artırılmasına, struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdan ibarətdir (maddə 2.1). - Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı (Əmlak Məsələləri Dövlət Komitəsi) çıxış edir (maddə 8.1). - Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Prezidenti və Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən qəbul edilir (maddə 15.1). - Dövlət əmlakının özəlləşdirilməsi üsullarından biri icarəyə verilmiş dövlət əmlakının satışıdır (maddə 16.1.6). - Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirilmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir (maddə 22.1).
23. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı” Qaydaları:
1.1-ci bəndinə əsasən Bu Qaydalar “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na (bundan sonra - İİ Dövlət Proqramı) uyğun olaraq hazırlanmışdır və özəlləşdirilən dövlət əmlakının satılmasının rəsmiləşdirilməsi qaydalarını müəyyən edir. Dövlət əmlakının satılması haqqında qərar qəbul olunduqdan, hərracların, müsabiqələrin nəticələri barədə isə protokol imzalandıqdan sonra alıcı ilə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi arasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanır (bənd 2) Özəlləşdirmə nəticəsində bağlanan alqı-satqı müqaviləsində satılmış obyektin adı, tərkibi və satış qiyməti, onun ödənilməsinin forma və müddətləri, satıcı, alıcı və vasitəçilər haqqında məlumat, onların ünvanı, obyektin sonrakı istifadəsi barədə qarşılıqlı öhdəliklər, həmin obyektin satılması şərtləri və bu şərtlərin pozulmasına görə tərəflərin məsuliyyəti, obyektin yerləşdiyi torpaq sahəsindən istifadə qaydaları və müqaviləyə xitam verilməsi qaydaları göstərilməlidir. Tərəflərin razılığı ilə müqavilədə digər şərtlər də göstərilə bilər (bənd 3). Müqavilə bağlandıqdan sonra, alıcıya müvafiq əqdin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və mülkiyyət hüququnun rəsmiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən dövlət əmlakının satılmasına dair şəhadətnamə verilir (bənd 4)
24. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi:
2. Xidmətin fəaliyyət istiqamətləri 2.0. Xidmətin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: ... 2.0.4. Azərbaycan Respublikasının ərazisində və xarici ölkələrdə yerləşən dövlət əmlakının idarə edilməsi və onun barəsində sərəncam verilməsi sahəsində tədbirlər görülməsini təmin etmək; 2.0.5. dövlət əmlakının, o cümlədən dövlət mənzil fondunun və dövlət mülkiyyətində olan torpaqların özəlləşdirilməsini həyata keçirmək; 2.0.6. daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək; ... 2.0.8. daşınmaz əmlakın, o cümlədən torpaqların, tikililərin, binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış və bağ evlərinin, habelə özəlləşdirilən müəssisələrin qiymətləndirilməsini təşkil etmək;
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”.
1. Bu Əsasnamə “Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə və qüvvədə olan digər müvafiq normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiymətini müəyyən edir. ...
3. Torpaq sahələrinin normativ qiymətini müəyyən etmək üçün Bakı şəhəri və onun ətrafındakı torpaq sahələri 12 zonaya, ... bölünərək 1-6 nömrəli Əlavələrdə göstərilən müvafiq zona əmsalları tətbiq edilir. 6-1. Torpaq sahələrinin bu Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Apellyasiya şikayətləri vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.
29. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətlərinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
33. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
34. Apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:
35. İddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn tələbi hazırda iddiaçı tərəfindən irəli sürülmüş icarəsində olan Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında yerləşən 27477,1 kv. metr torpaq sahəsinin bazar dəyəri nəzərə alınmaqla qanunvericiliyin tələblərinə uyğun olaraq satılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.
36. İş materiallarından göründüyü kimi, İddiaçı ASC Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.1998-ci il tarixdə, D-2520 nömrə ilə dövlət qeydiyyatına alınmış İddiaçı ATSC-nin özəlləşdirilmiş bazasında yaradılıb və onun hüquqi varisidir.
37. “İcarəyə verən” ƏMDX ilə “İcarəçi” İddiaçı ASC arasında ƏMDX-nin xx.xx.2021-ci il tarixli 103 nömrəli sərəcamı əsasında bağlanmış “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” 30 iyun 2021- ci il tarixli 542 №li müqavilənin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Qaradağ rayonu, Qaradağ stansiyası ünvanındakı əmlak kompleksinin yerləşdiyi 27477,1 kv. metr torpaq sahəsi İddiaçı ASC-yə icarəyə verilmişdir.
38. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın (elektron) surətindən müəyyən olunur ki, Bakı şəhəri, Qardağ rayonu, ünvan 3 ünvanında icarədə olan 2,747710 ha torpaq sahəsində (sənaye, nəqliyyat, müdafiə və digər torpaqlar) yerləşən 3665 kv metrdən ibarət əmlak kompleksi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı ASC adına Daşınmaz əmlakın Dövlət reyestrində **********22- 12301 nömrəli reyestr, ********** qeydiyyat nömrəsilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
39. İddiaçının hazırki tələblə bağlı müraciətinə ƏMDX tərəfindən verilmiş 24 iyun 2023cü il tarixli 3-21-3/2-8796/2023 №li cavab məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli, 93 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə uyğun olaraq özəlləşdirilən torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
40. “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC tərəfindən məhkəməyə təqdim olunmuş Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 29-cu km, 2K ünvanında yerləşən ümumi sahəsi 3665 kv. metr olan əmlak kompleksinin yerləşdiyi 2,747710 ha torpaq sahəsinin hazırki real bazar dəyərini müəyyən edilməsi barədə “Hesabat”dan müəyyən olunur ki, qeyd olunan torpaq sahəsinin hazırki real bazar dəyəri 305000 (üç yüz beş min) manat təşkil edir.
41. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş “Morion” Qiymətləndirmə Mərkəzinin Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 29-cu km, 2K ünvanında yerləşən 27477,1 kv. metr torpaq sahəsinin bazar dəyəri haqqında “Rəy”dən müəyyən olunur ki, torpaq sahəsinin mövcud vəziyyəti, təyinatı, kateqoriyası, yerləşdiyi ərazi, kommunikasiyalarla təchizatı, abadlaşması, analoq obyektlərə müqayisəli satışı və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən qeyd olunan torpaq sahəsinin dəyəri 19 iyun 2023-cü il tarixə 2198168,0 (iki milyon bir yüz doxsan səkkiz min bir yüz altmış səkkiz) manat təşkil edir.
42. Bakı İnzibati Məhkəməsinin müvafiq sorğusuna cavab olaraq ƏMDX tərəfindən verilmiş 03 iyun 2024-cü il tarixli 3-21-3/2-9019/2014 №li məktubda göstərilmişdir ki, sözügedən (Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 29-cu km, 2K) ünvanda 2023cü ildə özəlləşdirmə olmamışdır. 2024-cü ilin mart ayında həmin ünvandan (Ələt istiqamətində) 2,5 kilometr məsafədə yolun sağ tərəfində və eyni qiymət zonasında yerləşən torpaq sahəsi 1,0 (bir) kvadrat metri üçün qiyməti 80 (səksən) manat olmaqla özəlləşdirilmişdir (məktuba ərazinin ortofoto görüntüsü əlavə olunmuşdur).
43. Kollegiya qeyd edir ki, Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiymətini müəyyən edən yuxarıda qeyd olunan Əsasnamənin tələblərindən göründüyü kimi, Torpaq sahələrinin bu Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqısatqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
44. Məhkəmə araşdırması zamanı “Morion” Qiymətləndirmə Mərkəzinin Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 29-cu km, 2K ünvanında yerləşən 27477,1 kv. metr torpaq sahəsinin bazar dəyərinə dair verdiyi “Rəy”dən müəyyən olunmuşdur ki, qeyd olunan torpaq sahəsinin dəyəri 19 iyun 2023-cü il tarixə 2198168,0 (iki milyon bir yüz doxsan səkkiz min bir yüz altmış səkkiz) manat təşkil edir.
45. ƏMDX tərəfindən verilmiş 03 iyun 2024-cü il tarixli cavab məktubundan müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidən 2,5 kilometr məsafədə yolun sağ tərəfində və eyni qiymət zonasında yerləşən torpaq sahəsi 1,0 (bir) kvadrat metri üçün qiyməti 80 (səksən) manat olmaqla özəlləşdirilmişdir.
46. Tərəflər arasında iddiaçı tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında yerləşən 27477,1 kv. metr torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı həmin torpaq sahəsinin qiymətləndirilməsinə dair mübahisə yarandığını nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, iş üzrə tam və obyektiv araşdırmanın aparılaraq yekun nəticəyə gəlinməsi üçün Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 29-cu km., 2K ünvanında yerləşən 27477,1 kv.metr torpaq sahəsinin hazırki real bazar qiyməti istiqamətində araşdırılmanın aparılmasına zərurət yaranmışdır ki, həmin hallın araşdırılması xüsusi bilik tələb edir.
47. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 3661/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi qarşısında aşağıdakı suallar qoyulmuşdur: Bakı şəhəri, ünvan 3 (Salyan istiqamətində, əsas yolun sağ hissəsi, dəmir yolu xəttindən sağ tərəf, Qaradağ stansiyası və ya Kürdəmirlilər məhəlləsi istiqamətində) ünvanında yerləşən 27477,1 kv. metr torpaq sahəsinin yerləşmə mövqeyi nəzərə alınmaqla (iddiaçının müraciət etdiyi vaxt) torpağın bazar dəyəri müəyyən edilsin. Həmin torpaq sahəsinin bazar dəyəri müəyyən edilərkən “Morion” Qiymətləndirmə Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi (səh 116) verdiyi torpaq sahəsinin (səh 90)) yerləşdiyi mövqeyi nəzərə alınmaqla bazar dəyəri müəyyən edilsin. Barələrində sual qoyulmayan, lakin işin düzgün həlli üçün əhəmiyyət kəsb edən sair halların aydınlaşdırılması ekspertin səlahiyyətinə (sərəncamına) buraxılsın.
48. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilməsi barədə 24 yanvar 2025-ci il tarixli məlumatda bildirilmişdir ki, müvafiq müqayisə metodu ilə tədqiqat apararkən, ekspertiza təyini haqqında qərardadda qeyd edilən (Salyan istiqamətində, əsas yolun sağ hissəsi, dəmir yolu xəttindən sağ tərəf, Qaradağ stansiyası və ya Kürdəmirlilər məhəlləsi istiqamətində) ünvanında yerləşən 27477,1 m2 torpaq sahəsi) torpaq sahəsinə yaxın ərazidə yerləşən, analoji xüsusiyyətlərə malik torpaq sahələrinin satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmadı. Bu səbəbdən də ekspertiza qarşısında qoyulmuş suallara cavab vermək mümkün olmamışdır.
49. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 3661/2024 nömrəli, xx.xx.2024-cü il tarixli sorğusuna əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 8 saylı Notariat Kontoru tərəfindən təqdim olunmuş cavab məktubunda qeyd edilmişdir ki, notariat ofisində əmlakın qiymətini tərəflərin tələb, təklifinə və bazar qiymətinə uyğun olaraq alıcı və satıcı arasındakı razılaşmaya əsasən müəyyən olunur. Bu bazar qiyməti isə əmlakın yerləşdiyi yer, əmlakın ölçüləri, torpaq sahəsi olarsa üzərindəki tikilinin olub-olmaması, komunikasiyaların əlçatanlığı və digər əsaslara görə qiymətləndirilir.Sözü gedən torpaq sahəsilə bağlı 8 saylı notariat ofisində alqı-satqı müqaviləsi bağlanmamışdır.
50. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması ilə əlaqədar "xxxx" (Konsaltinq xidmətləri) Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisi qarşısında aşağıdakı sual qoyulmuşdur: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” № **********22-12301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə icarə hüquqlarının qeydiyyata alındığı Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 29-cu km, 2K ünvanında yerləşən əmlak kompleksinin yerləşdiyi 2,747710 ha torpaq sahəsinin hazırki real bazar qiyməti nə qədər təşkil edir?
51. "xxxx" (Konsaltinq xidmətləri) Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim olunmuş 01/25-627 nömrəli, xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, tərəfimizdən əmlakın qiymətləndirilməsi işinin aparılmasına cəhd edilmiş, iddiaçı və cavabdeh tərəflərlə əlaqə saxlanılmışdır. Qiymətləndirilmə işinin aparılması üçün öncədən müəyyən edilmiş xidmət haqqını ödəməkdən imtina edilmişdir. Göstərilən səbəbə görə qərardadın icrası tərəfimizdən mümkün olmamışdır.
52. Cavabdeh inzibati orqan imtina məktubunda haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli, 93 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə uyğun olaraq özəlləşdirilən torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
53. Kollegiya qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda qeyd olunmuşdur ki: 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. ... 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.
54. İPM-in 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
55. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. İnzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. İnzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. İnzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda.
56. Həmin Məcəllənin 74-cü maddəsinə görə inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
57. Buna görə də, kollrgiyanın qənaəti belədir ki, iddiaçının qaldırdığı məsələ cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərində olduğundan, İPM-in 73.3.1 və 73.3.2-ci maddələrinin tələbləriə görə iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə vəzifə kimi qoyula bilməz.
58. Kollegiya həmçinin vurğulayır ki, hazırkı məhkəmə icraatında cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuzluğu üzrə xüsusatlar müəyyən edilməmişdir. 59.Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun olaraq səlahiyyətlərinin həyata keçirilməsi zamanı iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına yönəlmiş hər hansı hərəkətə yol verməmişdir.
60. Belə olan halda, kollegiya qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülmüş icarəsində olan Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında yerləşən 27477,1 kv. metr torpaq sahəsinin bazar dəyəri nəzərə alınmaqla qanunvericiliyin tələblərinə uyğun olaraq satılmasından cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.
61. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinası əsaslıdır, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun olmuş, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib olmuş, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
62. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
63. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
64. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1907/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. 65.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1907/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.