Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-403/2021 29.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı, vəkili X2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)- 1688/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun barəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli, **********3385 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə 29171,66 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə, vergi məsuliyyətinə cəlb edilməsi haqqında qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə qarşı iddiaçı barəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli, **********3385 nömrəli, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə 29171,66 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə, vergi məsuliyyətinə cəlb edilməsi haqqında qərarının ləğv olunması barədə iddia tələbi üzrə müddətin bərpa olunması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-1688/2020 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməmiş, iddia tələbi mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin iddiaçı barəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli, **********3385 nömrəli, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə 29171,66 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə, vergi məsuliyyətinə cəlb edilməsi haqqında qərarının ləğv olunması barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişik. Bir ildən artıq davam edən məhkəmə çəkişməsinin sonunda iş bir məhkəmədən digərinə, bir hakimdən digərinə keçmiş və məhkəmə iclasında bizə məhkəmə tərəfindən “yardım edilmiş”, buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə vermələri məsləhət görülmüşdür. Lakin dəfələrlə qeyd etmişlər ki, onlar prosessual müddəti buraxmamışlar, əgər buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə verilməsi zəruridirsə, ərizə ilə müraciət edərlər. Hakimin məsləhəti ilə xx.xx.2020-ci il tarixində ərizə ilə müraciət edərək, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı iddiaçının barəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli, **********3385 nömrəli, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə 29171,66 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə, vergi məsuliyyətinə cəlb edilməsi haqqında qərarının ləğv olunması barədə iddia tələbi üzrə müddətin bərpa olunmasına dair müvafiq qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə tərəfindən yardım göstərilərək, ərizə verilməsinə baxmayaraq, müddət bərpa olunmadı. Halbuki onlar prosessual müddəti ötürməmişlər və elə bir ərizə ilə müraciət etməli deyildilər. Çünki qərar rəsmi qaydada onlara təqdim edilməyib. Cavabdehin qərarı rəsmi qaydada iddiaçıya təqdim edilməmişdir. Yəni elektron kabinetdə qərarın oxunması, həmin qərarın rəsmi qaydada təqdim edilməsi hesab edilmir. Qanunvericiliyə əsasən cavabdeh tərəfindən qərar imzalanıb, möhürlənib və rəsmi qaydada iddiaçıya təqdim edilməli idi. Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı apellyasiya şikayətində xx.xx.2018-ci il tarixli **********3385 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ona elektron poçt vasitəsi ilə göndərildiyini, bu isə həmin qərarın rəsmi qaydada təqdim edilməsi hesab olunmadığı, beləliklə qərar rəsmi qaydada təqdim edilmədiyi üçün iddia müddətinin axımının başlanılmadığını və prosessual müddət ötürülmədiyini qeyd etmişdir. İddiaçının apellyasiya şikayətində qeyd etdiklərindən fərqli olaraq qanunvericilik sənədlərin elektron üsulla göndərilməsini istisna etmir və bu zaman sənəd aidiyyəti üzrə rəsmi qaydada təqdim edilmiş hesab olunur. Belə ki, Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: (70.2-1.1.) vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə - şəxsən verildiyi gün; (70.2-1.2.) poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; (70.2- 1.3.) elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. (70.2-2.) Sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1 -ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Həmin Məcəllənin 70.3-cü maddəsinə əssasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlər öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə və vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə, həmin sənədlər etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Bundan başqa iddiaçı tərəfindən keçirilmiş operativ vergi nəzarətinin nəticəsinin ləğv edilməsi barədə Vergilər Nazirliyinə xx.xx.2019-cu il tarixli (AVİS qeydiyyatı: xx.xx.2019-ci il tarixli **********766200 nömrəli) inzibati şikayət daxil olmuşdur. Aparılan araşdırma nəticəsində müəyyən olunmuşdur ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın vergi ödəyicisinə rəsmi qaydada çatdırılmasına baxmayaraq, iddiaçı inzibati şikayətin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 3 ay müddətini buraxmaqla xx.xx.2019-cu il tarixdə vergi orqanına müraciət etmiş, inzibati şikayətin verilməsi müddətinin buraxılması və müddətin buraxılmasının səbəbinin üzrlü olması ilə bağlı Vergilər Nazirliyinə heç bir təsdiqedici sənəd təqdim etməmişdir. Bununla belə müddətin buraxılması səbəbinin üzrlü olduğunu təsdiq edən sənədlərin xx.xx.2019-cu il tarixədək təqdim edilməsi vergi ödəyicisinə tövsiyə olunmuş, əks təqdirdə şikayətin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 75.1.3-cü maddəsinə əsasən baxılmamış saxlanılacağı barədə məlumat verilmişdir. Şikayətin verilməsi müddətinin buraxılması səbəbinin üzrlü olduğunu təsdiq edən sənədləri araşdırmaya təqdim edilməmiş və nəticədə xx.xx.2019-cu il tarixli **********923600 nömrəli “İnzibati şikayətin baxılmamış saxlanılması haqqında” Qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Yuxarıda sadalanan hallar iddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddətin ötürülməsi faktını təsdiqləyir. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayəti müdafiə edib təmin edilməsini, qərardadın ləğv edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iyun ayında xəbəri olub. Yoxlama zamanı işçisi iştirak edə bilmədiyinə görə 3 dəqiqəlik gəldi və aktı imzaladı. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili şikayəti müdafiə edib təmin edilməsini, qərardadın ləğv edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı həmin qərardan məhkəmə icraçıları zəng vuranda məlumatı olub, şəxsən oxumayıb, qərarı mühasib oxuyub elektron kabinetdən, lakin onlar mühasibi də tapa bilmirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etirazı müdafiə edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, elektron sənəd mübadiləsi haqqında müqavilə 1 il müddətinə bağlanır, 1 il müddətinə uzanır, həmin müddəa qüvvədə qalır. 2-ci dəfə uzadılma qəbul olunmasa belə, yenə də müqavilə qüvvədə olan vaxt göndərilib. 2018-ci ilin sonunda göndərilib, 2019-cu ilin yanvarında oxunub. İddiaçı yoxlama sənədləri ilə tanış olub, inzibati şikayət qaydasında müraciət edib, inzibati şikayətin baxılmamış saxlanılması barədə qərar qəbul olunub. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-1688/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı cavabdeh tərəfindən barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2018-ci il tarixli, **********3385 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı, buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim edərək, cavabdehin qərarı rəsmi qaydada iddiaçıya təqdim etmədiyini, yəni elektron kabinetdə qərarın oxunmasının həmin qərarın rəsmi qaydada təqdim edilməsi hesab edilmədiyini, qanunvericiliyə əsasən cavabdeh tərəfindən qərarın imzalanıb, möhürlənib və rəsmi qaydada iddiaçıya təqdim edilməli olduğunu, iddiaçının elektron ünvanına göndərilmiş qərarın isə İddiaçı tərəfindən deyil, mühasib tərəfindən oxunduğunu və bu səbəbdən də iddiaçının həmin qərardan məlumatlı olmadığını əsas gətirərək buraxılmış müddətin üzürlü hesab edilib bərpa edilməsini xahiş etmişdir. Həmçinin iddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizədə qeyd etmişdir ki, həmin vaxt hamiləliklə əlaqədar xəstə olmuş, uzun müddət xəstəxanada müalicə almış və bu barədə həkim sənədləri də vardır. Sonra isə azyaşlı uşağı olması səbəbindən həmin işlərə vaxt ayıra bilməmişdir. Eyni zamanda, əmək qanunvericiliyində də uşağa baxma müddətləri müəyyən edilmişdir. Bütün bu hallar onu göstərir ki, iddia verilməsi üçün müəyyən olunmuş müddət tərəflərindən üzrlü səbəblərə görə buraxılmışdır. İşə baxan məhkəmə isə hazırki iş üzrə mübahisə predmeti olan qərardan şikayət verilməsi müddətinin üzrlü səbəbdən buraxılmasını təsdiq edən, habelə müddətin onun təqsiri olmadan buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən müddətin bərpası barədə ərizəni təmin etməmiş, iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İlk öncə qeyd olunmalıdır ki, iddiaçının hazırda ləğvini xahiş etdiyi qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi orqanının xx.xx.2018-ci il tarixli **********8009700 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana göndərilmiş, e-qutuda xx.xx.2019-cu il tarixdə saat 23:33-də oxunmuşdur. İddiaçı mübahisələndirilən qərarların elektron qaydada ona göndərilməsini və tərəfindən qəbul edilməsini inkar etmir. İddiaçı bu formada göndərilmiş inzibati aktın rəsmi qaydada göndərilmədiyini mübahisələndirir. İddiaçının bu dəlili ilə bağlı kollegiya qeyd edir ki, inzibati icraatın ümumi qaydalarını müəyyən edən “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsinə əsasən: -62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. -62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. İşin hallarından görünür ki, tərəflər aralarında elektron sənəd mübadiləsi haqqında müqavilənin olması işin mübahisələndirilməyən halıdır. Yəni tərəflər elektron sənəd mübadiləsi haqqında müqavilə bağlayaraq sənədlərin elektron göndərilməsinin digər qaydada, yəni kağız variantında yazılı şəkildə göndərilməsinə bərabər olduğuna dair öhdəlik götürmüşlər. Belə olduqda “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş “elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır” müddəası tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinə tətbiq olunmalıdır. Başqa sözlə, bir halda ki, mübahisələndirilən qərar xx xxxxxx 2018-ci il tarixdə iddiaçıya elektron üsulla göndərilmişdir və iddiaçı da həmin qərarların göndərilmədiyini və ya qəbul edilmədiyini mübahisələndirməmişdir, belə olduğu təqdirdə, həmin inzibati aktlar yuxarıda istinad olunan normanın tələbinə əsasən qərarların göndərildiyi gündən 3 gün keçdikdən sonra, yəni artıq xx xxxxxx 2018-ci il tarixdə iddiaçıya təqdim olunmuş sayılmalıdır. İddiaçının elektron ünvanına göndərilmiş qərarların onun tərəfindən deyil, digər əməkdaş tərəfindən oxunduğunu və bu səbəbdən də iddiaçının həmin qərardan məlumatlı olmaması ilə bağlı iddiaçının dəlilinə münasibətdə kollegiya qeyd edir ki, əvvəla nəzərə alınmalıdır ki, vergi ödəyicisinə şəxsi kabinetinə daxil olması üçün vergi orqanı tərəfindən yalnız özünə məlum olan kod və parol verilir və həmin şəxsi kabinet vasitəsi ilə vergi ödəyicisi tərəfindən aparılan bütün yazışmaların riskini də vergi ödəyicisinin özü daşıyır. İddiaçı mübahisələndirilən qərardan icra şöbəsində olarkən məlumatı olduğunu bildirmiş, işdən görünür ki, icra məmuru tərəfindən cavabdehin xx.xx.2019-cu il tarixli **********024601800 saylı icra sənədinə əsasən icraata başlamaq haqqında qərar xx.xx.2019-cu il tarixdə qəbul edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixli, **********3385 nömrəli qərarın ləğv edilməsi barədə Vergilər Nazirliyinə xx.xx.2019-cu il tarixdə şikayətlə müraciət etmiş, inzibati şikayətin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 3 ay müddətini buraxmaqla verildiyindən və şikayətin verilməsi müddətinin buraxılması səbəbinin üzrlü olduğunu təsdiq edən sənədlər araşdırmaya təqdim edilmədiyi üçün xx.xx.2019-cu il tarixli “İnzibati şikayətin baxılmamış saxlanılması haqqında” Qərar qəbul edilərək iddiaçıya göndərilmişdir. Bundan başqa, kollegiya qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından görünür ki, xx.xx.2018-ci il tarixli VN-16 seriyalı 009219 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınması, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt iddiaçı tərəfindən həmin tarixdə də imzalanmışdır. İddiaçı da aktı imzaladığını və yoxlamanın keçirilməsindən məlumatı olduğunu qəbul edir. İddiaçı tərəfindən hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2019-cu il tarixdə müraciət edilmişdir. Əgər iddiaçı həqiqətən də bildirdiyi kimi mübahisələndirdiyi qərardan əvvəl məlumatsız olmuşdusa və hüququnun müdafiəsində maraqlı idisə, belə olduğu təqdirdə o, ləngimələrə yol vermədən hazırki iddia ərizəsi ilə dərhal məhkəməyə müraciət etməli idi. Lakin iddiaçı bu qaydada davranmamışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçı hazırda ləğvini tələb etdiyi qərarın mövcudluğundan və məzmunundan vaxtında xəbərdar olsa da, onu qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirməmiş, hazırda isə belə hüququnu itirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi iddiaçı xx.xx.2018-ci il tarixli, **********3385 nömrəli qərardan qanunvericiliklə müəyyən olunmuş müddət keçdikdən sonra, həmin qərarın ləğv edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası iddiaçının ərizədə müddətin buraxılmasının üzürlü qəbul edilməsi üçün qeyd etdiyi halları əsaslı hesab etmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etsə də, müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən, habelə müddətin onun təqsiri olmadan buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, iddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəni təmin etməyərək müddətin ötürülməsi səbəbindən iddianı mümkün saymayan birinci instansiya məhkəməsi doğru nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-1688/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Valeh Ağayev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-403/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-403/2021
29.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver