Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-403/2022 04.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdeh AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə və Cəbrayıl RİH-ə qarşı «məcburi köçkün kimi aylıq müavinətin bərpa edilməsi və ödənilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 31.08.2021-ci il tarixli, 2-1(112)-5267/2021 saylı qərarından cavabdeh AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş apelyasiya şikayətinə 01-04 fevral 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə və Cəbrayıl RİH-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi köçkün kimi aylıq müavinətin bərpa edilməsi və Komitəyə ərizə ilə müraciət etdiyi 22.05.2020-ci il tarixdən ödənilməsi öhdəliyinin AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, AR Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin 17 mart 2020-ci il tarixli əmri ilə yaş həddinə çatdığı üçün DİN Yasamal Rayon Mühafizə İdarəsində tutduğu vəzifədən azad edilmiş və təqaüdə çıxmışdır. Bundan sonra o, vahid aylıq müavinətin bərpa edilməsi üçün 22.09.2020-ci il və 07.01.2020-ci il tarixlərdə AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə ərizə ilə müraciət etmişdir. Lakin Komitəsi məsələnin həllini təmin etməmiş, müraciəti baxılması üçün Cəbrayıl RİH-ə göndərmiş, uzun müddət keçdikdən sonra ona mahiyyəti üzrə olmayan cavab vermişdir. Cəbrayıl RİH 21.08.2020-ci il tarixli məktubunda müraciətin Komitəyə göndərildiyini, 18.02.2021-ci il tarixli məktubunda isə, ona ödənilməli olan vahid aylıq müavinətin Komitədə fəaliyyət göstərən Komissiya tərəfindən «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası»nın (AR Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş) 2.13-cü bəndinə əsasən bərpa edilmədiyini bildirmişdir. Bununla əlaqədar qeyd etmək zəruridir ki, həmin Qaydanın 2.13-cü bəndinə görə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Respublikasının Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfindən məsul vəzifəyə təyin olunanlara, Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara aylıq müavinət şamil edilmir. Normanın dispozisiyasında aylıq müavinətin şamil edilmədiyi şəxslərin dairəsi dəqiq olaraq müəyyən edilmiş və burada hər hansı genişləndirici təfsir aparılması bilavasitə qanunvericiliyə ziddir. İnzibati orqan isə, müraciətə baxarkən normanı düzgün tətbiq etməmiş və şamil olunmadığı halda onun normanın təsiri altına düşdüyünü qeyd edərək məcburi köçkün kimi DİO-dan təqaüdə çıxdığını nəzərə almadan ona məcburi köçkün kimi nəzərdə tutulan müavinətin verilməli olmadığı qənaətinə gəlmiş və bununla da mövcud sahəvi qanunvericiliyin tələbini pozmuşdur. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 31.08.2021-ci il tarixli, 2-1(112)-5267/2021 saylı qərardadı ilə iddia cavabdeh Cəbrayıl RİH-ə münasibətdə mümkün sayılmamışdır. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 31.08.2021-ci il tarixli, 2-1(112)-5267/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. (hakim: R.Kərimli) Həmin qərardan və qərardaddan cavabdeh AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsi apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının və qərardadının ləğv edilməsini və iddia tələbinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə münasibətdə mümkün sayılmaması və cavabdeh Cəbrayıl Rayon İcra Hakimiyyətinə münasibətdə isə rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-403/2022 saylı 04.02.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin Bakı İnzibati Məhkəməsinin Cəbrayıl RİHə münasibətdə mümkün sayılmaması barədə 31.08.2021-ci il tarixli 2-1(112)-5267/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddia tələbi üzrə Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi deyil, məhz Cəbrayıl Rayon İcra Hakimiyyəti cavabdeh qismində çıxış edir. Belə ki, Azərbaycan Respublikasının “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanununun 4-cü maddəsi ilə sosial təminat üzrə müdafiə tədbirləri, məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirlərindən biri qismində müəyyən olunmuşdur. Azərbaycan Respublikasının “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanununun 9-cu maddəsinə əsasən, məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasının tələblərinə əsasən, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi ilə bağlı işğaldan azad olunmuş rayonların icra hakimiyyətləri tərəfindən hazırlanan adlı siyahıların hazırlanmasına, həmçinin həmin siyahıların dəqiqliyinə və düzgünlüyünə görə heç bir cavabdehlik daşımır. Qaydanın tələblərindən göründüyü kimi, vahid aylıq müavinətin verilməsi ilə bağlı hazırlanan siyahıların dəqiqliyinə və düzgünlüyünə, müavinət almalı olan şəxslərin həmin siyahılara daxil edilməsi və ya çıxarılmasına görə işğaldan azad olunmuş rayonların icra hakimiyyətləri cavabdehlik daşıyırlar. Xüsusilə qeyd olunmalıdır ki, əraziləri işğaldan azad olunmuş rayonların icra hakimiyyətləri tərəfindən müvafiq siyahılar qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun qaydada hazırlanaraq Komitəyə təqdim edilməlidir. Cavabdeh Cəbrayıl Rayon İcra Hakimiyyəti 23.04.2021-ci il tarixli məktubunda iddiaçının adının 2020-ci ilin may ayının hesabatına əlavə olunaraq Komitəyə təqdim edildiyini bildirsə də, qeyd olunan xüsusatlarla əlaqədar məhkəməyə heç bir etibarlı sübut təqdim etməmişdir. Habelə, Cəbrayıl Rayon İcra Hakimiyyəti Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 23.04.2021-ci il tarixli məktubunda, iddiaçıya vahid aylıq müavinətin verilməsinin bərpa edilməsi ilə əlaqədar 710 nömrəli 21.08.2020-ci il tarixli məktubla Komitəyə müraciət etdiyini bildirsə də, sözügedən məktub rəsmi qaydada Komitəyə daxil olmamışdır. Məhkəmə isə öz növbəsində qeyd olunan məsələləri obyektiv, tam və hərtərəfli araşdırmayaraq, cavabdeh Cəbrayıl Rayon İcra Hakimiyyətindən müvafiq məqamalarla bağlı heç bir sübut tələb etməmişdir. İddiaçı cavabdehdən imtina qərarını aldıqdan sonra və ya cavabdeh hərəkətsizlik etdiyi halda məhkəməyə iddia tələbi ilə müraciət edə bilər. Müvafiq iddia tələbi ilə bağlı Komitə tərəfindən İddiaçı heç bir imtina cavabı təqdim olunmamış, habelə heç bir hərəkətsizlik halı göstərilməmişdir. Belə ki, İddiaçı “ona müavinətin verilməsi” ilə bağlı müraciəti Komitə tərəfindən 01/64 nömrəli 18.01.2021-ci il tarixli məktubla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın tələblərinə uyğun olaraq müvafiq qaydada baxılması üçün cavabdeh Cəbrayıl Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Bununla yanaşı bildirilir ki, Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya vahid aylıq müavinətin verilməməsi tam əsaslı və qanunvericiliyin tələbinə uyğundur. Belə ki, işin faktiki hallarına əsasən, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə idarəsinin Yasamal Rayon Mühafizə idarəsində dövlət qulluqçusu olmuş və 17.03.2020-ci il tarixdən isə əmək pensiyasına çıxmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.13-cü bəndinə əsasən, İddiaçı vahid aylıq müavinət ödənilə bilməz. Apelyasiya baxışı zamanı cavabdeh AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı məcburi köçkün kimi aylıq müavinətin bərpa edilməsi və Komitəyə ərizə ilə müraciət etdiyi 22.05.2020-ci il tarixdən ödənilməsi öhdəliyinin AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı cavabdeh Cəbrayıl RİH-ə münasibətdə mümkün saymamış, eyni zamanda iddia tələbini təmin etmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı adının «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası»nın müddəalarına uyğun olaraq vahid aylıq müavinət alan məcburi köçkünlərin siyahısına daxil edilməsi cavabdeh Cəbrayıl RİH tərəfindən təmin edilmişdir və həmin müavinətin verilməsi üzrə icraatın növbəti mərhələsi üzrə Cəbrayıl RİH səlahiyyətli deyil. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh Cəbrayıl RİH tərəfindən İddiaçı Əbdüəli oğlunun hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia həmin cavabdehə münasibətdə mümkün sayıla bilməz. Məhkəmə hesab etmişdir ki, cavabdeh AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin İddiaçı Əbdüəli oğlunun adının vahid aylıq müavinət alan məcburi köçkünlərin siyahısına daxil edilməməsi (dürüstləşdirilmə zamanı siyahıdan çıxarılması) ilə bağlı hərəkətləri qanunsuz sayılmalı və iddiaçının hüuqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Məhkəmə həmçinin vurğulamışdır ki, iddiaçının adının müavinət alan məcburi köçkün kimi siyahıya daxil edilməsindən sonra aidiyyəti qurumlarla əlaqəli şəkildə (müvafiq prosesdur üzrə) ona müraciət etdiyi 22 may 2020-ciil tarixdən vahid aylıq müavinət ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 1-ci bəndinə görə daxili işlər orqanlarında xidmət keçmə – bu orqanlarının funksiya, vəzifə və hüquqların öz peşə fəaliyyətləri ilə keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Azərbaycan Respublikası Prezidentinin «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında» 23 yanvar 2017-ci il tarixli 1206 nömrəli Fərmanının 1-ci bəndində nəzərdə tutulmuşdur ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60 manat məbləğində vahid aylıq müavinət müəyyən edilsin. Həmin Fərmanın 2.1-ci bəndində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Fərmanın 1-ci hissəsində göstərilən vahid aylıq müavinətin şamil ediləcəyi kontingenti və müavinətin ödənilməsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası»nın 1-ci bəndinə görə aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: - (1.1) ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla). Həmin Qaydanın 2-ci bəndinə görə aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: - (2.12) dövlət qulluğunun xüsusi növündə xidmət (qulluq) edən məcburi köçkünlərə; - (2.13) Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Respublikasının Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfindən məsul vəzifəyə təyin olunanlara, Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə, bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara. Həmin Qaydanın 3.1-ci bəndinə görə əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə, elektron daşıyıcı variantında isə AR Maliyyə Nazirliyinə və AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Həmin Qaydanın 3.5-ci bəndinə görə əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən dürüstləşdirildikdən sonra AR Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. AR Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Həmin Qaydanın 3.6-cı bəndinə görə əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri iki iş günü müddətində daxil olmuş vəsaitin müvəkkil bankın filiallarına köçürülməsini təmin edir və bu barədə AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə rəsmi məlumat verir. Həmin Qaydanın 3.7-ci bəndinə görə məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə verilən aylıq müavinətin ödənilməsi üçün müvəkkil bank AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən AR Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən edilir. İşin məhkəmə araşdırması ilə müəyyən edilir ki, iddiaçı Abbasov X2 rayonundan “məcburi köçkün” statusuna malik şəxsdir və AR Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Yasamal Rayon Mühafizə İdarəsində xidmət etmiş keçmiş dövlət qulluqçusu kimi (dövlət qulluğunun xüsusi növündə) 17 mart 2020-ci il tarixdən əmək pensiyaçısıdır. İddiaçı həmin tarixdən sonra ona məcburi köçkünlər üçün nəzərdə tutulan “yemək xərci müavinəti, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinət”in ödənilməsi ilə bağlı Cəbrayıl RİH-ə və cavabdeh AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Cəbrayıl RİH tərəfindən onun adı ümumi adlı siyahıya daxil edilərək həmin siyahı üzrə hesabatı (digər müvafiq sənədlərlə) cavabdeh AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə təqdim olunmuşdur. Lakin cavabdeh AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsi iddia qarşı etirazında eləcə də apelyasiya şikayətində qeyd etmişdir ki, cavabdeh Cəbrayıl Rayon İcra Hakimiyyəti 23.04.2021-ci il tarixli məktubunda iddiaçının adının 2020-ci ilin may ayının hesabatına əlavə olunaraq Komitəyə təqdim edildiyini bildirsə də, qeyd olunan xüsusatlarla əlaqədar məhkəməyə heç bir etibarlı sübut təqdim etməmişdir. Habelə, Cəbrayıl Rayon İcra Hakimiyyəti Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 23.04.2021-ci il tarixli məktubunda, iddiaçıya vahid aylıq müavinətin verilməsinin bərpa edilməsi ilə əlaqədar 710 nömrəli 21.08.2020-ci il tarixli məktubla Komitəyə müraciət etdiyini bildirsə də, sözügedən məktub rəsmi qaydada Komitəyə daxil olmamışdır. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən cavabdehin qeyd olunan dəlilləri nəzərə alınaraq Cəbrayıl Rayon İcra Hakimiyyətindən həmin hesabatın AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə təqdim edilməsini və Komitə tərəfindən qəbul olunmasını sübut edən sənədləri məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 1148 nömrəli 27.12.2021-ci il tarixli məktubundan və ona əlavə edilmiş cədvəldən və AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin sədr müavininə ünvanlanmış 719 saylı 21.08.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı 17.03.2020-ci ildə Yasamal rayon Mühafizə Polisi idarəsindən təqaüdə çıxmış və onun təqdim etdiyi sənədlər 2020-ci ilin may ayının hesabatına əlavə olunaraq Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə təqdim edilmişdir. (2020-ci ilin may ayının hesabatı əlavə olunur) Vahid aylıq müavinətin verilməsi ilə bağlı Komitədə fəaliyyət göstərən komissiya şifahi olaraq Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydasının 2.13cü bəndini əsas gətirərək (yaş həddinə görə əmək pensiyaya çıxma) onun vahid aylıq müavinətini bərpa etməmişdir. Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən 21.08.2020-ci il tarixli 710 nömrəli məktubla Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə müraciət edilərək İddiaçı vahid aylıq müavinətinin bərpa olunması xahiş edilmiş, lakin bugünə, kimi Cəbrayıl Rayon İcra Hakimiyyətinə rəsmi cavab verilməmişdir. Göründüyü kimi cavabdeh Cəbrayıl RİH tərəfindən İddiaçı adının «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası»nın müddəalarına uyğun olaraq vahid aylıq müavinət alan məcburi köçkünlərin siyahısına daxil edilməsi təmin edilmiş və bu barədə hesabat rəsmi qaydada Komitəyə daxil olsa da iddiaçının vahid aylıq müavinəti bərpa edilməmişdir. Bundan başqa cavabdeh AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsi apelyasiya şikayətində qeyd etmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.13cü bəndinə əsasən, İddiaçı vahid aylıq müavinət ödənilə bilməz”. Cavabdehin qeyd olunan dəlili ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı Əbdüəli oğlunun vaxtilə DİO-da qulluq keçmiş və hazırda əmək pensiyaçısı olan şəxs kimi «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası»nın 2.13-cü bəndində göstərilən şəxslərin dairəsinə aid edilməsi yanlış mövqedir. Çünki, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş sözügedən Qaydanın həmin bəndində sadalanan müvafiq qurumların aparatlarında işləməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı AR Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Yasamal Rayon Mühafizə İdarəsində işlədiyi dövrdə həmin Qaydanın 2.12-ci bəndinə göstərilən kateqoriyaya aid edilə bilərdi, lakin məlum olduğu kimi o, artıq DİO-da xidmətdən xaric edildiyindən qeyd olunan kateqoriyadan olan şəxs sayılmır. Məhkəmə kollegiyası birinci instansiyanın gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin İddiaçı Əbdüəli oğlunun adını vahid aylıq müavinət alan məcburi köçkünlərin siyahısına daxil etməməklə iddiaçı məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün nəzərdə tutulmuş aylıq müavinətdən məhrum olunmuş və hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etməklə əlaqədar gəldiyi nəticə əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apelyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 31.08.2021-ci il tarixli, 2-1(112)-5267/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-403/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-403/2022
04.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver