Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4034/2025 22.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı üçüncü şəxslər "xxxx" ASC və X10 cəlb olunmaqla “ məhv edilmiş mənzilin qeydiyyatın ləğv edilməsi” tələbinə dair işi üzrə (Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X15 və X3 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı üçüncü şəxslər "xxxx" ASC və X10 cəlb olunmaqla “ məhv edilmiş mənzilin qeydiyyatın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-113/2025 nömrəli, 26 may 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* saylı (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009) çıxarışa əsasən ünvan 1 tam mülkiyyət hüququ üzrə X16 adına daşınmaz əmlakın dövlət reyestrində 1018 nömrəli reyestr kitabının 91548 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixdə verilmiş 2(103)-6138/2014 saylı icra vərəqəsinə əsasən, iddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC, X17, X26, X10, X11, X18 və X8 qarşı “borcun tutulması və sair tələbləri barədə” iddiasına dair mülki işə baxaraq qət etdi: X20 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində istifadədə olan 0,04594 ha torpaq sahəsində yerləşən 9 nömrəli binanın 2 nömrəli mənzilinə, X13 məxsus Quba şəhəri, “Qəçrəş yolu” yaşayış massivində 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə, X13 məxsus Quba şəhəri, “Qəçrəş yolu” yaşayış massivində 0.14 ha torpaq sahəsinə, X14 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədə olan 2,468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 4-cü mərtəbəsində olan qeyri-yaşayış sahəsi (82 saylı ofis) açıq hərracdan satılsın, satışdan əldə olunacaq vəsaitdən vaxtı keçmiş əsas borca görə 375.000 ABŞ dollar, vaxtı keçmiş faiz borcuna görə 109.290,77 ABŞ dolları və ödənişin gecikdirilməsinə görə tətbiq olunmuş cəriməyə (dəbbə) görə 37.500 ABŞ dolları məbləğində pul ödəniş gününə müəyyən olunacaq məzənnəyə uyğun olaraq manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat, cavabdehlər "xxxx" MMC və X9 "xxxx" ASC-nin xeyrinə tutulsun. “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” Hərracın nəticələri haqqında Y-61 saylı 18 yanvar 2018-ci il tarixli protokol və 18 yanvar 2018-ci il tarixli müqavilədən görünür ki, X20 məxsus ünvan 1 “X32” Açıq Səhmdar Cəmiyyətinə satılmışdır. Əmlakın ilkin satış qiyməti 140 000 manat, son qiyməti 89 250 manatdır. Keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipotekasaxlayan “X32" Açıq Səhmdar Cəmiyyəti əmlakı 89 250 (səksən doqquz min iki yüz əlli) manata almışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.4-cü maddəsinə əsasən ipotekasaxlayan “X32” Açıq Səhmdar Cəmiyyəti tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunmuşdur. xx.xx.2018-ci il tarixli şəhadətnaməyə əsasən Bakı şəhəri 38 saylı xüsusi notariat kontoru “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə uyğun olaraq yaşayış evinin açıq hərracda satılması barədə fiziki və hüquqi şəxslərin və ya Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən ünvan 1 ünvanında yerləşən yaşayış evinə mülkiyyət hüququnun “X32” Açıq Səhmdar Cəmiyyətinə məxsus olmasını təsdiq etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2009-cu il tarixdə X20 verilmiş **********09-05101-093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 87,13 kv.m, yaşayış sahəsi 61,2 kv.m olan üçotaqlı mənzil “X32” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 89 250 manat məbləğinə alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018) çıxarışa əsasən ünvan 1 “X32” Açıq Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətindədir. X32” Açıq Səhmdar Cəmiyyəti və X10 arasında bağlanılmış 14 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 X1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022) çıxarışa əsasən ünvan 1 X4 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-684/2020 saylı işi üzrə (iddiaçı "xxxx" MMC arasında bağlanılan 16 noyabr 2017-ci il tarixində 164 nömrəli müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsi) 11 mart 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5669/2021 saylı xx.xx.2021-ci il tarixli Qətnaməsi ilə iddiaçı "xxxx" MMC və üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsi, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-648/2020 saylı işi üzrə 11 mart 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi və iddiaçı "xxxx" MMC-nin cavabdeh X20 ("xxxx" 3-cü şəxs qismində cəlb edilməklə) qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməsi və X26 ilə "xxxx" MMC arasında bağlanılan 16 noyabr 2017-ci il tarixində 164 nömrəli müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-119/2022 saylı xx.xx.2022-ci il tarixli Qərarı ilə cavabdeh X26 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2021-ci il tarixli, 2(103)-5669/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-34/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən qarşılıqlı iddia qismən təmin edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 130 000 (yüz otuz min) manat məbləğində pul vəsaiti ödənilməklə, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən 9 nömrəli evin 2 nömrəli mənzilinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüquqları itirilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X10 arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Tərəflər əvvəlki vəziyyətinə qaytarılmışdır. Qalan hissədə qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4425/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən apellyasiya şikayətləri qismən təmin olunması, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 13 aprel 2022-ci il tarixli qətnaməsi qismən – "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 130 000 manat məbləğində pul vəsaiti ödənilməklə sonuncunun mübahisəli mənzilə mülkiyyət hüququnun itirilməsi hissəsində ləğv olunması, həmin hissədə iddia rədd edilməsi, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-466/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən qarşılıqlı iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4425/2022 saylı 14 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 89 250 manat məbləğində pul vəsaiti ödənilməklə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mənzilə mülkiyyət hüquqlarının itirilməsi barədə qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2416/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə İddiaçı MMC-nin apellyasiya şikayətinin rədd olunması, cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinin təmin olunması, hazırki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 2(005)-34/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi İddiaçı MMC (əvvəlki "xxxx" MMC) tərəfindən 130.000 ödənilməklə "xxxx" ASC-nin ünvan 2, mənzil 2 üzərində mülkiyyət hüququna xitam verilməsi (itirilməsi) hissəsində ləğv olunması və İddiaçı MMC-nin (əvvəlki "xxxx" MMC) həmin tələbinin rədd olunması qət edilmişdir. İddiaçı hazırda sökülmüş, ünvan 2 ünvanında yerləşən 2 nömrəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində olan qeydiyyat yazısının ləğv edilməsi və həmin mənzilə dair hər hansı sənədləşmə işlərinin aparılmamasına göstəriş verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, daşınmaz əmlak üzərinə həbs və ya qadağa məhkəmənin qərarı, yaxud da qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmuru və ya müstəntiqin qərarı əsasında qoyulur. Eyni zamanda, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “X32” Açıq Səhmdar Cəmiyyəti üçüncü şəxs qismində göstərilməklə “mövcud olmayan, sökülmüş, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən 9 saylı evin 2 saylı mənzilinə dair xüsusi mülkiyyət hüququ əsasında “X32” Açıq Səhmdar Cəmiyyətinə məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış hüquqi qeydiyyatın (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il) RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının vəkili və nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən təşkil olunaraq İddiaçı yaranmışdır. Bu səbəbdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı ilə əvəz edilməsi xahiş edilmişdir. İddiaçının vəkili və nümayəndəsinin ərizəsinə əsasən iş üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti əsl İddiaçı ilə əvəz edilmişdir. Məhkəmənin 26 oktyabr 2022-ci il tarixli qərardadı ilə “X32” Açıq Səhmdar Cəmiyyəti iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ N-li Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail və Pirallahı rayonlarının ərazisinin abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 25 fevral 2016-cı il tarixli, 86 saylı “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Səbail, Pirallahı, Yasamal, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı (bundan sonar “Nazirlər Kabinetinin Qərarı” adlandırılacaq) qəbul edilmişdir. Sözügedən Qərarın 1ci bəndinə əsasən: 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətində olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Nərimanov Rayon İcra Hakimiyyətinə tapşırılmışdır. Həmin Qərarın 1.1-ci bəndinə əsasən, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri yaşayış obyektlərinin lahiyələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin Qərarın 1.3-cü bəndinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək onların yerində yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Bakı şəhərinin təsdiq olunmuş Baş planına uyğun Dövlət Proqramının yerinə yetirilməsi və Nazirlər Kabinetinin Qərarının icrasını təmin etmək və Nərimanov rayonunun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binaların tikintisinin təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısı xx.xx.2016-cı il tarixli 430 №-li sərəncam vermişdir. Sərəncama əsasən Nərimanov rayonunun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yerləşən 3,82 ha torpaq sahəsi "xxxx" MMC-nin daimi istifadəsinə verilmişdir. Sərəncama əsasən "xxxx" MMC-yə Nərimanov rayonunun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyriyaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqlarının daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Həmin sərəncama əsasən "xxxx" MMC Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 nömrəli Qərarının tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış və qeyri-yaşayış sahələrini kompensasiyalar verilməklə sökmüşdür. Onun sanitar vəziyyətinə nəzarət, ayrılmış torpaq sahəsinə qanunla nəzərdə tutulmuş qaydada istifadə, ərazinin və obyektin memarlıq-planlaşdırma həllini layihələndirmə ərəfəsində Rayon İcra Hakimiyyəti ilə razılaşdırma, tikinti işlərinə başlamazdan öncə Dövlət Şəhərsalma Arxitektura Komitəsi ilə razılaşdırmaqla Fövqəladə Hallar Nazirliyinin təsisatdan kənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəy alınması, ərazidə layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş plana işlənilməzdən əvvəl həmin kommunikasiya xəttlərinin köçürülməsi Rayon İcra Hakimiyyəti və əlaqədar təşkilatlarla razılaşdırmaqla həmin kommunikasiya xətlərinin köçürülməsi, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsindəki ünvanlarda yerləşən binalarının sakinləri qarşılıqlı razılaşma əsasında, yeni kompensasiyanın verilməsi həvalə edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazda göstərilmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti daşınmaz əmlakınn dövlət reyestrindəki qeydlərin ləğv edilməsi və həmin mənzillə bağlı hər hansı sənədləşmə işlərinin aparılmaması barədə tələblə İdarəyə müraciət etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bundan əlavə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin MTT(005)-15/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı və Bakı Apellyasiya Məhkəməsinin MTT(103)-106/2022 saylı, xx.xx.2022- ci il tarixli İcra Vərəqəsi ilə qeyd olunan daşınmaz əmlak üzərinə qadağa qoyulmuşdur. İddia tələbində qeyd edilən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzili Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 163/30 saylı sərəncamı əsasında X7 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatdan keçmişdir. xx.xx.1997-ci il tarixli, 3M-A6- 1016 saylı alğısatqı müqaviləsi əsasında mənzil X2 adına və xx.xx.2000-ci tarixli, 3M-A-130 nömrəli alğı-satqı müqaviləsi əsasında X16 adına özgəninkiləşdirilmişdir. Daha sonra xx.xx.2018-ci il tarixli, 61 saylı Hərracın Nəticələri haqqında Protokol əsasında “X32” Açıq Səhmdar Cəmiyyətinin adına qeydiyyatdan keçmişdir. Bundan sonra, xx.xx.2022-ci tarixli, 4Ə-41 nömrəli alğısatqı müqaviləsi əsasında X4 adına özgəninkiləşdirilmişdir. Hazırda mənzil sonuncunun xüsusi mülkiyyətindədir. Bundan başqa, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki- hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ və digər məhdud əşya hüququnun prezumpsiyasını yaradır. Beləliklə, daşınmaz əmlakın icarəsi nəticəsində daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülkixarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 158.1.1-ci maddəsinə uyğun olaraq cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq müvəqqəti təminat tədbirlərinin növü kimi müəyyən edilmişdir. Məcəllənin 159.2-ci maddəsinə uyğun olaraq müvəqqəti təminat tədbiri ilə bağlı məhkəmə tərəfindən qərardad qəbul edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 249-cu maddəsinə görə, əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. Təxirə salına bilməyən hallarda cinayət törətmiş şəxs tərəfindən əmlakın və ya cinayət yolu ilə əldə edilmiş əşya və vasitələrin məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya verilmiş mülki iddianın təmin edilməsi hesabına özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, müstəntiq məhkəmənin qərarı olmadan əmlak üzərinə həbs qoya bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə görə, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa, və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 85.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. Göründüyü kimi, daşınmaz əmlak üzərinə həbs və ya qadağa məhkəmənin qərarı, yaxud da qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmuru və ya müstəntiqin qərarı əsasında qoyulur. Həmçinin, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Göstərilənlərə əsasən, sözügedən daşınmaz əmlakın üzərinə həbs və ya qadağanın qoyulması ilə bağlı məhkəmə qərardadı və ya icra məmurunun qərarı, həmçinin iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı təqdim olunacağı təqdirdə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən səlahiyyətləri daxilində tədbirlərin görülməsi təmin ediləcəkdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim: ) xx.xx.2023-cü il tarixli 2-1(112)-3003/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: /sədrlik edən və məruzəçi/, ) xx.xx.2023-cü il tarixli, 2- 1(103)-2368/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)- 3003/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya instansiya məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-17/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-2368/2023 nömrəli qərardadının ləğv edilməsi, işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi və kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərarın 35-40-cı bəndlərində qeyd olunmuşdur ki:
35. işin müəyyən edilmiş hallarından göründüyü kimi, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin 12 dekabr 2016-cı il tarixli 430 nömrəli sərəncamı ilə rayonun Təbriz, F.Məmmədov, Qarabağ ve Nemət Quliyev küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə, rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində 3.82 ha torpaq sahəsi "xxxx" MMC-nin (hazırki adı İddiaçı MMC) daimi istifadəsinə verilmiş, rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yeni çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə başlanılması məqsədi ilə sonuncuya tapşırıqlar verilmişdir.
36. Hazırkı mübahisənin predmeti olan mənzilin Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşməklə qeyd olunan Sərəncamın təsir dairəsinə düşməsi işin mübahisələndirilməyən halıdır.
37. Bu qərarın 29-cu bəndində istinad olunan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən, məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır.
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər.
39. Sadalanan qanunvericilik normalarının birgə təhlili onu deməyə əsas verir ki, qanunverici məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi ilə bağlı müraciət etmək hüququ olan şəxslərin dairəsini müəyyən edərkən, hüquq sahibi qismində çıxış edə bilən subyektlərin dairəsinə yalnız mülkiyyətçiləri deyil, maraqlı şəxsləri də daxil etmişdir.
40. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə mübahisə predmeti olan mənzil Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin 12 dekabr 2016-cı il tarixli 430 nömrəli sərəncamının icrası ilə bağlı söküldüyündən və həmin mənzilin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla, ümumilikdə 3.82 ha torpaq sahəsi yeni çoxmənzilli yaşayış və qeyri-yaşayış sahələrinin tikilməsi üçün iddiaçının istifadəsinə verildiyindən, iddiaçı həmin mənzilin dövlət qeydiyyatının ləğvini tələb etmək üçün subyektiv hüquqa malik olan maraqlı şəxsdir (Mülki Məcəllənin 150.1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 18.1-ci maddələri).
Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2966/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3003/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi və inzibati işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
Birinci instansiya məhkəməsində ikinci icraat
Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14011/2024 saylı xx.xx.2024-cü il tarixli Qərardadı ilə X10 üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 26 may 2025-ci il tarixli, 2- 1(112)-3844/2023 nömrəli qərarı ilə İddiaçı MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğv edilməsi” barədə iddiası təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 26 may 2025-ci il tarixli, 2-1(112)-113/2025-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati iş Bakı Apellyasiya Məhkəməsinin icraatında olan zaman məhkəmənin sorğusuna cavabdeh təşkilatdan daxil olmuş məktubdan məlum olmuşdur ki, Bakı şəhəri, Qarabağ küçəsi, 9 saylı evin 2 saylı mənzili alqı-satqı müqaviləsi əsasında X4 adına rəsmiləşdirilmişdir. Bu səbəbdən X4 üçüncü şəxs qismində cəlb edilməsi barədə vəsatət verilmiş və vəsatət təmin olunaraq X10 iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. İnzibati iş Bakı İnzibatı Məhkəməsinə qayıdandan sonra 3-cü şəxs qismində "xxxx" ASC və ya X5 olmasını müəyyən etmək məqsədi ilə sədrlik edən hakim Ceyhun Quliyev müvafiq instansiyalara sorğular vermiş və işin baxışı təxirə salınmışdır. Lakin inzibati iş sonradan hakim Miminat Hacıbəyovanın icraatına verilmiş, sonuncu heç bir araşdırma apamadan işi şifahi məhkəmə baxışına təyin etmiş və bu səbəbdən iddia ərizəsinə dəqiqləşmə verərək məhkəmədən xahiş etmişlər ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən 9 saylı evin 2 saylı mənzilinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin və həmin qeydlərin əsasında verilmiş müvafiq çıxarışın ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilsin. Lakin Bakı İnzibati Məhkəməsinin hakimi Miminat Hacıbəyova Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsini əsas tutaraq onda yaranmış daxili inam əsasında iddianın təmin edilməməsi barədə qərar qəbul edir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ N-li Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail və Pirallahı rayonlarının ərazisinin abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 25 fevral 2016-cı il tarixli, 86 saylı “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Səbail, Pirallahı, Yasamal, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı (bundan sonar “Nazirlər Kabinetinin Qərarı” adlandırılacaq) qəbul edilmişdir. Dövlət Proqramının yerinə yetirilməsi və NazirlərKabinetinin Qərarının icrasını təmin etmək və Nərimanov rayonunun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binaların tikintisinin təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısı xx.xx.2016-cı il tarixli 430 №-li sərəncam vermişdir. Sərəncama əsasən Bakı şəhəri, Nərimanov rayonunun, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yerləşən 3,82 ha torpaq sahəsi "xxxx" MMC-nin daimi istifadəsinə verilmiş, "xxxx" MMC Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 nömrəli Qərarının tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış və qeyri-yaşayış sahələrini kompensasiyalar verilməklə sökmüşdür. Yuxarıda qeyd olunan ərazidə yerləşən Bakı şəhəri, Qarabağ küçəsi, 9 saylı evin 2 saylı mənzili Zaur Babayevin istifadəsində olduğundan, yeni mənzilin verilməsinə dair onunla "xxxx" MMC arasında 16 noyabr 2017-ci il tarixli 164 nömrəli müqavilə bağlanmış, Z.Babayev mənzili təhvil vermiş və 2017-ci ilin sonunda "xxxx" MMC tərəfindən həmin mənzil sökülmüşdür. Lakin 2019-cu ilin əvvəllərində "xxxx" MMC-yə daxil olmuş məktubdan məlum olmuşdur ki, “hərracın yekunları üzrə əmlakın alqı-satqısı” barədə 18 yanvar 2018-ci il tarixli müqavilə və onun əsasında verilmiş Çıxarışa əsasən Bakı şəhəri, Qarabağ küçəsi, 9 saylı evin 2 saylı mənzili "xxxx" ASC-nin mülkiyyətinə verilmiş və həmin mənzilə görə kompensasiyanın "xxxx" ASC-yə ödənilməsi xahiş edilmişdir. Həmin mənzilə dair müqavilənin Zaur Babayevlə bağlandığı bildiriləndən sonra "xxxx" ASC cavabdehlər "xxxx" MMC və X20 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X26 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 16 noyabr 2017-ci il tarixli 164 nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. "xxxx" ASC sökülmüş mübahisəli mənzilə görə 90 000 manat məbləğində kompensasiya tələb etdiyindən, "xxxx" MMC öz növbəsində X20 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia qaldıraraq X26 ilə bağlanmış 16 noyabr 2017-ci il tarixli 164 nömrəli müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx.xx.2021-ci il tarixli, 2(103)-5669/2021 saylı qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh X20 ("xxxx" ASC 3-cü şəxs qismində cəlb edilməklə) qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmiş, X26 ilə "İnteks” MMC arasında bağlanılan 16 noyabr 2017-ci il tarixində 164 N-li Müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. "xxxx" ASC ilə əldə olunmuş razılığa əsasən, sökülmüş mübahisəli mənzilə görə 90000 manat kompensasiya verilməklə mülkiyyət hüquqlarına xitam verilməlidir. Lakin, "xxxx" Bank ASC onlarla olan razılığı pozaraq, mübahisəli mənzili xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi bağlayaraq mənzili X4 adına rəsmiləşdirmişdir. Ona görə də, "xxxx" MMC məhkəmədə iddia qaldıraraq "xxxx" ASC-nin xeyrinə 89250 (səksən doqquz min iki yüz əlli) manat məbləğində pul vəsaiti ödənilməklə, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzilinə "xxxx" ASC-nin mülkiyyət hüquqlarına xitam verilməsi, eyni zamanda "xxxx" ASC ilə X10 arasında bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-34/2022 saylı qətnaməsi ilə "İnteks” MMC tərəfindən "xxxx" ASCnin xeyrinə 130.000 (bir yüz otuz min) manat məbləğində pul vəsaiti ödənilməklə, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən,9 nömrəli evin 2 nömrəli mənzilinə "xxxx" ASC-nin mülkiyyət hüquqları itirilmiş və "xxxx" Bank ASC ilə X10 arasında bağlanmış, xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Lakin, Bakı Apellyasiya Məhkəməsi yuxarıda göstərilən qətnamə qismən ləğv edərək Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzilinə "xxxx" ASC-nin mülkiyyət hüquqlarının itirilməsi hissəsində iddianı rədd etmişdir. Bakı Apellyasiya Məhkəməsi qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsas kimi göstərmişdir ki, mübahisəli mənzil üzərində bankın mülkiyyət hüququ dövlət reyestrində qeydə alınıb, bu qeydin hər hansı əsasla (daşınmaz əmlakın məhv olmasına görə və s.) ləğvi tələb olunmayıb və odur ki, reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir (Mülki Məcəllə, maddə 140). Ona görə də, həmin qətnaməyə əsasən və qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq sənədləri cavabdeh təşkilat olan DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə təqdim edərək, "xxxx" ASC-nin mülkiyyətində olmuş və sökülmüş Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən , 9 nömrəli evin 2 nömrəli mənzilinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsini xahiş etmişlər və imtina məktubunu alandan sonra həmin tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Digər tərəfdən, məhkəmə prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin sorğusuna Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********80 saylı cavabdan məlum olmuşdur ki, ünvan 2, 2 saylı mənzil xx.xx.2018-ci il tarixdə "xxxx" ASC-nin adına qeydiyyatdan keçmiş, sonradan Bakı şəhəri, 12 saylı DNK-nın xx.xx.2022-ci il tarixli, 4Ə- 41 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Lakin, Məhkəməyə dəfələrlə bildirmişlər ki, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə mübahisəli mənzilin X4 adına satılması barədə Bakı şəhəri, 12 saylı DNK-nın xx.xx.2022-ci il tarixli, 4Ə-41 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir, tərəflər ilkin vəziyyətə qaytarılmış, həmin qətnamə üzrə icra vərəqəsi yazılmış, lakin naməlum səbəblərdən qətnamə icra edilməmişdir. Məhkəmə araşdırılması zamanı, yeni faktlar üzə çıxdığından, yəni sözügedən mənzil üzərində mülkiyyət hüquqları X4 adının qeydiyyata alındığından, onun üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmasını xahiş etmişlər, lakin sonradan, vəsatət verərək iş üzrə kimin 3-cü şəxs qismində qalmasının müəyyən edilməsini xahiş etmişlər. Yəni, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə Azər-Türk” Bank ASC ilə X10 arasında bağlanmış, xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsə də, həmin qətnamə icra olunmamış və mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində qeydlər X4 adında saxlanılmışdır. Lakin, Bakİ İnzibati Məhkəməsi işin yuxarıda qeyd olunanİarı araşdırmadan, təqdim edilmiş dəlillərə əhəmiyyət vermədən qanunsuz qərar qəbul etmişdir.
Tərəflərin izahatları, prosessual məsələlər
Apellyasiya məhkəməsində iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-113/2025 saylı, 26 may 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində, üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-113/2025 saylı, 26 may 2025-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsində, üçüncü şəxs X10 apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-113/2025 saylı, 26 may 2025-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsində, əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-113/2025 saylı, 26 may 2025-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının növbəti iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: -139-1.1.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; - 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. -150.1. Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. -150.2. İstənilən maraqlı şəxs qeydiyyatın ləğvi barəsində bundan xəbər tutduğu vaxtdan on gün ərzində məhkəməyə şikayət edə bilər. 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: -2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. - 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. -8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 18.1. Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. 18.2. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı mövcud olmayan (məhv olmuş) Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən 9 saylı evin 2 saylı mənzilinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsinə nail olmaqdan ibarətdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 02 iyun 2025-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilərək, iddia tələbi “mövcud olmayan (məhv olmuş) Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən 9 saylı evin 2 saylı mənzilinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi qəbul edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatı aşağıdakı hallar mövcud olduqda ləğv edilir: əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə onun ərizəsi əsasında; daşınmaz əmlak tam məhv olarsa, bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə. İşin faktiki hallarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli Qərarının icrasını təmin etmək məqsədi ilə Nərimanov rayon İcra Hakimiyyəti başçısnın xx.xx.2016-cı il tarixli 430 nömrəli sərəncmaı ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və N.Quliyev küçələrinin kəsişməsində yeni hündürmərtəbələi çoxmənzilli yaşayış binalarının tikintisi təmin etmək məqsədi ilə 3,82 ha torpaq sahəsi "xxxx" MMC (hazırda İddiaçı MMC) daimi istifadəsinə verilmişdir. Qeyd edilən ərazidə yerləşən ünvan 2, mənzil 2 açıq hərraca çıxarılmış, xx.xx.2018-ci il tarixdə 89.520 manata "xxxx" ASC tərəfindən əldə edilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 430 nömrəli sərəncamının icrası ilə əlaqədar "xxxx" MMC 2018-ci il tarixdə gəmin ərazidə çoxmərtəbəli yeni yaşayış binalarının tikintisinə başlamaq məqsədilə söküntü işləri aparmış və mübahisəli mənzil də sökülmüşdür. Mənzilin yerləşdiyi bina sökülsə də, mənzilin dövlət qeydiyyatı mövcuddur. Sözügedən mənzil ilə bağlı bir çox məhkəmə mübahisələri olmuş, hal-hazırda qanuni qüvvəyə minmiş məhkəmə aktlarına görə (yuxarıda təsvir edilmişdir) mənzil üzərində mülkiyyət hüququ "xxxx" ASC-nin adında olması müəyyən edilir. İddiaçının hüququ marağı isə mübahisəli mənzil üzərində konkret hər hansı bir şəxsin hüquqlarının qeydiyyatının ləğv edilməsi deyil, məhz məhv olunduğu üçün mənzilin daşınmaz əmlak kimi qeydiyyatının ləğv edilməsindən ibarətdir. üçüncü şəxs "xxxx" ASCnin adına Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən 9 saylı evin 2 saylı mənzil ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsindən imtina etməklə cavabdeh tərəfindən hər hansı bir qanuna zidd hərəkətlərə yol verilməmişdir və cavabdehin hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun normalarına uyğun olmuşdur. Belə ki, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” Hərracın nəticələri haqqında Y-61 saylı 18 yanvar 2018-ci il tarixli protokol və 18 yanvar 2018-ci il tarixli müqavilədən görünür ki, X20 məxsus ünvan 1 “X32” Açıq Səhmdar Cəmiyyətinə satılmışdır. "xxxx" ASC üçün mübahisəli mənzil üzərində qeydiyyatı hüquqi mənasını itirməmişdir. Belə ki, mübahisəli mənzil üzərində xüsusi mülkiyyət hüquqi “X32” Açıq Səhmdar Cəmiyyətinə məxsus olmaqla dövlət qeydiyyatına alınmışdır. Onu da qeyd etmək zəruridir ki, daşınmaz əmlak üzərində yaranan hüquq münasibətləri yalnız dövlət qeydiyyatına alındıqdan sonra hüquqi qüvvəyə malik olur və üçüncü şəxslər üçün məcburi hüquqi nəticə doğurur. Başqa sözlə, mülkiyyətçinin məhv olunmuş əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı, əmlakı məhv edən üçüncü şəxslər tərəfindən ona münasibətdə öhdəliklərin icrasının təminatıdır. Odur ki, məhv olunmuş əmlakın qeydiyyatının ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş hallar hazırki mübahisədə mövcud olmadığından, məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən İddiaçı MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi barədə iddiası təmin edilməməlidir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. İlk növbədə məhkəmə tərkibi qeyd edir ki, prosessual qənaət prinsipi baxımından iddianın mümkünlüyünə dair dəyərləndirmə aparılmasına zərurət yoxdur. Belə ki, işin hallarından da göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(112)-3003/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamış və yekun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-17/2024 saylı xx.xx.2024-cü il tarixli qərarında belə hüquqi mövqe ifadə edilmişdir ki, “...hazırkı iş üzrə mübahisə predmeti olan mənzil Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin 12 dekabr 2016-cı il tarixli 430 nömrəli sərəncamının icrası ilə bağlı söküldüyündən və həmin mənzilin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla, ümumilikdə 3.82 ha torpaq sahəsi yeni çoxmənzilli yaşayış və qeyri-yaşayış sahələrinin tikilməsi üçün iddiaçının istifadəsinə verildiyindən, iddiaçı həmin mənzilin dövlət qeydiyyatının ləğvini tələb etmək üçün subyektiv hüquqa malik olan maraqlı şəxsdir...”. Göründüyü kimi, yuxarı instansiya məhkəməsinin hüquqi mövqeyindən belə anlaşılır ki, iddia mümkündür və mübahisəyə mahiyyəti üzrə baxılmalıdır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin 12 dekabr 2016-cı il tarixli 430 nömrəli sərəncamı ilə rayonun Təbriz, F.Məmmədov, Qarabağ ve Nemət Quliyev küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə, rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində 3.82 ha torpaq sahəsi "xxxx" MMC-nin (hazırki adı İddiaçı MMC) daimi istifadəsinə verilmiş, rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yeni çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə başlanılması məqsədi ilə sonuncuya tapşırıqlar verilmişdir. Bundan başqa, iş materiallarında olan və qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2416/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən müəyyən olunur ki, mübahisəli mənzil Zaur Babayevin mülkiyyətində olub və ipoteka ilə yüklü edilib. Belə ki, "xxxx" ASC (kredit verən) ilə "xxxx" MMC-nin (kredit alan) arasında xx.xx.2010-cu il tarixli kredit müqaviləsi bağlanıb, həmin müqavilə üzrə verilmiş kreditin qaytarılmasının təminatı kimi "xxxx" ASC (ipoteka saxlayan) ilə Zaur Babayevin (ipoteka qoyan) arasında ipoteka müqaviləsi bağlanıb və mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilib. Kredit qaytarılmadığına görə bank məhkəməyə müraciət edib, kreditin tutulmasını və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb edib. Nərimanov RM-nin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə ipoteka predmetinə tutma yönəldilməsi qət edilib, işə yuxarı instansiya məhkəmələrində baxılıb və həmin qətnamə ipoteka predmetinə tutma yönəldilməsi hissəsində dəyişdirilmədən saxlanılıb. Bundan sonra icra sənədi verilib, mənzil hərraca çıxarılıb, bank mənzili 89.260 manata əldə edib. Hərracın təşkilatçısı xx.xx.2018-cı il tarixdə “Hərracın nəticələri barədə” Y-61 nömrəli protokol tərtib etməklə bunu rəsmiləşdirib, mənzil bankın mülkiyyətinə keçib, bankın mülkiyyət hüququ xx.xx.2018-ci ildə dövlət reyestrində qeydə alınıb. Mənzil bankın mülkiyyətinə keçdikdən 3 il 4 ay sonra - xx.xx.2022-ci ildə "xxxx" ASC (satıcı) ilə Xnın (alıcı) arasında mənzilin 130.000 manata alqı-satqısına dair müqavilə bağlanıb. X mənzilin əvvəlki mülkiyyətçisi (ipoteka qoyan) XXin arvadıdır. "xxxx" ASC-nin mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmasından əvvəl - xx.xx.2017-ci ildə Zaur Babayev (mülkiyyətçi) ilə "xxxx" MMC-nin (tikinti şirkəti) arasında müqavilə bağlanıb. Müqaviləyə görə mülkiyyətçi mənzili sökmək üçün tikinti şirkətinə verməyi öhdəsinə götürüb, tikinti şirkəti isə mənzili sökdükdən sonra onun yerində yeni yaşayış binası inşa etməyi, binanın 7,8,9 və ya 10-cu mərtəbələrində ümumi sahəsi 125 kv.m təşkil edən təmirli mənzili mülkiyyətçiyə verməyi öhdəsinə götürüb. Bundan sonra – 2017-ci ilin noyabr ayında mənzil sökülüb. Lakin xx.xx.2017-ci il tarixli müqavilə başqa iş üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə etibarsız hesab olunub. Tikinti şirkətinin - "xxxx" MMC-nin hüquq varisi İddiaçı MMC-dir, o, "xxxx" MMC-dən ayrılma nəticəsində yaradılıb, bu barədə xx.xx.2022-ci ildə Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən reyestr çıxarışı verilib. Bundan başqa, işdə olan və qüvvəyə minmiş məhkəmə qətnamələrindən müəyyən olunur ki, "xxxx" ASC ilə Aidə Babayevanın arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsi etibarsız hesab edilmişdir. Müqavilənin etibarsız hesab edilməsinin əsası kimi, müqavilənin bağlanan zaman mənzilin mövcud olmaması çıxış etmişdir (Nərimanov RM-nin xx.xx.2022-ci il tarixli qətnaməsi ). Məhkəmə tərkibi qeyd edir ki, hazırkı işdə Xnın üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsinin səbəbi onunla bağlıdır ki, mübahisəli mənzilə dair reyestrdəki qeydiyyat Aidə Babayevanın adınadır. Belə ki, iş materiallarınada olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21330/2-30780/2024 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nərimanov rayonu, Qarabağ küçəsi, ev 9, 2 saylı mənzil xx.xx.2018-ci il tarixdə “X32” ASC-nin adına qeydiyyatdan keçmişdir. Lakin Bakı şəhəri 12 saylı DNK-nın xx.xx.2022-ci il tarixli 4Ə-41 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. (cild 1, i.v 192) İş materiallarından müəyyən edilir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-34/2022-049 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılmış və qeyd edilən icra vərəqəsi xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir (cild 3, i.v.29-30). Məhkəmə tərkibi qeyd edir ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin hal-hazıradək icra edilməməsinin səbəbləri hazırkı inzibati məhkəmə icraatının predmetinə aid olmadığından məhkəmə tərkibi qeyd olunan məsələ ilə bağlı əlavə hüquqi dəyərləndirmə aparılmasına lüzum görmür. Bundan başqa, "xxxx" ASC isə ona görə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir ki, Nərimanov RM-nin xx.xx.2022-ci il tarixli qətnaməsi "xxxx" ASC ilə Aidə Babayevanın arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və münasibətlər əvvəlki vəziyyətə qayıtmışdır. Başqa sözlə, Nərimanov RM-nin xx.xx.2022-ci il tarixli qətnaməsinin icra ediləcəyi təqdirdə mübahisəli mənzilə dair reyestrdəki qeydiyyat avtomatik olaraq "xxxx" ASC-nin adına olacaqdır. Məhkəmə tərkibi iddia tələbinin əsaslığına münasibətdə aşağıdakıları qeyd edir. İlk növbədə mübahisləli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi üçün qanunda nəzərdə tutulmuş dispoziya şərtlərinə nəzər salaq: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 18.1. Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. 18.2. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 150.1. Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. İşdə olan çoxsaylı sübutlardan müəyyən olunur ki, mübahisə predmeti olan mənzil Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin 12 dekabr 2016-cı il tarixli 430 nömrəli sərəncamının icrası ilə bağlı sökülmüş və hazırda həmin mənzilin yerləşdirdiyi binanın yerində çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3-21-3-30/2-2100/2026 saylı, 14 yanvar 2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 3 ünvanındakı daşınmaz əmlak sökülərək yerində çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, mövcud olmayan daşınmaz əmlakın mülki dövriyyənin predmeti kimi qalması mülki dövriyyənin sabitliyi baxımından təhlükəlidir. Belə ki, əgər mülkiyyətçi həmin mənzilə dair sahiblik və istifadə hüquqlarını realizə edə bilmirsə, sərəncam hüququndan bu formada istifadə edilməsi hüquqdan sui-istifadəyə gətirib çıxarır. Nəzərə alınmalıdır ki, Roma hüququndan irəli gələn “bona fides” prinsipi “vicdanlılıq” mənası verməklə yaxşı niyyəti ifadə edən anlayış kimi qəbul olunur. Elmi ədəbiyyatda vicdanlılıq “obyektiv vicdanlılıq” və “subyektiv vicdanlılıq” kimi fərqləndirilir. “Obyektiv vicdanlılıq” subyektin hüquq münasibətində dürüstlüyünü, açıqlığını (davranışında şəffaflığını) və digər tərəfin maraqlarına ağlabatan hörmət nümayiş etdirməklə minimal dərəcədə nəzərə alınmasını tələb edən davranış standartıdır. “Subyektiv vicdanlılıq” isə şəxsin hüquqi cəhətdən əhəmiyyətli faktlar barədə üzrlü olaraq məlumatsız olması (və ya görünən hüquqi vəziyyətin həqiqi vəziyyətə uyğun olmadığını bilməməsi və bilmək imkanına malik olmaması) kimi başa düşülür. Vicdanlılıq prinsipi qüvvədə olan qanunvericilikdə birbaşa qeyd edilməsə də, nəzəri baxımdan, o cümlədən Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə əsasən təsdiq edilir ki, həmin prinsip Azərbaycan Respublikasının mülki qanunvericilik sistemində ümumi prinsiplərdən biridir (Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli qərarı). Obyektiv vicdanlılığa dair Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli qərarında belə bir hüquqi mövqe ifadə edilmişdir ki, haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Vicdanlılıq prinsipi hüquqlardan sui-istifadəyə qarşı olan ümumi bir prinsip olaraq Konstitusiyanın 24-cü maddəsinin 3-cü hissəsində “hüquqlardan sui-istifadəyə yol verilmir” kim təsbit edilmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi hüquqdan sui-istifadənin yolverilməzliyi barədə qərarında göstərmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq və açıq-aşkar ona uyğun gəlməyən tərzdə həyata keçirirsə, o, bu hüququndan sui-istifadə etmiş olur (Mirolubovs və başqaları Latviyaya qarşı iş üzrə xx.xx.2009-cu il tarixli Qərar, § 62). Qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, "xxxx" ASC-nin mövcud olmayan daşınmaz əmklaka sərəncam hüququnu bu formada realizə etməsi subyektiv vicdanlılıq tələbinə cavab vermir, Yuxarıda da qeyd edildiyi kimi, işdə olan məhkəmə qətnamələrindən müəyyən olunur ki, "xxxx" ASC mövcud olmayan mübahisəli mənzilə dair sərəncam hüququndan istifadə edərək həmin mənzil digər üçüncü şəxsə (Aidə Babayevaya) satmışdır. Təbii ki, həmin alq-satqı müqaviləsi mövcud olmayan (məhv olmuş) əmlak barəsində olduğuna görə mülki məhkəmə icraatı qaydasında etibarsız hesab edilmişdir. Məhkəmə tərkibinin qənaətinə görə, iddiaçının tələb hüququnun mövcudluğu ona görə təsdiqini tapır ki, üçüncü şəxslərin mövcud olmayan əmlak üzərində sərəncam vermək hüququndan sui-istifadənin qarşısı alınsın. Üçüncü şəxslərin movcud olmayan əmlak üzərində gələcəkdə də formal əməliyyatlar aparması istisna edilmir. Başqa sözlə, müvafiq notariat orqanına müraciət edilərək mövcud olmayan mənzilə dair çıxarış təqdim edildikdə formal alqı-satqı əməliyyatının aparılması mümkündür (necə ki, "xxxx" ASC məhv olmuş mənzili Aidə Babayevaya satmışdır). Belə olan halda iddiaçı hər dəfə mülki məhkəmə icraatı qaydasında müvafiq müqavilələrin etibarsızlığı ilə bağlı iddia qaldırmalıdır. Bu isə yeni məhkəmə mübahislərinin yaranmasına gətirib çıxarır. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, məhv olmuş (mövcud olmayan) daşınmaz əmlaka dair mülkiyyət hüququnun dövlət reyestrindəki formal qeydiyyatı heç bir hüquqi məna kəsb edə bilməz. Çünki məhv olmuş əmlakın mülki dövriyyədə iştirakı istisna edilir. Məhkəmə tərkibi qeyd edir ki, mülkiyyət hüququ konstitusion səviyyədə təsbit edilmiş əsas hüquqların biridir. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hazırkı halda mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi üçüncü şəxslərin həmin mənzilə dair mülki məhkəmə icraatı qaydasında mülkiyyət hüquqlarının müdafiə edilməsini, yəni sökülmüş mənzilə dair pozulmuş hüquqların bərpa edilməsini istisna etmir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qüvvəyə minmiş 2(103)-2416/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində də qeyd olunduğu kimi, "xxxx" ASC hazırkı iddiaçıya qarşı mülki məhkəmə icraatı qaydasında iddia qaldıra və mənzilin sökülməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməlidir.
Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-113/2025 nömrəli, 26 may 2025-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən 9 saylı evin 2 saylı mənzilinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik еdən: Orxan İsmayılov
Hаkimlər: Pərviz Hüseynov
Günel Sevdimalıyeva