Məhkəmə qərarları › İş №2-1(103)-4036/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4036/2025

22.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4036/2025 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər: Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil İsa oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (üçüncü şəxs qismində Binəqədi rayonu Binəqədi Bələdiyyəsi və Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti cəlb edilməklə) “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ##### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli, *** saylı qərarına əsasən alqı-satqı yolu ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılan 600 kv.m torpaq sahəsinə dair çıxarışın və plan-ölçü sənədinin verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli, *** saylı qərarına əsasən alqı-satqı yolu ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılan 600 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli, *** saylı qərarı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin mülkiyyətinə verilməsi haqqında qərar qəbul edilmişdir. Müraciətinə əsasən Bələdiyyənin müvafiq orqanları tərəfindən yerində tələb olunan qaydada yoxlanılaraq torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Qeyd olunanlara əsasən, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** saylı ümumi iclasında qərar qəbul edilmişdir. Həmin torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmasına dair müqavilə bağlanmışdır. Alqı-satqı yolu ilə mülkiyyətinə ayrılan torpaq sahəsinin sərhədləri və dönmə nöqtələri yerində müəyyənləşdirilərək naturaya və xəritəyə keçirilmiş, torpaq sahəsinin plan-cizgisi alanın yəni ki, onun hesabına hazırlanmışdır. Torpağın satış qiyməti, bazar məzənnəsi, tələb və təklif, sahənin təyinatı, coğrafi yeri, ölçüsü, keyfiyyəti və digər amillər nəzərə alınmaqla tərəflər arasında sahənin hər bir kv.m üçün 4 manat 16 qəpik məbləğində razılaşdırılmış və tərəfindən ödənilmişdir. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin inzibati ərazisində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi haqqında ## ###### 2006-cı il tarixli, *** saylı alqı-satqı müqaviləsi aralarında imzalanmış, sədr Məmmədov. N.A tərəfindən imzalanaraq möhürlənmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## ###### tarixli, *** saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydalar”ına əsasən torpaqların alqı-satqısına dair akt tərtib edilərək bağlanmışdır. İddiaçı tərəfindən bələdiyyənin hesabına əvvəlcədən 2496 manat haqq ödənilmişdir. Tərəflər arasında akt imzalandıqdan sonra möhürlənərək təsdiqlənmişdir. Binəqədi rayonu, 6-cı mikrorayon, qərb hissəsində yerləşən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı mülkiyyətinə ayrılan torpaq sahəsinin situasiya planı, yerləşmə sxemi (cizgisi) tərtib edilərək natura və xəritəyə keçirilmiş və nəzərdə tutulan sahə xəritədə qeyd edilmişdir. Tam qanuni yolla alqı-satqı əsasında mülkiyyətinə ayrılan torpaq sahəsinə artıq 20 ilə yaxın müddətdir ki, bütün sanitar, ekoloji qaydalara riayət edir və heç bir hüquqi və ya fiziki şəxslə habelə dövlət və yerli özünüidarəetmə bələdiyyə orqanları tərəfindən mülkiyyətinə ayrılan torpaq sahəsi ilə bağlı heç bir mübahisə yaranmamış, əksinə mülkiyyəti bilinərək tanınmışdır. Eyni zamanda, torpaqla bağlı müntəzəm olaraq yararlı vəziyyətdə saxlanılması üçün tərəfindən xərclər çəkilmişdir. Tərəflərindən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına edilmiş sorğu əsasında arxivdən çıxarışla Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin alqı-satqı yolu ilə mülkiyyətinə ayrılan torpaq sahəsinə dair ##.##.2006-cı il tarixli, *** saylı qərarı və əlavə edilmiş sənədlərin Dövlət Arxivinin Bakı filialında mövcudluğu təsdiq olunaraq elektron təsdiqli surətləri onlara təqdim edilmişdir. ##.##.2024-cü il tarixdə cavabdehə torpaq üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və torpaq sahəsinə dair çıxarışın, plan və ölçünün verilməsinə dair ********** saylı ərizə ilə müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən ##.##.2024-cü il tarixli, ************ saylı məktubla hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İmtina məktubunda qeyd olunmuşdur ki, tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənəddə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaqların alqı-satqısına dair akt təsdiq edilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ##.##.2024-cü il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş 243021147724 xaricolma nömrəli məktubla ona cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamış və cizgi səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Torpaq sahəsi ##.##.2006-cı il tarixli, *** nömrəli qərarla ayrılsa da, alqısatqı aktında ##.##.2006-cı il tarixli, *** nömrəli qərara istinad olunmuşdur. Torpaq sahəsi şərti sərhədlidir, təqdim edilmiş cizgidə dəqiq istinad, istinad məsafələri qeyd edilməmişdir, perimetrik ölçü və konfiqurasiyasında fərqlər mövcuddur. Elektron baza məlumatlarına əsasən sahə dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir, * nömrəli Zığ-Zeytunçuluq sovxozunun Bakı ŞİH-nin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Sahəyə 2301314952 nömrəsi ilə Əmlak Məsələləri Dövlət Xidmətinin müraciəti olmuşdur. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ##### 2025-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbinın təmin edilməsi, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli, *** saylı qərarına əsasən alqı-satqı yolu ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin Cavabdeh * saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı Binəqədi rayonu Binəqədi Bələdiyyəsi və Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamış və cizgi səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Torpaq sahəsi ##.##.2006-ci il tarixli, *** nömrəli qərarla ayrılsa da, alqı-satqı aktında ##.##.2006-ci il tarixli, *** nömrəli qərara istinad olunmuşdur. Torpaq sahəsi şərti sərhədlidir, təqdim edilmiş cizgidə dəqiq istinad, istinad məsafələri qeyd edilməmişdir, perimetrik ölçü və konfiqurasiyasında fərqlər mövcuddur. Elektron kadastr baza məlumatlarına əsasən sahə dövlət mülkiyyətində olmaqla, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. Sahəyə 2301314952 nömrəsi ilə Əmlak Məsələləri Dövlət Xidmətinin müraciəti olmuşdur. Torpaq sahəsi Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, *** nömrəli qərarı ilə ayrılmışdır. Lakin elektron kadastr baza məlumatlarına əsasən sahənin 2008-ci ilə qədər Abşeron İnzibati Ərazi vahidliyinin * nömrəli Zığ-Zeytunçuluq sovxozunda yerləşdiyi müəyyən edilmişdir. Daha sonra həmin sahə ## #### 2008-ci il tarixli, **** saylı Sərəncam ilə * nömrəli Zığ-Zeytunçuluq sovxozundan Bakı ŞİH-nin idarəçiliyinə qaytarılmışdır. Belə ki, baza məlumatlarına əsasən sahə vaxtilə Abşeron ərazisi olduğundan Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin torpaqayırma səlahiyyəti olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil İsa oğlu apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslərin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmiş və üçüncü şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, digər tərəflər isə məhkəmə iclasında iştiraklarını təmin etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdeh və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki; - Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin “Vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında” *** nömrəli, ## ###### 2006-cı il tarixli qərarına əsasən Binəqədi rayonu, 6-cı mkr., Qərb hissəsində 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün əlavə edilmiş cizgiyə uyğun olaraq İddiaçı mülkiyyətinə ayrılmışdır. - Mübahisəli torpaq sahəsinə dair iddiaçı ilə torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında *** nömrəli, ## ###### 2006-cı il tarixli müqavilə bağlanmış və akt tərtib edilmişdir. Torpaq sahəsinin cizgisi Bələdiyyə tərəfindən təsdiq edilmişdir. - Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin “Vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında” *** nömrəli, ## ###### 2006cı il tarixli qərarı və ona əlavə edilmiş sənədlərin surəti Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli, *-**-*F/*-Ə- ****-*-****/**** nömrəli məktubla iddiaçıya təqdim edilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən ## #### 2025-ci il tarixli, *-**-*F/*-***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı barəsində Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin arxiv fondu üzrə ##.##.2006-cı il tarixli, *** saylı qərarı və ona əlavə edilmiş digər sənədlər Dövlət Arxivinin Bakı filialında mövcuddur. Həmin qərarın və ona əlavə edilmiş digər sənədlərin təsdiq edilmiş ksero surətləri təqdim edilir. - “Müstəqil Ekspertiza Mərkəzi” tərəfindən ##.##.2025-ci il tarixdə tərtib edilmiş, ** saylı mütəxəssis rəyində qeyd edilmişdir ki, mütəxəssislər qarşısında qoyulmuş suallar ərizəçinin iştirakı ilə məktuba əlavə edilmiş sənədlərə əsasən (Situsiya planı) yerində araşdırılmış, naturada təqdim olunmuş torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə qeydə alınaraq Binəqədi rayonu, Binəqədi qəsəbəsinin yerquruluşu planına, ilkin torpaqayırma sənədlərinə, Binəqədi rayon Binəqədi Bələdiyyəsinin xəritəsinə, planşet xəritə materiallarına və “Google Yer” proqramının ortofoto görüntülərinə əsasən dəqiqləşmişdir. Kameral şəraitdə xüsusi xəritə informasiya proqramları vasitəsilə tədqiqat aparılmış, müvafiq olaraq plan və sxem tərtib edilmişdir. Mütəxəssislər qarşısında qoyulmuş suallar mövcud torpaq qanunvericiliyinə uyğun olaraq araşdırılmış və nəticələr aşağıdakı kimi müəyyənləşdirilmişdir: 1. İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması barədə Binəqədi rayon Binəqədi Bələdiyyəsinin *** saylı, ## ###### 2006-cı il tarixli qərarı əsasında Binəqədi rayonu, 6-cı mkr., qərb hissəsində ayrılmış 0.06 ha torpaq sahəsinin natura üzrə coğrafi məkan göstəriciləri (koordinatları, sahəsi və ölçüləri) aşağıdakı kimi müəyyən edilmişdir: Binəqədi rayon Binəqədi Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli, *** nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün ayrılmış 0.06 ha torpaq sahəsinin natura üzrə döngə nöqtələrinin koordinatları: 1) X = 400548.6182 Y= 4476075.1032 2) X=400512.0016 Y= 4476083.2904 3) X= 400515.4481 Y= 4476099.0172 4) X = 400552.0639 Y = 4476090.8302; 2. İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması barədə Binəqədi rayon Binəqədi Bələdiyyəsinin *** saylı, ## ###### 2006-cı il tarixli qərarı əsasında Binəqədi rayonu, 6-cı mkr., qərb hissəsində ayrılmış 0.06 ha torpaq sahəsinin Binəqədi rayon Binəqədi Bələdiyyəsinin hüdudları daxilində yerləşməsi müəyyən edilmişdir; 3. İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması barədə Binəqədi rayon Binəqədi Bələdiyyəsinin *** saylı, ## ###### 2006-cı il tarixli qərarı əsasında Binəqədi rayonu, 6-cı mkr, qərb hissəsində ayrılmlış 0.06 ha torpaq sahəsinin natura üzrə müəyyən edilmiş faktiki koordinatları Binəqədi rayon Binəqədi Bələdiyyəsinin müvafiq olaraq Situasiya planında qeyd edilmiş 0.06 ha torpaq sahəsinin cizgisi ilə tam şəkildə üst-üstə düşür. İşdən müəyyən olunur ki, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı tələbi Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli, *** saylı qərarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, qərb hissəsində ayrılmış fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı qaydasında mülkiyyətinə ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Bununla bağlı, o, cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş torpaqların alqı-satqısına dair aktın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməməsi əsası ilə müraciətinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra, o, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Cavabdehin iddia tələbinə etirazının dəlili odur ki, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamış və cizgi səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Torpaq sahəsi ##.##.2006-ci il tarixli, *** nömrəli qərarla ayrılsa da, alqı-satqı aktında ##.##.2006-cı il tarixli, *** nömrəli qərara istinad olunmuşdur. Elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağı olmaqla, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. Təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad, istinad məsafələri qeyd edilməmişdir, perimetrik ölçülərdə fərqlər mövcuddur. Sahə * nömrəli Zığ-Zeytun Sovxozunun Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə mübahisələndirilən qərarında qeyd etmişdir ki, hazırkı halda cavabdeh inzibati orqanın iddiaçının müraciətindən imtinası Qanunun yuxarıda sadalanan inzibati icraatın prinsiplərinə zidd hesab edilməlidir. Əvvəla ona görə ki, işin sadalanan hallarından da müəyyən olunur ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri eyni məzmunlu sənədlər əsasında qeydiyyata alınmışdır. Hazırkı iş üzrə cavabdeh əvvəlki praktikasına uyğun olmayaraq imtina ilə çıxış etmişdir ki, bununla da iddiaçıya münasibətdə Qanunun etimad və ya bərabər yanaşılma prinsipini tətbiq etməmişdir. Həmçinin, cavabdehin eyni ərazi üzrə digər torpaq sahələrinin qeydiyyatını nəzərə almadan iddiaçının hüququnu qeydiyyata almamaqla İİQ- 18-ci maddəsində nəzərdə tutulan “çoxun azı ehtiva etməsi” prinsipini də pozmuşdur. Cavabdeh etirazında iddia olunan ərazinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması və ilə bağlı dəlilləri, elə cavabdeh qurumun özünün həmin ərazi üzrə verdiyi çıxarışlarda torpaq sahəsinin kateqoriyası kimi “yaşayış məntəqələrinin torpaqları” göstərməsi ilə təkzib olunur. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respubllikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən verilmiş “Zeytun” kəndli fermer təsərrüfatının torpaq sahəsindən 11,2 hektarı kəsilib abadlıq üçün Binəqədi rayonu, Rəsulzadə Bələdiyyəsinə verilməsi haqqında Abşeron rayon Torpaq və Xəritəçəkmə Şöbəsinin rəyində qeyd edilir ki, “Zeytun” kəndli fermer təsərrüfatının torpaq sahəsi əvvəllər dövlət mülkiyyətndə saxlanılmış, * nömrəli Zeytun Sovxozunun torpaq sahəsi olmuş, sonradan Abşeron RİH-nin ## #### 1999-cu il tarixli *** saylı sərəncamı ilə Bakı şəhəri, 6-8-ci mikrorayonları ərazisində yerləşən 45,1 hektarlıq torpaq sahəsi “Zeytun” kəndli fermer təsərrüfatına verilmiş və həmin kəndıi fermer təsərrüfatı torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı ilə təmin edilmişdir. ## ######## 2001-ci il tarixli Aktdan görünür ki, Komissiyanın sədri – Abşeron rayon İcra Hakimiyyətinin Başçısı M.Novruzov, Komissiyanın üzvləri – Abşeron rayon Torpaq və Xəritəçəkmə şöbəsinin müdiri N.Lətifov, Binəqədi rayonu Rəsulzadə Bələdiyyəsinin sədri M.Əliyev, “Zeytun” kəndli fermer təsərrüfatının sədri X.Məmmədov aktı tərtib edərək təsdiq edirlər ki, istənilən 11,2 hektar torpaq sahəsini abadlaşdırmaq məqsədi ilə “Zeytun” kəndli-fermer təsərrüfatından alınıb Rəsulzadə Bələdyyəsinə verilməsinə komissiya aşağıdakı şərtlərlə etiraz etmir: İstənilən torpaq sahəsi topaq qanunvericiliyinə uyğun sənədləşdirilməli, aid səlahiyyətli orqanlarda təsdiq etdirilməli və Respublika Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı alınmalı, bununla bağlı “Zeytun” kəndli-fermer təsərrüfatının Dövlət Aktında müəyyən düzəlişlər edilməlidir. M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri M.İ.Əliyev, Binəqədi rayon Binəqədi Bələdiyyəsinin sədri M.S.Eminov tərəfindən imzalanmış ## ####### 2002-ci il tarixli, ** nömrəli Razılaşma Protokolunda qeyd edilir ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi üzrə İcra Hakimiyyəti Başçısının nümayəndəliyinin xidmət etdiyi ərazilərdə, o cümlədən M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsi (C.Cabbarlı küçəsi), M.Ə.Rəsulzadə qəsəbəsinin şərq hissəsində (İ.Hacıyev küçəsi X.Dairəvi küçəsinin M.Ə.Rəsulzadə qəsəbəsinə tərəf olan hissəsində və 3126-cı məhəllədə) əhaliyə mənzil, məişət, kommunal xidmətlərin M.Ə.Rəsulzadə qəsəbə nümayəndəliyi tərəfindən həyata keçirildiyindən və qeyd olunan ərazilərdə yaşayan sakinlərin qəsəbə nümayəndəliyində pasport qeydiyyatında olmasını nəzərə alaraq, həmin ərazilərdən torpaq sahəsinin istifadəyə, icarəyə və mülkiyyətə verilməsi M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən həyata keçirilməsi, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən, əvvəllər “Zeytun” KFT-nin istifadəsində olmuş, sonradan M.Ə.Rəsulzadə bələdiyyəsinin mülkiyyətinə verilmiş və Binəqədi Bələdiyyəsi ilə həmsərhəd olan ərazidən Binəqədi bələdiyyəsinin istifadəyə, icarəyə və mülkiyyətə torpaq sahəsi ayırmasına M.Ə.Rəsulzadə bələdiyyəsi razılıq verir. Həmin ərazilərin abadlaşdırılması, məhəllədaxili yolların təmirini və abad saxlanılmasını, su və kanalizasiya xəttlərinin çəkilişini və təmirini, yerli vergi və ödənişlərin yığılmasını M.Ə.Rəsulzadə bələdiyyəsi öz üzərinə götürür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il ###ın ##dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyriyaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il ####un #dan 2009-cu il ####un ##-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Hazırkı işin hallarından göründüyü kimi iddiaçı İddiaçı “Zeytun” kəndli-fermer təsərrüfatına təhkim edilmiş torpaq sahəsindən 11,2 hektar kəsilib abadlıq məqsədi ilə Binəqədi rayonunda yerləşən Rəsulzadə Bələdiyyəsinə verilməsi haqqında Abşeron rayon İcra Hakimiyyəti Başçısının ## ####### 2001-ci il tarixli, *** nömrəli Sərəncamından sonra Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli, *** saylı qərarına əsasən alqı-satqı yolu ilə fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Daha sonra iddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin İdarə tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqanın imtinasının, eyni zamanda apellyasiya şikayətinin dəlillərini o təşkil edir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağı olmaqla, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## #### 2026-cı il tarixli ekspert rəyində qeyd edilir ki, “Binəqədi rayon Binəqədi Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli, *** saylı qərarı və həmin tarixli *** saylı alqı-satqı müqaviləsi əsasında İddiaçı Binəqədi rayonu, 6-cı mikrorayon qərb hissəsində fərdi yaşayış evinin tikntisi üçün ayrıldığı göstərilən 600 kv.m torpaq sahəsinin bələdiyyə tərəfindən tərtib olunmuş yerləşmə cizgisinə uyğun olduğu, eyni zamanda “Torpaq islahatı haqqında” qanunun 7-ci maddəsində göstərilənləri nəzərə alaraq, İddiaçı Binəqədi rayonu, 6-cı mikrorayon qərb hissəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin bələdiyyə torpağı olduğu və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsində nəzərdə tutulan “yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları” kateqoriyasına aid olduğu müəyyən edilmişdir. Mərkəzdə torpaq sahələrinə dair baza və xəritə materialları mövcud olmadığından, eyni zamanda Bakı şəhəri İcra Hakimiyyətinin ## ###### 2000-ci il tarixli, *** saylı Sərəncamı ilə Bakı şəhəri, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 ayrılmış ərazinin xəritəsi iş materiallarına əlavə olunmadığından sözügedən torpaq sahəsinin Bakı şəhəri İcra Hakimiyyətinin ## ###### 2000-ci il tarixli, *** saylı Sərəncamında qeyd olunan ərazinin hüdudları daxilində yerləşib-yerləşməməsi barədə tədqiqat aparılmadı. X Y 400550.993 4476084.998 400516.683 4476093.489 400520.446 4476110.068 400554.711 4476101.586 Bakı şəhəri, Binəqədi rayon Binəqədi Bələdiyyəsinin ## ###### 2006-ci il tarixli, *** saylı Qərarı və həmin tarixli *** saylı alqı-satqı müqaviləsi əsasında İddiaçı Binəqədi rayonu, 6-cı mikrorayon qərb hissəsində fərdi yaşayış evinin tikintisi üçün ayrıldığı göstərilən 600 kv.m torpaq sahəsinin plan üzrə yerləşməsinin və dislokasiyasının bələdiyyə tərəfindən tərtib olunmuş yerləşmə cizgisinə uyğun olduğu müəyyən edilmişdir. Mərkəzdə torpaq sahələrinə dair baza və xəritə materialları mövcud olmadığından, eyni zamanda * nömrəli Zığ Zeytunçuluq sovxozunun Bakı şəhəri İcra Hakimiyətinin idarəçiliyə qaytarılmış hissəsinin ayrıc aktı və xəritəsi iş materiallarına əlavə olunmadığından qərardadın dördüncü sualı üzrə tədqiqat aparılmadı. Bakı şəhəri, Binəqədi rayon Binəqədi Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli, *** saylı qərarı və həmin tarixli *** saylı alqı-satqı müqaviləsi əsasında İddiaçı Binəqədi rayonu, 6-cı mikrorayon qərb hissəsində fərdi yaşayış evinin tikinti üçün ayrıldığı göstərilən 600 kv.m torpaq sahəsinin başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi (başqa şəxsin adına qeydiyyatdan keçib-keçməməsi), torpaq sahəsinin yaxınlığında və ya ümumiyyətlə ərazi üzrə bələdiyyə qərarı əsasında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməsi barədə məlumat İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi İdarəsinə sorğu göndərilməklə müəyyən edilə bilər”. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik deyildir. Hazırda təqdim edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin tərəfindən təqdim edilmiş ## #### 2026-cı il tarixli ekspert rəyi təhlil edilərkən müəyyən edilir ki, rəy əsaslandırılmamış, ekspertin belə bir bir nəticəyə hansı faktiki hallar nəticəsində gəlməsi qeyd edilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda ## #### 2026-cı il tarixli ekspert rəyinin mötəbər sübut qismində qiymətləndirilməsi üçün əsaslar müəyyən edilmir. İşə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olduğundan, həmin torpaq sahəsinin yerləşdiyi əraziyə nəzarətlə bağlı səlahiyyətlər Binəqədi Rayon İcra Hakimiyyətinə məxsusdur. Həmçinin mübahisəli ərazinin Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılması qeyd edilmişdir. Həmçinin, işə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı iddiaçının iddia etdiyi Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, qərb hissəsi ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında meşə (yaşıllıq) ərazisi kimi müəyyən olunub-olunmamasına dair ətraflı məlumat verilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə sorğular göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna ## ### 2026-cı il tarixli, *-**/*-****/**** nömrəli məktubla cavab verilərək qeyd edilmişdir ki, təqdim olunan ərazinin koordinatlarına baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin torpaq sahəsi Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşməklə “Zeytunluq” adlanan yaşıllıq ərazisinin daxilində yerləşir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəmənin sorğusuna ## ### 2026-cı il tarixli, *-**/*-****/**** nömrəli məktubla cavab verilərək qeyd edilmişdir ki, müraciətdə qeyd olunan koordinatlar üzrə yerləşən torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi haqqında ##.##.2023-cü il tarixli, *** nömrəli Qərarına əsasən rekreasiya zonası (meşə parklar, yaşıllaşdırılan ərazilər) kimi müəyyən olunmuşdur. Təqdim edilmiş sənədlərdən görünür ki, mübahisəli ərazi hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi haqqında ##.##.2023-cü il tarixli, *** nömrəli Qərarına əsasən rekreasiya zonası (meşə parklar, yaşıllaşdırılan ərazilər) kimi müəyyən olunmuşdur. Yaxınlıqda yerləşən torpaq sahələri ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsi ilə bağlı iddiaçının nümayəndəsi və vəkili Vəkil İsa oğlunun dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəf iddia etdiyi hallarla bağlı məhkəməyə hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Bu səbəbdən bu dəlil əsaslı hesab edilə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mövcud vəziyyətdə cavabdeh kimi göstərilən inzibati orqanın hərəkətlərində hər hansı qanunsuzluq olmamış, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericilkdə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Göründüyü kimi qanunvericilik daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə müvafiq Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olduğundan cavabdehin hüquqların dövlət qeydiyyatına alınmasından imtinası qanuni olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipi pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ##### 2025-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ##### 2025-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli, *** saylı qərarına əsasən alqı-satqı yolu ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılan 600 kv.m torpaq sahəsinə dair çıxarışın və planölçü sənədinin verilməsi barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Nigar Nəbizadə Vidadi Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar