Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-404/2021 29.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə qarşı icra məmurunun hərəkətlərinin qanunsuz sayılması və icra sənədi üzrə icraata xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-6048/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «icra məmurunun hərəkətlərinin qanunsuz sayılması və icra sənədi üzrə icraata xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-6048/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Ş.Həsənova). Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. İddiaçı verdiyi apellyasiya şikayətində göstərmişdir ki, həmin qərardad əsassızdır, prosessual və maddi hüquq normalarının pozulması ilə qəbul olunmuş, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki hallarını aydınlaşdırmamış, işdə olan sübutlara hüquqi qiymət verməmiş, tətbiq edilməli olan qanun norması tətbiq edilməmiş, tətbiq edilmiş qanun norması isə səhv tətbiq edilmiş, göstərilən iddia tələbi mümkün sayılmamaqla İddiaçı subyektiv hüquqları kobud şəkildə pozulmuş, odur ki, həmin qərardad ləğv olunmalıdır. Mübahisəli icra icraatına Bakı Apellyasiya məhkəməsinin 2(103)-5143/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi əsas olmuş, həmin icra sənədi Nəsimi rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və böyük icra məmuru Azər Heydərovun icraatına qəbul edilmişdir. İ.akin ötən dövr ərzində borclu İddiaçı oğlıı ilə tələbkar X3 arasında razılaşma əldə olunmuş. xx xxxxxxx 2018-ci il tarixdə tələbkar X3 notariat qaydasında təsdiq olunmuş Baş prokuror yanında X1 Baş İdarəsinin rəisinə ərizə ilə müraciət edərək bildirmişdir ki. İddiaçı ona "xxxx" MMC-də olan 25 % payını verərək ******* (iki milyon) ABŞ dolları vurulmuş ziyanı tam olaraq ödəmişdir. Hazırda onun İddiaçı qarşı heç bir şikayəti və tələbi yoxdur. iddiaçı şikayətdə hesab etmişdir ki, icra sənədi tam icra olunmuşdur. Belə olan halda "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra məmuru tərəfindən borclu İddiaçı barəsində olan icraata xilam verilməlidir. İ.akin Nəsimi rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru iş üzrə icraata xitam verilməsindən imtina edilmişdir. İddiaçı hesab etmişdir ki, icra məmurunun bu hərəkətləri qanunsuzdur, odur ki. məhkəməyə iddia ərizəsi ilə müraciət olunmuşdur. Lakin işə baxan məhkəmə qeyd edilən halları nəzərə almamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, əsassız nəticəyə gələrək qeyd etmişdir ki, icra icraatı üzrə icraata xitam verilməsi barədə qərardan şikayət inzibati məhkəməyə deyil, icra sənədini vermiş məhkəməyə verilməlidir. Başqa sözlə, məhkəmə, icraata xitam verilməsi barədə qərarın mübahisələndirilməsinin, hətta məhkəmə tərəfindən ləğv olunmasının da ümumi məhkəmələrə aid olduğunu qeyd edir. Lakin bu halda öhdəlik icra olunsa da, icra orqanı icra icraatına xilam verməkdən boyun qaçırır, başqa sözlə hərəkətsizlik göstərir. Bu xüsusat icra sənədinin icra olunması ilə bağlı deyil, vəzifəni icra etməməkdir. Bu səbəbdən də həmin inzibati orqanın üzərinə arzu olunan qərarın qəbul edilməsi vəzifəsinin qoyulması barədə iddia qaldırıldımşdır. İddiaçı apellyasiya şikayətində Bakı İnzibati məhkəməsinin 2-1(112)-6(M8/2020 saylı iş üzrə qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməklə, iş baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı və cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Belə ki, İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 20.1-ci maddəsinə görə icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: - (20.1.1) məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; - (20.1.2) məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; - (20.1.3) tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; - (20.1.4) icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; - (20.1.4-1) qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; - (20.1.5) icra sənədi tam icra olunduqda. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Həmin Qanunun 20.4-cü maddəsinə görə icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 26-cı maddəsinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra məmurunun vəzifəsidir. Həmin Qanunun 11-ci maddəsinə əsasən icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, icra qanunvericiliyində “icra məmurunun hərəkətlərindən şikayət” nəzərdə tutulsa da, bu şikayət icra sənədinin icra olunması istiqamətində tədbirlərlə bağlıdır. İcra sənədinə əsasən başlanmış icraata xitam verilməsi barədə qərar hüquqi nəticə yaradan inzibati akt olsa da, qanunvericilik bu qərarın qəbulu üzrə hərəkətsizliyi və ya imtinanı yox, qərarın özünün mübahisələndirilməsini müəyyən etmiş, hətta məhkəmə tərəfindən də ləğv olunmasını da istisna etməmişdir. İcra qanunvericiliyinin yuxarıda qeyd edilən xüsusatlardan irəli gələn spesifikliyi onu deməyə əsas verir ki, İPM-in 33-cü maddəsi ilə müəyyən edilmiş “inzibati aktın qəbulundan imtina” hazırkı iddia üzrə halla uzlaşmır. Maraqlı tərəf icra məmurunun hərəkətləri və ya hərəkətsizliyi ilə razalşmadıqda o, inzibati məhkəmə icraatı qaydasında “iddia” qaldırılması ilə deyil, icra sənədini vermiş məhkəməyə şikayət formasında müraciət edə bilər. Belə olan halda birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbinin mümkün sayılmaması nəticəsinə gəlmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və belə nəticəyə gəlir ki, qərardadın ləğv edilməsi üçün heç bir əsas yoxdur, ona görə də apelyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-6048/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-404/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-404/2021
29.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver