Məhkəmə qərarları › İş №2-1(103)-405/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-405/2021

10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-405/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X9 İdarəsinə (hazırki X9 üzrə Mərkəzi Filialı) qarşı müvafiq iş illəri sığorta stajına daxil edilməklə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə alınmamış pensiya məbləğinin ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4401/2020 saylı qərarından cavabdehin nümayəndəsi və vəkili D.Novruzov tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qərardaddan apellyasiya vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. X12 Məhkəməsinin icraatına qaytarıldıqdan sonra cavabdeh DSMF Sumqayıt şəhər şöbəsi DSMF X9 İdarəsi ilə əvəz olunaraq xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4401/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı onun xx xxxxx 1991-ci il tarixdən xx xxxx 1996-cı il tarixədək, x xxxxxx 1992-ci il tarixdən xx xxxxxx 1992-ci il tarixədək, x xxxxxx 1993-cü il tarixdən xx xxxx 1993-cü il tarixədək, xx xxxx 1993-cü il tarixdən xx xxxx 1993-cü il tarixədək, x xxxxxx 1993-cü il tarixdən xx xxxxxx 1993-cü il tarixədək, x xxxxxx 1993-cü il tarixdən xx xxxx 1994-cü il tarixədək olan dövrlər üzrə işlədiyi, 1981 – 1984-cü illərdə X10 və 1986 – 1989-cu illərdə texnikumda təhsil aldığı müddət sosial sığorta stajına daxil edilməklə 52 yaşdan, yəni x xxx 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim R.Kərimli). Həmin qərardan narazı qalan cavabdehin nümayəndəsi və vəkili D.Novruzov tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh DSMF-nun X9 İdarəsi - cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X9 üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya onun xx xxxxx 1991-ci il tarixdən xx xxxx 1996-cı il tarixədək, x xxxxxx 1992-ci il tarixdən xx xxxxxx 1992-ci il tarixədək, x xxxxxx 1993-cü il tarixdən xx xxxx 1993-cü il tarixədək, xx xxxx 1993-cü il tarixdən xx xxxx 1993-cü il tarixədək, x xxxxxx 1993-cü il tarixdən xx xxxxxx 1993-cü il tarixədək, x xxxxxx 1993-cü il tarixdən xx xxxx 1994-cü il tarixədək olan dövrlər üzrə işlədiyi, xx xxxxxxxx 1981-ci il tarixdən xx xxxx 1984-cü ilə tarixədək Sumqayıt şəhərindəki 7 saylı X10 və 1986-1989 cu illərdə Sumqayıt Politexnikumuda təhsil aldığı müddətlərin onun sosial sığorta stajına daxil edilməsi və 52 yaşdan, yəni x xxx 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və keçirilmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq, ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı, x xxx 1965-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. O, güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması ilə bağlı DSMF Sumqayıt şəhər şöbəsinə müraciət etmişdir. Lakin şöbə məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli qərarına (1 nömrəli siyahı üzrə) istinad olunaraq, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün tələb olunan 20 il sosial sığorta stajının qarşılığında 19 il 8 ay 12 gün sığorta stajının olduğunu, həmçinin əmək kitabçasında qeyd edilən xx xxxxx 1991-ci il tarixdən xx xxxx 1996-cı il tarixədək, x xxxxxx 1992-ci il tarixdən xx xxxxxx 1992-ci il tarixədək, x xxxxxx 1993-cü il tarixdən xx xxxx 1993-cü il tarixədək, xx xxxx 1993-cü il tarixdən xx xxxx 1993-cü il tarixədək, x xxxxxx 1993-cü il tarixdən xx xxxxxx 1993-cü il tarixədək, x xxxxxx 1993-cü il tarixdən xx xxxx 1994-cü il tarixədək olan dövrlər üzrə sığorta stajının yoxlanılması mümkün olmadığını bildirərək, həmin illərin sığorta stajına daxil edilməsinin və bununla da güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasının qanuna zidd olduğu bildirilmişdir. Şöbənin imtinası qanunsuzdur. O, cavabdehin həmin illərin sığorta stajının yoxlanmasının mümkün olmaması dəlili ilə razılaşmır. Belə ki, həmin illər üzrə işləməsi ona məxsus əmək kitabçasında öz əksini tapmışdır. Əmək kitabçası isə, şəxsə əmək pensiyası təyin edilməsi üçün əsasdır. Bundan başqa, o, x xxxxxxxx 1981-ci il tarixdən xx xxxx 1984cü il tarixədək Sumqayıt şəhərindəki 7 saylı X10 əyani şöbədə təhsil almışdır. 1984- cü ildə X3 qəbul olmuş, 1984 – 1986-cı illərdə hərbi xidmət keçmiş, hərbi xidmətdən sonra 1986 – 1989-cu illərdə həmin texnikumda təhsilini davam etdirmişdir. Cavabdeh həmin təhsil illərini sığorta stajına daxil etməmişdir. O, xx xxxx 1995- ci il tarixdən xx xxxxxx 2005-ci il tarixədək “Azərkimya” X6-Polietilen Zavodunun etilen qəbulu və sıxılması sexində kompressor qurğu maşinisti işləmiş və hazırda da həmin vəzifədə işləyir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət qədər ümumi və zərərli iş stajı toplamışdır. Beləliklə, onun əmək pensiyası hüququ 52 yaşdan yaranır. Ona 52 yaşdan, yəni x xxx 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməlidir. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X8 apellyasiya şikayətini müdafiə edərək, çıxışında bildirmişdir ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əmək kitabçasındakı qeydləri (1991-1994-cü illər üzrə əmək fəaliyyətinə dair), habelə hərbi bilet və diplomlardakı qeydlərin həqiqətə uyğun olmadığı inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, onlar mötəbər hesab olunur. Həmin iş illərinin yoxlanılmasının mümkün olmaması, bu dövrün sığorta stajına daxil edilməməsinə əsas vermir. İddiaçının əmək kitabçasından görünür ki, o, xx.xx.1984-cü ildən əmək fəaliyyətinə başlayıb’. İddiaçı, xx.xx.1995-ci ildən xx xxxxxx 2006-cı ilədək (10 il 05 ay 21 gün) “Azərkimya” İB-nin “Etflen-Polietilen” zavodunun etilenin qəbulu və sıxılması sexində kompressor qurğu maşinisti peşəsində çalışmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının çalışdığı peşə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 Qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı’nın 1071200а—13775 kodu ilə nəzərdə tutulub. Halbuki həmin kod altında nəzərdə tutulan peşə: “xlorun çəkib-vurulması ilə məşğul olan kompressor qurğularının maşinistləri” adlanmaqdadır. Digər tərəfdən, həmin peşə 10712000 kodu altında nəzərdə tuutlmuş “Ərimiş metalda elektrolitik üsulu ilə metalların alınması" adlanan 10-cu alt-bölməyə aiddir. Sözügedən 10-cu alt-bölmə isə, “Metallurgiya istehsalatı (əlvan metallar)” adlanan 7-ci Bölməyə daxildir. Göründüyü kimi, iddiaçının çalışdığı sahənin metallurgiya ilə əlaqəsi olmadığı aşkardır. Deməli, məhkəmə həmin bölməyə istinad edə bilməzdi. Dolayısı ilə, məhkəmənin iddiaçının peşəsinin adı çəkilən 1 sayı siyahıda nəzərdə tutulduğuna dair gəldiyi nəticə qanuni və əsaslı deyildir. Nümayəndə və vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsinik, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: “v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhəddini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, “ğ” ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək Məhkəmə qeyd edir ki, İddiaçı əmək kitabçasındakı qeydlərin (1991 – 1994-cü illər üzrə əmək fəaliyyətinə dair), habelə hərbi bilet və diplomlardakı qeydlərin həqiqətə uyğun olmadığı inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, onlar mötəbər hesab olunur. Həmin iş illərinin yoxlanılmasının mümkün olmaması, bu dövrün sığorta stajına daxil edilməməsinə əsas vermir. Nəzərə alınmalıdılr ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 Qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin Qərarla təsdiqlənmiş 1 nömrəli Siyahında hazırkı iddiaçının x xxxxxx 2006-cı il tarixədək 10 ildən çox işlədiyi “kompressor qurğu maşinisti” peşəsi 1071200a—13775 kodu ilə nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, bu, işin mübahisələndirilməyən hallarına aiddir. İddiaçının 1981 – 1984-cü illərdə X10, 1986 – 1989-cu illərdə X2 təhsil dövrü və 1984 – 1986-cı illərdə hərbi xidmət müddəti Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə, x xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 67-ci maddəsinə əsasən ümumi iş stajına daxildir. Bu səbəbdən, inzibati orqanın imtinasındakı “20 il ümumi iş stajının toplanmaması” dəlili ilə məhkəmə razılaşmır. İnzibati orqan imtinasında həmin halları əsas gətirməklə ərizəçinin (iddiaçının) qaldırdığı məsələnin həllindən imtina olunması «İnzibati icraat haqqında» AR Qanununun 15, 19, 24.1, 24.2, 58.1-ci maddələrinin tələblərinə ziddir. Belə olan halda, İddiaçı x xxxxxx 2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən 20 ildən artıq ümumi, o cümlədən 10 ildən artıq əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş stajına malik olduğundan, onun «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq 52 yaşı tamam olduğu vaxt güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından inzibati orqanın imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi bir xüsusatı da vurğulamışdır ki, iddianın ikinci hissəsində “hazırkı dövrədək yaranmış fərq məbləğinin ödənilməsi” tələb olunur. Bu tələbə münasibətdəbirinci instansiya məhkəməsinin qənaəti belədir ki, İddiaçı cavabdeh inzibati orqana 52 yaşı tamam olduğu, yəni əmək pensiyası hüququ yarandığı vaxtdan 10 ay sonra müraciət etdyindən (yəni müraciətin gecikdirilməsi müddəti 3 ildən çox olmadığından), pensiya təyin olunarkən ödənilməmiş məbləğinin ödənilməsində ona münasibətdə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdehin nümayəndəsi və vəkili D.Novruzov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4401/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar