Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4052/2025 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, X2 və Ismayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçı İddiaçı, iddiaçının vəkili nümayəndə2 və üçüncü şəxsin nümayəndəsinümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) “məlumat vərəqinin göndərilməsi” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)- ****/**** nömrəli, ## ### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün "Məlumat vərəqinin” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ##.##.2012-ci il tarixindən ##.##.2024-cü il tarixinədək Fövqəladə Hallar Nazirliyində xüsusi rütbəli şəxs olaraq xidmətdə olmuşdur. ## #### 2024-cü ildə öz xahişi ilə işdən azad edilmişdir. Xidmətdən azad edildikdən sonra Fövqəladə Hallar Nazirliyində 12 il, vergi orqanlarında 19 il, təhsil və hərbi xidmət illəri birlikdə 3 il olmaqla təxminən xidmət illərinin 35 il olduğunu nəzərə alıb, ona pensiya təyin olunması üçün məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi xahişi ilə Fövqəladə Hallar Nazirliyinə müraciət etmişdir. Fövqəladə Hallar Nazirliyindən ona ## ######## 2024-cü il tarixli imtina məktubu verilərək bildirildi ki, onun fövqəladə hallar orqanlarında xidmət illərinin sayı 16 il 10 ay 17 gün təşkil etdiyi üçün o, pensiya hüququ əldə etmir. Cavabdeh tərəf onun vergi orqanlarında xidmət etdiyi illəri nəzərə almamaqla onun pensiya hüququnu məhdudlaşdırmış və nəticədə qanunsuz olaraq ona aid “məlumat vərəqi”ni Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərməkdən imtina etmişdir. «Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə»də nəzərdə tutulduğu kimi, onun vergi orqanlarında işlədiyi müddət Fövqəladə Hallar Nazirliyindəki xidmət illərinə daxil edilməli və bununla da onun 2015-ci ildən xidmət illəri 25 il olduğuna görə əmək pensiyası hüququ yaranırdı. 2015-ci ildə onun Fövqəladə Hallar Nazirliyində və Vergilər Nazirliyində işlədiyi xidmət illəri birlikdə 25 il olduğu üçün onun 2015-ci ildən yaşa görə əmək pensiyası hüququ vardır. Bakı Inzibati Məhkəməsinin (hakim Aygün Əhədova) *-*(***)-****/**** nömrəli, ## ### 2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2012-ci il tarixindən ##.##.2024-cü il tarixinədək Fövqəladə Hallar Nazirliyində xüsusi rütbəli şəxs olaraq xidmətdə olmuşdur. ## #### 2024-cü ildə öz xahişi ilə işdən azad edilmişdir. Xidmətdən azad edildikdən sonra Fövqəladə Hallar Nazirliyində 12 il, Vergi orqanlarında 19 il, təhsil və hərbi xidmət illəri birlikdə 3 il olmaqla təxminən Xidmət illərinin 35 il olduğunu nəzərə alıb, ona pensiya təyin olunması üçün “Məlumat vərəqinin” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi xahişi ilə Fövqəladə Hallar Nazirliyinə müraciət etmişdir. Fövqəladə Hallar Nazirliyindən ona ## ######## 2024-cü il tarixli imtina məktubu verilərək bildirilmişdir ki, onun fövqəladə hallar orqanlarında xidmət illərinin sayı 16 il 10 ay 17 gün təşkil etdiyi üçün pensiya hüququ əldə etmir. Belə hesab edir ki, cavabdeh tərəf onun vergi orqanlarında xidmət etdiyi illəri nəzərə almamaqla onun pensiya hüququnu məhdudlaşdırmış və nəticədə qanunsuz olaraq ona aid “məlumat vərəqi”ni Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərməkdən imtina etmişdir. «Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə»də nəzərdə tutulduğu kimi, onun vergi orqanlarında işlədiyi müddət Fövqəladə Hallar Nazirliyindəki xidmət illərinə daxil edilməli və bununla da onun 2017-ci ildən xidmət illəri 25 il olduğuna görə əmək pensiyası hüququ yaranırdı. 2015-ci ildə onun Fövqəladə Hallar Nazirliyində və Vergilər Nazirliyində işlədiyi xidmət illəri birlikdə 20 il olduğu üçün onun 2017-ci ildən yaşa görə əmək pensiyası hüququ vardır. Lakin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələbinə görə hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. O da 2024-cü ilin iyun ayında Fövqəladə Hallar Nazirliyindən öz xahişi ilə xidmətdən azad olunduqdan sonra cavabdeh orqandan yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Məlumat vərəqinin” DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsini xahiş etmişdir. Cavabdeh imtina etmişdir. Bununla əlaqədar Bakı Inzibati Məhkəmsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı Inzibati Məhkəməsi iddia ərizəsini təmin etməmişdir. Aşağıdakılara əsasən Bakı Inzibati Məhkəməsinin bu iş üzrə qəbul etdiyi qərarını qanunsuz və əsassız hesab edir. Məhkəmə qərarında “Əmək pensiyaları haqqında” Qanunun 9.7-2-ci maddəsinə istinad edərək bildirir ki, onun Fövqəladə Hallar Nazirliyində xidmət illəri 35 il olmadığı üçün ona xidmət illərinə görə yaşa görə əmək pensiyası təyin edilə bilməz. Məhkəmə adı çəkilən Qanunun 9.7-2-ci maddəsinə istinad eməklə Qanunun tətbiqində səhv etmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.3-cü maddəsində hərbi qulluqçuların siyahısı sadalanır və bildirilir ki, Fövqəladə Hallar Nazirliyində xidmət edən hərbi rütbəli şəxslər də hərbi qulluqçudur. Həmin Qanunun 1.0.4-cü maddəsində xüsusi rütbəli şəxslərin çalışdığı dövlət orqanları sadalanır və həmin maddədə bildirilir ki, Fövqəladə Hallar Nazirliyində xidmət edən xüsusi rütbəli şəxslər də buraya daxildir. Daha sonra Qanunun 3.3-cü maddəsində göstərilir ki, bu Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu Qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Bununla Qanun nəzərdə tutur ki, hərbi rütbəlilərə və xüsusi rütbəlilərə pensiya eyni qaydada təyin edilir. Hərbi rütbəlilərə pensiya təyinatı “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsində nəzərdə tutulmuşdur. Deməli, Qanunun tələbinə görə xüsusi rütbəli şəxs olaraq onun pensiya təyinatına da, məhkəmənin nəzərdə tutduğu kimi, Qanunun 9.7-2-ci maddəsi deyil, 9.5.1-ci maddəsinin tələbləri tətbiq edilməli idi. Yəni onun xüsusi rütbəli şəxs kimi pensiya almağı üçün ona 35 il deyil, 20 il xidmət ili tələb olunur. Onun isə xidmət ili 35 ilə yaxındır. Məhkəmə tətbiq edilməli Qanunu iş üzrə tətbiq etməmiş, bununla da qərarın ləğvi üçün əsaslar yaratmışdır. Məhkəmə öz qərarında “Fövqəladə hallar orqanlarında xidmət keçmə haqqında” Azərbaycan Respublikası Qanununun adını çəksə də, Qanunu səhv təfsir etmiş və nəticədə iş üzrə obyektiv qərar qəbul etməmişdir. Belə ki, adı çəkilən Qanunun 21.15-ci maddəsində deyilir: “ Fövqəladə hallar orqanlarında xidmət keçən və ya əvvəllər xidmət keçmiş şəxslər dövlət qulluğuna və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növünə qulluğa (xidmətə) qəbul edilərkən, onların fövqəladə hallar orqanlarındakı xidmət illəri həmin orqanlarda qulluq (xidmət) illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına əsasən müvafiq ixtisas dərəcəsi, xüsusi, hərbi və ya diplomatik rütbə verilir. Dövlət qulluğunda və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş şəxslər fövqəladə hallar orqanlarına qulluğa qəbul edildikdə, onların qulluq (xidmət) illəri fövqəladə hallar orqanlarında xidmət illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına və bu Qanuna əsasən müvafiq xüsusi rütbə verilir. Qanunun məzmunundan göründüyü kimi, onun vergi xidməti orqanında işlədiyi müddət də Fövqəladə Hallar Nazirliyində işlədiyi xidmətə daxil edilir və beləliklə, onun Fövqəladə Hallar Nazirliyində olan xidmət illəri, həmin orqana xidmətə qəbul edildiyi vaxtdan deyil, Dövlət Vergi Xidmətində xidmətə başladığı ildən hesablanmalıdır. Yəni onun xidmət ili məhkəmənin nəzərdə tutduğu kimi ## ##### 2012-ci ildən deyil, ## #### 1992-ci ildən hesablanmalıdır. Məhkəmə adı çəkilən Qanunu iş üzrə düzgün tövsif etməmiş və bununla da qərarın ləğvi üçün əsaslar yaratmışdır. Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli qərarına istinad edərək bildirir ki, bu qərarla uzun müddət xidmət illəri müəyyən edilir və həmin qərarda göstərilir ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsinin kiçik, baş və ali rəis heyəti vəzifələrində xidmət müddəti uzun müddət xidmət ilinə daxil edilir. Məhkəmə daha sonra yazır: “Göründüyü kimi fövqəladə hallar orqanlarında xüsusi rütbəli şəxs kimi uzun müddət xidmətə Azərbaycan Respublikası Iqtisadiyya Nazirliyi yanında Dövlət Vergi Xidmətində istənilən vəzifə və ya dövr deyil, məhz Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsinin kiçik, baş və ali rəis heyəti vəzifələrində xidmət müddəti pensiya təyinatı üçün əsas götürülən uzun müddət xidmətə aiddir.” Beləliklə, məhkəmə qərara gəlir ki, o, Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsinin kişik, baş və ali rəis heyətində çalışmadığı üçün ona uzun müddət xidmət ilinə görə pensiya təyin edilə bilməz. Əvvəla, məhkəmə hansı əsasla Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli qərarına ## ###### 2022-ci il tarixdə edilmiş dəyişikliyə istinad edir. Onun pensiya hüququ əvvəldə qeyd etdiyi kimi 2017-ci ildə yaranıb və onun pensiya məsələsinə də həmin ildə qüvvədə olan maddi hüquq norması tətbiq edilmədir. Məhkəmə Qanunun zamana görə tətbiqində səhv etmişdir. Bundan əlavə, məhkəmə ümumiyyətlə Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli qərarına 2022-ci il ## ###### tarixində Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsinin əlavə edilməsi barədə dəyişikliyə istinad edə bilməzdi, çünki bu əlavənin onun işinə heç bir aidiyyəti yoxdur. Məhkəmə nəzərə almamışdır ki, o, Fövqəladə Hallar Nazirliyindən pensiyaya gedir və ona münasibətdə Fövqəladə hallar orqanlarında xidmət keçmə haqqında Qanun tətbiq edilməli idi. Məhkəmə isə hər vasitə ilə ona vergi xidmətinin işçisi kimi yanaşmış və sanki hazırda ona Fövqəladə Hallar Nazirliyinin xüsusi rütbəli şəxsi kimi deyil, Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi kimi pensiya təyin olunur. Məhkəmə nəzərə almamışdır ki, Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinə uzun müddət xidmət ilinə görə pensiya təyin edilmir. Onlar yalnız yaşları tamam olduqda pensiya hüququ əldə edirlər. Nazirlər Kabinetinin 1992-ci il ## ###### tarixli, *** nömrəli qərarına əlavə ediləndən sonra, yəni ## ###### 2022-ci ildən sonra Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsinin kiçik, baş və ali rəis heyəti vəzifəsi də uzun müddət xidmət ilinə daxil edildi və bu da o deməkdir ki, bu vəzifədə çalışan şəxslər də uzun müddət xidmət ilinə görə yaşa görə əmək pensiyası hüququ əldə edirlər. Məhkəmə isə bu qərara edilən dəyişikliyin mahiyyətinə varmamış və aidiyyəti olmayan məsələləri onun pensiya işinə tətbiq etməklə qanunsuz qərar qəbul etmişdir. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı hazırki iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş apellyasiya şikayətinə etirazda qeyd olunur: Iddiaçı Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsinin rəis və sıravi heyətinə mənsub şəxslər sırasından olmadığından onun vergi orqanlarındakı xidmət illərinin fövqəladə hallar orqanlarındakı illərə hesablanmasına qanunvericiliyə əsasən yol verilmir. Qeyd edilən xidmət illəri birlikdə nəzərə alınmadıqda isə iddiaçının hüquqi marağının təmin olunması mümkün olmur. Eyni mövqe hazırki işə baxmış birinci instansiya məhkəməsi tərəfindən də ortaya qoyulmuşdur. Beləliklə, cavabdeh inzibati orqanın imtinasını və Bakı Inzibati Məhkəməsinin qərarını qanuni və əsaslı hesab edirik. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmaması və Bakı Inzibati Məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş apellyasiya şikayətinə etiraza əlavədə qeyd olunur: Şəxsin hərbi qulluqçu kimi pensiya hüququnun olub-olmamasının, xidmət illərinin və təminat xərcliyinin müəyyənləşdirilməsi onun xidmət keçdiyi orqanın öhdəliyidir. Buna görə də pensiyanın təyin edilməsi üçün Fonda yalnız məlumat vərəqi göndərilir, həmin məlumat vərəqində göstərilmiş məlumatların (xidmət illəri və s.) hansı qaydada hesablanmasına dair hər hansı sənəd təqdim edilmir. Beləliklə, məlumat vərəqindəki məlumatların qanunauyğunluğuna görə məsuliyyəti xidmət keçilən qurum daşıyır. Hərbi qulluqçulara və onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə pensiyanın təyin edilməsi üçün xidmət illəri "Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" # ###### 2026-cı il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli Qərarına uyğun hesablanır. Həmin Qərarda hərbi qulluqçuların və onlara bərabər tutulan xüsusi rütbəli şəxslərin xidmət illərinin hesablanması zamanı dövlət qulluğu stajının nəzərə alınmasına dair hər hansı müddəa mövcud deyil. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının ## ### 2021-ci il tarixli ***-VIQD nömrəli Qanununa uyğun olaraq, Nazirlər Kabinetinin ## ###### 2024-cü il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri əmək pensiyaçılarının deyil, işləməkdə olan şəxslərin qulluq illərinin hesablanmasını tənzimləyir. Buna görə də sözügedən Qayda və şərtlərə əsasən hərbi qulluqçuların əmək pensiyasının hesablanması üçün xidmət illəri müəyyən edilərkən onların dövlət qulluqçusu kimi fəaliyyət müddətlərinin nəzərə alınması və buna uyğun məlumat vərəqi göndərilməsi qanunvericiliyə ziddir. Qanunvericilikdə hərbi xidmətin dövlət qulluğunun digər növlərindən üstünlüyü təsbit olunub. Dövlət qulluğu stajının pensiya təminatı zamanı hərbi xidmətə bərabərləşdirilməsi qanunla təsbit edilmiş bu üstünlüyün mahiyyətinə və fəlsəfəsinə ziddir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmaması və Bakı Inzibati Məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı, iddiaçının vəkili nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişlər. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsinümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Iş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ##.##.1970-ci ildə doğulmuşdur. Iş materiallarında olan iddiaçıya məxsus IT-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı ##.##.1992-##.##.2012-ci illərdə vergi orqanlarında, ##.##.2012-##.##.2024-cü illərdə fövqəladə hallar orqanlarında xidmət etmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin «İddiaçı xidmətə qəbul edilməsi haqqında» ##.##.2012-ci il tarixli ***/ş nömrəli (şəxsi heyət üzrə) əmrinin təsdiq edilmiş surətindən görünür ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 21.15-ci maddəsinə uyğun olaraq və Azərbaycan Respublikası Prezidentinin ## ##### 2006-cı il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə“nin 10.10.6-cı, 10.10.16-cı bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Vergilər Nazirliyindən xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası fövqəladə hallar nazirinin sərəncamına göndərilmiş R İddiaçı fövqəladə hallar orqanlarına xidmətə qəbul edilməsi, Nazirliyin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin rəis müavini vəzifəsinə təyin edilməsi, R İddiaçı R xüsusi rütbəsinin verilməsi əmr edilmişdir. Iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə təmsilçiniz nümayəndə2 tərəfindən göndərilmiş pensiya təyinatı məqsədilə məlumat vərəqinin göndərilməsi haqqında ərizəyə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.4-cü maddəsinə görə xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. Qanunun 3.3-cü maddəsinə görə bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikalı Prezidentinin ## ###### 2006-cı il tarixli *** nömrəli Fərmanının 2.4-cü bəndinə görə Qanunun 1.0.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Döviət Gömıük Komitəsi nəzərdə tutulur. Qanunun 9.5-ci maddəsinə görə aşağıdakı hərbi qulluqçuların hərbi xidməidən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və dahə çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. “Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli Qərarı ilə nəzərdə tutulmuş xidmət dövrləriniz hesablanmışdır. ##.##.2012-ci ildən ##.##.2024-cü il tarixədək fövqəladə hallar orqanlarında xüsusi rütbəli vəzifədə 12 il 02 ay 12 gün xidmət; ##.##.1987-ci ildən ##.##.1989-cu ilədək 02 il 02 ay 12 gün müddətli həqiqi hərbi xidmət; ##.##.1990-cı ildən ##.##.1996-cı ilədək ali təhsil müəssisəsində 02 il 06 ay 00 gün təlim olmaqla təqvimi xidmət dövrləriniz əsasında cəmi 16 il 10 ay 17 gün xidmət vaxtınız mövcuddur. Fövqəladə hallar orqanlarında xidmətinizə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikasının Qanunu”nun 33.1.1-ci maddəsinə uyğun, öz arzunuzla, xidmətdən azad olunma barədə yazılı ərizə verdiyinizə görə ##.##.2024-cü il tarixdə xitam verilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş pensiya hüququnu əldə etmədiyiniz səbəbindən məlumat vərəqinin göndərilməsi imkanımız xaricindədir. Iş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd olunur: Iddiaçı İddiaçı “məlumat vərəqinin göndərilməsi” tələbinə dair *-*(***)-*****/**** saylı işlə əlaqədar sorğunuza cavab olaraq sonuncunun “Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli Qərarı ilə nəzərdə tutulmuş xidmət dövrləri haqqında məlumatı təqdim edirik. İddiaçı ##.##.2012-ci ildən ##.##.2024-cü il tarixədək fövqəladə hallar orqanlarında xüsusi rütbəli vəzifədə 12 il 02 ay 12 gün, ##.##.1987-ci ildən ##.##.1989-cu ilədək müddətli həqiqi hərbi xidmətdə 02 il 02 ay 12 gün, ##.##.1990-cı ildən ##.##.1996-cı ilədək ali təhsil müəssisəsində 02 il 06 ay 00 gün təlim olmaqla cəmi 16 il 10 ay 17 gün uzun müddət xidmət vaxtı hesablanmışdır. Əlavə olaraq bildiririk ki, İddiaçı xidmətkeçməsinə öz arzusu ilə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə uyğun olaraq ##.##.2024-cü il tarixdə xitam verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.3. hərbi qulluqçular – Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. 1.0.4. xüsusi rütbəli şəxslər – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. 1.0.5. təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. 9.7-2. Fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il xidmət stajı olan işçilərin (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (HYPERLINK "http://e-qanun.az/framework/35345" \o "Azərbaycan Respublikasının ## #### 2017-ci il tarixli 543-VQD nömrəli Qanunu"## #### 2017-ci il tarixli ***-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.7-2-ci maddədə “25” rəqəmləri “35” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “işçilərin” sözündən sonra “(xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla)” sözləri əlavə edilmişdir). "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin ## ###### 2006-cı il tarixli *** nömrəli Fərmanının 2.4-cü bəndinə əsasən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1. Fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. 1.2. Fövqəladə hallar orqanlarının hərbi qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları və dövlət qulluqçuları xidmət (qulluq) keçərkən xidmət (qulluq) keçmənin bu Qanunun 2-ci maddəsi ilə müəyyən edilmiş hüquqi əsaslarına uyğun olaraq öz səlahiyyətləri daxilində fəaliyyət göstərirlər. 21.15. Fövqəladə hallar orqanlarında xidmət keçən və ya əvvəllər xidmət keçmiş şəxslər dövlət qulluğuna və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növünə qulluğa (xidmətə) qəbul edilərkən, onların fövqəladə hallar orqanlarındakı xidmət illəri həmin orqanlarda qulluq (xidmət) illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına əsasən müvafiq ixtisas dərəcəsi, xüsusi, hərbi və ya diplomatik rütbə verilir. Dövlət qulluğunda və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş şəxslər fövqəladə hallar orqanlarına qulluğa qəbul edildikdə, onların qulluq (xidmət) illəri fövqəladə hallar orqanlarında xidmət illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına və bu Qanuna əsasən müvafiq xüsusi rütbə verilir (həmin normanın ##.##.2024-cü il tarixədək olan redaksiyası - 21.15. Hərbi və hüquq mühafizə orqanlarından fövqəladə hallar orqanlarına xidmətə keçmiş şəxslərə xüsusi rütbə onların fövqəladə hallar orqanlarında tutduqları vəzifə və əvvəlki xüsusi (hərbi) rütbəsi nəzərə alınmaqla, bu Qanuna əsasən verilir. Fövqəladə hallar orqanlarına xidmətə qəbul edilən və ya dövlət qulluğundan fövqəladə hallar orqanlarına xidmətə keçirilən şəxslərə xüsusi rütbə verilərkən onların dövlət qulluğunda malik olduqları ixtisas dərəcəsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq nəzərə alınır). 23.12. Yaş həddinə çatanadək fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il xidmət stajı olan işçilər (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) “HYPERLINK "http://eqanun.az/framework/11566" \o "Azərbaycan Respublikasının 2006-cı il 7 fevral tarixli 54-IIIQ nömrəli Qanunu"Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların xidmət keçməsinə öz xahişləri ilə xitam verilə bilər (HYPERLINK "http://e-qanun.az/framework/38370" \o "Azərbaycan Respublikasının # #### 2018-ci il tarixli 1023-VQD nömrəli Qanunu"# #### 2018-ci il tarixli ****-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 23.12-ci maddədə “25 il xidmət keçmiş əməkdaşlar” sözləri “35 il xidmət stajı olan işçilər (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla)” sözləri ilə əvəz edilmişdir). 24.1. Fövqəladə hallar orqanlarında xidmət keçən və xidmət keçmiş əməkdaşların, habelə onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Fövqəladə hallar orqanları əməkdaşlarının və onların ailə üzvlərinin pensiya təminatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il ## ##### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə“:
10. Nazirliyin aparatı və strukturuna daxil olan orqanlar və təşkilatlar, habelə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi vahid sistem təşkil edir. 10.10. Nazir: 10.10.6. Nazirliyin aparatının işçilərini, tabeliyində olan qurumların və digər orqanlarının rəhbərlərini (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi istisna olmaqla), həmçinin digər işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, Azərbaycan Respublikası vətəndaşlarını qanunvericiliyə uyğun olaraq, hərbi və xüsusi rütbəli vəzifələrdə xidmətə qulluğa qəbul edir və qulluqdan azad edir, Nazirliyin vəzifəli şəxslərinin vəzifəyə təyin və vəzifədən azad etmə ilə bağlı səlahiyyətlərini müəyyən edir, kadr nomenklaturunu təsdiq edir və qanunvericiliklə müəyyən edilmiş qaydada işçilərin attestasiyasının keçirilməsini təşkil edir; 10.10.16. müəyyən olunmuş qaydada Nazirliyin sıravi, kiçik, orta və böyük rəis heyətlərinə R rütbəsi daxil olmaqla hərbi və xüsusi rütbələr, o cümlədən vaxtından əvvəl və növbədənkənar hərbi rütbələr verir, hərbi rütbələrdən məhrum edir, ali zabit heyəti vəzifələri siyahısının təsdiq edilməsi, ali rəhbər heyətdən olan vəzifəli şəxslərə ali hərbi rütbələrin verilməsi, ali hərbi rütbəsi olan hərbi qulluqçuların ehtiyata buraxılması və ya istefaya göndərilməsi barədə Azərbaycan Respublikasının Prezidenti qarşısında vəsatət qaldırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması Qaydaları»:
1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Dövlət Xidmətində, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir.
2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.
3. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (HYPERLINK "https://eqanun.az/framework/13838" \l "%C9%99lav%C9%991"* nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir.
5. Məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir. Iş materialları ilə müəyyən edilir ki, iddiaçı fövqəladə hallar orqanlarında xidmət etmiş, iddiaçının fövqəladə hallar orqanlarında xidmətinə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə uyğun olaraq öz arzusu ilə ##.##.2024-cü il tarixdə xitam verilmişdir. Iddiaçı ona əmək pensiyasının təyin edilməsi üçün məlumat vərəqinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilməsi üçün cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ##.##.1992-ci ildən ##.##.2012-ci ilədək vergi orqanlarında, ##.##.2012-ci il tarixdən ##.##.2024-cı ilədək isə fövqəladə hallar orqanlarında xüsusi rütbəli şəxs kimi xidmət etmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin «İddiaçı xidmətə qəbul edilməsi haqqında» ##.##.2012-ci il tarixli ***/ş nömrəli (şəxsi heyət üzrə) əmrinə əsasən iddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyindən xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası fövqəladə hallar nazirinin sərəncamına göndərilməklə fövqəladə hallar orqanlarına xidmətə qəbul edilmişdir, həmçinin onun vergi orqanlarında tutduğu vəzifə və xüsusi rütbəsi müvafiq uyğunlaşdırılma aparılaraq ona R xüsusi rütbəsi verilmişdir. Göründüyü kimi, iddiaçı həm vergi orqanlarında, həm də fövqəladə hallar orqanlarında xüsusi rütbəli şəxs kimi xidmət etmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin «İddiaçı xidmətə qəbul edilməsi haqqında» ##.##.2012-ci il tarixli ***/ş nömrəli (şəxsi heyət üzrə) əmrindən də görünür ki, iddiaçı məhz Azərbaycan Respublikasının Vergilər Nazirliyindən xidmətini davam etdirmək üçün fövqəladə hallar orqanlarına xidmətə qəbul edilmişdir, onun vergi orqanlarında tutduğu vəzifəsi və xüsusi rütbəsi fövqəladə hallar orqanlarındakı xidmətə uyğunlaşdırılmışdır və o, xidmətini davam etdirmişdir. Qeyd olunanlara əsasən, eləcə də xidmətin xarakteri, çətinliyi, xüsusi vəzifələrin yerinə yetirilməsi və sair bu kimi hallara görə bərabər imkanlar və bərabər məhdudiyyətlər baxımından eyni olduğu üçün iddiaçının vergi orqanlarında xidmət illəri (19 il 09 ay 19 gün) fövqəladə hallar orqanlarında olan xidmət illərinə hesablanmalıdır. Belə olan halda qeyd olunan cavabdehin hesabladığı 16 il 10 ay 17 gün təqvimi xidmət müddəti daxil olmaqla iddiaçının cəmi təqvimi xidmət dövrü 36 il 08 ay 06 gün təşkil edir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun ##.##.2017-ci il tarixədək qüvvədə olan 9.7-2-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il xidmət stajı olan işçilərin yaşa görə əmək pensiyası hüququ vardır. Bundan başqa, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun ##.##.2018-ci il tarixədək qüvvədə olan 23.12-ci maddəsinə əsasən yaş həddinə çatanadək fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 25 il xidmət keçmiş əməkdaşlar “HYPERLINK "http://eqanun.az/framework/11566" \o "Azərbaycan Respublikasının 2006-cı il 7 fevral tarixli 54- IIIQ nömrəli Qanunu"Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların xidmət keçməsinə öz xahişləri ilə xitam verilə bilər. Qeyd olunan dövrlərdə isə iddiaçının vergi orqanlarında xidmət dövrü daxil olmaqla təqvimi xidmət illəri 25 ildən artıq olmuşdur. Göründüyü kimi, qeyd olunan tarixdə iddiaçının fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il xidmət stajı olan işçi kimi yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Qeyd olunanlara əsasən cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara a l d ı:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ### 2025-ci il tarixli qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddia təmin edilsin. Iddiaçı İddiaçı əmək pensiyasının təyin edilməsi üçün məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.