Məhkəmə qərarları › İş №2-1(103)-4054/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4054/2025

22.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4054/2025 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X10 və X16 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Iddiaçının nümayəndəsi və vəkili nümayəndə3, Cavabdehin nümayəndəsi nümayəndə1, Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X8 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X13 Xidmətinə (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat Idarəsi) qarşı “bədbəxt hadisənin uçota alınması” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ## #### 2025-ci il tarixli qərarından üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X13 Xidmətinin Bakı şəhər idarəsinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək istehsalatda baş verən bədbəxt hadisənin uçota alınması və IZ formalı aktın tərtib edilməsi öhdəliyinin cavabdeh Cavabdeh Bakı şəhər idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı mərhum həyat yoldaşı X2 oğlu uzun müddət Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat Idarəsinin * saylı Texnoloji Nəqliyyat Departamentində sürücü vəzifəsində işləmişdir. X2 oğlu işlədiyi müəssisənin rəhbərliyi tərəfindən ##.##.2022-ci il tarixindən ##.##.2022-ci il tarixinədək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat Idarəsinin mülkiyyətində olan “Kamaz-65116-020” yük markalı, 90- JM-252 dövlət qeydiyyat nişanlı avtomobillə Siyəzən rayonunun Sədan sahəsinə Neft quyularının qazılması ilə əlaqədar həmin əraziyə qazma borularının aparılması üçün ezam olunmuşdur. Avtomobildə olan yüklər gec boşaldıldığına görə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat Idarəsinin * saylı Texnoloji Nəqliyyat Departamentinin **** nömrəli əmri ilə X2 oğlunun ezamiyyə müddəti ##.##.2024-cü il tarixinədək 1 (bir) gün müddətinə uzadılmışdır. X2 oğlu ##.##.2024-cü il tarixdə “Kamaz-65116-020” yük markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobillə ezamiyyətdən işə qayıdarkən Siyəzən rayonunun Zarat kəndi ərazisində 06:10 radələrində avtomobilini saxlayaraq, maşından düşüb ibadət etmək üçün yolun digər tərəfinə keçib qayıdarkən X17 idarə etdiyi “X3” markalı, ** MG *** dövlət qeydiyyat nişanlı avtomobillə vurulmuş və hadisə nəticəsində ölmüşdür. “Kamaz-65116- 020” yük markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat Idarəsinin * saylı Texnoloji Nəqliyyat Departamentinin əməkdaşları tərəfindən hadisə yerindən aparılmışdır. Baş vermiş hadisənin təhqiq olunması üçün Nəqliyyat Idarəsinin * saylı texnoloji nəqliyyat departamentinin rəhbərliyi tərəfindən ##.##.2022-ci il tarixində AƏ-**-**/*** saylı və ##.##.2023-cü il tarixində AƏ-**- **/*** saylı məktubla Cavabdeh məlumat verilmişdir. Lakin Müfəttişlik tərəfindən həmin məktublara cavab verilməmiş və müvafiq araşdırmanın aparılması təmin edilməmişdir. X13 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən yalnız ##.##.2023-cü il tarixdə, *-**-*/*- *****/**** saylı məktubla cavab verilərək bildirilmişdir ki, Maliyyə Nazirliyinin "xxxx"nın təsdiq edilməsi haqqında ##.##.2012-ci iI tarixli Q-01 qərarına əsasən ezam olunan işçilərə ezam olunduqları təşkilatların iş vaxtının rejimi və istirahət vaxtı tətbiq edilir. N.Isayevin əmək müqaviləsində iş vaxtının saat 08:00-da başlayıb 17:00-da qurtardığı qeyd olunmuşdur. Bədbəxt hadisə isə səhər saat 06:10-da baş vermişdir. Araşdırma zamanı toplanmış sənədlərə əsasən bildirilmişdir ki, X2 oğlunun ##.##.2022-ci il tarixdə ölümü ile nəticələnmiş hal Azərbaycan Respublikası Nazirlar Kabinetinin ##.##.2000-ci il tarixli 27 nömrali Qararı ila tasdiq edilmiş "Istehsalatda baş veren bədbəxt hadisələrin təhqiqi ve uçota alınması Qaydaları"nın 1.2-cibəndində nəzərdə tutulan hallara uyğun olmadığından istehsalatda baş vermiş bədbəxt hadisə rəsmiləşdirilmir ve uçota alınmır. X13 Xidmətinin Bakı şəhər idarəsinin cavab məktubundan görünür ki, Maliyyə Nazirliyinin ##.##.2012-ci iI tarixli Q-01 qərarı ilə təsdiq edilmiş "xxxx"nın 9-cu bəndinin üçüncü hissəsində qeyd olunan “Ezam olunan işçilərə ezam olunduqları təşkilatların iş vaxtının rejimi və istirahət vaxtı tətbiq edilir” cümləsi səhv təfsir edilərək 06:10-da baş vermiş bədbəxt hadisənin əmək müqaviləsinə əsasən müəyyən olunmuş iş vaxtlarına aid olmadığı və iş vaxtında baş vermədiyi təəssüratını yaratmağa çalışmışdır. Halbuki, hadisə ezamiyyə dövründə baş vermişdir və elə həmin Qaydaların 8-ci bəndinə əsasən, nəqliyyat vasitələrinin yola düşdüyü gün ezamiyyətə gedən gün, nəqliyyat vasitəsinin daimi iş yeri yerləşən yaşayış məntəqəsinə gəldiyi gün isə ezamiyyətdən qayıdan gün sayılır. Nəqliyyat vasitəsi saat 24- ə kimi (saat 24 də daxil olmaqla) yola düşərsə, ezamiyyətə gedən gün cari gün, 00- saatdan sonra isə sonrakı günlər sayılır. Əgər nəqliyyat vasitəsinin yola düşdüyü yer yaşayış məntəqəsindən kənarda yerləşərsə, həmin yerə getmək üçün lazım olan vaxt nəzərə alınır. Işçinin daimi iş yerinə qayıtması günü eyni qayda ilə təyin edilir. Ona görə də cavabdeh tərəfindən istehsalatda baş verən bədbəxt hadisə uçota alınmalı və IZ formalı akt tərtib olunmalıdır. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, * saylı Avtonəqliyyat və xüsusi texnika sahəsinin "Kamaz 65116-020" markalı **-JM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Nizami Isayev ##.##.2022-ci il tarixdən ezam olduğu Siyəzən rayonunda əmək vəzifələrini yerinə yətirməyərkən qeyri-iş vaxtı, ##.##.2022-ci il tarixdə saat 05:00 radələrində Quba-Bakı yolunun 83-cü kilometrliyində yolu keçən zaman Bakı istiqamətində hərəkətdə olan nəqliyyat vasitəsi tərəfindən vurularaq vəfat etdiyi qeyd edilmişdir. Araşdırma zamlam Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"nın bundan sonra Qaydalar) 3.4-cü bəndinə müvafiq olaraq X2 oğlunun ölümünün səbəbi və zərərçəkəndə alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələrin aşkar olunubolunmaması barədə Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ-in Sumqayıt şəhər şöbəsi tərəfindən təqdim edilmiş ##.##.2022-ci il tarixli *** nömrəli məktubda X2 oğlunun meyitinin ##.##.2022-ci il tarixdə Sumqayıt şəhər MTE və PA şöbəsində müayinədən keçdiyi, mərhumun ölümünə səbəb almış olduğu travma nəticəsində baş beyinə qansızma, kəllə sümüklərinin sınığı olduğu, həmçinin N.Isayevin meyitindən götürülmüş qanda etil spirtinin aşkar edilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Istintaq və Təhqiqat Idarəsinin ##.##.2023-cü il tarixli *-**-*/*-*****/**** nömrəli məktubuna əlavə olunmuş ##.##.2023-cü il tarixli ********* nömrəli cinayət işinin xitam verilməsi barədə qərarda ##.##.2022-ci il tarixdə saat 06:10da sürücü X17 idarə etdiyi "X4" markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu Zarat kəndi ərazisindən keçən 86,5 kilometrliyində Bakı istiqamətində hərəkətdə olarkən yolu eyni istiqamətdə soldan sağa keçən X9 vurması nəticəsində N. Isayevin hadisə yerində ölümü baş vermiş ölüm faktı üzrə X17 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 262.2-ci maddəsinin əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət işinin icraatına xitam verildiyi qeyd olunmuşdur Maliyyə Nazirliyinin "xxxx"nın təsdiq edilməsi haqqında ##.##.2012-ci il tarixli Q-01 qərarına əsasən ezam olunan işçilərə ezam olunduqları təşkilatların iş vaxtının rejimi və istirahət vaxtı tətbiq edilir. N.Isayevin əmək müqaviləsində iş vaxtının saat 08:00-da başlayıb 17:00-da qurtardığı qeyd olunmuşdur. Bədbəxt hadisə isə səhər saat 06:10-da baş vermişdir. Nəticədə, X2 oğlunun ##.##.2022-ci il tarixdə ölümü ilə nəticələnmiş hal Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"nın 1.2-ci bəndində nəzərdə tutulan hallara uyğun olmadığından istehsalatda baş vermiş bədbəxt hadisə rəsmiləşdirilmir və uçota alınmır. Qeyd olunanları nəzərə alaraq iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə qarşı "IZ formalı aktın tərtib edilməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat Idarəsinin * saylı Texnoloji Nəqliyyat Departamenti məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat Idarəsi tərəfindən təqdim edilmiş yazılı münasibət (etiraz) onunla əsaslandırılmışdır ki, ##.##.2022-ci il tarixində saat 06:00 radələrində * saylı Texnoloji Nəqliyyat Departamentinin sürücüsü X2 oğlu Bakı- Quba yolunun 83-cü kilometrliyində baş vermiş yol nəqliyyat hadisəsi zamanı dünyasını dəyişmişdir, baş vermiş hadisənin araşdırılması üçün ##.##.2022-ci il tarixində Cavabdeh müraciət olunmuşdur. X1 Müfəttişliyi Xidmətində araşdırıldıqdan sonra ##.##.2023-cü il tarixdə Idarənin rəhbərliyinə məktubla bildirilmişdir ki, X2 oğlunun ölümü ilə nəticələnmiş hadisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2-ci bəndinə göstərilən hallara uyğun olmadığından təhqiq edilmir. Bu halda Idarə tərəfindən IZ formalı aktın tərtib edilməsi mümkün olmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Idarəsinin * saylı Texnoloji Nəqliyyat Departamentinin (hadisənin müfəttişlik tərəfindən təhqiq edilməməsinə görə) IZ formalı akt tərtib etmə səlahiyyətlərinin olmaması nəzərə alınması və iddianın bizə aid olan hissəsinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən təqdim edilmiş yazılı münasibət (etiraz) onunla əsaslandırılmışdır ki, ##.##.2022-ci il tarixində saat 06:10 radələrində Nəqliyyat Idarəsinin * saylı Texnoloji Nəqliyyat Departamentinin sürücüsü X2 oğlu BakıQuba- Dağıstan sərhəddi avtomobil yolunun Siyəzən rayonu, Zarat kəndi ərazisindən keçən 86,5-ci kilometrliyində baş vermiş yol nəqliyyat hadisəsi zamanı dünyasını dəyişmişdir. Baş vermiş hadisənin təhqiq olunması üçün Nəqliyyat Idarəsinin * saylı Texnoloji Nəqliyyat Departamentinin ##.##.2022-ci il tarixli AƏ-**-**/*** nömrəli və ##.##.2023-cü il tarixində AƏ-**-**/*** nömrəli məktubları ilə Cavabdeh müraciətlər olunmuşdur. X1 Müfəttişliyi Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən araşdırıldıqdan sonra ##.##.2023-cü il tarixli *-**-*/*-*****/**** nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, X2 oğlunun ölümü ilə nəticələnmiş hal Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2-ci bəndində nəzərdə tutulan hallara uyğun olmadığından baş vermiş bədbəxt hadisə rəsmiləşdirilmir və uçota alınmır. Göstərilən səbəblərdən də Nəqliyyat Idarəsi tərəfindən IZ formalı aktın tərtib edilməsi mümkün olmamışdır. Yuxarıda qeyd edilən, X13 Xidmətinin Bakı şəhər Idarəsinin mövqeyi ilə razılaşmışlar. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2-ci bəndində əsasən: əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən; müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən; müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində; işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə; işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt və s. hallarda işçilərin səhhətinin pozulması təhqiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq, iddiaçı İddiaçı “IZ formalı aktın tərtib edilməsi” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş SOCAR-ın və SOCAR-ın Nəqliyyat Idarəsinin IZ formalı akt tərtib etmə səlahiyyətlərinin olmaması nəzərə alınması və iddianın SOCAR-a və SOCAR-ın Nəqliyyat Idarəsinə aid olan hissəsinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ## #### 2025-ci il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilmişdir. Qərardan narazı qalan üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat Idarəsi qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Inzibati Məhkəməsinin Qərarı əsassız olduğundan ləğv edilməlidir. Belə ki, baş vermiş hadisənin təhqiq olunması üçün Nəqliyyat Idarəsinin * saylı Texnoloji Nəqliyyat Departamentinin ##.##.2022-ci il tarixli AƏ- **-**/*** nömrəli və ##.##.2023-cü il tarixində AƏ-**-**/*** nömrəli məktubları ilə Cavabdeh müraciətlər olunmuşdur. X1 Müfəttişliyi Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən araşdırıldıqdan sonra ##.##.2023-cü il tarixli *-**-*/*-*****/**** nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, X2 oğlunun ölümü ilə nəticələnmiş hal Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2-ci bəndində nəzərdə tutulan hallara uyğun olmadığından baş vermiş bədbəxt hadisə rəsmiləşdirilmir və uçota alınmır. Göstərilən səbəblərdən də Nəqliyyat Idarəsi tərəfindən IZ formalı aktın tərtib edilməsi mümkün olmamışdır. X13 Xidmətinin Bakı şəhər Idarəsinin mövqeyi ilə razılaşaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2-ci bəndində əsasən: əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən; müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən; müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində; işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə; işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt və s. hallarda işçilərin səhhətinin pozulması təhqiq edilməlidir. Qərarın 1.4-cü bəndinə əsasən isə istehsalatda bədbəxt hadisələr təhqiq edilərkən təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü; texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. X13 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən də məktubda qeyd edildiyi kimi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “xxxx”nın təsdiq edilməsi haqqında ##.##.2012-ci il tarixli Q-01 qərarına əsasən ezam olunan işçilərə ezam olunduqları təşkilatların iş vaxtının rejimi və istirahət vaxtı tətbiq edilir. N.Isayevin əmək müqaviləsində iş vaxtının saat 08:00-da başlayıb 17:00-da qurtardığı qeyd olunmuşdur. Bədbəxt hadisə isə səhər saat 06:10-da baş vermişdir. Bundan əlavə təhlükəsizlik SOCAR-ın ən vacib dəyərlərindəbn biridir. Hər bir fəaliyyətimizdə əməkdaşlarımızın, cəmiyyətin, ətraf mühitin və gələcək nəsillərin təhlükəsizliyinin təmin edilməsi ən vacib öncəliyimizdir. SOCAR müvafiq dövlət orqanlarına müəyyən edilmiş tarixlərdə əmək xəsarətləri ilə bağlı statistik hesabatlar təqdim edir. Bu kimi halların qeydə alınması SOCAR üçün məqbul hesab edilmir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Onun tərəfindən ##.##.2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddia tələbinin dəqiqləşməsi barədə ərizə verilərək ##.##.2024-cü il tarixdə X2 oğlunun həlak olması ilə nəticələnmiş hadisənin istehsalatda baş verən bədbəxt hadisə hesab edilməsi (tanınması) faktının təsdiq edilməsi, sözügedən hadisənin istehsalatda baş verən bədbəxt hadisə kimi uçota alınması və müvafiq təhqiqat aktının tərtib edilməsi məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada təhqiqat komissiyasının yaradılması öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulması xahiş edilmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, digər üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə digər üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat Idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat Idarəsinin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Işin faktiki hallarından göründüyü kimi, hazırda iddiaçı İddiaçı ##.##.2022-cü il tarixdə X2 oğlunun həlak olması ilə nəticələnmiş hadisənin istehsalatda baş verən bədbəxt hadisə hesab edilməsi (tanınması) faktının təsdiq edilməsi, sözügedən hadisənin istehsalatda baş verən bədbəxt hadisə kimi uçota alınması və müvafiq təhqiqat aktının tərtib edilməsi məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada təhqiqat komissiyasının yaradılması öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulmasını xahiş edir. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə iddia tələbi ##.##.2024-cü il tarixdə X2 oğlunun həlak olması ilə nəticələnmiş hadisənin istehsalatda baş verən bədbəxt hadisə hesab edilməsi (tanınması) faktının təsdiq edilməsi hissəsində mümkün sayılmamışdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddiaçının tələbinin ikinci hissəsinə münasibətdə qismən -müvafiq təhqiqat aktının tərtib edilməsi məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada təhqiqat komissiyasının yaradılması öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulmasını tələb etməkdə haqlı olduğundan həmin hissədə iddia təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Iddiaçı IPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Iddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Iddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. IPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də qismən əsaslıdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 9-cu maddəsinin j) hissəsinə əsasən işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqlarından biridir; - 12-ci maddəsinin j) hissəsinə əsasən işçilərin qanunla müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta haqlarının vaxtında və tam həcmdə ödənilməsini təmin etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir; - 209-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanları, mülkiyyətçilər, işəgötürənlər və işçilər tərəfindən əməyin mühafizəsinin təmin olunması həm də istehsalatda baş vermiş hər bir bədbəxt hadisənin hökmən araşdırılması, uçota alınması, təhlil edilməsi və bunun əsasında istehsalat xəsarətlərinin, zədələrinin və peşə xəstəliklərinin vəziyyəti barədə işçilərə dürüst məlumatların verilməsi prinsipi ilə həyata keçirilir; - 217-ci maddəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə ilə təsdiq edilmiş “Istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın: - 1.1-ci bəndinə əsasən Qaydalar — qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda, eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir və həmçinin işəgötürənin xammalından (materialından), istehsal vasitələrindən istifadə etməklə əmək funksiyasını evində yerinə yetirən işçilərə şamil olunur; - 1.2-ci bəndinə əsasən işçilərin səhhətinin pozulması əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən, işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə təhqiq edilməlidir. - 1.4-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisələr təhqiq edilərkən təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmətibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü; texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2008-ci il , № ** “Ezamiyyə xərclərinin normaları” haqqında Qərarının: - 4-cü bəndinə əsasən ezamiyyə xərclərinin 1 günlük normasına mehmanxana xərcləri və gündəlik xərclər (yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlərlə bağlı xərclər) daxildir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin ##.##.2012-ci il tarixli Q-01 qərarı ilə təsdiq edilmiş “xxxx”nın: - 1-ci bəndinə əsasən dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır; - 2-ci bəndinə əsasən təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir; - 6-cı bəndinə əsasən respublika ərazisində daimi iş vaxtı yolda keçən və gedişgəliş xarakteri daşıyan və ya növbə (vaxta) metodu ilə işləyən, yaxud çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) təşkilatların işçilərinə ezamiyyə xərcləri (yemək xərcləri) əvəzinə hər gün üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən məbləğdə vəsait ödənilir; - 8-ci bəndinə əsasən nəqliyyat vasitələrinin yola düşdüyü gün ezamiyyətə gedən gün, nəqliyyat vasitəsinin daimi iş yeri yerləşən yaşayış məntəqəsinə gəldiyi gün isə ezamiyyətdən qayıdan gün sayılır. Nəqliyyat vasitəsi saat 24-ə kimi (saat 24 də daxil olmaqla) yola düşərsə, ezamiyyətə gedən gün cari gün, 00-saatdan sonra isə sonrakı günlər sayılır. Əgər nəqliyyat vasitəsinin yola düşdüyü yer yaşayış məntəqəsindən kənarda yerləşərsə, həmin yerə getmək üçün lazım olan vaxt nəzərə alınır. Işçinin daimi iş yerinə qayıtması günü eyni qayda ilə təyin edilir; - 9-cu bəndinə əsasən ezamiyyətdə olduğu vaxt, o cümlədən yolda olduğu vaxt üçün ezam olunan işçinin əsas iş yeri (vəzifəsi) və orta əmək haqqı saxlanılır. Işçinin ezamiyyətə getdiyi və ezamiyyətdən qayıtdığı gün (günlər) Azərbaycan Respublikasında müəyyən edilmiş istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn gününə düşərsə, eləcə də ezamiyyətdə olarkən həmin günlərdə işləmiş (tədrisdə, kursda, konfransda və bu tipli digər tədbirlərdə olmuş) işçiyə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq əməkhaqqı və ya əməkhaqqı əvəzinə istirahət günü (günləri) verilir. Ezam olunan işçilərə ezam olunduqları təşkilatların iş vaxtının rejimi və istirahət vaxtı tətbiq edilir. Azərbaycan Respublikasının Inzibati icraat haqqında Qanununun: - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; - 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Əvvəla iş materiallarındakı sənədlər nəzərdən keçirilir: - AZ-II seriyalı ****** nömrəli Ölüm haqqında Şəhadətnamədən görünür ki. X2 oğlu ##.##.2022-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında ##.##.2022-ci il tarixdə 193 nömrəsi ilə qeyd edilmişdir. - V-ЖГ seriyalı ****** nömrəli Nikahın bağlanması haqqında Şəhadətnamədən görünür ki, X2 oğlu və X12 arasında ##.##.1990-cı il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması barədə akt qeydləri kitabında ##.##.1990-cı il tarixdə 479 nömrəsi ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri ** saylı Notariat Ofisinin ##.##.2023-cü il tarixli *** nömrəli məktubunda göstərilmişdir ki, ##.##.2022-ci ildə vəfat etmiş X2 oğlu ilə əlaqədar Bakı şəhəri ** saylı Notariat ofisində vərəsəlik işi açılmış və İddiaçı vərəsə kimi tanınmışdır. - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat Idarəsinin * saylı Texnoloji Nəqliyyat Departamentinin iddiaçı İddiaçı ünvanladığı ##.##.2023-cü il tarixli AƏ-**-**/*** nömrəli məktubda göstərilmişdir ki, * saylı Texnoloji Nəqliyyat Departamentinin rəhbərliyi ərizənizə cavab olaraq məlum edir ki, məhrum işçimiz X2 oğlu ##.##.2022-ci il tarixində qeyri-iş vaxtı səhər saat 05:00 radələrində Quba-Bakı yolunun 83-cü kilometrində yolu keçən zaman Bakı istiqamətində hərəkətdə olan digər nəqliyyat vəstəsi tərəfindən vurulmuşdur. Baş vermiş hadisə haqqında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X13 hadisənin araşdırılması üçün tərəfimizdən məlumat verilmişdir. - xxxx ASC-nin ##.##.2023-cü il tarixli PHS-*********** nömrəli məktubunda göstərilmişdir ki, X13 Xidməti tərəfindən daxil olmuş ##.##.2023-cü il tarixli *-**-*/*- *****/**** nömrəli məktuba əsasən, Nizami Isayevin ölümü ilə nəticələnmiş hadisənin istehsalatla əlaqəsi müəyyən edilmədiyindən baş vermiş hadisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2000-ci il tarixli 27 nömrəl qərarı ilə təsdiq edilmiş “Istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na əsasən, Iz formalı aktla rəsmiləşdirilməmiş və uçota alınmamışdır. Odur ki, yuxarıda qeyd edilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq, “xxxx” ASC baş vermiş hadisəyə görə sığorta ödənişi həyata keçirə bilməz. - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat Idarəsinin * saylı Texnoloji Nəqliyyat Departamentinin ##.##.2023-cü il tarixli AƏ-**-**/*** nömrəli məktubda göstərilmişdir ki, ##.## 2022-ci il tarixində qeyri-iş vaxtı səhər saat 05:00 radələrində Quba-Bakı yolunun 83-cu kilometrində yolu keçən zaman Bakı istiqamətində hərəkətdə olan digər nəqliyyat vasitəsi tərəfindən vurulmuşdur. Baş vermiş hadisə haqqında Azərbaycan Respublikasının Əmək və Əhalının Sosial Müdafiə Nazirliyi yanında X13 hadisənin araşdırılması üçün tərəfimizdən məlumat verilmişdir. Baş verən bədbəxt hadisə qeyri-iş vaxtı baş verdiyi uçün IZ formalı akt tərtib edilməmişdir. - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat Idarəsinin * saylı Texnoloji Nəqliyyat Departamenti tərəfindən verilmiş ##.##.2022-ci il tarixli **** nömrəli Ezamiyyət Vəsiqəsindən görünür ki, X2 oğlu Anbar-1 sifarişinə əsasən, * saylı TND-nin * saylı AXTSna məxsus Kamaz 65116 markalı **-JM-*** dövlət nişanlımaşının sürücüsü olaraq Siyəzənə ##.##.2022- ##.##.2022-ci il tarixləri üzrə 2 gün müddətində, yolda olduğu vaxt nəzərə alınmadan ezam olunmuşdur. Şəxsin ezamiyyətə çıxması, təyinat məntəqəsinə gəlməsi, ordan çıxması və daimi iş haqqında qeydlərə əsasən: Lökbatandan çıxdı-##.##.2022-ci il, Siyəzənə gəldi-##.##.2022-ci il Siyəzəndən çıxdı-##.##.2022-ci il, Lökbatana gəldi-##.##.2022-ci il - ##.##.2023-cü il tarixli “Cinayət işinin icraatına xitam verilməsi barədə” qərara əsasən, hadisə nəticəsində X2 oğlunun ölməsi faktı üzrə X17 əməlində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət işinin icraatına xitam verilməsi, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 oğlunun ölməsi faktı üzrə cinayət işinin icraatına xitam verilməsi, “X4” markalı, ** MG *** dövlət qeydiyyat nişanlı avtomobil sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və sahibinə qaytarılması qərara alınmışdır. - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat Idarəsinin * saylı Texnoloji Nəqliyyat Departamentinin ##.##.2022-ci il tarixli **** nömrəli əmrində göstərilmişdir ki, Istehsalat zərurəti ilə əlaqədar olaraq * saylı A və XTS-nin rəisi R.Bayramovun **** saylı ##.##.2022-ci il təqdimatını, Nəqliyyat Idarəsinin SOCAR******************X***** saylı 22.11.202-ci il tarixli məktubu nəzərə alınaraq aşağıda adı göstərilən işçilərin ezamiyyətin müddəti sifarişçi təşkilatların sifarişinə əsasən qeyd olunan tarixədək uzadılmışdır: 1.*- ****/e saylı ##.##.2022-ci il tarixli əmrlə ##.##.2022-ci il tarixindən ##.##.2022-ci il tarixədək Siyəzən rayonunun Sədan sahəsinə ezam olunmuş * saylı A və XTS-nın sahesinin "Kamaz 65116 020” markalı **-JM-*** dovlat qeydiyyat nişanlı avtomaşının sürücüsü X2 oğlunun ezamiyyət müddəti 23.112022-ci il tarixinədək, bir iş günü müddətinə uzadılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X11 ##.##.2022-ci il tarixli *** nömrəli məktubunda göstərilmişdir ki, X5 Qoşqar oğlunun meyiti ##.##.2022-ci il tarixdə Sumqayıt şəhəri MTE və PA şəbəsində müayinədən keçirilmişdir. Mərhumun ölümünə səbəb-almış olduğu travma nəticəsində baş beyinə qansızma, kəllə sümüklərinin sınığı olmuşdur. X5 Qoşqar oğlunun meyitindən götürülmüş qanda etil spirti aşkar edilməmişdir. - Iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat Idarəsinin * saylı Texnoloji Nəqliyyat Departamentinin ##.##.2023-cü il tarixli **- *-**/*-***/**** nömrəli məktubunda göstərilmişdir ki, X2 oğlu ##.##.2022-ci il tarixində qeyriiş vaxtı səhər saat 05:00 radələrində Quba-Bakı yolunun 83-cü kilometrliyində yolu keçən zaman Bakı istiqamətində hərəkətdə olan digər nəqliyyat vasitəsi tərəfindən vurulmuşdur. Baş vermiş hadisənin təhqiq olunması üçün Nəqliyyat Idarəsinin * saylı texnoloji nəqliyyat departamentinin rəhbərliyi tərəfindən ##.##.2022-ci il tarixində A-**-**/*** saylı və ##.##.2023-cü il tarixində AƏ-**-**/*** saylı məktubla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə məlumat verilmişdir. Lakin, bu günə kimi Müfəttişlik tərəfindən həmin məktublara cavab verilməmişdir. Baş vermiş hadisə ilə bağlı X13 rəyinin olmaması səbəbindən sığorta ödənişinin aparılması üçün tələb olunan sənədlərin təqdim olunması mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2000-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"na əsasən ölüm halı istehsalatda baş verən bədbəxt hadisə kimi qeydə alınması üçün, hadisə Əmək müfəttişliyi tərəfindən araşdırılıb təhqiqat aktı və istehsalatda baş vermiş bədbəxt hadisə haqqında akt (IZ formalı akt) tərtib olunduqdan sonra sığorta ödənişinin həyata keçirilməsi təmin olunur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X13 Xidmətinin Bakı şəhər Idarəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat Idarəsinin * saylı Texnoloji Nəqliyyat Departamentinə ünvanladığı ##.##.2023cü il tarixli, *-**-*/*-*****/**** nömrəli cavab məktubunda qeyd edilmişdir ki, qeyd olunan bədbəxt hadisə ilə bağlı məktubunuzda * saylı Avtonəqliyyat və xüsusi Texnika sahəsinin "Kamaz 65116 020” markalı **-JM-*** dovlat qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücusü Nizami Isayevin ##.## 2022-ci il tarixdən ezam olduğu Siyəzən rayonunda əmək vəzifələrini yerinə yetirməyərkən qeyri-iş vaxtı ##.##.2022-ci il tarixdə saat 06:00 radələrində Quba-Bakı yolunun 83-cu kilometrliyində yolu keçən zaman Bakı istiqamətində hərəkətdə olan nəqliyyat vasitəsi tərəfindən vurularaq vəfat etdiyi qeyd edilmişdir. Araşdırma zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci tarixli 27 nömreli Qərarı ilə təsdiq edilmiş Istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi va uçota alınması Qaydalarının 3.4-cü bəndinə müvafiq olaraq X2 oğlunun ölümünün səbəbi və zərərçəkəndə alkoqollu içkilər narkotik vasitələr və psixotrop toksik və digər zəhərli maddələrin aşkar olunub-olunmaması barədə Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ-in Sumqayıt şəhər şöbəsi tərəfindən təqdim edilmiş ##.##.2022-ci il tarixli *** nömrəli məktubda X6 meyitinin ##.##.2022-ci il tarixdə Sumqayıt şəhər MTE va PA şöbəsində müayinədən keçdiyı, mərhumun ölümünə səbəb almış olduğu travma nəticəsində baş beyinə qansızma, kəllə sümüklərinin sınığı olduğu, həmçinin Isayevin meyitindən götürülmüş qanda etil spirtinin aşkar edilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Istintaq və Təhqiqat Idarəsinin ##.##.2023-cu il tarixli *-**-*/*-*****/**** nömrəli məktubuna əlavə olunmuş ##.##.2023-cu il tarixli ********* nömrəli cinayət işinin xitam verilməsi barədə qərarda ##.##.2022-ci il tarixdə saat 06:10-da sürücü X17 idara etdiyi "X4" markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu Zarat kəndi ərazisindən keçən 85.5 kilometrliyində Bakı istiqamətində hərəkətdə olarkən yolu eyni istiqamətdə soldan sağa keçən X2 oğlunu vurması nəticəsində N. Isayevin hadisə yerində ölümü, baş vermiş ölüm faktı üzrə X17 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 262.2-ci maddəsinin əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət işinin icraatına xitam verildiyi qeyd olunmuşdur. Maliyyə Nazirliyinin “xxxx”nın təsdiq edilməsi haqqında ##.##.2012-ci il tarixli Q-01 qərarına əsasən ezam olunan işçilərə ezam olunduqları təşkilatların iş vaxtının rejimi və istirahət vaxtı tətbiq edilir. N. Isayevin əmək müqaviləsində iş vaxtının saat 08:00-da başlayıb 17:00-da qurtardığı qeyd olunmuşdur. Bədbəxt hadisə isə səhər saat 06:10-da baş vermişdir. Araşdırma zamanı toplanmış sənədlərə əsasən bildirilmişdir ki, X2 oğlunun ##.## 2022-cı il tarixdə ölümü ilə nəticələnmiş hal Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.## 2000-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"nın 1.2ci bəndində nəzərdə tutulan hallara uyğun olmadığından istehsalatda baş vermiş bədbəxt hadisə rəsmiləşdirilmir və uçota alınmır. Məhkəmə kollegiyası apellyasiya şikayəti ilə qismən razılaşsa da iddiaçının tələbinin ikinci hissəsinə münasibətdə hesab edir ki, həmin hissədə iddiaçı tələbində qismən müvafiq təhqiqat aktının tərtib edilməsi məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada təhqiqat komissiyasının yaradılması öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Belə ki, cavabdehin imtinasının əsası, üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, hadisə iş vaxtı xaricində baş vermişdir. Belə ki, N.Isayevin ölümü saat 06:10-da baş vermişdir, halbuki əmək müqaviləsinə əsasən iş saatları saat 08:00-dan başlanır. Nəticə etibarilə cavabdeh inzibati orqanın mövqeyi ondan ibarət olmuşdur ki, X2 oğlunun ##.## 2022-cı il tarixdə ölümü ilə nəticələnmiş hal Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.## 2000-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"nın 1.2-ci bəndində nəzərdə tutulan hallara uyğun olmadığından istehsalatda baş vermiş bədbəxt hadisə rəsmiləşdirilmir və uçota alınmır. Kollegiya isə əvvəla qeyd edir ki, inzibati orqanın müvafiq qanunvericiliklə müəyyən edilmiş araşdırma aparmadan bu cür mövqe sərgiləməsi qanunsuz və əsassız olmuşdur. Yuxarıda qeyd edilmiş olsa da kollegiya bir daha diqqətə çatdırır ki, “Istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"nın 1.2-ci bəndində işçilərin səhhətinin hansı hallarda pozulması zamanı təhqiq edilməsi konkret olaraq göstərilmişdir. Həmin bənddə qeyd edilir ki, əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən işçilərin səhhətinin pozulması halları təhqiq edilməlidir. Inzibati orqanın yanaşması ondan ibarətdir ki, ezam olunan işçilərə ezam olunduqları təşkilatların iş vaxtının rejimi və istirahət vaxtı tətbiq edilir və şəxsə baş verən hadisə iş saatından əvvəl olmuşdur. Bu səbəbdən hadisə təhqiq edilməməlidir. Məhkəmə kollegiyası bu yanaşma ilə razılaşmayaraq diqqətə çatdırır ki, bu yanaşma qanuni, ədalətli, həmçinin ağlabatan əsas hesab edilə bilməz. Bu cür yanaşma qanunvericinin güddüyü məqsədə xidmət etmir. Çünki ezamiyyət əmək funksiyasının icrası ilə bağlı işəgötürənin təşəbbüsü və razılığı ilə başqa əraziyə göndərilmə deməkdir. Ezamiyyət müddətində işçinin fəaliyyəti məhz əmək funksiyasının icrasına yönəlmiş sayıldığından, onun bu dövrdə hərəkəti əmək vəzifəsinin icrası ilə əlaqədar hüquqi status daşıyır. Bundan əlavə, əmək qanunvericiliyində iş vaxtı anlayışı ezamiyyət dövrü üçün fərqli tətbiq edilir. Işəgötürənin əmri ilə başqa əraziyə ezam edilən işçi, həmin ərazidə baş verə biləcək əlavə risklərə məruz qalır və bu risklər əmək münasibətləri çərçivəsində qiymətləndirilməlidir. Çünki sabit iş yerində çalışan işçini ərazi olaraq qeyri-stabil xarakter daşıyan statusa keçirməklə əmək funksiyalarının icrasına cəlb etmək işçinin şəxsi iradəsinin yox, işəgötürənin iradəsinin nəticəsində yaranan vəziyyətdir. Bu baxımdan, cavabdehin hadisənin yalnız saat göstəricisinə əsaslanaraq iş vaxtı xaricində baş verdiyini iddia etməsi hüquqi əsaslandırmadan təcrid olmaqla, normativ tələblərlə uzlaşmır və formal xarakter daşıyır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsində ezamiyyətə anlayış verilmiş və qeyd edilmişdir ki, ezamiyyət - işəgötürənin əmri (sərəncamı, qərarı) ilə işçinin müəyyən olunmuş müddətə iş yerindən başqa yerə işəgötürənin qanunauyğun tapşırığını yerinə yetirmək üçün getməsidir. Qeyd edilməlidir ki, Əmək Məcəlləsində ezamiyyət müddətinin konkret hansı günləri əhatə etməsi dəqiq göstərilməsə də həm “Ezamiyyət xərclərinin ödənilməsi qaydaları haqqında” Nazirlər Kabinetinin qərarından, həm də “xxxx”ndan aydın görünür ki, ezamiyyət xərcləri günlük norma ilə və ezamiyyət müddəti əmrdə göstərilən tarixlər üzrə hesablanır. Bu müddətə ezam olunma yerinə getmə günü, geri qayıtma günü və ezamiyyətdə olduğu bütün təqvim günləri (iş,istirahət, bayram günləri daxil olmaqla) daxil edilir. Kollegiya ona da diqqət yetirir ki, şəxsin ezamiyyətlə bağlı materiallarında əvvəla 2 günlük sonra isə 1 gün uzadılma ilə ezamiyyətə göndərilməsi qeyd edilmiş və ezamiyyət vəsiqəsində yolda olduğu vaxt nəzərə alınmadan ifadəsi qeyd edilmişdir. Lakin bu ifadə o demək deyildir ki, işçinin ezam olunma yerinə getmə və qayıtma müddəti yuxarıda göstərilən qanunvericilik normalarına əsasən hesaba alınmamalıdır. Göründüyü kimi, ezamiyyət işəgötürənin sərəncamı ilə işçinin daimi iş yerindən kənarda müəyyən müddət ərzində əmək vəzifələrinin yerinə yetirilməsi üçün göndərilməsidir. Bu baxımdan, işçi ezamiyyətdən qayıdanadək əmək münasibətləri çərçivəsində qalmaqda davam edir və həmin müddətdə onun fəaliyyəti işəgötürənin tapşırığı ilə bağlı hesab olunur. Qeyd edilməlidir ki, bədbəxt hadisənin baş verdiyi tarixdə X5 Qoşqar oğlu sürücü kimi ezam olunduğu ərazi marşrutu üzrə hərəkət etmiş və hadisə də həmin marşrut xətti üzərində baş vermişdir. Işçinin işinin xarakteri və əlaqəli xüsusiyyətlər, həmçinin təbii həyati hallar, ələxüsus da işçinin vəzifəsinin sürücü olması (sürücü kimi nəqliyyat vasitəsinin salamatlığını və təhlükəsiz idarə edilməsini təmin etmək onun vəzifəsi olmuşdur) baxımından işçi daimi olaraq nəqliyyat vasitəsində qala və ya uzunmüddətli şəkildə fasiləsiz nəqliyyat vasitəsini idarə edə bilməzdi. Yəni, hər bir halda sürücü istər yanacaq doldurma və hər hansı təhlükəsizlik məqsədləri ilə, istərsə də coğrafi şəraitdən, relyefdən və ya digər oxşar hallardan, eləcə də insanın həm də bioloji varlıq olmasından dolayı bəzi həyati tələbatlarından irəli gələrək qısa zaman fasiləsində nəqliyyat vasitəsini tərk edə bilər. Bu zaman işçinin nəqliyyat vasitəsində deyil, yaxınlığında olduğu qısa zaman fasiləsində hər hansı təsadüfi hadisənin baş verməsi də mümkündür. Analoji olaraq daimi iş vaxtını ezamiyyətdə olmadan stasionar iş yerində keçirən şəxslərin də hər hansı səbəbdən (işçinin iş yerində dini etiqad azadlığını ifadə etdiyi, iş yerində qısamüddətli qidalandığı və s.) bədbəxt hadisə ilə üzləşməsi baş verə bilər. Lakin çöl şəraitində yüksək təhlükə mənbəyini idarə edən şəxsin bu hallarla üzləşmə riski daha yüksək olduğundan qeyd edilən halda hadisənin təfərrüatları daha dəqiqliklə araşdırılmalı və məsələyə buna uyğun hüquqi qiymət verilməlidir. Hazırkı inzibati işin faktiki hallarından görünür ki, işçi ezamiyyətdən qayıdarkən qısa müddətli dayanma edərək yolu keçmişdir. Bu hal ezamiyyət rejiminin pozulması və ya əmək fəaliyyəti ilə əlaqənin kəsilməsi kimi qiymətləndirilə bilməz. Işçinin şəxsi məqsədlə ezamiyyət marşrutundan kənara çıxması və ya özünü qəsdən təhlükəyə atması faktı müəyyən edilməmişdir. Beləliklə, baş vermiş yol-nəqliyyat hadisəsi işçinin ezamiyyət vəzifələrinin icrası ilə bilavasitə səbəbli əlaqədədir. Işin mövcud araşdırılması N.Isayevin ##.##.2022-ci il tarixdə saat 06:10-da baş vermiş ölüm hadisəsinin onun faktiki olaraq ezamiyyə dövründə və xidməti tapşırığın icrası çərçivəsində baş verməsi ilə bağlı qənaətə gəlməyə imkan verir. Belə olduğu halda məhkəmə kollegiyası iddiaçının müvafiq təhqiqat aktının tərtib edilməsi məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada təhqiqat komissiyasının yaradılması barədə iddia tələbini haqlı sayaraq qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarının 2.1-ci bəndinə əsasən, ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı X13 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X13 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. Həmin Qaydaların 2.2-ci bəndinin 2-ci hissəsinə əsasən, qrup halında xəsarətlə və ya bir nəfər işçinin ölümü ilə nəticələnmiş bədbəxt hadisələrin təhqiqatını aparmaq üçün tərkibi: sədr — X13 Xidmətinin vəzifəli şəxsləri, üzvlər — sahə 3 həmkarlar ittifaqı birliyinin, müəssisənin və yaxud onun tabeçiliyi üzrə yuxarı orqanının (əgər varsa) nümayəndələrindən ibarət Təhqiqat komissiyası yaradılır. Qaydalarının 2.5-ci bəndinə əsasən, təhqiqat komissiyası bədbəxt hadisənin səbəbini və iş yerinin şəraitini təhqiq edir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar edir. Hadisənin şahidlərindən və zərərçəkəndən izahatlar alır, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə lazımi nüsxələrdən ibarət tədqiqat aktı tərtib edir və müəssisə tərəfindən hadisə barədə IZ formalı aktın düzgün olmasına nəzarət edir. Qanunvericilik normalarından göründüyü kimi, işçi barəsində istehsalatda baş vermiş bədbəxt hadisə barədə uçotun aparılması üçün ilkin olaraq müvafiq təhqiqat komissiyası yaradılır, komissiya tərəfindən müvafiq icraat aparılır, yekunda təhqiqat aktı tərtib edilir, bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada IZ formalı akt tərtib edilərək, yekunda bədbəxt hadisə zərərçəkənin mənsub olduğu təşkilat tərəfindən uçota alınır. Göründüyü kimi, təhqiqat komissiyasının yaradılması barədə əmrin verilməsi, bu barədə araşdırmanın aparılması məhz inzibati orqanın məsuliyyət sferasına aid edilmişdir. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqana müvafiq sorğu ünvanlanaraq inzibati icraat materialları tələb olunmuş, X13 Xidmətinin *-**-*/*-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli məktubu ilə X2 oğlunun ölümü ilə nəticələnmiş hadisə ilə bağlı toplanmış materialların surəti məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi toplanmış materialdan göründüyü kimi, 30 səhifəlik materialın 7 səhifəsi yalnız mərhum X7 müqaviləsində dəyişiklik edilməsi ilə bağlı Əmək müqaviləsi bildirişindən, 5 səhifəsi isə DIN Baş istintaq və təhqiqat idarəsi tərəfindən göndərilmiş “Cinayət işinin icraatına xitam verilməsi barədə” qərarın surətindən ibarətdir. Qalan 18 səhifə isə SOCAR-a, polis idarəsinə, “xxxx” ASCyə AR Səhiyyə Nazirliyinin MTE PAB PHŞ-yə, vətəndaşa yazılmış və onlardan alınmış məktublardan ibarətdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, mövcud qanunvericilik aktları əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın və işəgötürənin istehsalatda bədbəxt hadisələr üzrə təhqiqat aparmaq və nəticəsini sənədləşdirmək öhdəliklərini müəyyən edir. Işin araşdırılmış hallarından müəyyən edilir ki, müvafiq hadisə barədə həm müəssisə rəhbərliyi, həm də zərərçəkmişin ailəsi tərəfindən X13 Xidmətinə yazılı məlumat verilməsinə baxmayaraq, həmin qurum hadisəni araşdırmadan yalnız hüquqi nəticə doğurmayan ümumi cavabla kifayətlənmiş və hadisəni rəsmiləşdirməmişdir. Halbuki, hüquqi mövqenin formalaşdırılması üçün əvvəlcə təhqiqat aparılmalı, şahid ifadələri, ezamiyyə sənədləri, əmək münasibətlərinə dair materiallar araşdırılmalı və istehsalatda bədbəxt hadisənin meyarlarına uyğunluq qiymətləndirilməli idi. Iddiaçının tələbinin diqər hissəsinə münasibətdə isə məhkəmə kollegiyası bir daha diqqətə çatdırır ki, cavabdeh inzibati orqanın üzərinə bədbəxt hadisənin uçota alınması kimi öhdəlik qoyula bilməz. Qanunvericlik normalarından da göründüyü kimi ilkin olaraq Azərbaycan respunlikasının Əmək və Əhalinn Sosial Müdafisəi Nazirliyi yanında X13 Xidməti tərəfindən verilmiş müvafiq əmrə əsasən baş vermiş bədbəxt hadisənin təhqiq edilməsi üçün Təhqiqat komissiyası yaradılmalı, komissiya tərəfindən müvafiq araşdırma aparılmalı, həmin araşdırmanın yekunu olaraq təhqiqat aktı tərtib edildikdən və daha sonra işəgötürən tərəfindən Iz formalı akt tərtib edildikdən sonra bədbəxt hadisə zərərçəkənin mənsub olduğu təşkilat tərəfindən uçota alınmalıdır. Hazırkı halda isə qanunvericiliklə qeyd edilən mərhələlər tamamlanmamışdır. Bu səbəbdən iddiaçı tələbinin həmin hissəsində haqlı sayıla bilməz. Hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ## #### 2025-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, ##.##.2024-cü il tarixdə X2 oğlunun həlak olması ilə nəticələnmiş hadisə ilə əlaqədar təhqiqat aktının tərtib edilməsi məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada təhqiqat komissiyasının yaradılması öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDI: Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ## #### 2025-ci il tarixli qərarı ləğv edilsin. Iddia tələbi qismən təmin edilsin. ##.##.2024-cü il tarixdə X2 oğlunun həlak olması ilə nəticələnmiş hadisə ilə əlaqədar təhqiqat aktının tərtib edilməsi məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada təhqiqat komissiyasının yaradılması öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulsun. Iddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar