Məhkəmə qərarları › İş №2-1(103)-4056/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4056/2025

02.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4056/2025 02.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatıına cəlb olunmaqla "daşınmaz əmlaka dair məxsusluq barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-2108/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən xx.xx.2002-ci il tarixli, 3647 nömrəli “bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən X3 Mərdəkan qəsəbəsində ayrılmış 1610 nömrəli, 0.25 hektar sahədən ibarət bağ sahəsinin və 25.2 kv.m sahədən ibarət 1 otaqlı binanın üzərində ilkin torpaqayırma sənədləri (cizgi plan, sxematik xəritə) nəzərə alınmaqla mülkiyyət hüququnun mərhum X3 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı (nümayəndəsi və vəkili vasitəsilə) xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı Şəhər İcraiyyə Komitəsinin 1957-ci il, 4/105 nömrəli protokolu, xx.xx.1960-cı il tarixli, 3647 nömrəli müqavilə və onun davamı olaraq bağlanılmış xx.xx.1969-cu il tarixli, 3647 nömrəli müqavilə, o cümlədən digər müqavilələr və Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi tərəfindən xx.xx.2002-ci il tarixli. 3647 nömrəli “bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən X3 Mərdəkan qəsəbəsində ayrılmış 1610 nömrəli 0.3597 ha sahədən ibarət bağ sahəsinin və 25,2 kv. m. sahədən ibarət 1 otaqlı binanın üzərində ilkin torpaqayrıma sənədləri (cizgi plan, sxematik xəritə) nəzərə alınmaqla mülkiyyət hüququnun bağ sahəsinin faktiki yerləşdiyi 0.3597 ha hektar yerə uyğun olaraq, koordinatlar üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və mərhum X3 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2108/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan iddiaçı tərəfindən şikayət verilmiş, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-2108/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. İş materiallarında mövcud olan elektron çıxarışdan görünür ki, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2108/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı xx.xx.2025-ci il tarixində iddiaçının elektron kabinetinə yerləşdirilmiş, həmin qərardan apellyasiya şikayəti xx.xx.2025-ci il tarixində verilməklə, qanunla müəyyən edilən 30 günlük müddət ötürülmüşdür. Göründüyü kimi, iddiaçı müvafiq qərardadı lazımi qaydada əldə etməsinə baxmayaraq, apellyasiya şikayətini prosessual müddəti ötürməklə vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Lakin hazırki işdə apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmişdir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Hazırki apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlük məsələsinə baxılması xx.xx.2025-ci il tarixə təyin edilmiş və iddiaçının elektron kabinetinə xx.xx.2025-ci il tarixində İPM-in 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardım məktubu göndərilmiş, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayətin verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizənin verilməsini təklif etmişdir. İddiaçının nümayəndəsi və vəkili tərəfindən prosessual müddətin buraxılmamış hesab edilməsi barədə ərizə təqdim edilmişdir. Həmçinin məhkəmə iclas zamanı iddiaçının vəkili və nümayəndəsi üzrlü səbəb kimi onunla hüquqi yardım müqaviləsinin gec bağlandığına, yəni şikayətin son verilmə tarixinə - xx.xx.2025-ci il tarixinə istinad etmişdir ki, həmin hal da inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallara (üzrlü səbəb) aid edilə bilməz. Kollegiyanın iclasında tərəflərdən – iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirak edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbini bildirməmişdir. Məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından ərizəçinin apellyasiya qaydasında mübahisələndirdiyi Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2108/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından apellyasiya şikayətini qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində verdiyini təsdiq edən sübutları və ya həmin müddətin ötürüldüyü təqdirdə həmin müddətin üzrlü sayılması ilə bağlı mötəbər sübutları təqdim etməməsini nəzərə alaraq hesab edir ki, şikayət qeyrimümkün sayılmalı və onun qəbulundan imtina edilməlidir. Həmçinin, məhkəmə kollegiyası oxşar mövqe ilə bağlı diqqətə çatdırır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-677/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadında qeyd edilmişdir ki, obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu qayda eynilə apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı şərtlərin yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın mümkünlüyünün və əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin apellyasiya şikayətinin mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə apellyasiya şikayətinin mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Apellyasiya şikayətinin İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi apellyasiyanın mümkünlüyü əsaslarına aiddir. Hazırkı halda, apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən, apellyasiya şikayətinin İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsində müəyyən olunmuş müddət ötürülməklə verildiyi müəyyən edilmişdir. Qeyd edilməlidir ki, İnzibati Prosessual Məcəllənin 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2108/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar