Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4059/2025 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İmran oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, X2 və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı İddiaçı İmran oğlunun iştirakı ilə, İddiaçı İddiaçı İmran oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və aldığı hərbi travmaya görə əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı İddiaçı İmran oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə (bundan sonra mətndə Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı travma aldığını nəzərə alaraq əlillik dərəcəsinin təyin edilməsindən imtina edilməsi barədə qərarın ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh inzibati orqan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. Sonradan iddiaçı ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi və ona yəni, ##.##.1974-cü il təvəllüdlü İddiaçı İmran oğluna Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ##.##.2025-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Agentliyin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Birinci və İkinci Qarabağ müharibələrində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İddiaçıya baş-beyin üzvü xəstəliyi nəticəsində şəxsiyyət dəyişkənliyi, kobud davranış pozuntuları, yaddaş zəifliyi, uzun çəkən postramativ stress pozuntusu, anamnazində intihar cədhi ilə F07.0, F07. 8, F 06.7 və F 43.1 kodla üçüncü dərəcəli əlillik müəyyən edilmişdir. ##.##.2024-cü il il tarixdə isə yenidən heç bir müayinə edilmədən F07.8 və F 06.5 kodu ilə yalnız postromposion sindromu, üzvü dussostativ pozuntu kəkələmə ilə diaqnozu qoyulmuş, əvvəlki təyin edilmuş diaqnozlar yazılmamışdır. Lakin müayinədən keçmiş və ##.##.2024cü il tarixdə Həkim Psixiatr Komissiyasının rəyi ilə “üzvi mənşəli şəxsiyyət pozuntusu. Teztez dekompensasiyalar, depressiv daxilolmalar. Anamnezində özünə qəsd cəhdləri. Nitq qüsuru və koqnitiv funksiyaların enməsi ilə F 07.0” diaqnozu verilmişdir. Lakin heç bir əsas olmadan iddiaçıya əlillik dərəcəsi verilməmişdir. Sənədləri cavabdeh təşkilata göndərilsə də ##.##.2024-cü il tarixdə iddiaçıya göndərilmiş imtina cavabında ##.##.2024-cü il tarixdə diaqnoz əlillik əlamətləri təyin edilməməsi səbəbindən imtina edilmişdir. İddiaçı ##.##.2024cü il tarixli həkim psixartik komissiyasının rəyini təqdim etmiş və həmin rəyin də nəzərə alınmasını xahiş etmişdir. Lakin təqdim etdiyi rəyi nəzərə almamışlar və cavabı ## ###### 2024-cü il tarixdə göndərmişlər. Cavab göndərilərkən isə ##.##.2024-cü il tarixə istinad etmişlər ki, iddiaçının ##.##.2024-cü il tarixli rəyi nəzərə alınmasın. İmtina məktubu bir ay 02 gündən sonra göndərilmişdir. Həmin müddətdə iddiaçının təqdim etdiyi ##.##.2024-cü il tarixli rəyi də nəzərə ala bilərdilər. Lakin bunlar edilməmiş, əsassız və qanunsuz olaraq təmin edilməmişdir. Eləcə də nevroloji xəstəliklərlə bağlı epikrizlərinin heç biri də nəzərə alınmamış, əsassız olaraq ona əlillik təyin olunmasından imtina edilmişdir. Həmin dövrdə Respublikanın müxtəlif psixiatriya xəstəxanalarında müalicə almışdır. Hərbi travmanı Azərbaycanın Respublikasının müdafiəsi zamanı aldığı və reabilitasiya olunmadığı halda əlillik dərəcəsi əsassız olaraq cavabdeh təşkilat tərəfindən ləğv edilmişdir.
4. Cavabdehin iddia tələbinə qarşı etirazı məhkəməyə daxil olmuşdur.
5. Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı İmran oğluna əlilliyin təyin olunmasından imtina olunması barədə ##.##.2025-ci il tarixli qərarı ləğv edilmiş, ##.##.1974-cü il təvəllüdlü İddiaçı İmran oğluna ##.##.2025-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar aldığı hərbi travmaya” görə 35-60 faiz dərəcəsi ilə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.
6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
7. Apellyasiya baxışı zamanı iddiaçı, iddia tələbinin dəqiqləşdirlməsinə dair ərizə təqdim edərək, iddia tələbinin əlilliyin müddətinin 2 il müddətinə verilməsi formasında dəqiqləşdirilməsini xahiş etmişdir. Dəqiqləşmə barədə ərizə icraata qəbul edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
8. Apellyasiya şikayəti etiraza uyğun olaraq əsaslandırılmışdır.
MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI:
9. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Həmçinin iddiaçı iddia tələbinin dəqiqləşdirlməsinə dair ərizə təqdim edərək, iddia tələbinin əlilliyin müddətinin 2 il müddətinə verilməsi formasında dəqiqləşdirilməsini xahiş etmişdir.
10. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişlər.
11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR
12. Azərbaycan Respublikası Müdafiə Nazirliyi MHHK tərəfindən İddiaçı İmran oğlu ilə bağlı verilmiş ## #### 2022-ci il tarixli **** №-li “Xəstəlik haqqında şəhadətnamə”dən müəyyən olunur ki, MHHK-sı aşağıda qeyd olunan qərarı qəbul etmişdir: Diaqnoz: Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı kəskin dərəcədə ifadə olunmuş dissosiativ konversion pozuntu, qabarıq astenonevrotik daxiolmalar, ifadəli kəkələmə ilə, postkommosion sindron. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posstravmatik stress pozuntusu. Partlayış travması (##.##.2020), keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı, Barotravma (##.##.2020), ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini sağ qulaqda 3 (üç) metr, sol qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə. “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır”.
13. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №-li hərbi hissə tərəfindən verilmiş ##.##.2022-ci il tarixli, **** №-li “Travma haqqında arayış”da göstərilmişdir ki, ##.##.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda geden döyüşlər zamanı düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində “Barotravma nəticəsində ikitərəfli koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqini sağ qulaqda üç metr, sol qulaqda dörd metr məsafədən eşitməsilə. Partlayış travması nəticəsində keçirilmişl qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegatativ damar-distoniyası” diaqnozu ilə xəsarət almışdır.
14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsi tərəfindən verilmiş “Həkim psixiatr komissiyasının” ##.##.2024-cü il tarixli, *** №-li rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ###### 2023-cü il, 3- 28/3-1-***/**** №-li “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı İmran oğlu xxxxnın nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi mənşəli şəxsiyyət pozuntusu, tez tez dekompensasiyalar, depressiv daxilolmalar, anamnezdində özünəqəsd cəhdləri, nitq qüsuru və koqnitiv funksiyaların enməsi ilə F 07.0
15. ##.##.2021-ci il tarixli *******0001 saylı Aktın qiymətləndirmə nəticəsindən görünür ki, X5: XIX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.0 - Baş beynin silkələnməsi; Diaqnozun mətni: Kəllədaxili travma, Partlayış travması (02.11.20) nəticəsində keçirilçiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar distoniyası. Vertebrogen servikotorakalgiya. Barotravma nəticəsində (02.11.20) ikitərfli koxlear nevrit, ikitərəfli neyrosensor ağır eşitmə, pıçıltı nitqini sağ qulaqda 3(üç) metr, sol qulaqda 4(dörd) metr məsafədən eşitməsi ilə. Kardiomiopatiya, Dilatasion kardiomiopatiya. Aorta, tac arteriyalarınını aterosklerozu. Aterosklerotik kardioskleroz. Ürək çatmamamzlığı III f.s. Energetik resursların artıq miqdarda daxil olması, II (ikinci) dərəcəli alimentarkonstitusional piylənmə BÇİ 35.3. Qasıq yırtığı, qarınını ön divarınını postravmatik yirtığı. Qaraciyərin, başqa rubrikalarda təsnif olunmayan piy degenerasiyası, Hepatosteatoz. İrsi hemorragik teleangiektaziya, Sol aşağı ətraf dərialtı venaların teleangioektaziyası. Hipertoniya xəstəliyi II(ikinci)mərhələ IV risk faktoru. Şəkərli diabet II mərh.yüngül dərəcə, subkompensasiya mərh.; Meyar: İmtina edilir. Mərkəzə göndərilmənin (imtina edilmənin səbəbi): Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəbi: Diaqnoz əlillik əlaməti təyin etmir.
16. ##.##.2022-ci il tarixli *******0002 saylı Aktın qiymətləndirmə nəticəsindən görünür ki, X5: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi...; Diaqnozun mətni: Postkontuzion sindrom, Postkommosion sindrom, üzvi dissosiativ pozuntu, kəkələmə ilə. Vertebrogen servikotorakalgiya. Aorta,tac arteriyalarınının aterosklerozu.Aterosklerotik kardioskleroz.Dilatasion kardiomiopatiya.Ürək ritminin idiopatik səyrici aritmiya tipli pozulması.Ürək çatmamazlığı III (üçüncü) dərəcə. Hepatosteatoz. Qarnın ön divarının kiçik ölçülü ventral yırtığı. Partlayış travması (##.##.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ-damar distoniyası. Energetik resursların artıq miqdarda daxil olması, II (ikinci) dərəcəli alimentar-konstitusional piylənmə, BÇİ 35.3 Barotravma nəticəsində (##.##.2020) ikitətəfli koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqini sağ qulaqda 3 (üç) metr, sol qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə. İnsulindən asılı olmayan şəkərli diabet, tip-2, yüngül dərəcə, subkompensasiya mərhələsində. Sol aşağı ətraf dərialtı venaların teleangioektaziyası. Meyar: İmtina edilir. Mərkəzə göndərilmənin (imtina edilmənin səbəbi): Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəbi: Diaqnoz əillik əlaməti təyin etmir.
17. ##.##.2022-ci il tarixli *******0003 saylı Aktın qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni: Üzvi dissosiativ pоzuntu Posttravmatik stress pozuntusu; Mərkəzə göndərilmənin (imtina edilmənin səbəbi): Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəbi: Diaqnoz əlillik əlaməti təyin etmir.
18. ##.##.2022-ci il tarixli *******0004 saylı Aktın qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni: Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pоzuntuları, Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Yüngül koqnitiv pozuntu.Uzun sürən postravmatik stress pozuntusu koqnitiv funksiyaların enməsi ilə.; Meyar: F07.0 - Əsas Psixi və davranış pozuntuları => Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular => Üzvi mənşəli şəxsiyyət pоzuntusu => Əmək qabiliyyətinin nəzərə çarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı); OFP yekun faizi: 35 %; Yekun əlillik səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; OFP müddəti: 2 il; Növbəti qiymətləndirmə tarixi: ##.##.2024
19. ##.##.2024-cü il tarixli *******0005 saylı Aktın qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni: Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pоzuntuları, Postkomposion sindrom. Üzvi dissosiativ pozuntu, kəkələmə ilə. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi; Mərkəzə göndərilmənin (imtina edilmənin səbəbi): Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəbi: Diaqnoz əillik əlaməti təyin etmir.
20. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, № T***/**** saylı (canlı şəxsin ekspertizası) rəyində qeyd olunmuşdur ki: 1974-cü il təvəllüdlü İddiaçı İmran oğlunun adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1-6. Vətəndaş Q.İ.Cəfərovun əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: F07.8-Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Postkomposion sindrom. Üzvi dissosiativ pozuntu, kəkələmə ilə, Ağırlaşmalar: F06.5-Üzvi dissosiativ pozuntu. Üzvi dissosiativ pozğunluq, Yanaşı xəstəliklər: H93.3-Eşitmə sinirin xəstəlikləri, H90.3- Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, şəxsin ##.##.2024-cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı əlillik təyinatına əsas verən patofunksional dəyişikliklər aşkar edilməmişdir. - Vətəndaş Q.İ.Cəfərov 18.02-##.##.2025-ci il tarixlərdə “G93, T90.5, G90, ПО, M42, El 1.8, M54.1, F07.O-partlayış travması (##.##.2020) nəticəsində keçirilmiş qapalı kəlləbeyin travması, baş beynin silkələnməsindən sonrakı davamlı qalıq əlamətləri (hərbi travma), posttravmatik ensefalopatiya, vegetativ damar distoniyası, qarışıq tipli krizlərlə, hipertoniya xəstəliyi III d., bel-oma osteoxondrozu, davamlı ağrı sindromu, şəkərli diabet tip 2, L4-L5 fəqərarası disk yırtığı (4 mm) və protruziyalar, üzvi mənşəli şəxsiyyət pozuntusu tez-tez dekompensasiyalar, depressiv daxilolmalar, anamnezində özünə qəsd cəhdləri, nitq qüsuru və koqnitiv funksiyaların enməsi” diaqnozu ilə stasionar müalicədə olmuşdur. 7-8. Ümumiyyətlə həmin xəstəliklər tam reabilitasiya olunmurlar, hal-hazırda da Q.İ.Cəfərovun xəstəliklərlə əlaqədar əlavə müalicəyə ehtiyacı yoxdur, həmin xəstəliklərdən əziyyət çəkən şəxslər yaşadıqları yerdə poliklinikada qeydiyyata götürülür və vaxtaşırı həkimpsixiatrın müayinəsindən keçirlər. Xəstəlik kəskinləşdiyi təqdirdə isə vəziyyətinin ağırlığından asılı olaraq ambulator və ya stasionar müalicəyə cəlb olunurlar.
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadı ilə məhkəmə psixiatrik ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 ## ###### 2026-cı il tarixli, *** saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyi ilə tədqiqatın nəticəsi aşağıdakı kimi müəyyən olunmuşdur. 1-ci sual: ## #### 1974-cü il tarixdə doğulmuş İddiaçı İmran oğlunda forma 088 arayışda göstərilən “Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Postkomposion sindrom. Üzvi dissosiativ pozuntu, kəkələmə ilə. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi,” diaqnozu rast gəlinirmi? Cavab: İddiaçı İmran oğlunda hal-hazırda Üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, depressiv daxilolmalar, anamnezində özünəqəsd cəhdləri, nitq qüsuru və koqnitiv funksiyaların enməsi ilə aşkar olunur. Qeyd olunan diaqnoz sualda göstərilən diaqnozları (“Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi” diaqnozundan başqa) əhatə edir. “Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi” diaqnozun müəyyən edilməsi məhkəməpsixiatrik ekspertizasının səlahiyyətinə aid deyil. Qeyd olunan diaqnoz məhkəmə-tibbi ekspertizası tərəfindən müəyyən edilməlidir. 2-ci sual: Ümumiyyətlə tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişlə göndərilmiş forma *** saylı arayışlarda qeyd olunmuş xəstəliklər (həm əsas diaqnoz kimi, həm də yanaşı xəstəliklər) hazırda iddiaçıda müəyyən olunurmu? Həmin xəstəliklərdən hər hansı biri mövcuddursa xəstəliklərin müalicə alınmaqla reabilitasiyası mümkündürmü? – Müalicə olunmaqla reabilitasiyası mümkün olduğu təqdirdə iddiaçının əlavə müalicəyə (ixtisaslaşmış müalicəyə) ehtiyacı mövcuddurmu? Cavab: Tibb müəssisəsi tərəfindən tərtib edilmiş forma *** saylı arayışlarda qeyd olunmuş psixiatriya sahəsinə aid olan xəstəliklər hal-hazırda İddiaçı İmran oğlunda müəyyən edilir. İddiaçı İmran oğlunda qeyd olunan psixi pozuntular xronik xarakter daşıdıqlarından onların tam müalicəsi mümkün deyil. İddiaçı İmran oğlu onda qeyd olunan psixi pozuntu ilə əlaqədar daim ambulator müşahidə altında olmalı, vəziyyətinin kəskinləşdiyi dövrlərdə stasionar şəraitdə müalicə almalıdır. 3-cü sual: İddiaçıda olan xəstəliklər hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tari *** nömrəli Qərar ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarında göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü (XBT-10 kodu qeyd olunmaqla), düşürsə hansı xəstəlikdir (orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti)? Cavab: Sualda göstərilənlər əmək ekspertizasına aid olduğundan məhkəmə-psixiatrik ekspertizası tərəfindən cavablandırıla bilməz.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
22. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
23. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.
24. Əvvəla iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
25. Məhkəmə kollegiyası - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.1-1.5, 2.1, 2.5-ci maddələrini; - Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2016-cı il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə ləğv edilmişdir) 3.1, 3.1.15, 4.1, 4.2, 4.22-ci bəndləri; - Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2, 1.6, 2.1, 2.4, 2.9-cu bəndlərini; - Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin(ləğv edilmiş) 1.1-1.5, 2.2, 4.2-ci bəndlərini; - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nı - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının ## ###### 2017-ci il tarixli **-* nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ının 2.1, 2.1.4, 3.1-3.3, 3.3, 3.3.1, 3.5, 3.5.1-ci bəndlərini; - “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.1-3.4, 4.1-4.3, 6.4-cü maddələrini; - “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1,1.1, 1.2. 2, 24, 67-ci maddələrini nəzərə alaraq aşağıdakıları qeyd edir: Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi “Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pоzuntuları, Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Yüngül koqnitiv pozuntu.Uzun sürən postravmatik stress pozuntusu koqnitiv funksiyaların enməsi” diaqnozu ilə ona əlillik dərəcəsinin təyin olunmasına nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqan isə iddiaçıya əlillik təyin edilməsindən imtina edərək, diaqnozun əlillik təyinatına əsas vermədiyi qənaətindədir. İlkin olaraq, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin məzmunundan irəli gəlir. Belə ki, həmin normaların tələbinə görə: - şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır (2.1-ci bənd); - TSEK göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir. Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi həkim komissiyaları tərəfindən tərtib olunmuş göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir.
26. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
27. Məhkəmə kollegiyası xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, qüvvədən düşmüş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə əlilliyin təyin olunması üçün tibbi göndərişdə olan xəstəliyin əsas və ya yanaşı xəstəlik və ya ağırlaşma olmasından asılı olmamışdır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda isə həmin məsələ konkret olaraq öz həllini tapmışdır ki, istər əsas diaqnoz və ağırlaşmalar nəzərə alınmaqla əlilliyin təyini mexanizmi müəyyənləşdirilmişdir. Lakin, xüsusi olaraq qeyd edilir ki, iddiaçıya əlilliyin təyinatından imtina verilərkən qüvvədə olan qanunvericilikdə də ağırlaşmanın nəzərə alınmamalı olmaması, məhz əsas diaqnozla əlilliyin təyin edilməsi barədə xüsusi norma mövcud deyil.
28. Bundan əlavə qeyd olunmalıdır ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanmalıdır.
29. Doğrudur ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Lakin bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
30. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
31. Bu mənada diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı nəzərə alınmalıdır ki, cavabdehin həmin hallarla bağlı arqumenti iddiaçının hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına gətirib çıxarda biləcəyi üçün onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
32. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.
33. Hazırki işin faktiki hallarından müəyyən olunur ki, ##.##.2022-ci il tarixdə “Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pоzuntuları, Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları” diaqnozu ilə 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik dərəcəsi təyin edilmişdir.
34. Lakin daha sonra iddiaçı əlillik təyinatının bitməsilə əlaqədar ##.##.2024-cü il tarixdə ona əlilliyin təyin üçün “Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pоzuntuları, Postkomposion sindrom. Üzvi dissosiativ pozuntu, kəkələmə ilə. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi” diaqnozu ilə Forma 88 göndərilməsinə nail olsa da, cavabdeh tərəfindən diaqnozun əlillik təyin etməməsi barədə qərar qəbul edilmişdir.
35. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu görünür. Cavabdeh eyni diaqnoz əsasında iddiaçıya ən azından ##.##.2022-ci il tarixdən əlillik təyin etməsinə və hal-hazırda ekspert rəyində və forma 88 arayışında qeyd olunan xəstəliyin iddiaçıda olmasına rəğmən, həmin diaqnoz əsasında təkrar əlilliyin müəyyən olunmasından imtina etmişdir.
36. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar.
37. Belə olan halda, ##.##.2022-ci ildə qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır.
38. Əlavə olaraq məhkəmə həm də onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndində qeyd edilmişdir ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndərişin verilməsi üçün əsasdır. Həmin Qaydaların 1.5.3-cü maddəsinə əsasən isə əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır.
39. İstinad olunan normalardan göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etdiyi hallarda, təkrar əlilliyin qiymətləndirilməsi zamanı şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı xüsusi şərt nəzərdə tutmur.
40. Beləliklə, hər nə qədər iddiaçıda əlilliyin təyininə əvvəllər əsas vermiş və hal hazırda əlilliyin təyinatına əsas vermiş göndərişdə qeyd olunan xəstəliklər arasında uyğunluğun olub-olmaması müvafiq ixtisaslı bilik tələb etsə də, hazırda əlilliyin təyin edilibedilməməsi məsələsinə münasibətdə səlahiyyətli məhkəmə həmin uyğunluğun mövcudluğunu istisna etmir. Ən azından ilkin tibbi biliklər əvvəllər əlilliyin təyinatına əsas vermiş xəstəliklərlə, hazırda iddiaçıda mövcud olan xəstəliklərlər arasında uyğunluğun mövcudluğunu təsdiq etmək üçün kifayət edir.
41. Məhkəməyə daxil olmuş ekspert rəyindən görünür ki,18.02-##.##.2025-ci il tarixlərdə “G93, T90.5, G90, ПО, M42, El 1.8, M54.1, F07.Opartlayış travması (##.##.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beynin silkələnməsindən sonrakı davamlı qalıq əlamətləri (hərbi travma), posttravmatik ensefalopatiya, vegetativ damar distoniyası, qarışıq tipli krizlərlə, hipertoniya xəstəliyi III d., bel-oma osteoxondrozu, davamlı ağrı sindromu, şəkərli diabet tip 2, L4-L5 fəqərarası disk yırtığı (4 mm) və protruziyalar, üzvi mənşəli şəxsiyyət pozuntusu tez-tez dekompensasiyalar, depressiv daxilolmalar, anamnezində özünə qəsd cəhdləri, nitq qüsuru və koqnitiv funksiyaların enməsi” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Ümumiyyətlə həmin xəstəliklər tam reabilitasiya olunmurlar, hal- hazırda da Q.İ.Cəfərovun xəstəliklərlə əlaqədar əlavə müalicəyə ehtiyacı yoxdur, həmin xəstəliklərdən əziyyət çəkən şəxslər yaşadıqları yerdə poliklinikada qeydiyyata götürülür və vaxtaşırı həkim-psixiatrın müayinəsindən keçirlər. Xəstəlik kəskinləşdiyi təqdirdə isə vəziyyətinin ağırlığından asılı olaraq ambulator və ya stasionar müalicəyə cəlb olunurlar.
42. Göstərilən bütün halları nəzərə aldıqda, iddiaçıda olan xəstəliklər ona əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Başqa sözlə desək, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir.
43. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsi tərəfindən verilmiş “Həkim psixiatr komissiyasının” ##.##.2024-cü il tarixli, *** №-li rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ###### 2023-cü il, 3- 28/3-1-***/**** №-li “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı İmran oğlu xxxxnın nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi mənşəli şəxsiyyət pozuntusu, teztez dekompensasiyalar, depressiv daxilolmalar, anamnezdində özünəqəsd cəhdləri, nitq qüsuru və koqnitiv funksiyaların enməsi ilə F 07.0
44. Göstərilən bu hal əlavə ekspertizanın təyini üçün əsas deyil və ya ekspert rəyinin sübut kimi qiymətləndirilməsinə maneə yaratmır.
45. Belə ki, “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.10. psixiatriya müəssisəsi (psixonevroloji müəssisə) - psixiatriya yardımı sahəsində qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən tibb müəssisəsi və ya onun bölməsi; 1.0.11. psixi pozuntu (xəstəlik) – sosial uyğunlaşmanın və səhhətin pozulması ilə müşayiət olunan, kliniki ifadə olunmuş psixopatoloji davranış forması. 15.0. Dövlət aşağıdakılara təminat verir: (-) 15.0.3. psixiatriya ekspertizasının bütün növlərinin (hərbi-həkim, tibbi-sosial və məhkəmə-psixiatriya ekspertizalarının) aparılmasına, lazım olduqda fəaliyyət qabiliyyətinin müvəqqəti itirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydada məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə, əlilliyi müəyyən edilməsinə; Məhkəmə diqqətə çatdırır ki, psixi pozuntu vəziyyətində olan şəxslərə tibbi və sosial yardım göstərilməsi dövlət təminatı, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquqlarına və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir. Nəzərə alınmalıdır ki, bu sahədə hüququ mexanizm “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun müddəaları ilə həyata keçirilir. Bu Qanun Azərbaycan Respublikasında psixiatriya yardımı göstərilməsi sahəsində yaranan münasibətləri tənzimləyir, bu sahədə hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini müəyyən edir. Sözügedən Qanunun 15.0-ci maddəsində dövlətin psixi pozuntu xəstəliyindən əziyyət çəkən şəxslər qarşısında olan təminatların əhatə dairəsi sadalanmışdır ki, bunlardan biri də əlilliyin müəyyən edilməsidir. Bununla belə, onu da vurğulamaq zəruridir ki, əlilliyin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar və ya hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar yaranması “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinə uyğun olaraq hərbi-həkim komissiyasının rəyinə əsasən müəyyən edilir. Odur ki, əlilliyi ümumi səbəblərlə müəyyən edilmiş şəxs əlilliyinin xüsusi səbəblərdən hər hansı birindən yaranmasını mübahisələndirirsə, hərbi-həkim komissiyasının rəyinə istinad etməlidir, həmin rəy olmadan əlilliyin səbəbinin göstərilən səbəblərdən biri ilə əvəz edilməsinə yol verilmir. Bununla belə, onu da vurğulamaq zəruridir ki, xəstəlik, pozuntu və çatışmazlığın hərbi-həkim komissiyasının rəyində göstərilən səbəbi o halda əlilliyin səbəbi ilə eyniləşdirilə bilər ki, həmin xəstəlik, pozuntu və çatışmazlıqla əlaqədar orqanizmin funksiyalarının 30 faizdən artıq pozulması müəyyən edilsin, yəni həmin xəstəlik əlilliyin müəyyən edilməsinə əsas versin. Əks halda, hərbi-həkim komissiyasının rəyində göstərilənlər əlilliyin qiymətləndirilməsi zamanı nəzərə alınmır və əlilliyin səbəbinin həmin rəydəki səbəblə müəyyən edilməsi istisna edilir. “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”a əsasən, hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2022-ci il tarixli **** nömrəli şəhadətnaməsinə əsasən iddiaçıya “hərbi travma, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” diaqnozu qoyulduğundan və əlillik səbəbi Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının qərarı əsasında təyin edildiyindən, cavabdeh iddiaçının xəstəliyinin səbəb əlaqəsini müəyyən etməyə borcludur. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin gəldiyi qənaətə görə cavabdehin iddiaçıya ikinci dərəcəli əlilliyin təyin edilməsinin imtinasının heç bir hüquqi və qanuni əsasları mövcud deyildir. Məhkəmə diaqnozun eyniliyi barədə həmçinin onun da qeyd edilməsini zəruri hesab edir ki, əlilliyin müddətli verilməsi, təkrar yoxlanılmanın aparılmasının zəruriliyi məhkəmə hesab edir ki, iddiaçıda əlilliyin təyininə əsas verən xəstəliyin əlilliyin müddətinin bitdiyi tarixdən sonra da yenidən əlillik təyin edilməsi üçün davam edib-etməməsinə xidmət edir ki, işin faktiki hallarından da göründüyü kimi iddiaçıda əlilliyin təyininə əsas verən xəstəlik əlillik müddəti bitdikdən sonra da davam etməkdədir ki, bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, əlilliyin müddətli olması diaqnozun eyniliyi halında əlilliyin növbəti müddətə həmin diaqnoz əsasında təyininin qanuniliyini halını dəyişmir.
46. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
47. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı “##.##.1974-cü il təvəllüdlü İddiaçı İmran oğluna ##.##.2025-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar aldığı hərbi travmaya” görə 35-60 faiz dərəcəsi ilə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun” hissəsində dəyişdirilməlidir və ##.##.1974-cü il təvəllüdlü İddiaçı İmran oğluna ##.##.2025-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar aldığı hərbi travmaya” görə 35-60 faiz dərəcəsi ilə 2 il müddətinə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun üzərinə qoyulmalıdır.
48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı “##.##.1974-cü il təvəllüdlü İddiaçı İmran oğluna ##.##.2025-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar aldığı hərbi travmaya” görə 35-60 faiz dərəcəsi ilə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun” hissəsində dəyişdirilsin. ##.##.1974-cü il təvəllüdlü İddiaçı İmran oğluna ##.##.2025-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar aldığı hərbi travmaya” görə 35-60 faiz dərəcəsi ilə 2 il müddətinə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov