Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-406/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı (xx.xx.1981-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin X2rşı “əl qandalının tətbiq edilməsindən çəkindirmə” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2020ci il tarixli, 2-1(112)-2690/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı 27.01.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin əlahiddə müşahidə Taborunun rəhbərliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əl qandalının tətbiq edilməsindən çəkindirmə barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1981-ci ildə Şəmkir şəhərində doğulub, Azərbaycan Respublikası vətəndaşıdır, Şəmkir şəhəri, İsmət Qayıbov küçəsi, ev 7 ünvanında yaşamışdır. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 22 dekabr 2003-cü il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdir. 27 dekabr 2003-cü il tarixdən Qobustan Həbsxanasında saxlanılır. X1 mütəmadi olaraq şəxsi işi ilə əlaqədar məhkəmələrə müraciət edir. Bu səbəbdən də, məhkəmədə iştirakının təmin olunması Pentensiar Xidmətin Əlahiddə Müşahidə Taborunun üzərinə düşür. Müşayət vaxtı konvoy ona əl qandalı tətbiq edir. Qandalı inzibati orqanın və məhkəmə qarşısında olduqda da açmırlar. Konvoy bu hərəkəti saxlandığı həbsxananın şifahi (rəhbərliyin) göstərişi ilə həyata keçirir. Belə ki, 19.12.2019-cu il və 26.12.2019-cu il tarixlərdə onu Bakı Apellyasiya Məhkəməsinə aparan Pentensiar Xidmətin Əlahiddə Müşahidə Taboru heç bir əsaslandırılmış qərar olmadan müşayiət vaxtı məhkəmə qarşısında durarkən ona əl qandalı tətbiq etmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məsəlləsinin 78.2-ci maddəsində yazılıb ki, cəzaçəkmə müəssisələrində qalmaqal salan məhkumlara qarşı əl qandalı tətbiq edilə bilər. Müəssisə rəisinin əsaslandırılmış qərarı ilə müşayiət edilərkən qaçmanın qarşısını almaq üçün bu şərtlə ki, məhbuslar məhkəmə orqanları, yaxud inzibati orqanlar qarşısında duran kimi, qandallardan azad edilməlidirlər. Konvoy isə qanunun bu müddəalarına yox Pentensiar Xidmətin əməkdaşlarının qeyri-qanuni (qərarsız) əmrlərini icra edirlər. Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2690/2020 nömrəli qərardadı ilə (hakim N.Abıyev) İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehn əlahiddə müşahidə Taborunun rəhbərliyinə qarşı əl qandalının tətbiq edilməsindən çəkindirmə tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı 06.10.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2690/2020 nömrəli qərardadının ləğv edilməsini və işə apellyasiya qaydasında baxılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. İddiaçı, onun nümayəndəsi Nümayəndə (məhkəmə bildirişləri ünvan 2 ünvanlarına göndərilmişdir) və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının və cavabdehin nümayəndələrinin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, “iş materiallarından göründüyü kimi, iddiaçı inzibati orqanın cinayət prosessual fəaliyyəti ilə əlaqədar məhkəmədə iddia qaldırmışdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Həmçinin, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış etirazda qeyd edilmişdir ki, məhkum İddiaçı xüsusilə ağır cinayət törətdiyinə görə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin cəza qapalı şəkildə həbsxana rejimində çəkilir, məhkumlar kamera şəraitində saxlanılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi kollegiyasının 2012-ci il 29 dekabr tarixli, 31-N nömrəli Qərarı ilə təsdiq edilmiş həbs edilmiş şəxslərin və məhkumların müşayiət edilməsi qaydaları haqqında təlimatın 10.3-cü maddəsində göstərilmişdir ki, məhbusların ətrafdakı insanlara və ya özlərinə ziyan vurmasının qarşısını almaq üçün və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslərin piyada müşayiəti zamanı əl qadanlı əllər arxada saxlanılmaqla tətbiq edilir. Bundan başqa 19 dekabr 2019-cu il tarixdən Konvoy taboruna Pentensiar xidmətdən daxil olmuş məhkumların müşayiət edilməsi barədə sifarişdə məhkum İddiaçı əməkdaşlara hücum etməyə, özünə və digər şəxslərə xəsarət yetirməyə, girov götürməyə və qaçmağa meyilli məhkum kimi qeyd olunmuşdur. Məhkəmə prosesidə cavabdehin müşayiət və mühafizə vəzifələrinə aid olduğuna görə məhkumların proses zamanı özünə və digər şəxslərə ziyan vurmasının qarşısını almaq üçün həmin məhkuma əl qandalı tətbiq edilmişdir. Bu da kifayət qədər əsaslıdır. Belə ki, onun ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsi, əməkdaşlara hücum etməyə, özünə və digər şəxslərə xəsarət yetirməyə, girov götürməyə və qaçmağa meyilli məhkum olduğunu nəzərə alaraq əl qandalı tətbiq edilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 14.1.-ci maddəsinə əsasən məhkumların təklif, ərizə və şikayətləri yazılı və şifahi verilə bilər. Həmin Məcəllənin 14.2. maddəsinə əsasən azadlıqdan məhrum edilmiş şəxslərin bu Məcəllənin 10.2.12-ci maddəsində göstərilən təşkilatlara ünvanlanmış təklif, ərizə və şikayətləri cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən göndərilir. Digər cəza növlərinə məhkum edilmiş şəxslər təklif, ərizə və şikayətlərini sərbəst göndərirlər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia ərizəsi azadlıqdan məhrumetmə cəzası çəkən məkum İddiaçı adından verilsə də, iddia məhkəməyə cəzaçəkmə müəssisəsinin müdiriyyətinin müşayətedici məktubu ilə göndərilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2690/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-406/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-406/2021
23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver