Məhkəmə qərarları › İş №2-1(103)-4060/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4060/2024

12.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4060/2024 12.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “əlilliyin təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 (sədrlik edən və məruzəçi), X12 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-778/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X13 Ərazi Bölmələrinin İdarəetmə Birliyi V.Y.Axundov adına X2 İnstitu publik hüquqi şəxsin 15/2022 nömrəli “xəstəlik tarixindən çıxarış”dan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı İİİ qrup peşə əlilidir. Xəstənin göndərilmə diaqnozu: T75.2 Vibrasiya xəstəliyi İİ mərhələ, Qısa anamnez: Uzun illərdir (28 ildən artıq) özünü xəstə hesab edir və 1994-cü ildən peşə əlilidir (İİİ qrup). Mütəmadi olaraq stasionar və ambulator müalicə almışdır. Rentgenoloji göstəriciləri: Ağ ciyərlərdə ocaqlı kölgəliklər görünmür. R-qrafiya müayinəsi: Qayıqvari sümüklərin enostozu; İİ-İİİ-İV b.d.f birləşmələrinin sümük çıxıntıları; distal falanqa oynaqlarının artrozu; Bel fəqərələrinin osteoxondrozu: bel fəqərələrinin deformasiyaedici spondilyozu. Kliniki diaqnozlar (əsas): T25.2 Vibrasiya xəstəliyi İİ mər. (yuxarı ətrafların miofassiti və vegetativ sensor polinevropatiyası, qayıqvarı sümüklərin enostozu, İİ-İİİ-İvb.d.f birləşmələrinin sümük çıxıntıları, distal falanqa oynaqlarının artrozu) M51.1 Bel-oma fəqərələrinin osteoxondrozu. M47.9 L1-L2 fəqərələrinin deformasiyaedici spondilyozu, davamlı kökcük ağrıları ilə. Yanaşı: İ10Hipertoniya xəstəliyi İİ mər. Xroniki hepatoxolesistit. F48.0 Qastenonevroyik sindrom. Müalicəsi: Siptomatik (daimi həkim nəzarətindədir.)

2. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X13 Ərazi Bölmələrinin İdarəetmə Birliyi V.Y.Axundov adına X2 İnstutu publik hüquqi şəxsin 34/2022 nömrəli “xəstəlik tarixindən çıxarış”dan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı İİİ qrup peşə əlilidir. Xəstənin göndərilmə diaqnozu: T75.2 Vibrasiya xəstəliyi İİ mərhələ, Qısa anamnez: Uzun illərdir (28 ildən artıq) özünü xəstə hesab edir və 1994-cü ildən peşə əlilidir (İİİ qrup). Mütəmadi olaraq stasionar və ambulator müalicə almışdır. Bu müddət ərzində ambulator müayinələrdən keçmiş və stasionar müalicə almışdır (2022-ci ildə). Rentgenoloji göstəriciləri: Ağ ciyərlərdə ocaqlı kölgəliklər görünmür. R-qrafıya müayinəsi:Qayıqvarı sümük-n enostozu; İİ-İİİ-İVb.d.f. birləş-nin sümük çıxıntıları; distal falanqa oynaqlarının artrozu; Bel fəqərə-nin osteoxondrozu; bel fəqərə-nin deform.spondilyozu,L2-L3 fəqərəarası d-də 5,5mm disk yırtığı, L4-L5f-arası d-də 2,5 mm diffuz sirkulyar qabarma, L5- S1 f-arası d-də 7,5mm psevdoherniasiya. Digər laborator və funksional məlumatlar: EEQ,EMQ. Nəticə - Sağ median sinir potensialı alınmamış və hərəki sinir distal latansı uzanmışdır. Sol median hissi sinir potensialı aşağı alınmış və hərəki sinir distal latansı uzanmışdır. İkitərəfli ulnar hərəki və hissi sinirlər norma daxilindədir. Yekun - Bu inciləmədə əldə edilən nəticə sağda orta dərəcəli, solda isə yünğül dərəcəli. Kapral tunel sindromuna uyğundur. Kranial MR. İnfratentorial:Ponsda mm ölçülü xroniki işemik qliotik ocaqlar Supratentorial: Serebral atrofıya ikincili sulkuslarda və ventikulyar sistemdə passiv delatasiya, hər iki serebral hemisferdə mm ölçülü xroniki işemik qliotik ocaqlar, sağ serebral hemisferdə yarımkəskin işemik insult lehinə subsantimetrlik patoloji ocaq. Kliniki diaqnozlar (əsas): T75.2 Vibrasiya xəstəliyi İİ mər. - G56 Yuxarı ətrafların miofassiti və vegetativ sensor polinevropatiyası, H60 Qayıqvarı sümüklərin enostozu, İİ-İİİ- İVb.d.f.birləşmələrinin sümük çıxıntıları, distal falanqa oynaqlarının artrozu. M51.1 Bel və digər-şöbələrin fəqərəarası disklərinin radikulopatuya ilə zədələnməsi. M42 Bel-oma fəqərələrinin osteoxondrozu. M47.9 L1-L2 fəqərələrinin deformasiyaedici spondilyozu, davamlı kökcük ağrıları ilə. Yanaşı: İ1OHipertoniya xəstəliyi İİ mər. İ67.4 Hipertonik ensefalopatiya. Xroniki hepatoxolesistit. F48.0 Asteno-nevrotik sindrom. Müalicəsi: Siptomatik (daimi həkim nəzarətindədir).

3. ƏƏSMN 7 nömrəli X17 Sosial Ekspert Komissiyasının TSE-01 seriyalı 879578 №-li TSEK-də müayinə aktından çıxarışın kötüyündən görünür ki, İddiaçı İİİ qrup əlildir. Müayinə tarixi xx.xx.2010-cu il, . Əlilliyinin səbəbi: peşə xəstəliyidir. Əmək qabiliyyətinin itirilməsi faizi – 60 %. Əlilliyin müddəti – xx.xx.2011-ci ilə qədər. Növbəti müayinə tarixi – xx.xx.2010. Diaqnoz - Vibrasiya xəstəliyi İİ mər. Yuxarı ətrafların miofassiti və vegetativ sensor polinevropatiyası və s.

4. ƏƏSMN 7 nömrəli X17 Sosial Ekspert Komissiyasının TSE-02 seriyalı 048595 №-li TSEK-də müayinə aktından çıxarışın kötüyündən görünür ki, İddiaçı İİİ qrup əlildir. Müayinə tarixi xx.xx.2011. Əlilliyinin səbəbi: peşə xəstəliyidir. Əmək qabiliyyətinin itirilməsi faizi – 60 %. Əlilliyin müddəti – xx.xx.2012-ci ilə qədər. Növbəti müayinə tarixi – xx.xx.2012. Diaqnoz - Vibrasiya xəstəliyi İİ mər. Yuxarı ətrafların miofassiti və vegetativ sensor polinevropatiyası və s.

5. ƏƏSMN 7 nömrəli X17 Sosial Ekspert Komissiyasının TSE-02 seriyalı 175822 №-li TSEK-də müayinə aktından çıxarışın kötüyündən görünür ki, İddiaçı İİİ qrup əlildir. Müayinə tarixi xx.xx.2012. Əlilliyinin səbəbi: peşə xəstəliyidir. Əmək qabiliyyətinin itirilməsi faizi – 60 %. Əlilliyin müddəti – xx.xx.2013-cü ilə qədər. Növbəti müayinə tarixi – xx.xx.2013. Diaqnoz - Vibrasiya xəstəliyi İİ mər. Yuxarı ətrafların miofassiti və vegetativ sensor polinevropatiyası və s. ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli, xxxxxxx0003 nömrəli elektron çıxarışından görünür ki, İddiaçı xx.xx.2016-cı ildə təkrar müayinədən keçmişdir. Əlillik qrupu: İİİ dərəcə əlillik. Növbəti müayinə tarixi: xx.xx.2021, Əmək qabiliyyətinin itirilməsi: 60%. TSEK-in diaqnozu: Vibrasiya xastəliyi İİ mərhələ. Vegetativ sinir pozulması. Asteno-nevrotik sindrom. Yuxarı ətrafların miofassiti. Əlilliyin müəyyən olunması meyarı: 2.3. Üçüncü dərəcə əlillik => Digər: Vibrasiya xəstəliyi. Əmək zəmanəti barədə: Yüngül işlərdə işləyə bilər.

6. X7 xx.xx.2022-ci il tarixli Onurğa sütununun boyun nahiyyəsinin Tl, T2 - rejimdə MRT müayinəsindən görünür ki, boyun lordozu düzləşmişdir. İntervertebral disklərdə multisəviyyə degenerativ siqnal itkisi qeyd edildi. Vertebra korpus künclərində mm-ik ölçülü osteofitlər qeyd edildi.Atlantoaksial oynaqda degenerativ artroz qeyd edildi.Posterior longitudinal liqament və liqamentum flavium hipertrofikdir.C5 vertebrada C6 üzərindən, C6 vertebrada C7 üzərindən arxaya doğru grade 1 spondilolistezis izlənildi. C5-C6 fəqərəarası disk səviyyəsində öndən və sağ lateraldan subaraxnoidal məsafəni daraldan ~4mm ölçülü sağ paramedian geniş əsaslı diskosteofitik kompleks izlənildi. C6-C7 fəqərəarası disk səviyyəsində öndən və sağ lateraldan subaraxnoidal məsafəni daraldaraq spinal korda kompressiya göstərən "5mm ölçülü mərkəzi-sağ paramedian-foraminal geniş əsaslı disk yırtığı izlənildi. Digər fəqərəarası disklərdə spinal kanala doğru yerdəyişmə aşkarlanmadı. Paravertebral yumşaq toxumularda patologiya aşkarlanmadı. Onurğa beyninin siqnal intensivliyi və morfologiyası normaldır.

7. X7 xx.xx.2022-ci il tarixli onurğa sütununun bel nahiyyəsinin Tl, T2 - rejimdə MRT müayinəsindən görünür ki, bel lordozu artmışdır. İntervertebral disklərdə multisəviyyə degenerativ siqnal azalması qeyd edildi.Vertebra korpus künclərində mm-ik ölçülü osteofitlər izlənildi.L5-S1 disk aralığı daralmış olub,disk aralığına baxan vertebra korpus end platolarında modik tip 2 degenerasiya izlənildi.Lumbar nahiyyədə yer-yer faset oynaq artrozu qeyd ediİdi. L5 vertebra da Sİ üzərindən önə doğru grade 2 spondilolistezis izlənildi. L2-L3 fəqərəarası disk səviyyəsində diffuz sirkulyar qabarma zəmnində öndən epidural məsafəni daraldan ~5.5mm ölçüsündə mərkəzi geniş əsaslı disk yırtığı izlənildi. L4-L5 fəqərəarası disk səviyyəsində öndən epidural məsafəni,hər iki tərəfdə isə fəqərəarası dəliyi inferiordan daraldan ~2.5mm ölçüsündə diffuz sirkulyar qabarma izlənildi. L5-S1 fəqərəarası disk səviyyəsində ~7.5mm ölçüsündə psevdoherniasiya izlənildi. Digər fəqərəarası disklərdə spinal kanala doğru yerdəyişmə aşkarlanmadı. Paravertebral yumşaq toxumularda patologiya aşkarlanmadı. Onurğa beyninin siqnal intensivliyi və morfologiyası normaldır.

8. X7 xx.xx.2022-ci il tarixli baş beyin T1, T2 rejimli multiplanar və diffuzyon ağırlıqlı MRT müayinəsindən görünür ki, infratentorial: ponsda mm-ik ölçülü T2-FLAİR rejimdə hiperintens siqnallı mm-k ölçülü xronik işemik qliotik ocaqlar qeyd edildi. Hər iki serebellar hemisfer, medulla oblongata normal görünümdə olub,siqnal intensivliyi homogendir. İV ventrukul normal genişlikdədir. Bazal sisternalar təbiidir.Hər iki internal akustik kanal genişliyi və 7-8 ci sinir kompleksi normaldır.Hər iki pontoserebellar bucaqlar simmetrikdir. Supratentorial: Serebral atrofiyaya ikincili sulkuslarda və ventrikulyar sistemdə passiv dilatasiya izlənildi. Hər iki serebral hemisferdə əsasən sentrum semiovale səviyyəsində və frontoparietal aylarda subkortikal və periventrikulyar ağ maddədə T2-FLAİR rejimdə hiperintens siqnallı mm-k ölçülü xronik işemik qliotik ocaqlar qeyd edildi. Sağ serebral hemisferdə korpus kallozum quyruğunda diffuzion parlaqlaşması göstərən yarımkəskin mərhələ işemik insult lehinə subsantimetrik patoloji ocaq qeyd edildi. Bazal qanqlionlar və talamuslar normaldır.Korpus kallozum və pineal vəzinin görünümü və siqnal dağılımı təbiidir. Sella genişliyi və hipofiz vəzi normal olaraq dəyərləndirilmişdir.Kavernoz sinus simmetrik olub,siqnal dağılımı homogendir. Hər iki bulbus okuli,okulyar əzələlər,optik sinir və retrobulbar yağ toxuması normal olub,siqnal dağılımı homogendir. Mastoid hüceyrələrin və paranazal sinusların havalanması təbiidir. Kalvarial sümük toxumalarda patoloji dəyişiklik mövcud deyil.

9. Zəfəran Hospitalın xx.xx.2022-ci il tarixli EEQ və EMQ müayinəsindən görünür ki, bu incələmədə iki tərəfli median və ulnar sinirlərinin hissi və hərəki sinir keçiricilik analizi ilə birlikdə F-cavabı analizləri olunmuşdur. Nəticə - Sağ median hissi sinir potensialı alınmamış və hərəki sinir distal latansı uzamışdır. Sol median hissi sinir potensialı aşağı alınmış və hərəki sinir distal latansı uzamışdir. İki tərəfli ulnar hərəki və hissi sinirlər norma daxilindədir. Yekun - bu incələmədə əldə edilən nəticə sağda orta dərəcəli solda isə yüngül dərəcəli Karpal tunel sindromuna uyğundur.

10. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin **********9 nömrəli, xx.xx.2022-ci il tarixli iddiaçıya ünvanlanmış məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, o, xx.xx.2022-ci il tarixində Agentlikdə əyani müayinəyə cəlb olunmuşdur. Təqdim edilən tibbi sənədlər və müayinənin nəticəsi olaraq barəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Tam reabilitasiya olması” barədə qərar qəbul edilmişdir. Qoşma kimi əlavə edilmiş “qiymətləndirmə üzrə məlumat”dan elektron çıxarışdan görünür ki, İddiaçı əlilliyin təyin edilməsindən imtina edilib. Səbəb: Əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: İxtisaslaşmış müayinə və müalicəyə ehtiyacı var. Forma 88 nömrəsi: M00009154ZQK, Qiymətləndirmə tarixi: xx.xx.2022.

11. Bakı 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 008200AAEXG nömrəli göndərişi (Forma 88) ilə (göndəriş üçün əsas: əlilliy müddətinin qurtarması-yenidən baxmaq) iddiaçının əlilliyi qiymətləndirilmiş və qiymətləndirmə nəticəsində əlavə müalicəyə ehtiyacı olması-Səbəb: ixtisaslaşmış müalicə və müayinəni davam etdirmək” səbəbi ilə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir.

12. Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli, M00009154ZQK nömrəli göndərişi (Forma 88) ilə (göndəriş üçün əsas: əlilliyin təkrar müayinə edilmə müddətinin qurtarması) iddiaçının əlilliyi qiymətləndirilmiş və qiymətləndirmə nəticəsində Tam reabilitasiya olması – Səbəb: hazırda əlil hesab edilməməsi barədə qərar qəbul edilməsi” səbəbi ilə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir.

13. ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müxtəlif səbəblərdən müraciət etmiş 7 nəfər vətəndaş Tibbi- Sosial Ekspertiza və X3-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) tərəfindən xx.xx.2022-cı il tarixdə əyani müayinə edilərək. əlillik vəziyyəti qiymətləndirilmiş və aşağıdakılar müəyyən edilmişdir. Bakı şəhər sakini xx.xx.1962-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti Bakı Baş Səhiyyə İdarəsinin M00009154ZQK nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. İddiaçı xx.xx.2015-cı ıl tarixdə tibbi-sosial ekspert komissiyasında təkrar müayinə edilmiş və bir il müddətinə peşə xəstəliyi səbəbi ilə üçüncü dərəcə əlillik və 60% (altmış faiz) əmək qabiliyyətinin itirilməsi təyin edilmişdir. Nazirlər Kabinetinin 30 dekabr 2015- ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nın 6.1. bəndinə müvafiq olaraq xx.xx.2015-ci il tarixdə şəxsin üçüncü dərəcə əlilliyi onun iştirakı olmadan Əlillik Altsistemi tərəfindən beş il müddətinə uzadılmışdır. xx.xx.2022-cı ıl tarixli imtina qərarından narazı olan şəxs Agentlikdə qəbulda olmuş və əlillik səbəbi “peşə xəstəliyi” olduğundan komissiya tərəfindən müayinə edilir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı normal bədən quruluşludur. Kəllə beyin sinirləri hövzəsində ocaqlı dəyişiklər müəyyən edilmir. Vətər və sümüküstü reflekslər D=S, canlıdır. İflic və parez əlamətləri aşkar edilmir. Paravertebral nöqtələr ağrılıdır. Hər iki aşağı və yuxarı ətraflarda əzələ tonusu normaldır, atrofıya qeyd edilmir. Nəticədə şəxsdə Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları’na müvafiq olaraq OFP-a faizinin(əlilliyin) təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən “tam reabilitasiya” - əlil hesab edilməməsi barədə qarar qəbul edilmişdir.

14. Bakı Baş Səhiyyə İdarəsinin M00009154ZQK nömrəli, xx.xx.2022-ci il tarixli göndəriş – forma 88-dən görünür ki, xx.xx.1994-cü ildən xroniki-orta ağır “vibrasiyanın təsiri” xəstəsidir. Əsas diaqnoz – T75.2 – Vibrasiya təsiri, vibrasiya xəstəliyi İİ mərhələ, ağırlaşma – G62 – digər polinevropatiyalar, yuxarı ətrafların miofasiti və vegetativ sessor polineyropatiyası, ağırlaşma – M19 – digər artrozlar, hər iki qayıqvari sümüklərin artrozu. İİ, İİİ, İV b.d falanqa birləşmələrinin bizvari çıxıntıları, distal falanqa oynaqlarının artrozu. Ağırlaşma – M50.1- Boyun şöbəsinin fəqərəarası disklərinin redikulopatiya ilə zədələnməsi, Bel fərəqələrinin osteoxondrozu və deformasiya edici spondilyozu fonunda davamlı kükçük ağrıları ilə gedən tez-tez təsadlaşan xroniki bel ona radikulopatiyası, Yanaşı xəstəliklər – İ10 –essensial hipertenziya, Hipertoniya xəstəliyi İİ dərəcə, Qabarıq asteno-nevrotik sindrom, - İ25.6- miokardın simptomsuz işemiyası, ÜİX. Gərginlik stenokardiyası, L31.2 – Xroniki faringit, İİ dərəcə, K26 – Onikibarmaq bağırsağın xorası, 12 b-nın xora xəstəliyi.

15. Məhkəmənin xx.xx.2023-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X8 ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X8” PHŞ –in rəyində göstərilmişdir ki, Q.M. Qədimovun tibbi sənədlərinə əsasən o, 16.11-xx.xx.2022-ci il tarixlərdə V.Y.Axundov adına X2 İnstitutu” PHŞ-də müayinə və müalicədə olduğu “T75.2- Vibrasiya xəstəliyi İİ mər.-G56- Yuxarı ətrafların miofassiti və vegetativ sensor polineyropatiyası, H60-Qayıqvari sümüklərin enostozu, İİ, İİİ, İV barmaqların daraq falanqa birləşmələrinin bizvari çıxıntıları, distal falanqa birləşmələrinin bizvari çıxıntıları, distal falanqa oynaqlarının artrozu. M51.1-Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi. M42-Bel-oma fəqərələrinin osteoxondrozu. M47.9,L1-L2 fəqərələrinin deformasiyaedici spondilyozu, davamlı kökcük ağrıları ilə. Yanaşı: İ10- Hipertoniya xəstəliyi İİ mər. İ67.4-Hipertonik ensefalopatiya. Xroniki hepatoxolisistit. F48.0- Astenonevrotik sindrom” xəstəliklərdən hazırda əziyyət çəkir.

16. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/2-28928/2023 nömrəli, xx.xx.2023-cü il tarixli “vətəndaşın əyani müayinə olunması haqqında” məktubundan görünür ki, İddiaçı əiillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin M00009154ZQK nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən ağırlaşmalar və patofunksionai pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci ii tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixli, 2-1(112)- 6359/2023 nömrəli qərardada uyğun olaraq vətəndaş əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2023-cü il tarixində yenidən Agentlikdə əyani müayinə olunmuşdur. Müayinə nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq tam reabilitasiya olması barədə qərar qüvvədə saxlanılmışdır.

17. Məktuba qoşma kimi əlavə edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xəstənin hazırkı obyektiv müayinəsi zamanı nevroloji statusunda Kəllə beyin sinirləri tərəfindən əlillik təyinatına əsas verən hər hansı mikroocaqlı simptomatika aşkar edilməmiş, yuxarı və aşağı ətraflarında əzələ tonusu normal olmuş, vətər-sümüküstü reflekslər D=S orta canlı çağrılmış, əzələ gücü bütün ətraflarda 5/5 bal kimi qiymətləndirilmiş, parez, iflic aşkar edilməmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən Tibbi sosial ekspert komissiyası tərəfindən əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntu aşkar edilmədiyindən xx.xx.2022-ci il tarixli **********1 nömrəli qərara əsasən təyin edilmiş “Tam reabilitasiya olunması”na dair qərar qüvvədə saxlanılmışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

18. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona 3-cü qrup əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və ona 2021-ci ilin noyabr ayından 2023-cü ilin yanvar ayına kimi 55 manat, 2023-cü ilin yanvarından isə ömürlük olaraq 180 manat ödənişin verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

19. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2022-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir.

20. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, «Bakıelektrotökmə» zavodunda uzun müddət cilalayıcı işlənmiş, 1994-cü ildə peşə xəstəliyinə tutulmuş mənə 3-cü qrup əlillik təyin edilmiş və «Bakıelektrotökmə» zavodundan əmək haqqımın 60% məbləğində ona ödəniş edilmişdir. Sonradan həmin ödənişin 30 manatını qeyd etdiyi zavod, 55 manatını isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nizami rayon Şöbəsindən verilməyə başlamışdır. 2020-ci ilin noyabrından isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nizami rayon Şöbəsi ödənişi dayandırdı və ona təkrar müayinə üçün Sumqayıtda yerləşən AR İcbari Tibbi Sığorta üzrə X13 Ərazi Bölmələrinin İdarəetmə Birliyi V.Y.Axundov adına X4 İnistutu publik hüquqi şəxsə göndərmiş və o, həmin müəssisədə mülicə almağa başlamışdır. 28 ildir ki, qeyd etdiyi xəstəxanada müalicə alır, lakin sağalmır və aldığı peşə xəstəliyi nəticəsində onda bir çox yeni xəstəliklər yaranmış, buna görə xəstəliyi ildən-ilə ağırlaşır, ağrıları artır. Xəstəliyi ilə əlaqədar qeyd etdiyi Xəstəxananın tibbi sənədlərində çox ətraflı məlumatlar qeyd edilmişdir. Xəstəxanada müalicə aldıqdan sonra cavabdeh təşkilata müraciət edərək, əlilliyinin bərpa olunmasını xahiş etmiş, lakin cavabdeh təşkilat tərəfindən ona bildirilmişdir ki, yeni qərarla ona əlillik düşmür. Hesab edir ki, ona əlilik təyin olunarkən həmin zaman qüvvədə olan qanunvericilik tətbiq edilməli və onun əlilliyi bərpa edilmədi idi. Əlavə olaraq, «Bakıelektrotökmə» zavodunda birlikdə işlədiyi 27 nəfər şəxsin əlillikləri ömürlük bərpa edilmişdir. Bundan sonra o, əlilliyinin bərpa olunması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, ərizəsi cavabdeh təşkilata göndərilmiş və cavabdeh təşkilatın ona ünvanladığı xx.xx.2022-ci il tarixli cavabda aşağıdakılar qeyd edilmişdir: «Əlillik vəziyyətinizin qiymətləndirilməsi barədə müraciətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra-Agentlik) baxılmışdır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, Siz xx.xx.2022-ci il tarixində Agentlikdə əyani müayinəyə cəlb olunmuşdur. Təqdim edilən tibbi sənədlər və müayinənin nəticəsi olaraq barəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qəran ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları»na müvafiq olaraq "Tam reabilitasiya olması" barədə qərar qəbul edilmişdir. O, 28 ildir ki, 3-cü qrup əlildir, 25 il hər il müayinədən keçmiş və 3-cü qrup əlilliyi təsdiq edilmişdir. Sonuncu dəfə isə xx.xx.2016-cı ildə müayinədən keçmiş və növbəti müayinə müddəti xx.xx.2021-ci ilə təyin edilmiş, lakin xx.xx.2021-ci ildən ona müayinə edilmiş və 3-cü qrup əlilliyi təsdiq edilməmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən o, əgər 15 il müayinələrdən keçmişsə və onun həmin müayinələrdə 3- cü qrup əlilliyi təsdiq edilmişsə növbəti illərdə müayinədən keçməməlidir. Ona ömürlük 3- cü qrup əlillik təyin edilməlidir. Cavabdeh təşkilatın cavabı xx.xx.2022-ci ildə poçta çatmış və xx.xx.2023-cü ildə ona təhvil verilmişdir.

21. Cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyəti Bakı 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Peşə xəstəliyi; “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T66-T78 - Xarici səbəblərin təsirinin digər və dəqiqləşdirilməmiş effektləri => T75 - Digər xarici səbəbi..., Diaqnozun mətni: Vibrasiya xəstəliyi İİ mərhələ. Vegetativ sinir sisteminin pozulması. Asteno-nevrotik sindrom. Yuxarı ətrafların miofassiti., Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Vibrasiya xəstəliyi” səbəbi ilə 1 illik əlillik dərəcəsi təyin edilmişdir. Daha sonra elektron təyinatla xx.xx.2016- cı il tarixli göndəriş əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T66-T78 - Xarici səbəblərin təsirinin digər və dəqiqləşdirilməmiş effektləri => T75 - Digər xarici səbəbi..., Diaqnozun mətni: Vibrasiya xəstəliyi İİ mərhələ. Vegetativ sinir sisteminin pozulması. Asteno-nevrotik sindrom. Yuxarı ətrafların miofassiti., Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Vibrasiya xəstəliyi.” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Həmin xəstəxananın xx.xx.2021-ci ildə sözügedən xəstəxananın göndərişi əsasında baxılmış və X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M15-M19 - Artrozlar => M19 – Digər artozlar => M19 0 – Digər oynaqların birinci artozu. Diaqnozun mətni: Boyun şöbəsinin deformasiya edici spondilyozu fonunda davamlı kökçük ağrıları ilə gedən tez-tez fəsadlaşan xroniki bel-oma radikulopatiyası, Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış müalicə və müayinəni davam etdirməli.” səbəbi ilə imtina verilmişdir. Daha sonra Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Vibrasiyanın təsiri, Vibrasiya xəstəliyi İİ mərhələ Digər artrozlar, hər iki qayıqvari sümüklərin atrozu, İİ, İİİ, İV b.d falanqa birləşmələrinin bizvari çıxıntıları, distal falanqa oynaqlarının artrozu., Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb: Hazırda əlil hesab edilməməsi barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Həmçinin sonuncu göndəriş əsasında vətəndaş əyani müayinəyə dəvət olunmuş və barəsində Tam reabilitasiya olması barədə qərar qəbul olunmuşdur. Beləliklə, həm elektron qiymətləndirmənin, həm əyani müayinənin nəticəsində vətəndaşa əlillik təyinatının aparılması mümkün olmamışdır. Məlumat üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlan”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.

22. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-778/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.

23. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, tibbi reabilitasiya anlayışına nəzərə yetirsək aydın olur ki, tibbi reabilitasiya xəstəlik və ya zədə nəticəsində pozulmuş və ya tamamilə itirilən insan orqanizminin normal psixi və fizioloji funksiyalarının (ehtiyaclarının) maksimum mümkün bərpasına və ya kompensasiyasına yönəlmiş tibbi, pedaqoji, psixoloji və digər növ tədbirlər kompleksidir. (Ehtiyac nümunələri: sağlam olmaq, fiziki fəaliyyət, hərəkət azadlığı, fəaliyyət müstəqilliyi, insanlarla ünsiyyət, lazımi məlumatları əldə etmək, iş və digər fəaliyyətlər vasitəsilə özünü həyata keçirmək) Yəni faktiki olaraq tibbi reabilitasiya itirilmiş funksiyaların bərpası deməkdir. 18. Məhkəmə diqqətə çatdırmağı zəruri hesab edir ki, hər nə qədər cavabdeh iddiaçıya əlilliyin təyinatına əsas olan xəstəlik üzrə patoloji dəyişikliyin olmadığına və ağırlaşma hallarının müəyyən olunmadığına istinad etsə də, o, iddiaçıda həmin xəstəliyin hal-hazırda davam etməsini nəzərə almamış və “tam reabilitasiya” anlayışını səhv təhrif edərək ona əlilliyin təyinindən imtina etmişdir. 19. Halbuki, həmin xəstəliyin iddiaçıda davam etməsi forma 088 arayışı ilə yanaşı həmçinin məhkəmə tibbi ekspertizasının rəyi ilə də təsdiq olunmuşdur.

24. cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 778/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

a) Apellyasiya şikayətinin dəlilləri

25. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmaqla onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən sırf ekspert rəyində vətəndaşın qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurqulamısdır. Halbuki diaqnozun mövcudluğu hələ əlillik təyinatına əsas vermir, belə ki, həmin diaqnoz əsasında ağırlaşmalar olmadığı təqdirdə səxsə əlillik təyin edilmir. Sözügedən hal vətəndaşın əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Əlavə olaraq ekspertin müvafiq rəyində həmin pozuntuların iddiaçıda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na uyğun əlilliyin təyin edilməsinin mümkün olmaması bildirilsə də məhkəmə bu halı qəbul etməyərək əsaslandırmasına hüquqa zidd aparmışdr. Həmçinin bildirmək istəyirik ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanası əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin bildirmək istəyirik ki, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X5-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Xəstənin hazırkı obyektiv müayinəsi zamanı nevroloji statusunda Kəllə beyin sinirləri tərəfindən əlillik təyinatına əsas verən hər hansı mikroocaqlı simptomatika aşkar edilməmiş, yuxarı və aşağı ətraflarında əzələ tonusu normal olmuş, vətər- sümüküstü reflekslər D=S orta canlı çağrılmış, əzələ gücü bütün ətraflarda 5/5 bal kimi qiymətləndirilmiş, parez, iflic aşkar edilməmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən Tibbi sosial ekspert komissiyası tərəfindən əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntu aşkar edilmədiyindənxx.xx.2022-ci il tarixli **********1 nömrəli qərara əsasən təyin edilmiş “Tam reabilitasiya olunması”na dair qərar qüvvədə saxlanılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Prosses iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

29. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. (2022-ci il iyulun 1-dək olan redaksiya) 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər.... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ...6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

30. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”:

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır:... 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1-ci bəndinə əsasən əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir.

Həmin Meyarların 2.1-ci bəndinə əsasən insanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. Həmin Meyarların 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Həmin Meyarların 3.2-ci bəndinə əsasən xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Həmin Meyarların 6.8-ci bəndinə əsasən digər polinevropatiyalar, 13.5.1-ci bəndinə isə boyun şöbəsinin fəqərəarası disklərinin zədələnməsi orqanizmin funksiyalarının davamlı pozulmasına səbəb olan, yəni əlillik təyin edilməsinə əsas olan xəstəliklər kimi göstərilmişlər.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”:

1. Ümumi müddəalar 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosialekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlarəsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

34. “İnzibati icraat haqqında” Qanunun:

2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 25.2. Qanunla başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati icraatla bağlı məlumatlar başqa şəxslərə yalnız maraqlı şəxslərin razılığı əsasında verilə bilər. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nailolduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməkləinzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsindəbilmədiyi halda.

35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

37. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

38. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

39. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə dair etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

42. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

43. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

44. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırkı iddiasında ona əlillik dərəcəsi təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsini xahiş edir. Bununla bağlı müraciəti cavabdeh qurum tərəfindən təmin edilməmişdir.

45. İşin hallarından görünür ki, ddiaçıya təyin olunmuş üçüncü dərəcəli əlillik məhz onda aşkar olunmuş “Vibrasiya xastəliyi İİ mərhələ. Vegetativ sinir pozulması. Astenonevrotik sindrom. Yuxarı ətrafların miofassiti.” diaqnoz əsasında təyin olunmuşdur. Nəzərə alınmalıdır ki, ilkin əlilliyin təyinatına əsas olan bu xəstəliyin halhazırda iddiaçıda olması barədə tibb müəssisəsi tərəfindən forma 088 arayışı tərtib olunmuş və əlilliyin qiymətləndirilməsi məqsədilə aidiyyəti üzrə cavabdeh orqana göndərilmişdir. Lakin cavabdeh iddiaçının canlı müayinəsini apararkən onun normal bədən quruluşu olduğuna, kəllə beyin sinirləri hövzəsində ocaqlı dəyişiklər müəyyən edilmədiyinə, vətər və sümüküstü reflekslərin D=S, canlı olmağına, iflic və parez əlamətlərin aşkar edilmədiyinə, hər iki aşağı və yuxarı ətraflarda əzələ tonusunun normal olduğuna və atrofıya qeyd edilmədiyinə istinad edərək onun tam reabilitasiya olması barədə nəticəyə gəlmişdir.

46. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6359/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə tibbi ekspertizasının təyin edilməsi barədə qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11 publik hüquqi şəxsi tərəfindən T295/2023 nömrəli ekspert rəyi təqdim edilmişdir. Təqdim edilmiş ekspert rəyində qeyd edilmişdir ki, Q.M. Qədimovun tibbi sənədlərinə əsasən o, 16.11-xx.xx.2022-ci il tarixlərdə V.Y.Axundov adına X2 İnstitutu” PHŞ-də müayinə və müalicədə olduğu “T75.2- Vibrasiya xəstəliyi İİ mər.-G56- Yuxarı ətrafların miofassiti və vegetativ sensor polineyropatiyası, H60-Qayıqvari sümüklərin enostozu, İİ, İİİ, İV barmaqların daraq falanqa birləşmələrinin bizvari çıxıntıları, distal falanqa birləşmələrinin bizvari çıxıntıları, distal falanqa oynaqlarının artrozu. M51.1-Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi. M42-Bel-oma fəqərələrinin osteoxondrozu. M47.9,L1-L2 fəqərələrinin deformasiyaedici spondilyozu, davamlı kökcük ağrıları ilə. Yanaşı: İ10-Hipertoniya xəstəliyi İİ mər. İ67.4-Hipertonik ensefalopatiya. Xroniki hepatoxolisistit. F48.0-Astenonevrotik sindrom” xəstəliklərdən hazırda əziyyət çəkir.

47. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6359/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının əlilliyinin əyani müayinəyə əsasən yenidən qiymətləndirilməsi Agentliyə həvalə edilmişdir. Qərardadın icrası ilə əlaqədar olaraq cavabdeh tərəfindən 3- 17-4/2-28928/2023 nömrəli, xx.xx.2023-cü il tarixli “vətəndaşın əyani müayinə olunması haqqında” məktubundan görünür ki, İddiaçı əiillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin M00009154ZQK nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən ağırlaşmalar və patofunksionai pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci ii tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixli, 2-1(112)-6359/2023 nömrəli qərardada uyğun olaraq vətəndaş əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2023-cü il tarixində yenidən Agentlikdə əyani müayinə olunmuşdur. Müayinə nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq tam reabilitasiya olması barədə qərar qüvvədə saxlanılmışdır.

48. Məktuba qoşma kimi əlavə edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xəstənin hazırkı obyektiv müayinəsi zamanı nevroloji statusunda Kəllə beyin sinirləri tərəfindən əlillik təyinatına əsas verən hər hansı mikroocaqlı simptomatika aşkar edilməmiş, yuxarı və aşağı ətraflarında əzələ tonusu normal olmuş, vətər-sümüküstü reflekslər D=S orta canlı çağrılmış, əzələ gücü bütün ətraflarda 5/5 bal kimi qiymətləndirilmiş, parez, iflic aşkar edilməmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən Tibbi sosial ekspert komissiyası tərəfindən əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntu aşkar edilmədiyindən xx.xx.2022-ci il tarixli **********1 nömrəli qərara əsasən təyin edilmiş “Tam reabilitasiya olunması”na dair qərar qüvvədə saxlanılmışdır.

49. Göründüyü kimi cavabdeh orqan iddiaçıda müəyyən edilmiş diaqnozun əlillik əlaməti təyin etməməsinin əsaslarını sübut edə bilməmişdir. 50.Belə ki, ekspert rəyi ilə təsdiq olunur ki, göndərişdə olan əsas xəstəlik və onun ağırlaşmaları kliniki, laborator və funksional diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Göndərişin göndərildiyi dövrdə qüvvədə olan Əsasnamədə üçüncü dərəcəli əlilliyin təyininə əsas verən xəstəliklər sırasında (XBT-10 kodu əsasında) müəyyən olunmuşdur.

51. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu görünür. Cavabdeh eyni diaqnoz əsasında iddiaçıya ən azından 2016-ci il tarixdən əlillik təyin etməsinə və hal-hazırda ekspert rəyində və forma 88 arayışında qeyd olunan xəstəliyin iddiaçıda olmasına rəğmən, həmin diaqnoz əsasında təkrar əlilliyin müəyyən olunmasından imtina etmişdir.

52. Nəzərə almaq lazımdır ki, iddiaçının hazırkı diaqnozla da müəyyən olunmuş xəstəlikləri də daxil olmaqla, müxtəlif xəstəliklərə görə 30 ilə yaxın, yəni 1994-cü ildən 2022-ci il tarixinədək əlillik statusu olmuşdur.

53. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-144/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında oxşar mövqedən yanaşılmış, qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalı olması göstərilmişdir.

54. Ali Məhkəmənin 2-1(102)-1169/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da qeyd edilmişdir ki, cavabdeh eyni diaqnoz əsasında iddiaçıya 2016-cı il tarixdə 5 il müddətinə əlillik təyin etsə də, həmin diaqnoz əsasında 2021-ci il tarixdə təkrar əlillik təyinindən imtina etmiş və diaqnozun əlillik təyini üçün əsas olmadığını qeyd etmişdir. Halbuki, 2016-cı ildə qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda qeyd edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır. Cavabdeh isə, bunun əksinə olaraq, eyni mühüm faktiki halların mövcudluğu halında fərqli qərar qəbul edərək əlilliyin təyin edilməsindən imtina etmiş, əvvəlki mövqeyindən fərqli qaydada hərəkət etməsinin hüquqi və faktiki əsaslarını göstərə bilməmiş, bununla da iddiaçının əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik aktlarında təsbit olunmuş hüquqlarını pozmuşdur.

55. Digər tərəfdən nəzərə alınmalıdır ki, hətta göndərişin göndərildiyi dövrdə qüvvədə olan Əsasnamədə əsas diaqnoz kimi T75.2 diaqnozu birbaşa öz əksini tapmasaydı belə, ən azından onun ağırlaşması kimi G62, M50.1 diaqnozunda olan xəstəliklər Əsasnamədə öz əksini birbaşa tapmışdır. Xüsusi ilə qeyd olunmalıdır ki, forma 88 arayışında əks olunan xəstəliklərin iddiaçıda olması bilavasitə ekspert rəyindədə öz əksini tapmışdır. Bu hal isə xəstəliyin ağırlaşmasının iddiaçıda aşkar olunduğunu təsdiq edir.

56. Məhkəmə kollegiyası xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, həmin dövrdə qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə əlilliyin təyin olunması üçün tibbi göndərişdə olan xəstəliyin əsas və ya yanaşı xəstəlik və ya ağırlaşma olmasından asılı olmamışdır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nda isə həmin məsələ konkret olaraq öz həllini tapmışdır ki, istər əsas diaqnoz və ağırlaşmalar nəzərə alınmaqla əlilliyin təyini mexanizmi müəyyənləşdirilmişdir. Lakin, xüsusi olaraq qeyd edilir ki, iddiaçıya əlilliyin təyinatından imtina verilərkən qüvvədə olan qanunvericilikdə də ağırlaşmanın nəzərə alınmamalı olmaması, məhz əsas diaqnozla əlilliyin təyin edilməsi barədə xüsusi norma mövcud deyil.

57. Göstərilən bütün halları nəzərə aldıqda, iddiaçıda olan xəstəliklər ona əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Başqa sözlə desək, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir.

58. Həmçinin, cavabdeh inzibati orqan iddiaçıya əlillik təyin edildiyi halda sonradan onun barəsində əyani müayinə nəticəsinə əsaslanaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul etmişdir.

59. Cavabdeh inzibati orqan apellyasiya şikayətinin dəlili kimi qeyd etmişdir ki, göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

60. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

61. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur

62. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

63. Bu mənada apellyasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.

64. Odur ki, yuxarıda qeyd olunanlar baxımından cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.

65. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.

66. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-778/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-778/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar