Məhkəmə qərarları › İş №2-1(103)-4069/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4069/2024

28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4069/2024 28.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyinat tarixinin dəyişdirilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12498/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin onun barəsində əlilliyin müəyyən edilməsi qərarının dəyişdirilib, əlillik səbəbinin dəyişdirilməsi, əlilliyin təkrar qiymətləndirilməsi nəzərə alınmaqla ötürülmüş müddət də daxil olmaqla, yəni xx.xx.2021-ci il tarixdən əlilliyi olan şəxs hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...2012-ci il tarixdən İİ qrup əlil kimi pensiya təyin edilmiş və qeyd olunan pensiyanı 2021-ci ilin iyul ayına kimi almışdır. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra əlillik vəziyyəti X2 0120003AAGK6 və 0120003AAGU9 nömrəli göndərişləri əsasında müvafiq olaraq xx.xx.2021 və xx.xx.2022-ci il tarixlərində elektron qiymətləndirilmiş və müayinələr yetərli olmadığından, KT müayinəsi məsləhət görüldüyündən və əsas xəstəliyin səbəb əlaqəsi düzgün seçilmədiyindən, hər iki halda natamam doldurulması səbəbindən göndərişlər dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. xx.xx.2022-ci il tarixində elektron qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə əlillik vəziyyəti X2 M00Q59887XVD nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində elektron qiymətləndirilmiş və əsas xəstəliyin səbəb əlaqəsi düzgün seçilmədiyindən, həmçinin Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə" alisislemində şəxsə aid məlumat tapılmadığından, natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Bundan sonra, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmiş və Agentlikdən hansı lazımi sənədlərin müraciətinə əlavə etməli olduğunu öyrənmiş uzun sürən müraciətlərdən sonra sonuncu dəfə ona 27.01,2024-cü il tarixdə İİ dərəcəli əlillik təyin edilmiş və həmin əlillik təyin olunduqdan sonra ona təyin edilmiş əlilliyin müddəti bitdikdən sonra deyil, sonuncu təyin edildiyi vaxtdan hesablanması məlum olmuşdur. Bununla bağlı, 07 mart 2024-cii il tarixdə cavabdehin ona ünvanladığı məktubda imtinanın səbəbi açıqlanmamış, Azərbavcan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına" uyğun olaraq xx.xx.2024-cii il tarixdə ümumi xəstəlik səbəbindən iki il müddətinə orqanizmin funksiyalarının 65 faiz pozulmasına görə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilməsi qeyd edilmişdir. Hesab edir ki, onun özündən asılı olmayan səbəbdən, yəni KT müayinəsindən keçmədiyi və 88 saylı blank natamam doldurulması səbəbindən əlilliyin təyin edilməsindən imtina edildiyi üçün hesab edir ki, ona təyin edilmiş əlillik yenidən təyin edilmiş əlillik kimi deyil, əlilliyin təkrar qiymətləndirilməsi kimi müəyyən olunmalı və əlilliyinin səbəbi dəqiq müəyyənləşdirilməlidir...” Daha sonra, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12498/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia müddətinin bərpa edilərək iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir (Apellyasiya şikayəti İPM-in 85ci maddəsinin tələbələrinə uyğun venilmiş, apellyasiya mümkündür). Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmənin iddianı mümkünsüz saymasının iki əsası müəyyən edilərək, birinci əsas kimi xx.xx.2024-cü il tarixdə əlilliyin təyin edilmə tarixindən 7 ay keçməsi, habelə, əvvəlki əlilliyin təyin edilməsi ilə bağlı imtinaların mübahisələndirilməməsi qeyd edilmişdir. İPM-in 22.1, 23.1 və 23.2-ci maddələrindən görünür ki, şikayət verilmə müddətinin axımı şəxsə pensiya təyin edilmə vaxtından deyil, onun müraciəti ilə bağlı qəbul edilmiş aktın təqdim edilməsi anından başlanır. İddiaçı isə inzibati orqana 07 mart 2024-cü il tarixdə müraciət etmiş və həmin tarixdən sonra ona cavab məktubu verilmişdir. Bundan başqa, mübahisələndirilən aktlarda iddiaçının hansı müddətə və hara şikayət verə biləcəyi də qeyd edilməmiş, Qanunun tələbindən də göründüyü kimi hətta məhkəmə aktında şikayət verilmə müddətinin qeyd olunmaması həmin aktın təqdim edildiyi gündən 1 il müddətində şikayət verilməsinə imkan verir. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddianın məzmunundan göründüyü kimi iddiaçı əlilliyin təyin edilməsindən imtina edilməsi barədə cavabdehin bütün aktlarını mübahisələndirmiş, bununla belə, iddia ərizəsini natamam hesab edən məhkəmənin iddiaçıya hüquqi yardım etmək vəzifəsi olmasına baxmayaraq belə yardım göstərməmiş və nəticədə əsassız olaraq iddianı mümkünsüz hesab etmişdir. Qeyd olunanlara əsasən məhkəmənin iddianı mümkünsüz sayması barədə qərardadı əsassız olduğundan ləğv edilməlidir." Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə razılamayaraq bildirmişdir ki, iddiaçıya 2021-ci ildə birinci tibbi göndərişə əsasən əlillik təyin olunmasından imtina olunmuş, 2022-ci ildə ikinci göstərişdən sonra imtina verilmiş, üçüncü göndərişdən sonra yalnız ona əlillik təyinatı aparılmış, lakin bütün hallarda o, iddia müddətini buraxmış, yəni nə birinci, nə də ikinci imtinanı mübahisəlndirmiş, üçüncü əlillik təyinatı barədə qərardan belə 7 ay keçdikdən sonra, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, qərardadın qüvvədə saxlanılmasını məhkəmədən xahiş edir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesaba gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materialları ilə xronoloji ardıcıllıqla müəyyən olunan hallar aşağıdakılardan ibarətdir: - iddiaçının əlillik vəziyyəti ilk dəfə xx.xx.2014-cü il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbilə bir il müddətinə (xx.xx.2015-ci il tarixinədək) ikinci dərəcə əlillik təyinatı aparılmış; -növbəti dəfə xx.xx.2015-ci il tarixində qiymətləndirmə aparılmış və ümumi xəstəlik səbəbilə bir il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmiş; -xx.xx.2016-cı il tarixində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci il tarixinədək) avtomatlaşdırılmış qaydada onun ikinci dərəcə əlilliyi uzadılmış; -həmin əillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra, X4 tərəfindən rəsmiləşdirilmiş 0120003AAGK6 və 0120003AAGU9 nömrəli göndərişlər əsasında əlillik vəziyyəti müvafiq olaraq xx.xx.2021-ci və xx.xx.2022-ci il tarixlərində elektron qiymətləndirilmiş və hər iki halda natamam doldurulması səbəbilə göndərişlər dövlət tibb müəssisəsinə geri qaytarılmış; -daha sonra, onun əlillik vəziyyəti X2 A00039678PJV nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixində elektron qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə imtina qərarı qəbul edilmiş; -sonrakı dövrdə onun əlillik vəziyyəti X2 M00059887XVD nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində elektron qiymətləndirilmiş və əsas xəstəliyin səbəb əlaqəsi düzgün seçilmədiyindən, həmçinin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemində şəxsə aid məlumat tapılmadığından, natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmış; -sonuncu dəfə iddiaçının müraciəti əsasında 02 nömrəli Tibbi-sosial ekspert komissiyasının ekspert-həkimləri tərəfindən əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, xx.xx.2024-cü il tarixindən ümumi xəstəlik səbəb ilə 2 il müddətinə (xx.xx.2026-cı il tarixinədək) orqanizmin funksiyalarının 65 faiz pozulması barədə qərar qəbul edilmişdir. Konkret halda, iddiaçının “əlilliyin təyinat tarixinin dəyişdirilməsi haqqında” hazırkı iddia ərizəsində isə xx.xx.2024-cü il tarixində verilmiş əlillyik tarixinin əvvələ çəkilərək xx.xx.2021-ci il tarixdən əlilliyi olan şəxs hesab edilməsini tələb olunmuşdur. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan, 38.2-ci maddəsinə əsasən isə Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan - 30 gün müddətində iddia qaldırıla bilər. “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsinin tələbinə görə inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin 24.4-cü maddəsi isə nəzərdə tutur ki, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İş materiallarından (TSEK müayinələrindən) isə görünür ki, xx.xx.2021-ci il tarixi iddiaçının 5 illik əlillik müddətinin bitdiyi və növbəti müayinə vaxtının təyin edildiyi xx.xx.2021-ci il tarixindən 4 gün sonrakı günü əks etdirir. TSEK müayinələrinə əsasən müəyyən olunur ki, əslində, tibbi göndəriş üzrə xx.xx.2021-ci il tarixdə qiymətləndirmə aparılaraq “Göndərişin natamam doldurulması” səbəbi ilə imtina qərarı qəbul edilmişdir. Lakin həmin imtina qərarını mübahisələndirməyən iddiaçı 3 ilə yaxın müddət keçdikdən sonra haırkı iddianı qaldırmış və müddətin bərpası barədə ərizə ilə müraciət etmişdir. Halbuki, hazırkı pretmet daxilində istər mübahisələndirmə haqqında, istərsə də məcburetmə haqqında iddia növlərində prosessual qanunvericiliklə müəyyən olunan iddia müddəti 30 gün təşkil edir və müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İşin müəyyən olunan halları isə onu göstərir ki, iddiaçı qanunvericiliklə müəyyən olunan prosessual müddətlər çərçivəsində cavabdehin Tibbi Sosial Ekspert Komisiyasının xx.xx.2021-ci il tarixdə aparılmış növbəti qiymətləndirmənin nəticələrinə dair imtina qərarı ilə razılaşmış, həmin qərarın əsassız olduğunu məcburetmə haqqında iddia vasitəsilə mübahisələndirməmiş və ötürülmüş müddətin barpasını tələb etmişdir ki, belə olan halda həm iddia ərizəsi, həm də müddətin bərpası barədə ərizə üzrə icraat mümkünsüzdür. Beləliklə də işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən işin araşdırılmadığını, işdə olan sədlərə düzgün hüquqi qiymət verilmədiyini, ona hüquqi yardım göstərilmədiyini, maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz əsassız qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-12498/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12498/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar