Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4075/2025 19.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, X2, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı8 və İddiaçı9 Telmar qızının cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, X2, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı8 və İddiaçı9 Telmar qızı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz sayılması, İddiaçı1, İddiaçı2, X1, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı8 və İddiaçı9 Telmar qızının Bakı şəhəri, Sabunçu rayonu, X5 Sahə ev 856 ünvanına qeydiyyata alınma öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2-1(112)-7354/2025 nömrəli, 21 aprel 2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7354/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubu ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7354/2025 nömrəli, 21 aprel 2025-ci il tarixli qərarından İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Lakin işə əlavə edilmiş apellyasiya şikayətinin başqa inzibati işə aid olduğu müəyyən edilmişdir (2-1(112)-2952/2025). Eyni zamanda Elektron Məhkəmə İnformasiya Sisteminə baxıldığı zaman müəyyən edildi ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7354/2025 nömrəli, 21 aprel 2025-ci il tarixli qərarından ümumiyyətlə apellyasiya şikayəti verilməmişdir. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iş apellyasiya baxışından çıxarılmalı və inzibati iş Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 81, 85, 86-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1, İddiaçı2, X2, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı8 və İddiaçı9 Telmar qızının cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati iş apellyasiya baxışından çıxarılsın və Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-4075/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4075/2025
19.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver