Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4077/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunma öhdəliyinin qoyulması” iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8478/2024 saylı, 29 avqust 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Cavabdeh xx.xx.2023-cü il tarixli, 2936/Ş nömrəli əmrinin ləğv edilməsi, İddiaçı işə bərpa olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Cavabdehnə həvalə edilməsi və mediasiya sessiyası üçün ödənilmiş 60 manat xərcin cavabdehdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən ərizədə cavabdeh qismində Azərbaycan Respublikası Cavabdeh nəzərə alınmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2014-cü il tarixli 0124/Ş saylı əmrə əsasən Azərbaycan Respublikası Cavabdeh X4 Xidmətinə işə qəbul olunmuşdur. Bu vəzifədə 13 (on üç) il qüsursuz xidmət göstərmişdir. İddiaçı işlədiyi müddətdə işində heç bir nöqsana yol verməmiş və bu barədə rəhbərliyin heç bir iradı, töhməti və əmri olmamışdır. Ancaq, xx.xx.2023-cü il tarixdə iddiaçının heç bir günahı olmadan və yanlış anlaşılmış hadisə nəticəsində heç bir ciddi araşdırma aparılmadan, xx.xx.2023-cü il tarixdə, 2936/Ş əmrə əsasən iddiaçı və digər iki əməkdaş X1 xaric edilmişdirlər. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən “prosessual müddətin bərpası barədə” ərizədə qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə, 2936/Ş əmrə əsasən iddiaçı və digər iki əməkdaş X1 xaric edilmişdirlər. İddiaçı və digər iki əməkdaş Əmrdən çıxarışı çox gec tarixdə əldə etmişdirlər. İddiaçı əmrdən çıxarış aldıqdan sonra məhkəmə aidiyyatı üzrə Bakı İnzibati Məhkəməsinə deyil, səhvən xx.xx.2024-cü il tarixdə Mediasiya Şurası, Bakı 18 saylı Mediasiya təşkilatına müraciət etmişdir. İddiaçı Bakı 18 saylı Mediasiya təşkilatından xx.xx.2024-cü il tarixdə, MŞB/18/2024-00128 saylı Mediasiya arayışını almışdır. İddiaçı daha sonra yenə də məhkəmə aidiyyatı üzrə Bakı İnzibati Məhkəməsinə deyil, səhvən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı Yasamal Rayon Məhkəməsinin 2(004)-2323/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadının mahiyyətini öyrəndikdən sonra xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Qeyd olunanlara əsasən xx.xx.2023-cü il tarixli, 2936/Ş əmrdən çıxarışdan vaxtında Bakı İnzibati Məhkəməsinə şikayət ərizəsi verilməmişdir. İddiaçı hesab edir ki, prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də məhkəmə tərəfindən MPM-nin 133.1-ci maddəsinə müvafiq olaraq, buraxılmış prosessual müddət bərpa edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8478/2024 saylı, 29 avqust 2024-cü il tarixli qərardadı ilə (hakim G.Sevdimalıyeva) prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməyərək, iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8478/2024 saylı, 29 avqust 2024-cü il tarixli qərardadının ləğv edilməsi, iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə, o cümlədən “prosessual müddətin bərpası barədə” ərizəyə uyğun əsaslandırılmışdır. Tərəflərin iştirakı: Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə iddiaçı və cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8478/2024 saylı, 29 avqust 2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İPM-in; -2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Sözügedən Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddianın verilməsi müddətinə riayət olunmasıdır. Hazırkı iddia mübahisələndirmə haqqında iddia olduğundan bu növ iddiaya iddia müddəti tətbiq olunur. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçı inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş iddianın verilmə müddətini ötürmüşdür. Belə ki, hazırki iş üzrə mübahisələndirilən əmr xx.xx.2023-cü il tarixdə qəbul edildiyi halda iddiaçı Bakı İnzibati Məhkəməsinə xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ünvanlamışdır (iddia ərizəsi xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə çatmışdır). Odur ki, iddiaçı müvafiq əmrin qəbul edilməsindən (xx.xx.2023-cü il tarixindən) təxminən 03 ay 16 gün sonra inzibati məhkəməyə şikayət etmişdir. Bundan başqa, iş materiallarına əlavə olunmuş əmək kitabçasına əsasən İddiaçı xx.xx.2023-cü il tarixdə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 31.2.8-ci, 31.5-ci və 33.1.12-ci maddələrinə əsasən (intizam tənbehi qaydası) X1 xaric edilmişdir. Azərbaycan Respublikasının Cavabdeh xx.xx.2023-cü il tarixli, 2936/ş nömrəli əmrə əsasən vəzifələrinin icrası zamanı kobud pozuntulara görə Nazirliyin X4 Xidmətinin Bakı şəhəri Nərimanov rayon X4 hissəsinin 17 nömrəli Yanğından mühafizə bölməsinin yanğınsöndürmə növbəsi rəisinin köməkçisi, daxili xidmət baş leytenantı X5, bölmənin dispetçeri, daxili xidmət çavuşu İddiaçı, X4 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından mühafizə idarəsinin 52 nömrəli Yanğından mühafizə hissəsinin böyük sürücüsü, daxili xidmət baş çavuşu X6 X1 xaric edilmişdirlər. Bakı 18 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli arayış iş materiallarına əlavə edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-2323/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “işə bərpa və məcburi işburaxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmişdir. xx.xx.2024-cü il tarixli, 31434 nömrəli ödəniş qəbzinə əsasən Azərbaycan Respublikası Hökümət Ödəniş Portalı və ya “Asan Pay” vasitəsilə dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılmışdır. İddiaçı izah edilmişdir ki, hazırki iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilən “prosessual müddətin bərpası barədə” ərizədə qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə, 2936/Ş əmrə əsasən, iddiaçı və digər iki əməkdaş X1 xaric edilmişdirlər. İddiaçı və digər iki əməkdaş əmrdən çıxarışı çox gec tarixdə əldə etmişdirlər. İddiaçı əmrdən çıxarış aldıqdan sonra məhkəmə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə deyil, səhvən xx.xx.2024-cü il tarixdə Mediasiya Şurası, Bakı 18 saylı Mediasiya təşkilatına müraciət etmişdir. İddiaçı Bakı 18 saylı Mediasiya təşkilatından xx.xx.2024-cü il tarixdə, MŞB/18/2024-00128 sayılı Mediasiya arayışını almışdır. İddiaçı daha sonra yenə də məhkəmə aidiyyatı üzrə Bakı İnzibati Məhkəməsinə deyil, səhvən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı Yasamal Rayon Məhkəməsinin 2(004)-2323/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadının mahiyyətini öyrəndikdən sonra xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Qeyd olunanlara əsasən xx.xx.2023-cü il tarixli, 2936/Ş əmrdən çıxarışdan vaxtında Bakı İnzibati Məhkəməsinə şikayət ərizəsi verilməmişdir. İddiaçı hesab etmişdir ki, prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də məhkəmə tərəfindən MPM-nin 133.1-ci maddəsinə müvafiq olaraq, buraxılmış prosessual müddət bərpa edilməlidir. İşin araşdırılan hallarından görünür ki, Bakı 18 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” Arayış xx.xx.2024cü il tarixdə iddiaçıya təqdim edilmişdir (bu hal iddiaçının izahatı ilə də təsdiq edilmişdir). İddiaçı ilkin olaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ünvanlamışdır (iddia ərizəsi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə çatmışdır). İddiaçı “prosessual müddətin bərpası barədə” ərizəsində əvvəlcə mediasiya təşkilatına, daha sonra ümumi məhkəməyə və nəhayət inzibati məhkəməyə müraciət etdiyini və bu səbəbdən də iddia müddətini üzrlü səbəbdən ötürdüyünü qeyd etsə də, bu sadəcə olaraq iddiaçının şəxsi mülahizəsindən ibarətdir. Belə ki, iddiaçı artıq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etdikdə iddia vermək üçün qanunla nəzərdə tutulan 30 gün müddətini ötürmüş və mediasiya arayışını əldə etdikdən 01 ay 16 gün sonra ümumi məhkəməyə müraciət etmişdir. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8478/2024 saylı, 29 avqust 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-4077/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4077/2024
03.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver