Məhkəmə qərarları › İş №2-1(103)-4079/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4079/2025

14.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4079/2025 14.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X5 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, Nümayəndə (İddiaçının hüquqi varisi-oğlu) iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1022/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı ünvan 1 ünvanda yerləşən ev üzərində mülkiyyət hüquqlarının iddiaçının anası mərhum X4 məxsusluğunu təsdiq edən arayışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1022/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı xx.xx.2024-cü ildə ölmüşdür; bu barədə ölüm haqqında akt qeydləri kitabında 2024-cü ilin 12 ayının 17 günündə 1304 nömrəli qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi bildirmişdir ki, İddiaçı adına əmlak mövcud olmadığından vərəsəlik işi açılmamışdır. X1qızı- İddiaçı başqa da vərəsəsi – oğlu- vardır, lakin onun hazırkı məhkəmə prosesi barədə məlumatı yoxdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Bakı İnzibati Məhkəməsinin həmin qərardadından Nümayəndə tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar əsaslandırılmışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Nümayəndə apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında digər tərəf iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən iddiaçı ilə onun oğlu Nümayəndə arasında olan hüquq münasibətlərini nəzərə almamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının məhkəmə icraatının gedişində vəfat etməsi və onun adına notarial qaydada vərəsəlik işinin açılmaması prosessual hüquq varisliyinin mövcud olmaması qənaətinə gəlməyə əsas verir. Kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşmır. Belə ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsini əsas tutaraq, Mülki Prosessual Məcəlləninmüvafiq normaları tətbiq olunmalıdır. Mülki Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Eləcə də MPM-in 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi, mülki prosessual qanunvericilik yalnız hüquq varisliyinin mövcud olmadığı halda iş üzrə icraata xitam verilməsinə yol verir. İş materiallarından görünür ki, hazırda iddiaçı – mərhum İddiaçı oğlu Nümayəndə vəsatətlə Bakıİnzibati Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı hüquqi varisi qismində hazırki işə cəlb olunmasını xahiş etmişdir ki, onun vəsatəti də əsaslı olmasına baxmayaraq, məhkəmə tərəfindən təmin olunmamışdır. İşin hallarına görə mərhum İddiaçı ünvan 2ndə yerləşən 95 nömrəli fərdi yaşayış evinin öz anası X4 məxsusluğunu təsdiq edən arayışın iddiaçıya verilməsini məhkəmədən xahiş etmişdir. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, Mülki Məcəllənin1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları qanun üzrə vərəsəlik zamanı birinci növbə vərəsələrdir. İddiaçı Zuba Vəliyevanın birinci növbə vərəsəsi olduğundan və miras açıldıqdan sonra öldüyündən onun ilkin miras qoyandan pay almaq hüququ uşaqlarına keçir. Bu qayda Mülki Məcəllənin 1252-ci maddəsində bilvasitə qeyd olunmuşdur (irsi transmissiya). Vərəsəlik əmlaka pay hüququ yaratmaqla bərabər, həm də həmin pay üzərində sərəncam hüququ da yaradır. Bura daşınmaz əmlaka dair dövlət reyestrindən çıxarışın alınması üçün müvafiq inzibati orqana və məhkəməyə müraciət etmək, bunun üçün zəruri sənədləri təqdim etmək və s. hüquqlar daxildir. Bundan başqa Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006- 4237/2023 saylı qətnaməsi ilə ərizə təmin edilmiş və ünvan 2 (keçmiş Leytenant Şmidt) küçəsi ünvanında yerləşən 95 nömrəli fərdi yaşayış evinin “Şəxsi mülkiyyət hüququ ilə Ərizəni imzalayan şəxs haqqında məlumat: evlərin texniki inventarizası və qiymətləndirilməsinə aid pasportu” ərizəçi İddiaçı mərhum anası X4 (X3) məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra yuxarıda qeyd olunmuş fərdi yaşayış evi üzərində iddiaçı mərhum anasının adına hüquqmüəyyənedici sənədin əldə edilməsi üçün yenidən DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli bildirişlə yenidən mülkiyyət hüququna dair çıxarışın verilməsindən imtina etmişdir. Bu dəfə imtinaya əsas kimi təqdim edilmiş texniki pasportun nüsxəsinin idarənin arxivində aşkar edilməməsi, idarənin arxiv məlumatlarına əsasən qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evinin tarixsiz olaraq X7 və X9 adına qeydiyyata alınması, texniki pasportda adı qeyd edilən şəxslə əlaqəli sənədin təqdim edilməməsi, elektron kadastr məlumatlarına əsasən ümumi ərazidə tikililər sıx yerləşdiyindən torpaq sahəsinin sərhədlərinin təyin edilməsinin mümkün olmaması və həmçinin texniki pasportun baş planı ilə perimetrik ölçü fərqinin mövcudluğu göstərilmişdir. Göründüyü kimi İddiaçı ünvan 2 (keçmiş Leytenant Şmidt) küçəsi ünvanında yerləşən 95 nömrəli fərdi yaşayış evinə mülkiyyətlə bağlı qanuni gözləntisi olmuşdur və o, hazırkı məhkəmə icraatının gedişi dövründə, yəni daşınmaz əmlaka hüquqlarını realizə etmədən vəfat etmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, bu halda İddiaçı ünvan 2 (keçmiş Leytenant Şmidt) küçəsi ünvanında yerləşən 95 nömrəli fərdi yaşayış evinə mülkiyyətlə bağlı hüquqlarının müdafiəsinin başa çatdırılması üçün onun oğlu Nümayəndə hüquqi varis qismində məhkəmə icraatına cəlb olunmalıdır. Lakin qeyd olunanları məhkəmə nəzərə almayaraq iş üzrə icraata xitam vermişdir ki, bu da prosessual normanın pozulması deməkdir. Beləliklə, məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə Kollegiyası işin faktiki hallarından və yuxarıda istinad edilən hüquq normalarından çıxış edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” ilə bağlı tələblər pozulmuşdur. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil edir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1022/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar