Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-408/2024 09.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinə dair cizginin verilməsi vəzifəsinin qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2892/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı məhkəməyə müraciət edərək Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 avqust 1991-ci il tarixli, 175 № li qərarı ilə Maştağa tərəvəzçilik-südçülük sovxozunun, həmkarlar komitəsinin əmək kollektivi şurasının 20 sentyabr 1991-ci il tarixli, 6 № li birgə qərarı və həmin sovxozun 12 sentyabr 1991-ci il tarixli 66 № li əmrinə əsasən İddiaçı adına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinin yerləşmə cizgisinin çəkilməsi və təsdiqlənərək verilməsi öhdəliyini cavabdehə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Abşeron rayon XDS icraiyyə Komitəsinin 20 sentyabr 1991-ci il tarixli, 195 № li qərarından çıxarşa əsasən Maştağa tərəvəzçilik-südçülük sovxozunun fəhlə və mütəxəssislərinə yaşayış evi tikdirmək üçün Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 avqust 1991-ci il tarixli, 175 № li qərarı ilə Maştağa tərəvəzçilik-südçülük sovxozunun, həmkarlar komitəsinin əmək kollektivi şurasının 10 sentyabr 1991-ci il tarixli, 6 №-li birgə qərarı və həmin sovxozun 12 sentyabr 1991-ci il tarixli 66 № li əmrinə əsasən İddiaçı adına fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. Elə həmin vaxtdan da, torpaq sahəsinin hər tərəfi daş hasarla tikilmişdir. Əmrə əsasən torpaq sahəsi ayrılan zaman, həmin sahənin yerləşmə sxemi - cizgisi tərtib edilərək ona verilməmişdir. İddia ərizəsinə əlavə edilmiş Abşeron rayon Dövlət Arxivinin F-676 № li, xx.xx.2020-ci il tarixli X9 rayon XDS İcraiyyə Komitəsinin 28 avqust 1991-ci il tarixli, 17 № li qərarına əsasən Maştağa tərəvəzçiliksüdçülük sovxozunun fəhlə və mütəxəssislərinə yaşayış evi tikdirmək üçün hər ailəyə 0.12 ha hesabı ilə 60 ailəlik 7.2 ha həyətyanı torpaq fondu, 1.8 ha küçə və yollar üçün, cəmi 9.0 ha torpaq sahəsi ayrılmışdır. Maştağa tərəvəzçilik-südçülük sovxozunda həyətyanı torpağa ehtiyacı olan işçilərin ərizə və digər sənədləri, sovxozun əmək kollektivi şurasının və həmkarlar komitəsinin qərarını nəzərə alaraq, ayrılmış həyətyanı torpaq fondunu 60 ailə arasında paylamış və bu haqda toplanmış sənədləri təsdiq üçün Abşeron RİH-nə təqdim etmişdir. Maştağa tərəvəzçiliksüdçülük sovxozundan aşağıdakı şəxslərə hər birinə 0.12 ha hesabı ilə həyətyanı torpaq ayrılması haqqında Maştağa tərəvəzçilik-südçülük sovxozunun, həmkarlar komitəsinin əmək kollektivi şurasının 10 sentyabr 1991-ci il tarixli, 6 № li birgə qərarı və həmin sovxozun 12 sentyabr 1991-ci il tarixli 66 № li əmri nəzərə alınaraq, İddiaçı - gözətçi - verilmiş torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qeyd edilmişdir. Lakin. Torpaq sahəsininayrıc-aktı-sxemi Abşeron rayon Dövlət Arxivində də olmadığından, həmçinin əvvəllər Abşeron rayonunun ərazisinə daxil olan torpaqların sonradan yerləşdiyi ərazi üzrə, Rayon İcra Hakimiyyətlərinin idarəetməsinə verildiyindən, dəfələrlə aidiyatı orqanlara müraciət etmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı adma fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinin yerləşmə sxeminin hazırlanması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə ərizə ilə müraciət edilmiş və xx.xx.2020-ci il tarixli, **********76 № li cavab məktubu ilə yerləşmə sxeminin hazırlanmasının Xidmətin səlahiyyətlərinə aid olunmamasına görə imtina verilmiş və aidiyyatı üzrə Rayon İcra Hakimiyyətinə müraciət edilməsi tövsiyə edilmişdir. xx.xx.2020-ci il tarixdə eyni tələblə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş və xx.xx.2020-cil tarixli, **********42 № li cavab məktubu ilə yerləşmə cizgisinin verilməsi və razılaşdırılması idarənin səlahiyyətləri xaricində olunmasına görə imtina verilmişdir. xx.xx.2020-ci il tarixdə Abşeron RİH-nə müraciət edərək "Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 avqust 1991-ci il tarixli, 175 № li qərarı ilə Maştağa tərəvəzçiliksüdçülük sovxozunun, həmkarlar komitəsinin əmək kollektivi şurasının 10 sentyabr 1991ci il tarixli, 6 № li birgə qərarı və həmin sovxozun 12 sentyabr 1991-ci il tarixli 66 № li əmrinə əsasən İddiaçı adma fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinin yerləşmə sxeminin hazırlanaraq verilməsi xahiş edilmişdir. Abşeron RİH-nin xx.xx.2022-ci il tarixli, 2619 № li cavab məktubu ilə "yerquruluşu planlarının hazırlanması”nın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətlərinə aid olunması bildirilir. xx.xx.2021-ci il tarixdə İddiaçı adma fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinin yerləşmə sxeminin hazırlanması üçün Sabunçu RİH-nə müraciət olunmuş, xx.xx.2021-ci il tarixli, M- 76/2-091/2 № li cavab məktubu ilə yerləşmə sxeminin tərtibi və təsdiqi ilə Abşeron RİN-nə müraciət etməyi tövsiyə etmişdir. İddiaçı Quliyev X5 rayon XDS İcraiyyə Komitəsinin 28 avqust 1991-ci il tarixli, 175 № li qərarı ilə Maştağa tərəvəzçilik-südçülük sovxozunun, həmkarlar komitəsinin əmək kollektivi şurasının 20 sentyabr 1991-ci il tarixli, 6 № li birgə qərarı və həmin sovxozun 12 sentyabr 1991-ci il tarixli 66 № li əmrinə əsasən İddiaçı adma fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinin yerləşməsinin plan sxeminin çəkilməsini və çəkilmiş plan sxeminin təsdiqlənməsini Abşeron RİH-nə həvalə olunmasına dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2022-ci il tarixli, **********48 № li arayışına əsasən, arxiv və elektron kadastr məlumat bazasında aparılmış araşdırma zamanı qeyd olunan torpaq sahəsi Bakı şəhərinin inzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliyinin artırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 № li Sərəncamı ilə Bakı Şəhəri İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış torpaq sahələrinin sərhədləri daxilində, Sabunçu rayonu, Maştağa qəsəbəsinin inzibati ərazisində yerləşdiyindən İddiaçı iddia ərizəsini geri qaytarmışdır. xx.xx.2022-ci il tarixdə İddiaçı, yenidən Sabunçu RİH-nə M-514-091 saylı ərizə ilə müraciət etmiş, lakin Sabunçu RİH xx.xx.2022-ci il tarixli, M 514-091 № li məktubu ilə yerləşmə sxeminin hazırlanması və təsdiq olunmasından imtina etmişdir. İmtinaya səbəb kimi Abşeron rayon İcra hakimiyyəti və onun tabeçiliyində olmuş qurumlar tətəfindən vətəndaşlara ayrılmış torpaq sahələrinin ayrıc aktları, baş planları və koordinatları Sabunçu RİH-nə təhvil verilməməsini qeyd etmişdir. Öz təşəbbüsü ilə həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını əldə edərək Sabunçu RİH-nə təqdim etsə də, sxem qeyri-rəsmi əldə olunduğundan qəbul olunmadı. Cavabdeh iddiaçının müraciətləri əsasında apardığı icraat zamanı işin yuxarıda olan hallarını nəzərə almamış, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə cavab verən qaydada, lazımi şəkildə araşdırma aparmamış, işin faktiki və hüquqi hallarına düzgün qiymət verməmiş, nəticədə iddiaçının müraciətinə əsassız olaraq imtina cavabı verməklə, iddiaçının qanuni əsaslarla istifadəsində və sahibliyində olan torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2892/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Yaşayış evləri tikintisi üçün torpaq sahəsi ayrılması haqqında (Maştağa tərəvəzçilik-südçülük sovxozunun fəhlə və mütəxəssislərinə həyətyanı torpaq sahəsinin ayrılması haqqında) Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 195 nömrəli qərarına əsasən İddiaçı Sabunçu rayonu, Maştağa qəsəbəsində ayrılmış 1200 kv.m torpaq sahəsinə dair cizginin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Maştağa qəsəbəsində torpaq sahəsi 32 il bundan öncə yəni 1991-ci ildə ayrılmışdır. Torpaq sahəsi ayrılan zaman plan ölçülər həmin torpağı ayıran idarə tərəfindən təqdim edilməli idi. Artıq həmin vaxtdan uzun müddət ötdüyündən və hazırda iddiaçının iddia etdiyi Maştağa qəsəbəsindən yerləşən 1200 kv.m olan torpaq sahəsinin harada yerləşməsi barədə Cavabdehndə məlumat olmadığından həmin torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi mümkün deyil. Qanunvericiliyin tələbindən də açıq aydın görünür ki, torpaq sahəsi vətəndaşa ayrılmamışdan öncə torpaq sahəsinin planı və ölçüsü hazırlanmalı onun sərhədləri naturada müəyyən edilməli idi. Buna baxmayaraq məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd olunan faktları nəzərə almamışdır. Həmçinin iddiaçının iddia etdiyi torpaq sahəsi keçmiş sovxoz ərazisidir. Məhkəmə torpaq sahəsinin konkret olaraq harada yerləşməsi barədə ekspertiza təyin etmədən torpaq sahəsinin kordinatlarını müəyyən etmədən iddia tələbini təmin etmişdir. Nəzərə alınsa ki, məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publilc hüquqi şəxsi 1 saylı Bakı Ərazi Darirəsinə ünvanlanmış sorğuya cavabda qeyd edilmişdir ki, faktiki olaraq göstərilən 811,0 kv.m torpaq sahəsi keçimiş Maştağa Tərəvəzçilik-Südçülük sovxozundan Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmışdır. Burada aydın olur ki, iddiaçı 1200 kv.m torpaq sahəsinə yerləşmə sxeminin verilməsini tələb etsə də faktiki olaraq göstərdiyi torpaq sahəsi 811, kv.m təşkil edir. Belə olan halda uyğunsuzluq yaranır. Tərəflərin izahatları : Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahatında apelyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa cavabdehin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Abşeron rayon XDS icraiyyə Komitəsinin 20 sentyabr 1991-ci il tarixli, 195 № li qərarından çıxarşa əsasən Maştağa tərəvəzçilik-südçülük sovxozunun fəhlə və mütəxəssislərinə yaşayış evi tikdirmək üçün Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 avqust 1991-ci il tarixli, 175 № li qərarı ilə Maştağa tərəvəzçilik-südçülük sovxozunun, həmkarlar komitəsinin əmək kollektivi şurasının 10 sentyabr 1991-ci il tarixli, 6 №-li birgə qərarı və həmin sovxozun 12 sentyabr 1991-ci il tarixli 66 № li əmrinə əsasən İddiaçı adına fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. Lakin torpaq sahəsi naturada iddiaçıya verilsə də, ona ayrılmış torpaq sahəsinin yerləşmə sxemi verilməmişdir. İddiaçı bununla bağlı Cavabdehnə müraciət etsə də, tələbi təmin olunmamışdır. Daha sonra iddiaçı hazırki tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yekunlaşmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərməkdövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) qüvvədə olmuşdur. Həmin Torpaq Məcəlləsinin 14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Həmin Məcəllənin 57-ci maddəsinə əsasən yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il№ 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Hazırki iş üzrə aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, hazırda həmin torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyil. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı 1200 kv.m torpaq sahəsinə yerləşmə sxeminin verilməsini tələb etsə də, faktiki olaraq iddiaçının göstərdiyi torpaq sahəsi 811 kv.m təşkil edir. Cavabdehin qeyd edilən dəlilinə münasibətdə Kollegiya bildirir ki, göstərilən hal iddiaçıya naturada ayrılmış torpaq sahəsinin yerləşmə sxeminin verilməsini məhdudlaşdırmır. Cavabdehin vəzifəsi ayrılmış torpaq sahəsinin faktiki ölçüləri nəzərə alınmaqla sxemin tərtib edilməsindən ibarətdir. Cavabdeh sxemi tərtib edərkən naturada ayrılmış torpaq sahəsinin ölçülərini əsas götürməlidir. Eyni zamanda oxşar iş üzrə iddiaçı X2 Cavabdehnə qarşı “torpaq sahəsinə dair plan cizgi sənədinin verilməsi” tələbinə dair iddiası Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8508/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilmiş, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-547/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Kollegiya tərəfindən həmin qərar qüvvədə saxlanılarkən Bakı İnzibati Məhkəməsinin qərarında göstərilən əsaslarla yanaşı, apellyasiya instansiya məhkəməsində aparılan icraat zamanı təqdim edilən və iş materiallarına əlavə olunan sənədə istinad edilmişdir. Təqdim edilən sənədin məzmunundan görünür ki, torpaq sahəsinə dair cizginin verilməsi ilə bağlı vətəndaşların müraciətinə cavab olaraq, Cavabdeh vətəndaş X3, X18 və X4 məktublar göndərmişdir. Həmin məktubların məzmununa görə X11 ona Cavabdeh başçısının xx.xx.1993-cü il tarixli, 931 saylı sərəncamı, X7 ona Cavabdeh başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 46 nömrəli, 19 noyabr 1993-cü il tarixli qərarı ilə, X1 Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 46 nömrəli, 1993-cü il tarixli qərarı ilə ayrılmış torpaq sahələrinə dair yerləşmə sxeminin tərtib edilməsini xahiş etmiş və cavabdeh tərəfindən yerləşmə sxemləri təsdiq olunaraq vətəndaşlara göndərilmişdir. Qeyd edilənlərdən göründüyü kimi, cavabdeh mövcud inzibati praktikasına uyğun hərəkət etməli olduğu halda, iddiaçıya münasibətdə fərqli inzibati praktika tətbiq etmişdir. Halbuki, İnzibati İcraat Haqqında Qanunun bərabərlik prinsipinə əsasən hamının qanun və inzibati orqan qarşısında bərabər olduğu, etimad hüququnun qorunması prinsipində isə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadının qanunla qorunduğu qeyd edilir. İnzibati İcraat Haqqında Qanunun: Maddə 13.Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırki işdə iddiaçının istədiyi inzibati aktın qəbulundan imtina edən cavabdeh inzibati orqanın həmin inzibati aktın qəbulunu istisna edən halları əsaslandıra bilməməsini nəzərə alaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və onu da nəzərə alır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi yuxarıda göstərilən qaydada olmuşdur (2-1(102)-1359/2023 saylı 05.07.23-cü il tarixli qərar). Birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşarkən, məhkəmə kollegiyası onu da nəzərə alır ki, iddiaçının tələbi onun göstərdiyi hansısa yerə plan sxem sənədinin verilməsi ilə bağlı deyil, onun tələbi müvafiq qərar və əmrlə ona ayrılmış torpaq sahəsinin cizgisinin çəkilib ona verilməsi ilə bağlıdır. Hansı ki, belə cizginin çəkilməsi də qanunla cavabdeh inzibati orqanın vəzifəsinə aid edilmişdir və həmin cizgi məhz torpağın ayrıldığı dövrdə, yəni İH sərəncamı qəbul olunan zaman çəkilib verilməli idi. Belə olan halda torpaqayıran orqan kimi cavabdeh ayırdığı torpağın hansı ərazidə yerləşdiyinə uyğun olan cizginin çəkilib verilməsi öhdəliyini daşıdığından, bu vəzifəni vaxtında icra etməməsi hazırki vəziyyətdə vaxtında çəkilməmiş cizgiyə görə məsuliyyət məsələsinin iddiaçının üzərinə qoyulması üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Bu səbəbdən də cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2892/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-408/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-408/2024
09.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver