Məhkəmə qərarları › İş №2-1(103)-408/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-408/2025

26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-408/2025 26.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3995/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ona xx.xx.2023-cü il tarixdən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ona 60 yaşdan - xx.xx.2020-ci il tarixdən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1960-cı ildə anadan olmuşdur. Ali təhsillidir. xx.xx.1977-ci il tarixdən hazıradək işləyir. 40 ildən artıq olan ümumi əmək stajının 16 il 2 aydan ibarət hissəsini əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnu təmin edən güzəştli iş stajı təşkil edir. Onun əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ yaranmışdır. Ona əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 05 oktyabr 2023-cii il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzə Mərkəzi Filialına yazılı ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzə Mərkəzi Filialının 30 oktyabr 2023-cü il tarixli imtina məktubu ilə ona əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtina məktubunda, imtinanın əsas səbəbi kimi, bildirilmişdir ki, işlədiyi müddətdə onun 12 il 6 ay olmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə iş stajını olmamışdır. Qeyd olunan səbəbdən də əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxma hüququnun olmadığı bildirilmişdir. Cavabdehin 30 oktyabr 2023-cü il tarixli imtina məktubu əsassız və qanunsuzdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzə Mərkəzi Filialının 30 oktyabr 2023-cü il tarixli İmtina məktubunda bildirilir ki, onun işlədiyi vəzifənin adı xx.xx.2007-ci ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda yoxdur. Məhkəməyə təqdim etdiyi Əmək kitabçasından və "xxxx" MMC-nin 04 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, onun işlədiyi dövr, daha doğrusu əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxma hüququ xx.xx.2007-ci ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı ”nın qüvvədən düşdüyü tarixdən sonra yaranmışdır. Onun əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxma hüququnu şərtləndirən 16 il 2 ay güzəştli iş stajı cavabdehin istinad elədiyi 320 saylı qərarın (1 №-li Siyahının) qüvvədə olduğu dövrdə yaranmamışdır. Buna görə də onun əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxma hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı” ilə tənzimlənə bilməz. Onun əmək fəaliyyətinin əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxma hüququnu yaradan hissəsi xx.xx.2007 - xx.xx.2023-cü il tarixləri əhatə edir. Əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxma hüququnun aid olduğu xx.xx.2007 - xx.xx.2023-cü il tarixləri əhatə edən dövrün əmək münasibətlərini isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” tənzimləyir. Cavabdeh onun müraciətindən imtina edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli, 320 saylı qərarının və 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarının tənzimlədiyi dövrləri nəzərə almamışdır. 30 oktyabr 2023-cü il tarixli imtina məktubunda bildirilir ki, onun işlədiyi vəzifənin adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı qərar ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda olan “Dağ-Mədən işləri“ Bölməsində yoxdur və bu əsasla müraciətdən imtina edilir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda göstərilən qaydada “Dağ-Mədən işləri” sahəsində deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan qaydada dənizdə və neft sahəsində işləmişdir. "xxxx" MMC-nin 04 oktyabr 2023-cü il tarixli arayışında da onun məhz dənizdə işləməyi təsdiq olunur. Onun işlədiyi neft və dəniz sahəsi ilə bağlı münasibətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 10-cu bölməsi ilə tənzimlənir. "xxxx" MMC Azərbaycan Respublikasının neft sahəsində və dənizdə mühəndis-geoloji tədqiqat, geo-kimyəvi və stratiqrafik axtarış, naviqasiya və mövqeləndirmə təminatı işlərinin yerinə yetirilməsi, uzaqdan idarə olunan sualtı aparatlar vasitəsilə tədqiqatların aparılması, meteoroloji proqnoz, dənizdə və quruda geofiziki, seysmik, ətraf mühit və laboratoriya tədqiqatları, analiz və hidrotexniki qurğulara nəzarət, boru kəmərlərinin yoxlanılması, aparılan tədqiqatların nəticələrinin emalı və interpretasiyası kimi mühüm işləri həyata keçirir. Bu barədə “Fugro Caspian BV” və “SOCAR-FUGRO'’ MMC-nin xx.xx.2023-cü il tarixli arayışlarında da göstərilir və təsdiq edilir. Onun işlədiyi "xxxx" MMC-nin əsas sifarişçiləri arasında da əsasən SOCAR-n müəssisələridir, yəni neft sahəsi SOCAR (Heydər Əliyev adına NEZ, “Azərikimya” İB, “SOCAR Polymer”. UBOC), BP/ABƏŞ, JOCAP (Total), “Equinor”, “BOS Şelf ’. “Saipem”, “Caspian Marine Services”, “Topaz”, “X4”, “SOCAR-Dalğıc” və digər şirkətlər var. Onun işlədiyi "xxxx" MMC-nin əsas sifarişçiləri də neft sahəsi və SOCAR-n müəssisələri və lahiyələri, yəni neft sahəsi layihələridir. "xxxx" MMC tərəfindən "AÇG", “Şahdəniz”, “Şahdəniz-2”, “Şəfəq-Asiman”, “Qarabağ və ADUA”, “Abşeron”, “Neft Daşlan”, “Ümid-Babək”, “Heydər Əliyev adma NEZ-nun yenidənqunnası və modemizasiyası” kimi 300-dən artıq kiçik və böyük miqyaslı layihələr icra olunmuşdur. "xxxx" MMC Azərbaycan Respublikasının Neft sahəsində və dənizdə fəaliyyət göstərir və bu müəssisənin dağ-Mədən işləri sahəsinə heç bir aidiyyəti yoxdur. Cavabdehin imtinası “Vətəndaşlann pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlann, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın tələblərinə, hətta Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatlann, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın tələblərinə uyğun deyil. Göründüyü kimi, cavabdeh 30 oktyabr 2023-cü il tarixli imtina məktubunu qəbul edərkən mütləq 2 mühüm halı nəzərə almalı idi: onun əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxma hüququ xx.xx.2007 - xx.xx.2023-cü il tarixləri əhatə edən dövrün əmək münasibətlərinə aiddir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş: “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” ilə tənzimlənir, ikincisi, "xxxx" MMC Azərbaycan Respublikasının Neft sahəsində və dənizdə fəaliyyət göstərir və bu müəssisənin “Dağ-Mədən işləri sahəsinə heç bir aidiyyəti yoxdur. "xxxx" MMC-nin 04 oktyabr 2023-cü il tarixli güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən stajlar üzrə arayışında bildirilir və təsdiq olunur ki, onun işlədiyi “mexanik” vəzifəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan qaydada cəmi 16 il 2 aydır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş: “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan qaydada onun işlədiyi peşə güzəştli peşə hesab olunur. Bu barədə “Fugro Caspian BV” və "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışlarında da göstərilir və təsdiq edilir. Qərarın 10.1-ci Bölməsi: Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı. 10.1. Qazma, b) rəhbərlər və mütəxəssislər: dərin qazma (struktur-axtarış) neft-qaz kəşfiyyatının (partiyaların) rəisləri, buruq qurğularının rəisləri və onların müavinləri, qiillə quraşdırma sexlərinin rəisləri və onların müavinləri, quyularm sınaqdan keçirilməsi üzrə sexlərin rəisləri və onların müavinləri, quyularda geofiziki tədqiqatlar aparan mədən-geofıziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədəngeofıziki partiyaların rəisləri, mühəndisləri, geofızikləri, geoloqları, texnikləri, ustaları, bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə), quyuların qazılması üzrə istehsalat proseslərində, qüllə quraşdırılmasında. quyularm sınaqdan keçirilməsində məşğul olan ustalar və baş ustalar, buruqların ustaları və onların köməkçiləri, avadanlığın təmiri üzrə ustalar, quyuların qazılmasında (əsaslı təmirində) mürəkkəb işlər üzrə ustalar, quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri və sınaqdan keçirilməsində qüllə quraşdırılmasında, məşğul olan mexaniklər və böyük mexaniklər, qüllə quraşdırma işlərinin iş icraçıları. Qərarın 10.2-ci Bölməsi: Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi, b) rəhbərlər və mütəxəssislər: neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri, quyularda geofiziki tədqiqatları yerinə yetirən geofıziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri: mədən-geofıziki partiyaların rəisləri, mühəndisləri, geofızikləri, geoloqları, texnikləri, ustaları, neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulla hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar böyük ustalar, neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi iizrə işlərdə məşğul olan mexaniklər, böyük mexaniklər, qüllə quraşdırma işlərinin iş icraçıları. Qərarın 10.3-cü Bölməsi: 10.3. Kükürdlü neftlərin çəkilməsi, krekinqçiləşdirilməsi və onlardan neft məhsulları alınması; katalik riforminqin, şist və kömür qatranlarının çəkilməsi; kükürdlü neft məhsullarının pirolizə edilməsi; aromatik karbohidrogenlərin saflaşdırılması; Qərarın 10.4-cü Bölməsi: 10.4. Bütün iş günü müddətində texniki karbon istehsalında məşğul olan fəhlələr, rəhbərlər və mütəxəssislər Qərarın 10.5.2-ci Bölməsi: 10.5.2. Bu bölmədə adları çəkilən istehsalatda şist, kömür, qaz kondensatı, qaz, neft emalında məşğul olan aşağıda göstərilən rəhbərlər, mütəxəssislər və fəhlələr, mexaniklər, böyük mexaniklər. Göründüyü kimi, neft sahəsində olan bütün peşə və vəzifələr, o cümlədən də mexaniklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş: “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən güzəştli şərtlərlə pensiya hüququ yaradan peşə və vəzifələrdir. Eyni zamanda, onun işlədiyi mexanik vəzifəsinin adı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş 320 saylı qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda da vardır. Qərar: ********. 1-ci bölmə. Dağ- Mədən işlərində . kod 1010100d-23465 mexaniklər, kod 10l0100d-17541 mexaniklər (böyük mexaniklər, növbə mexanikiləri). Bundan əlavə, onun işlədiyi mexanik vəzifəsinin adı hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş: “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda - Qərarın 1-ci Bölməsində - Dağ-mədən işləri bölməsində də var. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan qaydada əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir və bu faktı məhkəməyə təqdim etdiyi sübutlar, o cümlədən normativ hüquqi aktlar da təsdiq edir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 2-1(112)-3995/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 60 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı məhkəmənin gəldiyi nəticədə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən ləğv edilməli, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Məhkəmə cavabdehin imtinasını tamamilə əsassız olduğunu hesab etmişdir. Belə ki, işin faktiki hallarına əsasən iddiaçı xx.xx.2020-ci il tarixdə 60 yaşa çatmışdır. İddiaçının əmək kitabçasında olan qeydləri və təhsil aldığı müddəti nəzərə alaraq ümumi iş stajı 37 il 04 ay 21 gün təşkil etmişdir. Həmçinin, iddiaçının hazırki iş yerindən - "xxxx" MMC-dən əldə edilən izahlı arayışda onun zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan vermiş, ümumi ifadələrdən istifadə edilməmiş və iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının güzəştli iş stajı xx.xx.2007-xx.xx.2014 və xx.xx.2014-xx.xx.2020-ci il tarixləri arasında dövlər təşkil edir, və belə olduğu halda məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, iddiaçının pensiya hüququ yaranan tarixədək (xx.xx.2020-ci ildək) güzəşli iş stajı 12 il 06 aydan çox təşkil etdiyi müəyyən etmişdir (13 il 28 gün). Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdehə 05 oktyabr 2022-ci il tarixdə müraciət etmişdir. Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən geriyə 3 il ərzində ödənilməsi mümkün sayılır. Bu səbəbdən də məhkəmə iddiaçıya xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsini cavabdehə həvalə etmişdir. Göründüyü kimi, məhkəmə iddiaçının əmək kitabçası və "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli arayışını əsas götürərək yekun qərar çıxarmış və iddiaçının iddia tələbini təmin etmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının güzəştli iş stajının olmaması qeyd edilmişdir. xx.xx.1960-cı il təvəllüdlü iddiaçının tələbi üzrə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər ödənilməlidir: ümumi iş stajının 25 il olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi; güzəştli iş stajının 12 il 6 ay olması; iddiaçının pensiya təyinatına imkan verən yaş həddinə çatması. İddiaçının 60 yaşı tamam olduğu tarixə Qanunun 9.1-ci maddəsinin əvvəlki redaksiyası qüvvədə idi. Əvvəlki redaksiyaya əsasən, güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması üçün qeyd olunan şərtlərdən əlavə olaraq həm də fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli idi. İddiaçının 60 yaşı tamam olduğu tarixə fərdi hesanın sığorta hissəsində toplanan pensiya kapitalı 93.021,43 manat məbləğində idi. Lakin ümumi iş stajı qanunvericiliklə tələb olunandan (25 ildən) az və güzəştli is stajı mövcüd olmaması səbəbindən iddiaçıya 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. İş materiallarına əsasən hazırda iddiaçının ümumi iş stajı 26 il 5 ay 10 gün, güzəştli iş stajı isə yoxdur. Şifahi məhkəmə baxışı zamanı iddiaçı tərəfindən "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli arayış təqdim edilmişdir. Sözügedən arayışda iddiaçının mexanik vəzifəsində işlədiyi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı işləri bölməsinin 10.1, 10.2 və 10.5.2 bəndlərinə uyğun olması qeyd edilmişdir. Lakin sözügedən arayışda iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) qeyd edilməmişdir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Beləliklə, qeyd edilən əsaslara görə və qanunvericiliyin tələbləri baxımından iddiaçının "xxxx" MMC-də işlədiyi dövrü güzəştli iş stajına daxil edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia tələbi təmin edilməməlidir. İş materiallarında aydın olur ki, Bakı İnzibati Məhkəməsi məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən ona təqdim edilən sənədlərlə kifayətlənmiş, həmin sənədlərin mötəbər olub-olmamasını aydınlaşdırmamışdır. İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur: Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-3995/2024 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzə Mərkəzi Filialına qarşı verilmiş cavabdehin üzərinə İddiaçı 60 yaşdan - xx.xx.2020-ci il tarixdən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulması barədə iddia tələbi təmin edilmişdir. Həmin qərarla İddiaçı 60 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Formal mülahizələr üzərində qurulmuş apellyasiya şikayəti qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli, 12 nömrəli qərarının tələblərinə əməl edilməmişdir. Cavabdeh apellyasiya şikayətində Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı qəbul edilərkən hansı hallarda: Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubunda, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarında hansı normativ tələblərin pozulduğunu sübut edə bilməmiş və müvafiq qaydada əsaslandıra bilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı qəbul edilərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubunda olan əsaslara, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarında olan əsas və tələblərə tam olaraq əməl edilmişdir. Qeyd olunan əsaslara və qanunun tələblərinə əməl olunması cavabdehə qarşı verilmiş iddia ərizəsində və Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında kifayət qədər əsaslandırılmışdır. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında qeyd olunduğu kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, şəxsin güzəştli şərtlərlə 60 yaşmda əmək pensiyasına çıxması üçün əsas şərtlər aşağıdakılardır: şəxsin - 60 yaş həddinə çatması; şəxsin ən azı 25 il ümumi iş stajına malik olması; şəxsin ümumi iş staj ının ən azı 12 il 6 ayında işlədiyi peşə və ya vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş: Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında olması. Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən bu şərtlərin hamısı məndə var və bu barədə cavabdehə müvafiq təsdiqedici sənədlər təqdim edilmişdir. Azərbaycan Respublikasının pensiya qanunvericiliyinə əsasən qanunvericilikdə nəzərdə tutulmayan sənədlər bu hüququ qazanmış şəxsdən tələb edilə bilməz. Hazırkı iş üzrə cavabdeh isə qanunvericiliyin tələblərini və təsdiqedici sənədləri nəzərə almamış, əsassız mülahizələrlə onun hüququnu təmin etməkdən imtina etmişdir. Bakı İnzibati Məhkəməsi işin faktiki və hüququ əsaslarını araşdırmaqla, cavabdehin imtinasını əsassız və qanunsuz hesab etmiş və iddianın təmin olunması barədə xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. Məhkəmə haqlı olaraq qərara almışdır ki, onun işlədiyi sahələr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən stajlar üzrə arayışda ona bu müəssisədə işlədiyi vəzifə üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş” Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğundur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı tam qanuni və əsaslıdır. Belə ki, xx.xx.1977-ci ildən olmaqla uzun müddətli iş stajına malikdir. Əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə 60 yaşında, əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmək pensiyasına çıxma hüququm yaranmışdır. Əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə 05 oktyabr 2023-cü il tarixində ərizə ilə müraciət etmişdir. Müraciət edən zaman əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq üçün güzəştli stajı 16 ildən artıq olmuşdur. Cavabdeh inzibati orqanın 30 oktyabr 2023-cü il tarixli imtina məktubu ilə ona əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtina məktubunda imtinanın əsas səbəbi kimi, bildirilmişdir ki, işlədiyi müddətdə guya onun əmək şəraitinə görə güzəştli şərtlərlə iş stajı 12 il 6 aydan az olmuşdur. Cavabdehin imtinası əsassızdır. Cavabdehin 30 oktyabr 2023-cü il tarixli imtina məktubunda bildirilir ki, onun işlədiyi vəzifənin adı xx.xx.2007-ci ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda yoxdur. Məhkəməyə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzə Mərkəzi Filialına təqdim edilmiş əmək kitabçası və "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli və məhkəmə sorğusu ilə alınmış arayışlarında təsdiq olunur ki, onun əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxma hüququ xx.xx.2007-ci ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın qüvvədən düşdüyü tarixdən sonra yaranmışdır. Yəni, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxma hüququm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı” ilə tənzimlənə bilməz. Onun işlədiyi dövr, daha doğrusu əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququmun yarandığı dövr xx.xx.2007 - xx.xx.2023-cü il tarixləri əhatə edir. Qeyd edilən dövrə aid əmək münasibətləri isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı qərarı ilə deyil, 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı və həmin qərarla təsdiq edilmiş: Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı ilə tənzimlənir. Buna görə də, hazırkı iş üzrə cavabdeh 30 oktyabr 2023-cü il tarixli İmtina məktubunu qəbul edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı və 12 nömrəli qərarlarının tənzimlədiyi müddətləri nəzərə almalı idi. Cavabdehin imtina məktubunda bildirilir ki, onun işlədiyi vəzifənin adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı ilə təsdiq olunmuş Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısında olan “Dağ-Mədən işləri“ Bölməsində yoxdur və bu əsasdan da imtina edilir. Halbuki, iddiaçı qeyd edilən Siyahıda nəzərdə tutulmuş “Dağ- Mədən işləri” sahəsində deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş: Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulan qaydada dənizdə və neft sahəsində işləmişdir. Bu əmək fəaliyyəti, əmək münasibətləri isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 10-cu bölməsi ilə tənzimlənir. "xxxx" MMC Azərbaycan Respublikasının neft sahəsində və dənizdə mühəndis-geoloji tədqiqat, geo-kimyəvi və stratiqrafik axtarış, naviqasiya və mövqeləndirmə təminatı işlərinin yerinə yetirilməsi, uzaqdan idarə olunan sualtı aparatlar vasitəsilə tədqiqatların aparılması, meteoroloji proqnoz, dənizdə və quruda geofiziki, seysmik, ətraf mühit və laboratoriya tədqiqatları, analiz və hidrotexniki qurğulara nəzarət, boru kəmərlərinin yoxlanılması, aparılan tədqiqatların nəticələrinin emalı və interpretasiyası kimi mühüm işləri həyata keçirir. İddiaçının işlədiyi "xxxx" MMC-nin əsas sifarişçiləri arasında da əsasən SOCAR-n müəssisələridir, yəni neft sahəsi. SOCAR (Heydər Əliyev adma NEZ, “Azərkimya” İB, “SOCAR Polymer”, UBOC), BP/ABƏŞ, SOCAP (Total). “Equinor”, “BOS Şelf’, “Saipem”. “Caspian Marine Services”, “Topaz”. “X4”. “SOCAR-Dalğıc” və digər şirkətlər var."xxxx" MMC-nin əsas sifarişçiləri də neft sahəsi və SOCAR-n müəssisələri və layihələri, yəni neft sahəsi layihələridir. "xxxx" MMC tərəfindən "AÇG", “Şahdəniz”, “Şahdəniz-2”, “Şəfəq-Asiman”. “Qarabağ və ADUA”, “Abşeron”, “Neft Daşları”. “Ümid-Babək”, “Heydər Əliyev adma NEZ-in yenidənqurması və modemizasiyası” kimi 300-dən artıq kiçik və böyük miqyaslı layihələr icra olunmuşdur. "xxxx" MMC neft sahəsində və dənizdə fəaliyyət göstərir, bu müəssisənin dağ-Mədən işləri sahəsinə heç bir aidiyyəti yoxdur. Cavabdeh 30 oktyabr 2023-cü il tarixli imtina məktubunda 2 halı nəzərə almalı idi: əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxma hüququ xx.xx.2007-xx.xx.2023-cü il tarixləri əhatə edən dövrün əmək münasibətlərinə aiddir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı ilə tənzimlənir. "xxxx" MMC Azərbaycan Respublikasının neft sahəsində və dənizdə fəaliyyət göstərir və bu müəssisənin dağ-mədən işləri sahəsinə heç bir aidiyyəti yoxdur. Məhkəməyə təqdim olunmuş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli və məhkəmə sorğusu ilə alınmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən stajlar üzrə arayışlarında bildirilir ki, onun işlədiyi mexanik vəzifəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan qaydada 16 ildən artıq olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan qaydada onun işlədiyi vəzifə güzəştli iş hesab olunur. Qərarın 10.1-ci bölməsi: Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı. 10.1. Qazma, b) rəhbərlər və mütəxəssislər: dərin qazma (struktur-axtarış) neft-qaz kəşfiyyatının (partiyaların) rəisləri, buruq qurğularının rəisləri və onların müavinləri, qüllə quraşdırma sexlərinin rəisləri və onların müavinləri, quyularm sınaqdan keçirilməsi üzrə sexlərin rəisləri və onların müavinləri, quyularda geofiziki tədqiqatlar aparan mədəngeofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofızikləri, geoloqları, texnikləri, ustaları, bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə), quyularm qazılması üzrə istehsalat proseslərində, qüllə quraşdırıİmasında, quyularm sınaqdan keçirilməsində məşğul olan ustalar və baş ustalar, buruqların ustaları və onların köməkçiləri, avadanlığın təmiri üzrə ustalar, quyularm qazılmasında (əsaslı təmirində) mürəkkəb işlər üzrə ustalar, quyularm qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri və sınaqdan keçirilməsində qüllə quraşdırılmasında, məşğul olan mexaniklər və böyük mexaniklər, qüllə quraşdırma işlərinin iş icraçıları. Qərarın 10.2-ci bölməsi: Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi, b) rəhbərlər və mütəxəssislər: neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri, quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofızikləri, geoloqları, texnikləri, ustaları, neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyularm yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulla hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar böyük ustalar, neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan mexaniklər, böyük mexaniklər, qüllə quraşdırma işlərinin iş icraçıları. Qərarın 10.3-cü bölməsi: 10.3. Kükürdlü neftlərin çəkilməsi, krekinqçiləşdirilməsi və onlardan neft məhsulları alınması; katalik riforminqin. şist və kömür qatranlarının çəkilməsi; kükürdlü neft məhsullarının pirolizə edilməsi; aromatik karbohidrogenlərin saflaşdırılması. Qərarın 10.4-cü bölməsi: 10.4. Bütün iş günü müddətində texniki karbon istehsalında məşğul olan fəhlələr, rəhbərlər və mütəxəssislər. Qərarın 10.5.2-ci bölməsi: 10.5.2. Bu bölmədə adları çəkilən istehsalatda şist, kömür, qaz kondensatı, qaz, neft emalında məşğul olan aşağıda göstərilən rəhbərlər, mütəxəssislər və fəhlələr, mexaniklər, böyük, mexaniklər.Göründüyü kimi demək olar ki, neft sahəsində olan bütün peşə və vəzifələr, o cümlədən də mexaniklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş: Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında güzəştli şərtlərlə pensiya hüququ verir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı maddi və prosessual hüquq normalarına uyğun, tam qanuni və əsaslı qərardır, buna görə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzə Mərkəzi Filialının Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə doğulmuşdur. İş materiallarında olan İV seriyalı, 020637 №-li diplomun surətindən görünür ki, İddiaçı 1978-ci il tarixdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstituna daxil olmuş və xx.xx.1982-ci il tarixdə tam kursu bitirmiş, ona bədən tərbiyəsi müəllimi ixtisası verilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nın dağ-mədən işləri bölməsinin (********), faydalı qazıntıların çıxarılması, geoloji kəşfiyyat işləri, şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması, faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda, drenaj şaxtalarında şaxtaların, mədənlərin tikintisində yeraltı işlər bəndinin (********) il ərzində (hesablanma dövründə) yeraltı işlərdə məşğul olan fəhlələr. rəhbərlər, mütəxəssislər və qulluqçular yarımbəndində (1010100q) 1010100q—17541 kodu üzrə avadanlıqların quraşdırılması, sökülməsi, təmiri və sazlanması ilə məşğul olan fəhlələr və mütəxəssislər, 1010100d—23485 kodu üzrə isə mexaniklər vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz SOCAR Fugro” LLC-nin Sizə dair xx.xx.2023-cü il tarixli arayışında xx.xx.2007-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində Fugro Survey LTDdə, xx.xx.2014-cü il tarixindən bugünədək "xxxx" MMC-də mexanik vəzifəsində işlədiyiniz qeyd olunub. İşlədiyiniz sahə sözügedən arayışda istinad olunan və yuxarıda qeyd edilən sahələrə aid deyil. Bu səbəbdən də Sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq, Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan "xxxx" LLC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı, hal-hazırda "xxxx" MMC-də 2-ci dərəcəli Mexanik (dənizdə) vəzifəsində işləyir. İddiaçı neft sənayesində güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr, vəzifələr üzrə "xxxx" MMC-də iş stajı haqqında qeydlər aşağıda göstərilmişdir: SOCAR Fugro MMC (Mexanik) - xx.xx.2014- hal hazırda, cəmi: 8 il, 11 ay, 25 gün. Fugro Survey LTD (Mexanik) - xx.xx.2007-xx.xx.2014, cəmi: 7 il, 3 ay. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017- ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hazırlanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 119-cu maddəsinə əsasən və “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına” əsasən (kod 1010100d—23485mexaniklər) aşağıda qeyd olunan çıxarışlar üzrə Mexanik vəzifəsində (dənizdə) çalışan İddiaçı 16 ildən yuxarı imtiyazlı iş stajına malikdir. (********) İ. Dağ-mədən işləri. 1.1.1. Faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər ç) il ərzində (hesablanma dövründə) yeraltı işlərdə məşğul olan fəhlələr, rəhbərlər, mütəxəssislər və qulluqçular kod 1010100d—23485- mexaniklər, kod (1010100q—17541) avadanlıqların quraşdırılması, sökülməsi, təmiri və sazlanması ilə məşğul olan fəhlələr və mütəxəssislər mexaniklər (böyük mexaniklər, növbə mexanikləri). Göstərilən iş yeri və peşə güzəştli sayılır və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun 9.1 maddəsinin tələblərinə uyğun pensiya almaq hüququ verir. İş materiallarında olan "xxxx" LLC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Mexanik (məşğulluq təsnifatında göstərildiyi kimi dənizdə) İddiaçı fəaliyyət dovru ərzində yerinə yetirdiyi vəzifələr:- dənizdə (gəmidə) geoloji və geofiziki tədqiqat işlərinin aparılması zamanı adanlıqların bilavasitə istismara hazır olması, dənizdə və sahildə aparılan geoloji və geofiziki tədqiqat işlərində istifadə olunan avadanlıqların, əvvəlki və sonrakı proflaktik texniki yoxlanışı və sazlanması və təmiri, mobilizasiya, demobilizasiya və istismar məqsədilə fəaliyyətdə olan əsas emalatxana vasitələrinin quraşdırılması və onların təmiri. İş materiallarında olan “Fugro Caspian BV”-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, 1960-cı il təvəllüdlü İddiaçı həqiqətən 2007-cü ilin İyul ayının 01-dən 30 Sentyabr 2014-cü ilə kimi (7 il, 3 ay) “X6” LTD-də (hazırda Fugro Caspian BV-adı dəyişdirilib) Mexanik (Dənizdə) (məşğulluq təsnifatında göstərildiyi kimi dənizdə geoloji, geofiziki tədqiqat işlərinin aparılması zamanı istifadə olunan avadanlıqların sazlanması və təmir edilməsi sahəsində fəaliyyət göstərib. Göstərilən iş yeri, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının” Xİİ (1100000b—23485/1100000b—23362) yarımbölmələrinə əsasən güzəştli sayılır və "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun 9.1 maddəsinin tələblərinə uyğun pensiya almaq hüququ verir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, 1960-cı il təvəllüdlü İddiaçı həqiqətən 2014-ci ilin Oktyabr ayının 01-dən indiyə kimi (9 il 1 ay 22 gün) "xxxx" MMC-də (Dənizdə) Mexanik vəzifəsində (məşğulluq təsnifatında göstərildiyi kimi dənizdə geoloji, geofiziki tədqiqat işlərinin aparılması zamanı istifadə olunan avadanlıqların sazlanması və təmir edilməsi sahəsində fəaliyyət göstərir. Göstərilən iş yeri, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Xİİ (1100000b —23485/ 1100000b—23362) yarımbölmələrinə əsasən güzəştli sayılır və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun 9.1 maddəsinin tələblərinə uyğun pensiya almaq hüququ verir. İddiaçı 16 ildən yuxarı imtiyazlı iş stajına malikdir: SOCAR Fugro MMC (Mexanik) xx.xx.2014-hal hazırda, cəmi: 9 il, 1 ay, 22 gün. Fugro Survey LTD (Mexanik) xx.xx.2007 - xx.xx.2014, cəmi: 7 il, 3 ay. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024cü il tarixli məktubdan görünür ki, İddiaçı (təvəllüdü xx.xx.1960) həqiqətən xx.xx.2007 xx.xx.2014 dövrü arasında (7 il, 3 ay) Fugro Survey LTD (hal-hazırda Fugro Caspian BV adlanan) şirkətində Mexanik vəzifəsində, xx.xx.2014 tarixindən hal-hazırdakı dövrə kimi (9 il 3 ay) SOCAR Fugro MMC-də Mexanik vəzifəsində çalışır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş „Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası" hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına əsaslanaraq aşağıda göstərilən kodlara görə Mexanik vəzifəsində (dənizdə) çalışan İddiaçı 16 ildən yuxarı bu kateqoriyaya uyğun iş stajına malikdir: Qərar: ********. 1-ci bölmə. Dağ-mədən işləri. 1010100d—23485 mexaniklər, 1010100q—23485 -mexaniklər (böyük mexaniklər, növbə mexanikləri), 1010300b—23485- növbə mexanikləri. Eyni zamanda İddiaçı işlədiyi Mexanik vəzifəsinin adı qüvvədən düşmüş Azərbaycan Respublkası Nazirlər Kabinetinin 320 saylı ilə təsdiq olunmuş "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısında da vardır: Qərar: ********. 1-ci bölmə. Dağ-mədən işləri kod 1010100d-23465 mexaniklər. kod 1010100d-17541 mexaniklər (böyük mexaniklər, növbə mexanikləri). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş: “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” Qərarının: 10.1-ci Bölməsi: Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı. 10.1. Qazma, b) rəhbərlər və mütəxəssislər: dərin qazma (struktur-axtarış) neft-qaz kəşfiyyatının (partiyaların) rəisləri, buruq qurğularının rəisləri və onların müavinləri, qüllə quraşdırma sexlərinin rəisləri və onların müavinləri, quyuların sınaqdan keçirilməsi üzrə sexlərin rəisləri və onların müavinləri, quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları, bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə), quyuların qazılması üzrə istehsalat proseslərində, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan ustalar və baş ustalar, buruqların ustaları və onların köməkçiləri, avadanlığın təmiri üzrə ustalar, quyuların qazılmasında (əsaslı təmirində) mürəkkəb işlər üzrə ustalar, quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri və sınaqdan keçirilməsində qüllə quraşdırılmasında, məşğul olan mexaniklər və böyük mexaniklər, qüllə quraşdırma işlərinin iş icraçıları. 10.2-ci Bölməsi: Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi, b) rəhbərlər və mütəxəssislər: neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ islehsalat xidmətlərinin rəisləri və onların müavinləri, quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları, neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulla hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar böyük ustalar, neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan mexaniklər, böyük mexaniklər, qüllə quraşdırma işlərinin iş icraçıları. 10.3-cü Bölməsi: 10.3. Kükürdlü neftlərin çəkilməsi, krekinqçiləşdirilməsi və onlardan neft məhsulları alınması; katalik riforminqin, şist və kömür qatranlarının çəkilməsi; kükürdlü neft məhsullarının pirolizə edilməsi; aromatik karbohidrogenlərin saflaşdırılması. 10.4-cü Bölməsi: 10.4. Bütün iş günü müddətində texniki karbon istehsalında məşğul olan fəhlələr, rəhbərlər və mütəxəssislər. 10.5.2-ci Bölməsi: 10.5.2. Bu bölmədə adları çəkilən istehsalatda şist, kömür, qaz kondensatı, qaz, neft emalında məşğul olan aşağıda göstərilən rəhbərlər, mütəxəssislər və fəhlələr, mexaniklər, böyük mexaniklər. Qüvvdən düşmüş Azərbaycan Respublkası Nazirlər Kabinetinin 320 saylı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı: Hal hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş: Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). Həmin maddənin xx.xx.2022-ci il tarixdən (hal-hazırda) qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə kollegiyası tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan iddiaçıya məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixədək 25 ildən artıq ümumi sığorta stajına malikdir (xx.xx.1977-xx.xx.1978, xx.xx.1978-xx.xx.1982 (təhsil), xx.xx.1982xx.xx.1982, xx.xx.1984-xx.xx.1990, xx.xx.1990-xx.xx.1990, xx.xx.1990-xx.xx.1991, xx.xx.1991-xx.xx.2002, xx.xx.2002-xx.xx.2003, xx.xx.2006-xx.xx.2014, xx.xx.2014xx.xx.2020 - cəmi 37 il 05 ay 06 gün). xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən iddiaçının ümumi sığorta stajı mübahisələndirilməsə də, iş materiallarından görünür ki, iddiaçı pensiya hüququnun yarandığı tarixə 25 ildən artıq ümumi sığorta stajına malikdir. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2014-cü il tarixədək Fugro Survey LTD (hazırda Fugro Caspian BV) şirkətində mexanik vəzifəsində işləmiş, xx.xx.2014-cü il tarixdən hazıradək "xxxx" MMC-də mexanik vəzifəsində işləmişdir. Həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuşdur: 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı; 10.1. Qazma; avadanlığın təmiri üzrə ustalar, quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri və sınaqdan keçirilməsində qüllə quraşdırılmasında məşğul olan mexaniklər və böyük mexaniklər. İddiaçının işlədiyi, qeyd olunan sahə və peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən sahə və peşələrə aid olduğu işəgötürən tərəfindən verilmiş müvafiq arayışlarla da öz təsdiqini tapır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dövrlər güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır (xx.xx.2007-xx.xx.2014, xx.xx.2014xx.xx.2020 - cəmi 13 il 01 ay). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi əxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 60 yaşının tamam olduğu xx.xx.2020-ci ilədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına malik olduğundan iddiaçının həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli xidməti məktubda əsasən iddiaçının pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 168747,98 manat təşkil edir. Göründüyü kimi, iddiaçının fərdi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı qeydə alınmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3995/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar