Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4092/2024 28.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Məmmədov Ceyhun Bəşir oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Hüseynova Arzu İsrafil qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil1, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2-1(112)-1297/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 noyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı 28 iyul 2020-ci il tarixdə iddia ərizəsi ilə, daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixli **********329300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının və; - xx.xx.2020-ci il tarixli **********140954 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarını: 2017-ci il üzrə 546.723,20 manat mənfəət vergisinin azaldılmasına görə 546.723,20 əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 273.361,60 manat maliyyə sanksiyasının tətbiq olunması; 2018-ci il üzrə 603.920,08 manat mənfəət vergisinin azaldılmasına görə 603.920,08 əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 301.960,04 manat maliyyə sanksiyasının tətbiq olunması; 2019-cu il üzrə 448.792,93 manat mənfəət vergisinin azaldılmasına görə 448.792,93 əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 224.396,47 manat maliyyə sanksiyasının tətbiq olunması 2017-ci il üzrə 748.017,25 manat ƏDV-nin azaldılmasına görə 748.017,25 əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 374.008,63 manat maliyyə sanksiyasının tətbiq olunması; 2018-ci il üzrə 1.054.309,24 manat ƏDV-nin azaldılmasına görə, 1.054.309,24 əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 527.154,62 manat maliyyə sanksiyasının tətbiq olunması; 2019-cu il üzrə 215.622,06 manat ƏDV-nin azaldılmasına görə 215.622,06 manat əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 107.811,03 manat maliyyə sanksiyasının tətbiq olunması; Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 618.499,9 manat maliyyə sanksiyasının tətbiq olunması; ümumilikdə, 3.617.384,76 manat verginin azaldılmasının müəyyən edilməsi və 2.427.192,19 manat maliyyə sanksiyasının tətbiq olunması - hissələrində ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********329300 saylı “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması barədə qərara əsasən kameral qaydada cəmiyyətin şəxsi vərəqəsinə əsassız olaraq 2019-cu il üzrə 112.200,00 manat mənfəət vergisi hesablanmışdır. Hesablamaya əsas olaraq göstərilmişdir ki, 2019-cu il üzrə vergi orqanı tərəfindən təsdiqlənmiş DTA 01 ərizələrinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda 561.000,00 manat gəlir əldə edilməsinə baxmayaraq, 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsində Azərbaycan Respublikasının hüdudlarından kənarda 0,0 manat gəlir göstərilməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir” kimi göstərilmişdir. Halbuki, müəssisəyə xx.xx.2019-cu il tarixində 100.052,11 avro və xx.xx.2019-cu il tarixində isə 31.242,48 avro bonus köçürülmüşdür. Göründüyü kimi müəssisənin bonus gəliri 561.000,00 manat deyil, 242.895,00 manat olmuşdur. Bundan əlavə, cavabdehin xx.xx.2020-ci il tarixli **********197997 saylı qərarına əsasən müəssisənin 2017-ci il-2019-cu il (ƏDV üzrə fevral 2017-dekabr 2019) tədiyyə və dövrlərdə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmış və xx.xx.2020- ci il tarixli **********198097 saylı Səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Yoxlama aktında Vergilər Nazirliyinin Vergi auditi baş idarəsinin xx.xx.2020-ci il tarixli **********141279, **********1277 saylı “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərara, xx.xx.2020-ci il tarixli VN 00784, VN 000819 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokollara əsasən müəssisədən götürülmüş elektron daşıyıcılarda olan məlumatlar və ödəyicinin Vergi Xidmətində olan elektron məlumat bazasından alınmış hesabatlar əsasında aparıldığı göstərilmiş və ƏDV-yə cəlb edilən əməliyyatlar 62.667.642,53 manat, ƏDV % cəlb edilən əməliyyatlar 1.039.359,24 manat, əvəzləşdirilən ƏDV 9.562.029,16 manat, büdcədən 791.754,55 manat ƏDV hesablanmış və bu səbəbdən 1.008.974,29 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Lakin göstərilən hesabların mənbəyi, əsası, açıqlaması verilməmişdir. Nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirilməsinə görə vergi ödəyicisinə qanunvericilik pozulmaqla aparılan 6.184.998,0 manat əməliyyatın 10 faizi miqdarında, yəni 618.499,8 manat maliyyə sanksiyası isə hansı nağd əməliyyatlara istinad edilməsi göstərilməmişdir. Odur ki, həmin yoxlama aktı əsasında hesablanmış vergilər əsassızdır.
3. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı tərəfindən təqdim edilmiş 2019cu ilin mənfəət vergi bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. Kameral vergi yoxlaması zamanı, iddiaçı tərəfindən 2019-cu il üzrə vergi orqanı tərəfindən təsdiqlənmiş rezidentlik sertifikatının alınması haqqında (DTA 01) ərizələrinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda 561.000,00 manat gəlir əldə edilməsinə baxmayaraq, 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsində (217.2-ci sətir) Azərbaycan Respublikasının hüdudlarından kənarda 0,0 manat gəlir göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Kənarlaşma barədə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********710800 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubları, müvafiq dövr üzrə cari bəyannamənin və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə iddiaçı tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubları, cari bəyannamə və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə mənfəət vergisi üzrə 2019-cu il üçün cəmiyyətə 112.200,00 manat olmaqla əlavə vergi məbləği hesablanmış və bu barədə iddiaçıya xx.xx.2020-ci il tarixli **********329300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli **********405900 №-li yazılı etiraza əlavədə göstərilmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********197997 saylı qərarına əsasən "xxxx" MMC-nin vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə xx.xx.2017-ci il tarixdən xx.xx.2019- cu il tarixədək olan dövr üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama xx.xx.2020-ci il tarixli **********198097 saylı səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama ilə vergilər aşağıdakı qaydada hesablanmışdır: Əlavə dəyər vergisinin yoxlanılması üzrə: Səyyar vergi yoxlaması Vergi auditi baş idarəsinin xx.xx.2020-ci il tarixli **********141279, **********1277 saylı “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərara, xx.xx.2020-ci il tarixli VN 00784, VN 000819 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokollara əsasən müəssisədən götürülmüş elektron daşıyıcılarda olan məlumatlar (qara mühasibatlıq) və ödəyicinin Vergi Xidmətində olan elektron məlumat bazasından alınmış hesabatlar əsasında aparıldı. Yoxlanılan dövr ərzində cəmiyyətin vergi orqanına təqdim etdiyi bəyannamələrə əsasən cəmiyyətin ƏDVyə cəlb olunan əməliyyatları 55.862.922,08 manat, ƏDV 0% ilə cəlb olunan əməliyyatları 1.202.043,11 manat, əvəzləşdirilən ƏDV 9.563.373,51 manat, büdcəyə çatan ƏDV 491.952,46 manat olmuşdur. Yoxlama zamanı müəyyən olunmuşdur ki, ƏDV-yə cəlb edilən əməliyyatlar 62667642,53 manat, ƏDV 0% ilə cəlb edilən əməliyyatlar 1.039.359,24 manat, əvəzləşdirilən ƏDV 9.562.029,16 manat büdcəyə hesablanan ƏDV 1718146,50 manat olmuşdur. Yoxlanılan dövr ərzində aylar üzrə büdcəyə 2.017.948 manat, büdcədən 791.754,55 manat ƏDV hesablanmış və bu səbəbdən 1.008.974,29 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlanılan dövr ərzində (2017, 2018, 2019-cu illər) cəmiyyətin gəlirləri məlum olduğu üçün mənfəət vergisi Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20 % götürülməklə hesablanmışdır. İddiaçı tərəfindən vergi orqanına təqdim etdiyi bəyannamələrdə 2017-ci ilin yekunu üzrə gəlir 16.157.547,11 manat, xərclər 15.390.442,97 manat, vergiyə cəlb olunan mənfəət 767.104,14 manat, mənfəət vergisi 153.420,83 manat, 2018-ci ilin yekunu üzrə gəlir 19.449.814,39 manat, xərclər 18.836.103,37 manat, vergiyə cəlb olunan mənfəət 613.711,02 manat, mənfəət vergisi 122.742,2 manat, 2019-cu ilin yekunları üzrə gəlir 21.468.160,58 manat, xərclər 20.594.199,17 manat, vergiyə cəlb olunan mənfəət 873.961,41 manat, mənfəət vergisi 174.792,28 manat olmuşdur. Vergi orqanı tərəfindən kameral qaydada cəmiyyətin gəliri 561.000,0 manat artırılmış və nəticədə ümumi olaraq 286.992,28 manat mənfəət vergisi hesablanmışdır. Göründüyü kimi 2017-ci il üzrə müəssisənin vergiyə cəlb edilən mənfəəti 3.500.720,17 manat, mənfəət vergisi 700.144,03 manat, 2018-ci il üzrə müəssisənin vergiyə cəlb edilən mənfəəti 3.633.311,41 manat, mənfəət vergisi 726.662,28 manat və 2019-cu il üzrə müəssisənin vergiyə cəlb edilən mənfəəti 3.678.926,05 manat, mənfəət vergisi isə 735.785,21 manat müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq yoxlama nəticəsində ümumilikdə 1.599.436,21 manat mənfəət vergisinin azaldılması müəyyən edilmiş və 799.718,11 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. 2017-ci ildə alınmış 11.600,0 manat (ƏDVsiz) avans məbləği 2018-ci ilin yekunu üzrə mənfəətə cəlb edilmişdir. Bundan başqa kameral qaydada 2019-cu ilin yekunu üzrə artırılmış 561.000,0 manat (Respublika hüdudlarından kənarda əldə edilən) gəlir yoxlama ilə düzəliş edilərək 246.473,93 manat göstərilmişdir Yoxlama zamanı iddiaçıdan götürülmüş elektron daşıyıcılarda olan məlumatlar (qara mühasibatlıq) əsasında 6.184.998 manat əməliyyatların nağd qaydada aparılması halı aşkar edilmiş və Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 10 % miqdarında, yəni 618.499,9 manat maliyyə sanksiyası tətbiq olunmuşdur.
5. Bakı İnzibati Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2-1(112)-1297/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin xx.xx.2020-ci il tarixli **********329300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı və xx.xx.2020-ci il tarixli **********140954 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” Qərarı - 2017-ci il üzrə 546.723,20 manat mənfəət vergisinin azaldılmasına görə 546.723,20 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 273.361,60 manat maliyyə sanksiyasının tətbiq olunması; 2018-ci il üzrə 603.920,08 manat mənfəət vergisinin azaldılmasına görə 603.920,08 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 301.960,04 manat maliyyə sanksiyasının tətbiq olunması; 2019-cu il üzrə 448.792,93 manat mənfəət vergisinin azaldılmasına görə 448.792,93 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 224.396,47 manat maliyyə sanksiyasının tətbiq olunması; 2017-ci il üzrə 748.017,25 manat ƏDV-nin azaldılmasına görə 748.017,25 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 374.008,63 manat maliyyə sanksiyasının tətbiq olunması; 2018-ci il üzrə 1.054.309,24 manat ƏDV-nin azaldılmasına görə, 1.054.309,24 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 527.154,62 manat maliyyə sanksiyasının tətbiq olunması; 2019-cu il üzrə 215.622,06 manat ƏDV-nin azaldılmasına görə 215.622,06 manat əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 107.811,03 manat maliyyə sanksiyasının tətbiq olunması; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7- 1-ci maddəsinə əsasən 618.499,9 manat maliyyə sanksiyasının tətbiq olunması; ümumilikdə 3.617.384,76 manat verginin azaldılmasının müəyyən edilməsi və 2.427.192,19 manat maliyyə sanksiyasının tətbiq olunması hissələrində ləğv edilmişdir.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə görə, İddiaçı MMC vergitutma məqsədləri üçün gəlir və xərclərinin uçotunu qanunla müəyyən edilmiş qaydada (elektron qaimə faktura, elektron vergi hesab faktura, bank çıxarışları və digər sənədlər ilə) rəsmiləşdirmiş və onun tərəfindən təqdim edilmiş vergi bəyannamələri ilə ilkin mühasibatlıq sənədləri arasında hər hansı kənarlaşma aşkar edilməmişdir. İddiaçı MMC apardığı əməliyyatları, eləcə də vergitutma məqsədləri üçün gəlir və xərclərinin uçotunu qanunla müəyyən edilmiş qaydada apardığı halda, cavabdeh vergi orqanı “qara mühasibatlıq” sənədlərini əsas götürərək iddiaçıya əlavə vergi məbləği hesablayarkən qanunvericiliyin tələblərini pozmuşdur.
7. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyul 2022-ci il tarixli, 2- 1(103)-152/2022 nömrəli qərarı ilə (hakimlər: C.A.Yusifov - sədrlik edən və məruzəçi, H.Ü.Həmidov və X.A.Cəmilova) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1297/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, cavabdehin xx.xx.2020-ci il tarixli **********329300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı 62.905,21 manat məbləğində əlavə verginin hesablanması hissəsində, xx.xx.2020-ci il tarixli **********140954 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarı isə tam ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki: 1) birinci instansiya məhkəməsi işin “qara mühasibatlıqla” bağlı mübahisələndirilən hallarına aydınlıq gətirməmiş, onlara hüquqi qiymət verə bilməmiş, həm də iddiaçının ikinci tələbi, mənası baxımından həmin qərarın tam ləğvini ehtiva etdiyi halda, iddiaçıya həmin hissədə İPM-in 13-cü maddəsindən irəli gələn xidməti vəzifəsindən irəli gələrək, tələbini sadə ifadə tərzində dəqiqləşdirilməsində yardımçı olmamışdır; 2) qanunvericiliyin tələbinə görə, vergi məqsədləri üçün gəlir vergisi, əlavə dəyər vergisi (və s.) vergilər ilkin mühasibat uçotu sənədləri əsasında müəyyən edilir. Konkret halda isə mübahisələndirilən elektron daşıyıcıda olan məlumatlarda təsbit olunan kəmiyyət göstəricilərinin isə hansı ilkin sənədlər (idxal sənədləri, alqı-satqı aktları, elektron qaimə fakturalar, yükdaşıma sənədləri, ödəniş sənədləri, sair xərc sənədləri) əsasında əldə olunduğu qeyri-müəyyəndir. İPM-in 14.1-ci maddəsinin tələbi baxımından, nə qədər ki yoxlanılan dövr üzrə hesablanan əlavə vergilər cavabdeh vergi orqanı tərəfindən elektron daşıyıcıda olan cədvəl məlumatları əsasında hesablanmışdır, həmin məlumatların doğruluğunu və həmin məlumatların əsasını təşkil edən ilkin sənədlərin varlığını da sübut etmək vəzifəsi məhz, vergi orqanının öz üzərinə düşür. ...iş materiallarında olan “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokol müəssisənin rəhbərinin (X2) iştirakı ilə tərtib olunsa da, həmin protokolda operativ vergi nəzarəti qaydasında müəssisədən götürülən elektron daşıyıcıların hansı məlumatları özündə əks etdirməsi, hansı mənbədə işlənildiyi və haradan çıxarıldığı həmin prosesdə iştirak edən müəssisə rəhbərinin diqqətinə çatdırılmamışdır. Yuxarıda qeyd olunanlar baxımından, elektron daşıyıcıdakı məlumatların həqiqəti əks etdirən mötəbər məlumatlar kimi qiymətləndirilməsi istisna edilir.
10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
c) Kassasiya instansiyası məhkəməsində icraat
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03 fevral 2023cü il tarixli, 2-1(102)-44/2023 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-152/2022 nömrəli qərarı ləğv edilməsi, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2- 1(103)-2013/2023 nömrəli qərarı ilə (hakimlər: Ş.A.Məmmədova - sədrlik edən və məruzəçi, K.H.Əkbərov və P.A.Hüseynov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1297/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, cavabdehin - xx.xx.2020-ci il tarixli **********329300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı 62.905,21 manat məbləğində əlavə verginin hesablanması hissəsində, xx.xx.2020-ci il tarixli **********140954 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyətə cəlb edilməsi barədə” qərarı isə tam ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
d) Kassasiya instansiyası məhkəməsində ikinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 avqust 2024-cü il tarixli, 2-1(102)-840/2024 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2013/2023 nömrəli qərarı qismən, yəni “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2020-ci il tarixli, **********140954 nömrəli qərarın ləğv edilməsi hissəsində ləğv edilməsi, iş qeyd edilən hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, kassasiya şikayəti qalan hissədə təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2013/2023 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
e) Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
15. Yeni apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri birinci və ikinci apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.
e)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yeni apellyasiya baxışı zamanı etiraz daxil olmamışdır.
e) Prosses iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Vəkil1 isə apellyasiya şikayətinə etiraz etdi.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən: Vergi məqsədləri üçün gəlir anlayışı aşağıdakıları nəzərdə tutur: 13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlirdir. 13.2.10. Malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsidir. 13.2.11. Xidmət (iş) - malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyətdir. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur... 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.
19. “İnzibati icraat haqqında” Qanunun: 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən isə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.
20. “Mühasibat uçotu haqqında” Qanunun 2.1.11-ci maddəsinə, habelə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının “30” yanvar 2017-сi il tarixli Q-01 №li Qərarı ilə təsdiq edilmiş maliyyə hesabatlarının beynəlxalq standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”n 2.1.14-cü bəndinə əsasən: “İlkin uçot sənədləri – maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir.” 7.2-ci bəndinə əsasən isə ilkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir.
21. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6 - Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir 94.1 - Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qərarın əsaslılığı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2020-ci il tarixli, **********140954 nömrəli qərarın ləğv edilməsi hissəsində yoxlanılır.
23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, işin digər materiallarını və hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 avqust 2024-cü il tarixli, 2-1(102)-840/2024 saylı qərarındakı hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1297/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli, iddiaçı tərəfindən xx.xx.2022-ci ildə Bakı Apellyasiya məhkəməsində verilmiş dəqiqləşdirmə ərizəsi nəzərə alınmaqla iddia təmin edilməli və cavabdehin xx.xx.2020-ci il tarixli **********140954 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyətə cəlb edilməsi barədə” qərarı tam olaraq ləğv edilməlidir.
25. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qeyd olunanlarla əsaslandırır. Belə ki, İşin hallarından göründüyü kimi, cavabdehin xx.xx.2020-ci il tarixli qərarına əsasən müəssisənin xx.xx.2017-xx.xx.2019-cu illər üzrə fəaliyyət dövrü üzrə növbəti səyyar vergi yoxlaması aparılmaqla, nəticələrinə dair xx.xx.2020-ci il tarixli **********198097 səyyar vergi yoxlaması aktı tərtib olunmuş və həmin akt əsasında da xx.xx.2020-ci il tarixli **********140954 saylı qərar qəbul olunmaqla, ümumilikdə, iddiaçının 3.617.384,76 manat verginin azaldılması müəyyən edilərək ona əlavə vergilər hesablanmış və 2.427.192,19 manat maliyyə sanksiyası tətbiq olunmuşdur.
28. Səyyar vergi yoxlaması aktından görünür ki, yoxlama vergi orqanının xx.xx.2020-ci il tarixli “Operativ vergi nəzatrətinin həyata keçirilməsi haqqında” Qərarına və xx.xx.2020- ci il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokollara əsasən müəssisədən götürülmüş elektron daşıyıcılarda olan məlumatlar və ödəyicinin vergi orqanında olan baza məlumatlarına əsasən aparılmışdır.
29. Qeyd olunan inzibati işlə bağlı Ali Məhkəmənin İnzibati Kolleqiyasının 28 avqust 2024-cü il tarixli, 2-1(102)-840/2024 saylı qərarında araşdırmalı olan halların müəyyən edilməsi məqsədi ilə apellyasiya baxışı zamanı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müvafiq sorğular verilmişdir.
30. Belə ki, xx.xx.2024-cü il tarixli sorğuya əsasən operativ yoxlama tədbiri zamanı: 1.Elektron daşıyıcı vasitəsi ilə götürülmüş məlumatların hansı formada emal edilməsi (yəni həmin məlumatların iddiaçının və mütəxəssisin iştrakı ilə götürülməsi);
2. Emal edilmiş cədvəlin iddiaçıya məxsus olub-olmaması;
3. Emal edilmiş cədvəlin cavabdeh təşkilat tərəfindən olduğu kimi götürülməsi yoxsa götürüldükdən sonra Vergi Xidməti tərəfindən icmallaşdırılması (yəni ilkin formanın götürülərək sonradan cədvəl formasına salınması);
4. Məlumatların götürüldüyü notebookların kimə məxsus olması;
5. Cədvəldə göstərilmiş malların iddiaçının fəaliyyətinə uyğun olub-olmaması;
6. Cədvəldə göstərilmiş əşyaların çeşidləri (adları) barədə məlumatların qısa müddət ərzində məhkəməyə təqdim edilməsi tələb olunmuşdur.
31. Cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixdə sorğuya cavab olaraq bildirilmişdir ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********197997 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən təyin edilmiş yoxlama, Vergi Xidmətində olan elektron məlumat bazasından alınmış hesabatlara, Vergilər Nazirliyinin Vergi Auditi Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********141279 və **********1277 saylı "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarları ilə xx.xx.2020-ci il tarixli VN 00784 və VN 000819 saylı "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" protokollara əsasən müəssisədən götürülmüş elekrton daşıyıcılarda olan məlumatlara əsasən aparılmışdır. Elektron daşıyıcı olan məlumatlar müəssisənin rəhbəri Əmirova Ruziyyə və hüquqşünası Vəkil1 şəxsən iştirakı ilə götürülmüş və sonuncular protokollara imza etməklə sənədlərin birbaşa olaraq cəmiyyətə aid olduğunu imzaları ilə təsdiq etmiş və həmin hal mübahisələndirilməmişdir.
32. Eyni zamanda cavabdeh orqan tərəfindən xx.xx.2024-ci il tarixdə sorğuya əlavə olaraq məlumat daxil olmuş və bildirilmişdir ki, Vergilər Nazirliyinin Vergi Auditi Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********141279 və **********1277 saylı "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarları ilə xx.xx.2020-ci il tarixli VN 00784 və VN 000819 saylı "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" protokollara əsasən müəssisədən götürülmüş Apple markalı noutbukdan Toshiba markalı hard disk vasitəsi ilə 1.7 mb həcimdə elektron qaydada satış və sifarişlər barədə məlumatlar götürülmüş və həmin notobuk və daxilində olan məlumatlar götürülərkən iddiaçıdan başqa kimsəyə məxsus olması mübahisələndirilməmiş və müəssisənin rəhbəri Əmirova Ruziyyə hüquqşünası Vəkil1 şəxsən iştirakı imzası ilə götürülmüşdür. Həmçinin operativ vergi nəzarəti zamanı elektron daşıyıcıdan əlavə kağız daşıyıcıda götürülən və tərtib edilən sənədlərdən (akt əlavə olunur) aydın olur ki, götürülən sənədlər iddiaçının fəaliyyəti ilə bağlı olmuşdur. 33.Eyni zamanda iddiaçının vəkili tərəfindən məhkəmənin qeyd olunan sorğusuna əsasən izahat göndərilmiş və həmin izahatda göstərilmişdir ki, Vəkil1 müəssisənin direktoru ilə birlikdə xx.xx.2020-ci il tarixində Vergilər Nazirliyinə dəvət edilsə də, yalnız Ruziyyə Əmirova müəssisənin rəhbər olaraq qəbulda olmuşdur. Daha sonra 4 nəfər vergi işçisi tərəfindən fləş kart komputerə daxil edilmiş və monitorda müxtəlif fayllar göstərilmişdir. Lakin, onların nə olduğu, hardan əldə edilməsi barədə izah verilməmişdir. Keçirilən yoxlama tədbirləri zamanı məlumatların götürüldüyü komputerlər müəssisəyə deyil, yoxlamanı keçirən şəxslərin özünə məxsus olmuşdur. Həmçinin, cədvəldə göstərilmiş malların iddiaçının fəaliyyətinə uyğun olub-olmaması ilə bağlı da məlumat mövcud deyildir. Keçirilmiş səyyar vergi yoxlaması materiallarına xx.xx.2020-ci il tarixində DVX Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsində telefon əlaqəsi saxlanılaraq baxılacağı bildirilmiş, lakin heç bir telefon əlaqəsi saxlanılmamışdır. 34.Məhkəmə tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh təşkilat tərəfindən xx.xx.2020-ci ildə sənədlərin götürülməsi haqqında iki eyni məzmunlu qərarlar qəbul edilmiş və hər iki qərara 5 dəqiqə intervalı ilə protokol tərtib edilmişdir.Qeyd olunan protokolların birində sənədlərin və “Toshiba” markalı 178,08 həcmində elektron yaddaş qutusu, digərində isə “Apple” markalı kompüterin götürülməsi qeyd olunmuşdur. Məhkəmədə qeyd olunan halın araşdırılması zamanı cavabdeh təşkilatın nümayəndəsi götürülən əşyaların bir qisminin anbardan, digərinin isə iş otağından götürülməsini izah etməyə çalışsa da. məhkəmə bu arqumenti əsaslı hesab etmədi. Digər tərəfdən məhkəmə araşdırması zamanı oda müəyyən edildi ki, komputerdən və yaddaş qutusundan götürülmüş məlumatlar iddiaçının iştrakı ilə təhlil edilməmiş, yəni götürmə tədbiri həyata keçirildikdən sonra iddiaçı götürülmüş məlumatlarla tanış edilməmişdir. Əksinə iddiaçının məhkəməyə təqdim etdiyi görüşə dəvət barədə ərizədən görünür ki, iddiaçı gömrük bəyannamələri əsasında aparılmış əvəzləşmələr üzrə yaranmış kənarlaşmalar ilə əlaqədar xx.xx.2020-ci ilə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə dəvət edilmişdir. Cavabdeh təşkilatın nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan bəlli oldu ki, kompüterdən və ya yaddaş qutusundan götürülməsi iddia edilən məlumatlara iddiaçının iştrakı ilə baxış keçirilməyib. Bu isə qara mühasibatlıq adlandırılan məlumatların qeyd olunan kompüterdən və ya yaddaş qutusundan götürülməsini şübhə altına alır. Bundan başqa o da nəzərə alınmalıdır ki, cavabdeh təşkilat qara mühasibatlıq kimi götürdüyü iddia olunan sənədlərdə əks olunmuş əşyaların məhz iddiaçının fəaliyyətinə uyğun, yəni iddiaçının satdığı əşyaların çeşidlərindən olması ilə bağlı hər hansı bir dəlilini məhkəməyə təqdim edə bilməmişdir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, elektron daşıyıcıda təsbit olunan məlumatların iddiaçıya aid edilməsi, bununla yanaşı həmin məlumatların yaranmasına əsas olan halları araşdırıb aşkar etmək inzibati icraat haqqında hüquq normaları ilə cavabdeh orqanın üzərinə düşən öhdəlikdir.
36. Belə ki, İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Başqa sözlə, hazırkı halda sübutetmə yükü cavabdehin üzərindədir. Məhz cavabdeh mübahisələndirilən inzibati aktın əsaslandığı faktların mövcudluğunu sübut etməlidir. İşin hallarından isə müəyyən edilir ki, cavabdeh iddiaçının “qara mühasibatlıq” sənədləri əsasında dövriyyəsinin bəyan ediləndən daha artıq olması qənaətinə gəlmiş, başqa sözlə, bu əsasla mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə çalışmışdır. Lakin cavabdehin istinad etdiyi sənədlərin mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir. Bu onunla əlaqədardır ki, inzibati qanunvericiliyin tələbi baxımından, vergi orqanının inzibati icraat zamanı (bu halda növbədənkənar səyyar vergi yoxlaması aparılarkən və müvafiq qərar qəbul edilərkən) işin hallarını obyektiv araşdırmaq vəzifəsi vardır (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“İnzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi).
37. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən: - “Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur...”
38. Qeyd olunanlar vergi orqanın qəbul etdiyi xx.xx.2020-ci il tarixli **********140954 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyətə cəlb edilməsi barədə” qərarını əsassız olmasına və vergi qanunvericiliyinin tələblərinə zidd olduğuna dəlalət edir.
39. İddiaçı tərəfindən birinci instansiya məhkəməsində verilən iddia tələbinə dəqiqləşdirmə ərizəsi verilərək xx.xx.2020-ci il tarixli **********140954 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyətə cəlb edilməsi barədə” qərarın ləğv edilməsi tələb edildiyinə görə ( çıxarılan hissə 2017-ci il üzrə 546.723,20 manat mənfəət vergisinin azaldılmasına görə 546.723,20 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 273.361,60 manat maliyyə sanksiyasının tətbiq olunması; 2018-ci il üzrə 603.920,08 manat mənfəət vergisinin azaldılmasına görə 603.920,08 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 301.960,04 manat maliyyə sanksiyasının tətbiq olunması; 2019-cu il üzrə 448.792,93 manat mənfəət vergisinin azaldılmasına görə 448.792,93 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 224.396,47 manat maliyyə sanksiyasının tətbiq olunması; 2017-ci il üzrə 748.017,25 manat ƏDV-nin azaldılmasına görə 748.017,25 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 374.008,63 manat maliyyə sanksiyasının tətbiq olunması; 2018-ci il üzrə 1.054.309,24 manat ƏDVnin azaldılmasına görə, 1.054.309,24 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 527.154,62 manat maliyyə sanksiyasının tətbiq olunması; 2019-cu il üzrə 215.622,06 manat ƏDV-nin azaldılmasına görə 215.622,06 manat əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 107.811,03 manat maliyyə sanksiyasının tətbiq olunması; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 618.499,9 manat maliyyə sanksiyasının tətbiq olunması; ümumilikdə 3.617.384,76 manat verginin azaldılmasının müəyyən edilməsi və 2.427.192,19 manat maliyyə sanksiyasının tətbiq olunması ) birinci instansiya məhkəməsinin qərarın yoxlanılan, yəni xx.xx.20220 il tarixli qərarın ləğv edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1297/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Cavabdehin xx.xx.2020-ci il tarixli **********140954 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyətə cəlb edilməsi barədə” qərarı ləğv edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.