Məhkəmə qərarları › İş №2-1(103)-4096/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4096/2023

27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4096/2023 27.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Bakı Apellyasiya Məhkəməsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11695/2023 21 avqust 2023cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 27 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2q MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Bakı Apellyasiya Məhkəməsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11695/2023 21 avqust 2023-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti və müddətin bərpası ilə bağlı ərizə verilərək qərardadın ləğv edilməsi və iddianın icraata qəbul edilməsi xahiş edilmişdir. Hazırki işdən müəyyən olunur ki, İddiaçı MMC-nin cavabdeh Bakı Apellyasiya Məhkəməsinə qarşı tələbi “cavabdehin xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi” barədədir. Göründüyü kimi, iş üzrə cavabdeh qismində Bakı Apellyasiya Məhkəməsi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.5-ci maddəsinə əsasən işin bu Məcəllənin 44.2.3 və 44.2.4-cü maddələrində nəzərdə tutulmuş hallarda aid olduğu məhkəməyə verilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirilir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, hazırki iş üzrə aidiyyətin müəyyənləşdirilməsi məqsədilə inzibati işin Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi məqsədəmüvafidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 80-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44 və 45-ci maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARAALDİ: Hazırki iş üzrə aidiyyətin müəyyənləşdirilməsi məqsədilə inzibati iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar