Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-41/2022 15.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Azərbaycan” Nəşriyyatının Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin plan və ölçülərinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X35 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifovdan və Xumar Afət qızı Mərdanovadan ibarət tərkibdə, X30-Yusiflinin katibliyi, Cavabdehin nümayəndəsi X25, 3-cü şəxsin nümayəndəsi (həyat yoldaşı) X17, vəkili X27 iştirakı ilə, İddiaçı «Azərbaycan» Nəşriyyatının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “plan-ölçülərin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3193/2018 saylı 03 oktyabr 2018-ci il tarixli qərarından 3-cü şəxs X28 tərəfindən verilmiş apellyasiya şikayətinə 15 iyul 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: X20 Sovetinin İcrayyə Komitəsi tərəfindən verilmiş 20 fevral 1981-ci il tarixli, B 000369 saylı “X26 X61”ndan görünür ki, 15 ha ölçüdə torpaq sahəsi “Kommunist” nəşriyyatına (indiki Azərbaycan” nəşriyyatı) yardımçı təsərrüfat yaradılması üçün müddətsiz ayrılmışdır və həmin akt 20 fevral 1981-ci il tarixdə dövlət aktlarının qeydiyyatı kitabında 64 nömrə ilə qeydə alınmışdır. AN-İ seriyalı ******* saylı xx.xx.2013-cü il tarixli alqı-satqı müqavilələrindən görünür ki, X7 rayonu, Nardaran qəsəbəsi 85-ci məhəllədə yerləşən torpaq sahələrini ayrı-ayrı şəxslərdən: Sabunçu (Lenin) rayon XDS İK-nin 19 yanvar 1989-cu il tarixli 3/41 saylı qərarına əsasən X3 adına qeydiyyatdan keçmiş torpaq sahəsini ******* nömrəli xx.xx.2013cü il tarixli alqı-satqı müqaviləsi əsasında, X32 adına Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyətinin xx.xx.1993-cü il 210 nömrəli qərarı ilə qeydiyyata alınmış, qanun üzrə vərəsəlik əsasında xx.xx.2013-cü il tarixdən etibarən X13 torpaq sahəsini ******* nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında, Sabunçu (Lenin) rayon XDS İK-nin 19 yanvar 1990-cı il tarixli, 3/50 saylı qərarına əsasən sözügedən torpaq sahəsi X1 verilmiş torpaq sahəsini ******* nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında, Sabunçu (Lenin) rayon XDS İK-nin 21 fevral 1992-ci il tarixli, 4/37 saylı qərarına əsasən X12 adına olmuş torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında satın almış və 4 ayrı-ayrı torpaq sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu torpaq sahələri birləşdirilərək X22 **********24 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il tarixli seriya RX №0813803 saylı çıxarış verilmiş və daha sonra torpaq hissəsi iki yerə bölünərək hər birinə ayrılıqda **********54 reyestr nömrəli xx.xx.2016-cı il tarixli seriya RX № ******* və **********55 reyestr nömrəli xx.xx.2016-cı il tarixli seriya RX № ******* saylı çıxarışlar verilmişdir. X18 adına torpaq sahələrinə dair yeni plan-ölçülər tərtib edilmişdir. X22 verilmiş **********24 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, məhəllə 85, 1 saylı sahədə yerləşən torpaq sahəsinin 1 saylı döngəsinin koordinatları X=416348.9 Y=4492789.22, 2 saylı döngəsinin koordinatları X=416347.14, Y=4492798.72, 3 saylı döngəsinin koordinatları X=416335.29, Y= 4492796.69, 4 saylı döngəsinin koordinatları X=416320.65 Y= 4492878,95 -dir. 1 saylı döngədən 2 saylı döngəyə qədər məsafə 9.66, 2 saylı döngədən 3 saylı döngəyə qədər məsafə 12.02, 3 saylı döngədən 4 saylı döngəyə qədər məsafə 83.55, 4 saylı döngədən 5 saylı döngəyə qədər məsafə 19.14 metrdir. X22 verilmiş **********95 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, məhəllə 82, 21 saylı sahədə yerləşən torpaq sahəsinin 1 saylı döngəsinin koordinatları X=416372.01 Y=4492814.52, 2 saylı döngəsinin koordinatları X=416345.14, Y=4492809.56, 3 saylı döngəsinin koordinatları X=416338.64, Y= 4492845.32, 4 saylı döngəsinin koordinatları X=416365.66 Y= 4492850,31 -dir. 1 saylı döngədən 2 saylı döngəyə qədər məsafə 27.32, 2 saylı döngədən 3 saylı döngəyə qədər məsafə 36.35, 3 saylı döngədən 4 saylı döngəyə qədər məsafə 27.48, 4 saylı döngədən 5 saylı döngəyə qədər məsafə 36.35 metrdir. X22 verilmiş **********54 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin 1 saylı döngəsinin koordinatları X=416330.77 Y=4492888.1, 2 saylı döngəsinin koordinatları X=416358.7, Y=4492893.09, 3 saylı döngəsinin koordinatları X=416365.67, Y= 4492850.32, 4 saylı döngəsinin koordinatları X=416338.64 Y= 4492845,32 -dir. 1 saylı döngədən 2 saylı döngəyə qədər məsafə 28.37, 2 saylı döngədən 3 saylı döngəyə qədər məsafə 43.33, 3 saylı döngədən 4 saylı döngəyə qədər məsafə 27.49, 4 saylı döngədən 5 saylı döngəyə qədər məsafə 43.5 metrdir. X22 verilmiş **********07 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, məhəllə 85, 1 saylı sahədə yerləşən torpaq sahəsinin 1 saylı döngəsinin koordinatları X=416352.9 Y=4492766.46, 2 saylı döngəsinin koordinatları X=416345.14, Y=4492809.56, 3 saylı döngəsinin koordinatları X=416372.01, Y= 4492814.52, 4 saylı döngəsinin koordinatları X=416379.79 Y= 4492770,67 -dir. 1 saylı döngədən 2 saylı döngəyə qədər məsafə 43.79, 2 saylı döngədən 3 saylı döngəyə qədər məsafə 27.32, 3 saylı döngədən 4 saylı döngəyə qədər məsafə 44.53, 4 saylı döngədən 5 saylı döngəyə qədər məsafə 27.22 metrdir. X22 verilmiş **********14 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, məhəllə 85, 4 saylı sahədə yerləşən torpaq sahəsinin 1 saylı döngəsinin koordinatları X=416338.64 Y=4492845.32, 2 saylı döngəsinin koordinatları X=416345.14, Y=4492809.56, 3 saylı döngəsinin koordinatları X=416347.14, Y= 4492798.72, 4 saylı döngəsinin koordinatları X=416335.29 Y= 4492796,69 -dur. 1 saylı döngədən 2 saylı döngəyə qədər məsafə 36.35, 2 saylı döngədən 3 saylı döngəyə qədər məsafə 11.02, 3 saylı döngədən 4 saylı döngəyə qədər məsafə 12.02, 4 saylı döngədən 5 saylı döngəyə qədər məsafə 83.55 metrdir. X22 verilmiş **********54 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 85-ci məhəllə, 1 saylı sahədə yerləşən torpaq sahəsinin 1 saylı döngəsinin koordinatları X=416358.7 Y=4492893.09, 2 saylı döngəsinin koordinatları X=416365.67, Y=4492850.32, 3 saylı döngəsinin koordinatları X=416372.01, Y= 4492814.52, 4 saylı döngəsinin koordinatları X=416379.79 Y= 4492771,21-dir. 1 saylı döngədən 2 saylı döngəyə qədər məsafə 43.33, 2 saylı döngədən 3 saylı döngəyə qədər məsafə 36.36, 3 saylı döngədən 4 saylı döngəyə qədər məsafə 44, 4 saylı döngədən 5 saylı döngəyə qədər məsafə 27.22 metrdir. X22 verilmiş **********55 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 85-ci məhəllə, 1 A saylı sahədə yerləşən torpaq sahəsinin 1 saylı döngəsinin koordinatları X=416319.39 Y=4492885.99, 2 saylı döngəsinin koordinatları X=416320.65, Y=4492878.95, 3 saylı döngəsinin koordinatları X=416301.68, Y= 4492876.44, 4 saylı döngəsinin koordinatları X=416300.67 Y= 4492882,53 -dir. 1 saylı döngədən 2 saylı döngəyə qədər məsafə 7.16, 2 saylı döngədən 3 saylı döngəyə qədər məsafə 19.14, 3 saylı döngədən 4 saylı döngəyə qədər məsafə 6,17 saylı döngədən 5 saylı döngəyə qədər məsafə 19.04 metrdir. "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, 20 fevral 1981-ci il tarixli “X26 X61”na əsasən “Azərbaycan” Nəşriyyatının qanuni istifadəsində olan 15 ha torpaq sahəsi Bakı dairəvi avtomobil yolundan Hüseyniyyə məscidinə qədər uzanan asfalt örtüklü avtomobil yolundan şərq tərəfə 218.8 metr məsafədən başlayaraq, Bakı dairəvi avtomobil yolu boyu, Bakı dairəvi avtomobil yolunun cənubunda yerləşməklə şərqə tərəf 300, cənuba tərəf 500 metr xətti ölçülərə malik ərazidə yerləşir. Həmin torpaq sahəsinin mütəxəssis rəyinə əlavə edilmiş 6 saylı xəritə üzərində göstərilmiş 1 saylı döngəsinin koordinatları X=416049.63 Y=4492833.10, 2 saylı döngəsinin koordinatları X=416347.10, Y=4492886.90, 3 saylı döngəsinin koordinatları X=416383.96, Y= 4492388.32, 4 saylı döngəsinin koordinatları isə X=416086.62, Y= 4492334.47- dir. 1 saylı döngədən 2 saylı döngəyə qədər məsafə 302.3, 2 saylı döngədən 3 saylı döngəyə qədər məsafə 499.9, 3 saylı döngədən 4 saylı döngəyə qədər məsafə 302.2, 4 saylı döngədən 1 saylı döngəyə qədər məsafə 500 metrdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş müstəqil mütəxəssis rəyinin məzmunundan görünür ki, Maştağa südçülük-tərəvəzçilik sovxozunun torpaqdan istifadə etməsinə dair yer quruluşu layihəsi 1/10000 miqyasında olduğundan şərqdən qərbə doğru ölçərək 4 smdən sonra 3 sm olaraq davam edir. Bu da o deməkdir ki, şərqdən qərbə doğru 400 metrdən sonra “Kommunist Nəşriyyatı” başlayır və 300 metr davam edir. Bu torpaq sahəsindən sonra Nardaran Pirinə gedən yol öz əksini tapır. İddiaçı “Azərbaycan” nəşriyyatı cavabdeh inzibati orqana müraciət edərək X22 verilmiş **********54 və **********55 reyestr nömrəli və onların verilməsinə əsas olmuş **********24 nömrəli torpaq sahələrinin planı və ölçülərinin etibarsız hesab edilməsini xahiş etmiş, cavabdeh inzibati orqan onun müraciətini təmin etməkdən imtina etmişdir. Hazırda iddiaçı “Azərbaycan” Nəşriyyatı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən X22 verilmiş **********54 və **********55 reyestr nömrəli və onların verilməsinə əsas olmuş **********24 nömrəli torpaq sahələrinin planı və ölçülərinin etibarsız hesab edilməsini tələb edir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 06 may 1980-ci il tarixli 195 saylı qərarı ilə Nardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə torpaq sahəsi “Kommunist” Nəşriyyatına (hazırda“Azərbaycan” Nəşriyyatı) yardımçı təsərrüfat yaradılması üçün ayrılmışdır. Bununla bağlı Abşeron ZDS İK tərəfindən 20 fevral 1981-ci il tarixli “X26 X61” verilmişdir. X59 20 fevral 1981-ci il tarixdə dövlət aktlarının qeydiyyatı kitabında 64 nömrə ilə qeydə alınmışdır. “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatı Sabunçu rayonun inzibati ərazisində, kənd təsərrüfatı təyinatlı 15 ha ölçüdə torpaq sahəsində yerləşir və həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla iddiaçının qanuni istifadəsindədir. Yuxarıda göstərilən hallar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2016-cı il tarixli 2(102)-6123/2016 salı qərarı ilə müəyyən edilmişdir. Həmçinin “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsi Maştağa Südçülük- Tərəvəzçilik sovxozunun torpaqdan istifadə etməsinə dair yerquruluşu layihəsində göstərilmişdir. Hal-hazırda iddiaçıya məlum olmuşdur ki, X18 0.446922 ha və 0.012715 ha torpaq sahələri üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 09 fevral 2016-cı il tarixdə qeydyyata alınaraq ona **********54 və **********55 reyestr nömrəli çıxarışlar və həmin reyestr nömrəli torpaq sahələrinin planı və ölçüləri verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********54 və **********55 reyestr nömrəli çıxarışlarda torpaq sahələrnin olduğu yer Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 85-ci məhəllə, 2 saylı sahə kimi göstərilmişdir. Həmin torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları kimi qeyd edilmişdir. Lakin, X22 verilmiş torpaq sahələrinin planı və ölçülərində göstərilən əsas döngə nöqtələrinin koordinatları “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə olan torpaq sahəsinin ərazisində yerləşdirilmişdir. Halbuki, iddiaçıya verilmiş 20 fevral 1981-ci il tarixli X26 X54 15 ha ölçüdə torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpağı kimi göstərilmişdir. Bundan başqa həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla iddiaçının qanuni istifadəsindədir və hasara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin işçilərinin texniki səhvləri və yaxud vəzifələrindən sui-istifadələri nəticəsində X22 verilmiş torpaq sahələrinin planı və ölçülərində göstərilən əsas döngə nöqtələrinin koordinatları qanunsuz və əsassız olaraq “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisinə vurulmuşdur. Bu da öz növbəsində “Azərbaycan” Nəşriyyatının nümayəndələri ilə torpaq əldə etmiş şəxslər arasında lüzumsuz mübahisələrə, qarşıdurmalara və bir sıra xoşagəlməz halların baş verməsinə səbəb olmuşdur. Belə olan halda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi öz işçilərinin texniki səhvlərini aradan qaldırmalıdır. Lakin, “Azərbaycan” Nəşriyyatının müraciətinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müxtəlif bəhanələr gətirərək yaranmış vəziyyətin aradan qaldırılması ilə əlaqədar heç bir tədbir görməmiş, bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, araşdırma zamanı “Azərbaycan” Nəşriyyat tərəfindən daxil olan ərizə, ona əlavə olunmuş məhkəmə qərarları və icra sənədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəliyin qoyulmadığı, həmçinin bu qərarlar barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi qaydada məlumat daxil olmadığı müəyyən olunmuşdur. Bu səbəbdən ərizənin icrası mümkün olmaması ilə bağlı “Azərbaycan” Nəşriyyatına 09 aprel 2018-ci il tarixli **********97 qeydiyyat nömrəli məktub ünvanlanmışdır. Eyni zamanda “Azərbaycan” Nəşriyyatı tərəfindən 1 saylı Bakı Ərazi idarəsinə rəsmi daxil olmuş müraciətdə X22 münasibətdə qeyd olunanlarla 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə verilən iddia ərizəsində göstərilən tələb arasında fərq mövcuddur. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 85-ci məhəllədə yerləşən torpaq sahələri (**********95 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli, **********54 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli, **********07 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli və **********14 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli çıxarışlar) alqı-satqı müqavilələri ilə X22 verilmişdir. Nəzərə çatdırmaq istəyirlər ki, ilk öncə Sabunçu (Lenin) rayon XDS İK-nin 19 yanvar 1989-cu il tarixli, 3/41 saylı qərarına əsasən X3 adına qeydiyyatdan keçmiş, daha sonra X9 ilə X29 (adına ƏN-İ 344613 nömrəli xx.xx.2013-00 il tarixli etibarnamə verilmişdir) arasında ******* nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi ilə torpaq sahəsi sonuncuya verilmişdir. Beləliklə, alqı-satqı müqaviləsi əsasında **********95 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli çıxarış verilmişdir. Habelə **********54 reyestr nömrəli çıxarış ilkin olaraq X32 adına Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyətinin xx.xx.1993-cü il 210 nömrəli qərarı ilə qeydiyyata alınmışdır. Sözügedən torpaq sahəsi qanun üzrə vərəsəlik əsasında xx.xx.2013-cü il tarixdən etibarən X8. Daha sonra isə X48 ilə X29 arasında ******* nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan əlavə ilk öncə Sabunçu (Lenin) rayon XDS İK-nin 19 yanvar 1990-cı il tarixli, 3/50 saylı qərarına əsasən sözügedən torpaq sahəsi X1 verilmişdir. X4 ilə X29 arasında ******* nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında X22 **********07 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli çıxarış verilmişdir. Həmçinin Sabunçu (Lenin) rayon XDS İK-nin 21 fevral 1992-ci il tarixli, 4/37 saylı qərarına əsasən ilkin özəlləşdirmə X12 adına olmuş, daha sonra R.X2 arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında sonuncuya **********14 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli çıxarış verilmişdir. Bildiririk ki, yuxarıda adları çəkilən torpaq sahələri birləşdirilərək **********24 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il tarixli çıxarış X22 verilmiş və daha sonra torpaq hissəsi iki yerə bölünərək hər birinə ayrılıqda **********54 və **********55 reyestr nömrəli çıxarışlar verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldəedənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci, 66.1-ci, 67-ci, 68-ci, 109-cu maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 7.1-ci maddəsinə, vaxtilə qüvvədə olmuş və Azərbaycan Respublikasi Prezidentinin xx.xx.2018-ci il tarixli 630 nömrəli Fərmanı ilə ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli 536 nömrəli Fərmanı ilə təsdiq edilən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi" tərəfindən verilən "Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin 1-ci bəndinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiqlənmiş Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydalarının 4.2-ci bəndinə, Mülki Məcəllənin 140-cı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 9-cu, 11.1–ci maddələrinə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1ci, 38.1-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Plenum Qərarına əsaslanaraq məhkəmədən iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3193/2018 saylı 03 oktyabr 2018-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, X22 verilmiş **********54 və **********55 reyestr nömrəli və onların verilməsinə əsas olmuş **********24 nömrəli torpaq sahələrinin planı və ölçülərinin etibarsız hesab edilməsi qərara alınmışdır. Həmin məhkəmə hesab etmişdir ki, 3-cü şəxsə verilmiş torpaq sahəsinin koordinatlarının iddiaçıya yardımçı təsərrüfatın yaradılması üçün ayrılmış torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçıya ayrılmış torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olduğundan və onun istifadəsindən geri alınmadığından, həmin torpaq sahəsinin daxilində üçüncü şəxsə fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin ayrılması qanunsuz olmuşdur. Qərardan narazı qalan cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Eyni zamanda 3-cü şəxs X33 tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən maddi və prosssual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən qərar ləğv edilməlidir. Məhkəmənin xx.xx.2018-ci il tarixdə keçirilmiş iclası barədə İdarəyə bildiriş göndərilməmişdir. Göründüyü kimi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən müvafiq iş düzgün və ətraflı araşdırılmamış, məhkəmə tərəfindən ekspertiza keçiirlməmiş və qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Müvafiq işin düzgün və ətraflı araşdırılması üçün Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti, Sabunçu rayonu, Nardaran qəsəbə bələdiyyəsi, Azərbaycan Respublikası Ekologiya və təbbi sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X10 Təşkili üzrə Dövlət Agentliyi iş üzrə 3-cü şəxs qismində cəlb edilməli və ekspertiza təyin edilməlidir. 3-cü şəxs X33 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tələbə yanlış aspektdən yanaşaraq iddianın hüquqi və faktiki əsaslarını düzgün təfsir etməyərək tamamilə ayrı hüquqi əsaslanma tətbiq etmiş və onu təmin etmişdir. Məhkəmənin iddiaya və təqdim olunan mötəbər sübutlara bu yanaşması qəbul olunan deyil və maddi hüquq normasının yanlış təfsiri kimi qiymətləndirilməlidir. İddiaçı “Azərbaycan” Nəşriyyatı məhkəməyə müraciət edərkən onun mülkiyyətində olan torpaq sahəsinin onun torpaq sahəsi ilə üst-üstə düşməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçının istifadəsində olan 15 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları onun mülkiyyətində olan torpaq sahələrinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşdüyünü sübut kimi əsas götürülən "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyi məhkəmə prosesi zamanı işə əlavə olunmuşdur və həmin mütəxəssis rəyi digər mütəxəssis "xxxx" MMC tərəfindən verilmiş rəy ilə təkzib olunduğundan iddiaçı tərəfindən onun mülkiyyətində olan torpaq sahəsinin mübahisələndirilməsinə subyektiv hüququ olmamışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, “Azərbaycan SSR Abşeron rayonu Maştağa südçülük-tərəvəzçilik sovxozunun torpaqdan istifadə etməsinə dair yerquruluşu layihəsi, iddiaçıya aid 15 ha torpaq sahəsinin hansı ərazidə yerləşdiyini müəyyən edən yeganə sübutdur. Həmin layihəyə əsasən südçülük-tərəvəzçilik sovxozu Nardaran ərazisində yerləşir və sovxoz ərazisinin konturunun şimal hissəsi dəmir yolu xətti ilə sərhədlənərək Bilgəh Nardaran sərhəddindən qərbə doğru 950 metr enə malikdir. Layihə üzrə iddiaçıya məxsus torpaq sahəsinin yerləşdiyi ərazi sovxozun ən şimal konturunda paraleloqram şəkilində yerləşdiyi əks olunur. "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyinin əsassız olduğunu sübut edən əsas amillərdən biri odur ki, iddiaçıya məxsus torpaq sahəsi Hüseyniyyə Məscidinə gedən yoldan şərqə doğru 218 metr aralı məsafədə yerləşərək düzbucaq şəkilində əks olunduğunu göstərilməsidir. Mütəxəssisin bu qənaətə gəlməsinə səbəb olan, 1987-cı ilə aid 1: 50000 miqyaslı topoqrafik planı üzrə həmin ərazidə o zaman şərq, cənub və qismən də qərb tərəfdən hasarlanmış torpaq sahəsidir və hasarlanmış ərazinin xətti ölçüləri iddiaçıya ayrılmış torpaq sahəsi ilə təxminən eyni olduğunu bildirməsidir. Təqdim olunmuş həmin topoqrafik plan iddiaçının torpaq sahəsinə heç bir aidiyyəti olmadığına baxmayaraq, həmin istinad olunan hasarlanmış torpaq sahəsi 18-20 ha torpaq sahəsindən ibarətdir və düzbucaq şəkilindədir. Xüsusi ilə qeyd olunmalıdır ki, "xxxx" MMC-nin mütəxəssisi işi tam obyektiv araşdırmadığı üçün və sovxozun ərazisini təqdim etdiyi öz xəritələrində geniş planda əks etdirmədiyi üçün Maştağa südçülük-tərəvəzçilik sovxozunun torpaq sahəsi Nardaran ərazisində yerləşdiyi halı nəzərdən qaçıraraq, tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən, sovxozun ərazisi 218 metr məsafədə Bilgəh ərazisinə düşdüyü göstərilmişdir. "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyini təkzib edən "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən Maştağa südçülük-tərəvəzçilik sovxozunun torpaqdan istifadə etməsinə dair yerquruluşu layihəsi üzrə apardığı araşdırma zamanı müəyyən etmişdir ki, sovxozun şərq sərhəddi Nardaran Bilgəh sərhəddi ilə 19-cu dalana təsadüf edir. İddiaçıya aid torpaq sahəsinin paraleloqram şəkilində yerləşməsinə səbəb olan, həmin torpaq sahəsinin qərb sərhəddi Hüseyniyyə Məsçidinə gedən yol ilə paralel olmasıdır. Mütəxəssis rəyinə əlavə olunmuş peykdən çəkilmiş 2001-ci ilə aid kosmik şəkili ilə bu xüxusatlar öz təsdiqini tapmışdır. Maştağa südçülük-tərəvəzçilik sovxozunun ərazisinin konturları aydın şəkildə yaşayış massivləri ilə sərhədlənməsi və peykdən çəkilmiş kosmik şəkillə layihə üzrə sovxozun torpaq sahələrinin konturları mövcud yollarla işarələnərək üst-üstə düşməsi, ortada olan bütün şübhələri aradan qaldırır. Bütün bu göstəricilər sübut edir ki, "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyi qüsurludur və həqiqəti özündə əks etdirmir. Lakin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi onların verdiyi mütəxəssis rəyinə heç bir hüquqi rəy verməmiş, baxmayaraq ki, həmin rəy digər mütəxəssis rəyini təkzib edir. Göründüyü kimi, mövcud mübahisənin əsasını «Azərbaycan» Nəşriyyatının isitfadəsində olmasına istinad etdiyi «X26 X61» ilə müəyyən edilən torpaq sahəsi ilə onun mülkiyyətində olan torpaq sahəsinə dair tərtib edilmiş torpaq sahəsinin plan və ölçünün üst-üstə düşübdüşməməsi təşkil edir. Odur ki, «Azərbaycan» Nəşriyyatının istifadəsində olmasına istinad etdiyi torpaq sahəsi ilə onun mülkiyyətində olan torpaq sahəsinə dair tərtib edilmiş torpaq sahəsinin plan və ölçünün üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi zərurəti yaranmışdır. Göstərilən halların aydınlaşdırılması isə xüsusi bilik tələb edən elm sahəsinin mütəxəssisləri tərəfindən müəyyən edilməli olduğundan, iş üzrə məhkəmə -torpaqşünaslıq ekspertizasının təyin edilməsinə dair vəsatət versə də, məhkəmə əsassız olaraq vəsatəti təmin etməmiş, nəticədə iddiaçının iddia etdiyi torpaq sahəsi ilə onun mülkiyyətində olan torpaq sahəsinə dair plan və ölçünün üst-üstə düşüb-düşməməsi müəyyən edilmədən, əsassız olaraq iddianın təmin edilməsinə dair və beləliklə də onun mülkiyyət hüququnun pozulması ilə nəticələnən qərar qəbul etmişdir. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-133/2019 saylı 21 fevral 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları öz qərarında təkrarlamış və əlavə olaraq bildirmişdir ki, üçüncü şəxsin iddiaçıya ayrılmış torpaq sahəsinin onun istifadəsindən geri alınmasına dair apellyasiya şikayətinin dəlili öz təsdiqini tapmamış, habelə onun istinad etdiyi "xxxx" MMC tərəfindən tərtib edilmiş müstəqil ekspert rəyində mübahisəli torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi faktı müəyyən olunmamışdır. Məhkəmə gəldiyi nəticəni “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 10, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1, 8.0.1, 8.0.4, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12.4-cü maddələri ilə əsaslandırmışdır. Həmin qərardan narazı qalan 3-cü şəxs X33 tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-66/2020 saylı 29 yanvar 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-133/2019 saylı 21 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X36 apellyasiya şikayətini müdafiə edərək, ekspert rəyinin isə məhkəmə tərfindən qəbul edilməsinə etiraz etməyərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdi. 3-cü şəxsin nümayəndəsi X29, vəkili X41 apellyasiya şikayətini müdafiə edərək, ekspert rəyinin isə məhkəmə tərəfindən qəbul edilməsinə etiraz etməyərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdilər. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə iddiaçı “Azərbaycan” Nəşriyyatının nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X42, iddiaçının nümayəndəsi və vəkili Vəkil oğlu apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişlər. Apellyasiya baxışı zamanı 15 iyul 2022-ci il tarixli qərardadla X33 hazırki iş üzrə zəruri cəlb edilən 3-cü şəxs qismində tanınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki iş üzrə kassasiya instansiya məhkəməsinin 29 yanvar 2020-ci il tarixli qərarı ilə 3-cü şəxs X33 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilərək iş yeni baxışa qaytarıldığı üçün birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı 3-cü şəxsə münasibətdə yoxlanılır. Çünki Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı cavabdeh tərəfindən kassasiya qaydasında mübahisələndirilmədiyi üçün onun apellyasiya şikayətinin təmin edilmədiyi hissədə qərar qüvvəyə minmişdir. 3-cü şəxs Nazlı Quliyevanın apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərn mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə qaldırdığı iddia qanunla müəyyən edilmiş müddət ötürülmədən verildiyi üçün iddiası mümkündür. İşin mahiyyətinə gəldikdə isə işdən görünür ki, iddiaçı “Azərbaycan” Nəşriyyatının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “cavabdeh orqan tərəfindən X22 verilmiş **********54 və **********55 reyestr nömrəli və onların verilməsinə əsas olmuş **********24 nömrəli torpaq sahələrinin planı və ölçülərinin etibarsız hesab edilməsi” ilə bağlıdır. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, iddiaçının iddia tələbinin əsasını X22 verilmiş torpaq sahələrinin plan və ölçülərində göstərilən əsas döngə nöqtələri koordinatlarının “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 hektar ölçüdə torpaq sahəsinin üzərinə düşməsi təşkil etmişdir. İddiaçı iddia tələbinin əsası kimi, Azərbaycan Respublikası Nazirlər Sovetinin 06 may 1980-ci il tarixli, 195 saylı qərarına (“Kommunist” Nəşriyyatına (hazırda“Azərbaycan” Nəşriyyatı) Nardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə torpaq sahəsinin yardımçı təsərrüfat yaradılması üçün ayrılması barədə), bununla bağlı Abşeron ZDS İK tərəfindən verilmiş 20 fevral 1981-ci il tarixli “X26 X61”na, “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsində Maştağa Südçülük- Tərəvəzçilik sovxozunun torpaqdan istifadə etməsinə dair yerquruluşu layihəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2016-cı il tarixli 2(102)-6123/2016 saylı qərarına istinad etmişdir. Azərbaycan Respublikası Lenin rayon İcra Hakimiyyəti Başçısının 19 yanvar 1990cı il tarixli Sərəncamı ilə Nardaran qəsəbəsi 85-ci məhəllə, 1-ci sahədən X1 yaşayış evinin tikilməsi üçün 0,12 ha torpaq sahəsi ayrılmış, 05 oktyabr 2013 tarixdə kateqoriyası yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü fərdi yaşayış evi göstərilməklə **********07 saylı Çıxarış verilmiş, həmin torpaq sahəsi 27 noyabr 2013 tarixli alqı-satqı müqaviləsi əsasında Nazlı Quliyevaya satılmış, 13 dekabr 2013 tarixli, **********07 saylı çıxarış verilmişdir. Azərbaycan Respublikası Lenin rayon İcra Hakimiyyəti Başçısının 20 dekabr 1991ci il tarixli Sərəncamı ilə Nardaran qəsəbəsi 82-ci məhəllə, 21-ci sahədən X5 yaşayış evinin tikilməsi üçün 0,12 ha torpaq sahəsi ayrılmış, 05 oktyabr 2013 tarixdə kateqoriyası yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü fərdi yaşayış evi göstərilməklə **********95 saylı Çıxarış verilmiş, 27 noyabr 2013 tarixli alqı-satqı müqaviləsi ilə həmin torpaq sahəsi Nazlı Quliyevaya satılmış və 13 dekabr 2013 tarixli, **********95 saylı Çıxarış verilmişdir. Azərbaycan Respublikası Lenin rayon İcra Hakimiyyəti Başçısının 21 fevral 1992-ci il tarixli Sərəncamı ilə Nardaran qəsəbəsi, 85-ci məhəllə, 4-cü sahədən X16 yaşayış evinin tikintisi üçün 0,12 ha torpaq sahəsi ayrılmış, 30 sentyabr 2014-cü il tarixdə kateqoriyası yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü fərdi yaşayış evi göstərilməklə **********14 saylı Çıxarış verilmiş, 16 iyul 2015 tarixli alqı-satqı müqaviləsinə əsasən, torpaq sahəsi Nazlı Quliyevaya satılmış və 25 iyul 2015 tarixli, **********14 saylı Çıxarış verilmişdir. Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 02 fevral 1993-cü il tarixli Sərəncamı ilə, X37 şəxsi yaşayış evinin tikilməsi üçün Nardaran qəsəbəsindən 0,12 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi 06 noyabr 2013 tarixdə qanun üzrə vərəsəliklə sonuncunun qardaşı X14, 16 noyabr 2013 tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən kateqoriyası yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü fərdi yaşayış evi göstərilməklə Abas Əliyevin adına **********554 saylı Çıxarış qeydə alınmışdır. Həmin torpaq sahəsi, 27 noyabr 2013 tarixli alqı-satqı müqaviləsinə əsasən, Nazlı Quliyevaya satılmış və 14 dekabr 2013 tarixli **********54 saylı Çıxarış verilmişdir. X23 0,446922 hektar və 0,012715 hektar torpaq sahələri üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 09 fevral 2016-cı il tarixdə qeydiyyata alınaraq ona **********54 və **********55 reyestr nömrəli çıxarışlar və həmin reyestr nömrəli torpaq sahələrinin plan və ölçüləri verilmişdir. İş materiallarında iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatlarını özündə əks etdirən iki mütəxəssis rəyi mövcuddur: "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyi və "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyi. "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən iddiaçının istifadəsində olan torpaq sahəsi Bakı dairəvi avtomobil yolundan Hüseyniyyə Məscidinə qədər uzanan asfalt örtüklü avtomobil yolundan şərq tərəfə 218.8 m məsafədən başlayaraq, Bakı dairəvi avtomobil yolu boyu, Bakı dairəvi avtomobil yolunun cənubunda yerləşməklə şərqə tərəf 300 m, cənuba tərəf 500 m xətti ölçülərə malik ərazidə yerləşir. Həmçinin mütəxəssis rəyində 15 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Mütəxəssis rəyinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2- 1(82)-2233/2018 saylı məktubuna əsasən aparıldığı qeyd olunmuşdur. Hazırki apellyasiya baxışı zamanı müəyyən olunmuşdu ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin icraatında olmuş 2-1(82)-2233/2018 saylı inzibati işdə iddiaçı “Azərbaycan” nəşriyyatının cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X6 və qeyriləri 3-cü şəxs qismində işə cəlb olunmaqla) “çıxarışların ləğv edilməsi” tələbinə dair iddiası üzrə müvafiq mütəxəssis rəyi alınsa da, sonradan iddiaçının nümayəndəsi Azər Qasımovun “iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması” barədə verdiyi ərizə əsasında iddia geri götürülmüş sayılmış və inzibati iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, sözügedən mütəxəssis rəyi başqa icraat ilə əlaqədar əldə edilmiş, hansı ki həmin icraat davam etməmiş, iddiaçının öz təşəbbüsü ilə ona xitam verilmişdir. İş materiallarında olan digər mütəxəssis rəyi isə üçüncü şəxs X19 vəkili Əjdər Cavadovun sorğusuna əsasən əldə edilmiş mütəxəssis rəyidir ("xxxx" MMC tərəfindən verilmiş). Həmin rəyin məzmunundan görünür ki, Maştağa südçülük-tərəvəzçilik sovxozunun torpaqdan istifadə etməsinə dair yer quruluşu layihəsi 1/10000 miqyasında olduğundan şərqdən qərbə doğru ölçərək 4 sm-dən sonra 3 sm olaraq davam edir. Bu da o deməkdir ki, şərqdən qərbə doğru 400 metrdən sonra “Kommunist Nəşriyyatı” başlayır və 300 metr davam edir. Bu torpaq sahəsindən sonra Nardaran Pirinə gedən yol öz əksini tapır. Göründüyü kimi, "xxxx" MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyi “Azərbaycan” Nəşriyyatına ayrılmış torpaq sahəsinin Nardaran qəsəbəsi ərazisində, Bilgəh magistral yolu boyunca, Bilgəhdən başlayaraq hansı məsafədə yerləşdiyini əks etdirir, həmin rəy “Azərbaycan” Nəşriyyatına ayrılmış torpaq sahəsinin X22 məxsus torpaq sahəsi ilə üstüstə düşmədiyini nəzərdə tutmur. Halbuki, “Azərbaycan” Nəşriyyatına ayrılmış torpaq sahəsi ilə X22 məxsus torpaq sahəsinin üst-üstə düşməsi "xxxx" MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyində əks olunmuşdu. Beləliklə, "xxxx" MMC-nin verdiyi rəy ilə “Azərbaycan” Nəşriyyatına məxsus 15 ha torpaq sahəsinin koordinatları müəyyən edilmiş, lakin həmin rəydə və "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyində öz əksini tapmış iddiaçıya məxsus torpaq sahəsinin koordinatları arasında ziddiyyətlər olmuşdur. Əvvəlki məhkəmə araşdırmalarında üçüncü şəxs X28 vəsatət verərək, tərəflərə məxsus torpaq sahələrinin üst-üstə düşməsinin müəyyən edilməsi, o cümlədən mütəxəssis rəyləri arasındakı ziddiyyətlərin aradan qaldırılması üçün məhkəmə torpaqşünaslıq ekspertizanın keçirilməsini xahiş etmiş, həmçinin iş üzrə cavabdeh də vəsatət verərək ekspertizanın keçirilməsini tələb etmişdir. Lakin birinci instansiya məhkəməsi 26 sentyabr 2018-ci il tarixli məhkəmə iclasında vəsatətləri rədd etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2016-cı il tarixli 2(102)-6123/2016 saylı qərarına istinad edərək bildirmişdir ki, qeyd olunan məsələlərə aydınlıq gətirildiyindən vəsatətlərin təmin edilməsinə ehtiyac yoxdur. Bu barədə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6123/2016 saylı inzibati işində tərəflər «Azərbaycan» nəşriyyatı, X38, X44 olmuş, hazırkı iş üzrə üçüncü şəxslər və cavabdeh həmin iş üzrə tərəf olmadığından o qərarla müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıya bilməz. Həmçinin əvvəlki məhkəmə araşdırmaları zamanı məhkəmə kollegiyası tərəfindən mübahisəli torpaq sahəsinə yerli baxış keçirmiş və mübahisəli torpaq sahəsinin yerində müayinəsi zamanı “Azərbaycan” Nəşriyyatına ayrılmış Bakı şəhəri, Nardaran qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinin Bilgəh magistral yolu boyu 300 metr, əks istiqamətində isə 500 metr düzbucaqlı olmaqla ümumi sahəsi 15 ha təşkil etdiyi, həmin torpaq sahəsinin hasara alındığı, hasarın hər iki istiqamətdə müxtəlif yerlərdə uçurulmuş vəziyyətdə olması, torpaq sahəsinin Bilgəh magistral yolu boyu 300 metr hissəsi boyunca Bilgəh istiqamətində üçüncü şəxs X22 ayrılmış torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məktubu ilə də müəyyən edilmişdir ki, “X26 X61” ilə verilmiş torpaq sahəsi "xxxx" MMC-nin arxiv və elektron baza məlumatlarına əsasən “Bakı şəhərinin inzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış torpaq sahələrinə daxil deyildir. Həmin ərazi Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyində olmaqla dövlət mülkiyyəti torpağıdır. Qeyd olunmalıdır ki, iddiaçı tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatları öz əksini tapmamışdır. Bundan başqa, iddiaçıya məxsus olduğu iddia edilən torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı torpaqlara aid olmuş, üçüncü şəxsə verilmiş torpaq sahələri isə yaşayış məntəqələrinin torpaqlarına aiddir. Kollegiya qeyd edir ki, hazırki iş üzrə iddia tələbinə qiymət verilməsi baxımından müəyyən edilməli olan məsələ Nazlı Quliyevaya verilmiş torpaq sahələrinin plan və ölçülərində göstərilən əsas döngə nöqtələrinin koordinatlarının “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 hektar ölçüdə torpaq sahəsinin ərazisinə düşübdüşməməsidir. Həmçinin iş üzrə kassasiya instansiya məhkəməsinin 29 yanvar 2020-ci il tarixli qərarında qeyd olunan göstərişlərlə bağlı hazırki apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən mütəxəssis cəlb edilməklə iş üzrə məhkəmə mühəndistexniki ekspertizasının təyin edilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin 10/2851 saylı 07 iyun 2022-ci il tarixli ekspert rəyində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin verdiyi mütəxəssis rəyinə istinad olunaraq qərardadın birinci, üçüncü və dördüncü sualları üzrə qeyd edilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1980ci il tarixli 195 nömrəli qərarı ilə təsdiq edilmiş Torpaq istifadəçiliyinin planı əsasında Abşeron rayon X24 İcraiyyə Komitəsi tərəfindən "Kommunist" Nəşriyyatına yardımçı kənd təsərrüfatı üçün ayrılmış və X26 aid dövlət aktlarının qeydiyyatı kitabında xx.xx.1981-ci il tarixdə 64 nömrə ilə qeydə alınmış V 000369 nömrəli “X26 aid Dövlət Aktı”nda göstərilən iddia edilən, 15 ha torpaq sahəsinin coğrafi yerləşməsinin müəyyənləşdirilməsi mümkün olmamış, dövlət aktının koordinatlarının təqdim edilməməsi səbəbindən qərardadın bu suallarını cavablandırmaq mümkün olmamışdır. Qərardadın ikinci sualı üzrə qeyd edilmişdir ki, X22 məxsus **********54, **********55 daşınmaz əmlakın dövlət reyestr nömrəli və onların verilməsinə əsas olmuş **********24 reyestr nömrəli sahələrinin hazırda faktiki yerləşmə koordinatları ilə həmin torpaq sahələrinin plan və ölçülərində göstərilən koordinatların üst-üstə düşdüyü müəyyən olunmuşdu. Qərardadın beşinci sualı üzrə qeyd edilmişdir ki, X22 məxsus **********54, **********65 daşınmaz əmlakın dövlət reyestr nömrəli və onların verilməsinə əsas olmuş **********24 reyestr nömrəli torpaq sahələrinin faktiki olaraq yaşayış məntəqəsi kateqoriyasına aid torpaqlarda yerləşdiyi, kateqoriyasının dəyişdirilməsi barədə məlumat aşkar edilmədiyi müəyyən edilmişdi. X22 məxsus **********54, **********55 daşınmaz əmlakın dövlət reyestr nömrəli və onların verilməsinə əsas olmuş **********24 reyestr nömrəli torpaq sahələrinin ayrıldığı və ondan sonra daşınmaz əmlakın dövlət qeydiyyatına alınan vaxtlarda yerləşdiyi ərazinin kateqoriyasının yaşayış məntəqəsi torpaqlarına aid olduğu müəyyən olunmuşdu. X22 məxsus **********54, ********** daşınmaz əmlkaın dövlət reyestr nömrəli və onların verilməsinə əsas olmuş **********24 reyestr nömrəli torpaq sahələrinin ayrıldığı vaxtlarda dövlət mülkiyyətində olduğu və hal-hazırda xüsusi mülkiyyətdə olduğu müəyyən olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası keçirilmiş mühəndis-texniki ekspertizasının rəyini mötəbər sübut kimi qəbul edərək hesab edir ki, həmin rəyə əsasən iddia olunan 15 ha torpaq sahəsinin coğrafi yerləşməsinin müəyyənləşdirilməsi mümkün olmadığından və dövlət aktının koordinatlarının təqdim edilməməsi səbəbindən həmin sahənin 3-cü şəxsə verilmiş plan- ölçü sənədlərindəki torpaq sahələri ilə üst-üstə düşdüyünü də müəyyən etmək mümkün olmamışdır. Buna görə də iddiaçı 3-cü şəxsin adına verilmiş plan-ölçü sənədlərinin onun iddia etdiyi torpaq sahəsi ilə əlaqəli olduğundan etibarsız hesab olunmasını sübuta yetirə bilməmişdir. Qeyd olunanlarla bağlı apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsinin “təkrar mühəndislik ekspertizasının keçirilməsi” barədə vəsatəti də təmin olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan” Nəşriyyatına ayrılmış torpaq sahəsi kənd təsərrüfat təyinatlı torpaq sahəsi olduğu halda, Nazlı Quliyevaya ayrılmış torpaq sahələri yaşayış məntəqələrinə aid torpaq sahəsi olmuşdur. Əgər iddiaçı ona ayrılmış torpaq sahəsinin sonradan 3-cü şəxsə verildiyini iddia edirsə, onda keçən müddət ərzində ona ayrılmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3-cü şəxsə yaşayış məntəqə torpağı kimi verilməsi üçün torpağın kateqoriyası dəyişdirilmiş olmalıydı. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12.4-cü maddəsinə əsasən kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda həmin Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 6.3 bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 yanvar 2017-ci il tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Məhkəmə araşdırmaları zamanı isə Nazlı Quliyevanın mülkiyyətində olan torpaq sahələrinin bir kateqoriyadan digərinə keçirilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının olmadığı aşkar edilmişdir. Bu fakt da onu deməyə əsas verir ki, iddia olunan torpaq sahəsi 3-cü şəxsin mülkiyyətində olan sahə deyil. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mübahisələndirdiyi plan və ölçü sənədlərinin etibarsız hesab olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyi üçün bu hal onun iddiasının təmin olunmasını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini bu qərarın əsaslandırıcı hissəsində göstərilən məsələləri yoxlamadan təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 3-cü şəxs Nazlı Quliyevanın apelyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3193/2018 saylı 03 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Həmçinin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza təhqiqatının aparılması ilə bağlı xərclər iddiaçı “Azərbaycan” Nəşriyyatından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: 3-cü şəxs X23 apelyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3193/2018 saylı 03 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İddia rədd edilsin. İddiaçı “Azərbaycan” Nəşriyyatından ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində ekspert xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyalə Cəmilova Hakimlər: Cahangir Yusifov Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2-1(103)-41/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-41/2022
15.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver