Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-41/2025 05.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X3 Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxs Əmlak Məsələləri Dövlət xidməti) qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1172/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2012-ci il tarixində X6 kitabında İddiaçı MMC adına **********0104 nömrəli “Torpaq sahəsinin plan ölçüsü” (kadastr planı) sənədi ilə kadastr uçotuna alınmış 6,72 ha ölçüdəki tikinti məqsədləri üçün ayrılmış torpaq sahəsinin istifadə hüquqları ilə İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması, buna dair çıxarış və texniki sənədin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, “Vulkan-1" MMC 14 may 2008-ci il tarixdə AR Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamenti Kommersiya Hüquqi X1 İdarəsi tərəfindən qeydiyyata alınmışdır. "Vulkan-1” MMC hüquqi şəxsi ləğv olunmuş "Vulkan-1’ kooperativinin hüquqi varisidir. Məlumat olaraq bildirilir ki, keçmiş Bakı şəhər XDS-nin 4/142 saylı,xx.xx.1990-cı il tarixli qərarına əsasən İddiaçı kooperativinə heyvandarlıq ferması tikintisi məqsədi ilə 6,72 ha torpaq sahələri ayrılmışdır. Torpaq sahəsinin yerləşdiyi ərazinin böyük bir hissəsi iddiaçı müəssisənin imkanları və vəsaiti hesabına istifadəyə yararlı hala salınmışdır. Tikinti işlərinin aparılması üçün torpaq sahələrinin hüquqi qeydiyyatının zəruriliyi əsas götürülərək zamanında aidiyyəti orqana müraciətlər etsə də, uzun illər ərzində əlaqədar orqanların işə laqeyd yanaşması səbəbilə torpaq sahəsinin rəsmiləşdirilməsini həyata keçirilməmişdir. Nəhayət, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2 inz(81)-91/2012 saylı qərarı ilə iddiaçının hüquqları təmin olunmuş, keçmiş Bakı şəhər XDS İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli, 4/142 saylı qərarının 9-cu bəndi ilə tikinti məqsədləri üçün ayrılmış 6,72 ha torpaq sahəsinin "xxxx" MMC-nin adına rəsmiləşdirilməsi vəzifəsi AR keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər Şöbəsinin üzərinə qoyulmuşdu. Həmin məhkəmə aktı əsas tutularaq, sözügedən torpaq sahəsi ilə bağlı hüququ xx.xx.2012-ci il tarixində X6 kitabında müəssisənin adına kadastr uçotuna alınmış, ilkin sənədləşmə ilə iddiaçı müəssisəyə “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmiş, torpağın koordinatları, konfiqurasiyası və ölçüsü texniki sənəddə əks olunmuşdur. İddiaçı qeyd edir ki, sonradan struktur dəyişikliyi ilə əlaqədar olaraq bir sıra orqanların ləğvi və səlahiyyətlərin/tabeçiliklərin dəyişdirilməsi iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin sənədləşdirilməsi, yəni daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı işlərinin uzanmasına gətirib çıxarmışdır. Belə ki, AR keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 2015-ci ildə ləğv edilmiş, səlahiyyətləri ayrı-ayrı dövlət orqanları arasında bölüşdürülmüşdür. Torpaq üzərində hüquqların qeydiyyatı isə Əmlak Məsələləri Dövlət Komitəsinə (indiki Xidmətə) həvalə edilmişdir. Hal-hazırda iddiaçı təsərrüfat fəaliyyətinin səmərəli aparılması üçün şirkətiə tikinti məqsədləri üçün ayrılmış sözügedən 6,72 ha ölçülü torpaq sahəsinin “Vulkan-1 MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində sənədləşdirilməsini həyata keçirmək niyyətindədir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək torpaq sahəsinin ölçüsünün 6,62 ha kimi nəzərə alınmasını xahiş etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-in Bakı şəhəri, Binəqədi rayonunun Binəqədi qəsəbəsinin qərb hissəsində yerləşən, qanuni sənədlər əsasında İddiaçı MMC-in faktiki istifadəsində olan, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2inz(81)- 91/2012 saylı qərarı ilə üzərindəki istifadə hüquqlarının qanuniliyi ilə tanınan və qeydiyyatının aparılması Əmlak Məsələləri Dövlət Xidmətinin xələfi olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ərazi qurumuna həvalə edilmiş, xx.xx.2012-ci il tarixdə X6 kitabında İddiaçı MMC-in adına **********0104 nömrəli “Torpaq sahəsinin planölçüsü” (kadastr planı) sənədi ilə kadastr uçotuna alınmış 6,72 ha ölçüdəki tikinti məqsədləri üçün ayrılmış torpaq sahəsinin istifadə hüquqları ilə “Vulkan-1" MMC-in adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması, buna dair çıxarış və texniki sənədin verilməsi öhdəliyinin cavabdehin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi üzərinə qoyulması barədə iddiası etirazla qarşılanır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının ərizəsində istinad olunan və təqdim edilən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2inz(81)-91/2012 saylı qərarı ilə İdarəyə deyil, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi üzərinə öhdəlik qoyulmuşdur. Qeyd edilən məhkəmə qərarı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən icra olunaraq, **********0104 nömrəli “Torpaq sahəsinin plan-ölçüsü” (kadastr planı) tərtib edilmişdir. İdarədə mövcud elektron kadastr baza məlumatlarına əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən **********0104 nömrəli “Torpaq sahəsinin plan-ölçüsü”ndə (kadastr planında) qeyd olunan koordinatlar üzrə 2340 kv.m torpaq sahəsi faktiki olaraq göstərilən sahədən kənarda yerləşdiyi, perimetrik ölçü fərqi mövcud olduğu müəyyən edilmişdir. Torpaq sahəsinin bir hissəsi göl ərazisini (Binəqədi gölü) təşkil edir. Bundan başqa, torpaq sahəsinin yaxınlığından böyük diametrli təyinatı məlum olmayan boru xətti keçir. Bundan əlavə, təqdim olunan Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin qərarında torpaq sahəsinin ölçüsü göstərilməmişdir. Həmçinin İddiaçı kooperativi ilə İddiaçı MMC arasında əlaqələndirici sənədlər və qüvvədən düşmüş Torpaq Məcəlləsinin 30-cu maddəsinə əsasən dövlət aktı təqdim edilməmişdir. Bununla yanaşı, elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətindədir. Bu səbəblərdən ərizənizin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********83 saylı, xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. xx.xx.1991-ci il tarixli Torpaq Məcəlləsinin 30cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir. Dövlət aktının forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər və ya qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1172/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş X6 kitabında İddiaçı MMC adına xx.xx.2012-ci il tarixində 32216 nömrə ilə uçota alınmış (reyestr nömrəsi **********0104) “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında Binəqədi rayonu Binəqədi qəsəbəsinin qərb hissəsində yerləşən 6,62 ha torpaq sahəsi üzərində İddiaçı MMC-nin istifadə hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq buna dair çıxarış və Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia dair yazılı etiraza uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası şəxsin izahatını, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İş materiallarından görünür ki; - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 iyul 2012-ci il tarixli 2inz(81)-91/2012 saylı Qərarı ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər Şöbəsinin Bakı şəhər X5 İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli, 4/142 saylı qərarının 9-cu bəndi ilə tikinti məqsədləri üçün ayrılmış 6,72 ha torpaq sahəsinin İddiaçı MMC-nin adına rəsmiləşdirməkdən imtina edilməsi ilə bağlı hərəkətləri (08 iyun 2011-ci il tarixli, 01/04-781 saylı məktubu) qanunsuz hesab edilmiş, Bakı şəhəri X5 İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli, 4/142 saylı qərarının 9-cu bəndi ilə tikinti məqsədləri üçün ayrılmış 6,72 ha torpaq sahəsinin İddiaçı MMC-nin adına rəsmiləşdirilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər Şöbəsinin üzərinə qoyulmuşdur. Qərar xx.xx.2012-ci il tarixdə qanuni qüvvəsini almışdır - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş və xx.xx.2012-ci il tarixində X6 kitabında İddiaçı MMC-nin adına sənədləşdirilmiş **********0104 nömrəli “Torpaq sahəsinin plan-ölçüsü” (kadastr planı) iş materiallarına əlavə olunmuşdur. - Bakı şəhər X2 İcraiyyə Komtəsinin 13 iyun 1990-cı il tarixli, 4/142 saylı Qərarında qeyd olunur ki, Kirov Rayon X5 İcraiyyə Komtəsinin xahişini nəzərə alaraq (məktub № 01-7/1790 14.05.90-cı il) İddiaçı kooeprativinə Kirov rayonunun, Binəqədi qəsəbəsinin qərb tərəfində heyvandarlıq fermasının tikintisinə icazə verilmişdir. Heyvandarlıq firmasını yem ehtiyatı ilə təmin etmək üçün İddiaçı kooeprativinə Kirov rayonu, Binəqədi-Xırdalan yolunun cənub hissəsində əkin üçün torpaq sahəsi ayrılmışdır. - Ədliyyə Nazirliyinin Hüquqi X1 üzrə Bakı bölgə şöbəsinin xx.xx.2006-cı il tarixli məktubunda qeyd olunur ki, İddiaçı kiçik müəssisəsi xx.xx.1996-cı il tarixdə, 31916 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Müəssisə Bakı şəhəri, Kirov rayon (indiki Binəqədi) XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 16/367 nömrəli qərarı ilə dövlət qeydiyyatına alınmış İddiaçı kiçik müəssisəsinin bazasında yaradılmışdır və onun hüquqi varisidir. Bu barədə müəssisəsnin nizamnaməsinə edilmiş əlavəyə inanılsın. - Ədliyyə Nazirliyinin Hüquqi X1 üzrə Bakı bölgə şöbəsinin xx.xx.2006-cı il tarixli məktubunda qeyd olunur ki, Bakı şəhəri, Kirov rayon (indiki Binəqədi) XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 16/367 nömrəli qərarı ilə dövlət qeydiyyatına alınmış İddiaçı kiçik müəssisəsi eyni adlı kooperativin bazasında yaradılmışdır. Sonradan İddiaçı kiçik müəssisəsinin bazasında eyni adlı İddiaçı kiçik müəssisəsi Ədliyyə Nazirliyi tərəfindən xx.xx.1996-cı il tarixdə, 31916 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. - Cavabdeh orqan tərəfindən imtinasında qeyd edilmişdir ki, 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2inz(81)-91/2012 saylı qərarı ilə idarəyə deyil, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi üzərinə öhdəlik qoyulmuşdur. Qeyd edilən məhkəmə qərarı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən icra olunaraq **********0104 nömrəli “Torpaq sahəsinin plan-ölçüsü” kadastr planı) tərtib edilmişdir. İdarədə mövcud elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən **********0104 nömrəli “Torpaq sahəsinin plan-ölçüsü”ndə (kadastr planında) qeyd olunan koordinatlar üzrə faktiki sahədən kənarda yerləşdiyi, perimetrik ölçü fərqi mövcud olduğu müəyyən edilmişdir. Torpaq sahəsinin bir hissəsi göl ərazisini (Binəqədi gölü) təşkil edir. Bundan başqa, torpaq sahəsinin yaxınlığından böyük diametrli təyinatı məlum olmayan boru xətti keçir. Bundan əlavə, təqdim olunan Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin qərarında torpaq sahəsinin ölçüsü göstərilməmişdir. Həmçinin, İddiaçı kooperativi ilə İddiaçı MMC arasında əlaqələndirici sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1- ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qərardadları ilə iş üzrə məhkəmə mühəndistexniki ekspertizası təyin edilsin. Ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur: “1. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən **********0104 nömrəli “Torpaq sahəsinin plan-ölçüsü”ndə (kadastr planında) qeyd olunan koordinatlar üzrə 2340 kv.m torpaq sahəsi faktiki olaraq göstərilən sahə ilə üst-üstə düşürmü?
2. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən **********0104 nömrəli “Torpaq sahəsinin plan-ölçüsü”ndə (kadastr planında) qeyd olunan koordinatlar üzrə 2340 kv.m torpaq sahəsi Binəqədi gölünün bir hissəsidirmi?
3. Qeyd edilən torpaq sahəsi naturada yerləşməsinə görə Binəqədi gölünün mühafizə zolağına düşürmü? Düşürsə hansı hissədə və ölçüdə?
4. Qeyd edilən torpaq sahəsinin yaxınlığından keçən böyük diametrli boru xətti hansı təyinatlıdır?
5. Qeyd edilən torpaq sahəsi böyük diametrli boru xəttinin mühafizə zonası düşürmü?
6. Qeyd edilən böyük diametrli boru xətti hansı tarixdə çəkilmişdir?” Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/7544 №-li ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “Qərardadın birinci, ikinci və üçüncü sualları üzrə: Bildiririk ki, şərti sərhədlərdə göstərilən torpaq sahəsi faktiki olaraq 6.72 ha təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Şərti olaraq göstərilən torpaq sahəsinin koordinatlarına əks etdirən sxem mütəxəssis rəyinə əlavə edilmişdir. Sahənin bir tərəfindən 28.0-38.3 metr məsafəsindən diametr d=1.2m olan yerüstü boru xətti keçir (təyin etmək mümkün olmadı). Həmçinin sahənin bir tərəfindən 26.8 metr məsafədən yüksək gərginlikli 35 k.Vt-lıq elektrin hava xətti keçir. Sahəyə dair sənəd təqdim edilməyib. Vahid elektron kadastr baza məlumatlarına əsasən mövcud koordinatlar İddiaçı MMC-nin adına verilmiş kadastr planının məlumatından fərqlidir (konfiqurasiya və ölçü fərqi var). Ərazinin yarı hissəsi hazırda bataqlıq, gölün ərazisidir. Həmin hissə xx.xx.1990-cı il tarixli, 1 saylı Qərarla “Xasam” kooperativinə balıq yetişdirilməsi məqsədilə ayrılmış 45.2 ha ərazi ilə üst-üstə düşür. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə sorğu verilməsi məqsədəuyğundur. Qərardadın dördüncü, beşinci və altıncı sualları üzrə: Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2024-cü il tarixdə təqdim edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyində qərardadın dördüncü, beşinci və altıncı suallarına münasibət bildirilmədiyindən həmin suallar üzrə tədqiqat aparılmadı.” Təqdim edilmiş ekspert rəyindən görünür ki, hazırkı iş üzrə mübahisəli ərazinin bir hissəsinin xx.xx.1990-cı il tarixli, 1 saylı Qərarla “Xasam” kooperativinə balıq yetişdirilməsi məqsədilə ayrılmış 45.2 ha ərazi ilə üst-üstə düşməsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən işin obyektiv, tam və hərtərəfli həlli məqsədi ilə müvafiq araşdırma aparılmamış, cavabdeh inzibati orqanın irəli sürdüyü dəlillər, həmçinin iş üçün əhəmiyyət kəsb edən hallar araşdırılmamışdır. İşin təkrar birinci instansiya icraatı zamanı yuxarıda qeyd edilən hallar araşdırılmalı, ekspert rəyində qeyd edilən “Xasam” kooperativi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə və digər orqanlara müvafiq sorğular verilməli, həmçinin hazırkı qərarın digər şəxslərin hüquqlarına toxunubtoxunmaması məsələsi aydınlaşdırılmalı, zərurət olduğu təqdirdə iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Belə olan halda, məhkəmə kollegiyasl apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının əsassız olması ilə razılaşaraq, hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1172/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 82 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1172/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxs Əmlak Məsələləri Dövlət xidməti) qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.