Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-410/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X37 Hüseynin sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı və iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (3-cü şəxs X26) “soyadın dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2-1(112)-3085/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxs X26 işə cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X23 və Misirxanova Məryəmin soyadının “Şixzadayeva” olaraq dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, X26 ilə 23 dekabr 2006-cı il tarixdə nikaha daxil olmuşlar. Həmin nikahdan iki övladları - 17 yanvar 2008-ci il tarixdə X18 və 25 yanvar 2010-cu il tarixdə X19 anadan olmuşlar. 09 iyul 2015-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə nikahlarının pozulması, övladlarının onun himayəsində qalmaları, onların saxlanması üçün cavabdehdən hər ay ümumilikdə 200 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. xx.xx.2015-ci il tarixdə ona nikahın pozulması barədə şəhadətnamə verilmişdir. Həmin vaxtdan bu günədək cavabdeh övladları ilə maraqlanmamış, aliment ödəməkdən yayınmış, uşaqlarla görüşməyə cəhd etməmiş, hətta onun olduğu yeri müəyyən etmək, onunla hər hansı formada əlaqə saxlamaq mümkün olmamışdır. Bugünədək cavabdehin külli miqdarda aliment borcu yaranmışdır. 23 oktyabr 2016-cı il tarixdə X14 ilə nikaha daxil olmuşlar və övladları ilə birlikdə ona məxsus mənzildə yaşayırlar. Ailə başçısı kimi Zamir onun və övladlarının bütün xərclərini qarşılayır. Bioloji ataları olmasa da, övladları Zamiri ata kimi qəbul edir. Zamir də, onlara ata kimi qayğı ilə yanaşır. O, hazırda əri Zamirin soyadını, yəni “Şıxzadayeva” soyadını qəbul etmişdir. X23 və Misirxanova Məryəm də, onun hazırkı soyadını, yəni “Şixzadayeva” soyadını qəbul etmək istəyirlər. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı Cavabdehnə müraciət edərək, övladları – xx.xx.2008-ci il təvəllüdlü X18 və xx.xx.2010-cu il təvəllüdlü X2 “Şixzadayeva” soyadına dəyişdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydaları”nın 4.1-ci maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də, soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Bakı İnzibati Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2-1(112)-3085/2022 saylı qərarı ilə iddia tələbi təmin edilərək, xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X2 “Şixzadayeva” olaraq dəyişdirilməsi öhdəliyinin Bakı şəhəri Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, komissiya məsələyə baxarkən uşaqların soyadının ananın qızlıq soyadı olan “Mirzağayeva”ya deyil, ikinci ərinin soyadı “Şixzadayev”ə dəyişdirilməsi uşaqların maraqlarına zidd hal kimi qiymətləndirmiş və və soyadın dəyişdirilməsindən imtina etmişdir. Vətəndaşların nikahı pozulduqdan sonra təkrar nikaha daxil olmaları qanunvericiliklə məhdudlaşdırılmır. Valideynin bir neçə dəfə nikaha daxil olub soyadını dəyişdirməsi, uşaqların soyadının dəyişdirilməsinə səbəb ola bilməz. Məhkəmə qərar qəbul edərkən bu halı nəzərə almamışdır. Bundan başqa, məhkəmə uşaqları dindirərkən ana tərəfindən psixoloji təsirin göstərilməsini, uşaqların müsbət fikir söyləməsi üçün onlara şirnikləşdirici təkliflərin edilib-edilməməsini araşdırmamış və prosessual hüquq normalarını pozaraq qərar qəbul etmişdir. Məhkəmə baxışı zamanı dindirilən uşaqlar soyadlarının dəyişdirilməsinə razılıqlarını bildirsələr də belə bu onların maraqlarına zidd hal kimi qiymətləndirilməli və onların fikri nəzərə alınmamalı idi. Bundan başqa, məhkəmə qərarında uşaqların dindirilməsini qeyd etsə də, məhkəmə baxışı zamanı cavabdehin iştirakını təmin etməmişdir. Məhkəmə bildirişinin tarixi xx.xx.2022-ci il göstərilməklə məhkəmə baxışı xx.xx.2022-ci il saat 10:10-a təyin edilmişdir. Bildiriş poçta xx.xx.2022-ci il tarixdə verilmiş, cavabdehə isə xx.xx.2022-ci il tarixdə saat 13:00-da, yəni məhkəmə baxışından bir gün sonra çatmışdır. Məhkəmə cavabdehin, müəllimin, və ya psixoloqun iştirakı olmadan uşaqların fikrini öyrənmiş və bununla da prosessual hüquq normalarını pozaraq qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq izahatında bildirdi ki, hamısı bir yerdə yaşayır, uşaqlar da onlarla birgə yaşayırlar. X7 X18 və X19 ilə münasibətləri çox yaxşıdır, hətta uşaqlar qeyd edirlər ki, onlar əsl ata sevgisini, qayğısını X5 görürlər. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsi və üçüncü şəxin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05 dekabr 2015-ci il tarixli, AZ-İ seriyalı, 233548 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X26 ilə X20 arasında olan nikah ləğv edilmiş, nikah ləğv olunandan sonra qadına “Mirzağayeva” soyadı verilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2015-ci ilin 12-ci ayının 05 günündə, 357 nömrə ilə qeyd edilmişdir. 5 saylı Bakı “Asan xidmət” X24 tərəfindən verilmiş AZ-İİ seriiyalı, 160308 nömrəli, xx.xx.2016-cı il tarixli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X15 ilə X21 arasında xx.xx.2016-cı il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2016-cı ilin oktyabr ayının 23 günündə, 5421 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 072096 nömrəli, 29 mart 2008-ci il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X18 xx.xx.2008-ci il tarixdə, Bakı şəhərində doğulmuş, ata qrafasında X26, ana qrafasında X20 göstərilmişdir. Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 801048 nömrəli, 24 dekabr 2011-ci il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X19 xx.xx.2010-cu il tarixdə, Bakı şəhərində doğulmuş, ata qrafasında X26, ana qrafasında X20 göstərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2497/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətini mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində qeyd etməklə, cavabdeh X22 qarşı atanın razılığı olmadan uşağın ölkə xaricinə gedib-gəlməsinə icazə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan övladları 17 yanvar 2008-ci il təvəllüdlü X9 və 25 yanvar 2010-cu il təvəllüdlü X8 ataları X16 razılığı olmadan onunla sərbəst şəkildə ölkədən gedibgəlmələrinə razılıq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından olan 17 yanvar 2008-ci il təvəllüdlü X18 və 25 yanvar 2010-cu il təvəllüdlü X17 himayəsinə verildiyi İddiaçı ilə birlikdə konstitusion hüquq olan – azad hərəkət etmək hüququnu, yəni ölkədən gedibgəlmək hüququnu sərbəst həyata keçirə bilmirlər. Məhkəmə qeyd etmişdir ki, hazırki işdə uşaqların maraqları, yəni azad hərəkət etmək hüquqları (ölkədən gedib-gəlmək hüquqları) valideynlərin maraqlarından üstün tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, mülki işin araşdırılması zamanı uşaqların konstitusion hüquq olan azad hərəkət etmək hüququna dövlət tərəfindən müdaxilə edilməsi üçün tutarlı əsas müəyyən edilmədiyindən 17 yanvar 2008-ci il təvəllüdlü X9 və 25 yanvar 2010-cu il təvəllüdlü X8 ataları X16 razılığı olmadan 18 yaşına çatanadək (daimi əsaslar olmadan) anaları İddiaçı ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara sərbəst getməsinə və qayıtmasına icazə verilməlidir. Məhkəmənin sözügedən qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, 17 yanvar 2008-ci il təvəllüdlü X9 və 25 yanvar 2010-cu il təvəllüdlü X8 18 yaşına çatanadək daimi əsaslarla ölkəni tərk etməsi istisna olmaqla, ataları – cavabdeh X16 razılığı olmadan, anaları İddiaçı ilə birgə Azərbaycan Respublikasının hüdudlarından kənara sərbəst surətdə gedib-gəlməsinə icazə verilməsi qət edilmişdir. Cavabdeh başçısı aparatı yanında Qəyyumluq və himayəçilik üzrə komissiyanın 2021-ci il 03 mart tarixdə keçirilmiş iclasının 7 saylı, 03 mart 2021-ci il tarixli protokolundan görünür ki, gündəlikdə duran məsələ - xx.xx.2008-ci il təvəllüdlü X18 və xx.xx.2010-cu il təvəllüdlü X2 “Şixzadayeva” soyadına dəyişdirilməsinə baxılması haqqında olmuşdur. Müzakirə zamanı çıxış edən komissiyanın üzvləri Ə.Q.Axundov, A.Ə.Bayramova və N.T.Hüseynova çıxış edənlərin göstərdikərini bir daha təsdiq edərək, uşaqların soyadının “Misirxanov” soyadından “Şixzadayeva” soyadına dəyişdirilməsinin qanunvericiliyin tələblərinə və uşağın manafeyinə zidd olması səbəbindən mümkün olmadığını qeyd edərək, təklifin səsə qoyulmasını xahiş etmişlər. Təklif səsə qoyularaq 7 nəfər lehinə, əleyhinə yoxdur, bitərəf yoxdur olmaqla, Cavabdeh başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiya verilən məlumatı dinlədikdən sonra toplanmış sənədlərə və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3, 54.1-ci və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarxli, 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydaları”nın 4.1 və 6.26-cı maddələrinə istinad edərək, xx.xx.2008-ci il təvəllüdlü X18 və xx.xx.2010-cu il təvəllüdlü X2 “Şixzadayeva” soyadına dəyişdirilməsinə icazə verilməmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2021-ci il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçının övladları X18 və X1 “Şixzadayeva” soyadına dəyişdirilməsi ilə bağlı Cavabdehnə ünvanladığı müraciətə Qəyyumluq və Himayəçilik üzrə Komissiyada baxılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də, soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Nəzərə çatdırır ki, keçmiş əri uşaqlarının soyadının dəyişdirməsinə razılıq verəcəyi təqdirdə məsələyə baxıla bilər. X15 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş **********193 nömrəli ərizədən görünür ki, anaları Şixzadayeva (Misirxanova) Kəmalə Neman qızı olan xx.xx.2008-ci il təvəllüdlü X18 və xx.xx.2010-cu il təvəllüdlü X11 “Şixzadayev” soyadının verilməsinə razlıq verir. Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi tərəfindən iddiaçının nümayəndəsi və vəkilinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 7202/4986/2015-5-34 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1395/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən X6ndan X4 xeyrinə xx.xx.2008-ci il təvəllüdlü X18 və xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2015-ci il tarixdən başlayaraq hər uaşağa görə ayda 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd olunan icra sənədi xx.xx.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. X6 tərəfindən heç bir ödəniş edilmədiyindən və faktiki yaşayış yerini müəyyən etmək mümkün olmadığından tərəflərindən borclu barəsində xx.xx.2020-ci il tarixli axtarış qərarı qəbul edilərək, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə göndərilmişdir. X4 nümayəndəsi (vəkili) Vəkil xx.xx.2022-ci il tarixdə Nəsimi rayon İcra Şöbəsinə müraciət edərək, qeyd olunan icra sənədi üzrə Bakı İnzibati Məhkəməsinə məlumat verilməsni xahiş etmişdir. Arayış Bakı İnzibati Məhkəməsinə təqdim edilməsi üçün verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzürsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil. “Uşaq hüququları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasında uşaq hüquqularının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüququi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 10-cu maddəsinə əsasən uşağa ad valideynlərinin qarşılıqlı razılığı ilə, valideynləri olmadıqda isə qəyyumluq orqanlarının razılığı və ya göstərişi əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın: -6.1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; -6.2-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir; -6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ərarvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir; -6.24-cü bəndinə görə ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur; -6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar; -6.26-cı bəndinə görə hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir; -6.27-ci bəndinə görə valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir; -6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Qanunvericilik fiziki şəxsin ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı rəsmi sənədlərinin onun müvafiq ad, soyad və ata adına uyğun dəyişdirilməsi və onun nəticələrinin riskini bilavasitə fiziki şəxsin özünə aid etmişdir. Yetkinlik yaşına çatmış şəxslərin isə valideyninin adının, ata adının və soyadının dəyişdiyi halda öz ərizələri əsasında müvafiq olaraq akt qeydlərində dəyişiklik edilməsini tələb etmək hüququ mövcuddur. Ad, soyad və ata adının təkrar dəyişdirilməsi üçün ilk dəfə dəyişdirilmədən fərqli olaraq bir qədər məhdudlaşdırıcı qayda müəyyən etmişdir. Belə ki, adın, soyadın və ata adının növbəti dəfə dəyişdirilməsinə ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla, yalnız yuxarıda qeyd edilən Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iş üzrə xx.xx.2008-ci il təvəllüdlü X18 və xx.xx.2010-cu il təvəllüdlü X8 valideynləri boşanaraq, ayrı-ayrı ünvanlarda yaşayırlar. Hazırda atalarının soyadını daşıyan uşaqlar anaları ilə birlikdə yaşayırlar. Uşaqların anası, hazırki iş üzrə İddiaçı yeni nikaha daxil olaraq soyadını dəyişmişdir. Onun hazırda rəsmi nikaha daxil olduğu Z.Şixzadayevlə birgə nikahlarından bir övladları vardır. İddiaçı hazırki əri X15 uşaqlara soyadının verilməsinə etiraz etmir. 10 yaşına çatmış uşaqlar ananın iştirakı ilə məhkəmə iclasında dindirilmiş, dindirilmə zamanı bildirmişlər ki, müxtəlif soyadlar onlar üçün narahatçılıq yaradır, hazırki soyadlarının dəyişdirilməsinə razıdırlar. Uşaqların atalarıın olduğu yeri müəyyən etmək qeyrimümkündür. Belə ki, o, üzrsüz səbəbdən uşaqları saxlamaqdan, aliment ödəməkdən yayınır. Bu işdə olan İcra Şöbəsinin yuxarıda qeyd edilən müvafiq arayışı ilə təsdiq edilir. Belə olan halda, cavabdeh inzibati orqan tərəfindən işin yuxarıda sadalanan hallarına qiymət verilməmiş, uşaqların 10 yaşına çatması, onların fikrini, razılıqlarını nəzərə almadan, atalarının üzrsüz səbəbdən aliment verməkdən yayınması, axtarışda olması, yəni, onun olduğu yerin müəyyənləşdirilməsi mümkün olmadığından, həmin valideynin rəyini nəzərə almadan, uşaqların maraqlarını əsas tutaraq, uşaqların ailədə başqa soyadla yaşamasının onlar üçün narahatçılıq doğurmasını, uşaqların soyadlarının dəyişməsi üçün ciddi əsaslar olması nəzərə alınmamış, bununla da, əsassız olaraq, iddiaçının müraciətindən imtina edilmişdir. Apellyasiya baxışı zamanı dindirilmiş xx.xx.2008-ci il təvəllüdlü X18 izahatında bildirmişdir ki, anasının yeni ailə qurduğu şəxs X15 ilə münasibətləri çox yaxşıdır, evdəki şəraitdən razıdır, ata-bala münasibəti çox gözəl davam edir, X3 keçmək istəyir. Apellyasiya baxışı zamanı dindirilmiş xx.xx.2010-cu il təvəllüdlü X19 izahatında bildirmişdir ki, anasının yeni ailə qurduğu şəxs X5 çox razıdır, onlara çox yaxşı münasibət göstərir, X3 keçmək istəyir. Apellyasiya baxışı zamanı dindirilmiş X15 izahatında bildirmişdir ki, həyat yoldaşının birinci nikahından olan övladları X19 və X13 öz övladı kimi qəbul etmişdir, onların soyadına keçmələrinə heç bir etirazı yoxdur. Göründüyü kimi uşaq 18 yaşına çatana qədər onun soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Apellyasiya baxışı zamanı dindirilmiş iddiaçı və uşaqları, soyadına keçirilməsinə razılıq vermiş iddiaçınının həyat yoldaşının soyadın dəyişdirilməsinə etirazları olmamışdır, eyni zamanda uşaqların soyadının dəyişdirilməsində onların maraqlarına zidd hal müəyyən edilməmişdir. Bundan başqa, cavabdeh apellyasiya şikayətində uşaqların soyadlarının dəyişdirilməsinin onların maraqlarına zidd hal kimi qiymətləndirsə də, bu halın nədən ibarət olduğunu göstərməmiş, eyni zamanda uşaqların soyadlarının dəyişdirilməsinin maraqlarına zidd olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə baxışı zamanı cavabdehin iştirakının təmin edilməməsi barədə dəlilə münasibətdə qeyd edilməlidir ki, cavabdehin nümayəndəsi bir sıra məhkəmə iclaslarında çıxış etmiş, eyni zamanda sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə sms bildiriş göndərilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilsə də, sonuncu məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2-1(112)-3085/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Kamran Əkbərov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-410/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-410/2023
26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver