Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-410/2025 31.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sosial müavinətin yenidən hesablanması və əvvəlki dövr üzrə ödənilməsİ” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X6 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sosial müavinətin yenidən hesablanması və əvvəlki dövr üzrə ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1803/2024 saylı 09 iyul 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 31 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: TSE-0 seriyalı, 784410 nömrəli TSEK-də müayinə aktından çıxarışdan görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə müayinə edilmiş və ona xx.xx.2005-ci il tarixədək üçüncü qrup əlillik təyin edilmişdir. ƏƏSMN Nəsimi rayon şöbəsinin pensiya və müavinət təyin edən komissiyasının qərarına əsasən İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2005- ci il tarədək üçüncü qrup əlilliyə görə 65000 manat müavinət verilməsi qərara alınmışdır. TSE-01 seriyalı, 039382 nömrəli TSEK-də müayinə aktından çıxarışdan görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdə müayinə edilmiş və ona xx.xx.2007-ci il tarixədək ikinci qrup əlillik təyin edilmişdir. Pensiya məbləğinin dəyişdirilməsi və ödənişlərin davam etdirilməsi barədə Nəsimi rayon şöbəsinin xx.xx.2006-cı il tarixli sərəncamına əsasən İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək ikinci qrup əlilliyə görə ömürlük 20 manat müavinət verilməsi qərara alınmışdır. TSE-01 seriyalı, 263162 nömrəli TSEK-də müayinə aktından çıxarışdan görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdə müayinə edilmiş və ona xx.xx.2008-ci il tarixədək ikinci qrup əlillik təyin edilmişdir. Pensiya məbləğinin dəyişdirilməsi və ödənişlərin davam etdirilməsi barədə Nəsimi rayon şöbəsinin xx.xx.2007-ci il tarixli sərəncamına əsasən İddiaçı xx.xx.2007-ci ildən xx.xx.2008-ci il tarixədək ikinci qrup əlilliyə görə 25 manat müavinət verilməsi qərara alınmışdır. TSE-01 seriyalı, 412859 nömrəli TSEK-də müayinə aktından çıxarışdan görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdə müayinə edilmiş və ona müddətsiz üçüncü qrup əlillik təyin edilmişdir. Pensiya məbləğinin dəyişdirilməsi və ödənişlərin davam etdirilməsi barədə Nəsimi rayon şöbəsinin xx.xx.2008-ci il tarixli sərəncamına əsasən İddiaçı xx.xx.2008-ci il tarixdən üçüncü qrup əlilliyə görə ömürlük 20 manat müavinət verilməsi qərara alınmışdır. Müavinətin miqdarının dəyişdirilməsi haqqında ƏSMM-in xx.xx.2008-ci il tarixli sərəncamına əsasən İddiaçı xx.xx.2008-ci il tarixdən üçüncü qrup əlilliyə görə ömürlük 30 manat müavinət verilməsi qərara alınmışdır. Müavinətin miqdarının dəyişdirilməsi haqqında ƏSMM-in xx.xx.2010-cu il tarixli sərəncamına əsasən İddiaçı xx.xx.2010-cu il tarixdən üçüncü qrup əlilliyə görə ömürlük 35 manat müavinət verilməsi qərara alınmışdır. ƏƏSMN Nəsimi rayon şöbəsinin pensiya və müavinət təyin edən komissiyasının 244 nömrəli, xx.xx.2011-ci il tarixli qərarına əsasən İddiaçı xx.xx.2011-ci il tarixdən üçüncü qrup əlilliyə görə ömürlük 35 manat müavinət verilməsi qərara alınmışdır. Sosial müavinətin dəyişdirilməsi haqqında ƏSMM-in xx.xx.2011-ci il tarixli sərəncamına əsasən İddiaçı üçüncü qrup əlilliyə görə ömürlük 38,5 manat müavinət verilməsi qərara alınmışdır. Sosial müavinətin dəyişdirilməsi haqqında ƏSMM-in xx.xx.2013-cü il tarixli sərəncamına əsasən İddiaçı üçüncü qrup əlilliyə görə ömürlük 43 manat müavinət verilməsi qərara alınmışdır. Daha sonra iddiaçıya 18 noyabr 2019-cu il tarixdən 2-ci dərəcə əlillik təyin edilmişdir. İddiaçı qanuni nümayəndəsi xx.xx.1995-ci ildən xx.xx.2019-cu il tarixinə qədər İddiaçı İİ qrup əlil kimi verilməli olan sosial müavinətin düzgün hesablanaraq, həmin müddətlər üçün ödənilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-57264/2023 nömrəli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. Məktubda bildirilmişdir ki, mərkəzləşdirilmiş elektron informasiya sisteminin elektron məlumat bazasına əsasən İddiaçı xx.xx.2011-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək İİİ dərəcə, xx.xx.2019-cu il tarixdən İİ dərəcə əlilliyi müəyyən edilmiş şəxs kimi müavinət təyin edilmişdir. xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində olmaqla ödənişi davam etdirilir. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Qeyd olunanları nəzərə alaraq, mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən İddiaçı ərizənizdə qeyd etdiyi dövrlər (xx.xx.1995-ci il tarixdən xx.xx.2019-cu il tarixədək) üzrə İİ dərəcə əlilliyi müəyyən edilmədiyi, həmçinin, Qanunun 9.1-ci maddəsini nəzərə alaraq ona həmin dövrlər üzrə İİ dərəcə əlilliyə görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Qeyd olunan imtina məktubundan narazı qalan Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1995-ci ildən xx.xx.2019-cu il tarixinə qədər İddiaçı İİ qrup əlil kimi verilməli olan sosial müavinətin düzgün hesablanaraq həmin müddətlər üçün ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qanuni nümayəndə xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Qanuni nümayəndə əsl İddiaçı ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə əsl olmayan iddiaçı Qanuni nümayəndə əsl İddiaçı ilə əvəz edilmiş və Qanuni nümayəndə İddiaçı qanuni nümayəndəsi qismində tanınmışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1980-ci ildə doğulmuşdur. 1995-ci ildən ruhi xəstə kimi qeydiyyatda olmaqla “Debillik dərəcəsində kəmağıllılıq davranış pozuntuları” tibbi diaqnozu ilə 2-ci qrup əlildir. İddiaçı xəstəliyi ilə bağlı fəaliyyət qabiliyyətsiz olduğuna görə Səbail rayon İcra Hakimiyyətinin qəyyumluq idarəsi tərəfindən himayəyə götürülməklə hazırda atası Qanuni nümayəndə himayəsindədir. İddiaçının pensiya müavinəti alması ilə bağlı müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən verilmiş xx.xx.2021-ci il tarixli 214302 10500 №-li cavab məktubuna görə X1 əlillik vəziyyəti səhiyyə müəssisəsinin 2782003AABVP saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və ümumi səbəbdən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Həmin məktubda göstərilən məsələ ilə bağlı Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etməyi məsləhət görülmüşdür. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli 214302 41939 №-li məktubuna görə İddiaçı xx.xx.2019-cu il tarixdən “ümumi xəstəlik” səbəbindən müddətsiz ikinci dərəcə əlillik statusuna malikdir. İddiaçı qıznın Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçasından (xəstəlik tarixindən) çıxarışın surətindən Bakı şəhər X8 dispanserinin ambulator stasionar xəstənin tibb kartasından 640/95 saylı xx.xx.1995-ci il tarixli çıxarışından onun 2-ci qrup əlil olması göstərilir. İddiaçı xx.xx.1997-ci ildə müalicəyə daxil olmasi və xx.xx.1997 -ci il tarixində müalicədən çıxması barədə rəsmi sənədlə təsdiqlənir. 4 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının 05 mart 2008-ci il tarixli SER TSE-01 №263162 saylı arayışı ilə də onun uşaqlıqdan əmək qabiliyyətsiz olmaqla 2-ci qrup əlil olması göstərilir. xx.xx.2008-ci tarixli 650/95 saylı TSEK-ə Göndəriş vərəqəsi uzrə xəstəlik tarixində onun 2-ci qrup əlil olması göstərilir. Bakı Səhiyyə idarəsi X9 15 oktyabr 2011 -ci il tarixli x /t 16318 saylı epikrizin surətində onun xəstəliyi ilə bağlı 2ci qrup əlillik dərəcəsi təsdiqlənir. Bakı Səhiyyə İdarəsi X9 19 oktyabr 2011-ci il tarixli x/t 16318 saylı epikrizin surətindən onun xəstəliyinin təsdiqlənməsinə baxmayaraq həmin müddətlərdə göstərilən 2-ci qrup əlillik dərəcəsinə görə həmin pensiya müavinətini ala bilməmişdir. AR Səhiyyə Nazirliyinin 1 saylı psixatriya xəstəxanasından verilmiş Ambulator stasionar xəstənin tibbi kartasından 69621/12 saylı çıxarışda da xx.xx.2012-ci ildən xx.xx.2015-ci il tarixə qədər stasionar müalicədə olması və 2-ci qrup əlil olması göstərilir.” 1 saylı Psixatriya xəstəxanasından verilmiş Ambulator stasionar xəstənin tibbi kartasından çıxarışda da xx.xx.2012-ci ildən xx.xx.2015-ci il tarixə qədər stasionar müalicədə olmaqla 2-ci qrup əlil olması təsdiqlənir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Stasionar (Ambulator) kitabçasının TQŞ 027 saylı çıxarışının arxiv surətindən xx.xx.2019-cu ildən xx.xx.2019-cu il tarixinədək stasionar müalicədə olması təsdiqlənir. Nəhayət Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin xx.xx.2019-cu il tarixli Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsindən sonra onun 2-ci qrup əlil olması bir daha təsdiqlənmişdir. Lakin, uzun müddətlər etdiyi şikayətlərə baxmayaraq 2-ci qrup əlil olan iddiaçının həmin buraxılmış müddətlərə görə qanunla nəzərdə tutulan 2ci qrup əlillər üçün nəzərdə tutulan müavinəti deyil, 3-cu qrup üçün nəzərdə tutulmuş sosial müavinət alınmışdır. İddiaçı 2019-cu ilin dekabr ayından İİ qrup əlil kimi 130 manat sosial müavinət alır. Lakin 2019-cu ilin dekabr ayına qədər ona İİİ qrup əlil kimi 47 manat sosial müavinət verilmişdir. Göründüyü kimi, ona verilməli olan pensiya məbləği də düzgün hesablanmayaraq ödənməmişdir. O, faktiki olaraq 1995-ci ildən İİ qrup əlildir. Dəfələrlə rayon sosial müdafiə fonduna və Respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər etmiş olsa da, bunların heç bir nəticəsi olmamışdır. Sonuncu dəfə Bakı şəhər Səbail rayon Dövlət Sosial Müdafiə Fonduna etdiyi müraciətə Azərbaycan Respublikasıı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinin xx.xx.2020-ci il tarixli **********4 saylı məktubla cavab verilərək göstərilmişdir ki, İddiaçı İİ qrup əlilyə görə sosial müavinət verildiyi üçün sənədləri icra olunmadan geri qaytarılır. İddiaçıya 16 yaşına çatanadək 2-qrup əlil olmasına və buna görə 1995-ci ildən 2-ci qrup əlil kimi sosial müavinət verilməli olduğu halda ona 3-cu qrup əlil kimi sosial müavinət verilməsinə baxmayaraq xx.xx.2019-cu ildən 2-ci qrup əlil kimi sosial müvinət alması təmin olunmuşdur. Lakin, faktiki olaraq həmin xəstəlikdən 1995-ci ildən əzab çəkir. Bu tibbi sənədlərlədə təsdiqlənsə də, bu tələb xx.xx.2019-cu ildə öz təsdiqini tapmışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz və etiraza əlavə verilərək bildirilmişdir ki, iş materiallarına əsasən İddiaçı ümumi səbəbdən 2-ci dərəcə əlilliyi 18 noyabr 2019-cu il tarixdən müəyyən edildiyi üçün ona qanunvericiliyə uyğun olaraq 2-ci dərəcə əlilliyə görə müavinət həmin tarixdən təyin edilmişdir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. İddiaçı X1 1997-ci tarixdən 2-ci qrup əlil olmasını və Bakı şəhər X11 dispanserinin tibbi kartasının çıxarışından, xx.xx.2008-ci il tarixli 640 saylı TSEK-ə göndəriş vərəqəsi üzrə xəstəlik vərəqəsi, Bakı Səhiyyə İdarəsi X9 xx.xx.2011 -ci il tarixli x/t 16318 saylı sənədin surətindən və digər sənədlərdə bunu təsdiqlədiyini iddia edilir. Lakin məhkəməyə sübut qismində təqdim edilən çıxarışların heç biri vətəndaşın əlilliyini təsdiq edən sənədlər deyildir. Əlillik müayinə aktları əsasında DTSERA (TSEK) tərəfindən təyin edilir və yalnız DTSERA (TSEK) tərəfindən verilən arayışlar əlilliyi sübut edən sənəd qismində qəbul edilə bilər. TSEK-in verdiyi sənəddə isə vətəndaşın 3-cü qrup əlil olması göstərilmiş və buna əsasən 1997-ci ildən 2019-cu il tarixədək 3-cü qrup əlil kimi müavinət ödənilmişdir. 2019- cu ildə TSEK-in verdiyi yeni sənədə əsasən vətəndaşın 2-ci qrup əlil olması göstərilmiş və ona 2-ci qrup əlil kimi müavinət ödənilməsinə başlanılmışdır. TSEK tərəfindən təqdim edilmiş məlumatlara əsasən iddiaçı 1995-ci ildən tibbi nəzarətə götürülmüş, son qeyd olunan xx.xx.2019-cü il tarixli göndəriş əsasında həyata keçirilən müayinəyə əsasən ikinci dərəcə əlillik təyin edilmişdir. Vətəndaşın əlillik qrupunda dəyişiklik olunması əsası ilə ödənilən müavinətin məbləği də dəyişdirilmişdir. Həmçinin etiraza əlavəsində bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təqdim edilmiş 784410 №-li DTSERA (TSEK) Müayinə aktından çıxarışda iddiaçının ilk dəfə xx.xx.2004-cü il tarixdə İİİ qrup əlil olması qeyd olunmuşdur. Həmçinin 039382 №-li və 263162 №-li DTSERA (TSEK) Müayinə aktından çıxarışda xx.xx.2006-cı il tarixdə və xx.xx.2007-ci il tarixdə iddiaçının İİ qrup əlil olması qeyd edilmiş və buna uyğun olaraq müvafiq müavinət ödənilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1803/2024 saylı 09 iyul 2024-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1803/2024 saylı 09 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə dair yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz iş üzrə cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş iddiaya dair yazılı etirazin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, apellyasiya şikayəti əsassızdır və məhkəmə tərəfindən təmin edilməməli, həmin iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1803/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Tərəflərin izahatları: İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə iddia tələbinə və apellyasiya şikayətinə uyğun izahat verərək onların təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia öhdəliyin icrası haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu növ iddialar üzrə qanunvericilikdə iddia müddəti müəyyən edilməmişdir. Bu baxımdan iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “xx.xx.1995ci ildən xx.xx.2019-cu il tarixinə qədər İddiaçı İİ qrup əlil kimi verilməli olan sosial müavinətin düzgün hesablanaraq həmin müddətlər üçün ödənilməsi” barədədir. Qeyd olunan tələblə bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Sosial müavinətlər haqqında” Qanunun: 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: ... 4.0.1.3. əlilliyə görə müavinət; 4.0.1.14. övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət; 7.0.3-ci maddəsinə əsasən əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli məktubu ilə birinci instansiya məhkəməsinə təqdim olunmuş sənədlərdən görünür ki, İddiaçı 784410 nömrəli TSEK-də müayinə aktına əsasən ilk dəfə xx.xx.2004-cü il tarixdə müayinə edilmiş və ona xx.xx.2005-ci il tarixədək üçüncü qrup əlillik təyin edilmişdir. Bundan sonra 039382 və 263162 nömrəli TSEK-də müayinə aktlarından çıxarışlara əsasən İddiaçı xx.xx.2006-cı il tarixdə müayinə edildikdən sonra ona xx.xx.2007-ci il tarixədək, növbəti dəfə isə xx.xx.2007-ci il tarixdə müayinə edildikdən sonra ona xx.xx.2008-ci il tarixədək ikinci qrup əlillik təyin edilmişdir. Daha sonra isə 412859 nömrəli TSEK-də müayinə aktından çıxarışa əsasən İddiaçı xx.xx.2008-ci il tarixdə müayinə edilmiş və ona müddətsiz üçüncü qrup əlillik təyin edilmişdir. Lakin bir müddət keçdikdən sonra İddiaçı yenidən müayinəsi aparılmış və ona xx.xx.2019-cu il tarixdən ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Hazırki vəziyyətdə iddiaçı onun ikinci qrup əlilliyinin xx.xx.1995-ci ildən xx.xx.2019cu ilədək mövcüd olduğuna istinad edərək həmin müddət üzrə sosial müavinətlərinin düzgün hesablanmadığını bildirir və buna görə də həmin dövr üzrə ona sosial müavinətlərin ödənilməsini tələb edir. Lakin yuxarıda da qeyd olunduğu kimi, iddiaçının ikinci qrup əlilliyi təqdim olunan TSEK müayinə aktlarına əsasən yalnız 2006-2008-ci illərdə mövcud olmuş, daha sonra isə 2019-cu ildən ona ikinci qrup əlillik müddətsiz təyin edilmişdir. Yəni, iddiaçının ona sosial müavinətlərin ödənilmədiyini iddia etdiyi ikinci qrup əlilliyinin mövcud olduğu dövrlər tələbində 1995-2019-cu illər kimi göstərilsə də, bu fakt təqdim olunan sənədlərlə qismən – 2006-2008-ci illər üzrə öz təsdiqini tapmışdır. Belə olan halda iddiaçıya yalnız 2006-2008ci illər üzrə ikinci qrup əlilliyi ilə bağlı sosial müavinətlər ödənilməli idi. Belə ki, növbəti dəfə 2019-cu ildən sonra ikinci qrup əlillik iddiaçıya müddətsiz təyin edilmiş və bundan sonra sosial müavinətlərin ödənişi iddiaçı tərəfindən mübahisələndirilmir. Qeyd olunan məsələ üzrə aparılan məhkəmə araşdırmaları zamanı məlum olmuşdu ki, iddiaçının mübahisəli- 2006-2008-ci illərdə mövcud olan ikinci qrup əlilliyinə görə sosial müavinətlər ona ödənilmişdir. Bu fakt iş materiallarında mövcud olan “Pensiya məbləğinin dəyişdirilməsi və ödənişlərin davam etdirilməsi” barədə Nəsimi rayon şöbəsinin xx.xx.2006-cı il tarixli və xx.xx.2007-ci il tarixli sərəncamları ilə təsdiq olunur. Belə ki, həmin sərəncamların məzmununa görə, İddiaçı ikinci qrup əlilliyə görə xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək ömürlük 20 manat miqdarında, xx.xx.2007-ci ildən xx.xx.2008-ci il tarixədək isə 25 manat müavinət verilməsi qərara alınmışdır. İşin apellyasiya baxışı zamanı iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə 2006-2008-ci illər üzrə sosial müavinətin alınması məsələsini təkzib etməmişdir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.1995-ci ildən xx.xx.2019-cu il tarixə qədər İİ qrup əlil kimi verilməli olan sosial müavinətinin düzgün hesablanaraq həmin müddətlər üçün ödənilməsi ilə bağlı tələbi əsassızdır və cavabdeh orqan həmin tələbin təmin olunmasından imtina etməkdə haqlı olmuşdur. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə hazırki işdə iddiaçı onun xeyrinə ödənilməli olan sosial müavinətlərin ona ödənilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasının əsassız olduğu üçün onun təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində qiymət verildiyindən bu barədə əlavə apellyasiya araşdırılmasına zərurət yoxdur. Odur ki, məhkəmə kollegiyası iddia tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1803/2024 saylı 09 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1803/2024 saylı 09 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-410/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-410/2025
31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver