Məhkəmə qərarları › İş №2-1(103)-4101/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4101/2024

23.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4101/2024 23.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı4 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı4 və X2 cavabdehlər Cavabdeh1ə, Cavabdeh2 İB-yə, Cavabdeh3ASC-yə (üçüncü şəxs qismində Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinə) qarşı “zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 66/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı4 və X6 cavabdehlər Bakı şəhəri Cavabdeh1ə, Cavabdeh2nə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehlərdən ödənilən gün qüvvədə olan məzənnəyə uyğun olaraq, 3.334.338 ABŞ dolların (bu məbləğin 5.970 ABŞ dollarının müştərək qaydada Cavabdeh2ndən və "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulmaqla), yəni 5.668.374 manatın (bu məbləğin 10.150 manatının Cavabdeh2 və "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulmaqla) tutulması və həmin məbləğin 2/5-nin, bərabər paylarla olmaqla, İddiaçı1 və İddiaçı2, 1/5-nin, bərabər paylarla olmaqla, X4 və İddiaçı4, 1/5-nin İddiaçı3, 1/5-nin X5 ödənilməsi, məhkəmə xərclərinin (vəkillərin əmək haqqı (510 manat) və bundan sonra da çəkiləcək xərclərin) cavabdehlərdən tutularaq iddiaçılara ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin 20 aprel 2021-ci il tarixli Qərardadı ilə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı4 və X6 xx.xx.2024-cü ildə iddianın dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək cavabdeh Bakı şəhəri Cavabdeh1dən 2.476.704 manat, cavabdehlər Cavabdeh2ndən və "xxxx" ASC-dən müştərək qaydada 10150 manat məbləğlərinin tutularaq hər birinə 1/6 pay olmaqla iddiaçılara ödənilməsi, məhkəmə xərclərinin (vəkillərin əmək haqqı və bundan sonra da çəkiləcək sair xərclər) müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçılara ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Eyni zamanda iddiaçılar məhkəməyə vəsatət təqdim edərək, Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Gilan Holding (indiki adı "xxxx" MMC) və "xxxx" MMC üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmələri barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçıların xüsusi mülkiyyətində olan mənzillər və obyektlər Cavabdeh1in gəstərişi, əməkdaşlarının rəhbərliyi və iştirakları ilə, eləcə də polis orqanlarının nəzarəti və yardımı ilə 5 sentyabr 2020-ci ildə vəhşicəsinə dağıdıldı. Birinci və ikinci iddiaçıların ailə üzvü olan 3-cü iddiaçı, eləcə də ərarvad olan 4-cü və 5-ci iddiaçılar həmin vaxt qanuni əsaslarla mülklərində olan mənzillərindən hədə-qorxu və zorla çıxarılaraq, azyaşlı uşaqları ilə birlikdə küçəyə atıldılar. İddiaçılara yaşadıqları mənzilləri 2 saat ərzində boşaltmaqla bağlı cavabdehin nümayəndəsi Firdovsi Calalov tərəfindən ultimatum verildiyi üçün onlar yalnız zəruri əşyalarını, sənədlərini özləri ilə götürə bildilər. İddiaçıların şəxsi əmlakları, ev əşyaları, kondensionerlər, mebellər, hamam ləvazimatları və sair əmlakları vəhşicəsinə məhv edildi və talan edildi. Müasir standartlara uyğun təmir edilmiş mənzillər və obyektlər dağıdıldı, döşəmələri söküldü, qapı-pəncərələr vəhşicəsinə dağıdıldı, binanın lifti söküldü, mənzillər və obyektlər tam yararsız hala salındı. İddiaçılar onlara qarşı törədilmiş bu cinayət barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna 08 oktyabr 2020-ci il tarixli şikayət ərizəsi ilə müraciət etsələr də, şikayətlərinə baxılmadı, Baş Prokurorluqdan onlara rəsmi heç bir cavab belə verilmədi. İddiaçıların Azərbaycan Respublikasının Prezidentinə yazdıqları 25 noyabr 2020-ci il tarixli şikayət ərizəsi də cavabsız qalmışdır. ünvan 3 ünvanında, sahəsi 184,1 kv/m olan, birinci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi (Daşınmaz əmlakın reyestr nömrəsi: **********16-05301- 083002) və ünvan 4 ünvanında yerləşən, sahəsi 190,1 kv/m olan qeyri-yaşayış sahəsi (Daşınmaz əmlakın reyestr nömrəsi: **********16-05301-083001), söküldüyü anda hər birinin payı ½ olmaqla, 1-ci və 2-ci iddiaçıların xüsusi mülkiyyətində idi. ünvan 5 ünvanında yerləşən, sahəsi 193,2 kv/m olan qeyri-yaşayış sahəsi (Daşınmaz əmlakın reyestr nömrəsi: **********16-05301-083004), söküldüyü anda payı tam olmaqla, İddiaçı5 mülkiyyətində idi. ünvan 6 ünvanında yerləşən, sahəsi 193,2 kv/m olan qeyri-yaşayış sahəsi (Daşınmaz əmlakın reyestr nömrəsi: **********16-05301-083005), söküldüyü anda payları ½ olmaqla, 1-ci və 2-ci iddiaçıların mülkiyyətində idi. ünvan 7 ünvanında yerləşən, sahəsi 143,2 kv/m olan qeyri-yaşayış sahəsi (Daşınmaz əmlakın reyestr nömrəsi: **********16- 05301- 083006), söküldüyü anda payı tam olmaqla, İddiaçı3 mülkiyyətində idi. ünvan 6 ünvanında yerləşən mənzil söküldüyü anda 6-cı iddiaçının həmin mənzildə daimi istifadə hüququ var idi. İddiaçılara məxsus mülklər 5 sentyabr 2020-ci ildə Cavabdeh1in hüquq şöbəsinin müdiri X1 başçılığı altında, polis əməkdaşlarının iştirakı ilə, heç bir qanuni əsaslar göstərilmədən, heç bir məhkəmə qərarı olmadan, vəhşicəsinə dağıdılmış, iddiaçılar və onların azyaşlı ailə üzvləri yaşadıqları 3-cü, 4-cü və 5-ci mərtəbələrdən zorla çıxarılmış, birinci və ikinci mərtəbədə yerləşən qeyri-yaşayış sahələrinin daxili arakəsmələri, pəncərə və qapıları sındırılmış, oradan icarəçi kimi istifadə edən firmalar (“Wellmex” və “Argus”) zorla qovulmuş, iddiaçıların Avropa Konvensiyasının 3-cü (İşgəncələrin qadağan olunması), 8-ci (Şəxsi həyata və ailə həyatına hörmət hüququ), 14-cü maddəsində nəzərdə tutulmuş “Ayrı-seçkiliyin qadağan olunması” və 1 Saylı Protokolunun 1-ci maddəsində nəzərdə tutulan “Mülkiyyətin müdafiəsi” hüquqları pozulmuş, və bütün bunlar hadisə yerindən canlı efir verən jurnalistlərin gözü qabağında baş vermişdir. Cavabdehlər: Cavabdeh2 və "xxxx" Açıq Səhmdar Cəmiyyəti 5 sentaybr 2020-ci ildə heç bir hüquqi əsas olmadan, heç bir xəbərdarlıq etmədən, ünvan 5, 77, 78, 79 və 80 ünvanında yerləşən daşınmaz-əmlakların qazını və elektrik təchizatını kəsərək, orada yaşayan azyaşlı qız uşaqlarının, məktəblilərin və xəstə adamların həyatını cəhənnəmə döndərmiş, soyuducularda olan ərzaqların yararsız hala düşməsinə, xarab olmasına səbəb olmuş, iddiaçıların psixologiyasına ağır zərər vurmuş, Avropa Konvensiyasının 8-ci maddəsində nəzərdə tutulan “Şəxsi həyata və ailə həyatına hörmət hüququ”nu pozmuş, bütün bunlar canlı efirlər vasitəsilə, müxtəlif jurnalistlər və reportyorlar tərəfindən hadisə yerindən birbaşa xalqa çatdırılmışdır. Dağıdılmış və iddiaçıların zorla çıxarıldıqları mülklər onlara, "xxxx" MMC ilə 1-ci və 2-ci iddiaçı arasında bağlanmış 25 yanvar 2012-ci tarixli “Mənzil alqı-satqısına və zaminliyə dair” 17/112 saylı Müqaviləyə əsasən, əvvəl yaşadıqları ünvan 9 ünvanında yerləşən, 320 kv/m-i yaşayış sahəsi olmaqla, ümumi sahəsi 650 kv/m, qiyməti 2.290 000 manat (2012-ci ildə qüvvədə olan məzənnəyə uyğun olaraq 2.935.897 ABŞ dolları) olan mənzillərdən və qeyri-yaşayış sahələrindən daimi istifadə hüquqlarının əvəzində, “Gilan Holding” Şirkətlər qrupunun tərkibinə daxil olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmişdi. (bax. qoşma-8, Müqavilənin 2.2.1-ci bəndi) Atlant-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçılara, dağıdılmış və çıxarıldıqları mülklərdən başqa, həmin binanın 2-ci girişinin 6-cı mərtəbəsində yerləşən 51, 52 və 53 saylı mənzillər və mənzillərin, obyektlərin təmiri üçün əlavə olaraq 300 000 (üç yüz min) manat pul da verilmişdi. Ona görə ki, 2012-ci ildə iddiaçılara verilən mənzillər və obyektlər sadəcə beton sütunlardan ibarət idi və onların tikintisini və təmirini iddiaçılar özləri başa çatdırmalı idilər. Verilmiş 300 min manat pul bütün mənzillərin və obyektlərin təmirinə kifayət etmədiyi üçün, iddiaçılar 51 saylı mənzili 150 min manata və 52 saylı mənzili isə 120 min manta sataraq təmir-tikinti işlərini başa çatdırmağa sərf etdilər. Bu məbləğ onların şəxsi əmlakı kimi onlara vurulan zərərə daxildir. 5 sentyabr 2020-ci ildə 1-ci cavadeh iddiaçıları, qanuni əsaslarla onlara məxsus olan mülklərindən çıxardanda buna heç bir hüquqi əsas yox idi. Cavabdeh1in hüquq şöbəsinin müdiri Firdovsi Calalov 5-c iddiaçı ilə söhbətində (bax. Əlavələr-7, foto-video material) açıq şəkildə bildirir ki, 2 saat ərzində onlar mənzilləri tərk etməlidirlər. 5-ci iddiaçının “qanunla bizə məxsus olan mənzillərdən niyə çıxaq ki, məhkəmə qərarı varmı?”- sualına, F.Cəlalov: “Kupçalar ləğv ediləcək, məhkəmə qərarı olacaq”-deyə, cavab verir. Elə həmin gün 2-ci və 3-cü cavabdehlər tərəfindən qanunsuz olaraq mənzillərin qaz və elektrik təchizatı kəsilir. Soyuduculardakı ərzaqlar korlanır, iddiaçıların və onların azyaşlı uşaqlarının psixologiyasına ağır zərərlər vurulur. 5-ci ərizəçi və iddiaçıların yaxın qohumlarından X7 və X8 qanunsuz olaraq, heç bir əsas olmadan 3-cü “3-cü şəxs”in əməkdaşları tərəfindən 18-ci polis bölməsinə aparılır və gecə saat 23:30- dək orada saxlanılırlar. Polislər mənzilləri mühasirəyə alıb iddiaçıları öz mənzillərinə yaxın buraxmırlar. Nərimanov RİH-nin hüquq şöbəsinin müdiri F.Calalov 5- ci iddiaçının: “Axı, bu çıxarmanın səbəbi nədir?” sualına belə cavab verir: “Yuxarıların göstərişidir.. .bəli Cavabdeh1in”. Sonradan, Nərimanov rayon məhkəməsində "xxxx" MMC-nin iddiaçılara qarşı “Alqı-satqı müqavilələrinin ləğv edilməsi və sair” barədə iddiasına baxılarkən, Nərimanov RİH-nin məhkəməyə ünvanladığı bir məktubdan iddiaçılara məlum olur ki, guya, binanın məhz onların yaşadıqları hissəsi qəzalı vəziyyətdə olduğu üçün onları oradan çıxarıblar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 94.0.3.-cü maddəsinə (Manevr fondu yaşayış sahələrinin təyinatı) əsasən, “fövqəladə hallar nəticəsində yeganə yaşayış sahələri yaşayış üçün yararsız hala düşmüş vətəndaşlar mənzillərindən çıxarılarkən, manevr fondundan olan yaşayış sahəsi ilə təmin edilməlidirlər. İddiaçılar 5 sentyabr 2020-ci ildən zorla öz qanuni mülklərindən məhrum edildilər və 1-ci cavabdeh tərəfindən heç bir yaşayış sahəsi ilə təmin edilmədilər. İddiaçıların, 1-ci cavabdeh tərəfindən artıq dağıdılmış və 4 il əvvəl çıxarıldıqları həmin mənzillərdən çıxarılmaları haqqında "xxxx" MMC- nin iddiası Nərimanov rayon məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qətnaməsi ilə təmin edildi və həmin qətnamə iki dəfə Bakı Apelyasiya məhkəməsində, iki dəfə də Azərbaycan Respublikası Ali Məhkəməsində baxıldıqdan sonra, yalnız 18 aprel 2024-cü ildə icraya yönəldildi. Nərimanov rayon məhkəməsinin həmin qətnaməsində və icra sənədində göstərildi ki, tərəflər ilkin vəziyyətə qaytarılsın. Yəni, 25 yanvar 2012-ci il tarixli, 17/112 saylı, “Mənzil alqı-satqısına və zaminliyə dair” müqavilədə, 17 sentyabr 2012-ci il tarixli ƏLAVƏ № 1-də göstərilən vəziyyətə. Tərəflərin o vəziyyətə qaytarılması isə qeyri-mümkündür, çunki iddiaçıların 25 yanvar 2012-ci il tarixli, 17/112 saylı, “Mənzil alqı-satqısına və zaminliyə dair” müqavilədə göstərilən yaşayış yerləri sökülüb, yerində 16 mərtəbəlı çoxmənzilli bina tikilib. Beləliklə də, iddiaçılar 1-ci cavabdeh tərəfindən 5 sentyabr 2020-ci ildə, heç bir qanuni əsaslar olmadan yaşadıqları mənzillərindən və obyektlərdən zorla çıxarıldıqdan bu günə kimi, icarələrdə yaşamaqla çox böyük maddi itkilərə məruz qaldılar. İddiaçılar 5 sentaybar 2020-ci ildən etibarən, icarəyə götürdükləri başqa mənzillərə görə ayda 1600 manat ödəyirlər. İddiaçılar 45 ayda artıq 72 000 (yetmiş iki min) manat icarə haqqı ödəyiblər. İddiaçıların, 1-ci cavabdeh tərəfindən, 5 sentyabr 2020-ci ildə məhrum edildikləri qeyri-yaşayış sahələrinin və mənzillərinin ümumi sahəsi 903.8 kv.metrdir. İddiaçıların, 1-ci cavabdeh tərəfindən, 5 sentyabr 2020-ci ildə qanunsuz olaraq, zorla çıxarıldıqları qeyriyaşayış sahələri və mənzilləri yüksək səviyyədə, müasir standartlara uyğun təmir edilmişdi. Hər mərtəbədə iki ədəd hamam-tualet kompleksi, böyük sahəsi olan mətbəxlər, qaz, su, elektrik və yüksək sürətli internet təchizatı, 7 nəzarət kamerası, daxildən idarə edilən qapı nəzarəti və sair. 1-ci və 2-ci iddiaçılar tək 1-ci və 2-ci mərtəbəni icarəyə verməklə ayda 3000 manat qazanırdılar. “BİNA.AZ” saytının elanlarına uyğun olaraq, iddiaçıların mənzillərinin və obyektlərinin yerləşdiyi ünvanda belə obyektlərin aylıq icarə haqqı 20-25 min manatdır. İddiaçılar öz mülklərini 5 sentyabr 2020-ci ildən icarəyə vermis olsaydılar, ən aşağı qiymətlə, yəni ayda 20 min manatdan hesablayanda, onlar tək icarə haqqı kimi, 45 ayda 900 904 (doqquz yüz min doqqu yüz dörd) manat qazana bilərdilər. Bu məbləğ, əldən çıxmış fayda kimi, onlara vurulmuş zərərin bir hissəsidir. İddiaçıların mənzilləri və obyektləri vəhşicəsinə dağıdıldı və bununla da həmin sahələrin təmirinə iddiaçıların qoyduğu vəsait puç oldu. Mənzillərin və obyektlərin hər kvadrat metrinə çəkilən bu günkü təmir xərcləri ***-**** manat arasıdır. Nəzərə alınmalıdır ki, iddiaçıların mənzilləri və obyektləri ən yüksək səviyyədə və peşəkar ustalar tərəfindən təmir edilmişdi, onda, 1-ci cavabdehin təmir xərci kimi iddiaçılara vurduğu zərərin məbləği, kvadratı 1000 manatdan, ən azı 903 800 (doqquz yüz üç min səkkiz yüz) manatdır. 1-ci cavabdeh tərəfindən iddiaçıların mənzilləri və obyektləri vəhşicəsinə dağıdılarkən, onların şəxsi əmlaklarına (mebellər, kondensionerlər, mətbəxt ləvazimatları, hamam kompleksləri, şəxsi əşyalar və sair.) təqribən 100 000 (yüz min) manat zərər dəyib. 5 sentyabr 2020-ci ildə cavabdehlərin qanunsuz və barbar hərəkətləri nəticəsində iddiaçılara, xüsusilə də onların azyaşlı qız uşaqlarına vurulmuş mənəvi zərəri (kimsəsizlik duyğusu, qorxu, vahimə, təklənmə vahiməsi, köməksizlik hissi, stres və sairə) iddiaçılar 500 000 (beş yüz min) manat məbləğində dəyərləndirilər. Beləliklə də, 1-ci və 2-ci cavabdehlərin iddiaçılara vurduqları ziyanın ümumi məbləği: 900 904 (icarə haqqı) + 903 800 (təmir xərcləri) + 100 000 (məhv edilmiş ev əşyaları və şəxsi əmlaklar) + 72 000 (3-cü, 4-cü və 5-ci iddiaçıların 45 ayda ödədikləri icarə haqqı) + 500 000 (mənəvi zərər) = 2 476 704 (iki milyon dörd yüz yetmiş altı min yeddi yüz dörd) manatdır. 3-cü və 4-cü cavabdehlərin iddiaçılara vurduqları zərərin ümumi məbləği ilkin iddia ərizəsində göstərildiyi kimi, 10 150 (on min yüz əlli) manatdır. Həmin məbləğlərin (2 476 704 azn + 10 150 azn = 2 486 854 azn) 1/6-i İddiaçı1, 1/6-i İddiaçı2, 1/6-i İddiaçı3, 1/6-i X4, 1/6-i İddiaçı4, 1/6-i X5 ödənməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-66/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Birinci instansiya məhkəməsi vəsatəti rədd edərkən, öz mövqeyini onunla əsaslandırmışdır ki, “...Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Gilan Holding (ikdiki adı"xxxx" MMC) və "xxxx" MMC-nin üçüncü şəxslər qismində cəlb edilmələrinə münasibətdə hesab edir ki, göstərilənlərin dövlət orqanların və cəmiyyətlərin üçüncü şəxslər qismində cəlb olunmaları məqsədəmüvafiq deyildir. Belə ki, iddia tələbi sözügedən qurumların və hüquqi şəxslərin hüquqlarına və ya qanuni mənafelərinə toxunmur və onların prosessual hərəkətləri həyata keçirməyə hüquqi marağı yoxdur.” Qərardaddan narazı qalan İddiaçı1 apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıların mənzillərini, mülklərini vəhşicəsinə dağıdan, onların şəxsi əmlaklarına ziyan vuran cavabdehlər hamısı dövlət orqanlarıdır və onların vurduqları ziyanı Azərbaycan Respublikasının adından ödəmək vəzifəsi Maliyyə Nazirliyinə aiddir. Maliyyə Nazirliyi ödədiyi məbləği sonradan cavabdehlərdən (zərər vuranlardan) almaq hüququ olduğu üçün, iddiaçıların vəsatətləri təmin edilməli, Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Gilan Holding” (İndiki adı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxslər kimi işə cəlb edilməlidirlər. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı4 birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərardadın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılan digər tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa digər tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya bildirir ki, cəlbetmə əsasən iki məqsəd daşıyır. Bir tərəfdən, cəlbetmə vasitəsilə həm cəlb olunmuş şəxsin, həm də mübahisə tərəflərinin mənafeləri qorunmalı, digər tərəfdən isə, növbəti hüquqi mübahisənin yaranmasının qarşısını almaq üçün qərarın hüquqi qüvvəsi cəlb edilmiş şəxsə də şamil olunmalıdır. İPM-in 28.2-ci maddəsinə əsasən, hüquqi mübahisə ilə bağlı tərəflər və üçüncü şəxs barəsində yalnız vahid qərar qəbul edilə bildiyi hallarda zəruri cəlbetmə vacibdir. Bu hal isə o zaman yaranır ki, hüquqi mübahisənin mahiyyəti üzrə qərar üçüncü şəxslərin hüquqlarına bilavasitə mənfi şəkildə müdaxilə etsin (yəni həmin qərar bu hüquqları dəyişdirsin, ləğv etsin və ya təsdiq etsin.) Adi cəlbetmə isə məhkəmə qərarının üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda mümkündür. Burada həlledici olan yalnız publik-hüquqi və mülki-hüquqi maraqlardır. Belə maraqlar o zaman mövcud olur ki, cəlb edilən şəxslə tərəflərdən biri və ya hər ikisi, yaxud mübahisə predmeti arasında əlaqə olsun və prosesin nəticəsi bu əlaqəyə toxuna bilsin. Göründüyü kimi, şəxsin məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi üçün qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarı mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunmalı və ya üçüncü şəxslərin hüquqlarına bilavasitə mənfii şəkildə müdaxilə etməlidir. Hazırkı işin hallarından isə, iddia tələbinin, həmçinin qəbul edilmiş məhkəmə qərarının vəsatətdə qeyd olunan qurumların və hüquqi şəxslərin hüquqlarına və ya qanuni mənafelərinə toxunması halı müəyyən edilmir. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixi qərarında göstərilmişdi ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Plenum qərarında qeyd etmişdir ki, inzibati prosessual qanunvericiliyin əsas prinsiplərindən biri, inzibati prosesdə iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından müdafiəsini təmin etməkdir. İnzibati prosesin gedişatında hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ vardır.......Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçıların mənzillərini, mülklərini vəhşicəsinə dağıdan, onların şəxsi əmlaklarına ziyan vuran cavabdehlər hamısı dövlət orqanlarıdır və onların vurduqları ziyanı Azərbaycan Respublikasının adından ödəmək vəzifəsi Maliyyə Nazirliyinə aiddir. İddiaçının qeyd edilən dəlilinə münasibətdə Kollegiya aşağıdakı Plenum qərarına diqqət çəkir: Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 saylı 17 fevral 2022-ci il tarixli “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” qərardadında qeyd edilmişdir ki, “....inzibati orqan statusu müəyyən edən qərar verməkdən imtina etdikdə maraqlı şəxs həmin orqanın qərar və hərəkətini (hərəkətsizliyini) məhkəmə qaydasında mübahisələndirə bilər. Bu halda, məhkəmədə işə baxılarkən həll edilməli olan məsələni, yenə də inzibati icraatın özündə olduğu kimi statusun yaranıb-yaranmadığı məsələsinə qanunvericiliyin tələbləri baxımından qiymət verilməsi təşkil edir. İnzibati icraatda tətbiq edilən eyni hüquqi yanaşmanın davamı olaraq ödəməni həyata keçirməli olan digər orqanların həmin işə baxılması zamanı məhkəmə icraatında qanunla qorunan maraqlarına toxunan şəxslər kimi qəbul edilmələri istisna olunur. Çünki çıxarılacaq məhkəmə qərarı ödəməni həyata keçirməli olan həmin orqanların hüquqi maraqlarına toxunmur. Plenum qərarında həmçinin qeyd edilmişdir ki, “iddiaçıya məxsus tikili Bakı şəhər İcra Hakimiyyəti başçısının 225 saylı, 10 iyun 2013-cü il tarixli sərəncamı əsasında sökülmüşdür. Həmin sərəncamla yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Bundan başqa, sərəncamda köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürmə işlərinin həyata keçirilməsi də məhz Xətai Rayon İcra Hakimiyyətinə tapşırılmış, kompensasiyanın ödənilməsində Maliyyə Nazirliyinin hər hansı iştirakı birbaşa nəzərdə tutulmamışdır. İddiaçıya veriləcək kompensasiyanın məbləği ilə bağlı olaraq da tərəflər arasında mübahisə yoxdur. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti razılaşdırılmış kompensasiya məbləğinin ödənilməməsinin yeganə səbəbi kimi lazımi vəsaitin ayrılmamasını göstərmiş, vəsait ayrılacağı təqdirdə hesablanmış kompensasiya məbləğinin ödəniləcəyini bildirmişdir. Məhkəmələr tərəfindən çıxarılmış qərarla da kompensasiya ödəmək öhdəliyi cavabdeh kimi məhz Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Plenum bildirmişdir ki, belə olan halda, hazırkı mübahisə üzrə qəbul ediləcək qərar Azərbaycan Respublikası Maliyyə Nazirliyinin qanunla qorunan maraqlarına toxunmur. Məhkəmə qərarları ilə cavabdeh kimi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətindən tutulmuş kompensasiya məbləğinin ehtimal kimi son nəticədə gələcəkdə dövlət büdcəsindən həyata keçirilən ayırmalar hesabına ödəniləcəyinə dair dəlil də yuxarıda göstərilmiş hüquqi mövqelərə əsasən Maliyyə Nazirliyinin hüquqi marağına toxunma halını yaratmır.” Hazırkı iş üzrə iddia tələbindən də görünür ki, iddiaçılar ödənilməsini tələb etdiyi məbləğlərin ödənilməsini Maliyyə Nazirliyindən deyil, digər dövlət orqanlarından tələb edir. Məhkəmə qərarı ilə iddia tələbləri təmin olunsa belə, həmin qərar Maliyyə Nazirliyinin hüquqi manefelərinə toxunmur. Qeyd edilənlərə əsasən Kollegiyanın qənaəti ondan ibarətdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Gilan Holding (indiki adı № "xxxx" MMC) və "xxxx" MMC-nin üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilmələri barədə iddiaçıların vəsatətini təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-66/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar