Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4104/2024 28.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Ceyhun Bəşir oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Məhkəmə iclası katibi X1 İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11245/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11245/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İş apellyasiya icraatına daxil olduqdan sonra, cavabdeh xx.xx.2024-cü il tarixdə cavabdeh ərizə ilə müraciət edərək, İPM-in 88.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin geri qaytarılmasını və şikayət üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə cavabdehə məlumat verilmiş cavabdeh təşkilat nümayəndəsinin məhkəmə iclasına iştrakını təmin etməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kolegiyası cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştrak edən İddiaçı verilmiş apellyasiya şikayətinin geri götürülməsinə etirazının olmamasını bildirmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin ərizəsi təmin olunmalı, iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, İPM-in 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Məcəllənin qeyd olunan tələbindən göründüyü kimi, apellyasiya şikayətini geri götürmək işdə iştirak edən şəxslərin qanunla müəyyən edilən hüququdur və konkret halda cavabdehin apellyasiya şikayətini geri götürməsi, hər iki tərəfin qarşılıqlı mənafeyinə uyğundur və üçüncü şəxslərin hüquqlarını pozmur. Məcəllənin İPM-in 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. İPM-in 86.4-cü maddəsindən isə görünür ki, şikayətin geri götürüldüyü hallarda, həmin şikayətlə bağlı icraata xitam verilməsi barədə qərardad qəbul edilir. Beləliklə də qeyd edilənlərə əsasən və İPM-in 87, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11245/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından verdiyi apellyasiya şikayətini geri görürməsi barədə ərizəsi təmin edilsin. Apellyasiya şikayəti geri qaytarılsın. Şikayət üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-4104/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4104/2024
28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver