Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4104/2025 18.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı: İddiaçı Cavabdeh: Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “müharibə veteranı adının və vəsiqəsinin verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X3 və Ceyhun Bəşir oğlu Məmmədovdan ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2714/2025 saylı, 02 iyul 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3021 nömrəli məktubunda göstərilmişdir ki: - N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında xx.xx.1992-ci il tarixdə Bakı şəhəri Nizami RHK-dan çağırılmış, 1973-cü il təvəllüdlü, sıravi İddiaçı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli N nömrəli əmrilə hərbi hissənin şəxsi heyətin siyahısına salınması və xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərildiyindən komandirin xx.xx.1992-ci il tarixli N nömrəli əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat vardır. -xx.xx.1992-ci il tarixdə Bakı şəhəri Nizami RHK-dan təcili həqiqi hərbi xidmətə çağırılmış, 1973-cü il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli N nömrəli əmrilə xx.xx.1992-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq “sıravi” hərbi rütbəsi verilmiş və Tank bölüyündə “kursant” vəzifəsinə təyin olunmuşdur. -N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli N nömrəli əmrində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Qərargah rəisinin xx.xx.1992-ci il tarixli 191 nömrəli sərəncamına əsasən, bütün növ müavinatlardan çıxarılaraq 6-cı motoatıcı briqadanın komandirinin sərəncamına, Qubadlı rayonuna göndərilən Tank bölüyünün hərbi qulluqçularının siyahısında, sıravi İddiaçı adı qeyd olunmuşdur. -N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 8N nömrəli əmrində xx.xx.1992-ci il tarixdən Haubitsa-Artilleriya Divizionunun şəxsi heyətinin siyahısına salınaraq bütün növ müavinatlarla təmin olunan və əsgəri xidməti vəzifəsinin icrasını davam etdirən hərbi qulluqçuların siyahısında İddiaçı adı qeyd olunmuşdur. -Xətai RHK-nın çağırışçısı, 6-cı taburun hərbi qulluqçusu İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Qərargahının xx.xx.N-cü il tarixli müvafiq Direktivinə əsasən, N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli N nömrəli əmrilə xx.xx.N-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün müavinatlardan çıxarılaraq sənədləri Azərbaycan Respublikası Hərbi Komissarlığına göndərilmişdir. -N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli N nömrəli əmrində N nömrəli hərbi hissədən gəlmiş hesab edilərək siyahılara və bütün növ təminatlara qoyulmuş, 1-ci motoatıcı tabora təyin olunmuş şəxsi heyətin siyahısında İddiaçı adı qeyd edilmişdir. -N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli N nömrəli əmrində hərbi hissəni özbaşına tərk etdiklərinə görə, bütün növ təminatdan çıxarılaraq ştatdan kənar edilmiş və haqlarında cinayət işi qaldırılmış 1-ci motoatıcı taborun hərbi qulluqçularının siyahısında, sıravi İddiaçı adı qeyd olunmuşdur. -N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 80 nömrəli əmrində komandirin xx.xx.N-cü il tarixli N nömrəli əmri ilə haqlarında qaldırılmış cinayət işi “döyüşdə fərqləndiklərinə görə”, dayandırılan 1-ci motoatıcı taborun hərbi qulluqçularının siyahısında, sıravi İddiaçı adı qeyd olunmuşdur. -N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında Nizami RFİKdan çağırılmış, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli N nömrəli əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və uzun müddət hospitalda müalicə olunduğuna görə, Müdafiə nazirinin 278 saylı əmrinə əsasən, komandirin xx.xx.N-cü il tarixli N nömrəli əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat vardır.
2. - Əlifba kitabında qeyd edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli N nömrəli əmri Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin noyabr N-cü il tarixli nizami hissə üzrə əmrlərində öz əksini tapmamışdır. -N nömrəli hərbi hissə komandirinin may-dekabr N-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin “Yaralıların qeydiyyatı” kitablarında və Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin oktyabr-dekabr 1993-cü il, yanvar N-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barədə əlavə məlumat aşkar edilməmişdir.
3. -Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N nömrəli hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.N-cü il tarixədək, N nömrəli hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.N-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmuş, lakin N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirakı barədə qeydiyyat aparılmamışdır.
4. -İddiaçı aid ezamiyyət vərəqəsi Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır.
5. HZ ******* nömrəli hərbi biletin uçot kartasından görünür ki, iddiaçı xx.xx.1992xx.xx.1992-ci illərdə 888 saylı, xx.xx.1992-05.N-cü illərdə N saylı və N saylı hərbi hissələrdə xidmət etmniş, hərbi hissəni özbaşına tərk etdiyinə görə barəsində AR CM-nin 334.1 maddəsi ilə cinayət işi şəraitin dəyişməsi ilə əlaqədar AR CPM-nin 40.2.3 maddəsinə əsasən rədd edilmişdir. xx.xx.2003-cü ildə uçota alınmışdır.
6. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında Nizami RHK-dan çağırılmış, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli N nömrəli əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və uzun müddət hospitalda müalicə olunduğuna görə, Müdafiə nazirinin 278 saylı əmrinə əsasən, komandirin xx.xx.N-cü il tarixli N nömrəli əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat vardır. Əlifba kitabında qeyd edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli N nömrəli əmri Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin noyabr Ncü il tarixli nizami hissə üzrə əmrlərində öz əksini tapmamışdır.
7. N saylı hərbi hissə komandirinin N nömrəli, xx.xx.N-cu il tarixli əmrin arxiv çıxarışından görünür ki, hərbi hissəni özbaşına tərk edən sıravi İddiaçı bütün növ təminatlardan çıxarılmış, ştatdan kənar edilmiş və haqlarında cinayət işi qaldırılmışdır.
8. N saylı hərbi hissə komandirinin N nömrəli, xx.xx.N-cü il tarixli əmrin arxiv çıxarışından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Qərargahının 02 nömrəli 03 fevral N-cü il tarixli Direktivi əsasında İddiaçı (xx.xx.N Xətai RHK) özbaşına hərbi hissəni tərk etdiyinə görə N fevral N-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılıb sənədləri Azərbaycan Respublikası Hərbi Komissarlığına göndərilmişdir.
9. N saylı hərbi hissə komandirinin N nömrəli, xx.xx.N-cu il tarixli əmrin arxiv çıxarışından görünür ki, döyüşdə fərqləndiklərinə görə sıravi İddiaçı haqqında 07.02.94cü il 31 saylı əmr üzrə qaldırılmış cinayət işi dayandırılmışdır. N. Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 28 iyun 2024-cü il tarixli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə 05 aprel N-cü il tarixdən sonrakı xidməti barədə məlumat olmadığına görə 07 yanvar 2025-ci il tarixli iclasının protokoluna əsasən komissiya tərəfindən ona “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. 28.04.2025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizə təqdim edərək, cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir.
13. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ona müharibə veteranı adının verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh hərəkətsizlik edərək, tələbini təmin etməmişdir.
14. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı münasibətində iddia tələbinin mümkünsüz sayılmasını xahiş etmiş və bildirmişdir ki, iddia ərizəsi mümkünsüz sayılmalıdır, çünki iddiaçı komissiyanın rəyini almadan, hər hansı imtinanı mübahisələndirmədən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən təqdim olunmuş məktubdan da göründüyü kimi iddiaçıya imtina olunmamış, sənədləri komissiyanın icraatına qəbul edilmiş və sənədlərinə baxıldıqdan sonra qərar qəbul olunacaqdır.
15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2714/2025 saylı, 02 iyul 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
16. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işdən görünür ki, iddiaçı barəsində hərbi hissəni özbaşına tərk etdiyinə görə cinayət işi başlanmış, daha sonra isə bəraətverici əsaslar olmadan, döyüşdə fərqləndiyinə görə həmin cinayət işi dayandırılmışdır.
17. İşdən iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olması müəyyən edilmir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
18. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2714/2025 saylı, 02 iyul 2025-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
19. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə iddiaçının təqdim etdiyi əsas sübutları düzgün qiymətləndirməmiş və əsassız qərar çıxarmışdır.
d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
e) Prosses iştirakçılarının izahatları
21. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar olunmuş tərəflər (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
22. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Qanunun 7-ci maddəsinə görə müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1ci bəndinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Sadalanan normalardan görünür ki, “Müharibə veteranı” statusunu alması üçün hərbi qulluqçu: - döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməli; - hərbi xidmət keçməsini sübut edən sənədləri mövcud olmalıdır. Lakin bu şərtlər ödənilsə də, şəxs barəsində hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə görə başlanmış cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verildikdə və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edildikdə ona müharibə veteranı statusu verilmir (Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla).
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1. inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda N gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
28. Daha sonra məhkəmə Kollegiyası işin faktiki hallarına tətbiq olunan hüquq normalarından çıxış edərək qeyd edir ki, iddia tələbi və apellyasiya şikayəti əsassızdır.
29. Belə ki, iş materiallarından görünür ki, iddiaçının hüquqi marağı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsidir.
30. Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan isə görünür ki, vətəndaş İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 28 iyun 2024-cü il tarixli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə 05 aprel N-cü il tarixdən sonrakı xidməti barədə məlumat olmadığına görə 07 yanvar 2025-ci il tarixli iclasının protokoluna əsasən komissiya tərəfindən ona “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.
31. İşdən o da görünür ki, iddiaçı barəsində hərbi hissəni özbaşına tərk etdiyinə görə cinayət işi başlanmış, daha sonra isə bəraətverici əsaslar olmadan, döyüşdə fərqləndiyinə görə həmin cinayət işi dayandırılmışdır.
32. Həmçinin, işdən iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olması müəyyən edilmir.
33. Apellyasiya şikayətinin dəlillərinə gəlincə məhkəmə Kollegiyası qeyd edir ki, şikayətin dəlilləri iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə iddiaçının təqdim etdiyi əsas sübutları düzgün qiymətləndirməmiş və əsassız qərar çıxarmışdır.
34. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində məhkəmə iş üzrə iddiaçının təqdim etdiyi əsas sübutları düzgün qiymətləndirmədiyini bildirsə də, hansı sübutun düzgün qiymətləndirmədiyini və düzgün qiymətləndirməmənin nədən ibarət olduğunu əsaslandıracaq hər hansı dəlilə istinad etməmişdir.
35. Odur ki, məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
36. Məhkəmə Kollegiyası nəzərə alır ki, İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
37. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2714/2025 saylı, 02 iyul 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2714/2025 saylı, 02 iyul 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.