Məhkəmə qərarları › İş №2-1(103)-411/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-411/2021

03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-411/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, X4 Rövşən qızının, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, X4 Rövşən qızının cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müraciətə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)- 4790/2020 saylı qərardadından iddaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: X4 Rövşən qızı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müraciətə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiaya əlavə verərək, cavabdehdən onun xeyrinə dəymiş mənəvi ziyana görə 200.000 manat məbləğində pulun ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4790/2020 saylı qərardadı ilə iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır (hakim F.Mədətli). Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X4 Rövşən qızı apellyasiya şikayətinin müdafiə edərək, izahatında göstərmişdir ki, onun iddiasına düzgün baxılmamışdır. İddianın mənəvi ziyaının ödənilməsi hissəsinə gəldikdə isə iddiaçı qeyd etmişdir ki, o, mənəvi ziyanın ödənilməsi ilə bağlı Müdafiə Nazirliyinə xx.xx.2020-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Həmin ərizəni o məhkəməyə təqdim etmişdir lakin məhkəmə həmin ərizəyə əhəmiyyət verməmişdir. İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin qismən təmin edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iddia mövcud qanunvericiliyin müddəalarında nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. İşin araşdırılan hallarından iddia ərizəsində qeyd olunan gizir X2 tərəfindən sosial şəbəkələr vasitəsilə ona aid fotoşəkillərin yayınlaması səbəbindən iddiaçının həmin şəxsin barəsində hansı tədbirlərin görülməsinə dair informasiyanı əldə etməyə səlahiyyəti çatan şəxslərin sırasına aid olmağı üçün subyektiv hüququqnun olmadığı müəyyən edilmişdir. Belə ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun 2.4cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən informasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edir: 21.1.1. sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, bununla da iddia tələb hüququ olmayan şəxs tərəfindən verilmişdir. Bu isə inzibati prosessual qanunvericiliyə uyğun deyil və məhkəmə tərəfindən iddiaçının belə bir iddia qaldırması üçün subyektiv hüququnun olmaması kimi qiymətləndirilir. O cümlədən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbi üzrə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlər iddiaçı tərəfindən müraciətlərin göndərilibgöndərilməməsi, cavabdeh tərəfindən müraciətlərin cavablandırılıb-cavablandırılmaması və inzibati aktdan qanunvericiliklə müəyyən edilmiş müddətdə şikayətin edib-etməməsidir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx xxx 2020-ci il tarixli 11/2339 saylı saylı məktubun mətnindən müəyyən edilir ki, iddiaçı elektron qaydada cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2020 və xx.xx.2020-ci il tarixli məktublarla iddiaçıya cavab verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78.2-ci maddəsinə əsasən şikayət instansiyası tərəfindən qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər. Yəni, iddiaçı inzibati orqanın verdiyi cavabı ilə razı olmadığı təqdirdə inzibati qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati aktı məhkəmədə mübahisələndirməli idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bununla bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının qeyd etdiyi hüquqularının pozulacağı təqdirdə belə iddiaçı müvafiq inzibati aktın təqdim edildiyi vaxtdan 30 gün müddətində iddia qaldıra bilərdi. Göründüyü kimi iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müəyyən edilmiş prosessual müddəti ötürülmüşdür. Birinci instansiya məhkəməsi iddia tələbinin iddiaçının xx xxx 2020-ci il tarixli müraciətinə cavab verilməməsinə dair olan hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçının hazırki tələbi inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair məcburetmə haqqında iddia növünə aid olmaqla Qanunvericiliyin tələbinə əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi vaxtdan 35 gün keçənədək məhkəmədə iddia qaldırılmasını istisna edir. Belə ki, iş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış ərizədən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə eyni məzmunlu ərizə ilə xx xxx 2020-ci il tarixdə cavabdehə müraciət etmiş, xx xxxx 2020-ci ildə isə qeyd olunan iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən isə 1460 saylı xx xxxx 2020-ci il tarixli məktub əsasında iddiaçının müraciətinə cavab verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi xx xxx 2020-ci il tarixli müraciətlə bağlı olan hissədə də mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qeyd edilən hissəsini mümkün saymayaraq düzgün nəticəyə gəlmişdir. Eyni zamanda işdən görünür ki, iddiaçı xx xxxx 2020-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə iddia ərizəsinə əlavə təqdim edərək dəymiş mənəvi ziyana görə 200.000 manat məbləğində pulun ödənilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi 200.000 manat məbləğində dəymiş ziyanın ödənilməsinə dair ərizəyə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı sözügedən tələblə bağlı cavabdeh orqana müraciət etməsi iş materialları ilə sübut edilmədiyindən, məhkəmə hesab etmişdir ki, qeyd olunan ərizənin qəbulundan imtina edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin dəymiş ziyanın ödənilməsi hissəsini mümkün saymayaraq haqlı olmamışdır. Belə ki, işdən görünür ki (i.v.40), iddiaçı xx.xx.2020-ci il tarixdə AR Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək, 200.000 manat məbləğində mənəvi ziyanın ödənilməsini tələb etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçı dəymiş ziyanla bağlı Müdafiə Nazirliyinə müraciət etmiş və ona məktubla cavab verilmişdir. Lakin bu hal birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Halbuki, İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-nin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4790/2020 saylı qərardadı qismən - mənəvi ziyanın ödənilməsi hissəsində ləğv edilməli və iş bu hissədə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməli, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. İPM-in 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İPM-in 80, 85, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: X4 Rövşən qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4790/2020 saylı qərardadı qismən - mənəvi ziyanın ödənilməsi hissəsində ləğv edilsin və iş bu hissədə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar