Məhkəmə qərarları › İş №2-1(103)-411/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-411/2022

18.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-411/2022 18.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X16 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə və Cəbrayıl Rayon İcra Hakimiyyətinə qarşı “müavinətin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2- 1(112)-5670/2021 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi (bundan sonra mətndə Komitə), Cəbrayıl Rayon İcra Hakimiyyəti və "xxxx" ASCyə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək müavinətin verilməsi, suya görə yaranan kommunal borcun silinməsinə dair öhdəliyin Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin, Cəbrayıl Rayon İcra Hakimiyyətinin, həmçinin "xxxx" ASC-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair etirazda göstərmişdir ki, İddiaçı “vahid aylıq müavinətin verilməsi və borcun silinməsi”nə dair ərizə ilə Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Komitə tərəfindən İddiaçı sözügedən müraciəti xx.xx.2020-ci il tarixli 01/23857 nömrəli məktublarla müvafiq qaydada baxılması üçün Cəbrayıl Rayon İcra Hakimiyyəti və "xxxx" ASC-yə göndərilmişdir. Məhkəmənin diqqətinə çatdırılır ki, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən həyata keçirilir. Belə ki, həmin Qaydanın 3.4-cü bəndinə əsasən vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Qaydanın tələblərindən göründüyü kimi vahid aylıq müavinətin verilməsi ilə bağlı hazırlanan siyahıların dəqiqliyinə və düzgünlüyünə, müavinət almalı olan şəxslərin həmin siyahılara daxil edilməsi və ya çıxarılmasına görə işğal olunmuş rayonların icra hakimiyyətləri cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.6-cı bəndinə əsasən valideynlərindən biri məcburi köçkün statusuna malik olmayan uşaqlara vahid aylıq müavinət şamil olunmur. Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən uşaq dedikdə, 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər nəzərdə tutulur. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı həyat yoldaşı X1 yaşayış yeri üzrə qeydiyyat ünvanı ünvan 1ün statusuna və onu təsdiq edən vəsiqəyə malik deyildir. Odur ki, Qaydanın 2.6-cı bəndinə uyğun olaraq, iddiaçının övladı xx.xx.2010-cu il təvəllüdlü X5 vahid aylıq müavinət verilə bilməz. Həmçinin iddiaçı öz iddia ərizəsində “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”ın xx.xx.2011-ci il tarixində qüvvəyə mindiyini, övladı X2 isə xx.xx.2010-cu il tarixində anadan olmasına baxmayaraq, ona vahid aylıq müavinətin verilmədiyini qeyd etmişdir. Qeyd olunanlara etiraz edərək bildirilir ki, hazırda məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın tələblərinə uyğun olaraq həyata keçirilir və qüvvədən düşmüş Təlimatlarla yalnız məcburi köçkünlərə yemək xərci üçün müavinətin ödənilməsi nəzərdə tutulurdusa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Qaydalarla isə nəinki yemək xərci, həmçinin kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, yeni vahid aylıq müavinətin ödənilməsi nəzərdə tutulur. Məzmunundan da göründüyü kimi halhazırda məcburi köçkünlərə verilən vahid aylıq müavinət, məcburi köçkünlərə yemək xərci üçün verilən müavinətin xələfi, davamçısı qismində çıxış etmir. Bununla yanaşı bildirilir ki, Cəbrayıl Rayon İcra Hakimiyyəti iddiaçının övladı X5 vahid aylıq müavinətin verilməsindən imtina edilməsi tam əsaslı və qanunvericiliyin tələbinə uyğun olmuşdur. İddia tələbi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 16 aprel 2021-ci il tarixli 2-1(112)-5670/2021 nömrəli məktubuyla Cəbrayıl Rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Cəbrayıl Rayon İcra Hakimiyyəti xx.xx.2021-ci il tarixli 419 nömrəli məktubla cavab verərək, 01 yanvar 2011-ci il tarixdən 2016-cı ilin 31 dekabr tarixinədək qüvvədə olan “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”ın 6.1.12-ci bəndinə və 2017-ci il 01 yanvardan qüvvədə olan “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.6- cı bəndinə əsasən valideynlərindən biri məcburi köçkün statusuna malik olmayan uşaqlara vahid aylıq müavinətin verilməsi nəzərdə tutulmadığı bildirilmişdir. Eyni zamanda həmin məktubda İddiaçı məcburi köçkün olması, lakin onun həyat yoldaşının məcburi köçkün olmaması və məcburi köçkün statusunun olmaması qeyd olunmuşdur. Həmçinin məktubda iddiaçının 2010-cu ildə doğulmuş övladının sənədlərini 2011-ci ilin yanvar ayından sonra qüvvəyə minmiş Təlimatdan sonra Böyük Mərcanlı kənd ərazi dairəsi üzrə nümayəndəliyinə təqdim etdiyi göstərilmişdir. Məktubda 2020-ci ilin fevral ayının hesabatına İddiaçı övladının adının əlavə olunaraq, Komitəyə göndərildiyi, lakin 2011-ci ilin yanvar ayından qüvvəyə minmiş Təlimatdan sonra təqdim edildiyi əsas gətirilərək vahid aylıq müavinətin bərpa edilmədiyi göstərilmişdir. Yuxarıda qeyd olunan Cəbrayıl Rayon İcra Hakimiyyətinin məhkəmənin sorğusuna verdiyi cavabdan da müəyyən olunur ki, iddiaçı xx.xx.2010-cu il təvəllüdlü övladı X5 vahid aylıq müavinətin verilməsi üçün 2020-ci ildə sənədlər Böyük Mərcanlı kənd ərazi dairəsi üzrə nümayəndəliyinə təqdim etmiş və 2020-ci ilin fevral ayının hesabatına daxil edilərək Komitəyə göndərilmişdir. 2020-ci ilin fevral ayında iddiaçının adının siyahıya daxil edilərək, Komitəyə təqdim olunması və Komitə tərəfindən onun adının siyahıdan çıxarılaraq vahid aylıq müavinətin verilib-verilməməsi ilə bağlı heç bir inzibatı akt (qərar) qəbul edilməmişdir. Məhkəmə prosesi zamanı iddiaçı çıxışında bildirmişdir ki, xx.xx.2010- cu il təvəllüdlü övladı X5 yemək xərci üçün aylıq müavinətin verilməsi üçün şifahi qaydada Cəbrayıl Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. İddiaçı xx.xx.2010-cu ildə övladı doğulduqdan sonra 2011-ci ilə qədər müavinət verilməsi ilə bağlı Cəbrayıl Rayon İcra Hakimiyyətinə rəsmi müraciət etməsi ilə bağlı heç bir etibarlı sübut təqdim edə bilməmişdir. Halbuki, həmin dövrdə “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”a əsasən yemək xərci üçün aylıq müavinət verilirdi. Həmin müavinətin verilməsinə dair Təlimat 2017-ci ildə qüvvədən düşmüş və ləğv edilmişdir. Hazırda yemək xərci üçün aylıq müavinət verilmədiyindən, həmin müavinətin verilməsi əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri tərəfindən həyata keçirilmir. “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”ın 2.4-cü bəndinin tələbinə əsasən məcburi köçkünlərin aylıq siyahılarının tərtibi təsərrüfatbaşına kitaba əsasən təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənədlər əsasında həyata keçirilirdi. Həmin Təlimatın 2.4-cü bəndinin tələbinə uyğun olaraq, yemək xərci üçün aylıq müavinətin verilməsi üçün məcburi köçkün statusuna malik olan şəxs həmin müavinətin verilməsi üçün şəxsiyyətini təsdiq edən sənədlərlə birlikdə Cəbrayıl Rayon İcra Hakimiyyətinə müraciət edirdi. Belə ki, vətəndaş nə vaxt ərazisi işğal olunmuş rayon (şəhər) icra hakimiyyətinə rəsmi qaydada müraciət edirdisə, onun şəxsiyyəti təsdiq edən sənədlərinə uyğun araşdırma aparılıb, müavinətin verilib-verilməməsi ilə bağlı qərar qəbul edildikdən sonra həmin şəxsin adı illik və aylıq siyahılara salınırdı. Müraciət olunmadığı təqdirdə isə müvafiq sosial müdafiə tədbiri həyata keçirilmirdi. Cəbrayıl Rayon İcra Hakimiyyətinin məktubunda qeyd etdiyi kimi iddiaçının övladına müavinətin verilməsi üçün onun adı 2020ci ilin fevral ayında Qaydanın tələblərinə uyğun olmadan siyahıya daxil etmiş və Komitəyə təqdim edilmişdir. Yuxarıda göstərilənlərə etiraz olaraq bildirilir ki, hazırda məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın tələblərinə uyğun olaraq həyata keçirilir və qüvvədən düşmüş Təlimatlarla yalnız məcburi köçkünlərə yemək xərci üçün müavinətin ödənilməsi nəzərdə tutulurdusa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Qaydalarla isə nəinki yemək xərci, həmçinin kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, yeni vahid aylıq müavinətin ödənilməsi nəzərdə tutulur. Məzmunundan da göründüyü kimi hal-hazırda məcburi köçkünlərə verilən vahid aylıq müavinət, məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin xələfi, davamçısı qismində çıxış etmir. Həmin Təlimat 2017-ci ildən qüvvədən düşmüş və həmin Təlimata görə yemək xərci üzrə aylıq müavinətin verilməsi həyata keçirilmir. İddiaçı tərəfindən Komitəyə vahid aylıq müavinətin verilməsi ilə bağlı 2020-ci ildə müraciət olunsa da Qaydanın tələbinə uyğun olaraq müvafiq qaydada araşdırılıb cavab verilməsi üçün onun müraciəti Cəbrayıl Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Komitə tərəfindən iddiaçının övladına vahid aylıq müavinətin verilib-verilməməsi ilə bağlı heç bir qərar (inzibati akt) qəbul edilməmişdir. İddiaçının övladının adının Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən tərtib və təsdiq olunmuş siyahıya Qaydanın 2.6-cı və 3.4-cü bəndlərinə uyğun olmadan daxil edilərək Komitəyə göndərilməsi Cəbrayıl Rayon İcra Hakimiyyətinin məhz cavabdeh şəxs kimi çıxış etməyini istisna etmir. Həmin Qaydanın 2.6-cı və 3.4-cü bəndlərinin tələblərinə əsasən iddiaçının övladının adı siyahıya daxil edilməməli və verilməməsi barəsində qərar qəbul edilməli idi. Odur ki, Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən Qaydanın tələblərinə əsasən edilməli olan hərəkət edilmədiyindən, buna görə Komitə cavabdeh şəxs qismində göstərilə bilməz. Göründüyü kimi iddia tələbi üzrə vahid aylıq müavinətin verilib-verilməməsinin müəyyən edilməsi Qaydanın 3.4-cü bəndinin tələbinə əsasən ərazisi işğal olunmuş rayon (şəhər) icra hakimiyyətləri cavabdehlik daşıyırlar. Bu səbəbdən Komitə iddia tələbi üzrə cavabdeh şəxs qismində göstərilməməlidir. Yuxanda göstərilənlərə əsasən məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə qarşı “övladı xx.xx.2010-cu il təvəllüdlü X5 vahid aylıq müavinətin verilməsi və xx.xx.2010-cu ildən cari vaxta qədər itirilmiş məbləğin ödənilməsi, həmçinin suya görə yaranan kommunal borcun silinməsinə dair öhdəliyin cavabdehlərin üzərinə qoyulması”na dair iddia tələbi əsassız olduğundan mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilir. İddiaçı xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, "xxxx" ASC-nin cavabdehlər siyahısından çıxarılması və xx.xx.2010-cu il təvəllüdlü övladı X2 anadan olduğu tarixdən, xx.xx.2010-cu ildən vahid aylıq müavinətin təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehlər Cəbrayıl Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 11 avqust 2021-ci il tarixli qərardadı ilə iddiaçının xx.xx.2010-cu il təvəllüdlü övladı X2 anadan olduğu tarixdən, xx.xx.2010-cu ildən vahid aylıq müavinətin təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Cəbrayıl Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması hissəsində mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2-1(112)-5670/2021 saylı qərarı ilə iddia tələbinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə münasibətdə qismən təmin edilməsi, İddiaçı xx.xx.2010-cu il təvəllüdlü övladı X5 fevral 2020-ci il tarixdən vahid aylıq müavinətin təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən qərar və qərardad maddi və prosessual hüquq normaları tələbləri pozulmaqla qəbul olunduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə kollegiyası tərəfindən ləğv edilməli və İddiaçı iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə qərarında cavabdehin müəyyənləşdirilməsi ilə bağlı məsələ məhkəmə tərəfindən mövcud qanunvericilik aktlarının tələblərinə uyğun olaraq düzgün müəyyənləşdirilməmişdir. Məhkəmə tərəfindən iş üzrə digər cavabdeh Cəbrayıl Rayon İcra Hakimiyyəti cavabdeh şəxs qismində cəlb olunsa da, məhkəmə prosesində iştirak etməmişdir. Məhkəmə tərəfindən cavabdeh Cəbrayıl Rayon İcra hakimiyyətinin məktublarına istinad edilməklə cavabdehin Komitə olması qənaətinə gəlmişdir. Həmçinin məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən cavabdeh Cəbrayıl Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Halbuki, işin hallarının tam, obyektiv və dəqiq araşdırılması zərurəti mövcud olduğundan, məhkəmə tərəfindən mübahisə ilə bağlı işın faktiki və hüquqi vəziyyəti barədə kifayət qədər məlumatlı olan cavabdeh Cəbrayıl Rayon İcra hakimiyyəti prosesə gəlməsi və məhkəməyə təqdim olunan məktublarda göstərilən “əsassız və yalnış məlumatlar barəsində müvafiq məlumat verilməli idi. Həmçinin digər cavabdeh Komitənin və eyni zamanda iddiaçının işin mahiyyəti və məhkəmə təqdim olunan məktublarla bağlı çoxlu sualları yarandığından, həmin sualların cavablandırılması iş üzrə mühüm əhəmiyyət kəsb etmiş, eyni zamanda cavabdehin hansı inzibati orqan olması müəyyənləşdirilməsi baxımından da zəruri olmuşdur. İddiaçı hazırkı iddia tələbi üzrə övladı Kənan Məstalıyevə vahid aylıq müavinətin verilməsi vəzifəsinin cavabdeh Cəbrayıl Rayon İcra hakimiyyətinin üzərinə qoyulmasını tələb etsə də, Cəbrayıl Rayon İcra hakimiyyətinin ona yönəlmiş hazırkı tələb üzrə qanunla cavabdehliyi müəyyən olunmadığı və ona münasibətdə mümkün sayılmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın tələblərinə əsasən, Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi ilə bağlı işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən hazırlanan adlı siyahıların hazırlanmasına, həmçinin həmin siyahıların dəqiqliyinə və düzgünlüyünə görə heç bir cavabdehlik daşımır. Qaydanın 3.4-cü bəndinin tələbindən göründüyü kimi, vahid aylıq müavinətin verilməsi ilə bağlı hazırlanan siyahıların dəqiqliyinə və düzgünlüyünə, müavinət almalı olan şəxslərin həmin siyahılara daxil edilməsi və ya çıxarılmasına görə işğal olunmuş rayonların icra hakimiyyətləri cavabdehlik daşıyırlar. Cəbrayıl Rayon İcra Hakimiyyətinin məhkəmənin sorğusuna verdiyi cavabdan da müəyyən olunur ki, cavabdeh Cəbrayıl Rayon İcra Hakimiyyəti məktubunda Qaydanın və qüvvədən düşmüş Təlimatın tələblərini bildiyi halda, iddiaçının adının siyahıya daxil edərək təqdim etməsi Qaydanın tələblərinə uyğun olmamışdır. Cəbrayıl Rayon İcra Hakimiyyətinin Qaydanın tələbinə uyğun olmadan şəxsin adını siyahıya daxil etməsi heç bir halda Komitənin də Qaydanın 3.5-ci bəndi üzrə etməli olduğu hərəkəti (əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra) pozması ilə davam etdirilə bilməz. Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının övladının adı siyahıya daxil edilməməli və Komitəyə aylıq hesabat üzrə təqdim olunmamalı idi. Məktubdan göründüyü kimi, iddiaçı xx.xx.2010-cu il təvəllüdlü övladı X5 vahid aylıq müavinətin verilməsi üçün 2020-ci ildə sənədlər Böyük Mərcanlı kənd ərazi dairəsi üzrə nümayəndəliyinə təqdim etmiş və Qaydanın 3.4-cü bəndinin tələbinə uyğun olmadan Cəbrayıl Rayon İcra Hakimiyyəti 2020-ci ilin fevral ayının hesabatına daxil edərək əsassız Komitəyə göndərmişdir. 2020-ci ilin fevral ayında iddiaçının adının siyahıya daxil edilərək, Komitəyə təqdim olunması və Komitə tərəfindən onun adının siyahıdan çıxarılaraq vahid aylıq müavinətin verilib-verilməməsi ilə bağlı heç bir inzibati akt (qərar) qəbul edilməmişdir. Məhkəmə tərəfindən Cəbrayıl Rayon İcra Hakimiyyətinin məktubunda göstərilən siyahının Komitəyə göndərilməsi və Komitə tərəfindən dürüstləşdirmə ilə bağlı adının siyahıdan çıxarılması ilə bağlı heç bir etibarlı sübut təqdim edilməmişdir. Komitənin nümayəndəsi tərəfindən məhkəmə prosesi zamanı şifahi qaydada bildirilmişdir ki, Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə və iddiaçıya verilən cavab məktublarında gostərilənlərə əsasən, siyahının göndərilməsi və iddaçının övladının adının siyahıya əlavə edilməsi ilə bağlı hər hansı sübut mövcuddursa, cavabdeh Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunması xahiş edilmişdir. Lakin, bu barədə heç bir etibarlı sübut, sənəd təqdim olunmamışdır. Lakin, məhkəmənin bir qayda olaraq, cavabdeh Cəbrayıl Rayon İcra hakimiyyəti tərəfindən Qaydanın 3.4-cü bəndinin tələbinə uyğun olmadan Komitəyə təqdim olunan siyahının Komitə tərəfindən dürüstləşdirmək səlahiyyətindən istifadə edərək təqdim olunmuş siyahıda müavinət alacaq şəxslərin sayını azaldaraq Kənan Məstəliyevi nəzərə almamaqla “iddiaçını arzuladığı hüquqi nəticədən-müavinətin verilməsindən məhrum etməsi” kimi qeyd etməsi tamamilə yuxarıda göstərilənlərə və Qaydanın tələblərinə ziddir. İşin mahiyyəti ilə əlaqədar bildiririk ki, iddiaçı tərəfindən Kənan Məstalıyevin xx.xx.2010-cu il tarixdə doğulduğu zaman ona müavinətin təyin edilməsi məqsədilə həmin dövrdə mövcüd olmuş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”ın 1.3-cü bəndinə əsasən, müvafiq sənədlər rayon icra hakimiyyətinə təqdim edilməli idi. Lakin müavinətin verilməsi ilə bağlı həmin dövrdə iddiaçı tərəfindən Cəbrayıl Rayon İcra hakimiyyətinə heç bir rəsmi müraciət edilməmiş və bunu təsdiq edən sübut təqdim edilməmişdir. Məhkəmə tərəfindən iddiaçının övladının müavinət alması hüququnun onun doğulduğu andan yaranması kimi tövsif edilməsi, lakin müraciətinin 2020-ci il fevral ayında olmasını əsas gətirərək ona müavinətin 2020-ci il fevral ayından təyin edilməsi AR-nın Konstitusiyasının 149-cu maddəsinin tələbinin düzgün realizə edilməməsini göstərir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.6cı bəndinə əsasən, valideynlərindən biri məcburi köçkün statusuna malik olmayan uşaqlara vahid aylıq müavinət şamil olunmur. Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, uşaq dedikdə, 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər nəzərdə tutulur. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı həyat yoldaşı X1 yaşayış yeri üzrə qeydiyyat ünvanı ünvan 2n statusuna və onu təsdiq edən vəsiqəyə malik deyildir. Odur ki, Qaydanın 2.6-cı bəndinə uyğun olaraq, iddiaçının övladı xx.xx.2010-cu il təvəllüdlü X5 vahid aylıq müavinət verilə bilməz. Hazırda məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın tələblərinə uyğun olaraq həyata keçirilir və qüvvədən düşmüş Təlimatlarla yalnız məcburi köçkünlərə yemək xərci üçün müavinətin ödənilməsi nəzərdə tutulurdusa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Qaydalarla isə nəinki yemək xərci, həmçinin kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, yeni vahid aylıq müavinətin ödənilməsi nəzərdə tutulur. Məzmunundan da göründüyü kimi, hal-hazırda məcburi köçkünlərə verilən vahid aylıq müavinət, məcburi köçkünlərə yemək xərci üçün verilən müavinətin xələfi, davamçısı qismində çıxış etmir. Halbuki, həmin dövrdə “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”a əsasən, yemək xərci üçün aylıq müavinət verilirdi. Həmin müavinətin verilməsinə dair Təlimat 2017-ci ildə qüvvədən düşmüş və ləğv edilmişdir. Hazırda yemək xərci üçün aylıq müavinət verilmədiyindən, həmin müavinətin verilməsi əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri tərəfindən həyata keçirilmir. “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”ın 2.4-cu bəndinin tələbinə əsasən, məcburi köçkünlərin aylıq siyahılarının tərtibi təsərrüfatbaşına kitaba əsasən, təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənədlər əsasında həyata keçirilirdi. Həmin Təlimatın 2.4-cu bəndinin tələbinə uyğun olaraq, yemək xərci üçün aylıq müavinətin verilməsi üçün məcburi köçkün statusuna malik olan şəxs həmin müavinətin verilməsi üçün şəxsiyyətini təsdiq edən sənədlərlə birlikdə Cəbrayıl Rayon İcra Hakimiyyətinə müraciət edirdi. Belə ki, vətəndaş nə vaxt ərazisi işğal olunmuş rayon (şəhər) icra hakimiyyətinə rəsmi qaydada müraciət edirdisə, onun şəxsiyyəti təsdiq edən sənədlərinə uyğun araşdırma aparılıb, müavinətin verilib-verilməməsi ilə bağlı qərar qəbul edildikdən sonra həmin şəxsin adı illik və aylıq siyahılara salınırdı. Müraciət olunmadığı təqdirdə isə müavfiq sosial müdafiə tədbiri həyata keçirilmirdi. Cəbrayıl Rayon İcra Hakimiyyətinin məktubunda qeyd etdiyi kimi iddiaçının övladına müavinətin verilməsi üçün onun adı 2020-ci ilin fevral ayında Qaydanın tələblərinə uyğun olmadan siyahıya daxil edilmiş və Komitəyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-710/2021 saylı qərarında göstərilmişdir ki, iddiaçı X3 özünə və övladına X10 vahid aylıq müavinətin verilməsi ilə bağlı iddia tələbi üzrə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə istinad edərək hesab etmişdir ki, hazırki mübahisə üzrə iddiaçının və onun övladının yemək xərci üçün aylıq müavinət alan zaman sözügedən Təlimat qüvvədə olduğundan, həmin dövrün qanunvericilik aktları hazırkı münasibətlərə tətbiq edilməlidir. Başqa sözlə, iddiaçıya və onun övladına həmin kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulmuş aylıq müavinətin onlara ödənilməsi həmin dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı və qızı tərəfindən artıq qazanılmış hüquqdur. Ali Məhkəmənin inzibati kollegiyası yuxarıda qeyd olunan mövqe ilə razılaşmayaraq bildirmişdir ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi” Qaydası təsdiq edildiyi zaman məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinətin ödənilməsinin yeni şərtləri müəyyən edilmişdir. Belə ki, (“Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat”) nəzərdə tutulan şərtlər bir qədər də dəyişdirilmişdir. Sözügedən Qaydaların müddəalarının təhlili onu göstərir ki, həmin müdəaların Qaydalar qəbul olunanadək aylıq müavinət almaq hüququ yaranmış və ya alan şəxslərə münasibətdə də tətbiq edilməsi nəzərdə tutulub. Digər tərəfdən, aşağı instansiya məhkəmələrinin mövqeyi haqlı hesab olunsa, onda Qaydalardakı bəzi müddəaların (məs: qaydaların 1.1-ci bəndinə əsasən, ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə aylıq müavinət verilir) nəzərdə tutulmasının əhəmiyyəti qalmır. Qanunvericinin iradə ifadəsi də aylıq müavinətin verilməsi əsaslarının yenidən müəyyən edilməsi olmuşdur ki, bu səbəblə də yeni yanaşma əsasında qanunvericilik dəyişdirilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçıya və qızına münasibətdə hazırda qüvvədə olan qanunvericilik aktlarının tətbiqini qanuni hesab edir. Belə olan halda, iddiaçının qızının yeni tənzimləməyə əsasən, aylıq müavinət almaq hüququ yoxdur. Odur ki, birinci instanasiya məhkəməsi tərəfindən hazırkı iş üzrədə hazırda qüvvədə olan qanunvericilik aktlarının tətbiqi üzrə hüquqi qiymət verilməlidir. Hazırda mövcud olan Qaydaların tələblərinə əsasən X2 müavinət almaq hüququ yoxdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etirazı müdafiə edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, iddiaçı Cəbrayıl rayonundan məcburi köçkün olmaqla Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov 18 a ünvanında müvəqqəti məskunlaşmışdır. Məcburi köçkünlər üçün nəzərdə tutulmuş aylıq müavinət iddiaçının ailəsində yalnız ona verilir. İddiaçı xx.xx.2010-cu il təvəllüdlü övladı X5 məcburi köçkünlər üçün vahid aylıq müavinətin verilməsi ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə müraciət etmiş, lakin müraciəti təmin olunmamışdır. Hazırkı iddiasında iddiaçı xx.xx.2010-cu il təvəllüdlü övladı X4 məcburi köçkünlər üçün nəzərdə tutulmuş vahid aylıq müavinətin verilməsini mübahisələndirir. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin ”Azərsu” ASCyə və iddiaçıya (surəti) ünvanladığı xx.xx.2020-ci il tarixli, 01/23857 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə daxil olmuş İddiaçı sudan istifadəyə görə hesablanmış borcun silinməsinə köməklik göstərilməsi barədə müraciəti baxılması üçün sizə göndərilir. Bildirilir ki, yuxarıda göstərilən ünvanda müvəqqəti məskunlaşmış 33 manat vahid aylıq müavinət alan digər məcburi köçkün ailələrinin adları Komitənin "xxxx" ASCyə təqim etdiyi adlı siyahıda qeyd olunduğuna görə (33 manat aylıq müavinət alan İddiaçı adının həmin siyahıda texniki səbəbdən qeyd olunmamasına baxmayaraq hazırda qeyd olunub) sözügedən ünvan üzrə məcburi köçkünlərin (o cümlədən İddiaçı) istifadə etdiyi suyun haqqı Komitə tərəfindən mərkəzləşmiş qaydada "xxxx" ASC-yə ödənilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı su haqqının tələb edilməməsi və yazılmış borcun silinməsi ilə əlaqədar müvafiq köməklik göstərilməsi sizdən xahiş edilir. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Cəbrayıl Rayon İcra Hakimiyyətinə və iddiaçıya (surəti) ünvanladığı xx.xx.2020-ci il tarixli, 01/23857 nömrəli məktubunda bildirilmişdir ki, Cəbrayıl rayonundan məcburi köçkün İddiaçı tərəfindən vahid aylıq müavinətin verilməsi ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə daxil olmuş müraciəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq müvafiq qaydada baxılması üçün sizə göndərilir. Xahiş edilir, müraciətə baxılmasının nəticəsi haqqında vətəndaşa məlumat verilməsi üçün göstəriş verəsiniz. Cəbrayıl Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, 175 nömrəli məktubunda bildirilmişdir ki, övladınıza vahid aylıq müavinət verilməsi barədə Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə ünvanladığınız ərizəyə Cəbrayıl Rayon İcra Hakimiyyətində baxılmışdır. Bildirilir ki, 01 yanvar 2011-ci il tarixdən 2016-cı ilin 31 dekabr tarixinədək qüvvədə olan “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”ın 6.1.12-ci bəndinə və 2017-ci ilin 01 yanvarından qüvvədə olan “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.6-cı bəndinə əsasən valideynlərdən biri məcburi köçkün statusu olmayan uşaqlara vahid aylıq müavinətin verilməsi nəzərdə tutulmamışdır. Sizin məcburi köçkün statusunuz olsa da həyat yoldaşınızın məcburi köçkün statusu yoxdur. Siz 2010-cu ildə doğulmuş övladınızın sənədlərini 2011-ci ilin yanvar ayından qüvvəyə minmiş təlimatdan sonra Böyük Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə təqdim etmisiniz. Sənədlər 2020-ci ilin fevral ayının hesabatına əlavə olunaraq Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə göndərilmişdir. Lakin 2011-ci ilin yanvar ayından qüvvəyə minmiş təlimatdan sonra təqdim edildiyi əsas gətirilərək övladınızın vahid aylıq müavinəti bərpa edilməmişdir. "xxxx" ASC-nin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, 01/4/01-7/6/2878 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə ünvanladığınız və baxılması üçün "xxxx" ASC-yə daxil olmuş M-551 qeydiyyat nömrəli müraciətinizə "xxxx" ASC-də baxılmışdır. Məlumat üçün bildirilir ki, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na əsasən aparılır. Su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcla bağlı müraciətinizə baxılması üçün "xxxx" ASC-nin istehlakçılardan daxil olmuş ərizələrin və şikayətlərin araşdırılması ilə bağlı daimi fəaliyyət göstərən komissiyaya təqdim olunmuşdur. Komissiyanın qərarı barədə sizə əlavə məlumat veriləcəkdir. Həmçinin bildirilir ki, "xxxx" ASC-nin “Elektron su” portalında qeydiyyatdan keçərək abonent hesabınızda yaranmış qalıq borcunuzu öyrənə və ödəyə, hesab fakturalarınıza və ödənişlərinizə nəzarət edə, “Elektron müraciət” bölməsindən isə "xxxx" ASC-yə müraciət etməklə müraciətin statusunu və icra mərhələsini izləyə bilərsiniz. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 138 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli, 138/119 nömrəli arayışında göstərilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, o, həqiqətən M.Seyidov küçəsi, 18a saylı evin 71 nömrəli mənzilində Cəbrayıl rayonundan məcburi köçkün kimi 1995-ci ildən məskunlaşıb. Ailə tərkibi: X7 - h/y, X8 - oğlu, X6 - qızı. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Yasamal rayonu üzrə sektorunun xx.xx.2021-ci il tarixli, 52 nömrəli xidməti məlumatında göstərilmişdir ki, Cəbrayıl rayonundan məcburi köçkün İddiaçı ailəsi ilə birlikdə Yasamal rayonu, M.Seyidov 18A ünvanında yerləşən “Bakı Tikiş” fabrikinin yataqxanasında məskunlaşıblar. Kommunal xidmətlər siyahısında (Forma 2) İddiaçı adı qeyd olunmuş, digər ailə üzvləri isə qanunamüvafiq olaraq güzəştlər siyahısına salınmamışdır. Məskunlaşdığı yataqxanada fərdi sayğacın və vətəndaşın adına sayğac göstəricisinin olmadığı tərəfimizdən müəyyən edilmişdir. Köçkünlər ümumi sayğacdan istifadə edirlər. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Cəbrayıl Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 419 nömrəli məktubunda bildirilmişdir ki, Cəbrayıl rayon sakini İddiaçı övladının vahid aylıq müavinətinin ödənilməsi tələbi ilə bağlı aşağıdakılar bildirilir: 01 yanvar 2011-ci il tarixdən 2016-cı ilin 31 dekabr tarixinədək qüvvədə olan “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat”ın 6.1.12-ci bəndinə və 2017-ci il 01 yanvardan qüvvədə olan “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.6-cı bəndinə əsasən valideynlərindən biri məcburi köçkün statusuna malik olmayan uşaqlara vahid aylıq müavinətin verilməsi nəzərdə tutulmamışdır. İddiaçı özü məcburi köçkün olsa da onun həyat yoldaşının məcburi köçkün statusu yoxdur. O, 2010-cu ildə doğulmuş övladının sənədlərini 2011-ci ilin yanvar ayından qüvvəyə minmiş təlimatdan sonra Böyük Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə təqdim etmişdir. Sənədlər 2020-ci ilin fevral ayının hesabatına əlavə olunaraq Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə göndərilmiş, lakin 2011-ci ilin yanvar ayından qüvvəyə minmiş təlimatdan sonra təqdim edildiyi əsas gətirilərək vahid aylıq müavinət bərpa edilməmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Cəbrayıl Rayon İcra Hakimiyyətinin verdiyi xx.xx.2021-ci il tarixli, 501 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı övladının vahid aylıq müavinətinin ödənilməsi ilə bağlı aparılan məhkəmə işi üçün tələb edilən məlumatlar barədə aşağıdakılar bildirilir: İddiaçı oğlu X5 vahid aylıq müavinət ödənilməsi ilə bağlı 2020-ci ilin yanvar ayı təqdim edilən sənədlər 2020-ci ilin fevral ayının hesabatına əlavə olunaraq Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə göndərilmişdir. Lakin Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsində vahid aylıq müavinətlə bağlı yaradılmış komissiya Rayon İcra Hakimiyyətinin fevral ayı üçün məktubla sifariş etdiyi vahid aylıq müavinət alanların sayını azaldaraq K.Məstalıyevin müavinətini bərpa etməmişdir. Komitə tərəfindən şifahi olaraq bildirilmişdir ki, K.Məstalıyevin sənədləri 2011-ci ilin yanvar ayından qüvvəyə minmiş təlimatdan sonra təqdim edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 02/738 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 3.4cü bəndinə əsasən aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Yuxarıda yazılanlara əsasən İddiaçı və övladı X5 vahid aylıq müavinətin ödənilbödənilməməsi səbəbləri barədə məlumatın təqdim edilməsi məqsədilə, aidiyyəti rayon icra hakimiyyətinə müraciət etməyiniz xahiş edilir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" ASC-nin verdiyi xx.xx.2021-ci il tarixli, 01/4/01-7/6/9718 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.2003-cü il tarixində sözügedən ünvana su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə dair abonent kodu açılmışdır. Kod açılan tarixdən xx.xx.2014-cü il tarixədək hesabat ailə tərkibi 1 (bir) nəfər olmaqla aparılmışdır. xx.xx.2014-cü il tarixdən bugünkü tarixədək isə hesabat ailə tərkibi 4 (dörd) nəfər olmaqla aparılmaqdadır. Eyni zamanda bildirilir ki, xx.xx.2011-ci il tarixinə “Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranmış borcların silinməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən qeyd edilən tarixə kimi abonentin hesabında ailə tərkibinə əsasən yaranmış 95,00 manat borc silinmişdir. xx.xx.2011-ci il tarixdən halhazırkı dövrədək sözügedən ünvanın hesabatı 795,41 manat təşkil edir. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən "xxxx" ASCyə təqdim olunmuş məcburi köçkünlərin adlı siyahısında yalnız İddiaçı adı qeyd olunduğundan "xxxx" ASC-nin elektron bazasında həmin dövr üzrə imtiyaz 1 (bir) nəfər üçün 306,19 manat nəzərə alınmışdır. İddiaçı 33 manat vahid aylıq müavinət aldığından su təchizatı və çirkab suyun axıdılması xidmətindən istifadəyə dair məcburi köçkünlük limitdən hal-hazırda da istifadə edir. Hazırda sözügedən ünvanın hesabında 489,22 manat borc var. Qeyd edilən borc normativə uyğun olaraq ailə tərkibinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi” Qaydasının: 3-cü bəndinə əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün verilən aylıq müavinətin ödənilməsinin ümumi qaydaları aşağıdakılardır: 3.1. əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər; 3.2. əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları və Komitə aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısından ibarət informasiya sisteminin “Elektron hökumət” portalında yerləşdirilməsini və müntəzəm olaraq yeniləşdirilməsini təmin edirlər; 3.3. aylıq müavinət alan məcburi köçkünlərin illik adlı siyahıları təsərrüfatbaşına uçot sənədlərinə əsasən təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənədlər əsasında həyata keçirilir; 3.4. aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar; 3.5. əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir; 3.6. əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri iki iş günü müddətində daxil olmuş vəsaitin müvəkkil bankın filiallarına köçürülməsini təmin edir və bu barədə Komitəyə rəsmi məlumat verir; 3.7. məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə verilən aylıq müavinətin ödənilməsi üçün müvəkkil bank Komitə tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən edilir. Sadalanan normalardan müəyyən olunur ki, vahid aylıq müavinətin veriləcəyi məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin siyahısı və sayı barədə hesabat əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları tərəfindən tərtib edildikdən sonra Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə təqdim edilir, Komitə təqdim olunmuş hesabatları dürüstləşdirdikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edir və bundan sonra Maliyyə Nazirliyi aldığı sifarişə uyğun olaraq bu məqsəd üçün vəsait ayırır və həmin vəsaiti əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Göründüyü kimi vahid aylıq müqavinətin verilməsi ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin birinci mərhələdə əsas səlahiyyətləri əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlarını dürüstləşdirmək, yəni bilavasitə yoxlamaq, bundan sonra həmin hesabata uyğun olaraq müvafiq vəsaitin ayrılması üçün Maliyyə Nazirliyinə sifariş verməkdirsə, sonrakı mərhələdə aylıq müavinətin ödənilməsi üçün müvəkkil bankı müəyyən etmək və vəsaitin müvəkkil bankın filiallarına köçürülməsinə nəzarət etməkdir. Müavinət alacaq şəxslərin siyahısının tərtib edilməsinə görə məsuliyyət əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarına aid olsa da təqdim olunmuş siyahının dürüstləşdirilməsi və buna müvafiq müavinətin ayrılması ilə bağlı sifarişin verilməsi bilavasitə Komitənin səlahiyyətinə aiddir. Hazırkı iş üzrə Cəbrayıl Rayon İcra Hakimiyyətinin iddiaçının övladının adını siyahıya daxil edərək Komitəyə göndərməsi iddiaçı üçün bilavasitə əlverişli inzibati akt qismində qəbul oluna bilər. Komitə isə yuxarıda qeyd olunan siyahını dürüstləşdirmək səlahiyyətindən istifadə edərək təqdim olunmuş siyahıda müavinət alacaq şəxslərin sayını azaldaraq K.Məstalıyevi nəzərə almamaqla iddiaçını arzuladığı hüquqi nəticədən - müavinətin verilməsindən məhrum etmişdir. İddiaçının övladına vahid aylıq müavinətin verilib-verilməməsi ilə bağlı Komitə heç bir qərar (inzibati akt) qəbul etmədiyindən cavabdeh qismində qəbul edilə bilməsi barədə cavabdeh Komitənin dəlilinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, inzibati aktlarla yanaşı inzibati orqanların faktiki xarakterli hərəkətləri də inzibati məhkəmə icraatında məhkəmə araşdırmasının predmeti qismində çıxış edir. İnzibati orqanın faktiki xarakterli hərəkəti inzibati orqanın publik hüquq sahəsində inzibati akta aid edilməyən bütün digər hakimiyyət tədbirlərini əhatə edir. İnzibati orqan təkcə inzibati aktlar qəbul etmir, həm də İİQ-nin 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər də edə bilər. Bu hərəkətlər ya inzibati aktın verilməsi zamanı və ya inzibati aktla bağlı olmayan konkret əməllərdir. Hər bir halda faktiki hərəkətlər müəyyən nəticənin əldə edilməsinə yönəlmişdir və faktiki vəziyyəti dəyişdirə bilir. Qeyd edilən normaların tələblərinin işin faktiki halları ilə müqayisəli təhlil edildikdə müəyyən olunur ki, Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi iddiaçının övladına vahid aylıq müavinətin verilməsindən imtina edilməsi ilə bağlı ayrıca inzibati akt (qərar) qəbul etməsə belə, lakin təqdim olunmuş müavinət alacaq şəxslərin siyahısını azaldaraq K.Məstalıyevin adını həmin siyahıda nəzərə almaması inzibati orqanın iddiaçı üçün hüquqi nəticə yaradan faktiki xarakterli hərəkəti kimi qəbul olunur və bu hərəkət inzibati məhkəmə icraatının yoxlama predmetini təşkil edir. Hazırkı iddia tələbi üzrə müavinətin verilməsi ilə bağlı məsul inzibati orqan qismində Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi çıxış edir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2002-ci il tarixdə 2744 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış və xx.xx.2011-ci ilədək qüvvədə olmuş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”a əsasən bu təlimat “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunlarının, Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətlərin artırılması haqqında” 13 oktyabr 2000-ci il tarixli 543 nömrəli Sərəncamının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 dekabr 1999-cu il tarixli 184 nömrəli, 20 avqust 2001-ci il tarixli 139 nömrəli qərarlarının tələblərinə uyğun olaraq məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin paylanılması qaydalarını, həmin müavinətin verilməsinin hansı şəxslərə şamil olunmasını və bu proses zamanı meydana çıxan münasibətləri tənzimləyir. Adıçəkilən Təlimatın: İV bəndinə görə yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: 4.1. “Məcburi köçkün” statusuna malik olub respublika ərazisində olan şəxslərə; 4.2. Valideynlərindən hər ikisi "məcburi köçkün" statusuna malik olan uşaqlara; 4.3. Valideynlərindən atası (ailə başçısı) “məcburi köçkün” statusuna malik olan uşaqlara; 4.4. Ər və ya arvaddan biri “məcburi köçkün” statusuna malik olmuş ailələrdə nikahın pozulması zamanı məhkəmə qaydasında “məcburi köçkün” statusuna malik olan şəxsin himayəsində qalan uşaqlara; 4.5. Ər və ya arvaddan birinin “məcburi köçkün” statusuna malik olduğu ailələrdə onlardan birinin vəfat etməsindən sonra “məcburi köçkün” statusuna malik olan şəxsin himayəsində olan uşaqlara; 4.6. Faktiki nikahdan doğulmuş, “məcburi köçkün” statusuna malik olan şəxsin (kişi və ya qadının) himayəsində olan uşaqlara (onlara digər müavinətlər verilmədikdə); 4.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayon sakininə (məcburi köçkünə) ərə getmiş, uşaqları olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan qadınlara; 4.8. “Məcburi köçkün” statusu olan hər iki valideynini itirmiş uşaqlara (belə uşaqların adından yalnız onların qəyyumları və himayəçiləri çıxış edirlər); Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 17 dekabr 2010-cu il tarixdə 4076 nömrəsi ilə dövlət qeydiyyatına alınmış və xx.xx.2011-ci il tarixdən qüvvəyə minmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair” Təlimatın (qüvvədən düşmüş) İV bəndinə görə yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: 4.1. İşğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan “məcburi köçkün” statusuna malik olan şəxslərə; 4.2. Hər iki valideyni “məcburi köçkün” statusuna malik olan uşaqlara; 4.3. “Məcburi köçkün” statusuna malik olan valideynlərindən birini və ya hər ikisini itirmiş, həmin valideynlər arasında nikah pozulduğu halda onlardan birinin himayəsində olan, yaxud həmin valideynlərin himayəsindən məhrum olmuş uşaqlara (belə uşaqların adından yalnız himayəsində olduqları valideyn, onların qəyyumları və ya himayəçiləri çıxış edirlər). 4.4. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayon sakini (məcburi köçkünə) ilə nikaha daxil olmuş, həmin nikahdan uşaqları olmuş, lakin işğal zamanı işğal olunmamış rayon (şəhər) üzrə yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan, sonradan işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyata düşmüş şəxslərə. V bəndinə görə yemək xərci üçün aylıq müavinət aşağıdakı şəxslərə verilmir: 5.1. Məcburi köçkün olduqdan sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların himayəsində olan şəxslərə (şəhid ailələri istisna olunmaqla); 5.2. Məcburi köçkün olduqdan sonra, işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq, işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla); 5.3. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış rayon sakini ilə nikaha daxil olmuş, həmin nikahdan uşaqları olmuş, lakin işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan şəxslərə və onların uşaqlarına; 5.4. Məcburi köçkün olduqdan sonra, məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olmuş və onun himayəsi altında yaşayan, lakin işğal olunmuş rayondan yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan şəxslərə; 5.5. Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən vəzifəyə təyin olunan və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmiş məcburi köçkünlərə; 5.6. Hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən və qanunvericiliklə müəyyən olunmuş qaydada ərzaq payı əvəzinə verilən pul kompensasiyası alan məcburi köçkünlərə; 5.7. Hərbi qulluqçu olan məcburi köçkünlərə; 5.8. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə növlərində cəzaya məhkum olunmuş və cəzaçəkmə müəssisələrində və ya həbsxanada cəza çəkən məcburi köçkünlərə; 5.9. “Məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” statusu olan şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə; 5.10. “Məcburi köçkün” statusuna malik olub təqvim ilində üst-üstə 182 gündən artıq başqa ölkədə olan məcburi köçkünlərə; 5.11. “Məcburi köçkün” statusuna malik olub təqvim ilində üst-üstə 182 gündən artıq olmadan başqa ölkəyə getmiş məcburi köçkünlərə geri qayıdanadək (başqa ölkəyə müvəqqəti getmiş məcburi köçkün geriyə qayıtdıqdan sonra yemək xərci üçün aylıq müavinətin bərpa olunması ilə əlaqədar rayon icra hakimiyyətinə rəsmi müraciət etməlidir); 5.12. Hər iki valideyni “məcburi köçkün” statusuna malik olmayan uşaqlara; 5.13. Səfərbərlikdən yayınmış, fərarilik etmiş “məcburi köçkün” statuslu şəxslərə bu hallar aradan qaldırılanadək; 5.14. Azərbaycan Respublikasının vətəndaşlığından çıxan “məcburi köçkün” statusu olan şəxslərə. Göründüyü kimi məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin paylanılması ilə bağlı xx.xx.2011-ci ilədək qüvvədə olmuş Təlimata görə valideynlərindən atası (ailə başçısı) “məcburi köçkün” statusuna malik olan uşaqlara yemək xərci ilə bağlı müavinətin verilməsi nəzərdə tutulurdusa, xx.xx.2011-ci il tarixdən qüvvəyə minmiş Təlimata əsasən müavinət hər iki valideyni “məcburi köçkün” statusuna malik olan uşaqlara verilə bilir, başqa sözlə müavinətin valideynlərindən yalnız biri “məcburi köçkün” statusuna malik olan uşaqlara verilməsi nəzərdə tutulmamışdır. İşin hallarından məlumdur ki, İddiaçı məcburi köçkün statusundadır, həyat yoldaşı X7 məcburi köçkün statusuna malik deyildir, iddiaçının övladı K.Məstalıyev xx.xx.2010-cu il təvəllüdlüdür. K.Məstalıyevin doğulduğu vaxt qüvvədə olmuş yuxarıda qeyd edildiyi kimi “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”ın 4.3-cü bəndinə əsasən valideynlərindən atası (ailə başçısı) “məcburi köçkün” statusuna malik olan uşaqlara yemək xərci üçün aylıq müavinət təyin edilirdi. Birinci instansiya məhkəməsi bununla əlaqədar qeyd etmişdir ki, hüququn yaranması anı ilə onun realizə edilməsi anının üst-üstə düşməməsi hüququn mövcudluğunu aradan qaldırmır. Bu mənada aydındır ki, K.Məstalıyevin doğulduğu vaxt atası məcburi köçkün statusunda olmuş və onun həmin dövrdə qüvvədə olmuş Təlimata əsasən atası (ailə başçısı) “məcburi köçkün” statusuna malik olan uşaq olmaqla doğulduğu gündən bu statusdan irəli gələn yemək xərci üçün müavinət almaq hüququ yaranmışdır. Sonradan xx.xx.2011-ci ildən qanunvericilikdə baş vermiş dəyişikliklə valideynlərinin yalnız hər ikisi məcburi köçkün statusunda olan uşaqlara müavinətin verilməsinin nəzərdə tutulması iddiaçının ziyanına şərh və tətbiq edilə bilməz. Əvvəla, ona görə ki, hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olmuş qaydalara əsasən K.Məstalıyevin artıq müavinət almaq hüququ yaranmışdır, iddiaçı həmin dövrdə müavinətin verilməsi ilə bağlı müvafiq sənədləri təqdim edəcəyi təqdirdə inzibati orqan həmin dövrün qanunvericiliyinə uyğun olaraq müavinətin təyin edilməsini həyata keçirməli idi. Sənədlərin qanunvericilikdə baş vermiş dəyişiklikdən sonra təqdim etməsi onu əvvəlki qanunvericiliklə yaranmış hüququndan məhrum edə bilməz. Bu, həm onunla əlaqədardır ki, sonrakı Təlimatın özündə belə əvvəlki Təlimatla müavinət təyin edilmiş uşaqlara yeni qaydalarla müavinətin təyin edilməsi və ya əvvəlki təlimatla valideynlərindən yalnız atası məcburi köçkün olmuş uşaqlara təyin edilmiş müavinətin dayandırılması ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. Dolayısı ilə əvvəlki təlimatla hüquq qazanmış şəxslər qanunvericilikdə baş vermiş sonrakı dəyişikliklərdən sonra da müavinət almaqda davam etmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. V hissəsinə görə hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Qeyd olunan bərabərlik prinsipindən çıxış edərək məhkəmə hesab etmişdir ki, xx.xx.2011-ci il tarixədək qüvvədə olmuş təlimatla atası məcburi köçkün statusunda olduğuna görə müavinət təyin edilmiş uşaqlarla hazırkı iş üzrə iddiaçının övladı K.Məstalıyevin hüquqi vəziyyəti eynidir və inzibati orqan qeyd edilən bərabərlik prinsipini hazırkı iddiaçıya münasibətdə də təmin etməli idi. Digər tərəfdən Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “İnzibati icraat haqqında” Qanunun 10.1-ci maddəsinə görə Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Həmin Qanunun 10.2-ci maddəsinə görə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Konstitusiyada təsbit edilmiş fiziki və hüquqi şəxsin yalnız hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların geriyə qüvvəsinin olması, dolayısı ilə hüquqi vəziyyəti ağırlaşdıran normaların geriyə qüvvəsinin olmaması müddəası inzibati orqanın inzibati icraatı həyata keçirərkən rəhbər tutmalı olduğu əsas prinsiplərdəndir. Bu mənada qanunvericilikdə baş vermiş dəyişiklik K.Məstalıyevin hüquqi vəziyyətini ağırlaşdırdığından, inzibati orqan normativ aktın geriyə şamil edilməməsi kimi konstitusion prinsipi rəhbər tutaraq K.Məstalıyevin əvvəlki qanunvericiliyə uyğun olaraq yaranmış və mövcud olan müavinət almaq hüququnu yeni normalara istinadən məhdudlaşdırmamalı və ya aradan qaldırmamalı idi. Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2001-ci il 613 nömrəli “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Fərmanına əsasən “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq vətəndaşlara kommunal, nəqliyyat və digər xidmətlər üzrə verilən güzəştlərin müvafiq müavinətlərlə əvəz olunması ilə əlaqədar aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək məqsədi ilə məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi qaydasının müəyyən edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2002-ci il tarixli 15 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi” Qaydasına görə bu Qayda Azərbaycan Respublikası Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 2001-ci il 26 dekabr tarixli, 613 nömrəli Fərmanının 5-ci bəndinin üçüncü abzasına uyğun olaraq hazırlanmışdır və məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi mexanizmini müəyyənləşdirir. Həmin Qaydanın 3-cü bəndinə görə məskunlaşmamış qaçqın və məcburi köçkünlərin (bundan sonra istehlakçılar) müvəqqəti məskunlaşdıqları şəhər və rayonların xidmət təşkilatları (elektrik, qaz, su təchizatı və sair xidmət idarələri), yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin səlahiyyətli nümayəndələri, Komitənin həmin rayon (şəhər) üzrə nümayəndələri ilə birlikdə faktiki istehlakçıların (o cümlədən pasport qeydiyyatına düşmüş və öz hesabına mənzil almış məcburi köçkünlərin) siyahısını onların istifadə etdikləri xidmətlərin növləri göstərilməklə, hər bir işğal olunmuş rayon (şəhər) üzrə ayrı-ayrılıqda bu Qaydaya əlavə olunmuş forma əsasında tərtib edirlər. Həmin siyahılar istehlakçıların məskunlaşdıqları rayon (şəhər) icra hakimiyyətlərinin başçıları tərəfindən rübdə bir dəfə dəqiqləşdirilməklə, ildə bir dəfə təsdiq edilərək Komitəyə təqdim olunur. Hər ay həmin siyahılardakı saya və göstərilən xidmətlərə uyğun olaraq kommunal və digər xidmət xərcləri üzrə tələb olunan məbləğlər hər bir xidmət növü üzrə müəyyənləşdirilir, müvafiq maliyyə-mühasibat sənədləri hazırlanır və ödənişin aparılması üçün hər növbəti ayın 5-dən gec olmayaraq Komitəyə təqdim edilir. Qaydanın 4-cü bəndinə görə Komitə öz növbəsində müvafiq ay üzrə kommunal və digər xidmət xərclərinin xidmət təşkilatlarına ödənilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq ödəniş sənədlərini hazırlayıb təqdim edir. Azərbaycan Respublikası Prezidentinin 1 mart 2005-ci il tarixli 204 nömrəli Fərmanının 1-ci bəndinə görə “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanının 1-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, məcburi köçkünlərə və məskunlaşmamış qaçqınlara - 25,0 min manat məbləğində aylıq müavinət müəyyən edilsin”. Fərmanın 2-ci bəndinə görə məskunlaşmamış qaçqınların və məcburi köçkünlərin istifadə etdikləri kommunal xidmətlər üzrə xərclər (bu Fərmanla müəyyənləşdirilən müavinət xərcləri) qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin müvafiq il üzrə təsdiq olunmuş büdcə vəsaiti daxilində mərkəzləşmiş qaydada müvafiq təşkilatlara ödənişlər əsasında aparılması müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2017-ci il tarixli 1294 nömrəli “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Fərmanına əsasən “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanının 1-ci hissəsinin yeddinci abzasından “məcburi köçkünlərə və məskunlaşmamış qaçqınlara” sözləri çıxarılmışdır. Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli 1206 nömrəli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanının 1-ci bəndinə görə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra – aylıq müavinət) ödənilməsi qaydalarını müəyyən edir. Qaydanın 1.2-ci bəndinə görə aylıq müavinət hər iki valideyni “məcburi köçkün” statusuna malik olan uşaqlara verilir. Qaydanın 2.6-cı bəndinə görə aylıq müavinət valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara şamil edilmir. Beləliklə, sadalanan normalardan müəyyən edilir ki, məcburi köçkünlərə yemək xərci müavinəti ilə yanaşı kommunal, nəqliyyat və digər xidmətlər üzrə aylıq müavinətlər verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən yemək xərci müavinəti və kommunal, nəqliyyat, digər xidmətlər üzrə aylıq müavinətlər ayrı-ayrılıqda normativ aktlarla tənzimlənmişdir. Yemək xərci müavinətinin verilməsini tənzimləyən yuxarıda adıçəkilən Təlimatda yemək xərci üçün aylıq müavinətin konkret olaraq müəyyən kateqoriya məcburi köçkün statusu almış şəxslərə verilməsi nəzərdə tutulduğu halda, kommunal, nəqliyyat, digər xidmətlər üzrə aylıq müavinətlərin verilməsi ilə bağlı normativ aktlarda ümumən məcburi köçkünlərə təyin edilməsi nəzərdə tutulmuş, bununla bağlı Təlimatdan fərqli olaraq kommunal, nəqliyyat, digər xidmətlər üzrə aylıq müavinətlərin verilməsi ilə bağlı məcburi köçkünlər arasında təsnifat aparılmamışdır. Qanunvericilikdə baş vermiş dəyişikliklə xx.xx.2017-ci il tarixdən artıq yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər birləşdirilərək onların əvəzinə vahid aylıq müavinətin ödənilməsi nəzərdə tutulmuşdur. Təcrübədə əvvəllər yemək xərci üçün müavinət təyin edilmiş məcburi köçkünlərin eyni zamanda həmin dövrdə kommunal, nəqliyyat və digər xidmətlər üzrə aylıq müavinətlərdən yararlandığı, həmin kateqoriya şəxslərin 2017-ci ildən qeyd edilən ödənişlər əvəzinə vahid aylıq müavinətlərlə təmin edildikləri nəzərə alındıqda hesab edilir ki, hazırkı vahid aylıq müavinət hər iki növ müavinətin davamı qismində çıxış etmişdir. Bu mənada, iddiaçının övladı K.Məstalıyevin keçmiş qanunvericiliklə müavinət almaq hüququ yarandığından hazırkı yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə verilən vahid aylıq müavinətə də hüququ mövcuddur və ona yeni qayda ilə müəyyən edilmiş vahid aylıq müavinət təyin edilməlidir Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 1.2 və 2.6-cı bəndlərində göstərilən vahid aylıq müavinətin hər iki valideyni “məcburi köçkün” statusuna malik olan uşaqlara təyin edilməsi ilə bağlı tələb yalnız yeni qaydanın qəbul edildiyi xx.xx.2017-ci il tarixdən sonra doğulmuş uşaqlara münasibətdə keçərlidir, qeyd edilən müddəa əvvəlki qanunvericiliklə hüququ yaranmış şəxslərə, o cümlədən iddiaçının övladı K.Məstalıyevə münasibətdə tətbiq edilə bilməz. Vahid aylıq müavinətin nə vaxtdan ödənilməsi məsələsinə gəlincə məhkəmə qeyd etmişdir ki, göstərildiyi kimi hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2002-ci il tarixdə 2744 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”ın 1.2-ci bəndinə görə işğal olunmuş rayonların icra hakimiyyəti orqanları yemək xərci üçün müavinət alan məcburi köçkünlərin ayda bir dəfə dəqiq, dürüstləşdirilmiş siyahılarını (əlavə olunmuş 1 №-li forma əsasında) hazırlayıb təsdiq edir və Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə (bundan sonra Dövlətqaçqınkom) təqdim edir. Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları şəhər və rayon icra hakimiyyətləri tərəfindən hər ayın əvvəlində həmin ərazidə faktiki məskunlaşmış məcburi köçkünlərin adlı siyahıları (əlavə olunmuş 1 №-li formaya uyğun) tərtib olunur, müvafiq şöbədə saxlanılmaq və müavinət alanların dürüstləşdirilmiş siyahılarını hazırlamaq məqsədilə əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə təqdim edilir. Təlimatın 1.3-cü bəndinə əsasən məcburi köçkünlərin aylıq siyahılarının tərtibi təsərrüfatbaşına kitaba əsasən təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənədlər (pasport, doğum haqqında şəhadətnamə və s.) əsasında həyata keçirilir. Təsərrüfatbaşına kitabda məcburi köçkünlərin hərəkəti barədə məlumatların düzgünlüyü rayon icra hakimiyyətlərinin müəyyən etdikləri komissiya tərəfindən rayon statistika idarələrinin nümayəndəsinin iştirakı ilə rübdə bir dəfə yoxlanılaraq bu barədə müvafiq akt tərtib edilir və rayon icra hakimiyyətləri başçıları tərəfindən təsdiq olunaraq nəticəsi üzrə müvafiq tədbirlər görülür. Həmin aktlar rayon icra hakimiyyətləri aparatının müvafiq şöbəsində saxlanılır. Sadalanan normalardan görünür ki, müavinətin verilməsi üçün şəxsin ərazisi işğal olunmuş icra hakimiyyəti orqanına rəsmi müraciət etməsi, müraciətinə şəxsiyyəti təsdiq edən sənədlər (pasport, doğum haqqında şəhadətnamə və s.) əlavə etməsi tələb olunurdu. Qeyd edilən müraciətə ərazisi işğal olunmuş icra hakimiyyəti orqanları tərəfindən təqdim olunmuş sənədlərlə birlikdə təsərrüfatbaşına kitaba əsasən baxılaraq məcburi köçkünlərin aylıq siyahıları tərtib olunur və daha sonra həmin siyahı Komitəyə göndərilirdi. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, inzibati orqanın inzibati aktı şəxsə təqdim etməsini sübut etmək vəzifəsinə qarşılıq, müraciət edən şəxsin də inzibati orqana rəsmi (yazılı) müraciət etməsini sübut etmək vəzifəsi vardır. İddiaçı xx.xx.2010-cu ildə övladı doğulduqdan sonra yuxarıda adıçəkilən Təlimat qüvvədə olduğu xx.xx.2011-ci il tarixədək yemək xərci üçün dövlət büdcəsindən aylıq müavinətin verilməsi ilə bağlı Cəbrayıl Rayon İcra Hakimiyyətinə rəsmi müraciət etməsini təsdiq edən sübut təqdim etməmişdir. İddiaçının istinad etdiyi X2 AZ İİ № 482315 nömrəli doğum haqqında şəhadətnaməsinə xx.xx.2010-cu il tarixdə vurulmuş möhür ştamp ərazisi işğal olunmuş rayon icra hakimiyyəti orqanına müavinətin verilməsi üçün müraciət etməsini təsdiq edən sənəd hesab olunmur. Qeyd edilən möhür Yasamal Rayon İcra Hakimiyyətində məcburi köçkün ailəsi kimi qeydiyyata alınmasını təsdiq edir. Cəbrayıl Rayon İcra Hakimiyyətinin məhkəmənin sorğusuna verdiyi cavab məktublarında iddiaçının övladına vahid aylıq müavinət ödənilməsi ilə bağlı sənədləri 2020-ci ilin yanvar ayında təqdim edildiyini, həmin sənədlərin 2020-ci ilin fevral ayının hesabatına əlavə olunaraq Komitəyə göndərildiyini, lakin sənədlərin 2011-ci ilin yanvar ayından qüvvəyə minmiş Təlimatdan sonra təqdim edildiyi əsas gətirilərək vahid aylıq müavinətin bərpa edilmədiyini göstərmişdir. İddiaya etirazda Komitə özü də Cəbrayıl Rayon İcra Hakimiyyətinin iddiaçının övladına müavinətin verilməsi üçün onun adının 2020-ci ilin fevral ayında siyahıya daxil edərək Komitəyə təqdim etdiyini bildirmişdir. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin apellyasiya şikayətinin dəlilləri imtinanın və iddia ərizəsinə etirazın dəlilləri ilə üst-üstə düşür. Bununla əlaqədar olaraq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının övladı üçün vahid aylıq müavinət hüququ xx.xx.2011-ci il tarixədək yaranmış, lakin bu hüququn realizəsi üçün iddiaçı 2020ci ilin yanvar ayında müraciət etdiyindən və sənədlər 2020-ci fevral ayının hesabatına əlavə edilərək Komitəyə göndərildiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq, iddia tələbini qismən təmin edərək iddiaçının övladı üçün vahid aylıq müavinət 2020-ci ilin fevral ayından təyin edilərək ödənilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2-1(112)-5670/2021 saylı qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar