Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-411/2024 17.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “inzibati orqanın hərəkətlərinin qanunsuz sayılması, əmək pensiyasının yenidən hesablanması və əvvəlki dövr üztə ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “inzibati orqanın hərəkətlərinin qanunsuz sayılması, əmək pensiyasının yenidən hesablanması və əvvəlki dövr üztə ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-778/2023 saylı 08 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, «onun əmək pensiyasının 7 oktyabr 2016-cı il tarixdən yenidən hesablanması ilə bağlı hərəkətlərin qanunsuz sayılması, iddiaçının əmək pensiyasının 9 oktyabr 2020-ci il tarixdən yenidən hesablanması və əvvəlki dövr üztə ödənilməmiş pensiya məbləğinin ayların sayıla bölünərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-778/2023 saylı 08 may 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, DSMF Binəqədi rayon şöbəsinin İddiaçı əmək pensiyasının 7 oktyabr 2016-cı il tarixdən yenidən hesablanması ilə bağlı hərəkətlərinin qanunsuz sayılması və iddiaçının əmək pensiyasının 9 oktyabr 2020-ci il tarixdən yenidən hesablanması və əvvəlki dövr üztə ödənilməmiş pensiya məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazla eynilik təşkil edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 ərizə təqdim edərək, iddiaçının iddia tələbinin təmin edildiyini və bununla bağlı iş üzrə icrata xitam verilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və cavabdehin nümayəndəsi tərəfindən verilmiş ərizəyə etiraz etmədiyini bildirmişdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, İddiaçı 8 oktyabr 2014-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra iddiaçının əsas iş yerindən işdən azad olunması ilə əlaqədar onun əmək pensiyası DSMF Bakı şəhəri Binəqədi rayon şöbəsi tərəfindən «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinin tələbləri rəhbər tutularaq, yenidən hesablanmışdır. İddiaçı digər müəssisədə əmək fəaliyyətini (Uşaq baxçasında qazanxana operatoru) davam etdirmiş və sonradan hazırkı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, həmin Qanunun sözügedən maddəsinə istinadən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, istinad olunan həmin normaya uyğun əmək pensiyasının yenidən hesablanması 7 oktyabr 2016-cı il tarixdə aparılmışdır, növbəti dəfə yenidən hesablanmanın aparılması 6 il keçdikdən sonra, yaxud şəxs işləməyən əmək pensiyaçısı kateqoriyasına aid edildikdə mümkündür. İddiaçı ona əmək pensiyası təyin edildikdən sonra hazırda da işlədiyini əsas gətirərək, DSMF orqanının onun əmək pensiyasının 7 oktyabr 2016-cı il tarixdə yenidən hesablanması ilə bağlı hərəkətlərini və cavabdehin onun əmək pensiyasının 9 oktyabr 2020-ci il tarixdən yenidən hesablanmasından imtinasını mübahisələndirir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının əmək pensiyasının 7 oktyabr 2016-cı il tarixdə yenidən hesablanması ilə bağlı DSMF orqanının hərəkətlərini qanunsuz saymış və əmək pensiyasının «Əmək pensyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinə əsasən ilkin pensiya təyinatından 6 il sonrakı 9 oktyabr 2020-ci il tarixdən yenidən hesablanmalıdır. Məhkəmənin qənaəti ondan irəli gəlmişdir ki, 9 oktyabr 2014-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş İddiaçı 7 oktyabr 2016-cı il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməmişdir, yəni o, həmin tarixdən sonra hazıradək əlavə iş yeri üzrə əmək fəaliyyətini davam etdirir. Həmçinin nəzərə alınmalıdır ki, əmək müqavilələrinin bağlanması, dəyişdirilməsi, eləcə də onlara xitam verilməsinin müvafiq mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyatı aparıldığından, aidiyyəti qurumdan məlumatların alınması inzibati orqan kimi DSMF-nin yerli təşkilatları üçün mümkünsüz olmamışdır. Odur ki, DSMF orqanının 7 oktyabr 2016-cı il tarixdə pensiyanın yenidən hesablaması qanuna zidd olmuşdur. İddiaçıya əmək pensiyasının «Əmək pensyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması 9 oktyabr 2020-ci il tarixdə həyata keçirilməlidir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən yenidən hesablanma zamanı onun vaxtından asılı olaraq pensiya ödənişində fərq məbləği, yəni 2016-cı ildən artıq ödənilmiş pensiya məbləği ilə ilkin təyinatdan 6 il sonra 2020-ci il tarixdən ödənilməli pensiya məbləğinin artımı arasında fərq məbləği də hesablanaraq nəzərə alınması və müvafiq məbləğin əvəzləşdirilməli olmasına istinad edərək iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi iddiaçı barəsində “əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-277/2024 saylı xx.xx.2024-cü il və 3-17-1/3-3-680/2024 saylı xx.xx.2024-cü il tarixli qərarları və müvafiq sənədləri təqdim edərək bildirmişdir ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə əmək pensiyasının yenidən hesablanması ilə bağlı qəbul edilmiş qərar qanunsuz hesab edilərək ləğv edilmiş, bu barədə təqdim etdiyi Pensiya təyinatı alt Sistemində müvafiq qeyd də aparılmış, xx.xx.2020-ci il tarixdən (iddiaçının müraciətindən) iddiaçının pensiyasının yenidən hesablanaraq geriyə 3 il müddət üzrə verilməli olması barədə qərarlar qəbul olunmuşdur. Bununla bağlı cavabdehin nümayəndəsi ərizə təqdim edərək, iddiaçının tələblərinin cavabdeh orqan tərəfindən təmin olunduğunu və tərəflər arasında artıq mübahisənin qalmadığını bildirmiş, buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı izahatında həqiqətən də cavabdeh tərəfindən ona 2016-cı ildə pensiyasının yenidən hesablanması ilə bağlı qəbul edilmiş qərarın ləğv olunması alt sistemdən çıxarışda da öz əksini tapdığından bununla razılaşır. Həmçinin iddiasında onun pensiyasının xx.xx.2020-ci ildən yenidən hesablanmasını tələb etdiyi üçün cavabdeh qurum onun pensiyasının yenidən hesablanmasını daha əvvəlki tarixdən, yəni xx.xx.2020-ci il tarixdən həyata keçirmişdir ki, o, bununla da razılaşır. Odur ki, iddiaçı tələbləri cavabdeh qurum tərəfindən təmin olunduğu üçün iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci madddəsinə əsasən Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “inzibati orqanın hərəkətlərin qanunsuz sayılması, əmək pensiyasının yenidən hesablanması və əvvəlki dövr üztə ödənilməmiş pensiya məbləğinin ödənilməsi” ilə bağlı tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən və bununla da tərəflər arasında mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-411/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-411/2024
17.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver