Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4116/2024 28.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Ceyhun Bəşir oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Hüseynova Arzu İsrafil qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4505/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan güzəştli yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir (İPM m.33.1). İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1980 - xx.xx.1981-ci illərdə Qubadlı rayonu 126 nömrəli kənd texniki peşə məktəbində əyani təhsil alaraq üçüncü dərəcəli traktorist-maşinist peşəsinə yiyələnmişdir. xx.xx.1981 - xx.xx.1981-ci ilədək X2 Stansiyasında üçüncü dərəcəli maşinist, ekskavator köməkçisi işləmişdir. xx.xx.1981xx.xx.1983-cü illərdə sovet ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1984-cü ildə Azneftkimyazavodtəmir İxtisaslaşmış Mexanizasiya İdarəsinə dördüncü dərəcəli ekskavator maşinisti işinə qəbul olunmuş, xx.xx.1985-ci ildə beşinci dərəcə ekskavator maşinisti dərəcəsi verilmişdir. xx.xx.1985-ci ildə öz xahişi ilə işdən azad olunaraq, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun hazırlıq fakültəsinə göndərilmişdir. xx.xx.1985-xx.xx.1985-ci ilədək olan dövr ərzində Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun hazırlıq fakültəsinin əyani şöbəsində (göndərişlə) oxumuşdur. xx.xx.1985xx.xx.1990-cı illər ərzində Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “İnşaat” fakültəsinin əyani şöbəsinin “Sənaye və mülki tikinti” ixtisası üzrə tam kursunu bitirərək, Dövlət İmtahan Komissiyasının qərarına əsasən "xxxx" ixtisasına yiyələnmişdir. xx.xx.1990-cı ildə Dövlət Neft Şirkətinin “Xəzərdənizneftsosialtikinti” Trestinin 2 saylı Tikinti Quraşdırma idarəsinin istehsalat texnik şöbəsinə gənc mütəxəssis kimi mühəndis vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1990-cı il tarixindən müvəqqəti olaraq tikinti ustası işinə keçirilmişdir. xx.xx.1997-ci ildən həmin trestin iş icraçısı vəzifəsinə keçirilmişdir. xx.xx.2003-cü ildən trestin sahə rəisi vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 844 saylı Fərmanına müvafiq olaraq xx.xx.2003-cü ildə işlədiyi Dövlət Neft Şirkətinin “Xəzərdənizneftsosialtikinti” Tresti özəlləşdirilərək, bazasında "xxxx" ASC yaradılmışdır. xx.xx.2003-cü ildə "xxxx" ASC-nin 2 saylı Tikinti Quraşdırma idarəsinə 13-cü dərəcəli sahə rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2005-ci ildə isə "xxxx" ASC-nin Tikinti Quraşdırma Sahəsinə böyük iş icraçısı vəzifəsinə təyin edilmişdir. 17 avqust 2005-ci ildə həmin cəmiyyətin Tikinti Quraşdırma Sahəsinə sahə rəisi təyin edilmişdir. xx.xx.2007-ci ildə öz xahişilə işdən azad edilmişdir. xx.xx.2007-ci ildə Dövlət Neft Şirkətinin “Neftqaztikinti” Trestinin 6 saylı Tikinti Quraşdırma idarəsində 12-ci dərəcəli iş icraçısı vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2010-da trestin 2 saylı sahəsinə keçirilmişdir. xx.xx.2011-ci ildə başqa işə keçməyilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.2011-ci ildə "xxxx" ASC-nin “Sutikinti” müəssisəsinə 1 nömrəli sahə rəisi vəzifəsinə müvəqqəti olaraq, xx.xx.2011-dən isə daimi təyin olunmuşdur. xx.xx.2014- cü ildə "xxxx" ASC-nin “Sutikinti” müəssisəsinin tikinti quraşdırma sahəsinə 14-cü dərəcə ilə sahə rəisi təyin olunmuş və əmək fəaliyyətini hazırda davam etdirir. Hazırki tarixə həmin müəssisədə qazandığı iş stajı 12 il 08 ay təşkil edir. Göründüyü kimi 07 dekabr 2023-cü il tarixinə topladığı ümumi sosial sığorta stajı 42 il 11 ay 11 gün təşkil edir. Bundan başqa xx.xx.2006-cı il tarixinə topladığı ümumi sosial sığorta stajı 25 il 7 gün, güzəştli şərtlə sosial sığorta stajı 12 il 06 aydan artıq təşkil edir. Belə ki, "xxxx" ASC-nin təqdim etdiyi 25 sentyabr 2023-cü il tarixli arayışa əsasən xx.xx.1990-cı ildən xx.xx.2007-ci il tarixinədək işlədiyi peşə üzrə ümumi iş stajı 17 il 02 ay 15 gün, güzəştli şərtlə sosial sığorta stajı 13 il 03 gün təşkil edir. Güzəştli şərtlərlə pensiya təyinatı ilə əlaqədar cavabdeh inzibati orqan Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də, xx.xx.2023-cü il tarixli 3- 17- l/ə-F-262640/2023 saylı məktubla imtina cavabı verilmişdir. İmtina cavabının verilməsinin yeganə əsası kimi Mərkəzi Filialın aidiyyəti mütəxəsisləri tərəfindən iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı müəssisənin 1995-ci ildən sonra fəaliyyətdə olmadığı, bu səbəbdən də, güzəştli iş stajının 12 il 6 aydan az (4-il 4-ay (xx.xx.1990-xx.xx.1995 tarixləri arasındakı dövr)) təşkil etdiyi göstərilmişdir. Odur ki, inzibati orqanın bu əsasla imtinası tamamilə qanunsuz və əsassızdır. Cavabdeh orqan iddiaya dair etiraz və etiraza əlavə təqdim edərək, bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçı T.X3 təqdim etdiyi "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli arayışında xx.xx.1990-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində “Xəzərdənizneftsosialtikinti” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində mühəndis, xx.xx.1990- xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində usta, xx.xx.1997- xx.xx.2003cü il tarixləri arasındakı dövr ərzində iş icracısı, xx.xx.2003-03.01,2005-ci il tarixləri arasındakı dövr ərzində 2 saylı TQS-nə sahə rəisi, xx.xx.2005-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində böyük iş icracısı peşələrində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən onun iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı müəssisənin 1995-ci ildən sonra fəaliyyətdə olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (4 il 4 ay (xx.xx.1990xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda iddiaçının ümumi iş stajı 23 il 2 ay 2 gün (xx.xx.2006-cı il tarixinədək 7 il 6 ay 2 gün (xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1990-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 15 il 8 ay) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda, iddiaçı T.X3 təqdim etdiyi sənədlərdə qeyd olunan mübahisələndirilən və mübahisələndirilməyən dövrlərə dair məlumatları bütövlükdə hesabladıqda belə onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (ümumi iş stajı 24 il 11 ay 21 gün (xx.xx.1980xx.xx.1981-ci illər (11 ay 25 gün), xx.xx.1981 - xx.xx.1981-ci illər (02 ay 09 gün), xx.xx.1981-xx.xx.1983-cü illər (hərbi xidmət dövrü 2 il 01 ay 06 gün), xx.xx.1984xx.xx.1985-ci illər (10 ay 09 gün), xx.xx.1985-xx.xx.1985-ci illər ( 05 ay 28 gün), xx.xx.1985-xx.xx.1990-cı illər ( 4 il 11 ay 26 gün), xx.xx.1990- xx.xx.2006-cı illər (15 il 4 ay 08 gün) tarixləri arasındakı dövlər təşkil edir. Odur ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4505/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı 57 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və təyin olunmuş pensiyanın xx.xx.2020-ci il tarixdən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, cavabdeh orqan tərəfindən "xxxx" ASC-nin hüquqi ünvanına iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.2007-ci il tarix ərzində aylar üzrə əmək haqqı cədvəllərində əməkhaqqı hesablanması, işlədiyi vəzifələrin güzəştli olub-olmaması, olunduğu təqdirdə hansı sahə və hansı koda uyğun olmağı barədə məlumatların təqdim edilməsi məqsədilə, xx.xx.2024-cü il tarixli 3-17-1/22882/2024 nömrəli sorğu göndərilmişdir. Həmin sorğu poçt xidməti tərəfindən “idarə fəaliyyət göstərmir” başlıqlı xüsusi qeydlə geri qaytarılmışdır. Bu da həmin müəssisənin həmin ünvanda fəaliyyət göstərməsini şübhə altına salır. Göründüyü kimi, "xxxx" ASC müvafiq aktla 1995-ci ildən sonra fəaliyyətdə olmadığı təsdiqləndiyindən cavabdehin sorğularına cavab verməkdən yayınmışdır. Eyni zamanda, xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilədək müvafiq altsistemdən əldə edilən məlumatlara əsasən iddiaçıya münasibətdə dövlət sosial sığorta haqları ödənilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını, İddiaçı isə mübahisəndirlən məhkəmə qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir (Bundan əvvəl də, 1956-cı il 01 oktyabr tarixdən qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə, habelə , SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «i» bəndinə əsasən də “texniki peşə məktəblərində təhsil müddəti” ümumi staja daxil edilirdi.) Eyni zamanda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Qanunvericiliyin qeyd olunan normaları baxımından xx.xx.1963-cü il təvəllüdlü iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvar ayının 1-nə qədər azı 25 il ümumi və və bu stajın 12 il 6 ayı güzəştli pensiya hüququ verən stajı tələb olunur. İş materiallarına, habelə, hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş sənədlərə əsasən onun müvafiq sığorta stajına malik olması öz təsdiqini tapır. Belə ki, işdə olan Azərbaycan SSR X7 Təhsili Komitəsi tərəfindən xx.xx.1981-ci il tarixdə verilmiş № 1306 saylı Attestat ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1980-cı il tarixdə Azərbaycan SSR Qubadlı rayonu 126 nömrəli kənd texniki peşə məktəbinə daxil olmuş və xx.xx.1981-ci il tarixdə təhsil müddəti 1 il olan həmin məktəbi traktorçu maşinist peşəsi üzrə bitirmişdir. İşdə olan Azərbaycan Memarlıq və İnşaat Universitetinin xx.xx.2023-cü il tarixli, № 145 saylı arxiv arayışına əsasən İddiaçı xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilədək Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Hazırlıq fakültəsinin əyani şöbəsində (göndərişlə) oxumuşdur. xx.xx.1985-ci il, 252 u/p saylı əmrlə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “İnşaat” fakültəsinin əyanı şöbəsinin “Sənaye və mülki tikinti” ixtisasına qəbul olmuşdur. xx.xx.1990-cı il, 290 u/p saylı əmrlə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “İnşaat” fakültəsinin əyani şöbəsinin “Sənaye və mülki tikinti” ixtisası üzrə tam kursu bitirmiş və Dövlət İmtahan Komissiyasının qərarına əsasən ona "xxxx" ixtisası verilmişdir. İşdə olan НЭ seriyalı ******* №-li hərbi biletin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1981-xx.xx.1983-cü il tarixləri arasındaki dövr ərzində hərbi xidmətdə olmuşdur. Eyni zamanda işdə olan xx.xx.1963-cü il tarixdə doldurulmuş ИТ-İ seriyalı ******* №-li əmək kitabçasının surətlərinə əsasən iddiaçının iş stajı aşağıdakı kimi müəyyən olunur: “X5 stansiyası” (iş stajı: 02 ay, 09 gün) xx.xx.1981-ci il tarixdə ЗЛ-3322 ekskavatoruna 3-cü dərəcəli maşisint köməkçisi təyin edilmişdir; xx.xx.1981-ci il tarixdə Sovet Ordusu sıralarına xidmətə çağrırılması səbəbi ilə ЗЛ3322 ekskavatoruna 3-cü dərəcəli maşisint köməkçisi peşəsindən azad edilmişdir. “Azneftkimtəmirzavodu” X1 İdarəsi (iş stajı: 10 ay, 09 gün) xx.xx.1984-cü il tarixdə 4-cü dərəcəli ekskavator sürücü qəbul edilmişdir; xx.xx.1985ci il tarixdə 5-ci dərəcəli ekskavator sürücü verilmiş; xx.xx.1985-ci il tarixdə işdən azad edilmişdir; “Xəzərdənizneftsosialtikinti” Tresti (xx.xx.2006-cı il tarixə kimi iş stajı: 15 il, 04 ay, 08 gün) xx.xx.1990-cı il tarixdə 3 №-li tikinti quraşdırma idarəsində gənc mütəxəssis kimi İİ dərəcəli TİŞ mühəndisi vəzifəsinə qəbul edilmişdir; xx.xx.1990-cı il tarixdə müvəqqəti olaraq “Xəzərdənizneftsosialtikinti” Trestinin müvəqqəti sərəncamına göndərilmiş əsas işçinin yoxluğu dövründ usta vəzifəsinə keçirilmişdir; xx.xx.1997-ci il tarixdə iş icraçısı vəzifəsinə keçirilmişdir; xx.xx.2003-cü il tarixdə sahə rəisi vəzifəsinə keçirilmişdir; xx.xx.2003-cü il tarixdə “Xəzərneftsosialtikinti” və onun struktur bölmələrinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır; xx.xx.2003-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti 2 saylı Tikinti Quraşdırma sahəsinə 13-cü dərəcəli sahə rəisi vəzifəsinə təyin edilmişdir; xx.xx.2005-ci il tarixdə bağlanmış əmək müqaviləsinin şərtləri əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Tikinti Quraşdırma sahəsinə böyük iş icraçısı vəzifəsinə təyin edilmişdir; xx.xx.2005-ci il tarixdə bağlanmış əmək müqaviləsində nəzərdə tutulan şərtlərə uyğun olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Tikinti Quraşdırma sahəsinə sahə rəisi vəzifəsinə təyin edilmişdir; xx.xx.2007-ci il tarixdə işdən azad edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, İddiaçı: xx.xx.1990-cı ildə “Xəzərdənizneftsosialtikinti” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində 2-ci dərəcəli mühəndis vəzifəsi üzrə qəbul edilmişdir; xx.xx.1990-cı ildə usta vəzifəsinə keçirilmişdir; xx.xx.1997-ci ildə iş icraçısı vəzifəsinə keçirilmişdir; xx.xx.2003-cü ildə sahə rəisi vəzifəsinə keçirilmişdir; xx.xx.2003-cü ildə 2 saylı TQSnə sahə rəisi vəzifəsinə keçirilmişdir; xx.xx.2005-ci ildə böyük iş icraçısı vəzifəsinə keçirilmişdir; xx.xx.2007-ci ildə ildə azad edilmişdir. Eyni zamanda, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-1970/2024 saylı qətnaməsi əsasında İddiaçı 01 iyun 1980-ci ildən 31 avqust 1980ci il tarixinədək Qubadlı rayonu “İnqilab” üzümçülük sovxozunda gözətçi işləməsi faktı müəyyən edilməsi qət edildiyindən və həmin məlumat Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli sorğusuna Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş cavab məktubu ilə də öz təsdiqini tapdığından, həmin dövrlər də iddiaçının ümumi iş stajına əlavə edilməlidir. Beləliklə də iddiaçının qeyd olunan iş stajı toplandıqda xx.xx.2006-cı ilə qədər iddiaçının güzəştli iş stajı 15 il, 04 ay, 08 gün olmaqla, ümumi iş stajı 25 ildən çox yəni, 25 il, 02 ay, 18 gün təşkil edir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, cavabdeh iddiaçının işlədiyi “Xəzərdənizneftsosialtikinti” Trestinin 2 saylı Quraşdırma idarəsinin 1995-ci ildən sonra fəaliyyətini dayandırdığından hesab edir ki, həmin ildən sonrakı dövrlərin onun həm ümumi, həm də güzəştli stajı kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, qüvvədə olan “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 01/02 № li cavab məktubunda göstərilmişdir ki, İddiaçı 1995-ci ildən xx.xx.2007-ci ilə qədər arayışda göstərilən vəzifələrdə (xx.xx.1997-ci ildən xx.xx.2003-cü ilə iş icraçısı) vəzifələrində işləmiş və tutduğu vəzifəyə uyğun əmək haqqı almışdır. İşlədiyi müddət ərzində İddiaçı bir dəfə də olsun öz hesabına məzuniyyətdə olmamışdır. Ümumiyyətlə, iş icraçısı vəzifəsində çalışan işçilərə nəinki, öz hesabına məzuniyyət verilmirdi, hətta obyektlərin tikintisinin vaxtında başa çatdırılması ilə əlaqədar həmin şəxslər növbəti məzuniyyətə belə vaxtında buraxılmırdı və yaxud növbəti məzuniyyətdən vaxtından əvvəl geri çağırılırdı. İşlədiyi vəzifə (sahə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, 21 iyun 1993-cü il tarixli "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" qərarının kod 22900000, XXVİİ bəndinin (“Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri”) 2290000b-23419-usta, b yarımbəndindəki (kod 2290000b) Rəhbərlər və mütəxəssislər, 22900000-24441 iş icraçıları vəzifələri ilə eynidir. Eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli, № **********682400 saylı cavab məktubunda göstərilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN **********) qeydiyyat qovluğunda mövcud olan xx.xx.2003-cü il tarixli nizamnaməsinə əsasən "xxxx" ASC Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olmuş “Xəzərdənizneftsosialtikinti” trestinin çevrilməsi nəticəsində yaradılmış və onun hüquqi varisi hesab edilmişdir. Beləliklə də, xx.xx.1963-cü il təvəllüdlü iddiaçının 2006-cı ilə qədər 25 ildən də çox ümumi stajı, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən xüsusi stajının mövcudluğu sübuta yetirilir. Belə olan halda, onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və Vətəndaşların pensiya təminatı haqqında Qanunun 13-cü maddəsinn “b” bəndinə əsasən 57 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə pensiya hüququ yaranmış olur. «Əmək pensiyaları haqqında» Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina olunması onun hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Nəzərə alınmalıdır ki, iddiaçının ümumi stajının 24 il 11 ay 21 gün olması cavabdeh təşkilat tərəfindən məhkəməyə təqdim edilmiş 24 aprel 2024-cü il tarixli “etiraza əlavədə” etiraf edilmişdir. Tələb edilən 25 il ümumi stajın çatışmayan hissənə dair, yəni iddiaçının 01 iyun 1980-ci ildən 31 avqust 1980-ci ilə qədər işləməsi faktı Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü ilı tarixli qətnaməsi ilə öz təsdiqini tapmış və həmin qətnamə qanuni qüvvəsini almışdır. Nizami rayon Məhkəməsində qeyd olunan fakt təsdiqi ərizəsinə baxılması ilə bağlı cavabdeh təşkilat məlumatlı olmuş, hətta bununla bağlı etiraz ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin, tələb edilən 25 il ümumi iş stajına çatışmayan hissə ilə bağlı Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə son qoyulmasına baxmayaraq, yenə də həmin halın apellyasiya şikayətinə daxil edilərək mübahisələdirilməsi anlaşılan deyil. Digər tərəfdən o da nəzərə alınmalıldır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olmuş “Xəzərdənizneftsosialtikinti” trestinin çevrilməsi nəticəsində yaradılmış və onun hüquqi varisi hesab edilən "xxxx" Açıq Səhmdar Cəmiyyəti keçmiş əməkdaşı olan İddiaçı xüsusi stajının 13 il 3 ay olmasını və Nazirlər Kabinetinin 320 saylı, 21 iyun 1993cü il tarixli qərarı ilə təsdiq edilmiş həmin vəzifənin ixtisas kodunu qeyd etmişdir. Buna baxmayaraq, cavabdeh təşkilat apellyasiya şikayətində mütəxəssisləri tərəfindən iddiaçının iş stajının yerində dəqiqləşdirilməsi zamanı 1995-ci ildən sonra fəaliyyətinin olmadığını bildirmiş, lakin bununla bağlı əsaslı dəlilini məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının işlədiyi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məcburi dövlət dövlət sosial sığorta haqlarının vaxtı vaxtında ödənilməməsində iddiaçının hər hansı bir təqsiri yoxdur, həmin ödənişlərin müəssisə tərəfindən ödənilməməsi tərəflər arasında yaranmış əmək münasibətlərinə xitamına əsas ola bilməz. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması mahiyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də, qeyd olunanlar baxımından məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədyini və işin faktiki hallarını dərindən araşdırmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4505/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4505/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-4116/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4116/2024
28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver