Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4116/2025 28.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı, üçüncü şəxs qismində Ağdam Rayon İcra Hakimiyyəti cəlb edilməklə, yemək xərci üçün dövlət büdcəsindən aylıq müavinətin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 07 avqust 2025-ci il tarixli, 2- 1(112)-11528/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı Bakı İnzibati Məhəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-438/2023 saylı qərarı qanuni qüvvəsini almış və icra edilməsi üçün Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə göndərilmiş və icra edilmişdir. Hazırkı müraciəti məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin ödənilməsi ilə əlaqədardır. İddiaçı ona həmin aylıq ödənişlərin ödənilməsi və bununla əlaqədar qanunamüvafıq tədbirlərin görülməsi istiqamətində tapşırıqların verilməsini xahiş edir. Qanunla təsdiq edilmiş Təlimat və digər qaydalara uyğun olaraq bu müavinətin ona verilməsi tam qanunauyğundur. Yuxarıda göstərilənlərə və qanunun tələblərinə uyğun olaraq, bu müavinətin alınmasına dair köməklik göstərilməsi və müvafiq quruma sənədlərin təqdim edilməsinə dair göstəriş verilməsi üçün rəsmi şəkildə müraciət etsə də, müraciətinə imtina verilmişdir. Bakı İnzibati Məhkəməsinin 07 avqust 2025-ci il tarixli, 2-1(112)-11528/2025 saylı qərarı ilə (hakim T.R.Məlikov) iddia rədd edilmişdir. İddiaçı birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Qanuni nümayəndə1 Ağdam rayonundan məcburi köçkündür, anası Qanuni nümayəndə2 Bakı şəhərində doğulmuş və məcburi köçkün statusuna malik deyildir. Bacısı - xx.xx.2005-ci il təvəllüdlü X2 məcburi köçkün statusuna malikdir və doğulduğu vaxtdan indiyədək vahid aylıq müavinəti (yemək xərci) alır. İddiaçı 2022-ci il tarixdə məcburi köçkün statusu almaq məqsədi ilə cavabdeh orqana müraciət etmiş, anasının məcburi köçkün olmaması ilə bağlı ona imtina cavabı verilmişdir. İddiaçı həmin imtina cavabı ilə razılaşmayaraq inzibati məhkəmədə iddia qaldırmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Lakin həmin qərar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ləğv edilmiş və iddia tələbi təmin edilmişdir. Qərar qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və iddiaçı hazırda məcburi köçkün statusuna malikdir. Bununla bağlı iddiaçı Ağdam rayon İcra Hakimiyyətinə müraciət edərək məcburi köçkün statusuma uyğun olaraq vahid aylıq müavinətinin ödənilməsinin təmin edilməsi üçün adının müvafiq siyahılara salınmasını xahiş etmişdir. Ağdam rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli cavab məktubunda adının aylıq hesabata salınaraq Qaçqınlar və X1 üzrə Dövlət Komitəsinə göndərildiyini, lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.6-cı bəndinə (valideynlərdən biri məcburi köçkün statusu olmayan uşaqlara) əsasən təsdiq edilmədiyini bildirmişdir. Məhkəmə də həmin normaya istinad edərək iddia tələbini rədd etmişdir. Halbuki, iddiaçı 2010-cu il təvəllüdlüdür, həmin Qaydalar isə 2017-ci ilə aiddir. Burada iddiaçının məcburi köçkün statusunu gec əldə etməyi əhəmiyyət kəsb etməməlidir. Eyni hüquqi hallara sahib olan bacısı X2 doğulandan vahid aylıq müavinəti alır, iddiaçının ala bilməməyi hüquqi və məntiqi cəhətdən anlaşılan deyildir. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il taixli qərarında da qeyd etmişdir ki, iddiaçı doğulduğu vaxt qüvvədə olan (01 yanvar 2011-ci il tarixədək) Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin 05 fevral 2002-ci il tarixli, 37 saylı əmri ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat”da uşaqların hər iki valideyninin məcburi köçkün olması şərti nəzərdə tutulmamışdır. Kollegiya düzgün olaraq qeyd etmişdir ki, “iddiaçının bu hüququndan istifadə etməkdən məhrum edilməsi Konstitusiya ilə nəzərdə tutulmuş bərabərlik hüququnun pozulması kimi qiymətləndirilməlidir. Məcburi köçkün olan atası ilə eyni mənzildə yaşayan, onun həyat tərzi və təhsili məcburi köçkün olan atasının maliyyə vəziyyətindən asılıdır”. Nəzərə alınmalıdır ki, iddiaçı doğulduğu vaxt, yəni 2010-cu ildə həmin müavinəti almağı üçün hər hansı məhdudlaşdırıcı norma olmamış və hazırda həmin Qaydalara istinadən imtina cavabı verilməsi qanunsuz və əsassız hesab edlməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə1 izahatında məhkəməyə bildirdi ki, o, İcra hakimiyyətinə də, Komitəyə də gedib. Dəfələrlə şifahi müraciətləri olub. Lakin ona gec izah ediblər ki, ilk növbədə gərək uşağın statusu məsələsi həll olunsun. Buna görə də 2023-cü ildə uşağa dair məcburi köçkün statusu əldə edilmişdir. Hazırda isə müvafiq iddia tələbi ilə müraciət edib. Birinici instansiya məhkəməsi ilsə iddia tələbini təmin etməyərək, əsaslandırmışdır ki, qüvvədə olan qanunvericilik hər iki valideynin məcburi köçkün statusunda olmasını tələb edir. Halbuki, övladı 2010-cu il təvəllüdlüdür, onun hüququ həmin vaxt yaranmış, həmin zaman isə qüvvədə olan qaydalara görə isə bir valideynin məcburi köçkün statusunun olması kifayət edirdi. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası qanunvericliyin tələblərini nəzərə alaraq, işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası məhkəmə iclasında iştirak etmiş şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, AZ-İİ seriyalı 527691 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2010-cu ildə Bakı şəhərində doğulmuşdur. Atası Qanuni nümayəndə1, anası Qanuni nümayəndə2dır. - Şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçının atası Qanuni nümayəndə1 xx.xx.1979-cu ildə ünvan 1 ünvanıdır. - Elektron məhkəmə sisteminin qaçqın və ya məcburi köçkün statusuna dair məlumatlar barədə bölmədən görünür ki, Qanuni nümayəndə1 məcburi köçkün statusuna malikdir. - Şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçının anası Qanuni nümayəndə2 xx.xx.1982-ci ildə Bakı şəhərində doğulmuşdur. Yaşayış yeri ünvan 2 ünvanıdır - ASAN 1 tərəfindən verilən şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı yaşayış yeri Ağdam rayonu, Vidadi küçəsi, ev 29 ünvanıdır. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-438/2023 saylı qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3715/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin sözügedən qərarı ləğv edilərək, iddia tələbi təmin edilmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən göndərilmiş məktubdan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan xx.xx.2010- cu il təvəllüdlü İddiaçı məcburi köçkünlər üçün nəzərədə tutulmuş vahid aylıq müavinət ödənilmir. İddiaçı aylıq müavinətinin bərpası üçün lazım olan sənədləri 2025-ci ilin aprel ayında aylıq hesabata yazılmış müvafiq qaydada baxılması üçün Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasının 2.6-cı bəndinə (valideynlərindən biri məcburi köçkün statusu olmayan uşaqlara) əsasən təsdiq edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi” Qaydasında göstərilmişdir ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün verilən aylıq müavinətin ödənilməsinin ümumi qaydaları aşağıdakılardır: 3.1. əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə, elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. 3.2. əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları və Komitə aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısından ibarət informasiya sisteminin “Elektron hökumət” portalında yerləşdirilməsini və müntəzəm olaraq yeniləşdirilməsini təmin edirlər. 3.3. aylıq müavinət alan məcburi köçkünlərin illik adlı siyahıları təsərrüfatbaşına uçot sənədlərinə əsasən təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənədlər əsasında həyata keçirilir. 3.4. aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. 3.5. əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Normalardan göründüyü kimi, məcburi köçkün statusu olan şəxslərə aylıq müavinətin verilməsi vahid bir icraatı əhatə edir və aylıq müavinət alan məcburi köçkünlərin ümumi adlı siyahısı və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən hazırlanaraq təsdiq olunur. Bundan sonra həmin siyahılar həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə, eyni zamanda digər aidiyyəti qurumlara təqdim edilir. Təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar cavabdeh Komitə tərəfindən dürüstləşdirilir və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Hazırkı halda iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl Ağdam Rayon İcra Hakimiyyətinə müraciət etmiş və birinci instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının çatmaq istədiyi məqsəd baxımından ilkin olaraq Ağdam Rayon İcra Hakimiyyətinə müraciət etməsi yetərli hesab edilməlidir. Çünki belə halda müvafiq rayon icra hakimiyyəti müvafiq siyahıları Komitəyə göndərdiyindən və iddiaçıya Komitə tərəfindən yuxarıda istinad olunan Nazirlər Kabinetinin 2.6-cı maddəsinə əsasən aylıq müavinətin verilməsi təsdiqlənmədiyindən iddiaçının bununla bağlı yenidən Komitəyə müraciət etməklə, analoji imtina cavabını almağına zərurət qalmır. Başqa sözlə, iddiaçı bu imtinanı artıq yerli icra hakimiyyəti vasitəsilə adlı siyahının ona dair hissədə təsdiqlənməməsi ilə aldığından, onun bilavasitə hazırkı tələbi ilə bağlı cavabdehə müraciətinin olmaması iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə doğurmamalıdır. Məhkəmə bu mövqeyini prosessual qənaət prinsipinə uyğun hesab edir. "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun İİ fəsli "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Azərbycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1206 saylı Fərmanının 1-ci bəndinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 manat məbləğində vahid aylıq müavinət müəyyən edilmişdir. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi” Qaydasında göstərilmişdir ki, aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla); 1.2. hər iki valideyni “məcburi köçkün” statusuna malik olan uşaqlara; 1.3. “məcburi köçkün” statusuna malik olan valideynlərindən birini və ya hər ikisini itirmiş, həmin valideynlər arasında nikah pozulduğu halda onlardan birinin himayəsində olan, yaxud həmin valideynlərin himayəsindən məhrum olmuş uşaqlara (belə uşaqların adından yalnız himayəsində olduqları valideyn, onların qəyyumları və ya himayəçiləri çıxış edirlər); 1.4. məcburi köçkünlüyü yaradan hallardan əvvəl ərazisi işğal olunmuş rayon sakininə (məcburi köçkünə) ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), uşaqları olmuş, lakin işğal zamanı əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan, sonradan ərazisi işğal olunmuş rayonda ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara. ... 2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: ... 2.6. valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara. Göründüyü kimi, valideynlərindən biri məcburi köçkün statusuna malik olmayan uşaqlara aylıq müavinət təyin edilmir. Hazırkı halda, iddiaçının anasının məcburi köçkün statusu olmadığından Qaydanın 2.6-cı bəndinin tələbləri baxımından ona sözügedən müavinətin verilməsi istisna olunur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-85/2023 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... 30. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan mövqe ilə razılaşmayaraq bildirir ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” təsdiq edildiyi zaman məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinətin ödənilməsinin yeni şərtləri müəyyən edilmişdir. Belə ki, əvvəlki qanunvericiliklə ("Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat") nəzərdə tutulan şərtlər bir qədər dəyişdirilmişdir.
31. Aşağı instansiya məhkəmələrinin mövqeyindən belə aydın olur ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” onun qəbul edildiyi gündən sonra aylıq müavinət almaq hüququ yaranmış şəxslərə münasibətdə tətbiq edilməlidir. Halbuki, sözügedən Qaydaların müddəalarının təhlili onu göstərir ki, həmin müddəaların Qaydalar qəbul olunanadək aylıq müavinət almaq hüququ yaranmış və ya alan şəxslərə münasibətdə də tətbiq edilməsi nəzərdə tutulub.
32. Digər tərəfdən, aşağı instansiya məhkəmələrinin mövqeyi haqlı hesab olunsa, onda “Qaydalar”dakı bəzi müddəaların (məs.: Qaydaların 1.1-ci bəndinə əsasən, ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə aylıq müavinət verilir) nəzərdə tutulmasının əhəmiyyəti qalmır. Belə ki, məsələn, 2017-ci ildən sonra (Qaydalar qəbul edildikdən sonra) ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan yeni şəxslərin olması mümkün deyil. Başqa sözlə, qanunvericinin iradə ifadəsi də aylıq müavinətin verilməsi əsaslarının yenidən müəyyən edilməsi olmuşdur ki, bu səbəblə də qanunvericilik yeni yanaşma əsasında dəyişdirilmişdir
33. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının oğluna hazırda qüvvədə olan qanunvericilik aktlarının tətbiqini qanuni hesab edir. Belə olan halda, iddiaçının oğlunun yeni tənzimləməyə əsasən aylıq müavinət almaq hüququ yoxdur”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmiş, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07 avqust 2025-ci il tarixli, 2-1(112)-11528/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov