Məhkəmə qərarları › İş №2-1(103)-412/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-412/2025

15.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-412/2025 15.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbacan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (üçüncü şəxs: X19) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qərarın ləğv edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X6 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndələri (vəkil) Vəkil2 və Vəkil3, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-36/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-2057/2017 saylı qərarı ilə iddiaçı "Nigar Klinikası” MMC-nin iddiası təmin edilmiş, "Nigar Klinikası” MMC-nin xx.xx.2012-ci il tarixdən 05 noyabr 2016-cı il tarixədək olan dövrün maliyyə-təsərrüfat fəaliyyətinin səyyar vergi yoxlaması qaydasında yoxlanılması Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinə həvalə edilmişdir.

2. Həmin qərardan üçüncü şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(103)-2172/2017 saylı qərarı ilə təmin edilməmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2057/17 saylı iş üzrə qəbul etdiyi 12 iyul 2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmşdır.

3. Həmin qərardan üçüncü şəxs X10 apellyasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)300/18 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə üçüncü şəxs Şahbaz Şahbazov tərəfindən Bakı Apellyasiya Məhkəmusiı İnzibati-İqtisadi Kollegiyasının 06 oktyabr 2017-ci il tarixli, 2- 1(103)-2172/2017 saylı qərarından verilmiş kassasiya şikayəti mümkün hesab edilməmiş və onun qəbulundan imtina edilmişdir.

4. İşdən görünür ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2018-ci il tarixli **********141892 saylı qərarına əsasən "Nigar Klinikası” MMC üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə aşağıda gösərilən vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir: Yoxlama ilə əhatə olunan vergi dövrü – İyun 2012- Noyabr 2016.

5. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli **********142295 nömrəli səyyar vergi yoxlaması aktından görünür ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2018 tarixli **********141892 saylı qərarına əsasən "Nigar Klinikası” MMC-də Vergi məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır.

6. "xxxx" MMC barəsində cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı və akta baxılması nəticəsində vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********196367 saylı, xx.xx.2020-ci il tarixli qərar qəbul olunmuşdur.

7. Azarbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X21 X7 Araşdırması Baş İdarəsinin 17 dekabr 2024-cu il tarixli məktubunda bildirilmişdir ki, "xxxx" MMC-nin təsiscisi Şahbazov Şahbaz Qага oglunun xeyli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması va xususi razılıq (lisenziya) tələb olundugu halda, bela razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma nəticəsində küllü miqdarda gəlir əldə etməsi istintaq zamanı, toplanmış mötəbər subutlarla tam təsdiq olundugundan, xx.xx.2021-ci il tarixdə Azarbaycan Respublikası CM-nin 213.1-ci va 192.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qагаг qabul olunmuşdur, lakin, о, istintaqdan gizləndiyindən müvafiq qəгагı elan etmək mümkun olmadığından barəsində axtarış elan edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC barəsində cavabdehin xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktının və akta baxılması nəticəsində qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********196367 saylı, xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmənin xx.xx.2020-ci il tarixli 2-1(112)-4701/2020 saylı qərardadı ilə X19 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4701/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

11. Bu qərardaddan iddiaçı apellyasiya şikayəti vermiş və xx.xx.2020-ci il tarixli qərardadın ləğv edilərək işin baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)- 2016/2020 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4701/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

13. Həmin qərardaddan narazı qalan iddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)2016/2020 nömrəli qərardadının ləğv edilməsini və növbəti prosessual hərəkətlərin edilməsi üçün işin məhkəməyə göndərilməsini xahiş etmişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)462/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2- 1(104)2016/2020 nömrəli qərardadı ləğv edilmiş və iş baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1719/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)- 4701/2020 saylı qəraradadı qismən-iddia tələbinin mümkün sayılmayan "vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********196367 nömrəli qərarın ləğv edilməsi" hissəsində ləğv edilmiş və iş həmin hissədə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

16. İddia tələbi bununla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin əsas fəaliyyəti tibbi xidmətlərin göstərilməsindən ibarət olmuşdur. Əvvəlki illərdə şirkət fəaliyyət göstərsə də, artıq bir neçə ildir ki, fəaliyyət göstərmir, fəaliyyətini dayandırmışdır. MMC-nin təsisçiləri arasında anlaşılmazlıqların olması, ümumiyyətlə, fəaliyyət göstərməsini mümkünsüz etmişdir. Şirkətin təsisçisinin nümayəndəsinin Vergilər Nazirliyinə etdiyi müraciətlərlə bağlı Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən cəmiyyətin xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə fəaliyyəti yoxlanılmış, yoxlama xx.xx.2018-ci il tarixli qərara əsasən xx.xx.2018-ci il tarixdə başlamış və nəticəsi **********142295 saylı, xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktına Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəhbərliyi tərəfindən baxılaraq vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********196367 saylı, xx.xx.2020-ci il tarixli qərar qəbul edilmişdir. Qeyd edilən qərarda göstərilmişdir ki, ilkin mühasibat sənədlərinə, bank, kassa çıxarışları, qaimələr, müqavilələr, malların (işlərin, xidmətlərin) alış və satış sənədlərinə və Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş hesabat göstəricilərinə əsaslanaraq müəssisənin dövriyyəsinin 2015-ci il üzrə 692553,39 manat (ƏDV-siz) məbləğində olduğu müəyyən edilmişdir. 2016-cı il üzrə hesabat göstəriciləri təqdim edilmədiyindən həmin dövrlərin xidmət dövriyyəsi müəssisədə keçirilmiş xronometraj müşahidəsinin nəticələrinə və yoxlama zamanı əldə olunmuş vergilərin hesablanması üçün zəruri hesab edilmiş qəbzlərə əsasən 234724.97 (ƏDV-siz) manat müəyyən edilmişdir. Nəticədə müəssisə tərəfindən mənfəət vergisinin 21905,31 manat, ƏDV-nin 145681.78 manat yayındırılması, sadələşdirilmiş verginin isə 7153,7 manat artıq hesablanması müəyyən edilmişdir. Qərara alınmışdır ki, 2015-ci il üzrə mənfəət vergisinin 21905,31 manat, 2015-ci il üzrə ƏDV-nin 103431,31 manat, 2016-cı il üzrə ƏDV-nin 42250,47 manat azaldılmasına görə "xxxx" MMC vergi məsuliyyətinə cəlb edilsin, hesablanmış əlavə vəsaitlər şəxsi hesab vərəqəsinə daxil edilsin. Yoxlama məhz "xxxx" MMC barəsində təsisçisinin nümayəndəsi tərəfindən başqa dövlət orqanları kimi vergi orqanına etdiyi şikayətlər olmuşdur. Vergi orqanına edilmiş müraciətdə göstərilmişdir ki, guya "xxxx" MMC gəlirlərini gizlətmiş, vergidən yayınmışdır. Müraciətdə göstərilənlərin həqiqətə oxşadılması üçün vergi orqanına "xxxx" MMC-yə aid olmayan mühasibatlıq sənədləri təqdim edilmiş, klinikanın binasından zorla çıxarıldığı və binaya buraxılmadığı üçün aparılmış mühasibatlıq sənədlərini yoxlamaya təqdim etmək mümkün olmamışdır. Qeyd edilənlər səyyar vergi yoxlaması aktında əksini tapsa da, vergi orqanı yoxlamanı apararkən məhz şirkətə aid olmayan həmin mühasibatlıq sənədlərini mötəbər kimi qəbul edərək nəzərə almış, onlardan istifadə etmişdir. Təsisçinin nümayəndəsinin eyni növ şikayətlə Sosial Sığorta orqanlarına etdiyi müraciət əsasında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (iddia ilkin olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş idarəsi tərəfindən verilmişdir) "xxxx" MMC-yə qarşı məcburi sığorta haqları üzrə yaranmış borcun cavabdehin fəaliyyətinin dayandırılması və əmlakın satılması yolu ilə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2-1(82)-1718/2019 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi, "xxxx" MMC-nin 01 iyul 2017-ci il tarixinədək 348650,12 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulması qərara alınmışdır. Qeyd edilən qərar əsassız olmuşdur ona görə ki, iddianın təmin edilməsinin əsası kimi iddiaçı tərəfindən aparılmış yoxlama deyil, məhz "xxxx" MMC-nin təsisçilərindən birinin nümayəndəsinin məcburi dövlət sosial sığorta üzrə təqdim etdiyi rüblük (2017-ci ilin 2ci rübü) hesabat olmuşdur. Belə ki, "xxxx" MMC-nin təsisçilərdən biri xx.xx.2016-cı il tarixdə birtərəfli olaraq verdiyi əmrlə cəmiyyətin qanuni təmsilçisi (direktor baş həkim) olan Yeganə Əliyevanı tutduğu vəzifədən azad etmiş və cəmiyyətin təsis sənədləri, möhürü və digər rəsmi sənədləri (o cümlədən PİN KOD) ona verilmişdir. Bu addımlardan sonra xx.xx.2017-ci il tarixinə təsisçi tərəfindən sığorta haqları üzrə 239487.55 manat borcun olduğu əsassız olaraq etiraf edilmişdir. Məhz bu hesabat əsasında iddiaçı tərəfindən cavabdehin üzərinə əsas məbləğlə yanaşı, 109162.57 manat maliyyə sanksiyası və cərimə qoyulmuşdur. AR Ali Məhkəməsinin 08 may 2019-cu il tarixli Qərarı ilə İlqar Əliyevin "xxxx" MMC-nin direktoru Yeganə Əliyevanı işdən azad etməsi və özünün həmin vəzifəyə təyin etməsi qanunsuz hesab olunmuş və bununla bağlı dəyişikliklər dövlət qeydiyyatına alınmamış, təsisçi tərəfindən hesabatın verilməsinin heç bir hüquqi əsası olmamışdır. Çünki 2016-cı ilin noyabr ayından "xxxx" MMC-nin fəaliyyəti güc tətbiq etməklə dayandırılmış, işçi heyəti klinikadan çıxarılmış, bütün avadanlıq və sənədlər klinikada qalmışdır. Yoxlama xx.xx.2018-ci il tarixdə başlasa da, xx.xx.2018, xx.xx.2018-ci il tarixlərdə müddət uzadılmaqla, müvəqqəti dayandırma haqqında xx.xx.2018-xx.xx.2019-cu il tarixlərdə qərarlar da verilməklə Vergi Məcəlləsi ilə səyyar vergi yoxlamasının keçirilməsi üçün müəyyən edilmiş müddət qərəz nəticəsində dəfələrlə ötürülmüşdür. Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərar iddiaçıya göndərilməmişdir. Aktın 1.8ci bəndində (vərəq 7) göstərilmişdir ki, İ.Əliyev xx.xx.2018-ci il tarixdə Lokal Gəlirlər Departamentinə ünvanladığı 12 saylı məktubda xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixə kimi klinikanın faktiki rəhbəri olmuş Ş.Şahbazov tərəfindən həmin klinikada 15119583,35 manat dövriyyə olduğu halda verilmiş hesabatda vergi orqanlarına 59219,71 manat vəsait ödənilməklə yanaşı digər qanun pozuntularına yol verildiyi göstərilmiş, məktuba klinikanın xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixə kimi olan dövr üzrə çoxsaylı mühasibat sənədləri əlavə edilmişdir. Səyyar vergi yoxlaması zamanı məhz qeyd edilən, əslində klinikaya aid olmayan sənədlərdən istifadə edilmişdir. Həmin sənədlər saxtadır və kim tərəfindən tərtib edilməsi bəlli deyildir. Sənədlərdə direktor və klinikanın digər məsul işçilərinin imzası yoxdur. Aktda məhz həmin «sənədlərdəki» rəqəmlər əsas götürülərək dövriyyə, doğum sayı müəyyən edilmiş və vergi hesablanmışdır. Səyyar vergi yoxlamasında vergi orqanı tərəfindən doğumu qeyd edən müvafiq icra hakimiyyəti orqanları kimi Səhiyyə və Ədliyyə Nazirliklərinə edilmiş sorğulara verilən cavablardakı doğum sayı əsas götürülmək əvəzinə, hər hansı təsdiqi olmayan, kim tərəfindən bəlli olmayan «sənədlərdəki» doğum sayı əsas götürülmüşdür. Bu azmış kimi yoxlayıcı doğumların hamısının qeysəriyyə əməliyyatı ilə həyata keçirildiyi qənaətinə gəlmiş və qeysəriyyə əməliyatının qiymətlərini tətbiq etmişdir. Halbuki doğumların yalnız kiçik bir hissəsi qeysəriyyə əməliyyatı ilə həyata keçirilir. Doğum sayının azaldılması mümkün deyil, konkretdir. Tibb müəssisəsi tərəfindən verilən arayışla doğumun qeydi həyata keçirilir, belə arayış olmadan doğum qeydi, doğum haqqında şəhadətnamənin verilməsi mümkünsüzdür. Klinika tərəfindən göstərilən tibbi xidmətlər üçün "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli «Tibbi xidmətlərin göstərilməsi haqqında» müqavilədə göstərilən tibbi xidmətlərin qiymət cədvəllərindən istifadə edilmişdir. Tarixindən də göründüyü kimi müqavilə xx.xx.2015-ci il tarixdə bağlanmış və həmin qiymətlər müqavilədən əvvəlki tarixlər üçün (2012-2015-ci illər) tətbiq edilə bilməz, yalnız 2016-cı ildən sonrakı dövr üçün tətbiq edilə bilər. Aktın 1.9.4-cu bəndində göstərilir ki, xx.xx.2018-ci il tarixli qərarla ekspertiza təyin edilmiş və ekspertiza aparılmışdır. Daha sonra göstərilir ki. ekspertizanın aparılmasına zərurət yaranmadı. Əgər ekspertiza təyin edilmişsə, bu barədə qərar, əgər ekspert rəyi varsa, rəy iddiaçıya təqdim edilməli və aktda əks olunmalı idi.

17. Cavabdeh orqan məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında bildirmişdir ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********141892 nömrəli qərarına əsasən "xxxx" MMC-də növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama ilə əhatə olunan dövr ərzində vergi ödəyicisi faktiki olaraq xəstəxanaların fəaliyyəti ilə məşğul olmuşdur. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən 160433,39 manat məbləğində vergilərin (2015-ci ilin mənfəət vergisi üzrə 21905,31 manat azaldılama, ƏDV üzrə 145681,78 manat (o cümlədən 2015-ci il üzrə 103431,31 manat və 2016-cı il üzrə 42250,47 manat) azaldılma və sadəlşdirilmiş vergi üzrə isə 7153,70 manat (2016-cı il üzrə) atrıq hesablama) dövlət büdcəsinə ödənilməkdən yayındırılması müəyyən edilmiş və yoxlamanın nəticəsi üzrə xx.xx.2019-cu il tarixli **********142295 nömrəli akt tərtib edilmişdir. Həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2020-ci il tarixli **********196367 nömrəli qərar qəbul edilmişdir. 2015-ci il üzrə vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyannaməsində göstərilmiş xidmətlərin təqdim edilməsindən əldə edilən gəlir 126018,00 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 120119,00 manat (o cümlədən əmək haqqı və ona bərbər tutulan ödəmələr 84180,0 manat; sosial sığorta haqları 18519,0 manat; icarə haqqı 10000,0 manat; enerji xərcləri 4137,0 manat; su və kanalizasiya xərcləri 1065,0 manat; rabitə xərcləri 657,0 manat; mühafizə xərcləri 711,0 manat; bank xidməti üzrə xərcləri 850,0 manat), vergiyə cəlb edilən mənfəət 5899,00 manat göstərilməklə 1179,80 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Lakin, yoxlamaya sənədlər tam həcmdə təqdim edilmədiyindən və həmin göstəricilərin düzgünlüyü şübhə doğurduğundan "xxxx" MMC tərəfindən göstərilən tibbi xidmətlərə Vergi Məcəlləsinin 14.9-cu maddəsinə əsasən bazar qiymətləri tətbiq edilmişdir. Bazar qiyməti tətbiq edilərkən "xxxx" ASC ilə "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış "Tibbi xidmətlərin göstərilməsi haqqında" A7/16/021 nömrəli müqavilədə göstərilən tibbi xidmətlərin qiymət cədvəllərindən istifadə edilmişdir. Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş hesabat göstəricilərinə və təsisçi tərəfindən müvafiq dövrlər üzrə təqdim edilmiş xəstəlik tarixçələrinə bazar qiymətləri təqdim edilməklə müəssisənin dövriyyəsi 2015-ci il üzrə 817213,00 manat (ƏDV ilə) məbləğində müəyyən edilmişdir. Gəlirin əldə edilməsinə çəkilən xərclərə dair sənədlər yoxlamaya tam həcmdə, yəni ödənişi nağd qaydada aparılmış malmaterialların alınmasına dair sənədlər təqdim edilmədiyindən müəssisənin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək müəssisənin 2015-ci il üzrə mənfəəti aşağıdakı qaydada hesablanmışdır. Beləliklə, yoxlama ilə 2015-ci il üzrə 21905,31 (23085,11-1179,8) manat mənfəət vergisi hesablanmışdır. Bundan əlavə, əlavə dəyər vergisinin yoxlanılması zamanı əldə olunmuş və vergilərin hesablanması üçün zəruri hesab edilmiş qəbzlərə əsasən müəssisənin 2015ci il üzrə tibb fəaliyyəti üzrə göstərilən xidmətlərin dəyəri 231907,35 (ƏDV-siz) manat, 2016-cı il üzrə 234724,97 manat (ƏDV-siz) təşkil etmişdir. Lakin Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş hesabat göstəricilərinə və təsisçi tərəfindən müvafiq dövrlər üzrə təqdim edilmiş xəstəlik tarixçələrinə əsaslanaraq bazar qiymətləri təqdim edilməklə müəssisənin dövriyyəsi 2015-ci il üzrə 692553,39 manat (ƏDV- siz) müəyyən edilmişdir. 2016-ci il üzrə isə hesabat göstəriciləri təqdim edilmədiyindən həmin dövrlərin xidmət dövriyyəsi müəssisədə keçirilmiş xronometraj müşahidəsinin nəticələrinə və yoxlama zamanı əldə olunmuş vergilərin hesablanması üçün zəruri hesab edilmiş qəbzlərə əsasən 234724,97 (ƏDV -siz) manat müəyyən edilmişdir. Yoxlama zamanı 2015-ci il üzrə 103431,31 manat, 2016-cı il üzrə 42250,47 manat, ümumilikdə isə 145681,78 manat ƏDV-nin azaldılması müəyyən olunmuşdur. Sadələşdirilmiş verginin yoxlanılması zamanı 2016-cı ildə sadələşdirilmiş vergi üzrə artıq hesablanmış 7153,70 manat nəzərə alınmalıdır. Səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərara əsasən vergi ödəyicisinin fəaliyyətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarekterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanunamüvafıq tədbirlərin görülməsi üçün Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmiş və həmin materiallar əsasında külli miqdar təşkil edən vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət işi başlanmışdır.

18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-36/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********1963671 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.

19. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işdən görünür ki, cavabdeh iddiaçının ən son 2016-cı ildə əlavə dəyər vergisi üzrə vergi qanunvericiliyin pozulması qənaətinə gəlsə də, bununla bağlı onu 3 il keçdikdən sonra, xx.xx.2020-ci ildə vergi məsuliyyətinə cəlb etmiş, bununla da yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini pozmuşdur.

20. O da qeyd edilməlidir ki, yoxlama keçirilən dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş günə qədər artırıla bilər.

21. Lakin işdən görünür ki, cavabdeh iki dəfə səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması, 4 dəfə əlavə vergi yoxlaması tədbirinin keçirilməsi barədə qərar qəbul etməklə ümumilikdə səyyar vergi yoxlaması 6 ay (180 gün) davam etmiş, 9 aydan artıq bir müddətdə isə yoxlama dayandırılmış, bununla qanunvericiliyin qeyd edilən tələbləri də pozulmuşdur.

22. Məhkəmə qeyd edir ki, İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Normanın mənasına görə formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin.

23. Hazırkı halda cavabdeh orqan tərəfindən prsessual hüquq normalarını pozulması, qəbul edilmiş qərarın hüquqi qüvvəsinə birbaşa təsir etdiyindən məhkəmə hesab edir ki, maddi hüquq normnalarının tətbiqinə qiymət verilməsinə zərurət olmadan İPM-in 70.1-ci maddəsinə əsasən mübahisələndirilən xx.xx.2020-ci il tarixli, **********1963671 nömrəli qərar ləğv olunmalıdır.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

24. Qərardan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 36/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Qərardan həmçinin, 3-cü şəxs apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-36/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

26. Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmaqla əsaslandırılmışdır.

27. Üçüncü şəxsin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-36/2024 saylı qərarı qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Həmin qərar qəbul edilərkən mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və bu da öz növbəsində işin hallarına uyğun gəlməyən nəticəyə səbəb olmuşdur. Ona görə də, qanuni və əsaslı olmayan Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 21(112)-36/2024 saylı qərarı ləğv edilməlidir və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul olunmalıdır. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 21(112)-36/2024 saylı qərarında məhkəmə qeyd edir ki, birincisi, cavabdeh iddiaçı müəssisədə növbədənkənarsəyyar vergi yoxlamasını Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə istinad etməklə həyata keçmişdir hansı ki, həmin maddəyə əsasən növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda həyta keçirilə bilər. Qanunverici həmin norma ilə vergi orqanına yalnız cinayət prosessual qanunvericiliklə nəzərdə tutulmuş hallarda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmənin vergi orqanından yoxlama keçirilməsi barədə qəbul etdiyi qərarın icrası məqsədilə növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi səlahiyyəti vermişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143.2-ci maddəsinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə cinayət prosesi tərəflərinin vəsatəti, yaxud öz təşəbbüsü ilə sübutların toplanması prosesində fiziki, hüquqi və vəzifəli şəxslərdən, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlardan cinayət təqibi üzrə əhəmiyyət kəsb edən sənəd və əşyaları təqdim etməyə, yoxlama və təftişin keçirilməsini səlahiyyətli orqanlardan və vəzifəli şəxslərdən tələb etməyə haqlıdır. Lakin işdən görünür ki, cavabdeh vergi orqanı iddiaçı müəssisədə səyyar vergi yoxlamasını cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı əsasında deyil, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-2057/2017 saylı qərarı əsasında həyata keçmişdir. Məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq qeyd edirlər ki, 12 iyul 2017-ci il tarixli 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə "xxxx" MMC-nin xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövrün maliyyə-təsərrüfat fəaliyyətinin səyyar vergi yoxlaması qaydasında aparılması Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinə həvalə edilmişdir. Bakı Apellyasiya məhkəməsinin qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göründüyü kimi, aparılmış yoxlama məhkəmə qərarı əsasında olmuşdur. (Bu məsələ ilə bağlı Ali məhkəmə tərəfindən heç bir formalaşmış məhkəmə təcrübəsi də mövcud deyil) Aparılmış yoxlama ilə bağlı Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində AR CM-nin 213.1 və 192.2.2-ci maddələri başlanılmış cinayət işi üzrə X10 barəsində axtarış elan edilmişdir. Bundan əlavə, "xxxx" MMC-nin təsisçisi və faktiki rəhbəri olmuş X10 və cəmiyyətin baş həkimi və direktoru olmuş həkim X15 bir qrup şəxslərlə əlbir olaraq cəmiyyətin gəlirlərini mənimsədiklərindən Bakı şəhər prokurorluğunda "xxxx"MMC-də mənimsəmə və dələduzluq faktlarına görə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2, 179.3.2 və 308.2-ci maddələri ilə başlanılmış cinayət işi Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsində istintaq edilir. Lakin məhkəmə qeyd olunanları nəzərə almamışdır. Həmçinin hesab edirik ki, məhkəmələr də öz səlahiyyətləri çərcivəsində hüquqmühafizə fəaliyyətini həyata keçirdiyi üçün cavabdeh tərəfindən "xxxx" MMC-də növbədənkənar səyyar vergi yoxlamasının Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə istinad edilməklə həyata keçirməsi tam qanuni olmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 21(112)-36/2024 saylı qərarında məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı müəssisədəkeçirilmiş növbədənkənar səyyar vergi yoxlaması sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda aydındır ki, həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və iddiaçıya münasibətdə əlverişsiz hüquqi nəticə yaratmır. Məhkəmənin bu mövqeyi də əsassızdır . Belə ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikası 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 12 iyul 2017-ci il tarixli 2-1(81)2057/2017 saylı Qərarı əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2012-2016-cı il vergi dövrü üzrə fəaliyyətini yoxlamış “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsi tətbiq edilə bilməz və həmin Qanunun 2.2-1 maddəsi şamil edilir. Bundan əlavə, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Apellyasiya Şurasının 12 aprel 2018-ci il tarixli, **********532500 saylı qərarına əsasən maraqlı şəxs X1 vergi yoxlamasının obyektiv , tam və hərtərəfli keçirilməsi baxımından maraqlı şəxsin təqdim etdiyi bütün sübutlara yerində qiymət verilməsi ilə bağlı hissədə təmin edilmiş, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə xx.xx.2018-ci il tarixli **********141892 nömrəli Qərar əsasında "xxxx" MMC-yə təyin edilmiş səyyar vergi yoxlaması zamanı maraqlı şəxs X12 olan MMC-yə aid sənədlərə baxılmasını və səyyar vergi yoxlamasının bilavasitə “Nigar” Mərkəzi Hospitalı adlı təsərrüfat subyektində keçirməklə yoxlamanın qısa müddət ərzində başa çatdırılması, Vergilər Nazirliyinin Vergi qanunvericiliyinin icrasına nəzarət departamentinə isə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən "xxxx" MMC-də keçirilən səyyar vergi yoxlamasına nəzarətin gücləndirilməsi tapşırılmışdır. Bu səbəbdən də səyyar vergi yoxlaması ilə əlaqədar Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə "xxxx" MMC ilə bağlı 12 nömrəli 09 iyul 2018-ci il tarixli məktubla “Nəğd hesablamaları təsdiq edən qəbzlər, xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək sənədlərin təsdiq olunmuş surətləri 17679 vərəqədə və "xxxx" MMC üzrə qeydiyyat kitabları xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək sənədlərin təsdiq olunmuş surətləri 40 ədəd kitab 8427 vərəqədə”, 13 nömrəli 14 iyul 2018-ci il tarixli məktubla "xxxx" MMC-nin “AZS 096 №-li Qeydiyyat formaları (doğum tarixçələri) xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək sənədlərin təsdiq olunmuş surətləri 8256 vərəqədə”, 14 nömrəli 10 sentyabr 2018-ci il tarixli məktubla “2013-cü il üzrə doğum tarixçələrinin (AZS 096, AZS-103, AZS-097 №-li formalar və s. sənədlər) təsdiq olunmuş surətləri 25348 vərəqədə”, 18 nömrəli 23 oktyabr 2018-ci il tarixli məktubla “xx.xx.2012-ci il tarixdən 05 noyabr 2016-cı il tarixədək olan dövr üzrə “Doğum haqqında tibbi Şəhadətnamə № AZS-103”-lərin tikilmiş və təsdiq olunmuş surətləri 36 qovluq, cəmi 3629 vərəqədə”, 20 nömrəli 29 oktyabr 2018-ci il tarixli məktubla “xx.xx.2012-ci il tarixdən 05 noyabr 2016-cı il tarixədək "xxxx" MMC-də işləmiş 175 nəfər tibbi personalın əmək haqlarını imzalarla almalarına dair cədvəl, xəstələrin müayinəsi barədə siyahının təsdiq olunmuş surəti və "xxxx" MMC-də doğulmuş 346 uşağa doğum haqqında şəhadətnamənin verilməsini təsdiq edən siyahı 5 qovluq, 1886 vərəqədə və siyahı 11 vərəqədə”, 21 nömrəli 30 oktyabr 2018-ci il tarixli məktubla “xx.xx.2012-ci il tarixdən 05 noyabr 2016-cı il tarixədək "xxxx" MMC-də verilmiş 3623 ədəd “Doğum haqqında tibbi Şəhadətnamə № AZS-103” nömrəli forma əsasında Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbələri tərəfindən doğum haqqında şəhadətnamələrin verilməsini təsdiq edən siyahı 139 vərəqədə”, 21 nömrəli 01 noyabr 2018-ci il tarixli məktubla “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X8” MMCdən alınmış xx.xx.2018-ci il tarixli 08/10267 saylı sorğuya cavabın təsdiq olunmuş surəti, lisenziya və lisenziyaya əlavə cəmi 24 vərəqədə”, 22 nömrəli 05 noyabr 2018-ci il tarixli məktubla “xx.xx.2012-ci il tarixdən 05 noyabr 2016-cı il tarixədək "xxxx" MMCdə işləmiş 175 nəfər tibbi personalın şəxsi işlərinin “Tibbi xidmətlər göstərilməsi haqqında” müqavilələrinin təsdiq olunmuş surətləri 9 qovluq, 2788 vərəqədə”, 15 oktyabr 2018-ci il tarixli məktubla məhkəmə qərarları 46 vərəqədə”, 06 sentyabr 2018ci il tarixli məktubla “"xxxx" MMC-nin qanunsuz fəaliyyət göstərməsi ilə bağlı lisenziyasının olmaması barədə sənədlər və lisenziyasız fəaliyyətinə görə barəsində tərtib olunmuş aktın, inzibati xəta protokolunun, ödəniş qəbzinin təsdiq olunmuş surətləri 10 vərəqədə, 07 sentyabr 2018-ci il tarixli məktubla məhkəmə qərarları 18 vərəqədə” təqdim olunmuşdur. Həmçinin, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-36/2024 saylı qərarında məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının ən son 2016-cı ildə əlavə dəyər vergisi üzrə vergi qanunvericiliyin pozulması qənaətinə gəlsə də, bununla bağlı onu 3 il keçdikdən sonra, xx.xx.2020-ci ildə vergi məsuliyyətinə cəlb etmiş, bununla da yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini pozmuşdur. Hesab edirlər ki, qərar bu hissədə də tam əsassızdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Vergi qanunvericiliyinin pozulması qanunvericilikdə nəzərdə tutulmuş hallarda həmçinin şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün əsasdır. Lakin nəzərə alınmalıdır ki, vergi qanunvericiliyinin pozulması ilə bağlı cinayət tərkibi və buna görə müvafiq məsuliyyət Vergi Məcəlləsinin müddəaları ilə yox, Cinayət Məcəlləsinin müddəaları ilə müəyyən olunmalıdır. Belə ki, Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Vergi ödəməkdən yayınma ilə bağlı cinayət tərkibi Cinayət Məcəlləsinin 213-cü maddəsində nəzərdə tutulur. Bu Məcəllənin cinayət məsuliyyəti ilə bağlı müəyyən olunan əsas müddəalarından biri də cinayət məsuliyyətinə cəlb etmə müddətləridir. Bu müddətlər hər hansı bir cinayət üzrə onun təsnifatından (böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və ya xüsusilə ağır cinayətə aid olduğundan) asılı olaraq cinayət törədildiyi gündən Cinayət Məcəlləsinin 75.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilmənin və ya azad olunmanın mümkünlüyünü müəyyənləşdirir. Cinayət Məcəlləsinin 213-cü maddəsinin təhlili göstərir ki, 213.1-213.3-cü maddələri ilə tövsif olunmuş əməllər Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə görə cinayətlərin təsnifatı üzrə böyük ictimai təhlükə törətməyən cinayətlər, 213.4-cü maddəsində təsvir olunan əməl isə həmin Məcəllənin 15.3-cü maddəsinə görə az ağır cinayət hesab olunur. Beləliklə, Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən bu Məcəllənin 213.1-213.3-cü maddələrində nəzərdə tutulan əməlləri törətmiş şəxs cinayət törətdiyi gündən 2 il keçdikdə, 213.4-cü maddəsində nəzərdə tutulan əmələ görə isə – 7 il keçdikdə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Yuxarıdakılardan belə nəticəyə gəlmək olar ki, vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmə haqqında Vergi Məcəlləsinin 56.1-ci maddəsində müəyyənləşdirilən 3 illik müddət yalnız həmin Məcəllənin 57-60-cı maddələrində nəzərdə tutulmuş vergi qanunvericiliyinin pozulması halları ilə əlaqədar tətbiq olunmalıdır. Vergi və Cinayət Məcəllələrində vergi qanunvericiliyinin pozulması ilə əlaqədar məsuliyyətə cəlb etməklə bağlı müxtəlif müddətlərin nəzərdə tutulması vergi münasibətlərinin sabitliyinə, o cümlədən vergi ödəyicilərinin hüquqi və iqtisadi vəziyyətlərinin möhkəmliyinin və davamlılığının təmin olunmasına xidmət edir. Bu baxımdan Vergi Məcəlləsində nəzərdə tutulan vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntularına görə məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 56-cı maddəsində, Cinayət Məcəlləsinin 213-cü maddəsində nəzərdə tutulan vergi ödəməkdən yayınma cinayət əməlinə görə məsuliyyətə cəlb etmə müddəti isə bu Məcəllənin 75-ci maddəsində nəzərdə tutulan qaydada tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntularına görə məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 56-cı maddəsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-cü maddəsində nəzərdə tutulan cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti isə bu Məcəllənin 75-ci maddəsində nəzərdə tutulan qaydada tətbiq olunmalıdır. Göründüyü kimi, cavabdeh tərəfindən səyyar vergi yoxlaması tam qanunvericiliyin tələblərinə, oturuşmuş praktikaya uyğun olaraq aparılmış və nəticəsidə qanuna müvafiq qaydada rəsmiləşdirilmişdir. Lakin, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən və xx.xx.2024-cü il tarixli, 2-1(112)-36/2024 saylı qərar qəbul olunarkən yuxarıda qeyd olunan normaların tələbləri nəzərə alınmamışdır. Qeyd olunmalıdır ki, məhkəmə, qərarı özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmış və prosessual hüququn imperativ normasının tələblərini açıq-aşkar pozmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunur ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2012-2016-cı il vergi dövrü üzrə fəaliyyətini yoxlamış, nəticədə vergi qanunvericiliyinin pozulmasını aşkar edərək, xx.xx.2020-ci il tarixdə iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi haqqında **********1963671 nömrəli qərarı bir daha iddiaçının əməllərində cinayət tərkibinin olduğu müəyyən edilmişdir. Bu səbəbdən də, "xxxx" MMC-də xüsusi razılıq (lisenziya) tələb olunduğu halda qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və vergilərin dövlət büdcəsinə ödəməkdən yayınma faktlarına görə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsində xx.xx.2020-ci il tarixdə, eləcə də Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsində "xxxx"MMC-də mənimsəmə və dələduzluq faktlarına görə xx.xx.2019-cu il tarixdə cinayət işləri başlanılmış və istintaq edilir. Həmin cinayət işinin istintaqı zamanı o cümlədən aşağıdakılar müəyyən olunmuşdur: "xxxx" MMC-nin Direktoru olmuş X4 dövründə (xx.xx.2012-xx.xx.2013) lisenziya olmadan qanunsuz tibbi xidmət göstərilməsindən 1503363.00 manat məbləğində gəlir əldə edilmiş, aparılmış tibbi xidmət əməliyyatlarından pul çatışmazlığı (bölüşdürülməmiş mənfəət) 1127543.20 manat məbləğində olmuş və 1080405.29 manat məbləğində vergidən yayınma olmuşdur. "xxxx" MMC-nin Direktoru və baş həkimi olmuş X9 dövründə (xx.xx.2011-xx.xx.2016) lisenziya olmadan qanunsuz tibbi xidmət göstərilməsindən 5109301.75 manat məbləğində gəlir əldə edilmiş, aparılmış tibbi xidmət əməliyyatlarından pul çatışmazlığı (bölüşdürülməmiş mənfəət) 2727533.62 manat məbləğində olmuş və 2595547.13 manat məbləğində vergidən yayınma olmuşdur. "xxxx" MMC-nin Direktoru və direktor müavini olmuş X5 dövründə (xx.xx.2011-xx.xx.2016) Lisenziya olmadan qanunsuz tibbi xidmət göstərilməsindən 5109301.75 manat məbləğində gəlir əldə edilmiş, aparılmış tibbi xidmət əməliyyatlarından pul çatışmazlığı (bölüşdürülməmiş mənfəət) 2727533.62 manat olmuş və 2595547.13 manat məbləğində vergidən yayınma olmuşdur. "xxxx" MMC-nin baş mühasibi olmuş X13 dövründə (xx.xx.2013-xx.xx.2015) Lisenziya olmadan qanunsuz tibbi xidmət göstərilməsindən 3096741.10 manat məbləğində gəlir əldə edilmiş, aparılmış tibbi xidmət əməliyyatlarından pul çatışmazlığı (bölüşdürülməmiş mənfəət) 1598468.46 manat məbləğində olmuş və 1442171.97 manat məbləğində vergidən yayınma olmuşdur. "xxxx" MMC-nin Baş mühasib olmuş X3 dövründə (xx.xx.2015-xx.xx.2016) lisenziya olmadan qanunsuz tibbi xidmət göstərilməsindən 748437.50 manat məbləğində gəlir əldə edilmiş, aparılmış tibbi xidmət əməliyyatlarından pul çatışmazlığı (bölüşdürülməmiş mənfəət) 320011.00 manat məbləğində olmuş və 377237.72 manat məbləğində vergidən yayınma olmuşdur. Qeyd edirlər ki, "xxxx" MMC-də 2012-ci ildən 2016-cı ilədək olan dövrdə 10 507 179,53 manat pul gəlirinin əldə olunması faktı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Lakin, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-36/2024 saylı qərarı qəbul edilərkən iş üçün əhəmiyyəti olan bu faktiki hallar nəzərə alınmamışdır.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Apellyasiya şikayətinə iddia ərizəsi ilə oxşar məzmunda yazılı etiraz daxil olmuşdur.

d) Prosses iştirakçılarının izahatları

29. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

30. Məhkəmə Kollegiyasının iclasında 3-cü şəxsin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

31. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndələri (vəkil) apellyasiya şikayətlərinə etiraz edərək apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etmişdirlər.

Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. 38.3.5-ci maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə növbədənkənar səyyar vergi yoxlaması keçirilə bilər. 38.3.6-cı maddəsinə əsasən cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda növbədənkənar səyyar vergi yoxlaması keçirilə bilər. 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. 1 08-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur; 130.2-ci maddəsinə əsasən isə vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. 39.6-cı maddəsinə əsasən bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində həmin maddənin 49.1.1- ci - 49.1.6-cı bəndlərində göstərilən qərarlardan birini çıxarır. 56-cı maddəsinə əsasən vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz.

33. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.6-cı madəssinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24.-cü maddəsinə əsasən işin hallarının obyektiv araşdırılması 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. mənfərqli üsulla həyata keçirir, sonuncu bu hərəkətlərini konkret sənədlərlə və dəlillərlə sübut etməlidir.

34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya şikayətində qərar bütövlükdə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı tam olaraq yoxlanılır.

36. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

38. İddia tələbinin və apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, işin hallarına görə iddiaçı "xxxx" MMC (VÖEN **********) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktının və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********196367 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir.

39. İnzibati iş üzrə xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********196367 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir.

40. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-36/2024 nömrəli qərarı ilə iddia təmin olunmuşdur.

41. Məhkəmə Kollegiyası Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 36/2024 nömrəli qərarı ilə aşağıda qeyd olunan səbəblərə görə razı deyil.

42. Tətbiq olunan hüquq normalarına əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə növbədənkənar səyyar vergi yoxlaması keçirilə bilər.Cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda növbədənkənar səyyar vergi yoxlaması keçirilə bilər. (Vergi Məcəlləsinin 38-ci maddəsi)

43. Yoxlama ilə əhatə olunan dövr ərzində "xxxx" MMC taktiki olaraq xəstəxanaların fəaliyyəti ilə məşğul olmuşdur.

44. Mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsas olmuş yoxlama ilə bağlı Kollegiya bildirir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hazırkı Bakı İnzibati Məhkəməsi) xx.xx.2017-ci il tarixli 2-1(81)-2057/2017 nömrəli qərarı ilə "xxxx" MMC-də xx.xx.2012ci il tarixdən xx.xx.2016cı il tarixədək olan dövr üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə səyyar vergi yoxlamasının keçirilməsi vergi orqanına tapşırılmışdır. Məhkəmə qərarının icrasının təmin olunması üçün Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********141892 nömrəli qərar ilə "xxxx" MMC-də vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın əhatə etdiyi dövr üzrə aşağıdakılar müəyyən edilmişdir.

45. Mənfəət vergisinin yoxlanılması üzrə:

46. Yoxlama zamanı müəyyən edilmişdir ki, müəssisə 2012-2014-cü illər üzrə mənfəət vergisinin ödəyicisi olmalı olduğu halda vergi orqanına bu vergi üzrə bəyannamə təqdim edilməmişdir.

47. 2015-ci il üzrə vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyannaməsində göstərilmiş xidmətlərin təqdim edilməsindən əldə edilən gəlir 126.018,00 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 120.119,00 manat (o cümlədən əmək haqqı və ona bərbər tutulan ödəmələr 84.180,00 manat; sosial sığorta haqları 18.519,0 manat; icarə haqqı 10.000,0 manat; enerji xərcləri 4.137,0 manat; su və kanalizasiya xərcləri 1.065,0 manat; rabitə xərcləri 657,0 manat; mühafizə xərcləri 711,0 manat; bank xidməti üzrə xərcləri 850,0 manat), vergiyə cəlb edilən mənfəət 5.899,00 manat göstərilməklə 1.179,80 manat məbləğində mənfəət vergisi hesablanmışdır.

48. Yoxlama zamanı əldə olunmuş ( bu barədə aktın 1.8-ci bəndindı geniş məlumat verilib) və vergilərin hesablanması üçün zəruri hesab edilmiş qəbzlərə (qeyd olunmalıdır ki, qəbzlər “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının xx.xx.2016-cı il tarixli Q-09 nömrəli qərarı ilə təsdiq edilmiş ciddi hesabat blanklarına uyğun deyil) əsasən müəssisənin 2014-cü il üzrə tibb fəaliyyətindən gəliri 898,31 manat 2015-ci ildə tibb fəaliyyətindən gəliri 231.907,35 manat məbləğində müəyyən edilmişdir.

49. Səyyar vergi yoxlamasının keçirilməsi ilə əlaqədar yoxlamaya sənədlər tam həcmdə təqdim edilmədiyindən və həmin göstəricilərin düzgünlüyü şübhə doğurduğundan “Səhiyyə sahəsində vergidənyayınma hallarının aradan qaldırılması üzrə tədbirlər barədə Metodiki Göstərişlərə” istinad edərək "xxxx" MMC tərəfindən 2012-2016-cı illər üzrə təqdim edilmiş “Tibb müəssisələrinin stasionar fəaliyyəti haqqında” 14 nömrəli, “Müalicə profilaktika müəssisəsinin fəaliyyəti haqqında” 30 nömrəli, “Hamilə, doğan və sahı qadınlara göstərilən tibbi yardım, abortlar və kontrasepsiya haqqında” 32 nömrəli illik hesabat formalarının surətlərinin alınması üçün Vergilər Nazirliyi (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) tərəfindən xx.xx.2018-ci il tarixli **********035500 nömrəli məktubla Səhiyyə Nazirliyinə müraciət olunmuş və xx.xx.2018-ci il tarixdə **********997500 nömrəli məktubla sorğuya cavab verilmişdir. Müəssisə tərəfindən göstərilən tibbi xidmətlərə VM-nin 14.9-cu maddəsinə əsasən bazar qiymətləri tətbiq edilmişdir. Bazar qiyməti tətbiq edilərkən AzSığorta ASC ilə "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış "Tibbi xidmətlərin göstərilməsi haqqında" A7/16/021 nömrəli müqavilədə göstərilən tibbi xidmətlərin qiymət cədvəllərindən istifadə edilmişdir. Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş hesabat göstəricilərinə və təsisçi tərəfindən müvafiq dövrlər üzrə təqdim edilmiş xəstəlik tarixçələrinə bazar qiymətləri təqdim edilməklə müəssisənin dövriyyəsi 2012-ci il üzrə 196.943,00 manat (ƏDV ilə), 2013-cü il üzrə 1.464.433,00 manat (ƏDV ilə), 2014-cü il üzrə 1.173.452,00 manat (ƏDV ilə), 2015-ci il üzrə 817.213,00 manat (ƏDV ilə) məbləğində müəyyən edildi. 2016-ci il üzrə hesabat göstəriciləri təqdim edilmədiyindən həmin dövrlərin xidmət dövriyyəsi yoxlama zamanı əldə olunmuş və vergilərin hesablanması üçün zəruri hesab edilmiş qəbzlərə və “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” xx.xx.2015-ci il tarixli **********4752 nömrəli qərara əsasən keçirilmiş xronometraj metodu ilə keçirilmiş müşahidənin nəticəsi üzrə tərtib edilmiş OVN seriyalı 054715 nömrəli yekun akta əsasən müəssisənin 2016-cı il üzrə dövriyyəsi 276.975,5 (ƏDV ilə) manat müəyyən edilmişdir.

50. Gəlirin əldə edilməsinə çəkilən xərclərə dair sənədlər yoxlamaya tam həcmdə, yəni ödənişi nağd qaydada aparılmış mal-materialların alınmasına dair sənədlər təqdim edilmədiyindən müəssisənin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığına görə Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Buna görə də yoxlama zamanı Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı (əlavə və dəyişikliklər xx.xx.2003-cü il tarixli 42 nömrəli qərar) ilə təsdiq olunmuş "Vergi ödəyicisnin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydaları" na əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək müəssisənin mənfəəti hesablanmışdır.

51. Yoxlama ilə 2012-ci il üzrə 5.563,36 manat, 2013-cü il üzrə 41.368,16 manat, 2014-cü il üzrə 33.148,36 manat, 2015-ci il üzrə 21.905,31 (23.085,11 - 1.179,8) manat, ümumilikdə isə 101.985,19 manat mənfəət vergisinin azaldılması müəyyən edilmişdir.

52. Vergi Məcəlləsinin 56-cı maddəsinə əsasən vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu səbəbdən yoxlama ilə 2012-2014-cü illər üzrə 80.079,88 manat mənfəət vergisi hesablanmamışdır.

53. Beləliklə, yoxlama ilə 2015-ci il üzrə 21.905,31 (23.085,11-1.179,8) manat mənfəət vergisi hesablanmışdır.

54. Əlavə dəyər vergisinin yoxlanılması üzrə:

55. Uçot baza məlumatlarına əsasən "xxxx" MMC xx.xx.2017-ci il tarixdə ƏDV qeydiyyatına alınmış və ona qeydiyyatın xx.xx.2014-cü il tarixdən qüvvəyə minməsi haqqında **********4 saylı ƏDV ödəyicisinin qeydiyyata alınmasına dair bildiriş verilmişdir.

56. Yoxlanılan dövr ərzində vergi orqanına təqdim edilmiş əlavə dəyər vergisi bəyannamələrinin düzgünlüyü yoxlamaya təqdim edilmiş sənədlər və vergi orqanı tərəfindən keçirilmiş xronometraj müşahidəsinin nəticələri nəzərə alınmaqla yoxlanılmışdır.

57. Yoxlama zamanı əldə olunmuş ( bu barədə aktın 1.8-ci bəndindı geniş məlumat verilib) və vergilərin hesablanması üçün zəruri hesab edilmiş qəbzlərə (qeyd olunmalıdır ki, qəbzlər “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” Azəraycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının xx.xx.2016-cı il tarixli Q-09 nömrəli qərarı ilə təsdiq edilmiş ciddi hesabat blanklarına uyğun deyil) əsasən müəssisənin 2014-cü il üzrə tibb fəaliyyəti üzrə göstərilən xidmətlərin dəyəri 898,31 (ƏDV-siz) manat, 2015-ci il üzrə tibb fəaliyyəti üzrə göstərilən xidmətlərin dəyəri 231.907,35 (ƏDV-siz) manat, 2016-cı il üzrə 234.724,97 manat (ƏDV-siz) təşkil etmişdir.

58. Lakin Səhiyyə nazirliyi tərəfindən təqdim edilmiş hesabat göstəricilərinə və təsisçi tərəfindən müvafiq dövrlər üzrə təqdim edilmiş xəstəlik tarixçələrinə əsaslanaraq bazar qiymətləri təqdim edilməklə müəssisənin dövriyyəsi 2012-ci il üzrə 166.900,90 manat (ƏDV-siz), 2013-cü il üzrə 1.241.044,92 manat (ƏDV -siz), 2014-cü il üzrə 994.450,85 manat (ƏDV -siz), 2015-ci il üzrə 692.553,39 manat (ƏDV-siz) məbləğində müəyyən edilmişdir. 2016-ci il üzrə hesabat göstəriciləri təqdim edilmədiyindən həmin dövrlərin xidmət dövriyyəsi müəssisədə keçirilmiş xronometraj müşahidəsinin nəticələrinə və yoxlama zamanı əldə olunmuş vergilərin hesablanması üçün zəruri hesab edilmiş qəbzlərə əsasən 234.724,97 (ƏDV-siz) manat məbləğində müəyyən edilmişdir.

59. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir.

60. Yoxlama ilə 2012-cı il üzrə 30.042,16 manat, 2013-cü il üzrə 223.388,09 manat, 2014cü il üzrə 179.001,15 manat, 2015-ci il üzrə 103.431,31 manat, 2016-cı il üzrə 42.250,47 manat, ümumilikdə isə 578.113,18 manat ƏDV-nin azaldılması müəyyən edilmişdir.

61. Vergi Məcəlləsinin 56-cı maddəsinə əsasən vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu səbəbdən yoxlama ilə 2012-2014-cü illər üzrə müəyyən edilmiş ƏDV hesablanmamış, 2015- 2016-cı illər üzrə isə 145.681,78 manat əlavə vergi hesablanmışdır.

62. Sadələşdirilmiş vergi üzrə:

63. Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş hesabat göstəricilərinə bazar qiymətləri təqdim edilməklə müəssisənin 2012-ci il üzrə dövriyyəsi 120.000,00 manat təşkil etmişdir. Həmin dövriyyəyə əsasən 4.800,0 manat (120.000,0 x 4 % =4.800,0) vergi hesablanmalı idi. Yoxlanılan dövrlər üzrə vergi orqanına təqdim edilmiş sadələdirilmiş vergi bəyannamələri araşdırılarkən müəssisə tərəfindən yoxlanılan dövr üzrə 4.567,90 manat verginin azaldılması, 11.461.98 manat isə artıq hesablanması müəyyən edilmişdir.

64. Göründüyü kimi müəssisə Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə əsasən ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 120.000,0 mantdan artıq olduqda növbəti ayın birinci günündən məcburi ƏDV qeydiyyatına alınmalı idi. Verginin artıq hesablanmasının səbəbi müəssisənin 2013-cü ilin 4-cü rübü üzrə əldə olunmuş sənədlərlə azalmanın təsdiq edilməməsi və xx.xx.2017-cü il tarixdə ƏDV qeydiyyatına alınması və ona qeydiyyatın xx.xx.2014-cü il tarixdən qüvvəyə minməsi haqqında **********4 nömrəli ƏDV ödəyicisinin qeydiyyata alınmasına dair bildiriş verilməsinə baxmayaraq vergi ödəyicisinin həmin dövr üzrə sadələşdirilmiş vergi bəyannaməsi təqdim etməsi olmuşdur.

65. Vergi Məcəlləsinin 56-cı maddəsinə əsasən vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu səbəbdən yoxlama ilə 2012-ci il üzrə azaldılmış 4.567,90 manat sadələşdirilmiş vergi məbləği, eləcədə 2013-2014-cü illər üzrə artıq hesablanmış 4.308,28 vergi məbləği nəzərə alınmamışdır. Lakin 2016-cı ildə sadələşdirilmiş vergi üzrə artıq hesablanmış 7.153.70 manat nəzərə alınmışdır.

66. Vergi Məcəlləsinin:

67. 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır.

68. 39.6-cı maddəsinə əsasən bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır.

69. 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində həmin maddənin 49.1.1- ci - 49.1.6-cı bəndlərində göstərilən qərarlardan birini çıxarır.

70. Vergi Məcəlləsinin 49-cu maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktına və yoxlama zamanı toplanmış sənədlərə baxılan zaman "xxxx" MMC tərəfindən yoxlanılan dövr üzrə vergilərin dövlət bdcəsinə ödəməkdən yayındırılması sübuta yetirilmiş, vergi ödəyicisinin məsuliyyət məsələsinə baxılmasının nəticəsi ilə bağlı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********196367 nömrəli qəbul edilmişdir. Bununla da vergi ödəyicisinin vergi qaninvericiliyinin pozulmasında təqsirli olması sübuta yetirilmişdir.

71. Səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərara əsasən vergi ödəyicisinin fəaliyyətində Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarekterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi üçün Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmiş və həmin materiallar əsasında “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərar ilə külli miqdar təşkil edən vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə cinayət işi başlanmışdır.

72. Belə ki, Azarbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X21 X7 Araşdırması Baş İdarəsinin 17 dekabr 2024-cu il tarixli məktubunda bildirilmişdir ki, "xxxx" MMC-nin təsiscisi Şahbazov Şahbaz Qага oglunun xeyli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması va xususi razılıq (lisenziya) tələb olundugu halda, bela razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma nəticəsində küllü miqdarda gəlir əldə etməsi istintaq zamanı, toplanmış mötəbər subutlarla tam təsdiq olundugundan, xx.xx.2021-ci il tarixdə Azarbaycan Respublikası CM-nin 213.1-ci va 192.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qагаг qabul olunmuşdur, lakin, о, istintaqdan gizləndiyindən müvafiq qəгагı elan etmək mümkun olmadığından barəsində axtarış elan edilmişdir.

73. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir.

74. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir.

75. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52ci və 90.1-ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı).

76. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası yuxarıda göstərilənlərdən əlavə birinci instansiya məhkəməsinin prosessual müddətlərlə bağlı hüquqi mövqeyi ilə əlaqədar bildirir ki, məhkəmə birmənalı şəkildə qənaətə gəlmişdir ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsində qeyd olunan “gün” ifadəsi təqvim gününü nəzərdə tutur və vergi orqanının həmin ifadəni “iş günü” kimi təfsir və tətbiq etməsi qanuna ziddir və əsassızdır.

77. Kollegiya diqqətə çəkir ki, yoxlama keçirilən dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər.

78. Vergi qanunvericiliyinin təhlili nəticəsində bizdə formalaşmış olan hüquqi mövqeyə əsasən səyyar vergi yoxlaması zamanı vergi qanunvericiliyində nəzərdə tutulmuş prosessual müddətlə bağlı heç bir pozuntuya yol verilməmiş, yəni Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbləri tərəfimizdən pozulmamışdır.

79. Belə ki, Vergi qanunvericiliyinin digər sahəvi qanunvericiliklə qarşılıqlı təhlili tam olaraq onu deməyə əsas verir ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsində nəzərdə tutulmuş müddətlər, yəni günlərlə ifadə olunmuş prosessual müddətlər məhkəmənin barəsində şikayət olunan qərarında ifadə etməyə çalışdığı təqvim gününü deyil, məhz iş gününü nəzərdə tutur.

80. Daha sonra birinci instansiya məhkəməsinin qərarında qeyd olunur ki, “Cavabdeh tərəfindən iddiaçı müəssisədə keçirilmiş növbədənkənar səyyar vergi yoxlaması sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda aydındır ki, həmin yoxlarmanın hüquqi nəticəsi yoxdur və iddiaçıya münasibətdə əlverişsiz hüquqi nəticə yaratmır. ”

81. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq Məhkəmə Kollegiyası bildirir ki, "xxxx" MMC-də səyyar vergi yoxlamasının keçirilməsi məhkəmə qərarına əsasən keçirilmişdir.

82. Belə ki, iş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017ci il tarixli 2-1(81)-2057/2017 saylı qərarı ilə iddiaçı "Nigar Klinikası” MMC-nin iddiası təmin edilmiş, "Nigar Klinikası” MMC-nin xx.xx.2012-ci il tarixdən 05 noyabr 2016-cı il tarixədək olan dövrün maliyyə-təsərrüfat fəaliyyətinin səyyar vergi yoxlaması qaydasında yoxlanılması Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinə həvalə edilmişdir.

83. Həmin qərardan üçüncü şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(103)-2172/2017 saylı qərarı ilə təmin edilməmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2057/17 saylı iş üzrə qəbul etdiyi 12 iyul 2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmşdır.

84. Həmin qərardan üçüncü şəxs X10 apellyasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)300/18 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə üçüncü şəxs Şahbaz Şahbazov tərəfindən Bakı Apellyasiya Məhkəmusiı İnzibati-İqtisadi Kollegiyasının 06 oktyabr 2017-ci il tarixli, 2- 1(103)-2172/2017 saylı qərarından verilmiş kassasiya şikayəti mümkün hesab edilməmiş və onun qəbulundan imtina edilmişdir.

85. Daha sonra birinci instansiya məhkəməsinin qərarında qeyd olunur ki, işdən görünür ki, cavabdeh iddiaçının ən son 2016-cı ildə əlavə dəyər vergisi üzrə vergi qanunvericiliyin pozulması qənaətinə gəlsə də, bununla bağlı onu 3 il keçdikdən sonra, xx.xx.2020-ci ildə vergi məsuliyyətinə cəlb etmiş, bununla da yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini pozmuşdur.

86. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq Məhkəmə Kollegiyası bir daha diqqətə çəkir ki, "xxxx" MMC-də səyyar vergi yoxlaması Bu Qərarın 82-84-cü bəndlərində istinad olunan məhkəmə qərarına əsasən keçirilmişdir.Göründüyü kimi, 3 illik yoxlama dövrləri üzrə məhz "Nigar Klinikası” MMC-nin xx.xx.2012-ci il tarixdən 05 noyabr 2016cı il tarixədək olan dövrün maliyyə-təsərrüfat fəaliyyətinin səyyar vergi yoxlaması qaydasında yoxlanılması Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinə həvalə edilməsi ilə bağlı 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-2057/2017 saylı qərarı qəbul olunmuşdur.

87. Lakin həmin qərardan üçüncü şəxs X10 tərəfindən apellyasiya və kassasiya şikayəti verilməsi ilə bağlı məhkəmə mübahisəsi uzanmışdır.

88. Qeyd edilənlərə əsasən, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin və 3-cü şəxsin ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-36/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv olunmalı və iddia rədd edilməlidir.

89. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdehin və 3-cü şəxsin ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-36/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv olunsun. İddia rədd edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar