Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4122/2023 27.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7474/2023 saylı 25 iyul 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 27 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2q MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2002-ci il tarixdən xx.xx.2020ci il tarixədək olan dövr ərzində əsassız olaraq tutulmuş 12.600 manat əmək haqqının və yubadılan hər il üçün 7% bank uçot dərəcəsi həcmində hesablanmış 8.785 manat olmaqla, cəmi 21.385 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7474/2023 saylı 25 iyul 2023-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmçinin məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “cavabdehdən xx.xx.2002-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində əsassız olaraq tutulmuş 12.600 manat əmək haqqının və yubadılan hər il üçün 7% bank uçot dərəcəsi həcmində hesablanmış 8.785 manat olmaqla, cəmi 21.385 manat məbləğində pulun tutularaq ona ödənilməsi” barədə iddia tələbinin cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən xx.xx.2002-ci il tarixindən xx.xx.2011-ci il tarixədək əmək haqqından tutulmuş məbləğin ödənilməsi hissəsində mümkün sayılmaması qərara alınmışdır. Həmin qərar və qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərar və qərardadın ləğv edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3689/2023 saylı 06 oktyabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7474/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra 2-1(103)-4122/23 saylı inzibati iş 2-1(112)-7474/2023 saylı 25 iyul 2023-cü il tarixli qərardan verilmiş apellyasiya şikayətinə baxılması üçün elektron bölgüyə verilmiş və hakim Xəyalə Cəmilovanın sədrliyinə qəbul edilmişdir. Sonradan məlum olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3689/2023 saylı 06 oktyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən kassasiya şikayəti daxil olmuşdur. Bununla bağlı Kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şkayətinə baxılması ilə əlaqədar hazırki inzibati iş apellyasiya baxışından çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “əmək haqqından tutulmuş məbləğin ödənilməsi” tələbinə dair inzibati iş apellyasiya baxışından çıxarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-4122/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4122/2023
27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver