Məhkəmə qərarları › İş №2-1(103)-4122/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4122/2025

20.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4122/2025 20.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müddətsiz təyin edilməsi” tələbinə dair iş üzrə (Açar sözlər: iddianın mümkünlüyü) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X8 və X3 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi ilə, İddiaçı, Cavabedhin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müddətsiz təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 01 avqust 2025-ci il tarixli, 2-1(112)-11246/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə barəsində ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək müqaviləsi bağlamaqla, 2003cü ildən “X10" MMC-də qazma qurğusunda yuxarı fəhlə (yüksəklikdə işləyən fəhlə) vəzifəsində işləməklə həmin müəssisə ilə əmək münasibətlərində olmuşdur. 2009-cu ilin iyul ayında bu şirkətdə yüksək vibrasiyalı “Needl gun” aparatı ilə işləyən zaman əmək xəsarəti almışdır. Həmin tarixdən qurğunun həkimi tərəfindən işdən azad olunmaqla qurğunun stasionarında müalicə almışdır. Bu xəsarətlə əlaqədar əmək qabiliyyətini itirmiş və 18 avqust 2009-cu il tarixdən 13 may 2010-cu il tarixə qədər əmək qabiliyyətini müvəqqəti itirməklə müalicə olunmuşdur. 2009-cu ilin dekabr ayında X5 (V.Axundov adma X4 İnstitutu) apardığı araşdırmalar nəticəsində əmək xəsarətinin peşə fəaliyyəti ilə əlaqədar olduğu təsdiq edilmişdir. xx.xx.2010-cu il tarixdə 1 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə iddiaçıya əmək zədəsi səbəbi ilə 2-ci qrup əlillik dərəcəsi, təqsirkar müəssisənin sorğusu əsasında əmək qabiliyyətinin 70 faiz itirilməsi təsdiq edilmişdir. 26.04. 2011-ci il tarixdə 1 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə iddiaçıya 2012-ci ilin may ayına qədər əmək zədəsi səbəbi ilə 2-ci qrup əlillik dərəcəsi, əmək qabiliyyətinin 80 faiz itirilməsi təsdiq edilmişdir. xx.xx.2012-ci il tarixdə 10 saylı Tibbi Sosial-Ekspert Komissiyası tərərfindən əmək zədəsi səbəbi ilə 2-ci qrup əlillik dərəcəsi təsdiq edilmişdir. 2013, 2014, 2015-ci illərdə də hər il bir il müddətinə 10 saylı Tibbi Sosial-Ekspert Komissiyası tərəfindən əmək zədəsi səbəbi ilə 2-ci qrup əlillik təsdiq edilmişdir. xx.xx.2016-cı il tarixində AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən əmək zədəsi səbəbi ilə 2-ci dərəcəli əlillik, əmək qabiliyyətinin 65 faiz itirilməsi ilə 5 il müddətinə təsdiq edilmişdir. Növbəti sonuncu əmək qabliyyətinin itirilmə faizi və əlillik dərəcəsi təyin edilməsi isə xx.xx.2021-ci il tarixində həyata keçirilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli Müayinə Aktının nəticəsinə görə iddiaçıya peşə xəstəliyi səbəbi ilə, əmək qabliyyətinin itirilməsi faizi 80% olmaqla 2026-cı ilədək, müddətli, 2-ci qrup əlillik təyin olunması barədə qərar qəbul edilmişdir. Tibbi Sosial-Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli 2-ci qrup əlillik və əmək qabliyyətinin 65 faiz itirilməsi barədə 2-ci Müayinə Aktı da qəbul olunmuşdur. Eyni tarix, eyni qrup, lakin əmək qabiliyyətinin itirilmə faizi müxtəlif olan (müvafiq olaraq 80 faiz və 65 faiz) iki qərar olduğundan və inzibati orqan iddiaçı üçün əlverişsiz olan qanunsuz qərarın (65 faizlə bağlı) ləğv edilməsinə dair müraciətini təmin etmədiyinə görə tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reablitasiya Ağentliyinə qarşı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin üzərinə “Peşə xəstəliyi ilə əlaqədar əmək qabiliyyətinin itirilməsi faizinin 65 faiz itirilməsi barədə qərarın ləğv edilməsi, əmək qabiliyyətinin itirilmə faizinin 80 olmaqla müddətsiz bərpa olunması” vəzifəsinin qoyulması barədə qərar qəbul olunması xahişi ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1199/2023 saylı qərarı ilə iddia tələbi qismən təmin edilmişdir. Belə ki, həmin qərarla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sərvər Kərim oğlu barəsində müddətsiz 3-cü dərəcə və peşə əmək qabiliyyətinin 50% itirilməsinin təyini barədə xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, İddiaçı barədə xx.xx.2021-ci il tarixdən peşə əmək qabiliyyətinin itirilmə faizinin 80% olmaqla 5 il müddətinə ikinci dərəcə əlillik dərəcəsi təyini barədə məlumatların əlillik alt sistemində bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reablitasiya Ağentliyinə həvalə edilmişdir. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)- 2167/2024 saylı qərarı ilə qüvvədə saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sözügedən qərarı isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)-161 /2025 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, iddiaçı yuxarıda qeyd olunan iddia tələbi ilə inzibati məhkəməyə müraciət edərkən əlilliyin müddətsiz bərpa olunmasını da xahiş etmişdir. Lakin, iddia tələbinin həm faktiki hallardan (10 il fasiləsiz ikinci dərəcə əlillik), həm də birbaşa normativ aktdan irəli gələn həmin hissəsi təmin edilməmişdir. Məhkəmə iddia tələbinin həmin hissəsinin təmin edilməməsini inzibati orqana etdiyi müraciətdə bu barədə qeyd etməməyini göstərmişdir. Halbuki həmin vaxt cavabdeh inzibati orqanla yazışmalarında cavabdeh iddiaçı əlilliyini birmənalı şəkildə müddətsiz olaraq göstərirdi. Buna görə də, yəni əlilliyin müddətsiz olması ilə bağlı hüquqları cavabdeh tərəfindən pozulmadığına görə iddiaçı inzibati orqana qanunsuz qərarın (65 faizlə bağlı - həmin qərarın özündə də əlillik müddətsiz göstərilmişdir) ləğvinə dair müraciətində bu məsələyə toxunmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1199/2023 saylı qərarı qanuni qüvvəsini almışdır. Bu nöqteyi-nəzərdən əlilliyin müddətsiz təyin edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Ağentliyinə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə hazırkı iş üzrə cavabdeh inzibati orqana barəsində olan 2-ci dərəcə əlilliyin müddətsiz təyin edilməsinə dair Ərizə ilə müraciət olunmuşdur. Lakin, müraciət etdiyi tarixdən 35 gündən də artıq vaxt keçməsinə baxmayaraq cavabdeh inzibati orqan tərəfindən iddiaçıya cavab verilməmişdir. Cavabdeh bu hərəkəti, daha doğrusu hərəkətsizliyi ilə iddiaçının hüquqlarını pozmuşdur. Cavabdeh inzibati orqana və məhkəməyə təqdim etdiyi sənədlər və bu münasibətləri tənzimləyən normalar da təsdiq edir ki, barəsində olan ikinci dərəcə əlillik müddətsiz olaraq təyin edilməlidir. Belə ki, 2009-cu il tarixdə peşə fəaliyyəti ilə əlaqədar aldığı əmək xəsarəti nəticəsində barəsində xx.xx.2010-cu il tarixdən etibarən fasiləsiz olaraq ikinci dərəcə əlillik təyin edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 01 avqust 2025-ci il tarixli, 2-1(112)-11246/2025 nömrəli (sədrlik edən hakim S.İ.Qənbərova) qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərardadından apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-11246/2025 saylı qərardadını ləğv edərək iddianın mümkün sayılması və həmin inzibati mübahisəyə dair işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin həm 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməsi (4.2-ci bənd), həm də 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” (4.2-ci bənd) 10 il fasiləsiz və ardıcıl təyin edilmiş ikinci dərəcə əlilliyin müddətsiz olduğunu müəyyən etsə də və bu konrekstdə onun əlilliyinin müddəti daha çox, xx.xx.2021-ci il tarixdə 11 il 3 ay, hal-hazırda isə 15 ildən artıq təşkil etdiyindən, əlilliyinin yenidən qiymətləndirilməsinin və inzibati orqana göndərişlə müraciət etməyinin tələb olunması tamamilə qanunsuzdur. Bu gün ondan qanunsuz olaraq tələb olunan göndəriş xx.xx.2021-ci il qiymətləndirilməsindən əvvəl tərəfindən təqdim edilmiş və həmin göndəriş əsasında xx.xx.2021-ci il tarixdə əlilliyin qiymətləndirilməsi həyata keçirilmiş və onun ikinci dərəcə əlilliyi müddətsiz müəyyən olunmuşdur. Bu fakt cavabdehin təqdim etdiyi rəsmi sənədlərdə də açıq-aydın ifadə olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən ona ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********7 nömrəli arayışının məzmununu olduğu kimi təqdim edir və apelyasiya şikayətinə əlavə edirəm: “Əlillik vəziyyətinizi qiymətləndirilməsinə köməklik göstərilməsi barədə müraciətinizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyində baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydasf’na uyğun olaraq əlillik vəziyyətiniz 34 nömrəli Şəhər Poliklinkasının göndərişi əsasında xx.xx.2021-ci il tarixdə peşə xəstəliyi səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir”. Bu məktuba əsas olmuş sənədi də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi (çap tarixi xx.xx.2021 13:34:04) barədə olan müayinə sənədini də apelyasiya şikayətinə əlavə edir. Belə olan halda, yəni əlilliyin qiymətləndirilməsi əsasında onun əlilliyi müddətsiz müəyyən olunduğu təqdirdə nəyə görə yenidən göndəriş tələb olunmalı və yenidən qiymətləndirmə aparılmalıdır? Məqsəd nədir? O onsuzda peşə xəstəliyinin ağrı-acısını çəkir, fəsadlarını yaşayır. Əlavə narahatlıq yaratmaq, süründürməçilik etmək nəyə xidmət edir? Axı bu cür əsassız və qanunsuz münasibətə görə keçirdiyim streslər onun onsuzda normal olmayan sağlamlığını daha da ağırlaşdırır. Birinci instansiya məhkəməsi qərardadda həm də Bakı inzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1199/2023 saylı qərarına istinad edir. Halbuki həmin qərarda onun əlilliyinin istər faktiki hallara görə, istərsə də qanunvericiliyin tələbləri baxımından müddətsiz olması inkar olunmur, sadəcə olaraq bununla bağlı inzibati orqana müraciət etməməyi əsas götürülür və iddia tələbi həmin hissədə təmin edilmir. İnzibati orqana müraciətində əlilliyin müddətsiz təyin edilməsi ilə bağlı məsələnin yer almaması da inzibati orqanın yuxarıda qeyd etdiyi mövqeyi ilə, yəni onun əlilliyini onsuz da müddətsiz hesab etməsinə görə olmuşdur. Buna görə də o əmək qabiliyyətinin itirilmə faizi ilə (65 faiz) razılaşmadığı üçün həmin vaxt inzibati orqana yalnız faiz məsələsi ilə barədə müraciət etmişdir. Bunlar artıq keçilmiş mərhələdir, indiki o, inzibati orqana müraciət etmiş və bu müraciəti ilə qanundan irəli gələn, xx.xx.2021-ci il tarixdə bu sahədə səlahiyyətli inzibati orqan tərəfindən müəyyən edilmiş haqqını tələb edir. Nəyə görə inzibati orqan onun hüququnu pozur, nəyə görə qanunun müəyyən etdiyi qaydada keçirilmiş və özünün də təsdiq etdiyi əlilliyin qiymətləndirməsi nəticəsində müəyyən edilmiş onun əlilliyinin müddətsiz olmasını rəsmiləşdirmir? Hətta yarımgizli şəkildə onun hüquqlarına qarşı çıxır. Belə ki, cavabdeh ona əlilliyin müddətsiz təyin edilməsi ilə bağlı etdiyi müraciətə cavab verməsə də, o, iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra işlə bağlı məhkəmə sorğularına cavab olaraq əlillik sənədlərini yarımçıq şəkildə, həm də birinci qərar üzrə işə baxan hakimin (Aygün xanım Əhədova) elektron kabinetinə göndərmişdir. Cavabdeh məhkəmə sorğusuna cavab olaraq göndərdiyi 2 iyul 2025-ci il tarixli məktubunda barəsində əlilliyin müddətsiz olmasına dair xx.xx.2025-ci il tarixli müayinə sənədinin müəllifi deyilmiş kimi qeyd edir ki, “İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri və göndərişin (Forma088) surəti Sizə təqdim olunur”. Hesab edir ki, inzibati orqan sözün əsl mənasında və həqiqət işığında vətəndaşın yanında olmuş olsaydı obyektivlik naminə və özünün apardığı qiymətləndirməyə uyğun olaraq bildirməliydi: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası’na uyğun olaraq İddiaçı əlillik vəziyyəti 34 nömrəli Şəhər Poliklinikasının göndərişi əsasında xx.xx.2021-ci il tarixdə İddiaçı peşə xəstəliyi səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir” - fikrimcə, inzibati orqandan gözlənilən obyektiv yanaşma yalnız belə ola bilərdi. Daha acınacaqlısı isə odur ki, ədalət mühakiməsi orqanı onun pozulmuş hüquqlarını bərpa etmək əvəzinə, hərtərəfli, tam və obyektiv araşdırma aparmadan, məsələyə səthi yanaşmaqla hüquqlarının məhkəmə müstəvisində də pozulması ilə nəticələnən qərar qəbul edir. Prosessual məsələlər Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-11246/2025 saylı qərardadını ləğv edərək iddianın mümkün sayılması və həmin inzibati mübahisəyə dair işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 1(112)-11246/2025 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırda iddiaçının hüquqi marağı ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsinə nail olmaqdan ibarətdir. İddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi qərardadda həm də Bakı inzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(112)-1199/2023 saylı qərarına istinad edir. Halbuki, həmin qərarda onun əlilliyinin istər faktiki hallara görə, istərsə də qanunvericiliyin tələbləri baxımından müddətsiz olması inkar olunmur, sadəcə olaraq bununla bağlı inzibati orqana müraciət etməməyi əsas götürülür və iddia tələbi həmin hissədə təmin edilmir. İnzibati orqana müraciətində əlilliyin müddətsiz təyin edilməsi ilə bağlı məsələnin yer almaması da inzibati orqanın yuxarıda qeyd etdiyi mövqeyi ilə, yəni onun əlilliyini onsuz da müddətsiz hesab etməsinə görə olmuşdur. Buna görə də o əmək qabiliyyətinin itirilmə faizi ilə (65 faiz) razılaşmadığı üçün həmin vaxt inzibati orqana yalnız faiz məsələsi ilə barədə müraciət etmişdir. Bunlar artıq keçilmiş mərhələdir, indiki o, inzibati orqana müraciət etmiş və bu müraciəti ilə qanundan irəli gələn, xx.xx.2021-ci il tarixdə bu sahədə səlahiyyətli inzibati orqan tərəfindən müəyyən edilmiş haqqını tələb edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(112)-1199/2023 saylı qərarından görünür ki, ddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəyişdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun barəsində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli 3-cü qrup əlillik 50 faiz peşə əmək qabliyyətinin itrilməsi barədə və xx.xx.2021-ci il tarixli 2-ci qrup əlillik 65 faiz peşə əmək qabiliyyətinin itirilməsi barədə qərarlarının ləğv edilməsi və İddiaçı xx.xx.2021-ci il tarixli peşə xəstəliyi səbəbi ilə 2-ci dərəcə əlilliyin, peşə əmək qabiliyyətinin itirilmə faizinin 80 faiz olmaqla təyin edilməsi haqqında qərarının müddətsiz olaraq xx.xx.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X1 Sərvər Kərim oğlu barəsində müddətsiz 3-cü dərəcə və peşə əmək qabiliyyətinin 50% itirilməsinin təyini barədə xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və İddiaçı barədə xx.xx.2021-ci il tarixdən peşə əmək qabiliyyətinin itirilmə faizinin 80% olmaqla 5 il müddətinə ikinci dərəcə əlillik dərəcəsi təyini barədə məlumatların əlillik alt sistemində bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Həmin qərardan iddiaçı və cavabdeh inzibati orqan tərəfindən apellyasiya və kassasiya şikayətləri verilmiş, apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1199/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(102)-161/2025 saylı qərarının 31-ci bəndində qeyd olunmuşdur ki, iddiaçının “ikinci dərəcə peşə əmək qabiliyyətinin 80%, əlillik dərəcəsinin müddətsiz təyin edilməli olması” barədə iddiaçının kassasiya dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, ilkin olaraq onun barəsində xx.xx.2021-ci il tarixli qərarla 80 faizlə, ikinci dərəcə 5 il müddətinə əlillik dərəcəsi təyin edilməsi qərara alınmış, həmin qərara uyğun olaraq məlumatlar əlillik alt sisteminə yerləşdirilmiş, iddiaçı tərəfindən isə nə xx.xx.2021-ci il tarixdə olan əlillik barədə müayinə protokolunu əldə edərkən, nə də xx.xx.2021-ci ildə onun barəsində peşə əmək qabiliyyəti itirilmə faizinin aşağı salınması aşkar edildiyi halda, əlilliyinin müddətinin müddətsiz olması ilə bağlı cavabdehə hər hansı pretenziya irəli sürməmiş və ya cavabdehin qərarı həmin hissədə mübahisələndirməmiş, qərar qüvvəyə minmiş və həmin qərardan şikayət etmə müddəti də keçmişdir. Göründüyü kimi, yuxarı instansiya məhkəməsinin mövqeyi ondan ibarətdir ki, iddiaçı mübahisələndirilən qərardan şikayət vermə müddətini ötürmüşdür. Digər tərəfdən, işdən görünür ki, həmin məhkəmə qərarı qanuni qüvvəsini almış, cavabdeh tərəfindən icra edilərək iddiaçıya xx.xx.2021-ci il tarixdən əmək qabiliyyətinin 80 faiz itirilməsi ilə təkrar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, növbəti müayinə tarixi kimi xx.xx.2026-cı il göstərilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 15.6ci bəndində qeyd edilmişdir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət və iddiaya mahiyyəti üzrə baxılmasını tələb hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən məhdudiyyətlərə tabedir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər ödənilməlidir. Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, iddiaçı qanunvercilikdə nəzərdə tutulmuş müddət ötürüldükdən sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 nömrəli, xx.xx.2015-ci il tarixli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 01 avqust 2025-ci il tarixli, 2-1(112)-11246/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 01 avqust 2025-ci il tarixli, 2-1(112)-11246/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar