Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4129/2025 22.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X3 və “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “işsizlik müavinətinin ödənilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Mədətli Fərid İlham oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X8, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X2 nümayəndəsi X7 və cavabdeh “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X3 və “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsinə qarşı “işsizlik müavinəti ödənilməsi, sosial yardımın göstərilməsi və s.” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9316/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İŞİN HALLARİ
1. Sığorta olunanın hesabında çıxarışda qeyd edilmişdir ki: Dövr: 2011 Yanvar – 2012 Yanvar Cəmi gəlir: 1057,94 Cəmi hesablanmış: 264,49 Cəmi ödənilmiş: 264,49 Pensiya kapitalı: 477,18 Sığortaedən: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası X14 X4 ili 2011 Yanvar 351,52 87,88 87,88 2011 2011 Dekabr 354,9 88,73 88,73 2011 2012 Yanvar 351,52 87,88 87,88 2012 Cəmi 1057,94 264,49 264,49
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: - İşsizlik müavinəti almaq hüququnun təsdiqlənməsini və ona işsizlik müavinəti ödənilməsi; - İş tapana qədər ona sosial yardımın verilməsi; - Cavabdeh qurumların onun ixtisasın üzrə təqdim etdiyi işlə təmin olunma müraciətinə cavab verməməsi (va ya əsassız rədd etməsi) qanunsuz hesab edilsin və hüquqlarının pozulduğu tanınması xahiş edilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, uzun illər müəllim kimi fəaliyyət göstərmişdir. 2006-cı ildə göz sağlamlığı ilə bağlı problemin yaranması səbəbindən müalicə almalı olmuşdur. Müalicə dövründə iş yerində məni müvəqqəti olaraq həmkarları əvəz etmiş və mən işdən çıxmaq məcburiyyətində qalmışdır. Sağlamlığı bərpa olunduqdan sonra yenidən işə qayıtmaq üçün müraciət etsə də, fərqli bəhanələrlə ona iş verilmədi. Daha sonra işsizlik müavinəti və sosial yardım almaq üçün müvafiq qurumlara müraciət etmişdir. Lakin bütün müraciətləri əsassız olaraq rədd edildi. İşsiz şəxs kimi qeydiyyata alınmaq və işsizlik müavinətindən istifadə etmək hüququna baxmayaraq, aidiyyəti qurumlar ona bu hüququ tanımayıb. Həmçinin, sosial yardım üçün müraciət etdikdə ona bildirilmişdir ki, işim olmalıdır, lakin iş tapmaq üçün etdiyi bütün cəhdlər uğursuz olub.
4. “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş vəsatətdə qeyd edilmişdir ki, iddiaçı iddia ərizəsində işsizlik müavinəti və sosial yardım almaq üçün aidiyyəti qurumlar tərəfindən qanunsuz olaraq rədd edildiyini bildirmişdir. Məlumat üçün qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2018- ci il tarixli 387 nömrəli Fərmanı ilə təsdiq edilmiş "DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”na ünvanlı dövlət sosial yardımının təyin edilməsi və işsizlikdən sığorta ödənişinin təyin edilməsi xidmətləri daxil edilsə də, sözügedən sahələrdə müvafiq tənzimləmələrin həyata keçirilməsi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin və "DOST” mərkəzlərinin fəaliyyət istiqamətlərinə aid deyildir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci yarımbəndinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Dövlət Sosial Müdafiə Fondu tərəfindən icra edilir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş X2 Nizamnaməsinin 3.1.8 -ci və 3.1.17-ci yarımbəndlərinə əsasən "Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şəxslərin işaxtaran və işsiz kimi qeydiyyata alınmasını, onlara münasib iş seçimində kömək göstərilməsini və onların məşğulluğunun təmin edilməsini təşkil etmək, sığorta ödənişlərinin verilməsini və "Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan aktiv məşğulluq tədbirlərinin maliyyələşdirilməsini təmin etmək X6 tərəfindən icra edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci madddəsinə uyğun olaraq, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə görə, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Həmin Məcəllənin 54.4-cü maddəsinə əsasən, əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Göstərilənlərə əsasən məhkəmədən İddiaçı cavabdeh DOST Agentliyinə qarşı "işsizlik müavinətinin ödənilməsi” tələbi ilə bağlı 2-1 (112)- 9316/2025 nömrəli inzibati iş üzrə cavabdehin əsl cavabdehlə əvəz edilməsinə dair qərardad qəbul edilməsini xahiş edilmişdir.
5. X6 tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1 -ci maddəsinə əsasən sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlərtələblərinə əsasən aşağıdakı hallarda sığorta ödənişi almaq hüququ yaranır: 13.1.1 dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən; 3.1.2. işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən; 13.1.3. əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə, 73-cü maddəsinin 1 -ci və ya 2- ci hissəsinə əsasən; 13.1.4. müəssisənin mülkiyyətçisi dəyişdikdə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ç) bəndinə əsasən; 13.1.5. əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1 -ci hissəsinin b) bəndinə əsasən; 13.1.6. əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1 -ci hissəsinin ə) bəndinə əsasən. 13.1-1. Sığorta ödənişinin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Qanununun 13.1-ci maddəsinə əsasən sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin təyin olunması aşağıdakı qaydada həyata keçirilir: Həmin Qanunun 13.2.1 -ci maddəsinə əsasən bu Qanunun 13.1.1 -ci, 13.1.2-ci və 13.1.4- 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox sığorta stajına malik əmək qabiliyyətli şəxslərə - bu Qanunun 14.1 -ci maddəsində müəyyən olunmuş qaydada; Həmin Qanunun 13.2.2-ci maddəsinə əsasən bu Qanunun 13.1.1 -ci, 13.1.2-ci və 13.1.4-13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 1 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə - bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində. Qanunun müvafiq maddələrindən də göründüyü kimi işsizlikdən sığorta ödənişinin almaq hüququnun yaranması üçün iddiaçının əmək müqaviləsinə xitam verilməsi əsas şərtlərdən biridir. Lakin iddiaçının Nazirliyin Mərkəzləşdirilmiş elektron sisteminin (MEİS) “Əmək və məşğulluq” altsistemində xitam verilmiş əmək müqaviləsi aşkar edilməmişdir. Habelə Nazirliyin MElS-in “Sığorta” altsistemində iddiaçının ümumilikdə 3 ay sığorta stajı mövcuddur. Belə olan halda sığorta hadisəsinin baş verdiyini müəyyən edən əmək müqaviləsinin xitamının və qanununun 13.2.2-ci maddəsinə əsasən sığorta stajının olmaması səbəbindən İddiaçı işsizlikdən sığorta ödənişinin təyin edilməsindən imtina edilmişdir. Agentlik tərəfindən iddiaçıya işsizlikdən sığorta ödənişinin təyin edilməsindən imtina edilməsi qanunvericilik baxımından hüquqi və əsaslı xarakter daşıyır. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı cavabdeh Agentliyə qarşı işsizlikdən sığorta ödənişinin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının rədd edilməsi ilə bağlı qərar qəbul edilməsini Sizdən xahiş edilmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9316/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “ünvanlı sosial yardımın təyin edilməsi və X6 tərəfindən işlə təmin edilməsi, cavabdeh qurumların onun ixtisasın üzrə təqdim etdiyi işlə təmin olunma müraciətinə cavab verməməsinin (va ya əsassız rədd etməsi) qanunsuz hesab edilməsi və hüquqlarının pozulduğu tanınması” hissəsində mümkün sayılmamışdır.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9316/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi “işsizlik müavinəti almaq hüququnun təsdiqlənməsini və ona işsizlik müavinəti ödənilməsi” təmin edilməmişdir.
8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının sığorta stajı cəmi 3 ay təşkil edir. Bu isə o deməkdir ki, iddiaçının sığorta ödənişi almaq hüququna malik olubolmamasının qiymətləndirilməsi zamanı nəzərə alınmalı olan mühüm meyarlardan biri – sığorta stajı – tələb olunan səviyyədən xeyli aşağıdır. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 13.2.2-ci maddəsində tələb olunan (ən azı 1 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə) minimum sığorta stajı yoxdur.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçının minimum sığorta stajı işsizlikdən sığorta ödənişi almaq hüququnun yaranması üçün yetərli sayılmır. Odur ki, məhkəmə iddia tələbinin “işsizlik müavinəti almaq hüququnun təsdiqlənməsini və ona işsizlik müavinəti ödənilməsi” hissəsini işsizlikdən sığorta ödənişinin verilməsi kimi nəzərə alır və hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir.
10. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9316/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil edir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
d) Prosses iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X2 nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsinin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. .“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu:
2.0.1. işsizlikdən sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat forması; 2.0.3. sığortaolunan – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq işəgötürənlə əmək müqaviləsi bağlamış və işsizlikdən sığorta olunan işçilər; 2.0.4. sığortaedən – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək müqaviləsi bağladıqları işçiləri işsizlikdən sığorta edən aşağıdakı işəgötürənlər: 2.0.4.1. hüquqi şəxslər, habelə onların və xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri; 2.0.4.2. dövlət orqanları; 2.0.4.3. fiziki şəxslər; 2.0.4.4. seçkili orqanların rəhbərləri; 2.0.5. sığortaçı – işsizlikdən sığorta sahəsində idarəetməni (işsizlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən müvafiq icra hakimiyyəti orqanı; 2.0.6. sığorta hadisəsi – sığortaolunana sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan əmək münasibətlərinə xitam verilməsi halları; 2.0.7. sığorta haqqı – bu Qanunla nəzərdə tutulmuş qaydada sığortaolunan və sığortaedən tərəfindən sığortaçıya ödənilməli olan pul məbləği; 2.0.8. sığorta tarifi – sığorta haqqının hesablanması üçün əməkhaqqı fonduna və sığortaolunanın əməkhaqqına tətbiq edilən faiz dərəcəsi; 2.0.9. sığorta vəsaiti – bu Qanunun 21-ci maddəsində nəzərdə tutulan mənbələrdən formalaşan vəsait; 2.0.10. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığortaolunana sığortaçı tərəfindən ödənilən aylıq pul vəsaiti; 13.1. Sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər: 13.1.1. dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən; 13.1.2. işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən; 13.1.3. əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə, 73-cü maddəsinin 1-ci və ya 2ci hissəsinə əsasən; 13.1.4. müəssisənin mülkiyyətçisi dəyişdikdə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ç) bəndinə əsasən; 13.1.5. əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin b) bəndinə əsasən; 13.1.6. əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin ə) bəndinə əsasən. 13.1-1. Sığorta ödənişinin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. 13.2.2. bu Qanunun 13.1.1-ci, 13.1.2-ci və 13.1.4 – 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 1 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə – bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində; 14.1. Bu Qanunun 13.2.1-ci maddəsində nəzərdə tutulan şəxslər üçün sığorta ödənişi sığorta stajından asılı olmayaraq, onların itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır.
18. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu:
1.1.9. sığortaolunanın sığorta stajı – sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti; 14.6. Bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.
22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. İlk öncə məhkəmə kollegiyası bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-4129/2025 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9316/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı qismən - işsizlik müavinəti almaq hüququnun təsdiqlənməsi hissəsində ləğv edilmiş, ləğv edilən hissədə mümkün sayılmamışdır.
24. Kollegiya iddia tələbinin işsizlik müavinəti ödənilməsi hissəsinə münasibətdə isə aşağıdakıları qeyd edir.
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Məhkəmə kollegiyası qeyd edir ki qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur və birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
29. Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
30. Sığorta olunanın hesabında çıxarışda qeyd edilmişdir ki: Dövr: 2011 Yanvar – 2012 Yanvar Cəmi gəlir: 1057,94 Cəmi hesablanmış: 264,49 Cəmi ödənilmiş: 264,49 Pensiya kapitalı: 477,18 Sığortaedən: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası X14 X4 ili 2011 Yanvar 351,52 87,88 87,88 2011 2011 Dekabr 354,9 88,73 88,73 2011 2012 Yanvar 351,52 87,88 87,88 2012 Cəmi 1057,94 264,49 264,49
31. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının sığorta stajı cəmi 3 ay təşkil edir. Bu isə o deməkdir ki, iddiaçının sığorta ödənişi almaq hüququna malik olub-olmamasının qiymətləndirilməsi zamanı nəzərə alınmalı olan mühüm meyarlardan biri – sığorta stajı – tələb olunan səviyyədən xeyli aşağıdır. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 13.2.2-ci maddəsində tələb olunan (ən azı 1 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə) minimum sığorta stajı yoxdur.
32. Göründüyü kimi qanunvericilikdə iddiaçının sığorta ödənişini almaq hüququ yalnız onun 1 il sığorta stajı mövcud olduğu halda mümkündür. Hazırki halda isə iddiaçının 1 ildən az sığorta stajı olduğundan ona sığorta ödənişinin həyata keçirilməməsində cavabdeh inzibati orqan haqlı olmuşdur.
33. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iddia tələbinin işsizlik müavinətinin ödənilməsi hissəsinə münasibətdə iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9316/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı qismən – işsizlik müavinətinin ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9316/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı iddia tələbinin işsizlik müavinətinin ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.