Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-413/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və vergi borclarının silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 537/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı barəsində "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 04 oktyabr 2022-ci il tarixli, **********163040 nömrəli qərarın ləğv edilməsi və vergi borclarının silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı üzrə səyyar vergi yoxlaması aparılmışdır. Həmin səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2022-ci il tarixli **********149566 nömrəli akt və xx.xx.2022-ci il tarixli, **********659100 nömrəli sənəd tərtib olunmuşdur. Həmin aktlar əsasında İddiaçı barəsində "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli, **********163040 nömrəli qərar qəbul edilmişdir. Həmin Qərarla müəssisə tərəfindən mənfəət vergisinin 2018-ci il üzrə 162273.89 manat (yüz altmış iki min iki yüz yetmiş üç manat səksən doqquz qəpik), 2019-cu il üzrə 225.124,88 manat (iki yüz iyirmi beş min vüz iyirmi dörd manat səksən səkkiz qəpik), 2020-ci il üzrə 128391.65 manat (yüz iyirmi səkkiz min üç yüz doxsan bir manat altmış beş qəpik) olmaqla, cəmi 515790.42 (beş yüz on beş inin yeddi yüz doxsan manat qırx iki qəpik) azaldılması müəyyən edilmişdir. Belə ki, yoxlama zamanı müəssisənin mənfəəti Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20 % götürülərək hesablanmışdır. Beləliklə də, müəssisəyə Azərbaycan Respublikası vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətdə azaldılmış 515790.42 manatın (beş yüz on beş min yeddi yüz doxsan manat qırx iki qəpik) 50%-i miqdarında, yəni 257895.22 manat (iki yüz əlli yeddi min səkkiz yüz doxsan beş manat iyirmi iki qəpik) maliyyə sanksiyası tətbiq edilmişdir. Baxmayaraq ki, müəssisə tərəfindən gəlir və xərc sənədləri tam şəkildə səyyar vergi yoxlayıcılarma təqdim olunmuşdur. Lakin səyyar vergi yoxlayıcıları tərəfindən tərəfimizdən təqdim olunmuş gəlir və xərc sənədləri nəzərə alınmamışdır. Belə ki, qərarda göstərilmişdir ki, müəssisə tərəfindən "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanunun tələbləri cavabdehin həmçinin xidməti müqavilələrini guya əmək münasibətlərini pərdələmək məqsədi ilə yalan əqd hesab etməsi bununla da iddiaçıya əlavə vergi, faiz və cərimələri tətbiq etməsi qanunaziddir. Bundan əlavə, yoxlama aktından görünür ki, vergi aktı ilə təsisçinin müəssisəyə borc verməsi və həmin borc məbləğinin təsisçiyə qaytarılması, bununla əlaqədar ƏDV-nin azaldılması müəyyən edilmişdir. Bu hissədə də yoxlamanı qanunsuz hesab etmişdir. Hesab edilmişdir ki, bu hissədə də müəssisə tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Qərarda göstərilir ki, pozulmuş, yoxlanılan dövrdə əmtəəmaterial ehtiyatlarının uçotu aparılmamış və yoxlama üçün digər zəruri sənədlər təqdim edilməmişdir. Lakin məhkəmənin nəzərinə çatdırırıq ki, göstərilən bu xüsusatlar həqiqətə uyğun deyildir. Həmçinin, qərarda göstərilir ki, analoji vergi ödəyicisinin müəyyən edilməsi barədə xx.xx.2022-ci il tarixli **********833600 nömrəli xidməti məruzə ilə müvafiq struktura müraciət olunmuş və analoji fəaliyyətlə məşğul olan oxşar vergi ödəyicisinin müəyyən edilməməsi barədə xx.xx.2022-ci il tarixli **********096000 nömrəli xidməti məruzə ilə cavablandırılmışdır. Beləliklə, yoxlayıcı bu qərara gəlmişdir ki, səyyar vergi yoxlaması üçün naməlum olan xərclərin Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatlar əsasında müəyyən edilməsi mümkün olmamışdır. Bu səbəbdən səyyar vergi yoxlayıcısı Vergi Məcəlləsinin 67.17-ci maddəsini rəhbər tutaraq həmin Məcəllənin 67-ci maddəsində əsasən vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən normaları tətbiq etmişdir və Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən müəssisənin gəlirləri banklardan alınmış məlumatlar, Elektron qaimə-faktura məlumatları və ƏDV-nin depozit hesabı məlumatları əsasında vergiləri müəyyən etmişdir. Müəssisə tərəfindən gəlir və xərc sənədləri tam şəkildə vergi yoxlayıcısına təqdim edilmişdir və halhazırda həmin sənədləri iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim edilmişdir. Lakin buna baxmayaraq vergi yoxlayıcısı: 1) Gəlir və xərc sənədlərinin təqdim edilməsinə baxmayaraq bu sənədlərdən istifadə etməmişdir; 2) Gəlir və xərc sənədləri təqdim olunmadığı halda Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən əlaqəli məlumatlara əsasən vergitutma obyektini müəyyən edə bildiyi halda bunu etməmişdir və tam qanunsuz olaraq hesab etmişdir ki, nə gəlir və xərc sənədləri əsasında, nə də əlaqəli məlumatlar əsasında vergitutma obyektini müəyyən etmək mümkün deyildir və buna görə də vergini qanunsuz olaraq Nazirlər Kabinetinin müəyyən etdiyi xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20 % götürülərək hesablamışdır. Eyni zamanda səyyar vergi yoxlaması haqqında qərarla əlavə dəyər vergisi (ƏDV) yoxlanılmışdır. Əlavə dəyər vergisi üzrə yoxlama xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü əhatə etmişdir. Vergi yoxlayıcısı tərəfindən müəssisə tərəfindən təqdim edilmiş hesabatlara əsasən yoxlanılan vergi dövrü üzrə Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən aylar üzrə dövriyyənin düzgün göstərilməməsi səbəbindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 190474.75 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda yoxlama aktı ilə ödəmə mənbəyindən tutulan vergi üzrə hesabatda göstərilən məbləğin hesabatda göstərilməli olan məbləğə nisbətən 12154.78 manat azaldıldığı müəyyən edilmiş, eyni zamanda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış məbləğin 50%-i, yəni 6077.39 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan əlavə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən vergi üzrə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə səyyar vergi yoxlaması aktında Qaimə-fakturalara əsasən müəssisə tərəfindən fiziki şəxslərdən xidmətlər (ştamplayıcı, sürücü, xadimə və s.) alındığı, həmin fiziki şəxslərin müəssisənin fəaliyyətinə uyğun olaraq işləri həyata keçirdikləri, müəssisənin vergi üstünlüyü əldə etmək məqsədilə ayrı-ayrı fiziki şəxslərlə xidmət müqaviləsi bağlayaraq vergidənyayınma sxemi yaratdığı qeyd edilmiş və həmin qaimələr üzrə köçürülmüş məbləğlər əməkhaqqı kimi qiymətləndiriləcək 2018-2021-ci illər üzrə əlavə hesablamalar aparılmışdır. Qeyd edilir ki, əlavə dəyər vergisi üzrə, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə və ödəmə mənbəyində tutulan vergi üzrə maliyyə sanksiyaları müəssisəyə ona görə tətbiq edilmişdir ki, müəssisə həmin dövrlərdə xidmət müqaviləsi əsasında xidmətlər satın almışdır və vergi yoxlayıcısı belə hesab etmişdir ki, həmin xidmətlərin müəssisə tərəfindən satın alınması müəssisənin vergidən yayınmaq məqsədilə həvata keçirilmişdir. Lakin Mülki qanunvericiliyin tələblərinə əsasən hüquq şəxs olaraq iddiaçının xidmət satın almaq, tapşırıq müqaviləsi bağlamaq hüquq var. Bu əqdlər etibarlı əqdlərdir, bu və va digər qaydada etibarsız hesab edilməmişdir. Qanunverciliyin tələbinə əsasən göstərilən xidmət müqavilələri yalnız məhkəmə qərarı ilə etibarsız hesab edilə bilər. Cavabdehin iddiaçının bağladığı əqdləri etibarsız, yalan əqd hesab etmək səlahiyyəti yoxdur. Ona görə də, hesab edilmişdir ki, Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Cavabdeh tərəfindən təqdim edilmiş etiraz onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubunda qoşma şəklində olan iddiaçının ərizəsində qeyd etdiyi gəlir və xərc sənədlərinin tam təqdim olunması və buna baxmayaraq, vergi orqanı tərəfindən haqsız olaraq nəzərə alınmaması və NK-nin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarına əsasən şərti rentabellik səviyyəsinin 20% götürülərək qanunsuz hesablanma iddiaları ilə razılaşmır, belə ki, yoxlama zamanı Baş İdarənin xx.xx.2021-ci il tarixli **********149184 nömrəli "Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" Tələbnaməsi çıxarılaraq xx.xx.2021-ci il tarixində əlbəəl qaydada təqdim olunmuşdur. Tələbnamədə qeyd olunan sənədlərin xx.xx.2021-ci il tarixinə kimi təqdim olunmalı olduğu bildirilmiş, lakin müəssisə tərəfindən sənədlər təqdim olunmadığı üçün xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli sənədlərin qismən təqdim olunması barədə Aktlarla rəsmiləşdirilərək vergi ödəyicisinə təqdim edilmişdir. Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********975600 nömrəli və xx.xx.2021-ci il tarixli **********056200 nömrəli “Səyyar vergi yoxlaması haqqında” məktubla müəssisəyə müraciət olunmuş və Tələbnamədə nəzərdə tutulan məlumatların dərhal təqdim edilməsi xahiş olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək vergi ödəyicisinə və Xətai rayon Məhkəməsinə təqdim edilmişdir. Xətai rayon Məhkəməsi tərəfindən 1000 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə xx.xx.2022-ci il tarixli Qərar çıxarılmışdır. NK-nin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarına əsasən şərti rentabellik səviyyəsinin 20% götürülərək hesablanmasının izahı isə isə səyyar vergi yoxlamasının mənfəət vergisi üzrə açıqlamasında verilmişdir. İddiaçının ərizəsində göstərdiyi xidmət müqaviləsi üzrə xidmətlər satın almasının vergi orqanı tərəfindən vergidən yayınma məqsədi kimi qəbul edilməsinin haqsız olması və bunun Mülki Məcəlləyə əsasən sərbəst əqd bağlamaq azadlığı ilə göstərməsi tamamilə əsassızdır. Belə ki, yoxlanılan dövrdə müəssisə daimi olaraq alış qaimələri əsasında fiziki şəxslərdən ştamplayıcı, sürücü, xadimə və s. kimi xidmətlər aldığı müəyyən olunmuşdur. Həmin fiziki şəxslərin müəssisənin fəaliyyətinə uyğun olaraq işləri həyata keçirdiyi və hər hansı digər vergi ödəyicilərinə xidmət göstərmədiyi, həm də müəyyən dövrlərdə müəssisə ilə əmək müqavilələrinin bağlandığı müəyyən olunmuşdur. Vergi ödəyicisi vergi üstünlüyü əldə etmək üçün ayrı-ayrı fiziki şəxslərlə xidmət müqavilələri bağlayaraq, vergidən yayınma sxemi yaratmışdır. Halbuki, qeyd edilən ayrı-ayrı fiziki şəxslər vergi ödəyicisinin əsas faəlıyyət sahəsinə aid işləri(xidmətləri) yerinə yetirmişdir. AR Əmək Məcəlləsinin 7.23.4-cü bəndinə əsasən, tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan belə münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Vergi Məcəlləsinin 23.1.6-1 maddəsində səyyar vergi yoxlamaları zamanı əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə faktiki iqtisadi göstərici əsas götürülməklə vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək və aşkar edilmiş vergidən yayınma sxemlərini dərc etmək vergi orqanının hüquqlarına aid edilmişdir. İddiaçının təsisçidən borc alması və bu borcun qaytarılmasının vergi orqanı tərəfindən ƏDV-nin azaldılması kimi arqumenti anlaşılan deyildir və bu barədə iddiaçı tərəfindən dəqiqləşmə verilə bilər. Bu hissədə bildirilmişdir ki, yoxlama zamanı təsisçi tərəfindən borc müqavilələrinə əsasən, müəssisəyə verilən borc məbləğlərinə ödəmə mənbəyində vergilərin hesablanmadığı müəyyən olunmuşdur. Yoxlanılan dövr ərzində təsisçiyə qaytarılan məbləğlər nəzərə alınmaqla dövrün əvvəlinə yəni xx.xx.2018-ci il tarixə təsisçinin borc məbləği 231 679,00 manat olmuşdur. VM-nin 110 və 123-cü maddələrinə müvafiq olaraq, təsisçinin borc məbləğlərinin dövrlər üzrə qalıq hissəsinə eyni dövrdə, eyni valyuta ilə, oxşar müddətdə verilmiş banklar arası orta kredit faizləri tətbiq etməklə yaranacaq gəlirlərindən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulmalıdır. Yoxlamanın nəticəsi olaraq, təsisçinin müəssisəyə verdiyi borc məbləğlərinin dövrlər üzrə qalıqlarına ümumilikdə 9480,03 manat ödəmə mənbəyində vergi hesablanmışdır. Bildirilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" xx.xx.2021-ci il tarixli **********149174 nömrəli Qərarına əsasən "xxxx" МММ-də (VÖEN: **********) növbəti səyyar vergi yoxlaması təyin edilmişdir (yoxlanılan dövr: xx.xx.2018xx.xx.2021). Yoxlama xx.xx.2022-ci il tarixli **********149566 nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmişdir. Yoxlama aktında yoxlanılan dövr üzrə vergi ödəyicisi tərəfindən vergilərin 629 578.67 manat (mənfəət vergisi 515 790.42 manat, ƏDV 125 834.23 manat, ödəmə mənbəyində tutulan vergi 12 157.68 manat) az hesablanması, 24 201.01 manat (ƏDV üzrə) və 2.65 manat (muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə) artıq hesablandığı qeyd edilmişdir (cəmi hesablama 629 578.67 manat vergi məbləği, 454 448.82 manat maliyyə sanksiyası). Səyyar vergi yoxlaması zamanı hesablamanın açıqlaması: Mənfəət vergisi üzrə: Müəssisənin təqdim etdiyi mənfəət vergisi bəyannamələrində göstərilmiş gəlir və xərclərin tərkibi araşdırılarkən gəlir və xərclərin tərkibində kənarlaşmalar müəyyən olunmuşdur. Belə ki, 2018-ci ildə müəssisənin ümumi gəlirləri 4 615 756.37 manat, gəlirdən çıxılan xərcləri 5 955 915.74 (o cümlədən: əmək haqqı 336 206.9 manat, sosial siğorta haqları 75 646.55 manat, malın dəyəri 3 177 739.32 manat, enerji xərci 60 165.78 manat, yanacaq xərci 45 207.22 manat, rabitə xərci 26 027.89 manat, bank xidmətləri üzrə xərclər 12 605.74 manat, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) 147 846.42 manat, borca görə faizlər 139 100.06 amortizasiya xərci 1 829 852.73 manat, nəqliyyat xərci 4 001.89 manat, siğorta üzrə xərclər 5 838.25 manat, gəlirdən çıxılan vergilər və yığımlar 95 676.99 manat) manat olmaqla hesabat dövünü 1340159.37 manat zərələ başa vurmuşdur. 2019-cu ildə ildə müəssisənin ümumi gəlirləri 6 103 420.54 manat, gəlirdən çıxılan xərcləri 7 131 896.14 (o cümlədən: əmək haqqı 721 842.47 manat, sosial siğorta haqları 98 343.01 manat, malın dəyəri 4 150 325.97 manat, icarə haqqı 3400.0 manat, enerji xərci 70 735.1 manat, qaz xərci 3500.86 manat, yanacaq xərci 51 478.87 manat, su və kanalizasiya xərcləri 3 896.61, rabitə xərci 25 720.16 manat, bank xidmətləri üzrə xərclər 28 429.73 manat, reklam xərcləri 42 658.16 manat, bilavasitə malların təqdim edilməsi(işlərin görülməsi, xidmətlərin göstərilməsi) 483 406.77 manat, borcə görə ödənilən faiz üzrə xərclər 206 507.79 manat, ümidsiz borclar 44 199.1 manat, amortizasiya xərci 1 257 240.96 manat, təmir xərci 8442.02 nəqliyyat xərci 2842.09 manat, siğorta üzrə xərclər 6 040.54 manat, digər xərclər 74 601.19 manat, gəlirdən çıxılan vergilər və yığımlar 17 198 manat) manat olmaqla hesabat dövrünü 1 028 475.6 manat zərərlə başa vurmuşdur. 2020-ci ildə ildə müəssisənin ümumi gəlirləri 3 964 533.9 manat, gəlirdən çıxılan xərcləri 4 242 079.99 (o cümlədən: əmək haqqı 721 842.47 manat, sosial siğorta haqları 125 734 15 manat, malın dəyəri 2 602 261.06 manat, icarə haqqı 3400,enerji xərci 64 823.44 manat, qaz xərci 4217.14 manat, yanacaq xərci 51945.83 manat, su və kanalizasiya xərcləri 3101.67, rabitə xərci 23745.74 manat, bank xidmətləri üzrə xərclər 38489.01 manat,reklam xərci 13 511.86, bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər 455 262.93 manat, borcə görə ödənilən faiz üzrə xərclər 78553.38 manat, nəqliyyat xərci 374.02 manat, siğorta üzrə xərclər 6340.24 manat, digər xərclər 47296.15 gəlirdən çıxılan vergilər və yığımlar 1180.9 manat) manat olmaqla hesabat dövrünü 277 546.09 manat zərərlə başa vurmuşdur. Hazırki yoxlama ilə mənfəət vergisi aşağıdakı qaydada hesablanmışdır: Yoxlama ilə Lokal Gəlirlər Baş idarəsi tərəfindən mənfəət vergisi bəyannamələri üzrə yoxlamaya sənədlər tam təqdim edilmədiyindən gəlirin əldə edilməsi ilə bağlı xərclərin müəyyən edilməsi mümkün olmamışdır.Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Müəssisəyə xx.xx.2021-ci il tarixli **********149184 nömrəli Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə təqdim edilmişdir. Sənədlər qismən təqdim edildiyi üçün "Sənədlərin qismən təqdim edilməsi barədə" aktlar tərtib edilərək vergi ödəyicisinə təqdim edilmişdir. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərin) uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı- vaxtında dəqiq uçotunu aparmağa borcludur. Vergi Məcəlləsinin 130.1.1-ci maddəsinə əsasən İqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydalarına əsasən istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri mühasibat uçotunun, gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin, o cümlədən əmtəə-material ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludurlar. Müəssisə tərəfindən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunun tələbri pozulmuşdur. Yoxlanılan dövrdə əmtəəmaterial ehtiyatlarının uçotu aparılmamış və yoxlama üçün digər zəruri sənədlər təqdim edilməmişdir. Anoloji vergi ödəyicisinin müəyyən edilməsi barədə xx.xx.2022-ci il tarixli **********833600 nömrəli xidməti məruzə ilə müvafiq struktura müraciət olnumuş və anoloji fəaliyyətlə məşğul olan oxşar vergi ödəyicisi müəyyən edilməməsi barədə xx.xx.2022-ci il tarixli **********096000 nömrəli xidməti məruzə ilə cavablandırılmışdır. Səyyar vergi yoxlaması üçün naməlum olan xərclərin Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatlardan tapılması mümkün olmadı. Vergi Məcəlləsinin 67.17-ci maddəsinə əsasən bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Müəssisənin dövriyyəsi Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən müəyyən edildi. Göstərilənləri nəzərə alaraq, müəssisənin 2018-ci il üzrə mənfəəti Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablandı: Burada: M1 - vergi ödəyicisinin mənfəəti, G1 - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir, R - şərti rentabellik normasıdır: Göründüyü kimi, yoxlama ilə müəssisənin 2018-ci il üzrə vergiyə cəlb edilən mənfəət 811 369.45 manat məbləğində hesablanmışdır. Yoxlama ilə müəssisənin ümumi gəlirləri 4 868 216.69 manat (Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına əsasən), vergiyə cəlb olunan mənfəəti 811 369.45 manat olmaqla 162 273.89 manat mənfəət vergisi hesablanmışdır. Müəssisənin 2019-cu il üzrə mənfəəti Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablandı: Burada: M1 - vergi ödəyicisinin mənfəəti, G1 - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir, R - şərti rentabellik normasıdır: : Göründüyü kimi, yoxlama ilə müəssisənin 2019-cu il üzrə vergiyə cəlb edilən mənfəəti 1 125 624.38 manat məbləğində hesablanmışdır. Yoxlama ilə müəssisənin ümumi gəlirləri 6 753 746.29 manat (Nazirlər Kabinetinin 2001- ci il 1 mart tarixli 55 nömrəli qərarına əsasən), vergiyə cəlb olunan mənfəəti 1 125 624.38 manat olmaqla 225 124.88 manat mənfəət vergisi hesablanmışdır. Müəssisənin 2020-ci il üzrə mənfəəti Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablandı: . Burada: M1 - vergi ödəyicisinin mənfəəti, G1 - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir, R - şərti rentabellik normasıdır: . Göründüyü kimi, yoxlama ilə müəssisənin 2020-ci il üzrə vergiyə cəlb edilən mənfəəti 641 958.27 manat məbləğində hesablanmışdır. Yoxlama ilə müəssisənin ümumi gəlirləri 3 851 749.61 manat və pandemiya ilə bağlı vergi ödəyicisinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı gəlir 113808.97 manat * olmuşdur. Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına əsasən, vergiyə cəlb olunan mənfəəti 641 958.27 manat olmaqla 128 391.65 manat mənfəət vergisi hesablanmışdır. Beləliklə, yoxlama ilə müəssisə tərəfindən mənfəət vergisinin 2018-ci il üzrə 162 273.89 manat, 2019-cu il üzrə 225 124.88 manat, 2020-ci il üzrə 128 391.65 manat, cəmi 515 790.42 manat azaldılması müəyyən edilmişdir. ƏDV üzrə: “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" Qərarla yoxlanılan dövr xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövrü əhatə etmişdir. Müəssisə xx.xx.2014-cü ildə ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəni aidiyyəti vergi orqanına təqdim etmiş və ƏDV ödəyicisinin qeydiyyat bildirişi almışdır. Bildiriş xx.xx.2001-ci ildən qüvvəyə minmişdir. Yoxlanılan dövr ərzində aşağıdakı hallar ödəyicinin fəaliyyətində aşkar olunmadı: - Malların haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə əməkhaqqı və digər ödənişlər əvəzinə verilməsi; - Barter əməliyyatları; - ƏDV ödəməklə əldə edilmiş və müvafiq əvəzləşdirmə aparılmış malların iş və xidmətlərin qeyri-kommersiya məqsədləri üçün, Vergi Məcəlləsinin 10-cu fəslində nəzərdə tutulmuş qaydada gəlirdən çıxılmayan xərclər və gəlirdən çıxılması məhdudlaşdırılan xərclərin normadan artıq hissəsi üçün habelə ƏDV-dən azad olan əməliyyatların həyata keçirilməsi üçün istifadə edilməsi; - Girov qoyulmuş əmlakın sahiblik hüququnun girovgötürənə keçməsi; - Borc öhdəliyi müqabilində əmlakın müsadirə edilməsi; - Hər hansı borc öhdəliyi əvəzinə malların təqdim edilməsi; - Vergi Məcəlləsinin 164.1.7-ci və 165.1. 2-ci maddələrinə əsasən ƏDV-nə cəlb edilməyən və ya sıfır (0) dərəcə ilə vergi tutulan əməlliyatlar çərçivəsində əldə edilən malların müəyyən olunmuş şərtləri pozmaqla digər məqsədlər üçün istifadə edilməsi; - Dəqiqləşdirilmiş vergi hesabfakturalarının alınması və təqdim edilməsi; - Qeyri-rezidentlərə ƏDV tutulmalı vəsaitin ödənilməsi; - Ödəyiciyə büdcədən ƏDV məbləğinin qaytarılması; - Digər şəxsin (vəkalət verən) agenti (vəkalət alan) olan şəxs tərəfindən malların göndərilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi; - Qanunvericiliyə müvafiq olaraq vergitutma obyekti hesab edilməyən əməliyyatların aparılması; Bəyannamələr vergi orqanına vaxtında təqdim edilmişdir. Müəssisə yoxlama ilə əhatə olunan dövr ərzində ƏDV ödəyicisi olmuş, təqdim edilmiş bəyannamələrə görə ƏDV hesablanmasında Vergi Məcəlləsinin 166-cı maddəsinin tələbləri pozulmuşdur. Belə ki, əlavə dəyər vergisinə cəlb edilən dövriyyə düzgün göstəriməməsı nəticəsində yoxlama dövrü üzrə ƏDV bəyannamələri üzrə 101.633.3 manat kənarlaşma müəyyən edilmişdir. ÖVM üzrə: Müəssisə yoxlama ilə əhatə olunan dövr ərzində ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmuş, təqdim edilmiş bəyannamələrə görə 2018-ci ilin 3-cü rübü üzrə bank hesabından beynəlxalq daşımalara görə əlavə 44579 manat ödəniş etmiş, lakin Ödəmə mənbəyində tutulan vergini hesablamamışdır. Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələrindən 6 faiz ÖMV tutulur. Beləliklə əlavə olaraq 44579*6%=2674.74 manat ödəmə mənbəyində tutulan vergi hesablandı. Yoxlama zamanı təsisçi tərəfindən borc müqavilələrinə əsasən müəssisəyə verilən borc məbləğlərinə ödəmə mənbəyində tutulan vergilərin hesablanmadığı müəyən edilmişdir. Eyni zamanda yoxlanılan dövr ərzində təsisçiyə qaytarılan məbləğlər nəzərə alınmaqla dövrün əvvəlinə, yəni xx.xx.2018ci il tarixə təsisçinin borc məbləği 231 679,00 manat olmuşdur. Vergi Məcəlləsinin 110-cu və 123-cü maddələrinə əsasən təsisçinin borc məbləğlərinin dövrlər üzrə qalıq hissələrinə eyni dövrdə, eyni valyuta ilə oxşar müddətə verilmiş banklar arası orta kredit faizləri tətbiq etməklə yaranacaq gəlirlərindən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulmalıdır. Yoxlamanın nəticəsi olaraq təsisçinin müəssisəyə verdiyi borc məbləğlərinin dövrlər üzrə qalıqlarına ümumilikdə 9480.03 manat ÖMV hesablanmışdır. Əlavə olaraq, bildirilmişdir ki, iddiaçı barəsində xx.xx.2022-ci il tarixli **********870800 nömrəli “Səyyar vergi yoxlamasının nəticələrinin göndərilməsi barədə” sənədlə Cinayət Məcəlləsinin 213-cü maddəsilə (Vergi ödəməkdən yayınma) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsində material icraata qəbul olunmuş və araşdırılma aparılır. Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-537/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli qərarı (hakim: G.Sevdimalıyeva) ilə iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 04 oktyabr 2022-ci il tarixli **********163040 nömrəli qərarı mənfəət vergisi və ona hesablanmış maliyyə sanksiyası; 2018-ci il üzrə ƏDV və ona hesablanmış maliyyə sanksiyası; ödəmə mənbəyində vergi və ona hesablanmış maliyyə sanksiyası hissəsində ləğv edilmişdir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-537/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli qərarının iddianın təmin olunmayan hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-537/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli qərarının iddianın təmin edilən hissəsində ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, vergi orqanı yoxlama aparılan dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən vergi tutulan əməliyyatın vaxtı ilə bağlı ödəyici tərəfindən yol verilmiş pozuntu nəticəsində əlavə vergi hesablamaqda azaldılmış məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsi 50 % maliyyə sanksiyası tətbiq etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 166-cı maddəsi vergi tutulan əməliyyatların vaxtını tənzimləyir. Belə ki, birinci instansiya məhkəməsi qərarında göstərir ki, (səhifə 23/27, axırıncı abzas) iddiaçı hesabatlarında əməliyyatın vaxtı ilə bağlı yol verilmiş yanlışlığı təkzib etməyərək bildirir ki, vergi orqanı ödəyici tərəfindən təqdim edilmiş aylıq ƏDV hesabatları üzrə kommunal vergi yoxlaması aparmaq imkanı olduğu halda müvafiq yoxlamanı aparmadığı üçün səyyar vergi yoxlaması ilə vergi hesablaması apara bilməzdi. İddiaçı ümumiyyətlə nə iddia tələbinin əsası kimi, nə də məhkəmədə verdiyi izahatlarda cavabdehin aylıq ƏDV hesabatları üzrə kommunal vergi yoxlaması aparmalı olduğunu və belə bir yoxlama aparmadığı üçün səyyar vergi yoxlaması ilə əlavə vergi hesablaya bilməməsi ilə bağlı fikir bildirməmişdir. Yoxlanılan dövr üzrə ümumi dövriyyədə ƏDV məbləği iddiaçı tərəfindən ödənilmişdir. Ekspertiza rəyi ilə də bu müəyyən olunub. Lakin birinci instansiya məhkəməsində hakim ekspertiza rəyini sübut kimi düzgün qiymətləndirməmişdir. Ekspertiza rəyinin ƏDV məbləğinə aid olan hissəsinə tənqidi yanaşmasını bildirsə də, öz nəticəsini düzgün əsaslandırmamışdır. Nəticə etibarı ilə, iddiaçı yoxlanılan dövr üçün ümumi dövriyyədən ƏDV ödədiyimiz halda məhkəmə qərarına əsasən həmin dövriyyədən təkrar ƏDV ödənişinə məruz qalır. Bu isə göstərilən normanın tələbinə əsasən vergi ödəyicisi kimi iddiaçının hüquqlarına və qanuni mənafeyinə ciddi ziyan vurur. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti etiraz ərizəsinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubunda qoşma şəklində olan iddiaçının ərizəsində qeyd etdiyi gəlir və xərc sənədlərinin tam təqdim olunması və buna baxmayaraq, vergi orqanı tərəfindən haqsız olaraq nəzərə alınmaması və NK-nin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarına əsasən şərti rentabellik səviyyəsinin 20% götürülərək qanunsuz hesablanma iddiaları ilə razılaşmır, belə ki, yoxlama zamanı Baş İdarənin xx.xx.2021-ci il tarixli **********149184 nömrəli "Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" Tələbnaməsi çıxarılaraq xx.xx.2021-ci il tarixində əlbəəl qaydada təqdim olunmuşdur. Tələbnamədə qeyd olunan sənədlərin xx.xx.2021-ci il tarixinə kimi təqdim olunmalı olduğu bildirilmiş, lakin müəssisə tərəfindən sənədlər təqdim olunmadığı üçün xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli sənədlərin qismən təqdim olunması barədə Aktlarla rəsmiləşdirilərək vergi ödəyicisinə təqdim edilmişdir. Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********975600 nömrəli və xx.xx.2021ci il tarixli **********056200 nömrəli “Səyyar vergi yoxlaması haqqında” məktubla müəssisəyə müraciət olunmuş və Tələbnamədə nəzərdə tutulan məlumatların dərhal təqdim edilməsi xahiş olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək vergi ödəyicisinə və Xətai rayon Məhkəməsinə təqdim edilmişdir. Xətai rayon Məhkəməsi tərəfindən 1000 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə xx.xx.2022-ci il tarixli Qərar çıxarılmışdır. NK-nin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarına əsasən şərti rentabellik səviyyəsinin 20% götürülərək hesablanmasının izahı isə isə səyyar vergi yoxlamasının mənfəət vergisi üzrə açıqlamasında verilmişdir. İddiaçının ərizəsində göstərdiyi xidmət müqaviləsi üzrə xidmətlər satın almasının vergi orqanı tərəfindən vergidən yayınma məqsədi kimi qəbul edilməsinin haqsız olması və bunun Mülki Məcəlləyə əsasən sərbəst əqd bağlamaq azadlığı ilə göstərməsi tamamilə əsassızdır. Belə ki, yoxlanılan dövrdə müəssisə daimi olaraq alış qaimələri əsasında fiziki şəxslərdən ştamplayıcı, sürücü, xadimə və s. kimi xidmətlər aldığı müəyyən olunmuşdur. Həmin fiziki şəxslərin müəssisənin fəaliyyətinə uyğun olaraq işləri həyata keçirdiyi və hər hansı digər vergi ödəyicilərinə xidmət göstərmədiyi, həm də müəyyən dövrlərdə müəssisə ilə əmək müqavilələrinin bağlandığı müəyyən olunmuşdur. Vergi ödəyicisi vergi üstünlüyü əldə etmək üçün ayrı-ayrı fiziki şəxslərlə xidmət müqavilələri bağlayaraq, vergidən yayınma sxemi yaratmışdır. Halbuki, qeyd edilən ayrı-ayrı fiziki şəxslər vergi ödəyicisinin əsas faəlıyyət sahəsinə aid işləri(xidmətləri) yerinə yetirmişdir. İddiaçının təsisçidən borc alması və bu borcun qaytarılmasının vergi orqanı tərəfindən ƏDV-nin azaldılması kimi arqumenti anlaşılan deyildir və bu barədə iddiaçı tərəfindən dəqiqləşmə verilə bilər. Bu hissədə bildirilmişdir ki, yoxlama zamanı təsisçi tərəfindən borc müqavilələrinə əsasən, müəssisəyə verilən borc məbləğlərinə ödəmə mənbəyində vergilərin hesablanmadığı müəyyən olunmuşdur. Yoxlanılan dövr ərzində təsisçiyə qaytarılan məbləğlər nəzərə alınmaqla dövrün əvvəlinə yəni xx.xx.2018-ci il tarixə təsisçinin borc məbləği 231 679,00 manat olmuşdur. VM-nin 110 və 123-cü maddələrinə müvafiq olaraq, təsisçinin borc məbləğlərinin dövrlər üzrə qalıq hissəsinə eyni dövrdə, eyni valyuta ilə, oxşar müddətdə verilmiş banklar arası orta kredit faizləri tətbiq etməklə yaranacaq gəlirlərindən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulmalıdır. Yoxlamanın nəticəsi olaraq, təsisçinin müəssisəyə verdiyi borc məbləğlərinin dövrlər üzrə qalıqlarına ümumilikdə 9480,03 manat ödəmə mənbəyində vergi hesablanmışdır. Bildirilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" xx.xx.2021-ci il tarixli **********149174 nömrəli Qərarına əsasən "xxxx" МММ-də (VÖEN: **********) növbəti səyyar vergi yoxlaması təyin edilmişdir (yoxlanılan dövr: xx.xx.2018xx.xx.2021). Yoxlama xx.xx.2022-ci il tarixli **********149566 nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmişdir. Yoxlama aktında yoxlanılan dövr üzrə vergi ödəyicisi tərəfindən vergilərin 629 578.67 manat (mənfəət vergisi 515 790.42 manat, ƏDV 125 834.23 manat, ödəmə mənbəyində tutulan vergi 12 157.68 manat) az hesablanması, 24 201.01 manat (ƏDV üzrə) və 2.65 manat (muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə) artıq hesablandığı qeyd edilmişdir (cəmi hesablama 629 578.67 manat vergi məbləği, 454 448.82 manat maliyyə sanksiyası). Yoxlama ilə Lokal Gəlirlər Baş idarəsi tərəfindən mənfəət vergisi bəyannamələri üzrə yoxlamaya sənədlər tam təqdim edilmədiyindən gəlirin əldə edilməsi ilə bağlı xərclərin müəyyən edilməsi mümkün olmamışdır.Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Müəssisəyə xx.xx.2021ci il tarixli **********149184 nömrəli Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə təqdim edilmişdir. Sənədlər qismən təqdim edildiyi üçün "Sənədlərin qismən təqdim edilməsi barədə" aktlar tərtib edilərək vergi ödəyicisinə təqdim edilmişdir. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərin) uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı- vaxtında dəqiq uçotunu aparmağa borcludur. Vergi Məcəlləsinin 130.1.1-ci maddəsinə əsasən İqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydalarına əsasən istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri mühasibat uçotunun, gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin, o cümlədən əmtəə-material ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludurlar. Müəssisə tərəfindən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunun tələbri pozulmuşdur. Yoxlanılan dövrdə əmtəə-material ehtiyatlarının uçotu aparılmamış və yoxlama üçün digər zəruri sənədlər təqdim edilməmişdir. Anoloji vergi ödəyicisinin müəyyən edilməsi barədə xx.xx.2022-ci il tarixli **********833600 nömrəli xidməti məruzə ilə müvafiq struktura müraciət olnumuş və anoloji fəaliyyətlə məşğul olan oxşar vergi ödəyicisi müəyyən edilməməsi barədə xx.xx.2022-ci il tarixli **********096000 nömrəli xidməti məruzə ilə cavablandırılmışdır. Səyyar vergi yoxlaması üçün naməlum olan xərclərin Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatlardan tapılması mümkün olmadı. Vergi Məcəlləsinin 67.17-ci maddəsinə əsasən bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Müəssisənin dövriyyəsi Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən müəyyən edildi. Göstərilənləri nəzərə alaraq, müəssisənin 2018-ci il üzrə mənfəəti Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablandı: Burada: M1 - vergi ödəyicisinin mənfəəti, G1 - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir, R - şərti rentabellik normasıdır: Göründüyü kimi, yoxlama ilə müəssisənin 2018-ci il üzrə vergiyə cəlb edilən mənfəət 811 369.45 manat məbləğində hesablanmışdır. Yoxlama ilə müəssisənin ümumi gəlirləri 4 868 216.69 manat (Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına əsasən), vergiyə cəlb olunan mənfəəti 811 369.45 manat olmaqla 162 273.89 manat mənfəət vergisi hesablanmışdır. Müəssisənin 2019-cu il üzrə mənfəəti Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablandı: Burada: M1 - vergi ödəyicisinin mənfəəti, G1 - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir, R - şərti rentabellik normasıdır: : Göründüyü kimi, yoxlama ilə müəssisənin 2019-cu il üzrə vergiyə cəlb edilən mənfəəti 1 125 624.38 manat məbləğində hesablanmışdır. Yoxlama ilə müəssisənin ümumi gəlirləri 6 753 746.29 manat (Nazirlər Kabinetinin 2001- ci il 1 mart tarixli 55 nömrəli qərarına əsasən), vergiyə cəlb olunan mənfəəti 1 125 624.38 manat olmaqla 225 124.88 manat mənfəət vergisi hesablanmışdır. Müəssisənin 2020-ci il üzrə mənfəəti Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablandı: . Burada: M1 - vergi ödəyicisinin mənfəəti, G1 - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir, R - şərti rentabellik normasıdır: . Göründüyü kimi, yoxlama ilə müəssisənin 2020-ci il üzrə vergiyə cəlb edilən mənfəəti 641 958.27 manat məbləğində hesablanmışdır. Yoxlama ilə müəssisənin ümumi gəlirləri 3 851 749.61 manat və pandemiya ilə bağlı vergi ödəyicisinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı gəlir 113808.97 manat * olmuşdur. Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına əsasən, vergiyə cəlb olunan mənfəəti 641 958.27 manat olmaqla 128 391.65 manat mənfəət vergisi hesablanmışdır. Beləliklə, yoxlama ilə müəssisə tərəfindən mənfəət vergisinin 2018-ci il üzrə 162 273.89 manat, 2019-cu il üzrə 225 124.88 manat, 2020-ci il üzrə 128 391.65 manat, cəmi 515 790.42 manat azaldılması müəyyən edilmişdir. ƏDV üzrə: “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" Qərarla yoxlanılan dövr xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövrü əhatə etmişdir. Müəssisə xx.xx.2014-cü ildə ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəni aidiyyəti vergi orqanına təqdim etmiş və ƏDV ödəyicisinin qeydiyyat bildirişi almışdır. Bildiriş xx.xx.2001-ci ildən qüvvəyə minmişdir. Yoxlanılan dövr ərzində aşağıdakı hallar ödəyicinin fəaliyyətində aşkar olunmadı: - Malların haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə əməkhaqqı və digər ödənişlər əvəzinə verilməsi; - Barter əməliyyatları; - ƏDV ödəməklə əldə edilmiş və müvafiq əvəzləşdirmə aparılmış malların iş və xidmətlərin qeyri-kommersiya məqsədləri üçün, Vergi Məcəlləsinin 10-cu fəslində nəzərdə tutulmuş qaydada gəlirdən çıxılmayan xərclər və gəlirdən çıxılması məhdudlaşdırılan xərclərin normadan artıq hissəsi üçün habelə ƏDV-dən azad olan əməliyyatların həyata keçirilməsi üçün istifadə edilməsi; - Girov qoyulmuş əmlakın sahiblik hüququnun girovgötürənə keçməsi; - Borc öhdəliyi müqabilində əmlakın müsadirə edilməsi; - Hər hansı borc öhdəliyi əvəzinə malların təqdim edilməsi; - Vergi Məcəlləsinin 164.1.7-ci və 165.1. 2-ci maddələrinə əsasən ƏDV-nə cəlb edilməyən və ya sıfır (0) dərəcə ilə vergi tutulan əməlliyatlar çərçivəsində əldə edilən malların müəyyən olunmuş şərtləri pozmaqla digər məqsədlər üçün istifadə edilməsi; - Dəqiqləşdirilmiş vergi hesabfakturalarının alınması və təqdim edilməsi; - Qeyri-rezidentlərə ƏDV tutulmalı vəsaitin ödənilməsi; - Ödəyiciyə büdcədən ƏDV məbləğinin qaytarılması; - Digər şəxsin (vəkalət verən) agenti (vəkalət alan) olan şəxs tərəfindən malların göndərilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi; - Qanunvericiliyə müvafiq olaraq vergitutma obyekti hesab edilməyən əməliyyatların aparılması; Bəyannamələr vergi orqanına vaxtında təqdim edilmişdir. Müəssisə yoxlama ilə əhatə olunan dövr ərzində ƏDV ödəyicisi olmuş, təqdim edilmiş bəyannamələrə görə ƏDV hesablanmasında Vergi Məcəlləsinin 166-cı maddəsinin tələbləri pozulmuşdur. Belə ki, əlavə dəyər vergisinə cəlb edilən dövriyyə düzgün göstəriməməsı nəticəsində yoxlama dövrü üzrə ƏDV bəyannamələri üzrə 101.633.3 manat kənarlaşma müəyyən edilmişdir. ÖVM üzrə: Müəssisə yoxlama ilə əhatə olunan dövr ərzində ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmuş, təqdim edilmiş bəyannamələrə görə 2018-ci ilin 3-cü rübü üzrə bank hesabından beynəlxalq daşımalara görə əlavə 44579 manat ödəniş etmiş, lakin Ödəmə mənbəyində tutulan vergini hesablamamışdır. Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələrindən 6 faiz ÖMV tutulur. Beləliklə əlavə olaraq 44579*6%=2674.74 manat ödəmə mənbəyində tutulan vergi hesablandı. Yoxlama zamanı təsisçi tərəfindən borc müqavilələrinə əsasən müəssisəyə verilən borc məbləğlərinə ödəmə mənbəyində tutulan vergilərin hesablanmadığı müəyən edilmişdir. Eyni zamanda yoxlanılan dövr ərzində təsisçiyə qaytarılan məbləğlər nəzərə alınmaqla dövrün əvvəlinə, yəni xx.xx.2018ci il tarixə təsisçinin borc məbləği 231 679,00 manat olmuşdur. Vergi Məcəlləsinin 110-cu və 123-cü maddələrinə əsasən təsisçinin borc məbləğlərinin dövrlər üzrə qalıq hissələrinə eyni dövrdə, eyni valyuta ilə oxşar müddətə verilmiş banklar arası orta kredit faizləri tətbiq etməklə yaranacaq gəlirlərindən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulmalıdır. Yoxlamanın nəticəsi olaraq təsisçinin müəssisəyə verdiyi borc məbləğlərinin dövrlər üzrə qalıqlarına ümumilikdə 9480.03 manat ÖMV hesablanmışdır. Əlavə olaraq, bildirilmişdir ki, iddiaçı barəsində xx.xx.2022-ci il tarixli **********870800 nömrəli “Səyyar vergi yoxlamasının nəticələrinin göndərilməsi barədə” sənədlə Cinayət Məcəlləsinin 213-cü maddəsilə (Vergi ödəməkdən yayınma) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsində material icraata qəbul olunmuş və araşdırılma aparılır. Vergi Məcəlləsinin 23-cü maddəsinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur. Vergi Məcəlləsinin 38.1-ci maddəsinə görə səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Mülki Prosessual Məcəlləsinin 76.1 -ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İddiaçı МММ (VÖEN: **********) iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, öz apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri olaraq iş yükünün çoxluğu göstərilmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayətlər birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçilərin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi qismən təmin edilmiş, həm iddiaçı tərəfindən iddia tələbinin təmin edilməyən hissəsinə münasibətdə qərardan apellyasiya şikayəti verilmiş, həm də cavabdeh tərəfindən iddianın təmin edilən hissəsində mübahisələndirilmişdir. Odur ki, apellyasiya baxışının predmetini məhkəmə qərarının tam qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir: iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə verilmiş, prosessual müddətə əməl edilməklə iddia qaldırılmış, xx.xx.2022-ci il tarixli inzibati akt xx.xx.2022-ci il tarixdə iddia ərizəsi verilməklə mübahisələndirilmişdir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də qismən əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 38-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. -67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. - 67.2-ci maddəsində göstərilmişdir ki, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. - 67.3-ci maddəsində təsbit edilmişdir ki, vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. - 67.4-cü maddəsində qeyd edilmişdir ki, vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. - 67.14-cü maddəsində təsbit edilmişdir ki, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. -175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.1.2. hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq. 175.1.3. vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə də, belə mallar, işlər və xidmətlər vergi ödəyicisinin kommersiya fəaliyyəti üçün istifadə edilməli olduqda və ya istifadə edildikdə bu Məcəllənin 175.1-ci, 175.1.1-ci və 175.1.2-ci maddələrinin müddəaları tətbiq olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -24.5-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. -47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 4.2.1-ci və 4.2.2-ci maddələrinə əsasən yoxlamalar qanunçuluq, ədalətlilik, obvektivlik, aşkarlıq və hesabatlılıq və sahibkarın təqsirsizlik prezumpsiyası prinsipləri əsasında aparılmalıdır. Vergi Məcəlləsinin 166-cı maddəsinin hazırda qüvvədə olan redaksiyası: 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən, nəzarət-kassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri istisna olmaqla digər fəaliyyət növləri üzrə nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin onun bank və digər ödəniş hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; -29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 166-cı maddənin mətni aşağıdakı redaksiyada verilmişdir (Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minmişdir): 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; əvvəlki redaksiyada deyilirdi: 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Bu Məcəllənin 166.1.1-ci və 166.1.2-ci maddələrində göstərilən müddətlərdən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat aşağıdakı vaxtlarda aparılmış sayılır: 166.1.1. Malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə malların göndərildiyi və ya təqdim edildiyi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi vaxtda; və yaxud; 166.1.2. malların göndərilməsi onların daşınmasını nəzərdə tutursa, ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə daşınmanın başlandığı vaxtda. Apellyasiya şikayətlərinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası ilk öncə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirir. İşin faktiki halları ondan ibarətdir ki, cavabdehin xx.xx.2022-ci il tarixli **********163040 nömrəli Qərarı ilə "Fayton LTD” MMC-də Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən (yoxlanılan dövr: xx.xx.2018-xx.xx.2021) növbəti səyyar vergi yoxlaması keçirilmiş və aparılmış yoxlamanın nəticəsi üzrə 05 avqust 2022-cü il tarixli “Səyyar vergi yoxlaması” Aktı tərtib edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli **********163040 nömrəli vergi ödəyicisinin məsuliyyətə cəlb ediməsi haqqında Qərarına əsasən iddiaçıya 629.578,67 manat əsas vergi borcunun və 454448.82 manat maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmışdır. Belə ki, Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərara əsasən İddiaçı MMM 2018-2021-ci illər üzrə mənfəət vergisi, əlavə dəyər vergisi, ödəmə mənbəyində vergini ödəməkdən yayınmağa görə məsuliyyətə cəlb edilmişdir. -Mənfəət vergisi üzrə Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən şərti rentabellik tətbiq edilməklə 2018-ci il üzrə 162.273,89 manat əlavə hesablama aparılmaqla 81.136,95 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2019-cu il üzrə 225.124,88 manat əlavə hesablama aparılmaqla 112.562,44 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2020-ci il üzrə 128.391,65 manat əlavə hesablama aparılmaqla 64.195,83 manat maliyyə sanksiyası tətbiq edilmişdir. -Əlavə dəyər vergisi üzrə Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən aylar üzrə dövriyyənin düzgün göstərilməməsi səbəbindən 2018-ci il üzrə 37.076,63 manat əlavə hesablama aparılmaqla 18.538,32 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2019-cu il üzrə 63.930,61 manat əlavə hesablama aparılmaqla azaldılmış məbləğə uyğun (318.829,86 manat) 159.414,93 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2020-ci il üzrə azaldılmış məbləğə uyğun (216 manat) 108 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2021-ci il üzrə 24826,99 manat əlavə hesablama aparılmaqla 12.413,50 manat maliyyə sanksiyası tətbiq edilmişdir. -Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə 2018-ci il üzrə 2.90 manat azaldılma müəyyən edilərək 1.45 manat maliyyə sanksiyası tətbiq edilmişdir. -Ödəmə mənbəyində tutulan vergi üzrə 2018-ci il üçün 4140.96 manat azaldılma müəyyən edilərək 2070.48 manat maliyyə sanksiyası olmaqla, 2019-cu il üçün 2557.29 manat azaldılma müəyyən edilərək 1278.65 manat maliyyə sanksiyası olmaqla, 2020-ci il üçün 3205.14 manat azaldılma müəyyən edilərək 1602.57 manat maliyyə sanksiyası olmaqla, 2021-ci il üçün 2252.39 manat azaldılma müəyyən edilərək 1125.70 manat maliyyə sanksiyası olmaqla, cəmi 6077.40 manat maliyyə sanksiyası tətbiq edilmişdir. ÖMV üzrə təqdim edilmiş bəyannamələrə görə 2018-ci ilin 3-cü rübü üzrə bank hesabından beynəlxalq daşımalara görə əlavə 44579 manat ödəniş etmiş, lakin Ödəmə mənbəyində tutulan vergini hesablamamışdır. Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələrindən 6 faiz ÖMV tutulur. Beləliklə əlavə olaraq 44579*6%=2674.74 manat ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Yoxlama zamanı təsisçi tərəfindən borc müqavilələrinə əsasən müəssisəyə verilən borc məbləğlərinə ödəmə mənbəyində tutulan vergilərin hesablanmadığı müəyən edilmişdir. Eyni zamanda yoxlanılan dövr ərzində təsisçiyə qaytarılan məbləğlər nəzərə alınmaqla dövrün əvvəlinə, yəni xx.xx.2018-ci il tarixə təsisçinin borc məbləği 231 679,00 manat olmuşdur. Vergi Məcəlləsinin 110-cu və 123-cü maddələrinə əsasən təsisçinin borc məbləğlərinin dövrlər üzrə qalıq hissələrinə eyni dövrdə, eyni valyuta ilə oxşar müddətə verilmiş banklar arası orta kredit faizləri tətbiq etməklə yaranacaq gəlirlərindən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulmalıdır. Yoxlamanın nəticəsi olaraq təsisçinin müəssisəyə verdiyi borc məbləğlərinin dövrlər üzrə qalıqlarına ÖMV hesablanmışdır. İddiaçı hazırki tələbində qeyd olunan qərarın ləğv edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi qismən təmin edilərək mübahisələndirilən qərar qismən mənfəət vergisi və ona hesablanmış maliyyə sanksiyası, 2018-ci il üzrə ƏDV və ona hesablanmış maliyyə sanksiyası; ödəmə mənbəyində vergi və ona hesablanmış maliyyə sanksiyası hissəsində ləğv edilmişdir. İşin birinci instansiya məhkəməsi tərəfindən araşdırması zamanı məhkəmə qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023 cü il tarixli 9/5587 nömrəli ekspert rəyinə əsasən: Birinci, ikinci və üçüncü suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə İddiaçı МММ tərəfindən aparılmış əməliyyatlara görə 25.284,51 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən edilir, o cümlədən:-- ƏDVüzrə------------------------------------------— 13.130,51 manat; ÖMVüzrə-------------------------------------------- 12.154,00 manat. Dördüncü, on birinci suallar üzrə: Hazırkı tədqiqatla təqdim olunmuş iş materiallarında İddiaçı MMM-nin (VÖEN **********) xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan fəaliyyət dövrünə aid elektron vergi hesab-fakturaları, elektron-qaimə, yük gömrük bəyannamələri, invoys sənədləri, uçot məlumatları və s. öz əksini tapmışdır. Həmin sənədlər qanunvericiliklə qoyulan tələblərə, o cümlədən, ciddi hesabat sənədlərinin forması və rekvizitləri baxımından tam cavab verir. Bu səbəbdən iddiaçının gəlirin əldə edilməsi ilə bağlı hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır və həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması iddiaçının tətbiq etdiyi hesablama metodunun tələblərinə uyğundur. On ikinci sual üzrə: İş materiallarından göründüyü kimi, müəssisə yoxlama ilə əhatə olunan dövr ərzində Ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmuş, təqdim edilmiş bəyannamələrə görə 2018-ci ilin 3-cü rübü üzrə bank hesabından beynəlxalq daşımalara görə əlavə 44.579,00 manat ödəniş etmiş, lakin ödəmə mənbəyində tutulan vergini hesablamamışdır. Vergi Məcəlləsinin 125.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələrindən 6 faiz ÖMV tutulur. Eyni zamanda iş materiallarından göründüyü kimi, səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə təsisçiyə qaytarılan məbləğlər nəzərə alınmaqla dövrün əvvəlinə, yəni xx.xx.2018-ci il tarixə təsisçinin borc məbləği 231.679,00 manat olmuşdur. Vergi Məcəlləsinin 110-cu və 123-cü maddələrinə əsasən təsisçinin borc məbləğlərinin dövrlər üzrə qalıq hissələrinə eyni dövrdə, eyni valyuta ilə oxşar müddətə verilmiş banklar arası orta kredit faizləri tətbiq etməklə yaranacaq gəlirlərindən ödəmə mənbəyində 10 % dərəcə ilə vergi tutulmalıdır. Göstərilənlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə 12.154,00 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması müəyyən olunur. Məhkəmə kollegiyası ilk öncə vergiyə cəlb edilən dövrə münasibətdə qeyd edir ki, Vergi Məcəlləsindən 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, həmin 3 illik müddətin səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə etməsinə dair müddəa xx.xx.2020-ci ildən qüvvəyə mindiyindən vergi orqanı həmin normanı vergi ödəyicisinin vəziyyətini ağırlaşdıran şəkildə tətbiq edə bilməz. İddiaçı MMC üzrə (növbəti) səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara əsasən yoxlama ilə əhatə olunan vergi dövrü xx.xx.2018-xx.xx.2021-ci illərdir. Vergi məsuliyyətinə cəlb edilmə haqqında qərar 2022-ci il tarixlidir, odur ki, əlavə araşdırma aparmadan məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanı 2018-ci il üçün (3 ildən əvvəlki dövr) əlavə hesablama apara və həmin məbləğə maliyyə sanksiyası tətbiq edə bilməz. Cavabdeh inzibati orqan hesablanmış mənfəət vergisinə münasibətdə apellyasiya şikayətində qeyd etmişdir ki, Vergi ödəyicisi tərəfindən xərc sənədlərini (o cümlədən malmaterialın hərəkət cədvəli, malmaterialların sərfiyyatı cədvəlləri, mal-materialların daxili hərəkət qaimələri, smeta sənədləri və s.) yoxlamaya təqdim edilmədiyi üçün mənfəət vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli (əlavə və dəyişikliklər 4 aprel 2003-cü il tarixli 42 saylı) Qərarına əsasən əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək müəssisənin əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti hesablanmışdır. Hazırki işin hallarından isə görünür ki, cavabdeh iddiaçı barəsində hesablamanın məhz şərti rentabellik normasının tətbiq edilməli olma zərurliyini əsaslandıra bilməmişdir. Mübahisələndirilən inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinin sistemli təhlili o nəticəyə gəlməyə əsas verir ki, yalnız vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olmadığı halda, Nazirlər Kabinetinin 55 saylı Qərarı ilə müəyyən edilmiş şərti rentabellik norması tətbiq olunur. Yəni, ödənilməli olan verginin məbləğini şərti rentabellik əsasında hesablamış vergi organı, 67.1.1-67.1.9-cu maddələrində sadalanmış əlaqəli məlumatlardan istifadə etməklə vergini hesablamaq mümkün olmadığını sübut etməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilini əsassız hesab edərək qeyd edir ki, cavabdeh vergi orqanı birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsini tətbiq etməklə kobud qanun pozuntusuna yol vermişdir. Belə ki, qanunvericilik normaların tələblərindən görünür ki, qanunvericilik vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəbdən mümkün olmadığı halda ilkin olaraq VM-nin 67.1-ci maddəsində qeyd olunan əlaqəli məlumatlar əsasında, bu mümkün olmadıqda analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin uçot və hesabat məlumatları əsasında, bu da mümkün olmadığı halda isə VM-nin 67.14-cü maddəsinə əsasən şərti rentabellik normasını tətbiq etməklə vergilərin hesablanmasını təsbit etmişdir. Başqa sözlə desək, qanunvericilik sözügedən maddədə yalnız qeyd olunan ardıcılığa əməl etdikdən sonra VM-nin 67.14-cü maddəsinə əsasən şərti rentabellik norması əsasında vergilərin hesablanmasını mümkün etmişdir. Başqa sözlə desək, vergi orqanı 67-ci maddəsinin tələblərini düzgün tətbiq etməmiş, qanunla nəzərdə tutulmuş meyarlardan kənara çıxaraq və formal bəhanə gətirərək əsassız və qanunsuz olaraq analoji vergi ödəyicilərin məlumatlarından istifadə etməmişdir ki, bununla da VM-nin 67-ci maddəsində nəzərdə tutulmuş ardıcılığa əməl etməmiş və kobud qanun pozuntusuna yol vermişdir. Eyni zamanda, diqqətə çatdırılır ki, oxşar ilər üzrə məhkəmələrdə baxılan vergi mübahisələri zamanı VM-nin 67-ci maddəsinin tətbiqinə dair hüquqi qiymət verilmiş və hazırda bununla bağlı Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi belə formalaşmışdır. Oxşar iş üzrə AR Ali Məhkəməsinin 2-1(102)-2643/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Hazırkı iş üzrə Vergi Məcəlləsinin 67-ci maddəsini tətbiq etməli olan cavabdeh bundan imtina etmişdir. Həmin normada təsbit olunmuş əlaqəli məlumatlardan və ya analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə iddiaçının ödəməli olduğu mənfəət (gəlir) vergisinin müəyyən olunması inzibati orqanın vəzifəsidir. Vergi Məcəlləsinin 67-ci maddəsinin mahiyyətinə görə, vergi orqanı ödənilməli olan verginin məbləğini hesablayarkən hər bir halda əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməli və ya şərti rentabellik normasını tətbiq etməlidir.”. Həmçinin oxşar iş üzrə AR Ali Məhkəməsinin 2-1(102)-22/2022 saylı, 12 yanvar 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Beləliklə, vergi orqanı tərəfindən iddiaçıya mənfəət vergisi Vergi Məcəlləsinin 67-ci maddəsi ilə müəyyən olunmuş qaydalara əsasən deyil, birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Halbuki Vergi Məcəlləsinin 83.9-cu maddəsi və Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı əsasında vergini hesablamadan əvvəl, ödənilməli olan verginin məbləğini hesablamaq üçün Vergi Məcəlləsinin 67-ci maddəsində nəzər tutulmuş qaydalara uyğun olaraq əlaqəli məlumatlara, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına və sairə istinad olunmalı idi. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Cavabdeh iddiaçının fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan müəssisənin mövcud olub-olmamasını, əlaqəli məlumatların mövcudluğunu və sair halları araşdırmamış və əlavə vergini hesablarkən həmin məlumatlardan istifadə imkanından yararlanmamışdır. Halbuki, mütənasiblik prinsipinin tələbləri baxımından yalnız 67-ci maddədə nəzərdə tutulmuş qaydanın tətbiqi imkanları tükəndikdən sonra Vergi Məcəlləsinin 83.9-cu maddəsi və Nazirlər Kabinetinin 01 mart 2001- ci il tarixli, 55 nömrəli Qərarı tətbiq oluna bilərdi. Göründüyü kimi, vergilərin hesablanması ilə bağlı yuxarıda istinad olunan normaların tələblərinə riayət edilməmişdir. Həmçinin Vergi Məcəlləsinin 3.8-ci və 36.2-ci maddələrinin tələblərinə cavabdeh tərəfindən əməl olunmamışdır.” Cavabdeh mövqeyi ondan ibarət olmuşdur ki, mübahisələndirilən qərarın qəbul edildiyi tarixdə Vergi Məcəlləsinin qüvvədə olan redaksiyasına görə (Vergi Məcəlləsinin 67.17-ci maddəsi) bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Xüsusilə qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin 67.17-ci maddəsi prosedur xarakterli norma olmaqla yanaşı, həmin normanın tətbiqi müstəsna olaraq vergi orqanlarının səlahiyyətindədir. Məlum olduğu kimi prosedur xarakterli məsələlərə münasibətdə məhz tətbiq edildiyi zaman qüvvədə olan hüquq norması tətbiq olunur. Başqa sözlə, hazırkı iş üzrə mübahisə predmetini təşkil edən səyyar vergi yoxlamasının həyata keçirildiyi dövrdə Vergi Məcəlləsinin 67.17-ci maddəsi mövcud olduğu üçün həmin maddənin tətbiqi tam qanunauyğun olmuşdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2021-ci il 406-VİQD nömrəli Qanuna əsasən Vergi Məcəlləsinə edilən və xx.xx.2022-ci il tarixdən qüvvəyə minən dəyişikliklərdən biri də, məhz bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələrin bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilməsi olmuşdur ki, bu hal da bir daha əvvəlki, yəni xx.xx.2022-ci il tarixədək olan vergi qanunvericiliyinin tələblərinə görə VM-nin 67 maddəsinin normalarının sıra ardıcılığı ilə tətbiq edilməli olmasını təsdiq etmişdir. Göstərilən qanuna yeni dəyişiklik 1 yanvar 2022-ci il tarixindən qüvvəyə mindiyindən və hazırda yoxlama ilə yoxlanılan dövr 2018-2021-ci illəri əhatə etdiyi üçün əvvəlki dövrlərə, yəni mübahisələndirilən məsələyə tətbiq edilə bilməz. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd edilən ödəmə mənbəyində tutulan vergiyə və ona hesablanan maliyyə sanksiyasına dair dəlillərinə münasibətdə qeyd edir ki, əvvəla yuxarıda da qeyd edildiyi kimi inzibati orqan 2018-ci il üzrə hesablamanı aparmağa səlahiyyətli olmamışdır (vergi hesablanan dövr 3 ildən əvvəlki dövrü əhatə etdiyi üçün). Digər illərə (2019, 2020 və 2021-ci illər) münasibətdə məhkəmə kollegiyası aşağıdakıları diqqətə çatdırır. Göründüyü kimi, yoxlamanın nəticəsinə görə cavabdeh vergi orqanı təsisçinin iddiaçıya yoxlanılan dövr ərzində verdiyi borclara faiz gəlirləri və həmin faiz gəlirlərə vergilər hesablamışdır. Qeyd edilənlərə hüquqi əsas kimi Vergi Məcəlləsinin 123-cü maddəsinə istinad edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanının qeyd olunan mövqeyi vergi qanunvericiliyinin tələblərinə uyğun olmamışdır. Belə ki, AR Vergi Məcəlləsinin 123.1-ci maddəsində təsbit edilmişdir ki, rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Sözügedən normadan da görünür ki, vergi ödəyicisi tərəfindən məhz ödənilən faizlərdən ödəniş mənbəyində 10% dərəcə ilə vergi tutulmalıdır. İş üzrə mövcud olan sənədlərdən görünür ki, iddiaçının təsisçisi iddiaçıya borc verərkən həmin borcun qaytarılmasını hər hansı faizlə şərtləndirməmiş, borcu iddiaçıya maddi dəstək üçün vermiş və verdiyi borclara görə iddiaçı ümumiyyətlə hər hansı məbləğdə faizlər ödəməmişdir. Belə ki, Vergi Məcəlləsinin 5-ci maddəsinin adından belə görünür ki, həmin verginin tutulması üçün ilk öncə vergitutma obyekti, yəni ödəniş olmalı, həmin ödəniş mövcud olduğu halda vergi qanunvericiliyinə əsasən ondan vergi tutulmalıdır. Yoxlama zamanı cavabdeh vergi orqanı iddiaçının təsisçisinin verdiyi borca görə iddiaçı tərəfindən hər hansı məbləğdə faizlərin ödənilməsi faktı öz təsdiqini tapmamış, vergi orqanın faiz ödənişləri ilə bağlı hər hansı sübut və dəlilləri mövcud olmamış və həmin ödənişlərin olması yalnız formal mülahizələrə və ehtimallara əsaslanmışdır. Belə olan halda, faiz gəlirləri mövcud olmadığı təqdirdə ehtimallar əsasında ödəmə mənbəyində vergilərin hesablanması vergi qanunvericiliyinin tələblərinə ziddir. Məhkəmə kollegiyası borc münasibətləri vergi qanunvericiliyində nəzərdə tutulmadığı üçün mülki qanunvericiliyinin bəzi normalarını qeyd etməyi zəruri hesab edir. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsaəsn borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən anunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Eyni Məcəllənin 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Həmin Məcəllənin 740.10-ci maddəsinə görə gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs tərəfindən həyata keçirilə bilər. Mülki Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Qeyd olunan normalardan da görünür ki, borc müqaviləsi faizlərin verilməsi ilə şərtlənirsə, faiz məbləği tərəflərin razılığı ilə müqavilədə nəzərə tutulmalıdır. Əgər borc verən gəlir əldə etmək məqsədi ilə müntəzam olaraq, habelə bir çox subyektlərə pul vəsaitlərin borc verilməsini istəyirsə, bu halda yalnız kreditlərin verilməsi fəaliyyətini həyata keçirməsi hüququna malik olan şəxs (misal olaraq bank, kredit təşkilatı və s.) olmalıdır. Hazırkı halda isə, iddiaçının təsisçisi ilə iddiaçı arasında bağlanmış borc müqavilələrində faizlərin ödənilməsi şərtləri mövcud olmamış, eyni zamanda borc verən təsisçi isə kreditlərin verilməsi fəaliyyətinin həyata keçirməsi hüququna malik olan şəxs olmamışdır. Bu səbəbdən də yoxlama ilə vergi orqanı tərərindən təsisçiyə iddiaçı tərəfindən qaytarılan borc məbləğlərinə görə faizlər hesablanaraq həmin faizlərə görə də ÖMV üzrə vergilərin hesablanması da qanunsuz və əsassızdır. Oxşar iş üzrə AR Ali Məhkəməsinin 2-1(102)-1914/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında da qeyd edilmişdir ki, “42. Nəzərə almaq lazımdır ki, iddiaçı borc vermişdir və bu maliyyə vəsaitinin yaranma mənbəyi iddiaçının öz təsisçisindən aldığı borcdur. Yəni, təsisçi fiziki şəxs öz müəssisəsinə (iddiaçıya) borc vermiş, iddiaçı isə həmin vəsaiti özünün də təsisçisi olduğu digər müəssisəyə ("xxxx" MMC-yə) yenidən borc olaraq vermişdir. Qeyd olunan əməliyyatları təsdiq edən müqavilələr iş üzrə materiallarda mövcuddur. Göründüyü kimi, iddiaçı borc təqdim edəndir və bu əməliyyat üzərindən onun hər hansı gəliri formalaşmamışdır. Müqavilələrdə iddiaçının borcu faizlə verdiyi nəzərdə tutulmamışdır və borcun verilməsi hər hansı faizlə şərtləndirilməmişdir. Yalnız iddiaçının borcu faizlə verdiyi və borc verilən məbləğin geri qaytarıldığı təqdirdə, iddiaçının faizlərdən gəliri formalaşa və ya yarana bilərdi. Hazırki mübahisəyə münasibətdə isə müqavilələrdə belə şərt təsbit edilməmişdir və bu hal Mülki Məcəllənin 390-cı və 739.2-ci maddələrinin borc münasibətlərinin rəsmiləşdirildiyi dövrdə qüvvədə olan redaksiyasının tələblərinə uyğundur. MM-nin 739.2-ci maddəsinin 2-ci cümləsinə əsasən (xx.xx.2023-cü il tarixdən borc fəsli yeni redaksiyada verilmişdir), müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Hazırki iş üzrə materiallardan iddiaçının belə fəaliyyətlə məşğul olan şəxs olduğu görünmür. Bu baxımdan iddiaçının borcu faizsiz verdiyi, onun hər hansı gəlirinin formalaşmadığı qəbul olunmalıdır.”. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə də razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi ƏDV ilə bağlı hissədə də qanuni və əsaslı nəticəyə gəlmişdir. Vergi orqanı yoxlama aparılan dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən vergi tutulan əməliyyatın vaxtı ilə bağlı ödəyici tərəfindən yol verilmiş pozuntu nəticəsində (dövriyyənin aylar üzrə düzgün göstərilməməsi) əlavə vergi hesablamaqda və azaldılmış məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50% maliyyə sanksiyası tətbiq etməkdə haqlı olmuşdur. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Müəssisə yoxlama ilə əhatə olunan dövr ərzində ƏDV ödəyicisi olmuş, təqdim edilmiş bəyannamələr görə ƏDV hesablanmasında Vergi Məcəlləsinin 166-cı maddəsinin tələbləri pozulmuşdur. Belə ki, əlavə dəyər vergisinə cəlb edilən dövriyyə düzgün göstərilməmiş, nəticəsində yoxlama dövrünün ƏDV bəyannamələri üzrə 101633.3 manat kənarlaşma müəyyən edilmişdir. Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən aylar üzrə dövriyyələri düzgün göstərilməməsi səbəbindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1ci maddəsinə əsasən 190474.75 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İş üzrə birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası rəyinin tədqiqat hissəsində göstərilmişdir ki, iş materiallarında olan sənədlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə İddiaçı МММ tərəfindən aparılmış əməliyyatlara görə 25.284,51 (ƏDV üzrə - 13.130,51 manat; - ÖMV üzrə - 12.154,00 manat. ) manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən edilmişdir. ƏDV üzrə vergi hesablanmasının əsası vergi tutulan əməliyyatın vaxtının ödəyici tərəfindən (aylar üzrə) düzgün müəyyən edilməməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, birinci instansiya məhkəməsi ƏDV dövriyyəsi ilə bağlı ekspert rəyi ilə müəyyən edilmiş nəticəyə tənqidi yanaşması qanuni olmuşdur. Belə ki, ƏDV tutulan dövriyyəsi 3 illik dövr üzrə cəm olaraq nəzərə alınmış, bu isə Vergi Məcəlləsinin 166-cı, 170 və 175-ci maddələrinin məqsədlərinə uyğun deyildir. Məhkəmə kollegiyası rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88- ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Yoxlama dövründə ƏDV üzrə əlavə hesablama və tətbiq edilən maliyyə sanksiyası ödəyici tərəfindən təqdim edilən hesabatlarda həmin dövrlərdə Vergi Məcəlləsinin 166.1-ci maddəsinin qüvvədə olan redaksiyasına əsasən vergi tutulan əməliyyatın vaxtı ilə bağlı yanlışlığa yol verilməsi olmuşdur. İddiaçı hesabatlarında əməliyyatın vaxtı ilə bağlı yol verilmiş yanlışlığı təkzib etməyərək bildirir ki, vergi orqanı ödəyici tərəfindən təqdim edilmiş aylıq ƏDV hesabatları üzrə kameral vergi yoxlaması aparmaq imkanı olduğu halda müvafiq yoxlamanı aparmadığı səyyar vergi yoxlaması ilə əlavə vergi hesablaması apara bilməz. Odur ki, 166.1-ci maddənin xx.xx.2020-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Cavabdeh tərəfindən 2018-2019-cu illər üzrə (xx.xx.2018-xx.xx.2019) detallı şəkildə malın, işin və xidmətin alınmasını (satılmasını) təsdiq edən sənədin tarixi, malın dəyəri, ƏDV-si, elektron vergi hesab fakturasının tarixi, malın dəyəri, ƏDV-si, ödəniş sənədinin tarixi, məbləği, ƏDV-nin depozit hesabı üzrə əməliyyatların (mədaxil və məxaric) tarixi, məbləği və səyyar vergi yoxlaması nəticəsində vergi tutulan əməliyyatın müəyyən edilən tarixi barədə izahlı cədvəl təqdim edilmişdir. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, cavabdeh 2018-ci il üzrə hesablamanı aparmağa səlahiyyətli olmamışdır (yuxarıda qeyd edildiyi kimi 3 ildən əvvəlki dövrü əhatə etdiyi üçün) Qeyd edilən normanın cavabdeh tərəfindən tətbiqi nəticəsində iddiaçının hüquq məsuliyyətinin yaranması şübhəsizdir (dövriyyənin (vergi tutulan əməliyyatın vaxtını) aylar üzrə düzgün göstərilməməsi). Lakin 2019-cu il üzrə aparılmış hesablama əsaslı olmaqla Vergi Məcəlləsinin 166.1-ci maddəsinin həmin dövrdə qüvvədə olan redaksiyasına uyğun tətbiq edilmişdir. 2020-2021-ci illərə münasibətdə də hesablamanın əsası ödəyici tərəfindən idxal olunan mallar üzrə ƏDV dövriyyəsinin (vergi tutulan əməliyyatın vaxtının) Vergi Məcəlləsinin 170 və 175-ci maddələrinə uyğun olaraq düzgün göstərilməməsi ilə bağlı olmuşdur. Belə ki, malların idxal edilməsi vaxtı gömrük rüsumları tutulduğu vaxt kimi nəzərə alınmalı və əvəzləşdirilən ƏDV-nin vaxtı gömrük rüsumunun ödənildiyi tarixdən hesablanmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175-ci maddəsində, yəni büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV barədə qeyd olunanlarla bağlı onu da diqqətə çatdırır ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Vergi orqanı tərəfindən 2020-ci il, 2021-ci il və 2022-ci il üzrə alışların təqdimedilməsi ilə bağlı sənədlərin (təhvil-təslim aktı, forma 2, forma 3, elektron qaimə faktura və s.) yoxlamaya təqdim edilmədiyi əsas gətirilərək alınmış iş və xidmətlərə görə ƏDV əvəzləşdirilməsininın ləğv edilməsi qeyd edilən VM tələblərində nəzərdə tutulmamışdır. Məcəllənin tələblərinə əsasən vergi ödəyicisinin əvəzləşdirilməsinin ləğvi onun təqdim etdiyi malların dəyəri tam ödənilmədikdə deyil, alınmış elektron qaimə faktura üzrə malların (iş, xidmətlərin) dəyərinin və onlara mütənasib ƏDV məbləğinin tam ödənilmədiyi hallarda olur. Lakin iş üzrə araşdırma zamanı müəyyən edilir ki, vergi orqanı tərəfindən 2019,2020,2021-ci illər üzrə alışların təqdim edilməsi ilə bağlı sənədlərin yoxlamaya təqdim edilməməsi əsas gətirilərək alınmış iş və xidmətlərə görə ƏDV əvəzləşdirilmələri ləğv edilmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün, gəldiyi nəticə işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. Cavabdehin və iddiaçının apellyasiya şikayətlərində irəli sürdüyü dəlillər formal xarakterli olmaqla qərarın ləğvi üçün əsas vermir. Bu səbəbdən şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-537/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Günel Abbasova
Məhkəmə qərarları › İş №2-1(103)-413/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-413/2025
04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver