Məhkəmə qərarları › İş №2-1(103)-4130/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4130/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4130/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı (zəruri cəlbetmə qaydasında üçüncü şəxs X6) “üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələbinə dair” iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12761/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İ. İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanından X2 qeydiyyatının qanunsuz olduğu üçün etibarsız sayılması barədə qərar qəbul edilməsi və həmin qərarın icrasının cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını məhkəmdən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, uzun illər həyat yoldaşı ilə birlikdə yaşadığı ünvan 1 ünvanda rəsmi qeydiyatda olmaqla, yaşayır. Rusiyada yaşayan oğlunun arvadı, onun xəbəri olmadan hansı qaydada istifadəsində olan ünvan 2 ünvana qeydiyata alınmışdır. İddiaçının və digər ailə üzvlərinin razılığı alınmadan cavabdeh Xətai rayon Polis İdarəsi tərəfindən qanunsuzluğa yol verilərək X4 iddiaçının istifadəsində olan ünvan 1 ünvana pasport qeydiyatına almışdır və bunun da nəticəsində onun və qeydiytatda olan digər ailə üzvlərinin sərancam vermək hüquqları pozulmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12761/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini, K.Şirinovanın ünvan 1 ünvanda qeydiyyatının etibarsız sayılması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandıraraq qeyd etmişdir ki, məhkəmənin qərardadı ədalətsiz və qanunsuzdur. Belə ki, Xətai rayon Polis İdarəsi tərəfindən onun razılığı olmadan istifadəsində olan mənzilə onun keçmiş gəlini olan K.Şirinova qeydiyyata alınmış, bu barədə ona məlum olan kimi qanunsuzluğun aradan qaldırılması məqsədilə cavabdehə ərizə ilə müraciət etmş, lakin sonuncu qanunsuz qeydiyyta aldığı şəxsi qeydiyyatdan çıxarılmasından imtina etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələbləriə uyğun verildiyi və apellyasiyanın mümkün olduğu müəyyyən edilmişdir. Məhkəmə kollegiyasının hazırkı iclası barədə xəbərdar edilmiş üçüncü şəxs K.Şirinova və cavabdeh (nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahatında 2020-ci ildə gəlinin oğlundan ayrıldığını və həmin vaxtdan onun evdə yaşamadığını, hansı yolla evə qeydiyyata düşdüünü bilmədiyini qeyd edərək, birinci instansiaya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılıb icrasının cavabdehə həvalə edilməsini xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının tələbindən göründüyüü kimi, üçüncü şəxs X2 qeydiyyatının qanunsuz olduğu üçün etibarsız sayılması barədə qərar qəbul edilməsi və həmin qərarın icrasının cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını tələb etmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati icraat qaydasında baxılan iddia – buna subyektiv hüququ olan şəxs tərəfindən, qanunla üzərinə müvafiq öhdəlik düşən inzibati orqana qarşı qaldırılmalı və inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmaqla, iddiaçı tərəfindən hüquq və azadlıqların pozulması (sübutlar da əlavə olunmaqla) formal olaraq əsaslandırmalıdır ki, iddiasının inzibati məhkəmə icraatı mümkün olsun. Konkret halda isə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlük şərtləri öz təsdiqini tapmır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 56-cı maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. 65-ci maddəsinin 2-ci hissəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 66-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; Həmin maddənin 2-ci hissəsinə əsasən Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir; Həmin Məcllənin 67-ci maddəsinin: 1-ci hissəsinə əsasən torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin maddənin 4-cü hissəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Həmin Məcəllənin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Həmin Məcəllənin 240.3-cü maddəsinə əsasən mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Qanunvericilyin qeyd olunan tələblərindən göründüyü kimi, torpaq sahəsinin mülkiyyətə və istifadəyə onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilməklə, müvafiq icra hakimiyyətinin qərarı əsasında verilir və həmin torpaq sahəsi üzərində buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə gözləməklə həyata keçirilir. Əks halda, belə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir və onun üzərindəki əmlak özbaşına tikili adlanır ki, özbahına ikiliyə də şəxs mülkiyyət hüququnu əldə etmir. Konkret halda, məhz, iddiaçının mübahisəli torpaq sahəsinin onun icarəsinə verilməsinə dair istər yerli icra hakimiyyəti, isətərsə də bələdiyyə orqanının hər hansı bir qərarı, bundan əlavə, həmin torpaq sahəsi üzərində yerləşən mübahisəli evin qanuni əsaslarla tikildiyini və iddiaçının adına qeydiyyata alındığını təsdiq edən hüquqmüəyyənedici sənədlər mövcud deyil. Başqa sözlə, iddiaçının hazırkı iddia tələbində subyektiv hüququnu təsdiq edən, o cümlədən, ünvan 1 ünvanında yerləşən mübahisəli evin və onun yerləşdiyi torpaq sahəsinin onun qanuni istifadəsində olmasına dair sənəd məhkəməyə təqdim edə bilmədiyindən, iddiasının əsaslandırılmış iddia kimi qiymətləndirilməsi və inzibati məhkəmə icraatında baxılması mümkünsüzdür. İPM-in 35.3-cü maddəsi isə nəzərəə tutur ki, məhkəmə, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmamasını işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin - birinci instansiya məhkəməsinin qərardadının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12761/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12761/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar