Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4131/2024 05.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X1 ibarət tərkibdə, Arzu israfil qızı Hüseynovanın katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştrakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1217/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış **********2 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxs’ərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 2020-ci ilin 1 iyul tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına, məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim edilən xx.xx.1973-cü il tarixdə tərtib edilmiş əmək kitabçasının H3 №3328155 saylı hərbi biletin və təhsil haqqında № 580 saylı attestatı surətinə əsasən əsasən xx.xx.2006-cı il tarixədək sığorta stajı 24 il 2 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01.01 2006-cı il tarixindən 01.07 2018- ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Dövət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli arayışına əsasən Bakı Baş Tikintinin 1 saylı İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsinin 1996-2007-ci illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilmədiyindən həmin dövrlərdə əmək fəaliyyətinin araşdırılması mümkün olmamışdır. Beləliklə, həmin dövrlər sığorta stajına daxil olunmur. Qeyd olunanlara əsasən yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. xx.xx.2021-ci il tarixdən yaşa görə müavinət təyin olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********345600 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, dövlət reyestrində “BakıBaşTikintinin 1 saylı İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsi” və “BakıBaşTikinti SEİB 2 N-li Tikinti İdarəsi” adlı kommersiya qurumları aşkar edilməmişdir. Bu səbəbdən müvafiq hüquqi şəxslərə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verilməsi xahiş edilir. Dövlət reyestr məlumatlarına əsasən xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmış “Oğuz" Açıq Səhmdar Cəmiyyəti xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatına alınmış “Oğuz" X5 Cəmiyyətinin hüquqi varisidir. xx.xx.2016-cı il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin təşkilati- hüquqi forması dəyişdirilərək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (VÖEN **********) çevrilmiş və onun hüquqi varisidir.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfidən məhkəmənin sorğusuna cavab olaraq **********517100 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, dövlət reyestrində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) xx.xx.2004-cü il tarixdə 01.04-P79-41335 nömrə ilə dövlət qeydiyyatından keçməsi və səhmdarlarının xx.xx.2016-cı il tarixli qərarına əsasən yenidən təşkil edilərək xx.xx.2016-cı il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə çevrilməsi barədə məlumat mövcuddur. Hal-hazırda Cəmiyyətin fəaliyyəti aktivdir. Uçot məlumat bazasına əsasən Cəmiyyətin fəaliyyət növü “6820002-digər daşınmaz əmlakın (ev kirayəsi istisna olmaqla) icarəyə verilməsi üzrə fəaliyyət”dir. Reyestrdə “BakıBaşTikinti” SEİB 2 nömrəli Tikinti İdarəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-1/2-131386/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, iddiaçının məlumatları (FİN və ya SSN) qeyd olunmadığından tərəfindən məhkəmə iclası katibi L.Talıbova ilə işçi qaydada əlaqə saxlanılmış və danışıq zamanı İddiaçı məlumatları əldə edilmişdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydə alınmış İddiaçı **********936 saylı fərdi şəxsi hesabında məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri nisbətində xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat aşkar edilməmişdir.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********659600 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Dövlət Vergi Xidmətinin məlumat bazasına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisi "xxxx" Qapalı Səhmdar Cəmiyyətidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3/2-4301/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı Baş Tikintinin 1 saylı İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsi və "Bakı Baş Tikinti" SEİB 2 nömrəli Tikinti İdarəsi Xidmətin sərəncamında olan müəssisələr siyahısında mövcud deyil. xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmış “Oğuz" Açıq Səhmdar Cəmiyyəti xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatına alınmış “Oğuz" X5 Cəmiyyətinin hüquqi varisidir. xx.xx.2016-cı il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin təşkilati- hüquqi forması dəyişdirilərək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (VÖEN **********) çevrilmiş və onun hüquqi varisidir.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********112500 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, dövlət reyestrində Bakı Baş Tikintinin 1 saylı İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyil.
7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 3-17-1/3-1-69655/2023 saylı xidməti məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçının təqdim etdiyi diplomun surətinə əsasən onun xx.xx.1971-ci il tarixindən xx.xx.1973-cü il tarixinədək təhsil dövrü, hərbi biletin surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək olan hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1988-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1990cı il tarixinədək, xx.xx.1990-cı il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006cı il tarixinədək ümumi 24 il 2 ay 12 gün mübahisələndirilməyən sığorta stajı təşkil edir. Adı çəkilən şəxsin xx.xx.2006-cı il tarixinədək olan 24 il 2 ay 12 gün sığorta stajına uyğun olaraq 18441,95 manat pensiya kapitalı pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən İddiaçı xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün 2 nömrəli Tikinti İdarəsində ("xxxx" ASC) xx.xx.1996-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək olan əmək fəaliyyəti dövrü mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməmişdir.
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3/2-9546/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, “Azərbaycan Respublikasında 1995- 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 184 nömrəli sərəncamı iləAzərsənayetikinti Dövlət Şirkəti “Bakı BaşTikinti” idarəsinin SEİB-nin tabeliyində olmuş 2 nömrəli Tikinti İdarəsinin bazasında "xxxx" (Tikinti-Quraşdırma və Təmir) Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2001-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. "xxxx" (Tikinti-Quraşdırma və Təmir) Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş cəmiyyətin özəlləşdirmə planına (emissiya prospektinə) əsas iş yeri 2 nömrəli Tikinti İdarəsi olan işçilər barədə məlumatlar daxil edilməmişdir. Müraciətdə qeyd olunan Bakı Baş Tikinti İdarəsinin 1 saylı İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsi keçmiş Dövlət Əmlakı Nazirliyinin 3 avqust 2000-ci il tarixli, 130 nömrəli əmri ilə özəlləşdirilməyə açıq elan edilmiş, Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na, həmçinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na uyğun olaraq hərrac vasitəsilə özəlləşdirilməsi barədə xx.xx.2001-ci il tarixində qərar qəbul edilmiş, 16 oktyabr 2001 -ci il tarixində keçirilmiş hərracın qalibi olmuş (14 nəfər) əmək kollektivi tərəfindən özəlləşdirilmiş və 23 oktyabr 2001-ci il tarixli, 212 nömrəli müəssisənin (obyektin) alqı-satqı müqaviləsi bağlanılaraq 000636 nömrəli, 9 noyabr 2001-ci il tarixli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnamə” verilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin arxiv sənədlərində İddiaçı adı əmək kollektivinin üzvü kimi müəssisənin işçiləri haqqında məlumat siyahısında yoxdur.
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 02 fevral 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı bildirir ki, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək ona yaşa görə pensiya təyin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2021 -ci il tarixli, **********9 saylı məktubla müraciətinə imtina verilmişdir. xx.xx.1973-cü ildən 2007-ci ilədək fasiləsiz olaraq əmək fəaliyyəti ilə məşğul olmaqla, 35 il əmək stajına malik olmuş və əlavə olaraq hal-hazırda əmək fəaliyyəti məşğul olmaqla fərdi hesabımın sığorta hissəsinə pensiya kapitalı qeydə alınmışdır. Cavabdeh təşkilata müraciəti qanunvericiliyin tələblərinə əməl edilməklə edilmişdir. Lakin inzibati orqan qeyd olunan hallara qiymət verməmiş və vətəndaşın konstitusion hüququnu pozaraq imtina məktubları göndərmişdir.
11. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “iddiaçıya 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.
12. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh inzibati orqana müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2021-ci il tarixli **********2 nömrəli cavab məktubunda yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edərək bildirmişdir ki, təqdim edilmiş əmək kitabçasının surətinə əsasən onun xx.xx.2006-cı il tarixədək 24 il 02 ay sosial sığorta stajı mövcuddur. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının təqdim etdiyi xx.xx.1973-cü il tarixli H3 № ******* saylı hərbi biletin və təhsil haqqında № 580 saylı attestatın surətinə əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək olan sığorta stajı 24 il 02 ay olduğu qəbul edilmişdir. Bununla yanaşı, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Cavabdeh orqan tərəfindən 1996-2007-ci illərdə iddiaçının Bakı Baş Tikintinin 1 saylı İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsində işlədiyi dövr mübahisələndirilən dövr olaraq staja daxil edilməmişdir. Buna səbəb isə həmin dövrlərlə əlaqədar Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli arayışına əsasən müvafiq mübahisələndirilən dövrlərlə əlaqədar sənədlər arxivə təhvil verilməmişdir. Həmçinin iddiaçı 1996-2007-ci illərdə Bakı Baş Tikintinin 1 saylı İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsində işlədiyini iddia etsə də, xx.xx.2006-cı il tarixdən onun fərdi hesabının sığorta hissəsində məcburi dövlət sosial sığorta haqqı qeydə alınmamışdır. Göründüyü kimi 1996-2007-ci illərdəki dövrü staja daxil etmək mümkün deyil. Digər tərəfdən iddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret hada istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1217/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
14. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən yeganə hüquqi əsas kimi əmək kitabçasını götürmüşdür. Məhkəmə xx.xx.1996-cı il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövrləri iddiaçının iş stajına daxil etmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş və məhkəmənin öz təşəbbüsü ilə əldə edilmiş məlumatlar iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdeh tərəfindən mübahisələndirilən müddətlərdə onun işləməsi faktını təsdiq etmir. Odur ki, məhkəmə mübahisəli əmək stajını təsdiq edən dəlilləri öz qərarında göstərməmiş, sadəcə olaraq, cavabdehin dəlillərinin təkzib olunmasına yönələn formal mülahizələrə əsaslanmışdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
17. Məhkəmədə iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında birinci instansiya məhkləməsinin qərarının qüvvədə saxlanması, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanır.
21.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 23.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) 25.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 21-24-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. 26.Belə ki, hazırkı işin hallarından görünür ki, İddiaçı ona 65 yaşdan yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. 27.İş materiallarında olan İddiaçı dair xx.xx.1973-cü il tarixli əmək kitabçasından görünür ki, xx.xx.1973-cü il tarixdə 307 saylı xx.xx.1973-cü il tarixli əmrə əsasən üçüncü dərəcəli dülgər vəzifəsinə qəbul edilmişdir. xx.xx.1975-ci il tarixdə 603 saylı xx.xx.1975-ci il tarixli əmrə əsasən Sovet ordusunda hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək sovet ordusunda hərbi xidmətdə olmuşdur. xx.xx.1978-ci il tarixdə 79 saylı xx.xx.1978-ci il tarixli əmrə əsasən ikinci dərəcəli dülgər vəzifəsinə təyin edilmişdir. xx.xx.1978-ci il tarixdə 286 saylı xx.xx.1978-ci il tarixli əmrə əsasən 3-cü dərəcəli dülgər təyin edilmişdir. xx.xx.1979-cu il tarixdə 96 saylı xx.xx.1979-cu il tarixli əmrə əsasən 4-cü dərəcəli dülgər təyin edilmişdir. xx.xx.1984-cü il tarixdə 680 saylı xx.xx.1984-cü il tarixli əmrə əsasən ikinci ixtisas ikinci dərəcə dülgər təyin edilmişdir. xx.xx.1984-cü il tarixdə 759 saylı xx.xx.1984-cü il tarixli əmrə əsasən briqadir təyin edilmişdir. xx.xx.1985-ci il tarixdə 351 saylı xx.xx.1985-ci il tarixli əmrə əsasən briqadirlikdən çıxarılmışdır. xx.xx.1985-ci il tarixdə 573 saylı xx.xx.1985-ci il tarixli əmrə əsasən tərəflərin razılığına əsasən işdən çıxarılmışdır. xx.xx.1985-ci il tarixdə 192/k saylı xx.xx.1985-ci il tarixli əmrə əsasən sahə kassir qəbuledici təyin edilmişdir. xx.xx.1987-ci il tarixdə 173/k saylı xx.xx.1987-ci il tarixli əmrə əsasən əvəzedici kassir qəbuledici keçirilmişdir. xx.xx.1988-ci il tarixdə 571/k saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1988-ci il tarixdə 86/k saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən qəbuledici vəzifəsinə təyin edilmişdir. xx.xx.1989-cu il tarixdə 50/k saylı xx.xx.1989-cu il tarixli əmrə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1989-cu il tarixdə 5k saylı xx.xx.1989-cu il tarixli əmrə əsasən tikinti ustası təyin edilmişdir. xx.xx.1990-cı il tarixdə 118k saylı xx.xx.1990-cı il tarixli əmrə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1990-cı il tarixdə 76 saylı xx.xx.1990-cı il tarixli əmrə əsasən ikinci dərəcəli işçi qəbul edilmişdir. xx.xx.1992-ci il tarixdə 17 saylı xx.xx.1991-ci il tarixli əmrə əsasən 4-cü dərəcəli dülgər ixtisası verilmişdir. xx.xx.1992-ci il tarixdə 4 saylı xx.xx.1992ci il tarixli əmrə əsasən işdən azad edilmişdir. xx.xx.1992-ci il tarixdə 03 saylı xx.xx.1992ci il tarixli əmrə əsasən ikinci dərəcəli işçi qəbul edilmişdir. xx.xx.1992-ci il tarixdə 17 saylı xx.xx.1992-ci il tarixli əmrə əsasən işdən azad edilmişdir. xx.xx.1992-ci il tarixdə ikinci dərəcəli işçi qəbul edilmişdir. xx.xx.1992-ci il tarixdə 54 saylı xx.xx.1992-ci il tarixli əmrə əsasən işdən azad edilmişdir. xx.xx.1992-ci il tarixdə 77k saylı xx.xx.1992-ci il tarixli əmrə əsasən “Bakıbaştikinti” SEİB-in 2 nömrəli Tikinti İdarəsinə təhcizatçı peşasinə qəbul edilmişdir. xx.xx.1996-cı il tarixdə 8/12 saylı xx.xx.1996-cı il tarixli əmrə əsasən BBTİ-nin 1 nömrəli İxtisaslaşd. İcarə idarəsinə köçürülmə yolu ilə işdən azad edilmişdir. BBTİ-nin 1 №-li İxtisaslaşdırılmış təmir tikinti İcarə Müəssisəsi. xx.xx.1996-cı il tarixdə 28/k saylı xx.xx.1996-cı il tarixli əmrə əsasən dördüncü dərəcəli dülgər peşəsinə qəbul edilmişdir. xx.xx.1996-cı il tarixdə 39/k saylı xx.xx.1996-cı il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 38-ci maddəsinin 4-cü bəndinə əsasən köçürmə yolu ilə 2 №-li Tikinti İdarəsinə keçməsi ilə bağlı işdən azad edilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli 184 saylı sərəncamı əsasında 2 №-li Tikinti İdarəsinin bazasında "xxxx" X5 Cəmiyyəti yaradılmışdır. xx.xx.2007-ci il tarixdə 01/k saylı xx.xx.2007-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. 28.İddiaçının qeyd olunan əmək fəaliyyəti üzrə iş stajı toplandıqda, ümumi stajı 33 il 06 ay 02 gün təşkil etmiş olur. 29.Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, onun tərəfindən iddiaçının əmək fəaliyyətinin xx.xx.1996-xx.xx.2007-ci illlərdə Bakı Baş Tikinti İdarəsində işlədiyi dövr yalnız mübahisələndirilir. 30.İlk öncə mübahisələndirilir ki, iddiaçı 1996-2007-ci illərdə Bakı Baş Tikintinin 1 saylı İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsində işlədiyini iddia etsə də, xx.xx.2006-cı il tarixdən onun fərdi hesabının sığorta hissəsində məcburi dövlət sosial sığorta haqqı qeydə alınmamışdır. 31.Bununla əlaqədar məhkəmə kollegiyaı qeyd edir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonra pensiya kapitalının qeydə alınmaması xx.xx.1996-cı ildən xx.xx.2006-cı il tarixədək olan dövrdə də iddiaçı ilə həmin müəssisələr arasındakı əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz. 32.Çünki, onun həmin idarədə çalışdığı vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinin 1-ci hissəsi isə nəzərdə tuturdu ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. 33.Belə ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 184 nömrəli sərəncamı ilə Azərsənayetikinti Dövlət Şirkəti “Bakı BaşTikinti” idarəsinin SEİB-nin tabeliyində olmuş 2 nömrəli Tikinti İdarəsinin bazasında "xxxx" (Tikinti-Quraşdırma və Təmir) Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2001-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. "xxxx" (Tikinti- Quraşdırma və Təmir) Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş cəmiyyətin özəlləşdirmə planına (emissiya prospektinə) əsas iş yeri 2 nömrəli Tikinti İdarəsi olan işçilər barədə məlumatlar daxil edilməmişdir. İddiaçının xx.xx.1996-cı ildən xx.xx.2006-cı il tarixədək olan iş dövrü onun əmək kitabçasında olan müvafiq qeydlərlə təsdiqini tapır. 34.“İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsi də məhz onu nəzərədə tutur ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 35.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 36.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 37.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1217/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. 38.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1217/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.