Məhkəmə qərarları › İş №2-1(103)-4132/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4132/2025

29.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4132/2025 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X1 və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə (hazırkı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Cavabdeh) qarşı “çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)- ****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsinin 7-ci cənub küçəsində 229 və *** saylı bağ sahələrinin yəni hər biri ayrı-ayrılıqda 0.06 ha olmaqla istifadəsində olan torpaq sahəsinin mövcud vəziyyətə uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər Xalq Deputatları Sovetinin Icraiyyə Komitəsinin ## ####### 1987-ci il tarixli **/*** nömrəli qərarına əsasən Dübəndi bağ sahələrinin ayrılmasına dair “Azərdövlətsutəslayihə” Institutu nəzdində “Meliorator” bağçılıq-yoldaşlığı üzvlərinin siyahısında iddiaçının adına 229 və *** saylı bağ sahələri göstərilmiş və həmin siyahıya əsasən iddiaçıya 7-ci cənub küçəsində 229 və *** saylı bağ sahələri ayrılmışdır. Həmin bağ sahəsi qanuni əsaslarla iddiaçının sahibliyində və istifadəsində olmaqla, iddiaçı faktiki mülkiyyətçi kimi davranır, istifadə müddətində müvafiq əmlakla bağlı tələb olunan bütün dövlət rüsumlarını və kommunal xərcləri ödəmişdir. Bakı Şəhər Xalq Deputatları Sovetinin Icraiyyə Komitəsinin ## ####### 1987-ci il tarixli **/*** nömrəli qərarına əsasən Dübəndi bağ sahələrinin ayrılmasına dair “Azərdövlətsutəslayihə” Institutu nəzdində “Meliorator bağçılıq-yoldaşlığı üzvlərinin siyahısında, Bakı şəhəri Pirallahı rayonu, Dübəndi bağ sahəsinin 7-ci cənub küçəsində iddiaçıya məxsus 229 və *** saylı bağların yəni hər biri ayrı-ayrılıqda 0.06 ha olmaqla istifadəsində olan torpaq sahəsinin iddiaçının adına mövcud vəziyyətə uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və plan-ölçünün verilməsinə köməklik göstərilməsini xahiş etsə də, cavabdeh heç bir səbəb gətirmədən imtina verərək, qeydiyyata almamışdır. Iddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətləri qanunsuzdur və göstərdiyi hərəkətsizlik iddiaçının qanuni hüquqlarını məhdudlaşdırır. Cavabdeh tərəfindən verilmiş iddiaya etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, müvafiq torpaq sahəsi istifadədə olmadığından idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlaka texniki baxış keçirilməsi və çölölçmə işlərinin aparılması mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya yazılı etiraza uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi 012011000115-***** reyestr nömrəsi ilə bağ evi kimi Qədiməliyeva Balacaxanım Zeynal qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Müvafiq torpaq sahəsi istifadədə olmadığından idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlaka texniki baxış keçirilməsi və çölölçmə işlərinin aparılması mümkün olmamışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Iddiaçı IPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Iddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Iddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. IPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: Iddia mümkün olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0.7-ci maddəsinə əsasən 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin ## ### 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri Icra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin ## ###### 1997-ci il tarixli, *** saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2010cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Iş materiallarından müəyyən olunur ki, Bakı Şəhər Xalq Deputatları Sovetinin Icraiyyə Komitəsinin ## ####### 1987-ci il tarixli **/*** nömrəli qərarına əsasən Dübəndi bağ sahələrinin ayrılmasına dair “Azərdövlətsutəslayihə” Institutu nəzdində “Meliorator” bağçılıq-yoldaşlığı üzvlərinin siyahısında iddiaçının adına 229 və *** saylı bağ sahələri göstərilmiş və həmin siyahıya əsasən iddiaçıya 7-ci cənub küçəsində 229 və *** saylı bağ sahələri ayrılmışdır. X7 əsasən X3 cəmiyyətinin ## ##### 1999-cu il tarixli, * nömrəli protokoluna əsasən Bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. Bağçılıq cəmiyyəti Əzizbəyov rayonu, Dübəndi qəsəbəsi, 7-ci Cənub küçəsində yerləşən bağından sahəsi 1200 kv.m olan 229 və *** nömrəli bağ sahəsi ##.##.1999-cu il tarixində qeydə alınmış qərara əsasən X3 daimi istifadəsinə verilmişdir.Hazırda iddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. Cavabdeh inzibati orqan imtinasında, habelə apellyasiya şikayətinin dəlillərində o hallara istinad etmişdir ki: - Iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi 012011000115-***** reyestr nömrəsi ilə bağ evi kimi Qədiməliyeva Balacaxanım Zeynal qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; - Müvafiq torpaq sahəsi istifadədə olmadığından idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlaka texniki baxış keçirilməsi və çöl-ölçmə işlərinin aparılması mümkün olmamışdır. Əvvəla diqqətə çatdırılır ki, iddiaçı mübahisə predmetini təşkil edən bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənədə malikdir. Sözügedən sənədin mövcudluğu isə şübhə doğurmur. Məhkəmə kollegiyası cavabdehin birinci dəlilinə münasibətdə aşağıdakı sənədlərə, məhkəmə aktlarına nəzər yetirməyi zəruri hesab edir: - Bakı Apellyasiya Məhkəməsinin ## ### 2022-ci il tarixli *(***)-**/**** saylı qətnaməsi ilə iddiaçıya Bakı şəhəri Pirallahı rayonu, Dübəndi bağ sahəsinə Qədiməliyeva Balacaxanım Zeynal qızının adına 1200 kv.m. torpaq sahəsinə texniki pasport verilməsi ilə bağlı hərəkətlərinin-qeydlərin inzibati icraat qaydasında mübahisələndirilməsi izah edilmişdir. Mülki iş üzrə alınmış “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ## #### 2019-cu il tarixli, ** nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, Qədiməliyeva Balacaxanım Zeynal qızının *** saylı bağ sahəsinin 0.06 hektar torpaq sahəsi artıq istifadə etdiyi və heç bir əsas olmadan DƏDRX tərəfindən onun texniki pasportuna işlənmiş torpaq sahəsinin 0.12 hektarı bağçılıq təsərrüfatının baş planına əsasən X3 iddia etdiyi 229 və *** saylı bağların torpaq sahəsidir. Araşdırmanın nəticəsi olaraq, Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, Dübəndi bağ massivində yerləşən “Meliorator” bağçılıq təsərrüfatının 1:2000 miqyasında olan baş planına əsasən 7-ci cənub küçəsində yerləşən Qədiməliyeva Balacaxanım Zeynal qızına məxsus *** saylı bağın qanuni istifadəsində 600 kv.metr torpaq sahəsi vardır. Həmin torpaq sahəsi istisna olmaqla faktiki olaraq istifadəsində olan artıq torpaq sahəsi 0,17 ha təşkil edir. Qədiməliyeva Balacaxanım Zeynal qızının rəsmi sənədlərə əsasən mülkiyyətində olan torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahəsi üstüstə düşmür, belə ki onun faktiki istifadəsində olan torpaq sahəsi sənəd üzrə olan torpaq sahəsindən çoxdur. Qədiməliyeva Balacaxanım Zeynal qızının qanuni istifadəsində olan torpaq sahəsi də daxil olmaqla faktiki istifadə etdiyi ümumi torpaq sahəsi, X3 iddia etdiyi torpaq sahəsi ilə cənub-şərq hissədə üst-üstə düşür. Yuxarıda qeyd olunan mülki iş üzrə iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsi tərəfindən göndərilmiş ************ nömrəli, ## #### 2019-cu iI tarixli rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, Dübəndi bağ sahəsində Qədiməliyeva Balacaxanım Zeynal qızının qanuni istifadəsində olan torpaq sahəsi istisna olmaqla faktiki olaraq istifadəsində olan torpaq sahəsi 2055,9 m2, sənəd üzrə 1200,0 m2, əlavə istifadədə 855, 9 m2 torpaq sahəsi mövcuddur. Qədiməliyeva Balacaxanım Zeynal qızının rəsmi sənədlərə əsasən mülkiyyətində olan torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahəsi qismən üst-üstə düşür. Qədiməliyeva Balacaxanım Zeynal qızının qanuni istifadəsində olan torpaq sahəsi də daxil olmaqla faktiki istifadə etdiyi ümumi torpaq sahəsi, İddiaçı iddia edtiyi torpaq sahəsi ilə üst-üstə düşür. Həmin mülki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## #### 2019-cu il tarixli, ***** nömrəli rəyində qeyd olunmuşdur ki, “xxxx” MMC-nin direktoru Ruslan Bayramovun imzası ilə təsdiq edilmiş ## #### 2019-cu il tarixli ** saylı məktubla göndərilmiş, “xxxx” MMC-nin mütəxəssisi, yerquruluşu mühəndisi Ayaz Şıxəliyevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, Dübəndi bağ massivində yerləşən “Meliorator” bağçılıq təsərrüfatının 1:2000 miqyasında olan baş planına əsasən 7-ci cənub küçəsində yerləşən Qədiməliyeva Balacaxanım Zeynal qızına məxsus *** saylı bağın qanuni istifadəsində 600 kv.metr torpaq sahəsi vardır. Həmin torpaq sahəsi istisna olmaqla faktiki olaraq istifadəsində olan artıq torpaq sahəsi 0.17 ha təşkil edir. “xxxx” MMC-nin direktoru Ruslan Bayramovun imzası ilə təsdiq edilmiş ## #### 2019-cu il tarixli ** saylı məktubla göndərilmiş, “xxxx” MMC-nin mütəxəssisi, yerquruluşu mühəndisi Ayaz Şıxəliyevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Qədiməliyeva Balacaxanım Zeynal qızının sənədlərə əsasən mülkiyyətində olan torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahəsi üst-üstə düşmür, belə ki onun faktiki istifadəsində olan torpaq sahəsi sənəd üzrə olan torpaq sahəsindən çoxdur. “xxxx” MMC-nin direktoru Ruslan Bayramovun imzası ilə təsdiq edilmiş ## #### 2019-cu il tarixli ** saylı məktubla göndərilmiş, “xxxx” MMC-nin mütəxəssisi, yerquruluşu mühəndisi Ayaz Şıxəliyevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, X8 istifadəsində olan torpaq sahəsi də daxil olmaqla faktiki istifadə etdiyi ümumi torpaq sahəsi, X3 iddia etdiyi torpaq sahəsi ilə cənubşərq hissədə üst-üstə düşür. - Iş materiallarından göründüyü kimi məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, Dübəndi bağ sahəsində Qədiməliyeva Balacaxanım Zeynal qızının qanuni istifadəsində olan torpaq sahəsi istisna olmaqla faktiki olaraq istifadəsində olan torpaq sahəsi 2055,9 kv.m, sənəd üzrə 1200,0 kv.m, əlavə istifadədə 855,9 kv.m torpaq sahəsi mövcud olmuçdur. Həmçinin, Qədiməliyeva Balacaxanım Zeynal qızının *** saylı bağ sahəsinin 0.06 hektar torpaq sahəsi artıq istifadə etdiyi və heç bir əsas olmadan DƏDRX tərəfindən onun texniki pasportuna işlənmiş torpaq sahəsinin 0.12 hektarı bağçılıq təsərrüfatının baş planına əsasən X3 iddia etdiyi 229 və *** saylı bağların torpaq sahəsi olduğu müəyyən edilmişdir. - Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. ünvan 1 ünvanında yerləşən bağ evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi Idarəsi tərəfindən ##.##.2016-cı il tarixdə Qədiməliyeva Balacaxanım Zeynal qızının adına tərtib edilmiş 012011000115-***** reyestr nömrəli texniki pasport ləğv edilmişdir. Bakı Inzibati Məhkəməsi hesab etmişdir ki, Qədiməliyeva Balacaxanım Zeynal qızının *** saylı bağ sahəsinin 0.06 hektar torpaq sahəsi artıq istifadə etdiyi və heç bir əsas olmadan DƏDRX tərəfindən onun texniki pasportuna işlənmiş torpaq sahəsinin 0.12 hektarı bağçılıq təsərrüfatının baş planına əsasən X3 iddia etdiyi 229 və *** saylı bağların torpaq sahəsi olması müəyyən edildiyindən, yəni iddiaçının cavabdeh tərəfindən zəbt etdiyini iddia etdiyi torpaq sahəsi texniki pasport əsasında cavabdeh Qədiməliyeva Balacaxanım Zeynal qızının istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyindən, texniki pasportun verilməsi ilə bağlı inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməklə qeydləri mübahisələndirməkdə iddiaçının tələbi əsaslıdır. - Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli qərarı ilə üçüncü şəxs Qədiməliyeva Balacaxanım Zeynal qızının apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ##### 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh Qədiməliyeva Balacaxanım Zeynal qızı Bakı şəhəri, Dübəndi bağ massivi, 7-ci cənub küçəsində iddiaçıya məxsus 229 və *** saylı bağ sahəsi ilə ayrılmış ünvanda cavabdeh tərəfindən zəbt edilmiş 0,12 ha hissəsindən çıxarılmışdır. Cavabdeh Qədiməliyeva Balacaxanım Zeynal qızı tərəfindən mübahisəli 0,12 ha torpaq sahəsində tikilmiş tikililər onun hesabına sökülmüşdür. Iddiaçı X3 tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdeh Qədiməliyeva Balacaxanım Zeynal qızından iddiaçının xeyrinə tutulmuşdur. - Bakı şəhəri Pirallahı rayon Icra Şöbəsinin ##.##.2025-ci il tarixli “Icraata xitam verilməsi haqqında” Qərarına əsasən icra sənədi üzrə cavabdeh Qədiməliyeva Balacaxanım Zeynal qızı Bakı şəhəri, Dübəndi bağ massivi, 7-ci cənub küçəsində iddiaçıya məxsus 229 və *** saylı bağ sahəsi ilə ayrılmış ünvanda cavabdeh tərəfindən zəbt edilmiş 0,12 ha hissəsindən çıxarılmalı, mübahisəli 0,12 ha torpaq sahəsində tikilmiş tikililər onun hesabına sökülməli və X3 tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Qədiməliyeva Balacaxanım Zeynal qızından iddiaçının xeyrinə tutulmalıdır. Icra sənədində qeyd olunan tələb ##.##.2025-ci il tarixi akta və qəbzə əsasən tam şəkildə təmin olunmuşdur. Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)- ***/****-*** nömrəli, ##.##.2024-cü il tarixli icra sənədinə xitam verilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2025-ci il tarixli məktubun məzmunundan görünür ki, Bakı Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə ünvan 1 ünvanında yerləşən bağ evinə dair ##.##.2016-cı il tarixində Qədiməliyeva Balacaxanım Zeynal qızının adına tərtib edilmiş 012011000115-***** reyestr nömrəli texniki pasportun baza məlumatları ləğv edilmişdir. Məhkəmə kollegiyası cavabdehin “müvafiq torpaq sahəsi istifadədə olmadığından idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlaka texniki baxış keçirilməsi və çölölçmə işlərinin aparılması mümkün olmamışdır” dəlilinə münasibətdə də bir daha qeyd edir ki, birinci instansiya və apellyasiya instansiyası icraatı zamanı qeyd edilən imtina dəlili ətraflı araşdırılmış və müəyyən edilmişdir ki, cavabdeh orqan tərəfindən əraziyə baxış keçirilərkən torpaq sahəsinin iddiaçının istifadəsində olmamasının səbəbi həmin dövrdə iddiaçı İddiaçı və Qədiməliyeva Balacaxanım Zeynal qızı arasında məhkəmə mübahisəsinin olması ilə bağlı olmuşdur. Belə ki, iddiaçı İddiaçı məxsus torpaq sahəsi Qədiməliyeva Balacaxanım Zeynal qızı tərəfindən zəbt edilmiş və iddiaçının torpaq sahəsinə daxil olmasına maneələr yaradılmışdır. Buna baxmayaraq yekun məhkəmə aktları əsasında Qədiməliyeva Balacaxanım Zeynal qızı Bakı şəhəri, Dübəndi bağ massivi, 7-ci cənub küçəsində iddiaçıya məxsus 229 və *** saylı bağ sahəsindən çıxarılmış və Qədiməliyeva Balacaxanım Zeynal qızının adına tərtib edilmiş ##.##.2016cı il tarixli 012011000115-***** reyestr nömrəli texniki pasport ləğv edilmişdir. Həmçinin apellyasiya baxışı zamanı cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka yerində baxış keçirilmiş və müayinə (baxış) aktı tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. ##.##.2025-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, torpağın sahəsi 1200,0 m2, faktiki ümumi sahəsi isə 1238,0 m2-dir. ##.##.2025-ci il tarixdə sahəyə təkrar yerli baxış zamanı iddiaçı balaca qapını açaraq sahəyə texniki baxış keçirməsinə şərait yaratmışdı. Sahə hasar daxilindədir. Sahədə uçmuş tikililər (ferma, köməkçi tikililər və hovuz) var. Göstərilən sahənin koordinatları əlavə olunmuşdur. Bağ sahəsinin yerləşməsinə elektron baza məlumatlarına əsasən baxılması məqsədəuyğundur. Beləliklə, inzibati işin araşdırılmış hallarından göründüyü kimi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası fikrini ümumiləşdirərək qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar