Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4133/2024 17.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 2-1(112)-6845/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “ Sabunçu (keşmiş Lenin) rayon XDS İK-nın xx.xx.1991-ci il tarixli 7/91 saylı qərarı ilə mərhum X1na ayrılmış Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məktəb küçəsində yerləşən 600 kv.metr torpaq sahəsinin yerləşmə cizginin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabunçu (keçmiş Lenin) rayon XDS İKnın xx.xx.1991-ci il tarixli 7/91 saylı qərarı ilə X1na yaşayış evinin tikintisi üçün Maştağa qəsəbəsi, Məktəb küçəsində 600 kvadrat metr torpaq sahəsi verilmişdir. Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli məktubunda həmin qərarın Dövlət Arxivinin Bakı Filialında mövcud olduğu qeyd olunmuşdur. X1 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. Bu yaxınlarda ondan miras qalmış torpaq sahəsinə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı Bakı şəhəri 17 saylı Notariat ofisində atasının vərəsəsi kimi müraciət etmişdir. Həmin notariat ofisi tərəfindən cavabdeh quruma xx.xx.2023-cü il tarixli məktub göndərilərək miras əmlaka dair mərhum atasının adına arayış verilməsi xahiş edilmişdir. O, ərizə ilə cavabdeh quruma müraciət edərək, ona ayrılmış 600 kvadrat metr torpaq sahəsinin yerləşmə sxeminin verilməsini xahiş etmişdir. Bakı şəhəri Cavabdeh xx.xx.2024-cü il tarixli məktubunda torpaq sahəsinin ayrılması barədə ayrıc aktı, habelə həmin ərazidə sahələrin ayrı-ayrı vətəndaşlara verilməsinə dair Cavabdehndə hər hansı bir məlumatın olmaması səbəbindən müraciətinin təmin edilməsinin imkan xaricində olması qeyd olunmuşdur. Bundan əlavə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məktubda imtina səbəbi kimi göstərilmişdir ki, torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim edilməmişdir.
3. Sonradan iddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi tərtib edilərkən yanlışlığa yol verilərək, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən 600 kv.m torpaq sahəsi əvəzinə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məktəb küçəsində yerləşən 600 kv.m torpaq sahəsi qeyd edildiyibi bildirmiş və məhkəmədən, Sabunçu (keşmiş Lenin) rayon XDS İKnın xx.xx.1991-ci il tarixli 7/91 saylı qərarı ilə mərhum X1na ayrılmış Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən 600 kv.metr torpaq sahəsinin yerləşmə cizginin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. Cаvаbdеh məhkəməyə təqdim etdiyi iddiaya dair münasibətində bildirmişdir ki, iddiaçıya 600 kv.m torpaq sahəsi ayrılarkən torpaq sahəsini ayıran qurum tərəfindən torpaq sahəsinə dair yerləşmə sxemi verilməli idi. Ayrılmış torpaq sahəsinə dair torpaq sahəsinin baş planı, ayrıc aktı və koordinatlar barədə Cavabdehndə məlumat yoxdur. İddiaçıya ayrılmış həmin torpaq sahəsinə dair ayrıc aktı, baş plan və koordinatlar olmadığından hesab edirlər ki, imtinaları əsaslı olmuşdur. Eyni zamanda həmin torpaq sahəsi dövlət və ya bələdiyyə torpaq sahəsi olması məlum deyil. İddiaçıya ayrılmış torpaq sahəsinin həqiqətən ayrılmış torpaq sahəsi olduğu və ya sonradan zəbt edilərək hasarlandığı məlum deyil. Belə olan halda yalnız iddiaçının ifadəsinə əsasən iddia tələbinin təmin edilməsi yolverilməzdir.
5. Bakı İnzibati Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 2-1(112)-6845/2024 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı Sabunçu (keşmiş Lenin) rayon XDS İKnın xx.xx.1991-ci il tarixli 7/91 saylı qərarı ilə mərhum X1na ayrılmış Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən 600 kv.metr torpaq sahəsinin yerləşmə cizginin verilməsi vəzifəsinin cavabdeh Bakı şəhər Cavabdehnə həvalə edilməsi qərara alınmışdır.
6. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
7. Apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun olaraq əsaslandırılmışdır.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
8. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi
9. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdeh məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
10. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
11. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1980-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır.
12. V-ЖГ 290904 nömrəli “ölüm haqqında şəhadətnamə”yə əsasən, X4 xx.xx.1997ci ildə ölmüşdür.
13. Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının iddiaçının nümayəndəsinə ünvanladığı 16 may 2019-cu il tarixli, Q-189 nömrəli məktubuna əsasən bildirilmişdir ki, vətəndaş X4 barədə keçmiş Lenin rayon XDS İK-nin (indiki Sabunçu rayon İH) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli, 7/91 saylı qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Həmin qərarın təsdiq edilmiş kserosurəti təqdim edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, qərara cizgi və akt əlavə edilməmişdir.
14. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-Q0936-8/2023 **********89 nömrəli məktubuna əsasən iddiaçının ünvan 3 ünvanında yerləşən “204” saylı torpaq sahəsi üzərinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə müraciətinə baxılmış və bildirilmişdir ki, torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim edilməmişdir. Təqdim edildiyi təqdirdə müraciətinə qanunamüvafiq qaydada baxılacaqdır.
15. Bakı şəhəri 17 saylı Notariat ofisinin 900 nömrəli, 04 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət edərək xx.xx.1997-ci ildə vəfat etmiş X2 miras qalmış əmlaka (ünvan 3 ünvanında yerləşən “204” saylı torpaq sahəsi) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir.
16. Lenin rayon şəhər X6 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 7/91 nömrəli Qərarına əsasən, X3 Maştağa qəsəbəsi, Xanlar küçəsində, 1 keçid, 204 nömrəli sahədə 600 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır.
17. Bakı şəhəri Cavabdeh başçısının İ müavinin iddiaçıya ünvanladığı 5 mart 2024cü il tarixli, 5-18/2-Q-46-091/2024 saylı məktubuna əsasən bildirilmişdir ki, torpaq sahəsinin ayrılması barədə ayrıc aktı, habelə həmin ərazidə sahələrin ayrı-ayrı vətəndaşlara verilməsinə dair Cavabdehndə hər hansı bir məlumat olmadığından müraciətinin təmin edilməsi imkan xaricindədir.
18. Məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-16935/2024 **********35 nömrəli cavab məktubuna əsasən daşınmaz əmlakın texniki vəziyyətinə əks etdirən müayinə (baxış) aktı və koordinatlar məhkəməyə təqdim edilmişdir.
19. Təqdim edilmiş xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi 150.0 kv.mdən artıqdır.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
20. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
21. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
22. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən, torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir.
23. İddiaçının istifadəsinə mübahisəli torpaq sahəsinin verilməsi zamanı qüvvədə olmuş Azərbaycan SSR Ali Sovetinin xx.xx.1970-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 1971-ci il yanvarın 10-dan qüvvəyə minmiş Azərbaycan SSR Torpaq Məcəlləsinə əsasən: Maddə 22: Torpaq sahələri verilməsi haqqında qərarlar Torpaq sahələrinin verilməsi haqqındakı qərarlarda və ya qətnamələrlə onların hansı məqsədlər üçün ayrıldığı və torpaqdan istifadənin əsas şərtləri göstərilir. Maddə 23. Torpaq sahəsinin ayrılması Torpaq sahəsinin ayrılması o demədir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə, digər sahələri mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. Maddə 24. Torpaqdan istifadə hüququnu təsdiq edən aktlar Kolxozların, sovxozların və başqalarının torpaqdan istifadə hüququ torpaqlarında istifadə hüququ barəsindəki dövlət aktları ilə təsdiq olunur. Maddə 25. Torpaqdan istifadə hüququ barəsində aktların verilmə qaydası
24. Torpaqdan müddətsiz (daimi) istifadə hüququ barəsində dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququ barəsində şəhadətnamələr istifadəyə verilmiş torpaq sahələri hansı rayon və ya şəhər (respublika tabeliyində olan şəhər) zəhmətkeş deputatlar Soveti icrayyə komitəsinin ərazisində yerləşirsə, sovxozlara və digər dövlət, kooperativ və ictimai müəssisələrinə, təşkilatlarına və idarələrinə, habelə vətəndaşlara verilir.
25. “Torpaq ayrılması barədə ” Bakı şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli, 8/446 saylı Qərarına əsasən “Bakı şəhəri, Lenin rayonu, Maştağa qəsəbəsinin sosial-iqtisadi inkişafı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli 123 nömrəli qərarının icrası ilə bağlı, Maştağa tərəvəzçilik- südçülük sovxozunun ərazisində və Maştağa qəsəbəsinə bitişik ərazisində fərdi yaşayış və içtimai- iaşə tikintisi üçün torpaq sahələrinin ayrılması qərara alınmışdır.
26. Hal-hazırda qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən Maddə 48. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası
2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Maddə 49. Torpaq üzərində xüsusi mülkiyyət hüququ
1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.
2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Maddə 65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi.
1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.
3. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.
4. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir.
5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.
7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.
8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. 9.Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 83. Torpaq sahəsi üzərində hüquqların həyata keçirilməsi
1. Torpaq sahəsi üzərində hüquqların həyata keçirilməsi hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
28. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun - 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
29. İstinad edilən qanunvericilik normalarından göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir.
30. Məhkəmə araşdırma zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilsə də, hazırda həmin torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyil. Belə olan halda iddiaçının torpaq sahəsinə cizginin verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırki mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.
31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
33. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.
34. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 2-1(112)-6845/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov