Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4137/2025 30.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3342/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. "xxxx" İB tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, 14-2-2/2-O-140- 42/2024 nömrəli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş X5 İdarəsi İstintaq şöbəsinin 18/7-201 saylı arayışına əsasən, Nəsimi rayon Qaz İstismar İdarəsində, 11 iyul 2001-ci il tarixində inzibati binada baş vermiş yanğın nəticəsində idarəyə məxsus olan sənədlər yanaraq məhv olunduğundan, onun əməkhaqqı və iş stajı ilə bağlı arxiv arayışının verilməsi imkan xaricindədir.
2. İş materiallarına notarial qaydada təsdiq edilmiş iddiaçıya məxsus əmək kitabçasının 001168 nömrəli dublikatı əlavə edilmişdir.
3. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən 11 mart 2025-ci il tarixli, 3- 48-4/2-518/2025 nömrəli məktubla bildirilmişdir ki, sorğuda tələb olunan Nəsimi rayon Qaz İstismarı İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Eyni zamanda nəzərə çatdırırlar ki, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, 2006-cı il yanvarın 1-dək kargüzarlıqda icrası başa çatmış işçi heyət üzrə sənədlər 75 il, 2006-cı il yanvarın 1-dən sonra kargüzarlıqda yaranan dövlət orqanlarının, iri dövlət şirkətlərinin rəhbərlərinin, dövlət, elm və mədəniyyət xadimlərinin, dövlət təltifləri və elmi dərəcələrə malik şəxslərin işçi heyət üzrə sənədləri 75 il, digər işçi heyət üzrə sənədlər 35 il müddətinə həmin sənədlərin yaranmış olduğu dövlət idarə, müəssisə və təşkilatlarında yaradılan arxivlərdə müvəqqəti mühafizə olunur. Göstərilən müddətlər sənədlərin yarandığı vaxtdan hesablanır və həmin müddətlər başa çatdıqdan sonra arxiv fondu sənədləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun daimi dövlət mühafizəsinə təhvil verilməlidir.
4. "xxxx" İB tərəfindən 01 aprel 2025-ci il tarixli, 14-2-2/2-1477/2025 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı 1974-cü ildən 2002-ci il tarixədək İdarədə işləməsini təsdiq edən sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş X5 İdarəsi istintaq şöbəsinin 18/7-201 saylı arayışına əsasən, Nəsimi rayon Qaz İstismar İdarəsində, 11 iyul 2001-ci il tarixində inzibati binada baş vermiş yanğın nəticəsində idarəyə məxsus olan sənədlər məhv olduğundan, həmin illər üzrə işə qəbul edilmə və işdən azad olunma barədə əmrləri təqdim etmək imkan xaricindədir. Lakin, ocayev Yusif Qoca oğlunun 2001-2002-ci il üzrə işləməsi barədə məlumat həmin illərin arxivdə olan haqqhesab cədvəlində öz əksini tapmışdır.
5. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X7 Xidməti tərəfindən 11 aprel 2025-ci il tarixli, 3-18-4/2- 953/2025 nömrəli məktubla bildirilmişdir ki, məktubda göstərilən 11 iyul 2001-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu, Nəsimi rayon Qaz istismarı İdarəsinin inzibati binasında yanğın baş verməsi haqda X7 Xidmətinin Yanğınsöndürmə Qərargahının X1 Mərkəzinin "101" xidmətinə məlumat daxil olmamışdır. Baş vermiş yanğınla əlaqədar digər məlumatların əldə olunması məqsədi ilə aidiyəti üzrə Fövqəladə Hallar Nazirliyinin X8 Xidmətinə müraciət etməyiniz məqsədə müvafiqdir.
6. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 sentyabr tarixli 1741 nömrəli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmasına dair vəsiqənin surəti, notarial qaydada təsdiq edilmiş X6 tərəfindən verilmiş İddiaçı 1975-ci ildən 2014-cü ilə qədər onunla birlikdə Nəsimi rayon Qaz İstismar İdarəsində işləməsinə dair ərizə təqdim edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 1974-2002-ci illər üçün əmək stajının nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1974-cü ildən Nəsimi rayon qaz istismarı sahəsində çilingər vəzifəsində əmək fəaliyyətinə başlamış, 2016-cı ilədək "xxxx" X4 və Nərimanov rayon idarələrində müxtəlif vəzifələrdə çalışmışdır. Ümumilikdə 42 illik əmək stajı var. İşlədiyi dövrdə 2001-ci il 11 iyul tarixində Nəsimi rayon Qaz istismarı İdarəsinin inzibati binasında baş verən yanğın nəticəsində idarəyə məxsus bütün sənədlər, o cümlədən əmək kitabçası məhv olmuşdur. Buna görə də, ona əmək kitabçasının dublikatı açılaraq İdarənin rəhbərliyi tərəfindən kitabçada müvafiq qeyd aparılmış, 1974-cü ildən həmin müəssisədə işlədiyi aydın şəkildə qeyd olunmuşdur. 2016-cı ildən əmək pensiyasına çıxmışdır. Lakin, ona əmək pensiyası təyin olunarkən əmək stajı düzgün hesablanmamış, 1974-2002-ci ilər üçün əmək stajı nəyəsə cavabdeh qurum tərəfindən nəzərə alınmamışdır. Tərəfindən "xxxx" İstehsalat Birliyinə ünvanladığı müraciətə əsasən cavab məktubunda Daxili İşlər Nazirliyi, Baş X5 İdarəsi İstintaq şöbəsinin 18/7-201 saylı arayışına əsasən 11 iyul 2001-ci il tarixdə baş verən yanğın faktı bir daha qeyd olunmuşdur. O, cavabdehə 1974-2002-ci illər üçün əmək stajının sosial siğorta stajına daxil edilərək hesablanması ilə bağlı dəfələrlə müraciət etmiş, lakin müraciətinə müsbət yanaşılmayıb. Hətta müraciətinə əmək kitabçasının surətini də, sübut kimi əlavə etməsinə baxmayaraq, DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı cavab məktubunda şablon cavablar vermiş və həmin dövrü nəzərə almamışdır. Odur ki, əmək kitabçasını və qeyd olunan faktları nəzərə almayan cavabdeh qurum, öz öhdəliyini icra etməkdən yayınır. Bununla bağlı cari ilin avqust ayında Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət etsə də, müraciətinin inzibati xarakterli olduğu izah edilmiş və sənədləri geri qaytarılmışdır.
9. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, 1974-2002-ci illər üzrə əmək fəaliyyəti dövrü məhkəmə qaydasında təsdiq olunduqdan sonra həmin dövr sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanmasına baxıla bilər. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (Qanun) 7-ci maddəsinin xx.xx.2016-cı il tarixdə qüvvədə olmuş tələblərinə əsasən iddiaçıya həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20- ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2024-cü il tarixdən 473,48 manata çatdırılmışdır. İddiaçının pensiya işinə daxil olan sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək əyani təhsil illəri, xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 6 il 7 ay 24 gün sığorta stajı, xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 14789,63 manat (2016-cı il tarixə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və pensiyanın məbləğində (473,48 manat) dəyişiklik olmamışdır. "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.1-ci yarımbəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən, Qaydaların 4.1.2-ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə isə dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən müəyyən edilir. İddia ərizəsinə əlavə edilmiş ******* nömrəli əmək kitabçası xx.xx.2010-cu il tarixdə açılmışdır, yəni dublikatdır. İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-ci il tarixli qərarının 3.10-cu bəndinə əsasən əmək kitabçası oğurlandıqda, yandıqda, itdikdə, yararsız hala salındıqda, işçi işə yenidən bərpa edildikdə qanunvericiliklə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir. İddiaçının əmək kitabçasının surətindən göründüyü kimi onun 1974-cü il tarixdə Nəsimi rayon Qaz İstismar İdarəsinə 10-cu dərəcəli rəis vəzifəsinə işə qəbul olunması ilə bağlı qeyd mövcud olsa da, işə daxilolma və işdən çıxma tarixi dəqiq göstərilməmişdir. Eyni zamanda işə daxilolma və işdən çıxma əmrlərinin nömrələri də qeyd edilməmişdir. "xxxx" İBnin iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli 14-2-2/2-Q-1xx-xx/2024 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Baş X5 İdarəsi İstintaq şöbəsinin 18/7-201 nömrəli arayışına əsasən Nəsimi rayon Qaz İstismar İdarəsində xx.xx.2001-ci il tarixdə inzibati binada baş vermiş yanğın nəticəsində idarəyə məxsus olan sənədlər yanaraq məhv olduğundan iddiaçının əməkhaqqı və iş stajı ilə bağlı arxiv arayışının verilməsi imkan xaricindədir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3342/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 1974-2002-ci illərdə Nəsimi rayon Qaz İstismar İdarəsində işlədiyi dövrlər onun sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.
11. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, İddiaçı sözügedən dövrlərdə, həqiqətən də, Nəsimi rayon Qaz İstismar İdarəsində əmək fəaliyyəti ilə məşğul olmuşdur.Lakin məhkəmənin hazırki iş üzrə mötəbər saydığı sübutların heç biri İddiaçı 1974-cü il tarixindən etibarən sözügedən müəssisədə işləməsini və əməkhaqqı almasını təsdiq etməyə imkan vermir. Həmçinin qeyd edirik ki, məhkəmənin əldə etdiyi sübutlarda iddiaçının 1974-cü ilin hansı ayı və günündə işə başladığı da aydınlaşdırılmamışdır. X3 dublikat əmək kitabçasının doldurulmasına əsas olan məlumatların və sənədlərin təqdim edilməsinə dair ünvanlanmış soröuya cavab məktubuna əsasən bildirilmişdir ki, “vətəndaş İddiaçı 1974-cü ildən 2002-ci il tarixədək İdarədə işləməsini təsdiq edən sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş X5 İdarəsi istintaq şöbəsinin 18/7-201 saylı arayışına əsasən, Nəsimi rayon Qaz İstismar İdarəsində, 11 iyul 2001-ci il tarixində inzibati binada baş vermiş yanğın nəticəsində idarəyə məxsus olan sənədlər məhv olduğundan, həmin illər üzrə işə qəbul edilmə və işdən azad olunma barədə əmrləri Sizə təqdim etmək imkan xaricindədir”.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının ******* nömrəli əmək kitabçası xx.xx.2010-cu il tarixdə açılmışdır, yəni dublikatdır. Əmək kitabçasının surətindən göründüyü kimi onun 1974cü il tarixdə Nəsimi rayon Qaz İstismar İdarəsinə 10-cu dərəcəli rəis vəzifəsinə işə qəbul olunması ilə bağlı qeyd mövcud olsa da, işə daxilolma və işdən çıxma tarixi dəqiq göstərilməmişdir. Eyni zamanda işə daxilolma və işdən çıxma əmrlərinin nömrələri də qeyd edilməmişdir. Bu halın yaranmasına səbəb isə, Nəsimi rayon Qaz İstismar İdarəsində 11 iyul 2001- ci il tarixində inzibati binada baş venniş yanğın nəticəsində idarəyə məxsus olan sənədlərin məhv olmasıdır. Birinci instansiya məhkəməsində araşdırılmış kifayət qədər sübutlarla iddiaçının 1974-2002-ci illərdə Nəsimi rayon Qaz İstismar İdarəsində işləməyi və o cümlədən həmin İdarəyə məxsus sənədlərin baş vermiş yanğın nəticəsində məhv olmasını işdə olan təkzib edilməz sübutlarla sübuta yetirildiyindən, qeyd edilən dövr (1974-2002-ci illər) mübahisəsiz olaraq iddiaçının sosial sığorta stajına daxil edilməlidir.
c) Proses iştirakçılarının izahatları
14. Məhkəmədə iddiaçı apellyasiya şikayətinin təmin edilmədən,birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını, cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
16. 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamədə aşağıda qeyd olunanlar müəyyən olunmuşdur: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
17. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
19.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 21.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3 -cü maddələrinə əsasən)
23. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 15-19-cu bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
24. Belə ki, iddiaçı 1974-2002-ci illər üçün əmək stajının nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını tələb edir.
25. Cavabdeh orqan isə 1974-2002-ci illərdə iddiaçının işə daxilolma və işdən çıxma tarixi dəqiq göstərilmədiyini və işə daxilolma və işdən çıxma əmrlərinin nömrələri də qeyd edilmədiyini bildirərək, imtina cavabı vermişdir.
26. İş materiallarından göründüyü kimi iddiaçının müraciətinə əsasən pensiya işinə daxil olan sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək əyani təhsil illəri, xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 6 il 7 ay 24 gün sığorta stajı, xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 14789,63 manat (2016-cı il tarixə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış, əmək pensiyasının məbləği 473,48 manat müəyyən edilmişdir. Lakin, cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının hesablanması zamanı 1974-2002-ci illər üzrə əmək fəaliyyəti dövrü sosial sığorta stajına daxil edilməmişdir. Bununla bağlı cavabdehin dəlili ondan ibarət olmuşdur ki, iddia ərizəsinə əlavə edilmiş ******* nömrəli əmək kitabçası xx.xx.2010-cu il tarixdə açılmışdır, yəni dublikatdır. İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-ci il tarixli qərarının 3.10-cu bəndinə əsasən əmək kitabçası oğurlandıqda, yandıqda, itdikdə, yararsız hala salındıqda, işçi işə yenidən bərpa edildikdə qanunvericiliklə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir. İddiaçının əmək kitabçasının surətindən göründüyü kimi onun 1974-cü il tarixdə Nəsimi rayon Qaz İstismar İdarəsinə 10-cu dərəcəli rəis vəzifəsinə işə qəbul olunması ilə bağlı qeyd mövcud olsa da, işə daxilolma və işdən çıxma tarixi dəqiq göstərilməmişdir. Eyni zamanda işə daxilolma və işdən çıxma əmrlərinin nömrələri də qeyd edilməmişdir. "xxxx" İB-nin iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli 14-2-2/2-Q-1xx-xx/2024 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Baş X5 İdarəsi İstintaq şöbəsinin 18/7-201 nömrəli arayışına əsasən Nəsimi rayon Qaz İstismar İdarəsində xx.xx.2001-ci il tarixdə inzibati binada baş vermiş yanğın nəticəsində idarəyə məxsus olan sənədlər yanaraq məhv olduğundan iddiaçının əməkhaqqı və iş stajı ilə bağlı arxiv arayışının verilməsi imkan xaricindədir.
27. İşin apellyasiya baxışı zamanı "xxxx" İB tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən bildirilir ki, keçmiş "xxxx" QSC-nin strukturunda həmin dövrdə fəaliyyət göstərmiş Nəsimi Rayon Qaz İstismarı İdarəsinin yerləşdiyi inzibati binada11 iyul 2001-ci il tarixində yanğın hadisəsi baş vermiş və nəticədə İdarəyə məxsus bütün sənəd və materiallar məhv olmuşdur. Yanğın hadisəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2001-ci il tarixli,18/7-201 nömrəli arayışında öz əksini tapmışdır. Odur ki, İddiaçı dair məlumatın və təsdiqedici sənədlərin surətinn tərəfimizdən təqdim olunması qeyrimümkündür.
28. Belə ki, iddiaçının ******* nömrəli əmək kitabçası xx.xx.2010-cu il tarixdə açılmışdır, yəni dublikatdır. Əmək kitabçasının surətindən göründüyü kimi onun 1974-cü il tarixdə Nəsimi rayon Qaz İstismar İdarəsinə 10-cu dərəcəli rəis vəzifəsinə işə qəbul olunması ilə bağlı qeyd mövcud olsa da, işə daxilolma və işdən çıxma tarixi dəqiq göstərilməmişdir. Eyni zamanda işə daxilolma və işdən çıxma əmrlərinin nömrələri də qeyd edilməmişdir. Bu halın yaranmasına səbəb isə, Nəsimi rayon Qaz İstismar İdarəsində 11 iyul 2001-ci il tarixində inzibati binada baş vermiş yanğın nəticəsində idarəyə məxsus olan sənədlərin məhv olmasıdır.
29. Lakin "xxxx" İB-nin Bakı İnzibati Məhkəməsinə ünvanladığı 01 aprel 2025-ci il tarixli məktubu ilə müşayət olunan haqq-hesab cədvəlindən görünür ki, İddiaçı həmin müəssisədən 2001-2002-ci il üzrə əmək haqqı almışdır.
30. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının 1974-2002-ci illərdə Nəsimi rayon Qaz İstismar İdarəsində işləməsi və ona, o cümlədən işlədiyi İdarəyə məxsus sənədlərin baş vermiş yanğın nəticəsində məhv olması işdə olan təkzib edilməz sübutlarla sübuta yetirildiyindən, qeyd edilən dövrlər mübahisəsiz olaraq iddiaçının sosial sığorta stajına daxil edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
32. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
33. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3342/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3342/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.