Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4138/2025 09.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Vəkilov Isa Teymur oğlunun cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş Idarəsinə qarşı “qeyri-yaşayış obyektinin istismarına icazə verilməsi” tələbinə dair işi üzrə (Açar sözlər: qeyri-yaşayış obyektinin istismarına icazə verilməsi) Hakimlər Ismayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, Iddiaçı Vəkilov Isa Teymur oğlunun oğlunun, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Iddiaçı Vəkilov Isa Teymur oğlunun cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş Idarəsinə qarşı “qeyri-yaşayış obyektinin istismarına icazə verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları ünvan 4 ünvanında yerləşən 34.0 kv.m torpaq sahəsi iddiaçı Vəkilov Isa Teymur oğlunun xüsusi mülkiyyətindədir. O, “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2023-cü il tarixli, **** nömrəli Fərmanından irəli gələn hüquqlarının realizəsi məqsədilə xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa olunmuş qeyri-yaşayış sahəsinə dair istismara qəbul aktının verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən – torpaq sahəsinin dövlət mülkiyyətində olmasına, üzərində inşa edilmiş qeyriyaşayış binasının yaşayış binasına bitişik sakinlərin istifadəsində olan ərazidə inşa edilməsinə, Azərbaycan Respublikası Prezidentinin ## #### 2023-cü il tarixli **** nömrəli Fərmanının 1.1.4cü bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəri Ərazi Tikinti-planlaşdırma Mərkəzinin ##.##.2023-cü il tarixli məlumata əsasən həmin torpaq sahəsinin ümumi istifadə yerləşməsinə, obyektin vətəndaşların ümumi istifadəsi (yaşıllıq zolağı) və asudə vaxtlarının səmərəli təşkili üçün nəzərdə tutulan ərazidə inşa edilmişməsinə, o cümlədən, yaşayış binasına və avtomobil yoluna bitişik yerləşməklə piyadaların gediş-gəlişinə maneə törətməsinə və ərazinin (məhəllənin) formalaşmış planlaşdırma həllinə uyğun olmamasına istinad edilmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı Vəkilov Isa Teymur oğlu cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş Idarəsinə qarşı ünvan 1) ünvanında mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş 1 (bir) mərtəbəli qeyri-yaşayış obyektinin istismarına icazə verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 6) ünvanında inşa edilmiş 1 (bir) mərtəbəli qeyri-yaşayış obyektinin Azərbaycan Respublikası Prezidentinin ## #### 2023-cü il tarixli **** nömrəli Fərmanına uyğun olaraq istismarına icazə verilməsi məqsədi ilə müvafiq razılıqların verilməsi üçün cavabdeh inzibati orqana müraciətlər etmişdir. Cavabdeh orqan isə sonuncu dəfə ## ###### 2024-cü il tarixli məktubla qeyd olunan Fərmanın 1.7-ci bəndinə istinad edərək imtina etmiş və imtinaya əsas kimi qeyri-yaşayış obyektinin yerləşdiyi ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneə törətməsi ilə əlaqələndirmişdir. Belə ki, cavabdehin əsası ilə qeyri-yaşayış obyekti vətəndaşların ümümi istifadəsində olan ərazidə yerləşməsi və insanların asudə vaxtlarının səmərəli təşkili üçün nəzərdə tutulmuş ərazi olması, o cümlədən, yaşayış və avtomobil yoluna bitişik olmaqla piyadaların hərəkətinə maneə yaratdığı qeyd olunmuşdur. Cavabdeh inzibati orqanın bu cür qanunsuz süründürməçilik hərəkətləri qanunlarin aliliyinə hörmət edilməməsinin birbaşa nəticəsidir. Çünki cavabdeh inzibati orqanın mütəxəssisləri qeyd etdikləri bəhanələrin qanundan kənar olduğunu çox yaxşı bilirlər. Çünki onun mülkiyyətində olan torpaq sahəmdə inşa edilmiş 1 mərtəbəli qeyri-yaşayış obyekti nə piyadaların hərəkətinə maneə yaradır, nə park, nə də ki, yaşıllıq ərazidir. Başa düşmək olmur ki, sıra boyunca yerləşən obyektlərin cərgəsində olmaqla heç bir maneəçiliyi olmayan obyektin olduğu ərazi guya insanların asudə vaxtlarının səmərəli təşkili üçün nəzərdə tutulmuş ərazi olması absutdur. Belə çıxır ki, onun mülkiyyət hüququ heç bir əhəmiyyət kəsb etmir və insanlar onun mülkiyyətində olan 34 kv.m torpaq sahəsində istirahət edirlər. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassız olmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, sözügedən torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin ## #### 2023-cü il tarixli **** nömrəli Fərmanının 1.1.2-ci bəndinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən ##.##.2023-cü il tarixində tərtib edilmiş qeyri-yaşayış binasının X4 Daşınmaz Əlakın Dövlət Reyestrində mövcud məlumatlarına dair Yerquruluşu planında göstərilir ki, torpağın mülkiyyətçisi dövlətdir və həmin torpaq sahəsi hansı ki, üzərində qeyri-yaşayış obyekti tikilmişdir, yaşayış binasına bitişik sakinlərin istifadəsində olan ərazidə inşa edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ## #### 2023-cü il tarixli **** nömrəli Fərmanının 1.1.4cü bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-planlaşdırma Mərkəzinin ##.##.2023-cü il tarixli məlumatında qeyd olunur ki, həmin torpaq sahəsi ümumi istifadədə yerləşir. Obyekt vətəndaşların ümumi istifadəsi (yaşıllıq zolağı) və asudə vaxtlarının səmərəli təşkili üçün nəzərdə tutulan ərazidə inşa edilmişdir. O cümlədən, yaşayış binasına və avtomobil yolun bitişik yerləşməklə piyadaların gediş-gəlişinə maneə törədir və ərazinin (məhəllənin) formalaşmış planlaşdırma həllinə uyğun deyildir. Həmin Fərmanın 1.7-ci bəndinə əsasən yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında inşa ediliş qeyri-yaşayış binasının Komitə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı tərəfindən bu Fərmana əsasən istismarına icazə həmin qeyri-yaşayış binasının yerləşdiyi ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneə törətmədikdə verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 4-cü maddəsinə 3- cü hissəsinə əsasən torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Həmin Məcəllənin 10-cu maddəsinin 1-ci hissəsinə əsasən torpaqların məqsədli təyinatı - torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddi nəzərdə tutulur. Həmin Məcəllənin 48-ci maddəsinin 4-cü hissəsinə əsasən torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Habelə həmin Məcəllənin 73-cü maddəsində torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsaslarından biri kimi, torpaqdan məqsədli təyinatına görə istifadə edilməməsi halı əsas göstərilmişdir. Həmin ərazidə iddiaçının qeyd etdiyi kimi bir neçə obyektin yerləşməsi faktının mövcud olması həmin obyektlərin qanunauyğun olması anlamına gəlməməlidir. Həmin ərazidə tikilən bu kimi qeyri-yaşayış obyektləri digər vətəndaşların və sakinlərin gediş-gəliş, eyni zamanda istirahət hüququnun pozulmasına gətirib çıxarır. Eyni zamanda, işin faktiki hallarından da, aydın olur ki, burada sözügedən qeyri-yaşayı obyektinin tikintisi həmin qeyri-yaşayış binasının yerləşdiyi ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə uyğun olmamaqla, məqsədli istifadə və ahəngdar fəaliyyəti də pozmaqdadır. Göründüyü kimi, hər bir halda müəyyən qeyri-yaşayış obyektinin fəaliyyəti ərazinin məqsədli ifadəsinə uyğun olmalı və ahəngdar mane törətməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim Aygün Abdullayeva) iddia tələbi təmin edilərək ünvan 1) ünvanında yerləşən, iddiaçı Vəkilov Isa Teymur oğlunun mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş 1 (bir) mərtəbəli qeyri-yaşayış obyektinin istismarına icazə sənədinin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş Idarəsinə həvalə edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pulun iddiaçı Vəkilov Isa Teymur oğlundan Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN 1700326621, X9, KOD 210005, VÖEN 1401555071, Müxbir hesab АZ41 NABZ013601000000000003944, SFIFTBIK CTREAZ22) xeyrinə tutulması qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsini, iddia ərizəsinin qeyri-mümkün hesab edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, sözügedən torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin ## #### 2023-cü il tarixli **** nömrəli Fərmanının 1.1.2ci bəndinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən tərtib edilmiş Qeyriyaşayış binasının X4 Daşınmaz Əmlakın Dövlət Reyestrində mövcud məlumatlarına dair Yerquruluşu Planından göstərilir ki, torpağın mülkiyyətçisi dövlətdir. Lakin cavabdeh, ##.##.2024-cü il tarixli *-****/*-V-**-**-***/**** nömrəli məktubu ilə sözügedən ünvanında inşa edilmiş 1 (bir) mərtəbəli qeyri-yaşayış obyekti vətəndaşların ümumi istifadəsi üçün nəzərdə tutulan ərazidə (yaşayış binasına bitişik) tikildiyindən, qeyd olunan Fərmanın1.7-ci bəndinin tələbinə cavab vermədiyi üçün sözügedən qeyri-yaşayış obyektlərinin istismarına icazə verilməsindən imtina edilmişdir. Məhkəmənin qərarında Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli **** nömrəli Fərmanının 1.7-ci bəndinə tələblərinə cavab verməməsi, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin qeyri-yaşayış obyektinin mövcud vəziyyətini əks etdirməməsi kimi dəlilləri əsaslandırılmamışdır. Məhkəmə tərəfindən həmin maddədə qeyd olunan fərdi maraqların qorunması, insanların həyatı, sağlamlığı, əmlakı, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranması və ya zərər vurulmasının qarşısının alınması, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi məqsədi ilə məhz Komitə tərəfindən sözügedən ünvanda tikilən 1 (bir) mərtəbəli qeyri-yaşayış (iaşə) obyektləri çoxillik əkmələr olan ərazidə tikildiyindən sözügedən qeyri-yaşayış obyektlərinin istismarına icazə verilməsindən imtina edilmişdir. Belə ki, sözügedən qeyri-yaşayış obyektləri vətəndaşların ümumi istifadəsi (yaşıllıq zolağı) və asudə vaxtlarının səmərəli təşkili üçün nəzərdə tutulan ərazidə inşa edilmişdir. Sözügedən obyektlər ərazinin (məhəllənin) formalaşmış planlaşdırma həllinə uyğun deyildir. Eyni zamanda sözügedən qeyri-yaşayış obyektləri həmin ərazidə artıq on illiklər ərzində mövcud olan ağacların yerləşdiyi yaşıllıq zolağında inşa edilmişdir. Hansı ki, həmin yaşıllıq zolağında olan ağaclar insanların asudə vaxtlarını səmərəli keçirməsi və sağlam mühitdə yaşaması üçün nəzərdə tutularaq salınmış çoxillik əkmələrdir. Eyni zamanda məhkəmə tərəfindən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci və 101.2-ci maddələrinə istinad olunmaqla Komitə tərəfindən iddiaçıya istismara icazə verilməli olduğu qeyd olunur. Iddiaçının müraciətində qeyd olunanlar Fərmanın 1.7-ci bəndinin tələbinə cavab vermədiyindən, sözügedən qeyri-yaşayış obyektinin istismarına icazə verilməsindən imtina edilmişdir. Obyektin yerləşdiyi torpaq sahəsinin ümumi istifadədə olması faktı Yerquruluşu Planında da əks olunmuşdur. Belə ki, işin faktiki halı odur ki, sözügedən qeyri-yaşayış obyekti həqiqətən vətəndaşların ümumi istifadəsi (yaşıllıq zolağı) və asudə vaxtlarının səmərəli təşkili üçün nəzərdə tutulan habelə ümumi gediş-gəliş olan ərazidə inşa edilmişdir. Sözügedən obyekt ərazinin (məhəllənin) formalaşmış planlaşdırma həllinə uyğun deyildir. Lakin, məhkəmə iş üzrə qərarında Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci və 101.2-ci maddələrinə istinad etməklə Komitə tərəfindən iddiaçıya istismara icazə verilməli olduğu qeyd olunur. Sözügedən torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin ## #### 2023cü il tarixli **** nömrəli Fərmanının 1.1.2-ci bəndinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən ##.##.2024-cü il tarixində tərtib edilmiş Qeyri-yaşayış binasının X4 və Daşınmaz Əmlakın Dövlət Reyestrində mövcud məlumatlarına dair Yerquruluşu Planından göstərilir ki, torpağın mülkiyyətçisi dövlətdir. Həmçinin, ŞTM-nin bu müddəaları şəhərsalma və tikinti normativlərinə uyğun olaraq inşa edilmiş və tikintiyə, o cümlədən istismara icazə proseduru çərçivəsində aparılan işlər üzrə icraat üçün nəzərdə tutulmuşdur. Sözügedən **** nömrəli Fərmanın mahiyyəti isə məhz amnistiya xarakteri daşıdığından, şəhərsalma və tikinti normativlərini aşan həmin tələblərə cavab verməyən qeyri-yaşayış obyektlərinin istismarına icazə verilməsi ilə bağlı icraatı tənzimləyir. Buna görə də məhkəmə tərəfindən burada tətbiq edilməli olan normalar kimi ŞTM-nin 101.1-civə 101.2-ci maddələri deyil, sözügedən **** nömrəli Fərmanın müddəaları olmalı idi. Eyni zamanda, tikinti obyektinin istismarına icazə verilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olduqda verilir ki, sözügedən ünvanda tikilən 1 (bir) mərtəbəli qeyri-yaşayış (iaşə) obyekti magistral boru kəmərlərinin (yeraltı orta təzyiqli qaz xətti) mühafizə zolağında, həmçinin vətəndaşların ümumi istifadəsi üçün nəzərdə tutulan ərazidə (yaşayış binasına bitişik) obyektlər ərazinin (məhəllənin) formalaşmış planlaşdırma həllinə uyğun olmadığından istismara icazə verilməmişdir. Bundan əlavə, məhkəmə tərəfindən iş üzrə qərarda Azərbaycan Respublikası Şəhərsalma və TikintiMəcəlləsinin102.4-cü maddəsinə istinad olunur. Qeyri-yaşayış obyektlərinə münasibətdə prosesin həyata keçirlimə qaydası və forması, həmçinin prosesi tənzimləyən müddətlər müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli **** nömrəli Fərmanına və qanunvericiliyin tələblərinə uyğunolaraq həyata keçirilmişdir. Sözügedən ərazidə hər-hansı qeyri-yaşayış obyektinin mövcudluğu vətəndaşların ümumi istifadəsi (yaşıllıq zolağı) və asudə vaxtlarının səmərəli təşkili üçün nəzərdə tutulan ərazinin ahəngdar fəaliyyəti və məqsədli istifadəsinə zidd olduğundan, sözügedən Fərmanın 1.7-ci bəndinə əsasən həmin qeyri-yaşayış sahəsinə dair istismara icazə verilməsi qanunvericiliyin tələbinə ziddir. Bu səbəbdən, iddiaçının iddia tələbinin təmin edilməsinə dair məhkəmənin iş üzrə qərarı ilə gəlinmiş hüquqi nəticə qanunsuz və əsassız olduğundan, bu qərarın ləğv olunması labüddür. Belə olan, hazır ki, mübahisə predmeti qeyri-yaşayış sahəsinin (ictimai iaşə obyekti) istismarına icazə verilməsi ilə bağlı olduğundan, burada yaşayış sahəsi olan çoxmənzilli binanın ümumi əmlakı barədə tənzimləməni müəyyən edən normativ hüquqi akta istinad edilməsi doğru yanaşma kimi qəbul edilə bilməz. Həmçinin məhkəmə tərəfindən qeyd olunur ki, cavabdeh Fərmanın 1.7-ci bəndinə o zaman istinad edə bilərdi ki, mübahisə predmeti olan qeyri-yaşayış obyekti ilk növbədə yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında inşa edilmiş olsun, bundan başqa həmin obyektin ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneə törətməsi müəyyən edilmiş olsun. Göründüyü kimi, Fərmanın 1.7-ci bəndinə əsasən qeyri-yaşayış obyektinin istismarına icazə verilməsindən imtinanın iki əsası mövcuddur. Bunlardan birincisi torpaq qeyri-yaşayış obyekti ilk növbədə yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında inşa edilmiş olması, ikincisi isə həmin qeyri-yaşayış obyekti ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneə törətməsi halıdır. Sözügedən qeyri-yaşayış obyektləri ünvan 5) ünvanında torpaq sahəsində, yəni faktiki olaraq binaya məxsus olan və həmin bina üçün ayrılmış torpaq sahəsində inşa edilmişdir. Bununla da, sözügedən ərazidə hər hansı qeyri-yaşayış obyektinin mövcudluğu vətəndaşların ümumi istifadəsi (yaşıllıq zolağı) və asudə vaxtlarının səmərəli təşkili üçün nəzərdə tutulan ərazinin ahəngdar fəaliyyəti və məqsədli istifadəsinə zidd olduğundan, sözügedən Fərmanın 1.7-ci bəndinə əsasən həmin qeyri-yaşayış sahəsinə dair istismara icazə verilməsi qanunvericiliyin tələbinə ziddir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq “Inzibati icraat haqqında” Qanun: Maddə 10. Hüquqi dövlətin ümumi prinsipləri 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Maddə 11. Qanunçuluq prinsipi 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. Inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. Inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. Inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. Inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2023-cü il tarixli, **** nömrəli Fərmanı:
1. Müəyyən edilsin ki: 1.1. 2023-cü il ####un #-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların (bundan sonra – qeyri-yaşayış binası) və nəqliyyat, rabitə, energetika və digər mühəndis-kommunikasiya obyektlərinin (bundan sonra – infrastruktur obyekti) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: 1.1.1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra – Nazirlik) qeyri-yaşayış binasının (infrastruktur obyektinin) sifarişçisinin (sahibinin) 2026-cı il ######ın #dək etdiyi və bu Fərmana əsasən aparılacaq yerquruluşu işlərinin, qeyriyaşayış binasının (infrastruktur obyektinin) müayinəsi, Tikintilərin Dövlət reyestrində uçota alınması, habelə istismarına icazə verilməsi üçün əsas hesab edilən müraciətin daxil olduğu tarixdən 1 (bir) iş günü müddətində qeyri-yaşayış binasının (infrastruktur obyektinin) və onun yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını və onlar arasındakı məsafələri, habelə qeyriyaşayış binasının (infrastruktur obyektinin) magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında yerləşibyerləşmədiyini müəyyən etmək üçün həmin müraciəti və ona əlavə olunmuş sənədləri elektron qaydada Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – Xidmət) göndərir; 1.1.2. Xidmət bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən müraciətin daxil olduğu tarixdən 15 (on beş) iş günü müddətində dövlət torpaq kadastrının, daşınmaz əmlakın dövlət reyestrinin məlumatları və aparılacaq yerquruluşu işlərinin nəticələri əsasında qeyri-yaşayış binasının (infrastruktur obyektinin) və onların yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının və onlar arasındakı məsafələrin göstərildiyi, habelə torpaq sahəsinin kateqoriyası barədə, qeyri-yaşayış binasının magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında, yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında yerləşib-yerləşmədiyi, torpaq sahəsinin mülkiyyət növü, xüsusi mülkiyyətdə olduqda – mülkiyyətçisi, istifadədə və ya icarədə olduqda – müvafiq olaraq, istifadəçisi və ya icarəçisi barədə, qeyri-yaşayış binasının (infrastruktur obyektinin) yerləşdiyi torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə uyğun olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zəruriliyi barədə məlumatın əks olunduğu planı (bundan sonra – plan) hazırlayıb, elektron qaydada Nazirliyə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (bundan sonra – Komitə) tabeliyindəki Ərazi Tikinti- Planlaşdırma Mərkəzinə (bundan sonra – Mərkəz), habelə qeyri-yaşayış binasının (infrastruktur obyektinin) sifarişçisinə (sahibinə) göndərilməsini təmin edir; 1.1.3. Nazirlik:
1. daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarına əsasən, başqa fiziki və ya qeyridövlət hüquqi şəxsin mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində yerləşən və barəsində müraciətə həmin torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti əlavə edilməyən qeyri-yaşayış binaları istisna olmaqla, bu Fərmanın 1.1.2-ci yarımbəndində göstərilən planın göndərildiyi, yaxud bu Fərmanın 1.9-cu bəndinə uyğun olaraq sifarişçinin yenidən müayinə aparılması üçün müraciət etdiyi tarixdən 30 (otuz) iş günü müddətində qeyri-yaşayış binasının (infrastruktur obyektinin) döngə nöqtələrinin koordinatları daxil olmaqla faktiki vəziyyətini əks etdirən tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin yerüstü mərtəbələrinin sayı 1-dən, ümumi sahəsi 150 kvadratmetrdən çox olduqda, habelə infrastruktur obyektinə münasibətdə həmçinin mühəndis-axtarış işlərinə dair hesabatlar və konstruksiya bölməsi (bundan sonra – layihə) əsasında qeyri-yaşayış binasının (infrastruktur obyektinin) yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, qaldırıcı qurğuların və digər təhlükə potensiallı qurğu və konstruksiyaların istismara hazırlığı, aidiyyəti qurumlar tərəfindən mühəndiskommunikasiya təminatı şəbəkəsinin istismara hazırlığına dair aktların təqdim edilməsi baxımından müayinə edir, müayinənin nəticəsinə dair istismara hazır olub-olmaması barədə rəyi (bundan sonra – rəy) tərtib edərək, həmin layihə və rəyi Xidmətin təqdim etdiyi planla birlikdə elektron qaydada Mərkəzə və Komitəyə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanına göndərir;
2. bu Fərmanın 1.1.3-cü yarımbəndinin 1-ci abzasına əsasən aparılmış müayinənin nəticələri mənfi olduqda, müayinə nəticəsində aşkarlanmış çatışmazlıqları və onların aradan qaldırılması üçün görülməli olan tədbirləri özündə əks etdirən rəyini onun tərtib edildiyi gündən 1 (bir) iş günü müddətində qeyri-yaşayış binasının (infrastruktur obyektinin) sifarişçisinə (sahibinə) göndərir; 1.1.4. Mərkəz bu Fərmanın 1.1.3-cü yarımbəndinin 1-ci abzasına əsasən göndərilmiş layihəni və rəyi aldıqdan sonra 3 (üç) iş günü müddətində həmin sənədləri kameral şəraitdə təhlil edir və qeyri-yaşayış binası (infrastruktur obyekti) barədə məlumatları Tikintilərin Dövlət reyestrində uçota alınmaq üçün Komitəyə təqdim edir; 1.1.5. Komitə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı:
1. 5 (beş) iş günü müddətində bu Fərmanın 1.1.3-cü yarımbəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş və Xidmətin təqdim etdiyi plana əsasən bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən torpaqlarda yerləşməyən və torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə müvafiq olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zərurəti olmayan qeyri-yaşayış binasının (infrastruktur obyektinin) istismarına icazəni verir və bu barədə məlumatı Tikintilərin Dövlət reyestrinə daxil edilmək üçün göndərir;
2. 5 (beş) iş günü müddətində bu Fərmanın 1.1.3-cü yarımbəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş və Xidmətin təqdim etdiyi plana əsasən bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən torpaqlarda yerləşməyən, bu Fərmanın 1.7-ci və ya 1.8-ci bəndlərində göstərilən torpaqlarda tikilmiş, lakin torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə müvafiq olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zərurəti olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüquqlarını təsdiq edən sənədin təqdim ediləcəyi təqdirdə istismarına icazə veriləcəyi barədə bildirişi sifarişçiyə (sahibə) göndərir, Xidmətə və müvafiq bələdiyyəyə (torpaq sahəsi bələdiyyə mülkiyyətində olduqda) elektron qaydada ötürür;
3. bu Fərmanın 1.1.5-ci yarımbəndinin 2-ci abzasına uyğun olaraq istismarına icazə veriləcəyi barədə bildiriş göndərilmiş qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində sifarişçinin (sahibin) mülkiyyət və ya icarə hüquqlarını təsdiq edən sənədin təqdim edildiyi gündən 2 (iki) iş günü müddətində həmin binanın istismarına icazəni verir və bu barədə məlumatı Tikintilərin Dövlət reyestrinə daxil edilmək üçün göndərir; 1.2. bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq müraciət bu müraciəti edən şəxsin mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində yerləşən qeyriyaşayış binası (infrastruktur obyekti) ilə bağlı olduğu halda şəxs müraciətinə torpaq sahəsi üzərində hüquqmüəyyənedici sənədin surətini, müraciət başqa fiziki və ya qeyridövlət hüquqi şəxsin xüsusi mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində yerləşən qeyriyaşayış binası (infrastruktur obyekti) ilə bağlı olduqda isə müraciət edən şəxs müraciətinə torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini əlavə edir; 1.3. bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq müraciət edən şəxs müraciətinə bu Fərmanın 1.1.3-cü yarımbəndinin 1-ci abzasında göstərilən layihəni əlavə edir;
Inzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Ilk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı ünvan 1) ünvanında mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş 1 (bir) mərtəbəli qeyri-yaşayış obyektinin istismarına icazə verilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin imtinasının və etirazının dəlillərinin araşdırılması məqsədilə məhkəmə tərəfindən iş üzrə təyin edilmiş məhkəmə tikinti ekspertizasının icrası ilə əlaqədar əldə edilmiş ekspert rəyinə, aidiyyəti qurumlardan əldə edilmiş sorğulara cavab məktublarına və iddiaçının öz təşəbbüsü ilə məhkəmə araşdırmasına təqdim edilmiş iş üzrə mühüm əhəmiyyət kəsb edən digər sübutlara əsasən müəyyən edilmişdir ki, cavabdehin dəlillərinin əksinə iddiaçının istifadəsində olan ünvan 2 ünvanında inşa edilmiş 1 (bir) mərtəbəli qeyri-yaşayış obyekti vətəndaşların ümumi istifadəsi (yaşıllıq zolağı) və asudə vaxtlarının səmərəli təşkili üçün nəzərdə tutulan ərazidə deyil, Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyi Dövlət Əmlakının Idarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən Seriya № ****** saylı Şəhadətnamə ilə onun mülkiyyətinə verilmiş ünvan 4 ünvanında yerləşən 34.0 kv.metr torpaq sahəsinin, yəni iddiaçının özünə aid olan ərazidə yerləşir. Həmin 1 (bir) mərtəbəli qeyri-yaşayış obyektinin yanından piyadaların gediş-gəlişi üçün piyada səkisi və binanın həyətinə sərbəst formada giriş üçün yol mövcuddur. Bundan əlavə, mübahisə predmeti təşkil edən qeyri-yaşayış sahəsi ilə bir cərgədə yerləşən digər qeyri-yaşayış sahələri mövcuddur ki, həmin qeyri-yaşayış sahələrinə dair mülkiyyətçilərin hüquqları artıq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla həmin mülkiyyətçilərə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının istifadəsində olan qeyriyaşayış sahəsinə dair istismara qəbul aktının əldə edilməsi ilə bağlı son məqsədi həmin daşınmaz əmlak üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdan ibarət olduğundan, həmin qeyri-yaşayış sahəsinə dair istismara qəbul aktının verilməsindən cavabdehin imtinasının dəlillərinin əsassız olması məhkəmə araşdırması zamanı işdə olan mötəbər sübutlarla tam şəkildə təsdiq olunduğundan və eləcə də, mübahisəli qeyri-yaşayış sahəsinin qonşuluğunda yerləşən qeyri-yaşayış obyektlərinə dair daşınmaz əmlakın dövlət reyestrindən digər şəxslərin adlarına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verildiyindən iddiaçıya münasibətdə fərqli münasibətin sərgilənməsi həm qanunçuluq, həm bərabərlik, həm də, etimad hüququnun pozulması kimi qiymətləndirilməklə iddiaçının tələbi əsaslı hesab edilərək təmin edilməlidir. Iddiaçı tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, “...Obyektin yerləşdiyi torpaq sahəsinin ümumi istifadədə olması faktı Yerquruluşu Planında da əks olunmuşdur. Belə ki, işin faktiki halı odur ki, sözügedən qeyri-yaşayış obyekti həqiqətən vətəndaşların ümumi istifadəsi (yaşıllıq zolağı) və asudə vaxtlarının səmərəli təşkili üçün nəzərdə tutulan habelə ümumi gediş-gəliş olan ərazidə inşa edilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən ##.##.2024-cü il tarixində tərtib edilmiş Qeyri-yaşayış binasının X4 və Daşınmaz Əmlakın Dövlət Reyestrində mövcud məlumatlarına dair Yerquruluşu Planından göstərilir ki, torpağın mülkiyyətçisi dövlətdir. Eyni zamanda, tikinti obyektinin istismarına icazə verilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olduqda verilir ki, sözügedən ünvanda tikilən 1 (bir) mərtəbəli qeyri-yaşayış (iaşə) obyekti magistral boru kəmərlərinin (yeraltı orta təzyiqli qaz xətti) mühafizə zolağında, həmçinin vətəndaşların ümumi istifadəsi üçün nəzərdə tutulan ərazidə (yaşayış binasına bitişik) obyektlər ərazinin (məhəllənin) formalaşmış planlaşdırma həllinə uyğun olmadığından istismara icazə verilməmişdir.” Qeyd etmək lazımdır ki, apellyasiya şikayətinin qeyd olunan dəlili iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Bu hissədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq onları yenidən təkrarlamağa lüzum görmür. Bununla belə, məhkəmə tərkibi bir daha qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyi Dövlət Əmlakının Idarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş ****** nömrəli “Mülkiyyət hüququ haqqında şəhadətnamə”yə əsasən Vəkilov Isa Teymur oğlu ünvan 4 ünvanında yerləşən 34.0 kv.m torpaq sahəsinin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyətçisidir. Əmlakın tərkibi bu şəhadətnamənin ayrılmış hissəsi olan əlavədə göstərilir. Bu şəhadətnamə ilə rəsmiləşdirilən 34.0 kv.m torpaq sahəsi Vəkilov Isa Teymur oğlunun xüsusi mülkiyyətindədir. Eyni zamanda, iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış binasının X4 və daşınmaz əmlakın dövlət reyestrində mövcud məlumatlarına dair yerquruluşu planı tərtib edilmişdir. Bundan başqa, qeyd olunmalıdır ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli **/**** nömrəli ekspert rəyinə əsasən qərardadın birinci və üçüncü sualları üzrə tədqiqatın nəticəsi aşağıdakı kimi olmuşdur: - iddiaçının istifadəsində olan ünvan 2 ünvanında inşa edilmiş 1 (bir) mərtəbəli qeyriyaşayış obyektinin vətəndaşların ümumi istifadəsi (yaşıllıq zolağı) və asudə vaxtlarının səmərəli təşkili üçün nəzərdə tutulan ərazidə deyil, Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyi Dövlət Əmlakının Idarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən Seriya №****** saylı Şəhadətnamə ilə iddiaçının mülkiyyətinə verilmiş ünvan 4 ünvanında yerləşən 34.0 kv.metr torpaq sahəsinin, yəni iddiaçının özünə aid olan ərazidə yerləşir. Qərardadın ikinci sualı üzrə tədqiqatın nəticəsi aşağıdakı kimi olmuşdur: Baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının istifadəsində olan ünvan 2 ünvanında inşa edilmiş 1 (bir) mərtəbəli qeyri-yaşayış obyektinin yanından piyadaların gediş-gəlişi üçün piyada səkisi və binanın həyətinə sərbəst formada giriş üçün yol mövcuddur. Məhkəmə tərkibi qeyd olunan ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Bundan başqa, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyi tərəfindən ünvan 3 ünvanında yerləşən 34 m2 tikinti sahəsi olan qeyri-yaşayış obyektinin istismara hazır olması barədə ## ###### 2023-cü il tarixli, ***** nömrəli rəy verilmişdir. Məhkəmənin müvafiq sorğusuna Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyi tərəfindən verilən ##.##.2023-cü il tarixli cavab məktubundan müəyyən edilir ki, ## ###### 2023-cü il tarixli, ***** nömrəli rəy hazırda qüvvədədir. Beləliklə, işdə olan sübutlardan müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən 34 m2 qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi ****** nömrəli “Mülkiyyət hüququ haqqında şəhadətnamə”yə əsasən Vəkilov Isa Teymur oğluna məxsusdur. Həmin torpaq sahəsi üzərində bir mərtəbəli qeyri-yaşayış sahəsi inşa edilmişdir. Qeyd olunan qeyri-yaşayış sahəsi vətəndaşların ümumi istifadəsi (yaşıllıq zolağı) və asudə vaxtlarının səmərəli təşkili üçün nəzərdə tutulan ərazidə deyil, iddiaçının özünə aid olan ərazidə yerləşir və obyektin yanından piyadaların gediş-gəlişi üçün piyada səkisi və binanın həyətinə sərbəst formada giriş üçün yol mövcuddur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
Nəticəvi hissə Yuxarıda göstərilənlərə və IPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Iş üzrə Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.