Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-415/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı firmasının cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X11 üzrə Baş İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsi) qarşı (üçüncü şəxslər - Azərbaycan Respublikası Vergilər Nazirliyi (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və X1 Dövlət Xidməti) qərarın ləğv edilməsi tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)-3234/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı firması xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinə qarşı Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Müdafiəsi Dövlət Xidməti üçüncü şəxs qismində cəlb edilməklə “tərtib edilmiş səyyar vergi yoxlamasının xx.xx.2019-cu il tarixli aktının ləğv edilməsi, həmçinin bu məsələ ilə bağlı təhqiqat-istintaq tədbirlərin görülməsinin məhkəmə çəkişməsi qurtarana kimi dayandırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra xx.xx.2019-cu il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli **********185942 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2002-ci il tarixində Bakı şəhər İH-nin göstərişi əsasında Bakıxanov qəsəbəsində küçə ticarətinin yığışdırılması və küçə ticarəti ilə məşğul olanların İddiaçı firmasının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi-1 ünvanda yerləşən ərazisinə yerləşdirilməsi səbəbindən, uzun müddət həmin ərazidən yararlana bilməmişlər. Həmin ərazidə “qaçqınlar bazarı” yaradıldı və ağır maddi şəraitdə olan məcburi köçkünlərə və qaçqınlara Dövlətimiz tərəfindən daima yardım olunmuş, həmçinin tərəflərindən imkanları daxilində qaçqınlara yardımçı olmuşlar və hazırda da olurlar. Yardım isə ondan ibarət idi ki, icarə predmeti olan qeyri-yaşayış sahələri real bazar qiymətindən aşağı qiymətə icarəyə verilir. Məlum ünvanda yerləşən qeyri-yaşayış sahələrinin obyektləri uzun müddət icarə predmeti olmamış və firma üçün maliyyə itkilərinə yol açdığına görə, həmçinin boş qalmasın deyə məcburiyyət qarşısında, eyni zamanda iki tərəfli razılıq əsasında məlum obyektlər ucuz qiymətə icarəyə verilmişdir. Fəaliyyəti dövründə nümunəvi vergi ödəyicisi olmuşlar, hesabatların təqdim edilməsində və dövlət büdcəsinə yaranan vergi borclarının ödənilməsində heç vaxt gecikdirmələrə yol verilməmişdir. Tərəflərindən ərazidə fəaliyyət göstərən icarəçilərə vergi qanunvericiliyinə əməl edilməsi, vergilərin vaxtında büdcəyə ödənilməsi sahəsində lazımi köməklik göstərilir və onlara hesabatların təqdim edilməsində yardımçı olur. Real şəraiti və obyektin vəziyyətini nəzərə alaraq icarə obyektlərinin bazar qiymətindən aşağı qiymətə icarəyə verilməsinin mümkün olub-olmamasına aydınlıq gətirmək üçün tərəflərindən hələ 2015-ci ildə xx.xx.2015-ci il tarixli **********999400 nömrəli məktubla, cavabdeh şəxsin hüquqi varisi olmuş Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə müraciət etdilər. Müraciəti cavab olaraq **********895900 nömrəli xx.xx.2015-ci il tarixli məktubla bildirdilər ki, “müraciətdə qeyd olunanlar yoxlama predmetinə aid olduğu üçün aparılan səyyar vergi yoxlaması zamanı cavablandırılacaqdır”. Həmin dövrdə firmalarında keçirilmiş yoxlamanın nəticəsinə dair tərtib olunmuş xx.xx.2016-cı il tarixli **********978333 nömrəli aktda icarə qiymətlərinin düzgün müəyyən olunub- olunmamasına dair heç bir irad tutulmamışdır. Həmçinin məlum ünvanın yaxınlığında yol kənarı çox saylı obyektlərin inşa edilməsi də onların firmasına mənfi təsir görsətdi, belə ki, mülkiyyətlərində olan qeyri-yaşayış sahələrinin bir necəsi yol kənarında yerləşir, əsas hissəsi isə ümumi istifadə də olan yoldan (insanların intensiv gediş-gəlişindən uzaq) içəri istiqamətdə yerləşdiyindən, icarə üçün nəzərdə tutulan obyektlərinə təlabət azalmış və uzun müddət istifadəsiz qalmışdır. xx.xx.2018-ci il tarixli **********150447 nömrəli səyyar vergi yoxlamasının nəticəsinə dair akt qəbul olunandan sonra müəyyən olunmuşdur ki, 66378 manat məbləğində əlavə vergi ödəməlidirlər ona görə də onlar bunu düzgün hesab etməyərək cavabdehə müraciət etmiş və yenidən düzgün hesablanmasını xahiş etmişlər. Bundan sonra yeni müfəttiş təyin olundu və səyyar vergi yoxlaması keçirildi və nəticəsinə dair xx.xx.2019-cu il tarixli **********50447 nörməli akt tərtib olundu və yeni məbləğ 49312 manat çivarında müəyyənləşmişdir. Hazırda dəfələrlə rəsmi qaydada elektron və yazılı şəkildə cavabdehə müraciət etsələrdə bütün müraciətləri cavabsız və nəticəsiz qalmaqdadır və bu səbəbdən, həmçinin İPM-nin prinsiplərinə uyğun olaraq, aidiyyəti üzrə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. AR Vergilər Məcəlləsinin 58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda: AR İPM-nin 7.1-ci maddəsinə əsasən, Mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. xx.xx.2019-cu il tarixdə Cavabdeh inzibati orqan **********109900 saylı, xx.xx.2019cu il tarixli məktubu ilə iddiaya qarşı etiraz bildirmişdir xx.xx.2019-cu il tarixdə iddidaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən İddiaçıfirmasının “xxxxxxxxxxxxxxx” ASC-nin Bakıxanov filialında olan (Kod:506786, M/h:AZ80NABZ********************, H/h: AZ32BRES********************) cari bank hesabına qoyulmuş Sərəncamlar (məhdudiyyətləri) məhkəmə çəkişməsi davam edənə kimi aradan qaldırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(82)- 3234/2019 tarixli qərardadı ilə (hakim E.Mustafayev) ərizə təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtaranadək cavabdeh tərəfindən İddiaçı firmasının “xxxxxxxxxxxxxxx” ASCnin Bakıxanov filialında olan (Kod:506786, M/h:AZ80NABZ********************,H/h: AZ32BRES********************) cari bank hesabına qoyulmuş Sərəncamlar (məhdudiyyətləri) götürülməsi qərara alınmış, qərardadın icrası Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X11 Departamentinə və “xxxxxxxxxxxxxxx” ASC-nin Bakıxanov filialına həvalə edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-3234/2019 tarixli qərarı ilə (hakim E.Mustafayev) iddia təmin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X11 üzrə Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********185942 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarı ləğv edilmişdir. xx.xx.2019-cu il tarixdə cavabdeh 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(82)-3234/2019 saylı qərardadından apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizəçinin müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi barədə ərizəsinin təmin edilməməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə cavabdeh 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-3234/2019 tarixli qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vergi orqanının təqdim etdiyi iddia ərizəsinə etirazında göstərdiyi dəlillərə hər hansı münasibət bildirmədən iddianın təmin edilməsinin əsası kimi səyyar vergi yoxlamasının xx.xx.2016-cı ildə başlanıldığını xx.xx.2018-ci il tarixdə başa çatdığını, yoxlamanın 1 ildən artıq müddətdə davam etdiyini, yoxlamanın uzadılmasının əsaslandırılmadığını göstərmişdir. Eyni zamanda yoxlama zamanı rəy vermiş ekspertin xüsusi bilik və təcrübəsin müvafiq sənədlərlə təsdiq edilməmiş, bu səbəbdən həmin rəy sübutetmə vasitəsi kimi istifadə edilməməlidir.İlk öncə qeyd edilməlidir ki, vergi orqanının xx.xx.2018-ci il tarixli **********148213 nömrəli qərarına əsasən təyin edilmiş növbəti səyyar vergi yoxlaması xx.xx.2019-cu il tarixdə başlanılmış, xx.xx.2019-cu il tarixdə başa çatmışdır. Lakin məhkəmə isə qərarında səyyar vergi yoxlamasının xx.xx.2016-cı ildə başlanıldığını xx.xx.2018-ci il tarixdə başa çatdığını qeyd etmişdir. Yoxlama zamanı rəy vermiş ekspertin xüsusi bilik və təcrübəsinin müvafiq sənədlərlə təsdiq edilməməsi barədə məhkəmənin əsassız fikri ilə əlaqədar isə bildirmişdir ki, nə səyyar vergi yoxlaması zamanı, nə də iddia ərizəsində , nə də məhkəmə iclasları zamanı qeyd edilən hal mübahisələndirilməmiş, ekspertin xüsusi bilik və təcrübəsi barədə hər hansı sual olmamış, ümumiyyətlə vergi orqanından bu barədə hər hansı sənəd tələb edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2770/2019 saylı qərardadı ilə Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(82)- 3234/2019 saylı qərardadı dəyişdirilmiş, iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi qismən təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtaranadək vergi orqanı tərəfindən mübahisələndirilən vergi borcu ilə əlaqədar İddiaçı firmasının milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam vermək hüququ istisna olmaqla, Azərbaycan Respublikasının bütün banklarında olan hesablarına pul vəsaiti ilə bağlı digər sərəncamların qoyulması cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinə qadağan edilmiş, iddiaçının ərizəsi qalan hissədə təmin edilməmişdir. Qərardad tərəflərə və “xxxxxxxxxxxxxxx” ASC-yə göndərilmişdir. Qərardaddan kassasiya şikayəti verilməmişdir. İşin apellyasiya icraatı zamanı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-415/2020 saylı qərardadı ilə iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, və ekspert qarşısında “ 1) xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə (hər il üzrə ayrılıqda göstərilməklə) ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin bazar qiymətlərinə uyğun olaraq müəyyən olunmuş icarə haqları nə qədərdir? , 2) xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin icarə haqlarının yaxınlıqda yerləşən eyni vəziyyətdə (eyni ölçülü, eyni təmirli) olan qeyri-yaşayış sahələrinin icarə haqlarından fərqlənirmi? Fərqlənirsə, fərq nədən ibarətdir ?” sualları qoyulmuşdur. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/563 saylı məktubu ilə ekspert Hüseyn Məmmədovun ekspertiza aparmaqdan imtina etməsi haqqında məlumatı məhkəməyə daxil olmuşdur. Məlumatda qeyd edilmişdir ki, tikililərin, mənzillərin, torpaq sahələrinin, fərdi yaşayış evlərinin, bağ evlərinin, qeyri-yaşayış sahələrinin və binaların və s. ümumilikdə daşınmaz əmlakların bazar qiymətləri ilə dəyərinin icarə haqlarının müəyyən edilməsi mühəndis-texniki ekspertizası sahəsi üzrə xüsusi bilik tələb etmədiyindən və qərardaddakı suallar əmlak birjalarından və ya müxtəlif internet saytlarından konkret məlumatın əldə olunmasına aid olduğundan, Mərkəzdə bu sualların tədqiqatı aparılmır. Yuxarıda qeyd edilən səbəbdən və işin obyektiv araşdırılması məqsədilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)- 415/2020 saylı qərardadı ilə iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi “xxxxxxx” Konsaltinq və Qiymətləndirmə Şirkətinə tapşırılmışdır. xx.xx.2020-ci il tarixdə “xxxxxxx” Konsaltinq və Qiymətləndirmə Şirkəti tərəfindən MB-13/745 seriya və nömrəli , ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarə bazar dəyərinin müəyyən edilməsi barədə qiymətləndirmə rəyi məhkəməyə daxil olmuşdur. Qiymətləndirmə rəyinə əsasən: 1-ci sual üzrə “aparılan təhlil və hesablamalar nəticəsində ünvan 2 ünvanında yerləşən 2277.8 kv m qeyri-yaşayış sahələrinin 2016-cı il (01 oktyabr – 31 dekabr) tarixinə icarə haqqı Cəmi- 8900 manat; 2017-ci il (01 yanvar – 31 dekabr) tarixinə icarə haqqı Cəmi – 8900 manat; 2018-ci il (01 yanvar – 01 mart) tarixinə Cəmi 9700 manat təşkil edir” 2 ci sual üzrə “ xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin icarə haqlarının yaxınlıqda yerləşən eyni vəziyyətdə (eyni ölçülü, eyni təmirli) olan qeyri-yaşayış sahələrinin icarə haqlarından fərqlənən də var, fərqlənməyən də var. Belə ki, yaxınlıqda küçə boyu yerləşən qeyri-yaşayış sahələri qiymətləndirilən obyektin 2-si ilə oxşar olduğundan, icarə qiymətləri də oxşardır. Digər qeyri yaşayış sahələrinin texniki və kommersiya cazibədarlığı əhəmiyyətli dərəcədə fərqləndiyindən icarə qiymətləri də fərqlidir. (Qiymətləndirici - F.İbrahimov; hesabat hazırlayan – T.Əhmədova) Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 və əvvəlki iclasda iştirak edən iddiaçının direktoru X8 izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Əlavə olaraq, iddiaçının nümayəndəsi X5, sədrlik edənin sualına cavab olaraq, hazırkı iddia tələbinin üçüncü şəxslərin hüquqlarına toxunmadığını, istehlakçı olaraq hüquqlarının qorunması məqsədilə üçüncü şəxslərin vəzifə səlahiyyətlərinə uyğun olaraq, məhkəmə icraatına cəlb edildiklərini bildirdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndələri X7 və X6 izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, üçüncü şəxslər Azərbaycan Respublikası Vergilər Nazirliyi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və X1 Dövlət Xidmətinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, iddia tələbinə və apellyasiya şikayətinə dair hər hansı yazılı münasibət bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)-3234/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: **********150447 saylı, xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktından görünür ki, İddiaçı firmasında 2016-cı il-2017-ci il üzrə əmlak vergisi, 2016-cı il-2017-ci il mənfəət vergisi, 2017-ci il torpaq vergisi, oktyabr 2016-fevral 2018-ci il aksiz vergisi, oktyabr 2016-fevral 2018-ci il mədən vergisi, 4-cü rüb 2016-4-cü rüb 2017-ci il sadələdirilmiş vergi, 2016-cı il-2017-ci il muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, oktyabr 2016-fevral 2018-ci il əlavə dəyər vergisi üzrə səyyar vergisi üzrə yoxlama keçirilmişdir.Yoxlama xx.xx.2018-ci ildən başlamış xx.xx.2019-cu il tarixdə başa çatdırılmışdır. **********150447 saylı, xx.xx.2018-ci il tarixli səyyar vergi yoxlaması aktından görünür ki, İddiaçı firmasında 2016-cı il 2017-ci il muzdlu işlə ələqədar ödəmə mənbəyində tutulan vergi, 2016-cı il-2017-ci il üzrə əmlak vergisi, 2016-cı il- 2017-ci il mənfəət vergisi, 2017-ci il torpaq vergisi, oktyabr 2016-fevral 2018ci il əlavə dəyər vergisi, oktyabr 2016-fevral 2018-ci il aksiz vergisi, oktyabr 2016-fevral 2018- ci il mədən vergisi, 4-cü rüb 2016-4-cü rüb 2017-ci il sadələdirilmiş vergi, 4-cü rüb 2016-4- cü rüb 2017-ci il ödəmə mənbəyindən tutulan vergi üzrə səyyar vergisi üzrə yoxlama keçirilmişdir.Yoxlama xx.xx.2018-ci ildən başlamış xx.xx.2018-ci il tarixdə başa çatdırılmışdır. **********978333 saylı, xx.xx.2016-cı il tarixli səyyar vergi yoxlması aktından görünür ki, İddiaçı firmasında 2014-cü il əmlak vergisi, 2015-ci il torpaq vergisi, 2014-cü il yol vergisi, noyabr 2014-sentyabr 2015-ci il mədən vergisi, 4-cü rüb 2014-3-cü rüb 2015-ci il ödəmə mənbəyində tutulan vergi, 2014-cü il muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, 2014-cü il mənfəət vergisi, oktyabr 2014-avqust 2015-ci il əlavə dəyər vergisi və noyabr 2014sentyabr 2015-ci il aksiz vergisi üzrə səyyar vergisi üzrə yoxlama keçirilmişdir. Yoxlama xx.xx.2015-ci ildən başlamış xx.xx.2016-cı il tarixdə başa çatdırılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi X2 Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin xx.xx.2020-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarı ilə xx.xx.1956-cı il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, İddiaçı firmasının direktoru X8 tərəfindən xeyli miqdar təşkil edən 32875,29 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraata, əməldə cinayət tərkibi olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. (Vergi X2 Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 2-ci şöbəsinin XMİÜ böyük, ədliyyə müşaviri Səbuhi Hüseynov) «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İPM-in 2.2-ci 2.2.1-ci maddələrinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 36.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqanın iddia ərizəsinə etirazında qeyd edilmişdir ki, yoxlamanın nəticəsi olaraq tərtib olunmuş xx.xx.2019-cu il tarixli **********150447 saylı “Səyyar vergi yoxlaması” Aktı ilə vergi ödəyicisinə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sadələşdirilmiş verginin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən əlavə dəyər vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 16834,95 manat verginin azaldılmasına görə 8417,0 manat maliyyə sanksiyası, mənfəət vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli məbləğinə nisbətən 16040,29 manat verginin azaldılmasına görə 8020,14 manat manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur. Yoxlama ilə ümumilikdə 32875,29 manat əlavə vergi məbləği hesablanmış və hesablanmış vergi məbləğinə 16437,66 manat maliyyə sanksiyyasının tətbiq edilməsi təklif olunmuşdur. Vergi Məcəlləsinin 56.1-ci maddəsinin tələbləri nəzərə alınaraq vergi orqanı tərəfindən xx.xx.2019-cu il tarixli **********185942 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar çıxarılaraq vergi ödəyicisinə 32875,29 manat əlavə vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 16437,66 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 44.1-ci maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. Həmin Məcəllənin 44.8-ci maddəsinə əsasən ekspert rəyi öz adından verir və imzalayır. Ekspertin rəyində onun tərəfindən aparılan araşdırma, gəldiyi nəticələr və qoyulan suallara əsaslandırılmış cavablar əks etdirilir. Məhkəmə kollegiyası qeyd edir ki,cavabdehin xx.xx.2018-ci il tarixli **********151051 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” Qərarı əsasında vergi ödəyicisinin fəaliyyət göstərdiyi ünvan 4 ünvanında yerləşən təsərrüfat subyektində xx.xx.2018-ci il tarixdə ekspertiza keçirilmiş və cavabdeh orqan tərəfindən əlavə vergi məbləğinin və maliyyə sanksiyasının hesablanmasının əsası kimi Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin xx.xx.2018-ci il tarixli ekspert rəyi çıxış etmişdir. İşin tam, obyektiv və hərtərəfli araşdırılması, eyni zamanda vergi orqanı tərəfindən vergi borcunun hesablanmasına əsas olmuş ekspert rəyində göstərilmiş qiymətlərin reallığı əks etdirib-etdirməməsinin müəyyən edilməsi məqsədilə işin apellyasiya icraatı zamanı iş üzrə məhkəmə-əmtəəşünaslıq və məhkəmə qiymətləndirmə ekspertizaları təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş “xxxxxxx” Konsaltinq və Qiymətləndirmə Şirkəti tərəfindən MB-13/745 seriya və nömrəli , ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarə bazar dəyərinin müəyyən edilməsi barədə qiymətləndirmə rəyində qeyd edilmiş illər üzrə qeyri-yaşayış obyektlərinin icarə haqqı qiymətləri ilə cavabdeh orqan tərəfindən əsas götürülmüş ekspert rəyində əks olunmuş icarə haqqı qiymətləri arasında kəskin fərqlər olduğu müəyyən edilmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin ekspert qismində cəlb etdiyi şəxsin iş üzrə verdiyi rəyində əksini tapmış qiymətlərin hansı meyarlarla hesablanması və real orta bazar qiymətini əks etdirməsi də iş üzrə müəyyən edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2003- cü il tarixli Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinin tələbinə görə vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə düşür. Eyni zamanda, həmin Məcəllənin 94.0.1-ci maddəsinə əsasən vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi orqanının üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdehin iddiaçıya əlavə vergi borcunun hesablanmasına əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)-3234/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X11 üzrə Baş İdarəsinin (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsi) apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)- 3234/2019 nömrəli qərarıdəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-415/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-415/2020
11.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver