Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4157/2025 22.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Qasımov Vidadi Kamal oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ceyhun Bəşir oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Əlizadə Bahar Famil qızının katibliyi, cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı (üçüncü şəxs ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti) "sığorta ödənişinin ödənilməsi" tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtina məktubunun qanunsuz və əsassız hesab edilməsi, xidməti vəzifələrinin icrası zamanı ##.##.2010-cu ildə az ağır dərəcəli bədən xəsarəti alması ilə bağlı sığorta ödənişinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Iddiaçı öz tələbini belə əsaslandırmışdır ki, Bakı Hərbi Prokurorluğunun müstəntiqi vəzifəsində, R rütbəsində qulluq keçdiyi zaman ##.##.2010-cu ildə xidməti vəzifələrinin icrası zamanı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "sol diz oynağının posttravmatik hemoartrozu" ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti almışdır. Bununla bağlı ##.##.2010-cu ildə xidməti vəzifələrinin icrası ilə bağlı bədən xəsarətləri alması ilə əlaqədar ona sosial sığorta müavinətinin verilməsi üçün müvafiq rəyin verilməsi məsələsinə müraciəti əsasında Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Əmək Məsələləri Komissiyasında baxılmış və Komissiyanın ##.##.2021-ci il tarixli qərarına əsasən almış olduğu "sol diz oynağının posttravmatik hemoartrozu" az ağır dərəcəli bədən xəsarətinin bilavasitə xidməti vəzifələrinin icrası ilə əlaqədar olması qənaətinə gəlinmişdir. Bununla əlaqədar sığorta ödənişinin verilməsi ilə bağlı ##.##.2021-ci ildə müvafiq təsdiqedici sənədlərlə birlikdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə tərəfindən ərizə ilə müraciət edilmişdir. Lakin bilavasitə xidməti vəzifələrinin icrası ilə əlaqədar az ağır dərəcəli bədən xəsarəti alması ilə bağlı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsi deyil, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin "d" bəndi əsas götürülərək ona 2021-ci ildə 550 manat vəsait ödənilmişdir. Sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 2020-ci ilin ######ın #-dən sonraya, yəni ## ### 2021-ci ilə aid olduğundan cavabdehə ##.##.2024-cü il və ##.##.2024-cü il tarixlərdə dövlət icbari şəxsi sığorta ödənişi üçün tələb olunan sənədləri təqdim etmişdir. Lakin cavabdeh ##.##.2024-cü il tarixli və ##.##.2024-cü il tarixli məktubları ilə sənədlərini geri qaytararaq xəsarət almasının ##.##.2010-cu ildə baş verməsinə və müvafiq dövr üzrə sığorta haqqının xidmət keçdiyi orqan tərəfindən "xxxx" ASC-yə ödənildiyindən sığorta ödənişinin ödənilməsi üçün həmin quruma müraciət etməsini tövsiyə edərək sığorta ödənişinin ödənilməsindən imtina etmişdir. Hesab edir ki, imtina qüvvədə olan qanunvericiliyin normalarına zidd və əsassızdır. Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-*****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının ##.##.2025-ci il tarixli, 2- *(***)- ****/**** nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-*****/**** nömrəli qərardadı ləğv edilmiş, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı xidməti vəzifələrinin icrası zamanı ##.##.2010-cu ildə az ağır dərəcəli bədən xəsarəti alması ilə bağlı sığorta ödənişinin ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdeh iddia tələbinə cavab verməli orqan olmadıqlarını əsas gətirərək işə mahiyyəti üzrə baxılmamalı olduğunu bildirmiş və mümkün sayılmamasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Inzibati kollegiyası cavabdehin mövqeyinə münasibət bildirərək iddiaya cavab verməli olan orqanın Dövlət Sosial Müdafiə Fondu olduğunu təsdiqləmişdir. Məhkəmə iclaslarında cavabdehin nümayəndəsi əlavə olaraq az ağır xəsarət almasının ##.##.2010-cu ildə baş verdiyini əsas gətirərək həmin tarixdə ödənişin Dövlət Sosial Müdafiə Fondu tərəfindən edilmədiyini qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının çatmaq istədiyi məqsəd ona düşən sığorta ödənişinin alınmasından ibarətdir. Iddiaçı "Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il ## #### tarixli **** nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin ## ###### 2024-cü il tarixli **** nömrəli Fərmanını nəzərə alaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidentinin ## ### 2021-ci il tarixli **** №-li Fərmanının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, hakimlərin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərin və toplanışlarda olan hərbi vəzifəlilərin, prokurorluq işçilərinin, müstəntiqlərin, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin və mülki müdafiə qüvvələrinin şəxsi heyətinin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri (bu Fərmanın 2.7ci və 2.8-ci bəndləri nəzərə alınmaqla) 2022-ci il ######ın #-dən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Həmin Fərmanın 2.8-ci bəndinə əsasən, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il ######ın ##-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il ######ın #-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022ci il ######ın #-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir. Azərbaycan Respublikasının Prezidentinin ## ###### 2024-cü il tarixli **** nömrəli "Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il ## #### tarixli **** nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti ləğv edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il ## #### tarixli **** nömrəli Fərmanı ləğv edilmişdir. Iddiaçının sığorta ödənişinin ödənilməsini tələb etməsi Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin ləğv edilməsindən qısa müddət əvvələ təsadüf edir. Iddiaçı Şirkətə müraciət etmiş, onun ödənişi düzgün hesablanmamış, sonradan qurum ləğv olunduğundan müraciət etməsi mümkün olmamışdır. Nəzərə almaq lazımdır ki, cavabdeh xəsarətin baş vermə tarixinə əsasən ödənişin tərəflərindən edilməməli olduğu qənaətində olsa da, qanunvericiliyə əsasən iddiaçının həmin tarixdə Dövlət Sosial Müdafiə Fonduna müraciət etmək hüququ artıq yaranmışdır. Belə ki, Fərmanın 2.8-ci maddəsinə əsasən, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il ######ın ##-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il ######ın #-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022ci il ######ın #-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir. Məhkəmə bir daha vurğulayır ki, qanunvericiliyə əsasən ödənişin kim tərəfindən verilməsi hadisənin baş vermə tarixinə görə deyil, sənədin tarixinə görə müəyyən edilir. Iddiaçı barəsində faktı təsdiq edən sənəd qismində "canlı şəxsin məhkəmətibbi müayinəsi" aktı və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Əmək Məsələləri Komissiyasının ##.##.2021-ci il tarixli ** nömrəli iclas protokolu çıxış edir edir ki, həmin sənədlər 2021-ci ilin müvafiq olaraq aprel və may aylarında tərtib edilmişdir. Fərmanın 2.8-ci maddəsinin tətbiqi nöqteyi-nəzərindən Şirkət tərəfindən ödənişin tam həyata keçirilməməsi ödənişin həyata keçirilməməsinə bərabər tutulmalıdır. Belə ki, iddiaçının hüquqi marağı onun ödənişinin ödənilməsidir və bunun hansı orqan tərəfindən ödənilməsinin onun üçün əhəmiyyəti yoxdur. Iddiaçı sadəcə Şirkət mövcud olmadığından və Fərmana əsasən sənədinin tarixi 2020ci il ######ın ##-dən sonraya aid olan, Şirkət tərəfindən 2022-ci il ######ın #-dək ödənişi həyata keçirilməmiş şəxs kimi dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etmək məcburiyyətində qalmışdır. Iddiaçıya qeyd olunan sənədlər əsasında Şirkət tərəfindən 2022-ci ilin ######ın #-dək müvafiq sığorta ödənişi həyata keçirilməsi, iddiaçının xidməti vəzifələrinin icrası zamanı ##.##.2010-cu ildə az ağır dərəcəli bədən xəsarəti alması ilə bağlı sığorta ödənişinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia tələbi irəli sürməsini mümkünsüz etmir. Iddianın mahiyyəti ilə bağlı münasibət bildirərək məhkəmə qeyd edir ki, cavabdeh etirazında iddiaçının iddia ərizəsində özünün də 550 manat sığorta ödənişinin ona "xxxx" ASC tərəfindən ödənildiyini qeyd etməsinə istinad etmişdir. Cavabdeh iddiaçının qeyd etdiyi bu faktla razılaşırsa, eyni zamanda ona sığorta ödənişinin "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respubikası Qanunun 5-ci maddəsinin d) bəndinə əsasən, verilməsi faktı ilə də razılaşmış olmalıdır. Belə ki, həmin Qanunun sözügedən maddəsinə əsasən sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən az ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda ona sığorta məbləğinin 15 faizi miqdarında sığorta ödənişi ödənilir. Həmin qanunun 4.1-ci madddəsinə əsasən, sığortaolunan on bir min manat məbləğində sığorta edilir. Bu hesablama əsasında belə iddiaçıya 550 manat ödəniş edilməsi riyazi olaraq doğru deyildir. Lakin əsas pozuntu hüquqi cəhətdən edilmişdir. Belə ki, iddiaçı prokurorluq işçisi olduğu halda onun ödənişinin "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanunu ilə deyil, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respubikası Qanunu əsas götürülərək hesablanması qanunsuz olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 2.1.3-cü maddəsinin "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 2.4, 20.5 və 20.15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair ## ##### 2022-ci il tarixli Qərarı" ilə müəyyən edilmişdir ki, "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 2.1.3-cü maddəsində "hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla" ifadəsi hərbi prokurorluq orqanlarında qulluq edən prokurorluq işçisi olmayan hərbi qulluqçuları nəzərdə tutur; Hərbi prokurorluq orqanlarının prokurorluq işçilərinin dövlət icbari şəxsi sığortası "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir; "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci və "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-ci maddələrinə müvafiq olaraq, prokurorluğun stajorlarının dövlət icbari şəxsi sığortası "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Iddiaçının prokurorluq işçisi olması işin mübahisələndirilməyən halıdır. Onun sığorta ödənişinin "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanunu əsasında ödənilməli olması qanunvericiliklə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun mövqeyi ilə təsdiq olunur. Bundan başqa, "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində sığorta ödənişinin verilməsindən imtina əsasları qeyd edilmişdir ki, nə iş materiallarında, nə də cavabdehin etirazında qeyd edilən əsaslardan hər hansı biri müəyyən edilməmişdir. Belə olan halda, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının icraat materiallarına əlavə etdiyi sənədlərə əsasən, İddiaçı az ağır xəsarət almasının ##.##.2010-cu ildə baş verdiyi aydın olur. Belə ki, iddiaçıya 2010-cu il tarixli **** nömrəli xəsarətin hərbi xidmət dövründə alınması barədə arayış təqdim edilmişdir. Həmin arayışda iddiaçının xəsarətinin hərbi xidmət dövründə aldığı qeyd edilmişdir. Bu arayış əsasında ona ##.##.2010-cu il tarixli *** nömrəli əmrlə 15 təqvim günü müddətində məzuniyyət verilmişdir. "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il ## ### tarixli **** nömrəli Fərmanının 2.7-ci bəndinə əsasən, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin həyata keçirilməsi sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il ######ın #-dən əvvələ aid olduğu halda "xxxx" ASC tərəfindən təmin edilir. Belə ki, Fondun ##.##.2024-cü il tarixli *-**-*/*-S-****** nömrəli məktubuna əsasən iddiaçıya müvafiq dövr üzrə sığorta haqqı xidmət keçdiyi sığortalı qurum tərəfindən "xxxx" ASCyə ödənildiyindən sığorta ödənişinin ödənilməsi üçün "xxxx" ASC-yə müraciət etməsi tövsiyə olunmuşdur. Çünki sığorta haqqı və sığorta ödənişi institutlarının mahiyyətinə uyğun olaraq, sığorta hadisəsinin baş verdiyi dövrdə sığorta haqqı hansı orqana ödənibsə sığorta ödənişi də onun tərəfindən həyata keçirilməlidir. Həmçinin Azərbaycan Respublikası Hərbi Prokrorluğunun ##.##.2024-cü il tarixli *-*-***/*-******/**** nömrəli məktubundan da aydın olur ki, məhkəmənin istinad etdiyi Hərbi Prokurorluğun Əmək Məsələləri Komissiyasının ##.##.2021-ci il tarixli protokolunun verilməsinə əsas kimi, məhz 2010-cu il tarixli **** nömrəli arayış çıxış etmişdir. Qeyd edilən sənədlər iş materiallarına əlavə edilmiş olsa belə, məhkəmə tərəfindən qərarda onlara qiymət verilməmişdir. Eyni zamanda qeyd edək ki, 2010-cu il tarixli **** nömrəli arayışda "Travmadır. Hərbi xidmət dövründə alınmışdır" qeyd edilmişdir. Lakin Azərbaycan Respublikası Hərbi Prokrorluğunun Əmək Məsələləri Komissiyasının ** nömrəli protokolunda hadisənin bilavasitə xidməti vəzifəsininin icrası ilə bağlı olduğu qeyd edilmişdir. Protokola əsasən, İddiaçı ##.##.2010-cu ildə xidmət yerindən Azərbaycan Respublikası Hərbi Prokurorluğuna getmiş, işlərini bitirdikdən sonra xidmət yerinə qayıdarkən baş vermiş yolnəqliyyat hadisəsi zamanı xəsarət almışdır. Azərbaycan Respublikası "Hərbi xidmət və hərbi vəzifə" haqqında Qanunun 27.1.10-cu maddəsinin tələbinə əsasən, hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər hərbi xidmət yerinə gedib-gələrkən hərbi xidmət vəzifələrinin icrasında sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında" Əsasnaməyə uyğun olaraq, hərbi həkim komissiyasının "xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır" qərarına aşağıdakılar aiddir: əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. Göründüyü kimi, Hərbi Prokurorluğun hər iki sənədi arasında ziddiyyət vardır. Sənədlərin birində hadisənin travma olduğu, hərbi xidmət dövründə alındığı qeyd edilsə də, digər sənəddə artıq dəyişiklik edilmiş, hadisənin xidməti vəzifələrinin icrası zamanı baş verdiyi bildirilmişdir. Lakin hakim sözügedən sənədlər arasındakı ziddiyyətə qiymət verə bilməmişdir. Əlavə olaraq məhkəmənin diqqətinə çatdıraq ki, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadında sığorta hadisəsini təsdiq edən sənədin tarixinin ## ### 2021-ci il tarixə aid olması qeyd edilsə də, sözügedən qərardadın Fonda münasibətdə heç bir preyudisial əhəmiyyəti yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ## #### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ##.##.2022-ci il tarixli Qərarına əsasən, məhkəmə qərardadları o halda preyudisial əhəmiyyətə malik olur ki belə qərardadın yuxarı instansiya məhkəmələrində mübahisələndirilməsi imkanı olsun. Lakin Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadında onu yuxarı instansiya məhkəmələrində mübahisələndirmək imkanı nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə iş üzrə tam araşdırma aparmadan, işin araşdırılması üçün zəruri olan sübutlara və onlar arasındakı ziddiyyətlərə dürüst qiymət vermədən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul etmişdir. Iddiaçı özü ərizəsində 2021-ci il tarixində 550 manat sığorta ödənişinin ona "xxxx" ASC tərəfindən ödənildiyini, lakin məbləğdən narazı qaldığını iddia edərək məhkəməyə müraciət etmişdir. Beləliklə, aydın olur ki, iddiaçı ona sığorta ödənişi ödəməli qurumun Dövlət Sosial Müdafiə Fondu deyil, "xxxx" ASC olduğunu qəbul edərək ora müraciət etmiş, "xxxx" ASC isə o vaxt iddiaçının az ağır xəsarət almasının ##.##.2010-cu ildə baş verdiyini və sığorta ödənişinin onun səlahiyyətlərinə aid olduğu faktını qəbul edərək ona sığorta ödənişi etmişdir. Məhkəmənin qeyd etdiyinin əksinə olaraq bildirək ki, əgər sığorta ödənişi məbləğinin düzgün ödənilməmişdirsə, bu artıq Fondun məsuliyyət sferasına girmir. Bu məsələ iddiaçı ilə "xxxx" ASC arasında hüquqi mübahisəyə səbəb olmalıdır. Çünki əgər məbləğ iddiaçının nəzərində tutduğu miqdarda ona ödənilmiş olsaydı, bu günkü məhkəmə mübahisəsi də olmazdı. Həmçinin, "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanının ## ### 2021-ci il tarixli **** nömrəli Fərmanının ## #### 2022-ci il tarixədək olan redaksiyasına əsasən, 2022-ci il # ###### tarixədək sığorta ödənişlərinin həyata keçirilməsini Sığorta şirkəti həyata keçirir. Göründüyü kimi, iddiaçının iddia etdiyi kimi, 2021-ci ildə "xxxx" ASC ona sığorta ödənişini edərkən, əslində o tarixdə sığorta ödənişləri həyata keçirmək ancaq onun səlahiyyətində olmuşdur. Hal-hazırkı iş üzrə aydın olur ki, cavabdeh Fond iddiaçının heç bir subyektiv hüququnu və qanunla qorunan hüquqi marağını pozmamışdır. TƏRƏFLƏRIN IZAHATLARI: Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi, eyni zamanda iş üzrə cavabdehin əsl cavabdehlə əvəz olunmasını və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Icbari Sığorta Məsələləri üzrə Mərkəzi Filialı cavabdeh qismində məhkəmə icraatına cəlb olunmasını xahiş etdi. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu hüquq varisi olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Icbari Sığorta Məsələləri üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun hər hansı üzürlü səbəblə əlaqəli olub-olmadığı barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Ona görə də məhkəmə iclası onların iştirakı olmadan keçirildi. IŞIN HALLARI: Işin faktiki halları ondan ibarətdir ki, iddiaçı Bakı Hərbi Prokurorluğunun müstəntiqi vəzifəsində, R rütbəsində qulluq keçdiyi zaman ##.##.2010-cu ildə xidməti vəzifələrinin icrası zamanı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "sol diz oynağının posttravmatik hemoartrozu" ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti almışdır. Bununla əlaqədar sığorta ödənişinin verilməsi ilə bağlı ##.##.2021-ci ildə müvafiq təsdiqedici sənədlərlə birlikdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə tərəfindən ərizə ilə müraciət edilmişdir. Lakin bilavasitə xidməti vəzifələrinin icrası ilə əlaqədar az ağır dərəcəli bədən xəsarəti alması ilə bağlı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsi deyil, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 5ci maddəsinin "d" bəndi əsas götürülərək ona 2021-ci ildə 550 manat vəsait ödənilmişdir. Eyni zamanda, cavabdeh iddiaçının xəsarət almasının ##.##.2010-cu ildə baş verməsinə və müvafiq dövr üzrə sığorta haqqının xidmət keçdiyi orqan tərəfindən "xxxx" ASCyə ödənildiyindən sığorta ödənişinin ödənilməsi üçün həmin quruma müraciət etməsini tövsiyə edərək sığorta ödənişinin ödənilməsindən imtina etmişdir. Işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi tərəfindən verilmiş *** nömrəli "canlı şəxsin məhkəmə-tibbi müayinəsi" aktına əsasən İddiaçı Viayət oğlunun adına tərtib olunmuş tibbi sənədlərdə aparılmış qeydiyyatlara əsaslanaraq İddiaçı almış olduğu xəsarət sol diz oynağının posttravmatik hemoartrozu, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, təliqənin təsviri hissəsində qeyd edilən tarixdə və şəraitdə avtomobil qəzası zamanı əmələ gəlməsi inkar olunmur, dərəcəsinə görə isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Müayinə ##.##.2021-ci ildə başlamış və ##.##.2021-ci ildə başa çatmışdır. Işdə olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Əmək Məsələləri Komissiyasının ##.##.2021-ci il tarixli, ** nömrəli iclas protokoluna əsasən İddiaçı Bakı Hərbi Prokurorluğunun müstəntiqi vəzifəsində qulluq keçdiyi vaxt ##.##.2010-cu ildə saat 10 radələrində xidməti vəzifələrinin icrası ilə bağlı şəxsi istifadəsində olan avtomaşınla hərəkət edən zaman baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "sol diz oynağının postramatik hemoartrozu" az ağır dərəcəli bədən xəsarəti alması hadisəsi bilavasitə xidməti vəzifələrinin icrası ilə bağlı hesab olunmuşdur. Işdə olan Bakı Apellyasiya Məhkəməsi tərəfindən ünvanlanmış sorğuya Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (ləğv prosesindədir) ##.##.2026-cı il tarixli GS/**-**/**** nömrəli cavabında bildirilmişdir ki, Şirkət tərəfindən İddiaçı ##.##.2010-cu ildə aldığı xəsarətə görə ##.##.2021-ci ildə "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanunun müddəalarına uyğun olaraq 550,0 (beş yüz əlli) manat məbləğində sığorta ödənişi verilmişdir. TƏTBIQ EDILƏN HÜQUQ: "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə 4. Sığorta məbləğinin və sığorta haqqının miqdarı. 4.1. Sığortaolunan 5 illik əməkhaqqı məbləğində sığorta edilir. 4.2. Sığorta haqqı bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. 4.3. Sığortalının qərarı ilə sığorta haqqının miqdarı artırıla bilər. Maddə 5. Sığorta hadisələri və ödənişləri Sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Sığorta hadisələri baş verdikdə bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğindən faizlə aşağıdakı sığorta ödənişləri verilir; a) sığortaolunan məhkəmə və ya hüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olduqda (vəfat etdikdə) - 100 faiz; b) sığortaolunan xidmətdə olduğu zaman aldığı xəsarət (yaralanma, travma, kontuziya) almağa görə xidmətdən çıxdıqdan sonra üç il ərzində öldükdə - 100 faiz; c) sığortaolunanın əlilliyi müəyyən edildikdə; orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - 80 faiz; orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 60 faiz; orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 40 faiz ç) sığortaolunan: ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 20 faiz; az ağır xəsarət (yaralanma, travma, kontuziya) – 15 faiz; yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 10 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir Maddə 7. Sığorta ödənişinin verilməsi 7.1. Sığortaçı sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişini sığorta hadisəsi ilə bağlı məlumatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu, bu mümkün olmadıqda isə sığorta ödənişi almaq hüququ olan şəxsin müraciətinin daxil olduğu gündən 10 iş günü müddətində verir. Sığorta ödənişinin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. 7.2. Sığortalı və digər aidiyyəti dövlət orqanları (qurumları) sığorta ödənişlərinin alınması üçün sığorta ödənişi almaq hüququ olan şəxsə kömək etməlidirlər. 7.3. Bu Qanunun 4-3.2.5-ci maddəsinə uyğun olaraq sığortalı tərəfindən sığortaçıya hesabat təqdim olunmadığı hallarda sığorta ödənişi sığortalının sığortaolunanın həmin sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayışına əsasən ödənilir və bu barədə məlumatlar sığortalının növbəti rübdə təqdim etdiyi hesabatda əks olunur. 7.4. Sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə müvafiq sığorta ödənişi əvvəl ödənilmiş məbləğ nəzərə alınmaqla ödənilir. Maddə 8. Sığorta ödənişinin verilməsindən imtina 8.1. Sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edilir: 8.1.1. sığortaolunanın sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda; 8.1.2. sığortaolunan bu Qanunun 7.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sığorta ödənişinin alınması üçün tələb olunan sənədləri və məlumatları təqdim etmədikdə, yaxud təqdim edilmiş sənədlərin və məlumatların tam və ya düzgün olmadığı müəyyən edildikdə ("Inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla); 8.1.3. baş vermiş hadisə bu Qanunla müəyyən edilmiş sığorta hadisəsi hesab edilmədikdə; 8.1.4. sığorta hadisəsi sığortaolunanın bilavasitə alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə etməsi nəticəsində baş verdikdə; 8.1.5. sığortaolunan özünə qəsd etdikdə və həmin hal məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunduqda. 8.2. Sığorta ödənişinin verilməsindən bu Qanunun 8.1.2-ci maddəsində nəzərdə tutulmuş hala görə imtina edildikdə sığorta ödənişi almaq hüququ olan şəxs imtinaya səbəb olan hal aradan qaldırıldıqdan sonra sığorta ödənişinin alınması üçün təkrar müraciət etmək hüququna malikdir. "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanunu: 20.5. Prokurorluq işçilərinin həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. ... Maddə 21. Prokurorluq işçilərinin maddi təminatı 21.1. Prokurorluq işçilərinin əmək haqqı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. 21.2. Prokurorluq işçisinin vəzifə maaşı onun tutduğu təsnifat vəzifəyə uyğun olaraq müəyyən edilir. 21.2-1. Prokurorluq işçiləri hər ay vəzifə maaşlarının 1,25 misli məbləğində vəzifə maaşına əlavə alırlar. 21.3. Azərbaycan Respublikasının Baş prokuroru əməyin ödənilməsi üçün nəzərdə tutulmuş vəsaitlər hüdudunda işçilərə qulluqda fərqləndiklərinə, xüsusi əhəmiyyətli işləri keyfiyyətlə yerinə yetirdiklərinə görə vəzifə maaşlarının 25 faizindən çox olmamaqla əlavələr təyin edə bilər. 21.4. Prokurorluq işçilərinə pul mükafatının verilməsi məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində prokurorluq işçiləri üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur. 21.5. Prokurorluq işçisi sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı aylıq əmək haqqı və digər pul ödənişi saxlanılır. "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidentinin ##.##.2021-ci il tarixli **** №-li Fərmanı:
1. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (bundan sonra – Şirkət) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, hakimlərin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyətinin, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərin və toplanışlarda olan hərbi vəzifəlilərin, prokurorluq işçilərinin, müstəntiqlərin, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin və mülki müdafiə qüvvələrinin şəxsi heyətinin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri (bu Fərmanın 2.7-ci və 2.8-ci bəndləri nəzərə alınmaqla) 2022-ci il ######ın #dən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin.
2. Müəyyən edilsin ki: 2.1. dövlət icbari şəxsi sığortası sahəsində sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların uçotunun aparılmasını, sığortalı tərəfindən sığorta haqlarının sığortaçıya ödənilməsinə nəzarəti, sığorta ödənişlərinin dövlət icbari şəxsi sığortası sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada və müddətdə verilməsini, sığorta ehtiyatlarının yaradılmasını, artırılmasını, habelə dövlət icbari şəxsi sığortası sahəsində digər işlərin görülməsini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond) həyata keçirir; 2.2. dövlət icbari şəxsi sığortası üzrə daxil olan sığorta haqları (bundan sonra – sığorta vəsaiti) Nazirliyin xüsusi xəzinə hesabında toplanır və Fondun xüsusi bank hesabına köçürülür; 2.3. sığorta vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə olunur: 2.3.1. dövlət icbari şəxsi sığorta ödənişlərinin verilməsinə; 2.3.2. sığorta ehtiyatının yaradılmasına; 2.3.3. müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə; 2.3.4. idarəetmə xərclərinə; 2.3.5. qanunla müəyyən edilmiş digər istiqamətlərə; 2.4. sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir; 2.5. hər il üçün dövlət icbari şəxsi sığortası üzrə gəlir və xərclərin bu Fərmanın 2.3-cü bəndində qeyd edilmiş istiqamətlər üzrə bölgüsünü Nazirlik təsdiq edir; 2.6. bu Fərmanın 2.3.2-ci yarımbəndi üçün nəzərdə tutulan sığorta ehtiyatından aşağıdakı qaydada istifadə olunur: 2.6.1. sığorta ehtiyatı təhlükəsizlik göstəriciləri üzrə meyarları bu Fərmanın 2.4-cü bəndində nəzərdə tutulmuş qayda ilə müəyyən edilmiş banklarda depozitə yerləşdirilir; 2.6.2. sığorta ehtiyatı sığorta haqlarının illik proqnoz həcminə bərabər olduqda, sığorta ehtiyatının artırılması dayandırılır, onun depozitə yerləşdirilməsindən əldə edilən gəlir isə bu Fərmanın 2.3.3-cü yarımbəndində göstərilən tədbirlərin maliyyələşdirilməsinə yönəldilir; 2.6.3. sığorta ödənişləri üzrə illik gözlənilən xərclər sığorta haqları üzrə illik gözlənilən daxilolmadan artıq olduqda, gözlənilən sığorta ödənişləri üzrə xərclər və sığorta haqları üzrə daxilolmalar arasındakı kəsir sığorta ehtiyatı hesabına maliyyələşdirilir; 2.6.4. cari ilin sonunda sığorta vəsaitinin istifadə olunmamış qalığı, sığorta ehtiyatı və onun depozitə yerləşdirilməsindən əldə edilmiş gəlir növbəti il üçün xərclərin maliyyələşdirilməsinə yönəldilir; 2.7. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il ######ın #-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir; 2.8. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il ######ın ##-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il ######ın #-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il ######ın #-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir. 2-1. Bu Fərmanın 2.8-ci bəndinə uyğun olaraq, Şirkət sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən 2020-ci il ######ın ##-dən sonraya aid sənədlər üzrə həyata keçirdiyi sığorta ödənişləri barədə məlumatları (sığortaolunanın soyadı, adı, atasının adı, FIN-i, sığorta ödənişinin məbləği və verildiyi tarix) bir ay müddətində Fonda təqdim etməlidir.
Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI:
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (ləğv prosesindədir) ##.##.2026-cı il tarixli GS/**-**/**** nömrəli cavabında bildirilmişdir ki, Şirkət tərəfindən İddiaçı ##.##.2010-cu ildə aldığı xəsarətə görə ##.##.2021-ci ildə "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanunun müddəalarına uyğun olaraq 550,0 (beş yüz əlli) manat məbləğində sığorta ödənişi verilmişdir. "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsində qeyd olunur ki, prokurorluq işçilərinin həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 2.1.3-cü maddəsinin "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 2.4, 20.5 və 20.15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair ## ##### 2022-ci il tarixli Qərarı" ilə müəyyən edilmişdir ki, 1) "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 2.1.3-cü maddəsində "hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla" ifadəsi hərbi prokurorluq orqanlarında qulluq edən prokurorluq işçisi olmayan hərbi qulluqçuları nəzərdə tutur. 2) Hərbi prokurorluq orqanlarının prokurorluq işçilərinin dövlət icbari şəxsi sığortası "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Göründüyü kimi, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığorta ödənişi həyata keçirilərkən səhv Qanunun norması tətbiq edilmişdir. Fond iddia edir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Əmək Məsələləri Komissiyasının ##.##.2021-ci il tarixli ** nömrəli protokolunun verilməsinin əsası kimi, 2010-cu il tarixli **** nömrəli arayış çıxış etmişdir. Lakin Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Əmək Məsələləri Komissiyasının ##.##.2021-ci il tarixli ** nömrəli iclas protokolunda ümumiyyətlə **** nömrəli arayışa istinad edilməmişdir. Belə ki, "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Hərbi Prokurorluğu ixtisaslaşdırılmış prokurorluq kimi fəaliyyət göstərir və öz səlahiyyətlərini hərbi idarəetmə orqanlarından və komandanlıqdan asılı olmayaraq həyata keçirir. Bu səbəbdən, prokurorluq işçiləri ilə bağlı xidməti hadisələrin hüquqi qiymətləndirilməsi müstəsna olaraq prokurorluq orqanlarının səlahiyyətinə aiddir. Eyni zamanda, Azərbaycan Respublikası Hərbi X1 Qaydalarının 42-ci bəndinə əsasən, hərbi qulluqçuların və ya prokurorluq əməkdaşlarının xəsarət (yaralanma, travma, kontuziya) alması hallarının xidməti vəzifələrin icrası ilə bilavasitə bağlı olub-olmamasının müəyyən edilməsi Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Əmək Məsələləri Komissiyasının səlahiyyətinə aid edilmiş və bu barədə yekun qərar yalnız həmin Komissiya tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş **** nömrəli arayışda travmanın hərbi xidmət dövründə alındığı qeyd edilsə də, qeyd olunan arayış hüquqi mahiyyət etibarilə yalnız tibbi faktın təsdiqinə xidmət edir və xəsarətin xidməti vəzifələrin icrası ilə bilavasitə bağlılığını müəyyən edən sübut kimi qəbul edilə bilməz. Tibbi müəssisənin təqdim etdiyi sənəd hadisənin hüquqi qiymətləndirilməsini əhatə etmir və tibb müəssisəsi belə səlahiyyətə malik deyildir. Beləliklə, göstərilən arayış travmanın baş vermə dövrünü təsdiq etsə də, onun xidməti vəzifələrin icrası ilə əlaqəli olub-olmamasını təsdiq edən hüquqi sənəd hesab edilmir. Bu hal yalnız Azərbaycan Respublikası Hərbi Prokurorluğunun müvafiq struktur qurumu tərəfindən aparılmış xidməti araşdırmanın nəticələri və həmin araşdırma əsasında Əmək Məsələləri Komissiyasının qəbul etdiyi qərar ilə müəyyən edilir. Belə ki, Komissiyanın ##.##.2021-ci il tarixli qərarı ilə İddiaçı ##.##.2010-cu ildə aldığı az ağır dərəcəli bədən xəsarətinin xidməti vəzifələrinin icrası ilə bilavasitə bağlı olduğu təsdiq edilmiş və müvafiq rəy verilmişdir. "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidenti, cənab Ilham Əliyevin ## ### 2021-ci il tarixli **** №-li dövlət icbari şəxsi sığortası sahəsində idaretmənin təkmilləşdirilməsi haqqında Fərmanın 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin ... prokurorluq işçilərinin ...həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri (bu Fərmanın 2.7 və 2.8.-ci bəndləri bəzərə alınmaqla) 2022ci ilin ######ın #-dən Azərbaycan Respubublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinə həvalə edilir. Həmin Fərmanın 2.7 və 2.8-ci bəndlərində qeyd edilmişdir: - "2.7. sığorta Hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il ######ın #-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir; - 2.8. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il ######ın ##-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin həyata keçirilməsini 2022-ci il ######ın #-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu) formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir." Azərbaycan Respublikasının Prezidentinin ## ###### 2024-cü il tarixli **** nömrəli "Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il ## #### tarixli **** nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı"nda əks olunmuşdur ki, "1. Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti ləğv edilsin.
2. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il ## #### tarixli **** nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № *, maddə 740 (Cild İ) ləğv edilsin." Məhkəmə kollegiyası iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı prokurorluq işçisi kimi "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Qanunun subyektidir, iddiaçıya ilkin ödəniş zamanı yanlış qanun tətbiq edilmişdir; Belə ki, sığorta hadisəsini təsdiq edən hüquqi sənəd ##.##.2021-ci il tarixli Əmək Məsələləri Komissiyasının qərarıdır, həmin qərarın tarixi də Prezidentin **** nömrəli Fərmanının 2.8-ci bəndinin tətbiq dairəsinə daxildir. Bu səbəbdən hazırda "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlət icbari şəxsi sığorta münasibətləri üzrə fəaliyyət göstərən hüquqi subyekt qismində çıxış etməsi mümkün olmadığından, təqdim edilmiş normativ hüquqi aktların məzmunu, hüquqi tənzimetmənin məqsədi və aidiyyəti dövlət orqanlarının səlahiyyət bölgüsü birlikdə qiymətləndirildikdə, İddiaçı münasibətdə dövlət icbari şəxsi sığorta ödənişinin həyata keçirilməsi üzrə səlahiyyətli və məsul subyektin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu olduğu müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ##.##.2026-cı il tarixli *-**-*/*-*- ***/***** nömrəli qərarı ilə təsdiq edilmiş Fondun Icbari Sığorta Məsələləri üzrə Mərkəzi Filialı haqqında Əsasnamənin 3.1.1-ci bəndinə əsasən, qanunlarla müəyyən edilmiş qaydada və müddətdə sığorta ödənişlərinin verilməsini təmin etmək Mərkəzi Filialın vəzifəsinə aid edilmişdir. Bu səbəbdən həmin iş üzrə cavabdeh qismində Fondun Icbari Sığorta Məsələləri üzrə Mərkəzi Filialı qeyd olunmalıdır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.