Məhkəmə qərarları › İş №2-1(103)-416/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-416/2023

21.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-416/2023 21.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X31 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs X17 işə cəlb edilməklə torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə ünvan 3 qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X31 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs X17 işə cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə dair onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 40 ildən artıq müddətdir ki, ünvan 1 ünvanında yaşayır. xx.xx.1978-ci il tarixdə Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndiriməsinə aid pasport verilmişdir. xx.xx.1978-ci il tarixdə həmin pasport əsasında fərdi yaşayış evinə dair onun və bacısı X10 paylı şəkildə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla çıxarış verilmişdir. Cavabdehə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsini xahiş etmişdir. Bütün sənədləri qanunvericiliyə uyğun olaraq təqdim etməsinə baxmayaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********64 saylı, xx.xx.2018-ci il tarixli cavab məktubu ilə həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 250 kv.m hissəsi digər fiziki şəxsin mülkiyyətində olan qeyri-yaşayış binasının istifadəsinə verilmiş torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşdüyünü əsas gətirərək müraciətindən imtina etmişdir. Hesab edir ki, cavabdehin göstərilən əsaslarla imtina etməsi qanunsuz və əsassızdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 250.0 kv.m hissəsi X9 mülkiyyətində olan qeyri-yaşayış binasının istifadəsinə verilmiş torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşür. Bu səbəbdən, tərəflərindən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2018-ci il tarixli, **********64 saylı cavab məktubu ünvanlanmışdır. ünvan 3 qərarı ilə iddia təmin edilmişdir. (hakim: A.Abdullayeva) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti mahiyyətcə imtina və etirazın eynilik təşkil edən məzmununa uyğun tərtib edilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X15 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının vəkili Vəkil apelyasiya şikayətinə yazılı etiraz təqdim edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apellyasiya qaydasında baxılarkən iş üzrə 3-cü şəxs X17 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş xx.xx.1978-ci il tarixli texniki pasportdan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair X16 adına texniki pasport tərtib olunmuşdur. Texniki pasportda cəmi meydançanın sahəsi 485.0 kv.m, cəmi tikinti altı sahə 178.8 kv.m göstərilmişdir. İş materiallarında olan Azərbaycan SSR Bakı şəhər X4 İcraiyyə Komitəsi Bakı şəhər X3 Bürosu tərəfindən verilmiş 205 nömrəli kitabda, xx.xx.1978-ci il tarixdə, 11576-cı səhifədə aparılmış Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən çıxarışdan görünür ki, həmin çıxarış İddiaçı verilmiş, ona görə ki, B.Məmmədov küçəsi, ev 45 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə ½ hissədə İddiaçı, ½ hissədə X13 məxsusdur. İş materiallarında olan X18 tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, X18 paylı mülkiyyətdə olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsinin paylı şəkildə özəlləşməsinə və çıxarış verilməsinə etiraz etmir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş **********64 nömrəli, xx.xx.2018-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə ilkin texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2018-ci il tarixli ərizəsinə baxılaraq bildirilmişdir ki, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 250.0 kv.m hissəsi digər fiziki şəxsin mülkiyyətdə olan qeyri-yaşayış binasının istifadəsinə verilmiş torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşür. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İş materiallarında olan birinci instansiya məhkəməsinin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli, **********49 nömrəli cavab məktubundan görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsi xx.xx.1978-ci il tarixdə ünvan 7 DNK-nun xx.xx.1978-ci il tarixli, 1kn-277 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən ünvana dair alğı-satqı müqaviləsinin surəti göndərilmişdir. Əlavə olaraq, xx.xx.2018-ci il tarixli, **********64 çıxış nömrəli cavab məktubuna əsasən sözügedən ünvanın torpaq sahəsinə dair digər fiziki şəxsin adına olan hissəsi ilə bağlı hüquqmüəyyənedici sənədlərin təsdiq olunmuş surətləri göndərilmişdir: - 26 aprel 1978-ci il tarixdə Bakı şəhərində notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsasən, X23 ünvan 8 ünvanında 511.0 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ½ hissəsini İddiaçı satmışdır. - Bakı şəhəri 42 saylı notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş 01 mart 2006-cı il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”-nə əsasən, satıcı X14 Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş 30/36 nömrəli arayışa əsasən, ümumi sahəsi 172.0 kv.m olan, ünvan 9 ünvanda yerləşən qeyriyaşayış sahəsini alıcı X9 mülkiyyətinə vermişdir. İş materiallarında olan birinci instansiya məhkəməsinin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş **********05 nömrəli, xx.xx.2018-ci il tarixli cavab məktubundan müəyyən edilmişdir ki, ünvan 10 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Lakin, dövlət reyestrində qeydiyyata alınmış Bakı şəhəri, Yasamal rayonu, Cəlil Məmmədquluzadə döngəsi, 53 ünvanında yerləşən və hazırda X9 mülkiyyətində olan qeyri-yaşayış binası ilə bağlı arxiv qovluğunda aşkar edilən sənədlərin surətləri göndərilmişdir: - Bakı şəhəri 42 saylı notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş 01 mart 2006-cı il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”-nə əsasən satıcı X14 Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş 30/36 nömrəli arayışa əsasən, ümumi sahəsi 172.0 kv.m olan, ünvan 9 ünvanda yerləşən qeyriyaşayış sahəsini alıcı X9 mülkiyyətinə vermişdir. - Bakı şəhəri 19 saylı notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş, xx.xx.2011-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”-nə əsasən satıcı X17 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixli, 11/2735 saylı arayışa əsasən ümumi sahəsi 172.0 kv.m olan Bakı şəhəri, ünvan 12 ünvanında yerləşən qeyri-yaşayış sahəsini alıcı "xxxx" MMC-nin mülkiyyətinə vermişdir. Satılan qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən reyestr nömrəsi **********06-06301, qeydiyyat nömrəsi 110600525, xx.xx.2006-cı il tarixdə verilmiş seriya nömrəsi MH ******* olan çıxarışa əsasən satıcıya məxsus olmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, Cəlil Məmmədquluzadə 53 ünvanında yerləşən, ümumi sahəsi 129.8 kv.m olan, 0.01824 ha torpaq sahəsində yerləşən (torpaq sahəsinə hüquq növü istifadədə olmaqla) qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2011-ci il qeydiyyat tarixi, **********06-06301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Bakı şəhər Notariusu T.H.Kərimova tərəfindən 13 fevral 2013-cü il tarixdə təsdiq edilmiş, AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”-nə əsasən, satıcı "xxxx" MMC Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş 11/925 nömrəli arayışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Cəlil Məmmədquluzadə döngəsi, 53 ünvanında yerləşən, ümumi sahəsi 129.8 kv.m olan qeyri-yaşayış binasını alıcı X19 mülkiyyətinə vermişdir. Satılan qeyri-yaşayış binası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********06-06301, MA ******* seriyalı dövlət reyestrindən çıxarış əsasında satıcıya məxsus olmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, Cəlil Məmmədquluzadə 53 ünvanında yerləşən, ümumi sahəsi 129.8 kv.m olan, 0.01824 ha torpaq sahəsində yerləşən (torpaq sahəsinə hüquq növü istifadədə olmaqla) qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə X19 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2013-cü il qeydiyyat tarixi, **********06-06301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasporta əsasən, Bakı şəhəri, Yasamal rayonu, C.Məmmədquluzadə döngəsi, 53 ünvanında yerləşən mağazanın hüquq subyekti X21r, texniki pasport qeyri-yaşayış sahəsinin xx.xx.2013-cü il tarixə olan vəziyyətinə əsasən xx.xx.2013-cü il tarixdə tərtib olunmuşdur. Texniki pasportda torpaq sahəsinin ölçüsü faktiki istifadədə 0.14953 ha, əsas tikili altında 0.01824 ha, digər tikili və qurğular altında 0.00477 ha göstərilmişdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(81)-2971/2018 saylı, 07 noyabr 2018-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 31272 nömrəli rəyin tədqiqatının nəticəsinə əsasən iş materiallarına əlavə edilmiş DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********67 saylı, xx.xx.2018-ci il tarixli məktuba əsasən ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 250.0 kv.m hissəsi X9 mülkiyyətində olan qeyriyaşayış binasının istifadəsinə verilmiş torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. İş materiallarında olan birinci instansiya məhkəməsinin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş **********70 nömrəli, xx.xx.2019-cu il tarixli cavab məktubundan müəyyən edilir ki, ünvan 14 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin ayrılması ilə bağlı məlumat (sənəd) və plan-ölçüsü arxiv qovluğunda mövcud deyil. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş ünvan 9 ünvanında yerləşən daşınmaz əmlaka dair X6 hüquqlarının qeydiyyata alınması barədə çıxarışın verilməsinə əsas olmuş sənədlərin surətlərindən müəyyən edilmişdir ki: - Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 147/78 nömrəli “X36” Kiçik Müəssisəsinə məxsus olan mövcud ticarət köşklərində kommersiya fəaliyyətinə icazə verilməsi haqqında” sərəncamına əsasən, “X36” Kiçik Müəssisəsi rayon icra hakimiyyətinə müraciət edərək, kiçik müəssisəyə məxsus olan C.Məmmədquluzadə küçəsi, 53 ünvanında yerləşən 53 nömrəli uçmuş evin yerində və 1-ci Yasamal küçəsi, 252 nömrəli evin qarşısında yerləşdirilmiş ticarət köşklərində kommersiya fəaliyyətinə icazə verilməsi və köşklərin qanuniləşdirilməsi haqqında xahiş etmişdir. Yuxarıda qeyd olunanlara əsaslanaraq, C.Məmmədquluzadə küçəsi, ev 53 ünvanında uçulmuş evin yerində və 1-ci ünvan 15ş ticarət köşklərinin “X36” Kiçik Müəssisəsinə məxsus olması faktı təsdiq edilmiş, “X36” Kiçik Müəssisəsinə yuxarıda göstərilən ünvanlara yerləşdirilmiş ticarət köşklərində kommersiya fəaliyyətini həyata keçirməyə icazə verilmişdir. - 17 saylı Bakı şəhəri Dövlət Notariat Kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş 30 iyul 2003-cü il tarixli müqaviləyə əsasən, satıcı Nəbiyev.F.M Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 147/78 nömrəli sərəncamına əsasən “X36” Kiçik Müəssisinə məxsus Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi, 1-ci Yasamal küçəsində yerləşən 252-nömərli evin qarşı hissəsində 520 kv.m torpaq sahəsinə yerləşən 189.0 kv.m ticarət obyektini X1. - Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 474 inventar nömrəli, 08 aprel 2004-cü il tarixdə tərtib edilmiş qeyri-yaşayış binasının texniki pasportun surətindən görünür ki, Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontorunun 3M-1-48 saylı reyestrli 30 iyul 2003-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən qeyri-yaşayış binasına dair texniki pasport verilmişdir. Qeyriyaşayış binası 1993-cü il tarixdə tikilmiş, tikilinin yerləşdiyi torpaq sahəsinin ümumi ölçüsü 1495.3 kv.m, tikinti altı sahəsi 186.9 kv.m göstərilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş **********06-06301 reyestr nömrəli X9 texniki pasportla istifadəsində olan torpaq sahəsinin və ********** nömrəsi ilə İddiaçı tərəfindən müraciət olunan torpaq sahəsinin yerləşmə sxemindən müəyyən edilir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi X9 mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin istifadədə olan, tikinti altı sahəsindən kənarda yerləşir. İddiaçının iddia etdiyi torpaq sahəsi yalnız, X9 texniki pasportla istifadəsində olan torpaq sahəsi ilə 250.0 kv.m hissədə üst-üstə düşür. İşdən görünür ki, iddiaçı ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə dair onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və məhkəmə tərəfindən müəyyən edilmişdir ki, - İddiaçının iddia etdiyi torpaq sahəsinə dair həmin ünvanda yerləşən fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi X16 adına Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1978-ci il tarixli texniki pasport verilmişdir. Həmin texniki pasportda fərdi yaşayış evinin yerləşdiyi tikinti sahəsi 178.8 kv.m, cəmi meydançanın sahəsi 485.0 kv.m göstərilmişdir. Ə.Əliyev tərəfindən xx.xx.1978-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan ünvan 16 ünvanında 511 kv.m torpaq sahəsində yerləşən, 49 kv.m yaşayış sahəsi olan, 3 otaqlı, köməkçi sahəsi 85 kv.m olan fərdi yaşayış evinin ½ hissəsi İddiaçı satılmışdır. Azərbaycan SSR Bakı şəhər X4 İcraiyyə Komitəsi Bakı şəhər X3 Bürosu tərəfindən İddiaçı verilmiş, 205 nömrəli kitabda, xx.xx.1978-ci il tarixdə, 11576-cı səhifədə aparılmış Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən çıxarışla B.Məmmədov küçəsi, ev 45 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüquqi ilə ½ hissədə İddiaçı, ½ hissədə X13 məxsus olmuşdur. - Hazırda digər şəxsin mülkiyyətində olan ünvan 17 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin əvvəlki hüquq sahibi X14 olmuş, İ.Hümbətov sözügedən qeyri-yaşayış sahəsini 30 iyul 2003-cü il tarixli alğı-satqı müqaviləsi əsasında almış və həmin alğı-satqı müqaviləsində 520 kv.m torpaq sahəsində yerləşən, 189.0 kv.m obyektin satıldığı göstərilmişdir. İ.Hümbətovun adına tərtib edilmiş texniki pasportda tikinti altı sahə 186.9 kv.m, ümumi istifadədə olan sahə 1495.3 kv.m göstərilmişdir. İ.Hümbətov sonradan həmin qeyri-yaşayış sahəsini notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsasən X11 satmış, həmin alğı-satqı müqaviləsində qeyri-yaşayış sahəsinin ümumi ölçüsü 172.0 kv.m göstərilmişdir. X20 tərəfindən alğı-satqı müqaviləsi əsasında həmin qeyri-yaşayış sahəsi "xxxx" MMC-yə satılmış, sözügedən alğı-satqı müqaviləsində qeyri-yaşayış sahəsinin ümumi ölçüsü 172.0 kv.m, yerləşdiyi istifadədə olan torpaq sahəsinin ölçüsü 0.14953 ha göstərilmişdir. Qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin adına rəsmiləşdirilən zaman daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyri-yaşayış sahəsinin ölçüsü 129.8 kv.m, torpaq sahəsinin ölçüsü 0.01824 ha, hüquq növü istifadədə göstərilmişdir. "xxxx" MMC tərəfindən qeyri-yaşayış sahəsi alğı-satqı müqaviləsinə əsasən X2 və sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış tərtib olunmuşdur. Çıxarışda torpaq sahəsinin ölçüsü 0.01824 ha, mülkiyyət növü dövlət, hüquq növü - istifadədə göstərilmişdir. - Cavabdeh tərəfindən təqdim edilmiş **********06-06301 reyestr nömrəli X9 texniki pasportla istifadəsində olan torpaq sahəsinin və ********** nömrəsi ilə İddiaçı tərəfindən müraciət olunan torpaq sahəsinin yerləşmə sxemindən müəyyən edilir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi X9 mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin istifadədə olan, tikinti altı sahəsindən kənarda yerləşir. İddiaçının iddia etdiyi torpaq sahəsi yalnız, X9 texniki pasportla istifadəsində olan torpaq sahəsi ilə 250.0 kv.m hissədə üst-üstə düşür. Beləliklə işin hallarından göründüyü kimi, 3-cü şəxsin mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin ölçüsü 0.01824 ha olmaqla, mülkiyyət növü dövlət, torpaq sahəsinin hüquq növü istifadədədir. Cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina edilməsinin əsası kimi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 250.0 kv.m hissəsinin digər fiziki şəxsin mülkiyyətində olan qeyri-yaşayış binasının istifadəsinə verilmiş torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşməsinə istinad edilsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin üst-üstə düşmə halı, 3-cü şəxsə məxsus qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsinin tikinti altı sahəsi ilə deyil, yalnız X9 adına tərtib olunmuş texniki pasporta faktiki sahə kimi göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Halbuki, X9 faktiki istifadədə olan həmin torpaq sahəsinə dair hər-hansı bir hüquqmüəyyənedici sənədi olmamışdır. Qeyri-yaşayış sahəsinin yerləşdiyi tikinti altı torpaq sahəsinə dair mülkiyyət hüququ dövlətə məxsus olmaqla, hüquqi növü istifadə göstərilmişdir. Ümumiyyətlə sözügedən qeyri-yaşayış sahəsi ilkin alğı-satqı müqaviləsinin predmeti olan zaman da, tikinti altı sahədən əlavə olan torpaq sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənədin olması məhkəmə araşdırması öz təsdiqini tapmamışdır. Belə olan təqdirdə məhkəmə qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.8-ci maddələrinə əsasən, Bu Qanunun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015ci il 13 yanvar tarixli Fərmanının 2.4-cü maddəsinə əsasən (2016-cı il 11 iyul tarixli, 984 nömrəli Fərmanla edilmiş dəyişikliklərlə), üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanı tərəfindən 2001-ci ilin yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. İddia olunan torpaq sahəsi üzərində yerləşən tikiliyə dair Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş xx.xx.1978-ci il tarixli texniki pasport tərtib edilmiş, cavabdeh tərəfindən isə həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə paylı mülkiyyət hüququ ilə çıxarışlar verilmişdir. Sözügedən fərdi yaşayış evinin digər mülkiyyətçisi X18 notarial qaydada razılıq ərizəsi təqdim edərək, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin paylı şəkildə özəlləşdirilməsinə və çıxarış verilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsassız hesab edilməklə, iddia tələbinin ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində iddiaçının paylı mülkiyyət hüququnun qeydiyyata alınmaqla, torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi kimi təmin edilməsi iddiaçının niyyətinə, hüquqi marağına və iddia tələbinin məzmununa uyğun olmaqla ondan kənara çıxma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin mahiyyətcə imtina və etirazda göstərilən əsaslarla eyni olan dəlilləri üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydasını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Qanununun 8-ci maddəsində göstərilən «daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas»ı və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulan sənədi mövcud olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur . 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi barədə mötəbər sübutların olmasına və həmin sənədlərin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına əsas verdiyinə baxmayaraq, cavabdeh əsassız olaraq torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X30 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər. Buna görə də iddiaçının tələb etdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəlləni 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. ünvan 3 qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar