Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-416/2025 20.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X22 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının vəkili (nümayəndəsi) X23, Cavabdehin nümayəndəsi X25 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1132/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********91 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki:
2. -Bakı şəhəri, xx.xx.2001-ci il tarixli Əzizbəyov rayon mənzil-kommunal təsərrüfat birliyi və evtikdirən X20 arasında bağlanmış müqaviləyə əsasən Əzizbəyov İcra Hakimiyyətinin xx.xx.1977-ci il tarixli qərarına müvafiq olaraq Mərdəkan qəsəbəsi, 9/12 saylı sahədə, fəsadı 14,83 m, arxa cəhəti 14,83 metr, sağ cəhəti 11,0 metr, çöl sahəsi 11,0 metr, ümumi sahəsi 1200 kv.m olmaqla müddətsiz istifadə etmək hüququ əsasında torpaq sahəsi verilmişdir. Bu 54,7 kv. m ölçüdə 4 otaqdan ibarət həyətyanı tikililəri ilə 1998-ci il 278 nömrəli 185-000-111 s tipli layihəyə tam müvafiqdir.
3. -Bakı şəhəri, xx.xx.2001-ci il tarixli Əzizbəyov rayon mənzil-kommunal təsərrüfat birliyi ilə X21 arasında bağlanmış müqaviləyə əsasən Mərdəkan qəsəbəsi, 9/12 saylı sahədə, fəsadı 14,85 m, arxa cəhəti 14,85 metr, sağ cəhəti 8,2 metr, çöl sahəsi 8,2 metr, ümumi sahəsi 1200 kv.m olmaqla müddətsiz istifadə etmək hüququ əsasında torpaq sahəsi verilmişdir. Bu 66,0 kv. m ölçüdə 5 otaqdan ibarət həyətyanı tikililəri ilə 2000-ci il 1266 nömrəli 185-000-111 s tipli layihəyə tam müvafiqdir.
4. - Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2001-ci il tarixli, 719 nömrəli sərəncamına əsasən Mərdəkan qəsəbəsi, 9/12 və 9/12»a» saylı sahədə vət.X20 və X8 1 mərtəbəli .2 yaşayış otağı sahəsi - 40,3 kv.m köməkçi sahə - 466,8kv.m, torpaq sahəsində, tövlə - 39,6 kv.m olan cəmi: torpaq sahəsi - 2439 kv.m yaşayış evi və torpaq sahəsinin qeydiyyata alınması, Bakı şəhər Texniki İnventarlaşdırma bürosundan və Bakı şəhər XDS İK-nin xx.xx.1987-ci il tarixli 19/338 nömrəli qərarına əsasən həmin yaşayış evini inventarizasiya edib vət. X19 və X8 adına qeydiyyat vəsiqəsi və texniki pasport verilməsinin xahiş edilməsi qərara alınmışdır.
5. 157341 nömrəli xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yaşayan X20 və X21 TİB-dən kit. 06 səh.881, qeydalma 30/881, xx.xx.2002-ci ildə alınmış qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən, faktiki 0.2439 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 507.1 kv.m, köməkçi sahəsi 466.8 kv.m, yaşayış sahəsi 40.3 kv.m olan, 2 (iki) otaqlı fərdi yaşayış evini X1.
6. AN – İ ******* nömrəli, xx.xx.2008-ci il tarilxi Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən satıcı X11 ünvan 2 ünvanında, faktiki 0.2439 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 507.1 kv.m, köməkçi sahəsi 466.8 kv.m, yaşayış sahəsi 40.3 kv.m olan, 2 (iki) otaqlı fərdi yaşayış evini alıcı İddiaçı mülkiyyətinə verir. Satılan ev Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən reyestr kitabı 06. Səhifə 881, qeydiyyatı 30/22081, xx.xx.2002-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsi əsasında satıcıya məxsusdur.
7. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında MH seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsində istifadədə olan 0.06067 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 40.3 kv.m yaşayış, 466.8 kv.m köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2009-cu il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır.
8. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********48 nömrəli məktubu ilə göndərilmiş xx.xx.2002-ci il tarixdə tərtib edilmiş X21 və X10 adına tərtib edilmiş fərdi yaşayış evinin texniki pasportuna əsasən texniki pasport Əzizbəyov RİH-nin 719 saylı, xx.xx.2001-ci il tarixli sərəncamı əsasında çəkilmiş, torpaq sahəsi sənədlə 2400 kv.m, həqiqi 2439,1 kv.m, tikinti altında 606,7 kv.m, A tikilisi yaşayış otaqları 2. Ümumi sahəsi 507.1, yaşayış 40.3, köməkçi 466,9 kv.m təşkil edir.
9. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********74 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki:
10. -Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1998-cü il tarixli, 278 nömrəli sərəncamından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ə.M.Topçubaşov küçəsi, 82 saylı evin 23 saylı mənzilində yaşayan, “X38 Servis” idarəsində işləyən, 4 nəfər ailə tərkibindən ibarət olan vətəndaş X12 Mərdəkan qəsəbəsində 9/12 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. Evin tikintisi təsdiq edilmiş 185-000-111 s tipli layihə əsasında aparılmalıdır.
11. -Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli, 1266 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Topçubaşov küçəsi, 62 saylı evdə yaşayan X13 Mərdəkan qəsəbəsində 9/12 “a” saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Evin tikintisi təsdiq edilmiş 185- 000-111 s tipli layihə əsasında aparılmalıdır.
12. -Mərdəkan qəsəbəsində vətəndaş X13 ayrılan 9/12 a saylı sahənin sxemi və xəritədən çıxarışı Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının 1- ci müavini, Əzizbəyov RİH Mərdəkan qəsəbə nümayəndəsi tərəfindən imzalanmış və RİHnə aid möhür ilə təsdiq edilmişdir. -Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin **********3000326 nömrəli xx.xx.2007-ci il tarixli torpaq sahəsinin kadastr planına əsasən kadastr planı X8 adına Əzizbəyov RİH Başçısının xx.xx.2000-ci il tarixli 1266 saylı sərəncamı ilə 9/12a saylı fərdi yaşayış evi tikintisi üçün ayrılan 1200 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Kadastr planında torpaq sahəsinin ölçüsü, yerləşdiyi zona, normativ qiyməti və əsas döngə nöqtələrinin koordinatları əks olunmuşdur.
13. -Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin **********3000436 nömrəli xx.xx.2007-ci il tarixli torpaq sahəsinin kadastr planına əsasən kadastr planı X10 adına Əzizbəyov RİH Başçısının xx.xx.1998-ci il tarixli 278 saylı sərəncamı ilə fərdi yaşayış evi tikintisi üçün ayrılan 1200 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Kadastr planında torpaq sahəsinin ölçüsü, yerləşdiyi zona, normativ qiyməti və əsas döngə nöqtələrinin koordinatları əks olunmuşdur.
14. - AN – İ ******* nömrəli xx.xx.2007-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, satıcı X21 adından etibarnamə əsasında X20 Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş 11/2680 nömrəli arayışa əsasən, Bakı şahəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, 9/12 a ünvanında yerləşən 0.12 ha torpaq sahəsini alıcı X6 mülkiyyətinə verir. Satılan torpaq sahəsi qydiyyat nömrəsi ********* qeydiyyat tarixi xx.xx.2007-ci il tarixdə verilmiş MH seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında satcıya məxsusdur.
15. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında MH seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, 9/12 “a” saylı ölçüsü 0.12 ha olan torpaq sahəsi mülkiyyət hüququ üzrə X7 adına xx.xx.2007-ci il tarixdə ********* nömrəsi ilə qeydiyyata alınmışdır.
16. -AN–İ ******* nömrəli xx.xx.2010-cu il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, satıcı X20 Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş 11/21075 nömrəli arayışa əsasən, ünvan 4 ünvanında yerləşən 0,12 hektar torpaq sahəsini alıcı X2 mülkiyyətinə verir. Satılan torpaq sahəsi xx.xx.2007-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən satıcıya məxsusdur
17. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında MA seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsi, 6-cı döngə, 41B saylı ölçüsü 0.228 kv.m. olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X2 adına xx.xx.2010-cu il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır.
18. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında MA seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi 4, 5/176 saylı ölçüsü 0.21 kv.m. olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X24 adına xx.xx.2010-cu il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır.
19. - AN – İ ******* nömrəli xx.xx.2010-cu il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, satıcı X33 Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş 11/21076 nömrəli arayışa əsasən, ünvan 5 ünvanında yerləşən 0,21 hektar torpaq sahəsindən 1080.0 kv.m-ni alıcı X2 mülkiyyətinə verir.
20. - AN – İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, satıcı X4 ünvan 6 ünvanında yerləşən 0.28 ha torpaq sahəsinin 0.1635 ha hissəsini X34 mülkiyyətinə verir.
21. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********04 nömrəli məktubundan görünür ki, İddiaçı Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi ünvanında yerləşən 41 saylı yaşayış evinin torpaq sahəsinin tikintialtı sahəsi hər hansı fiziki şəxsin adına qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşmür. Həmçinin **********94 və **********83 reyestr nömrəli çıxarışlar əsasında X14 və X2 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşmür.
22. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********94 nömrəli məktubu ilə göndərilmiş xx.xx.2024-cü il tarixdə Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, fərdi yaşayış evi 2 otaqdan ibarətdir, hüquq müəyyənedici sənəd üzrə və faktiki olaraq y/s – 40.3, k/s – 466.8, ümumi sahəsi – 507.1 kv.m-dir. Torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 2400.0 kv.m-dir, faktiki olaraq isə 3110.0 kv.m-dir. Torpaq sahəsinin bir tərəfi yol, üç tərəfi qonşudur. Arxiv texniki pasporta əsasən A yaşayış evi və torpaq sahəsinin konfiqurasiyasında fərq vardır. Yaşayış evi 1 mərtəbəli 2 yaşayış otağından ibarətdir. Sənədə əsasən torpaq sahəsi 2400 kv.m, faktiki isə 3110 kv.m təşkil edir. 710 kv.m torpaq sahəsi artıqdır.
23. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********24 nömrəli, xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, qeyd edilən fərdi yaşayış evinin ilkin qeydiyyata alınması üçün əsas olmuş Bakı şəhəri, Əzizbəyov (hazırkı Xəzər) Rayon İcra Hakimiyyətinin 10 aprel 1998-ci il tarixli, 278 saylı və 04 dekabr 2000-ci il tarixli 1266 saylı sərəncamları mülkiyyətçilər tərəfindən başqa torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan zaman istifadə edilmiş və sonradan alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Qeyd olunanlarla yanaşı, istinad edilən Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu 2001-ci ildən sonrakı tarixdə tərtib edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
24. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 8 ünvanında yerləşən 0.0667 ha torpaq sahəsi üzərinə İddiaçı mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bununla bağlı müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə bir vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 8 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bununla bağlı müvafiq çıxarışın verilməsi üçün xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin cavabdehin xx.xx.2023-cü il tarixli bildirişi ilə ərizənin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinası əsassız və qanunsuzdur. X15 notarial qaydada xx.xx.2008-ci il tarixli, AN - İ Na ******* nömrəli alqı-satqı müqaviləsi bağlayaraq, ünvan 9 ünvanında yerləşən, ümumi sahəsi 507.1 kv.m, köməkçi sahəsi 466.8 kv.m, yaşayış sahəsi 40.3 kv.m olan, 2 (iki) otaqlı 41 nömrəli fərdi yaşayış evini İddiaçı satmışdır. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən MH seriyalı ******* nömrəli çıxarış verilmişdir. Çıxarışa əsasən Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Mərdəkan qəsəbəsi, H. Ərəblinski küçəsində istifadədə olan 0.06067 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 40.3 kv.m yaşayış, 466.8 kv.m köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 106 nömrəli reyestr kitabının 9668 nömrəli vərəqində qeydiyyata alınmışdır. Faktiki olaraq İddiaçı hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaq istədiyi torpaq sahəsi onun istifadəsindədir, həmçinin həmin torpaq sahəsinin üzərində onun şəxsi mülkiyyətində olan ev mövcuddur. Bundan başqa qeyd edilən yaşayış evinin texniki pasportu mövcuddur.
26. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9553/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X16 və X5 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.
27. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X16 və X3 üçüncü şəxs qismində prosessual iştiraklarına xitam verilmişdir.
28. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı ünvan 8 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd edilən fərdi yaşayış evinin ilkin qeydiyyata alınması üçün əsas olmuş Bakı şəhəri, Əzizbəyov (hazırkı Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 10 aprel 1998-ci il tarixli, 278 saylı və 04 dekabr 2000-ci il tarixli 1266 saylı sərəncamları əvvəlki mülkiyyətçilər tərəfindən başqa torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan zaman istifadə edilmiş və sonradan alqısatqı müqaviləsi əsasında özgəninkiləşdirilərək hazırda X7 və X2 mülkiyyətindədir. Qeyd olunanlarla yanaşı, iddiaçı tərəfindən təqdim edilən “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu” 2001-ci il yanvarın 1-dən sonrakı tarixdə tərtib edilmişdir. İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, İdarənin arxivində mövcud olan texniki pasport ilə göstərilən fərdi yaşayış evinin və torpaq sahəsinin konfiqurasiyasında fərq mövcuddur. Fərdi yaşayış evinin ümumi sahəsi 507.1 kv.m təşkil etməklə 1 mərtəbəli, 2 yaşayış otağından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı) Fərmanının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.
29. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə təqdim etdiyi iddia tələbinin dəqiqləşmə ərizəsində İddiaçı tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, öhdəliyin üzərinə qoyulmasına dair verilmiş iddia ərizəsinin “Xahiş edirəm” hissəsində “0.18324 ha torpaq sahəsi” sözlərini “0.24391 ha torpaq sahəsi” sözləri kimi qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi ünvan 8 ünvanında yerləşən 0.24391 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi şəklində icraata qəbul edilmişdir.
30. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1132/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
31. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı işdən müəyyən olunur ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsində faktiki 2439,1 kv.m torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 40.3 kv.m yaşayış, 466.8 kv.m köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evinin xx.xx.2009-cu il tarixdən xüsusi mülkiyyətçisidir.
32. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 2439,1 kv.m ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını mübahisələndirir.
33. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı təsdiq edilmişdir.
34. İddiaçının iddia etdiyi torpaq sahəsinə dair həmin sənədlərdən hər hansı biri təqdim edilməmişdir.
35. İddiaçıya aid əmlakın yerləşdiyi torpaq sahəsinin ilə bağlı sənəd və iddiaçının da mülkiyyət hüququnu təsdiq edən sənəd kimi istinad etdiyi hüquqmüəyyənedici sənəd həmin fərdi yaşayış evinə dair xx.xx.2002-ci il tarixdə X21 və X10 adına tərtib edilmiş texniki pasportdur ki, həmin texniki pasportun özündə ilkin sənəd kimi Əzizbəyov RİHnin 719 saylı, xx.xx.2001-ci il tarixli sərəncamına istinad edilmiş və torpaq sahəsinin faktiki 2439,1 kv.m təşkil etdiyi qeyd edilmişdir. İddiaçının təqdim etdiyi adıçəkilən texniki pasport həmin Siyahıda qeyd edilməmişdir.
Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
36. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 1132/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
37. Apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır. ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
39. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
40. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
41. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir.
42. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd.
43. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının: 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
44. Siyahının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: -2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; -2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; -2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; -2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1- dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); -2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; -2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; -2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1dək verilmiş qərar hüquqların qeydiyyatı üçün əsas hesab olunur.
45. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
46. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
47. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
49. İddianın mahiyyəti və cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:
50. Hazırkı işə tətbiq olunan normalardan görünür ki, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin konkret əsaslarını müəyyən etmişdir.
51. İşin hallarından görünür ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi ilkin olaraq X20 və X13 məxsus olmuş, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2001-ci il tarixli, 719 nömrəli sərəncamına əsasən 2439 kv.m yaşayış evi və torpaq sahəsinin sonuncuların adlarına qeydiyyata alınması, bununla bağlı müvafiq sənədlərin verilməsinin Bakı şəhər Texniki İnventarlaşdırma bürosundan xahiş edilməsi qərara alınmışdır. Daha sonra 0.2439 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 507.1 kv.m, köməkçi sahəsi 466.8 kv.m, yaşayış sahəsi 40.3 kv.m olan, 2 (iki) otaqlı fərdi yaşayış evi xx.xx.2002-ci ildə X20 və X8 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmiş, 157341 nömrəli xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sonuncular həmin evi X9, X11 isə xx.xx.2008-ci il tarixli müqavilə ilə İddiaçı satmışdır.
52. Başqa sözlə, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ayrılması ilə bağlı ilkin hüquqmüəyyənedici sənədlər aşkar olunmamışdır.
53. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahının 1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportların müvafiq əmlaka hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Təqdim edilən 0.24391 ha ölçüdə torpaq sahəsi ilə bağlı texniki pasport Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş texniki sənəddir.
54. Eyni zamanda Siyahının 2.4-cü bəndində torpaq sahələrinə münasibətdə hüquqmüəyyənedici sənəd kimi xx.xx.2001-ci il tarixədək tərtib edilmiş o texniki pasportlar nəzərə alınır ki, həmin tarixədək texniki pasportu tərtib edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınmış olsun. Hazırkı iş üzrə isə sözügedən ünvanda yerləşən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüquqları xx.xx.2009-cu il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmış, yəni iddiaçının istinad etdiyi 0.24391 ha ölçüdə torpaq sahəsi ilə bağlı texniki pasport xx.xx.2001-ci il tarixədək tərtib edilməmişdir.
55. Bununla belə məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
56. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.
57. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 0.24391 ha ölçüdə torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etsə də, həmin torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı»nda nəzərdə tutulmuş daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlərdən hər hansı birini təqdim edə bilməmişdir.
58. Məhkəməyə təqdim edilmiş Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu isə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2002-ci ildə tərtib edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı»nda isə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) nəzərdə tutulmuşdur. Ona görə də təqdim olunan texniki pasport torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz.
59. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında MH seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsində istifadədə olan 0.06067 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 40.3 kv.m yaşayış, 466.8 kv.m köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2009-cu il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır.
60. Həmçinin, apellyasiya baxışı zamanı iddiaçının vəkilinin (nümayəndəsinin) məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci ildə tərtib edilmiş Fərdi yaşayış evinin texniki pasportuna əsasən həmin ünvanda yerləşən torpaq sahəsinin tikinti altında olan sahəsi 0.0539 ha təşkil edir. Göründüyü kimi, iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin tikinti altında olan torpaq sahəsi 0.0539 ha təşkil edir və həmin torpaq sahəsi qeyd olunan tarixdən iddiaçının qanuni istifadəsindədir.
61. Yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələblərinə əsasən vətəndaşların qanuni istifadəsində olan torpaqların əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Ona görə də iddia tələbi yalnız fərdi yaşayış evinin tikinti altında olan 0.0539 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması hissəsində əsaslıdır.
62. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia qismən təmin edilməli, xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsində yerləşən 41 nömrəli fərdi yaşayış evinin tikinti altında yerləşən 0.0539 ha torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, buna dair Daşınmaz əmlakın dövlət reyestrindən vahid çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia digər hissədə təmin edilməməlidir.
63. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1132/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia qismən təmin olunsun. Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsində yerləşən 41 nömrəli fərdi yaşayış evinin tikinti altında yerləşən 0.0539 ha torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, buna dair Daşınmaz əmlakın dövlət reyestrindən vahid çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. İddia qalan hissədə rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.